Sxem 4.2
M.Porterin “rəqabət rombu”
Bu sistemə həmçinin təsadüfi hadisələr və hökumətin siyasəti də əlavə edilir. Bu parametrlər ölkənin rəqabət üstünlüklərini həm gücləndirə, həm də zəiflədə bilər.
M.Porterə görə, daxili bazarda rəqabətin mövcudluğu mühümdür. O, dövlət tərəfindən müdafiə edilərək istehsalın bir milli firmada cəmləşdirilməsinin potensial səmərəliliyini qəti surtədə rədd edir. Bu cür dövlət firmalarının əksəriyyəti aşağı səmərəliliyi, təbii ehtiyatlarda qeyri-səmərəli sitifadəsi və aşağı əmək məhsuldarlığı ilə fərqlənir.
Daxili bazarda sərt rəqabət firmaları xarici bazara çıxmağa stimullaşdırır, xarici bazar axtarmağa sövq edir. Bununla yanaşı, daxili bazarda rəqabət qabiliyyətli əmtəələrin kifayət qədər olduğu şəraitdə xarici satış bazarının tapılması məsələsi nisbətən asanlıqla həll edilir. Bu baxımdan, M.Porterin nəzəriyyəsinə görə, xarici ticarətdən daha çox uduş qazanmaq üçün milli əmtəələrin rəqabət qabiliyyətliliyini yüksəltməyə ehtiyac vardır.
Dostları ilə paylaş: |