Oktyabr 2018-ci IL, çərşənbə ˆ Hər IL oktyabrın 3-ü ölkəmizdə XX əsr Azərbaycan


partiyaya dair şüar və şit təriflərlə



Yüklə 95,87 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix07.01.2024
ölçüsü95,87 Kb.
#212129
növüYazı
1   2   3   4

partiyaya dair şüar və şit təriflərlə 
dolu olan yazılardan tamamilə fərqli 
olaraq İlyas Əfəndiyevin əsərləri 
azərbaycançılığın, ilk növbədə, məhz 
ədəbi, milli-mənəvi dəyərlər, yüksək 
bəşəri ideallar işığında təqdimindən 
və tərənnümündən ibarətdir .
İlyas Əfəndiyev bədii əsərlərinin 
dili aydın və obrazlıdır, yüksək 
estetik dəyəri və əbədi siqləti ilə 
seçilir. Onun yazıçı dili və bədii üs
-
lubu ədəbiyyatımızda yeni bir ədəbi 
məktəb səviyyəsinə yüksəlmişdir. 
Bədii əsərlərinin dili əfsanə, rəvayət, 
nağıl və dastanların leksikasından 
gələn dərin hikmət, hər bir sözü 
yerində işlətmək məharətindən 
qaynaqlanır. Yüksək ideya-məzmun, 
fəlsəfi-dərinlik, sistemli sintaktik 
düzüm, bədiilik, obrazlılıq, ləngərli 
deyim ekspressivliyi, axıcılıq 
və yüksək şeiriyyət bu əsərlərin 
təsirliliyini, estetik təravətini, bədii 
hüsnünü və məna dərinliyini daha da 
artırır.
XX əsr dramaturgiyası milli 
dramaturgiyamızın tarixində yeni bir 
mərhələ təşkil edir. Xalq yazıçısı İlyas 
Əfəndiyev də öz dram əsərləri ilə bu 
böyük, zəngin mərhələnin yaranma
-
sında və inkişafında özünəməxsus 
rol oynamış ustad dramaturqları
-
mızdandır. O, dərin psixoloji tapın
-
tılarla zəngin olan dramları ilə teatr 
sənətimizdə yeni bir mərhələ açdı 
və “İlyas Əfəndiyev teatrı” yaratdı. 
“ İlyas Əfəndiyev teatrı” ilə yeni rejis
-
sor və aktyor nəsli formalaşdı. 
Dramaturq kimi o, “İntizar”, 
“İşıqlı yollar”, “Bahar suları”, 
“Atayevlər ailəsi”, “Sən həmişə 
mənimləsən”, “Mənim günahım”, 
“Unuda bilmirəm”, “Məhv olmuş 
gündəliklər”, “Mahnı dağlarda 
qaldı”, “Qəribə oğlan”, “Bağlardan 
gələn səs”, “Xurşidbanu Natəvan”, 
“Büllur sarayda”, “Şeyx Məhəmməd 
Xiyabani”, “Bizim qəribə taleyi
-
miz”, “Sevgililərin cəhənnəmdə 
vüsalı”, “Tənha iydə ağacı”, “Ağıl
-
lılar və dəlilər”, “Odlu səhradan 
gəlmiş şeytan”, “Bizə inan”, “On 
manatlıq lüstr”, “Hökmdar və qızı” 
pyeslərini yazdı. İlyas Əfəndiyevin 
22 pyesindən 19-u Akademik Milli 
Dram Teatrının səhnəsində tamaşaya 
qoyulub və bu çağdaş teatrımızın 
inkişafına güclü təsir göstərib. 
Yarım əsrdən artıq bir dövrdə 
milli teatrı öz çiyinlərində saxla
-
mış qüdrətli qələm sahibinin dram 
əsərləri bu gün də səhnədə öz estetik 
təravətini, aktuallığını və müasirli
-
yini qoruyub saxlayır. Səciyyəvidir 
ki, rejissorlarımız daim drama
-
turqun əsərlərinə müraciət edir və 
maraqlı tamaşalar hazırlayırlar. 
Dram əsərlərinin bir çoxu isə xarici 
ölkələrin teatrlarında tamaşaya qo
-
yulmuş və böyük müvəffəqiyyət qa
-
zanmışdır. 90-cı illərdə dramaturqun 
pyesləri Türkiyənin Ankara, Ərzurum, 
Sivas, Kayseri şəhərlərində nümayiş 
etdirilmiş və qardaş ölkədə hərarətlə 
qarşılanmışdı. Müasir türk mətbuatı 
dramaturqu Azərbaycan ədəbiyyatının 
canlı klassiki adlandırmışdı.
