İki ölkəli və ikidən artıq əmtəəli modellərdə müqayisəli üstünlükləri tətbiq etmək üçün, hər əmtəənin hər iki ölkədəki dəyərləri müqayisə edilir və bunun nəticəsinə görə, əmtəələr müqayisəli dəyəri ən aşağı olandan ən yüksək olanına doğru sıralanır. Beləliklə, ölkənin nisbətən daha ucuz istehsal etdiyi əmtəə sıralamada ilk yerdə, daha bahalı istehsal etdiyi əmtəə isə son yerdə qərar tutur. Yəni başda gələn əmtəələr ixrac, sondakılar isə idxal istiqamətli əmtəələrdir. Bu iki qrup arasındakı sərhədi isə ölkə valyutaları arasındakı məzənnə fərqi müəyyən edir.
Yuxarıda izah olunanları bir nümunədə aydınlaşdırmağa çalışaq: Azərbaycan və ABŞ-ın buğda, avadanlıq, parça və şərab olmaqla dörd əmtəə istehsal etdiklərini fərz edək. Bu əmtəələrin daxili qiymətləri aşağıdakı kimi olsun:
|
|
Buğda
|
Avadanlıq
|
Parça
|
Şərab
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
|
2AZM
|
20AZM
|
10AZM
|
6AZM
|
|
|
ABŞ
|
2$
|
6$
|
4$
|
8$
|
|
Ölçü vahidi kimi buğda qiymətlərini əsas götürsək əmtəələrin dəyərləri aşağıdakı kimi formalaşar:
|
|
Buğda
|
Avadanlıq
|
Parça
|
Şərab
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
|
1
|
10
|
5
|
3
|
|
|
ABŞ
|
1
|
3
|
2
|
4
|
|
Yuxarıdakı rəqəmlərə görə, tutaq ki, Azərbaycanda 1 vahid avadanlıq istehsalı üçün buğda istehsalında istifadə edilən amillərin 10 dəfə artığına ehtiyac vardır. Digər əmtəələr üzrə göstəricilər də bu cür izah edilə bilər.
Dəyərlərin sıralanmasından sonra, hər əmtəənin hər iki ölkədəki dəyərlərinin müqayisə edilməsi lazımdır. Bu müqayisə aşağıdakı kimi əksini tapmışdır:
Azərbaycan
|
Əmtəələr
|
|
Şərab
|
Buğda
|
Parça
|
Avadanlıq
|
|
Müqayisəli üstünlüklər
|
|
4:3
|
1:1
|
2:5
|
3:10
|
ABŞ
Göründüyü kimi, ABŞ-da avadanlıq, Azərbaycanda isə şərab istehsalı daha səmərəlidir. Cədvəl göstərir ki, ABŞ-ın müqayisəli üstünlüyü soldan sağa, Azərbaycanınkı isə sağdan sola doğru artır. Buna görə də, ABŞ cədvəlin sağ küncünə daha yaxın olan əmtəələri istehsal və ixrac etməyə çalışacaq. Azərbaycan isə əksinə cədvəlin sol küncündəki əmtənin istehsalında ixtisaslaşmağa meyl göstərəcək.
Müqayisəli üstünlüklər nəzəriyyəsini iki əmtəəli və ikidən artıq ölkəli modellər üçün də tətbiq etmək çətin deyil. Burada da əvvəlki nümunəyə oxşar hərəkət edilməlidir. Sadəcə, burada əmtəələrin yerinə ölkələr müqayisəli üstünlüklər dərəcəsinə görə sıralanmalıdırlar. Bir əmtəə üzrə daha yüksək müqayisəli üstünlüyə sahib olan ölkə o əmtəənin ixracatçısı olmağa ən şanslı namizəddir. Sıralamada ixracatçı ölkələrlə idxalatçı ölkələr arasında sərhəddi yenə də beynəlxalq mübadilə nisbəti (ticarət həddləri) müəyyən edir.