İlyas Əfəndiyevin tarixi dram
-
larında aparıcı xətt azadlıq və 
qəhrəmanlıq motivləridir. Onun keçən 
əsrin 70--90-cı illərində qələmə aldığı 
“Mahnı dağlarda qaldı”, “Xurşid
-
banu Natəvan”, “Şeyx Xiyabani”, 
“Sevgililərin cəhənnəmdə vüsalı”, 
“Tənha iydə ağacı”, “Ağıllılar və 
dəlilər”, “Hökmdar və qızı” tarixi 
dramları keçmişə yeni təfəkkürlə 
yanaşma, xalqımızın azadlığı və 
müstəqilliyi uğrunda mübarizə ilə 
bağlıdır. Dramaturqun tarixi dramları 
hər şeydən əvvəl tarixə bədii baxışın 
yeniliyi ilə diqqəti cəlb edir. Sovetlər 
dönəmində yazıçı istər nəsr , istər 
də dram əsərlərində milli istiqlalı
-
mızı, müstəqilliyimizi, mühacirət 
və repressiya mövzularını böyük 
cəsarətlə ədəbiyyatımıza gətirmişdir. 
Müsahibələrinin birində yazıçı de
-
yirdi ki, “Əgər, sovet imperiyasının 
dəhşətli məngənələri olmasaydı, mən 
vaxtında daha çox söz deyə bilərdim”. 
Dramaturq tarixi mövzulu əsərlərlə 
bağlı qeyd edirdi ki, tarixi hadisələrə 
yanaşanda tarixilik prinsipi əsas 
götürülür. Xalq qəhrəmanı haqqında 
yazarkən, onun şəxsi həyatındakı 
faktları dəyişmək olar, lakin onun 
xalqla bağlı mübarizə yolu olduğu 
kimi göstərilməlidir. 
“Teatr xalqın ən incə duyğula
-
rını, romantik xəyallarını, sevincini, 
dərdini, arzularını ifadə edir, xalqın 
teatrı onun milli mədəniyyətinin 
təntənəsidir” – deyən mütəfəkkir 
sənətkarın bu məqalələrində qoyu
-
lan məsələlər özünün yeni, novator 
keyfiyyətləri ilə diqqətəlayiqdir. 
Dramaturqun fikrincə, “Teatr həmişə 
mənəvi yüksəliş aynası olmuşdur. 
Teatr yalnız ədəbiyyat və incəsənət 
deyil, eyni zamanda, tamaşaçı 
mədəniyyətinin də meyarlarındandır”. 
Xalqın mədəni-intellektual inki
-
şafında və mədəniyyətimizdəki xüsusi 
rolundan bəhs edən ünlü sənətkar 
bu mövzuya həsr etdiyi məqaləsində 
fikrini davam etdirərək yazırdı: 
“Mənim üçün teatr, Allahın insanlara 
bəxş elədiyi ruhun, gözəl hisslərin, 
arzuların, müxtəlif həyat ideyalarının 
yaşadığı, çarpışdığı bir məkandır. 
İnsanın daxili dünyasının aynasıdır. 
Teatr həm də xalqımızın tərcümanıdır. 
Bu məkan gözəl olduğu qədər, həm 
də ilahiləşmiş bir aləmdir” .
Teatr sənətində dramaturqu 
maraqlandıran ciddi məsələlərdən 
biri də teatr tənqidi idi. Yazıçı zəif, 
bədiilikdən uzaq olan pyeslərin 
səhnəyə yol açmasını teatr tənqidinin 
zəifliyində görürdü.
Ümumiyyətlə, yazıçının 
mədəniyyət tariximizə, sənət 
məsələlərinə həsr etdiyi nəzəri-estetik 
məqalələri, esseləri və müsahibələri 
axtarış ruhunun təzəliyi ilə diqqəti 
cəlb edir. Çoxşaxəli yaradıcılığın
-
da milliliklə ümumbəşəri dəyərlər 
arasında bir körpü yaradan dünya 
şöhrətli dramaturqun bədii irsinə bu 
gün də çoxmilyonlu oxucular böyük 
maraqla müraciət edir. O, şərəfli 
ömrünün altmış ilini bədii yaradıcı
-
lığa, bütünlükdə mədəniyyətimizin 
inkişafına həsr etmişdi və əbədi 
ömür qazanmışdı. Ustad sənətkarın 
uzunömürlü bədii əsərləri həm də 
mədəniyyət müstəvisində zamanları 
birləşdirən bir körpüdür.
Xalq yazıçısı bütün ruhu ilə öz 
xalqına, onun milli istiqlal ideyala
-
rına, milli-mənəvi keçmişinə bağlı 
olmuşdur. Təsadüfi deyil ki, “Xurşid
-
banu Natəvan” pyesində milli-mənəvi 
intibahımızın böyük və keşməkeşli 
mərhələlərindən birini, “Mahnı 
dağlarda qaldı” dramında isə inqilabi 
keçmişimizin zəngin və mürəkkəb bir 
dövrünü iftixar hissi ilə Azərbaycan 
səhnəsində canlandırmağa nail olmuş
-
dur. Dramaturqun “Mahnı dağlarda 
qaldı” pyesində Qarabağın timsalında 
Azərbaycan xalqının azadlıq uğrun
-
dakı mübarizəsi təsvir edilmişdir. 
Azərbaycan ictimai fikir tarixi ideolo
-
giyanın prinsipləri əsasında izah edil
-
diyi zaman “Müsavat hökumətinin 
əsas qayəsi insanlar arasında qardaş
-
lıq, bərabərlik yaratmaq idi. Əgər biz 
cəmiyyəti siniflərə bölsəydik insanları 
bir-birinə düşmən edərdik” (“Mahnı 
dağlarda qaldı” faciəsindən) tezisini 
geniş təsvir etmək, milli varlığımızın 
təsviri olan müsavat dövrü haqqında 
danışmaq böyük cəsarət tələb edirdi. 
70-ci illərdə yazılmış “Xurşidba
-
nu Natəvan” dramında şairə, ictimai 
xadim Natəvan üçün Azərbaycanın 
birliyi, azadlığı, xalqın mədəniyyəti, 
dili, milli müstəqilliyi onun əsas 
amalıdır. Natəvanın nəzərində 
ikili Azərbaycan yoxdur, bütöv 
Azərbaycan var. 
Ümummilli lider Heydər Əliyev 
“Xurşidbanu Natəvan” pyesinin 
uğurlu tamaşasına baxdıqdan sonra öz 
fikirlərini dramaturqa bildirərək de
-
mişdir: “Natəvanı gözəl Azərbaycan 
qadını kimi bizə təqdim elədiniz, 
bununla yanaşı, gözəl xan qızının tim
-
salında siyasi baxımdan və onun xan 
qızına layiq hərəkətləri ilə bizim Şərq 
qadınlarının obrazını yarada bildiniz. 
Mən buna görə Sizə sağ ol deyirəm. 
Mən son monoloqunuza görə sağ ol 
deyirəm”. 
1986-cı ildə Akademik Milli 
Dram Teatrının uğurlu tamaşalarından 
biri də “Şeyx Xiyabani” tarixi dramı 
oldu. Görkəmli dramaturq böyük 
ustalıqla yazdığı bu əsərini əsrin 
sonunda milli müstəqillik uğrunda 
tarixi mübarizələrin ərəfəsində, çox 
real və təsirli səhnələrlə təcəssüm 
etdirirdi. Dramaturq Şeyx Xiyaba
-
ni surəti ilə bir tarixi şəxsiyyətin 
simasında mübariz xalq qəhrəmanının 
bədii obrazını yaratmışdır. “Şeyx 
Xiyabani” tarixi dramı Cənubi 
Azərbaycana həsr olunan və xalqı
-
mızın milli istiqlaliyyətinin və milli 
özünüdərkinin köklü problemlərini 
yüksək bədiiliklə təcəssüm etdirən 
səhnə əsəridir.