Deyilənləri yenə də bir nümunə ilə izah etməyə çalışaq. Dünyanın, A, B, C, D və E olmaqla beş ölkədən formalaşdığını və bunların hər birində yalnız buğda və düyü çəltiyinin istehsal edildiyini fərz edək. Bu ölkələrdə çəltiyin buğda vasitəsilə ifadə olunmuş istehsal dəyərlərini aşağıdakı kimi sıralayaq:
|
|
|
Ölkələr
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
A
|
B
|
C
|
D
|
E
|
|
|
Buğda/Çəltik
|
|
1
|
2
|
4
|
6
|
10
|
|
Bu nümunəyə görə, çəlik istehsalında ən yüksək müqayisəli üstünlüyə A ölkəsi sahibdir. E ölkəsi isə çəltik istehsalında ən əlverişsiz vəziyyətdədir. Eyni şeyi əksinə söyləsək, buğda istehsalında ən yüksək müqayisəli üstünlüyə E ölkəsi, ən aşağı müqayisəli üstünlüyə isə A ölkəsi sahibdir. Əgər beynəlxalq mübadilə nisbəti 1 vahid çəltik üçün 4 vahid buğdaya bərabər olsa, çəltik A və B ölkələrində, buğda isə D və E ölkələrində nisbətən daha ucuz əmtəələr olarlar. Dolayısıyla, birinci qrup ölkələr ikinci qrup ölkələrə çəltik ixrac edər və onlardan buğda idxal edərlər. C ölkəsində isə daxili qiymətlər beynəlxalq mübadilə nisbətinə bərabər olduğundan, bu ölkə ticarətə qoşulmur. Amma, məsələn, beynəlxalq mübadilə nisbəti 5-ə bərabər olsa, C ölkəsi də çəltik ixrac edən ölkələrin sırasına qatılar.
Müqayisəli üstünlüklər nəzəriyyəsi çox əmtəəli və çox ölkəli dünya üçün də keçərlidir. Lakin belə bir vəziyyətin izahı edilməsi analitik baxımından həddən artıq mürəkkəb olduğundan bu kitabın çərçivəsindən kənara çıxır. Lakin ümumi nəticə yenə də eyni olacaq: hər bir ölkə müqayisəli üstünlüyə malik olduğu əmtəələri istehsal edir və bu əmtəələri ixrac edərək onlara baha başa gələn əmtəələri xaricdən idxal edir.
Neoklassik məktəbin beynəlxalq ticarət barədə işlədiyi nəzəriyyələrdən danışarkən beynəlxalq ticarətdə tarazlıq modellərinə toxunmamaq olmaz. Tarixi olaraq beynəlxalq ticarət nəzəriyyələri işlənərkən daha çox əmtəə və istehsal amillərinin təklifinə diqqət yetirilir və tələb amili lazımi səviyyədə nəzərə alınmırdı. Lakin məlumdur ki, dünya bazarında əmtəə təklifi tələbin ardınca meydana gəlir və buna görə də həm tələbə, həm də təklifə eyni səviyyədə diqqət yetirilməlidir.
Neoklassik müddəalara əsaslanan tələb və təklif balansı və ya başqa sözlə beynəlxalq ticarətin standart modeli bir çox neoklassik iqtisadçıların səylərinin ümumi nəticəsidir. Həmin iqtisadçılar cəmiyyət çərçivəsində məcmu tələbə xüsusi diqqət yetirirdilər. Standart modeldə istifadə edilən baza anlayışlarını müxtəlif illərdə irland iqtisadçısı Frensis Ecuort və avstriya mənşəli amerikan iqtisadşısı Qottfrid Heberler formalaşdırmışlar.
Klassik modellər konkret əmtəələrin məhdud dairəsi üzrə tələb və təklifə əsaslanırdılar. Standart model isə dairəni məcmu tələb və təklifə qədər artırmışdır. Sadəlik üçün qəbul edilir ki, dünyada ancaq iki ölkə və bu ölkələrdə istehsal olunan iki əmtəə mövcuddur. Standart model ümumi iqtisadi nəzəriyyədən məlum olan “əvəzetmənin artan xərcləri” qanunauyğunluğundan çıxış edir. Bu o deməkdir ki, əmtəələrdən birinin əlavə vahidinin istehsalı üçün digər əmtəənin daimi deyil, artan kəmiyyəti “qurban” verilməlidir.
Ölkələr bir-biri ilə ticarətə qoşulana qədər olan balans transformasiyanın ən son hədd səviyyəsi (təklif) və əvəzetmənin ən son hədd səviyyəsi (tələb) arasında olan qarşılıqlı fəaliyyət vasitəsilə formalaşdırılır.
Transformasiyanın ən son hədd səviyyəsi dedikdə hər hansı bir əmtəənin əlavə vahidinin ərsəyə gətirilməsi üçün digər əmtəə istehsalının “qurban” verilən kəmiyyəti başa düşülür.
Əvəzetmənin ən son hədd səviyyəsi isə hər hansı bir əmtəənin elə bir kəmiyyət vahididir ki, məhz onu “qurban” verməklə digər əmtəənin əlavə vahidini əldə etmək olar və bu zaman həm də istehlakın mövcud səviyyəsinin qorunması təmin edilər.
Standart model aşağıdakı cəhətləri ilə xarakterizə olunur:
müxtəlif əmtəə istehsallarının real olaraq mövcud olan nisbətini əks etdirən istehsal imkanları hər bir ölkədə müxtəlifdir və bu da həmin ölkələri bir-biri ilə ticarət etməyə stimullaşdırır;
əgər istehsal imkanları üst-üstə düşürsə, yəni hər iki ölkədə əmtəələrin istehsal nisbətləri eynidirsə, onda ticarət istehlakçıların zövqündə və arzularında olan fərqlərə əsaslanır; zövq və arzular isə hətta bir-biri ilə ən yaxın olan ölkələrdə belə üst-üstə düşə bilməz;
təklif transformasiyanın ən son hədd səviyyəsi ilə, tələb isə əvəzetmənin ən son hədd səviyyəsi ilə müəyyən edilir;
beynəlxalq ticarətin həyata keçirildiyi tarazlı qiymət əmtəələrə oan nisbi dünya tələbi və təklifi ilə müəyyən edilir.
Yuxarıda qeyd olunduğu kimi, ölkələr arasında ticarət olmayanda balans tələb və təklif ilə təmin edilir. Ticarət şəraitində balans isə əmtəənin daxili bazarda və xaricdə mövcud olan nisbi qiymətlərinin tutuşdurulması və onun tarazlı qiymətə doğru hərəkəti ilə təmin olunur. Hər bir ölkə özünün müqayisəli üstünlüyünə əsaslanan əmtəənin istehsalını genişləndirir və onu digər ölkəyə sataraq həmin ölkənin müqayisəli üstünlüyünə əsaslanan əmtəəni idxal edir. Bu cür əməliyyat ona ticarətdən uduş əldə etməyə imkan verir ki, o da öz strukturuna görə mübadilədən və ixtisaslaşmadan uduşlara bölünür. Mübadilədən uduş dedikdə, ölkənin digər ölkələrlə ticarət əlaqələri qurduğuna görə əldə etdiyi üstünlük başa düşülür. İxtisaslaşmadan uduşu isə ölkə, səylərini müqayisəli üstünlüyə malik olduğu əmtəə istehsalı üzrə cəmləşdirdiyinə görə əldə etdiyi üstünlük əsasında qazanır.
Digər bir model isə ümumi tarazlıq modelidir. C.S.Millin beynəlxalq dəyər nəzəriyyəsinə əsaslanan bu model neoklassik iqtisadi məktəbinin məşhur nümayəndəsi Alfred Marşall tərəfindən işlənilib. Bu model “qarşılıqlı tələb” anlayışına əsaslanır. Qarşılıqlı tələb təklif və tələbi sintez edən bir göstərici olmaqla, ölkəni müxtəlif kəmiyyətlərdə əmtəə ixracını həyata keçirməyə sövq etmək üçün ölkəyə nə qədər digər əmtəə idxalı lazım olduğunu göstərir. Modelə görə, ümumi/beynəlxalq tarazlıq əmtəəyə daxili və beynəlxalq ticarətdə (daxili və dünya bazarlarında) olan tələb və təklifin eyni zamanda bərabərləşməsi zamanı əldə edilir.
Dostları ilə paylaş: |