Müdrik sənətkarın son dram 
əsəri olan “Hökmdar və qızı” dramı 
XIX əsrin əvvəllərində Qarabağda 
hökmdarlıq etmiş İbrahim xanın 
həyat və fəaliyyətinə, Azərbaycanın 
müstəqilliyi və bütövlüyü uğrundakı 
mübarizəsinə həsr edilmişdir. 1997-
ci il sentyabrın 20-də ümummilli 
lider Heydər Əliyev Akademik Milli 
Dram Teatrında “Hökmdar və qızı” 
tamaşasına baxdıqdan sonra demişdir: 
“İlyas Əfəndiyevin yaradıcılığı başqa 
cəhətlərlə yanaşı, bir də ona görə 
əhəmiyyətlidir ki, o, öz əsərlərində 
həm Azərbaycan xalqının tarixinin 
çox mühüm səhifələrini ədəbiyyat, 
teatr vasitəsilə bugünkü nəsillərə 
çatdırıbdır, həm də öz əsərlərində 
müasir həyatımızın müsbət və mənfi 
cəhətlərini çox gözəl təsvir edibdir.” 
Unudulmaz sənətkarımız İlyas 
Əfəndiyevin ən böyük arzusu 
Azərbaycanın müstəqilliyi idi. O, öz 
yaradıcılığında azadlığımızı, milli 
suverenliyimizi və istiqlalımızı həmişə 
tərənnüm edirdi. Müdrik sənətkar 
sağlığında bu arzusuna çatdı. An
-
caq Qarabağın və doğulduğu Füzuli 
şəhərinin erməni faşistləri tərəfindən 
işğalı ona böyük dərd oldu: “Füzuli 
şəhəri, Füzuli rayonu bir tərəfdən sovet 
imperiyasının zülmünə, repressiyasına 
məruz qaldı, digər tərəfdən də erməni 
işğalçılarının. Deməli, Füzuli şəhəri iki 
dəfə qarət edildi. Bunun necə böyük 
dərd olduğunu demək çətindir” .
İlyas Əfəndiyev XX əsr 
Azərbaycan nəsrinin, dramaturgiya
-
sının, ədəbi dilinin və teatr sənətinin 
inkişafında xüsusi yeri olan mahir 
söz ustasıdır, həmişə oxunan və 
sevilən sənətkardır. O, Sovetlər 
İttifaqı dönəmində gündə bir hava
-
ya oynayan, hakim ideologiyanın 
sifarişi ilə “əsərlər” yazan “yazıçıları” 
özünəməxsus ustalıqla tənqid edirdi. 
Yazıçı Azərbaycanın gələcəyinə 
böyük ümidlər bəsləyirdi: “ Mənim 
Azərbaycanın gələcəyinə ümidlərim 
böyükdür. Çünki Azərbaycan xal
-
qının vətəninə, torpağına bağlılığı, 
sevgisi əbədidir. Bu gün millətin 
vətənpərvərlik duyğusunun yeni 
təlatümünün coşub- kükrəyən dövrü
-
dür”. Bu gözəl fikirlər “hər bir əsərim 
ömrümün bir parçasıdır”- deyən ustad 
sənətkarın çoxçeşidli yaradıcılığının 
bədii-estetik özəlliklərini bütün dol
-
ğunluğu ilə özündə təcəssüm etdirir.
Uzun ömürlü əsərlərində xal
-
qımızın milli azadlıq mübarizəsini, 
müstəqilliyini, istiqlaliyyətini 
tərənnüm edən müqtədir 
sənətkarımızın əbədiyaşar sənətinin 
işığı bu gün də gənclərimizin həyat 
yoluna işıq saçır. İlyas Əfəndiyev 
çoxəsrlik Azərbaycan ədəbiyyatı 
tarixinin elə nadir sənətkarlarındandır 
ki, illər ötdükcə, zaman keçdikcə, 
yeni ədəbiyyatşünas və sənətşünas 
nəsilləri onun həyat və yaradıcılı
-
ğına qayıtmaq, ayrı-ayrı əsərlərini 
müasir tələblər baxımından nəzərdən 
keçirmək ehtiyacı duyacaqdır.
Sevimli yazıçımızın qələmindən 
çıxan bütün əsərlər Vətənə, xalqa, 
milli-mənəvi-əxlaqi köklərə bağlı 
olan, müasir düşüncəli insan ob
-
razları ilə ədəbiyyatımızda dərin iz 
qoymuşdur. Humanizm, vətəndaşlıq 
qayəsi onun əsərlərinin leytmotivini 
təşkil edir. Görkəmli sənətkarın milli 
azadlıq ideyalarını tərənnüm edən 
əsərləri isə ədəbiyyat tariximizin şanlı 
səhifəsidir. 

Yüklə 95,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin