Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

 
2.3.1. 
Kamal  Abdullanın  “Unutmağa  kimsə  yox” 
romanının qavramlar dünyası və konseptual-linqvistik təhlili 
Kamal  Abdulla  “Yarımçıq  əlyazma”  və  “Sehrbazlar  dərəsi” 
əsərlərindən sonra “Unutmağa kimsə yox” (Abdulla 2011) romanını 
da  yazaraq  öz  məşhur  trilogiyasını  tamamladı.  Trilogiyanı  təşkil 
edən əvvəlki iki romanın başlıqlarının nəyə işarə etdiyi hamıya çox 
yaxşı  məlumdur.  Birinci  romanın  başlığı,  hər  şeydən  öncə,  “Dədə 
Qorqud  kitabı”na,  ikincisi  isə  mövcudiyyəti  keçmiş  zamanlarda 
xəyal  edilən  möcüzəli-əfsanəvi  bir  “Sehrbazlar  dərəsi”  məkani 
düşüncəsinə  işarə  edir.  Bəs  “Unutmağa  kimsə  yox”  romanının 
başlığı  oxucusunu  hansı  möcüzəli,  sirli-soraqlı  dünyalara  götürür? 
Nə üçün məhz “Unutmağa kimsə yox”?! Əslində bu sözlərlə Kamal 
Abdulla düşüncəsinin özü və ya fəlsəfəsi ifadə olunur.   
Sözügedən  kəlmələrlə  ifadə  edilən  anlam  “Unutmağa  kimsə 
yox”  romanının  bir  özəl  mətnqurucu  işarəsi  olaraq  da 
 
139 
 

səciyyələndirilə  bilər.  İlk  öncə  roman  başlığının  bir  özəl 
mətnqurucu işarə olaraq nəyə işarə etdiyinə bir açıqlıq gətirək
13
.  
Məlum  olduğu  kimi,  “paralel  dünyalar,  möhtəşəm  ahəng  və 
hadisələrin  üfüqü  və  ya üfüq cizgisi” anlayışları  dünyanın 
“qavramlar xəritəsi”nin insanlar tərəfindən dərk olunmasında indiyə 
qədər  əsas  amillər  olaraq  özünü  göstərməkdədir.  Həmin  “açar 
sözlər” müxtəlif bədii əsərlərdə həmişə söhbətin mövzusu olmuş və 
bundan sonra da əbədiyyən olacaqdır. İnsanoğlunun dərk edə bildiyi 
hər  bir  şey  sözügedən  üçlü  sistemin  mexanizminin  gerçəkləşdiyi 
qavramlar  dünyasında  bu  və  ya  digər  şəkildə  yer  alır.  “Unutmağa 
kimsə yox” romanının başlığı da məhz böyük bir metamətn olaraq 
yuxarıda  göstərilənlərə  işarə  edir.  Kamal  Abdullanın  sözügedən 
romandan çox-
çox  əvvəl  yazdığı  “Unutmağa  kimsə  yox”  adlı  bir 
şeri də vardır. Onun həmin şerin sonunda söylədiyi yozum-nəticə və 
ya rema misralar sadəcə sözügedən romanın deyil, müəllifin digər 
bədii  əsərlərinin  və  onun  qavramlar  dünyasının  əsas  özəl 
mətnqurucu işarəsi olaraq göstərilə bilər.  
“Unutmağa kimsə yox” şeri: 
“Mənə deyən gərək nə olub axı, 
Nə çabalayırsan, söylə, nə xəbər. 
Sən çətin tapasan axtardığını, 
Sən axtardığını itirməyiblər. 
Nələr arzuladıq, nələr qazandıq, 
Hələ nələri də itirəcəyik. 
Yollara sarılıb biz də uzandıq, 
Hara gəlib çatdıq belə tələsik? 
De mənə varmıydın, ya bəlkə yoxdun? 
De mənə, yuxudu bəlkə bu dünya? 
Bu bulaq suyunda sənmiydin axdın? 
Bu bulud apardı səni haraya? 
Vaxt gəlir, hər şeyin yetişir sonu, 
13
 Romanda işlənilən digər özəl mətnqurucu işarələr haqqında aşağıda daha geniş 
məlumat veriləcəkdir 
 
140 
 
                                                            

Bu nəydi qurtardı, yox oldu, getdi? 
Bu da bir həyatdı, oynadıq onu, 
Bu da bir oyundu, yaşadıq bitdi. 
Yollar getdi üzü dağa, 
Yoxuşlar enişlərdən çox. 
Kimsə yox xatırlamağa, 
Unutmağa da kimsə yox”. 
Şeir,  yuxarıda  da  göstərildiyi  kimi,  Kamal  Abdullanın  çox 
müxtəlif  ədəbi-bədii  növlərdən  təşkil  olunan  böyük  mətninə  bir 
mətnlinqvistik “meta göndərmə” (Seçdirmə bizimdir- M.M.) səciy-
yəsi  daşıyır.  Bu  şeir  bütövlükdə  mətnlinqvistik  xarakterli  altgön-
dərən və ya altgöndərimli (anafora), eşgöndərən və ya eşgöndərimli 
(koranafora,  korkatafora)  faktorları  ilə  eyni  bir  sistemdə  yer  alan 
konkret bir kataforik göstərici olaraq da dəyərləndirilə bilər
14
.  
Kamal  Abdullanın  elmi,  ədəbi-bədii,  publisistik  və 
tərcüməçilik  fəaliyyəti  bötövlükdə  böyük  bir  mətnlərarası 
(i
ntertekstual)  metamətndir.  Sözügedən  mətnin  qavramlar 
dünyasının nəql edəni və ya yazarı, şübhəsiz ki, Kamal Abdullanın 
özüdür. Kamal Abdullanın özünə məxsus bədii qavramlar dünyası 
və sözügedən dünyaya görə mövzuları və ədəbi-bədii obrazları ilə 
kamilləşdirilən tematik qavramlaşdırma prosesi və buna bağlı olaraq 
gerçəkləşdirilən  konkret  bir  kateqoriyalaşdırma  çərçivəsi  vardır. 
Məhz  bütün  bunlar  sözügedən  mətnin  birinci,  başqa  bir  sözlə, 
düşünən  və  ya  verici  (adresant)  olan  “Kamal  Abdulla  təfəkkür  və 
təxəyyül  fenomeni”ni  (Hacılı  2010:  3)  və  ya  komponentini  təşkil 
edir.  Sözügedən  mətnin  ikinci  komponenti  qavranılandır  və  ya 
yazarın geniş oxucu kütləsinə təqdim etdiyi əsərdir və əsərdə ifadə 
14
 Yun. “anaphora” termini, yuxarıda da göstərildiyi kimi, önə və arxaya göndərən 
və ya ön və altgöndərimli mətnlinqvistik göstərici anlamını ifadə edir. “Catarhoric 
reference”  termin
i,  önə  göndərmə  faktoru  və  ya  öngöndərimli  göstərici  mənasına 
gəlir.  “Anaphorik reference” termini  önə  və  arxaya  göndərmə  faktorunu  bildirir. 
Koranaforiklik ve korkataforiklikco-reference 
terminləri isə mətnin həm yuxarı, həm 
də  aşağı  parçalarına  mətnlinqvistik  göndərməni  həyata  keçirdən  faktorlar  olaraq 
bilinir (LES 1900: 32; Dilçilik ensiklope
diyası 2006: 49, 321; Musayev 2011: 276). 
 
141 
 
                                                            

edilən  fikirdir.  Üçüncü  komponent  isə  dinləyəndir,  oxucudur, 
alıcıdır  və  ya  millətlərarası  linqvistik  terminologiya  ifadə  etsək, 
adresatdır.  Kamal  Abdulla  mətnində  yer  alan  hər  hansı  bir  fikir 
oxucusunun qavrayışında yeni bir semiotik məkan və ya semiosfera 
yaradır.  Bu  isə  oxucunu  çevrəsindəki  bütün  olub-bitənləri,  gəlib-
ke
çənləri, özəlliklə də maddi-mənəvi bəzi gəlişmələri sorğulamağa 
və ya sorğu-suala tutmağa sövq edir.  
Müxtəlif  dil-danışıq  məlumatları,  ədəbi-bədii  modelləş-
dirmələr,  arxetipik-prototipik  obrazlar  və  müəllif  gerçəklikləri  bu 
gün  müasir  filologiya  elmində  fərqli  şəkildə  izah  olunur.  Onlar 
klassik  səciyyəli  əvvəlki  filoloji  əsərlərdəki  kimi  sadəcə  dərindəki 
quruluşdan  və  invariant-variant  dəyişmələrindən  hərəkət  edilərək 
öyrənilmir.  Modern  filoloji  araşdırma  və  tədqiqatların  sadəcə 
məna//funksiya//quruluş  istiqamətində  yerinə  yetirilməsi  də 
qənaətbəxş  hesab  olunmur.
15
 
Həmin  filoloji  araşdırmalarda  və 
monoqrafik  tədqiqatlarda  dil-danışıq  faktorları  və  ədəbi-bədii 
gerçəkləşdirmələr  artıq  dünyanın  qavramlar  xəritəsindən  hərəkət 
edilərək,  konseptual-diskursiv kontekstlərdə  işıqlandırılır.  Bu 
baxımdan  Kamal  Abdullanın  “Unutmağa  kimsə  yox”  romanı 
mətninin  qavramlar  dünyası  da  sözügedən  meta  kontekstdə 
konseptual  olaraq  öyrənilməlidir.  Bundan  başqa,  türk-islam 
mədəniyyəti,  təfəkkür  və  düşüncə  sisteminə  bağlı  olan  qavramlar 
dünyası özəllikləri də həmin araşdırma-öyrənilmə istiqamətində çox 
ciddi nəzərə alınmalıdır. Sözügedən qavramlar dünyasının başlanğıc 
səciyyəli  ayrı-ayrı  fenomenal  çevrələrinin  (frame),  uyğun 
çevrələnmələrinin  və  ya  səhnələri  və  qavramlaşdırmalarının  isə 
aşağıdakı  şəkildə  sıralandırılaraq  adlandırılılmasının  uyğun  olduğu 
qənaətindəyik:    
-
Tanrı haqqı, axirət, qədər; 
-
Qardaşlıq, qonşuluq əlaqələri; 
15
 Burada quruluşdan mənaya və funksiyaya və funksiyadan və mənadan quruluşa 
və  hər  ikisindən  də  bir-birinə  istiqamətlərində  gerçəkləşdirilən  və  günümüzdə 
artıq klassik sayıla biləcək araşdırmalar və müxtəlif tədqiqatlar nəzərdə tutulur. 
 
142 
 
                                                            

-
Ailə müəssisəsinin müqəddəsliyi, davamlılığı və Türk-İslam 
düşüncəsi əsasında söykəndiyi bakirəlik, bakir və bakirə anlayışları;  
-
Qəhrəmanlıq, qorxmazlıq, mərdlik və cəsarət;  
-
Sevgi, məhəbbət, eşq və gözəllik;  
-
Qonaqpərvərlik,  qonaqsevərlik  və  ya  qonşun  ac  ikən  rahat 
ola bilməmək duyğusu; 
-
Əmanət, sədaqət, etibar və güvən
-
Şəhidlik,  qazilik,  qəhrəmanlıq  dərəcələri  və  ya  yüksək 
mərtəbələri; 
-
Səbr və təvəkkül və s.  
Sözügedən  qavramlar  ümumtürk  mətninin  poetik-folklorik 
təhkiyəsində  X-XI  yüzillərdən  etibarən  konseptual  və  təhtəlşüur 
olaraq  ifadə  olunmaqdadır.  Onlar  Kamal  Abdulla  mətninin  bədii 
yaradıcılıq kontekstində “Türklük düşüncəsi” və “Azərbaycançılıq” 
mentalitetinə  uyğun  gələn  üst  və  alt  qavramlara  bağlı  olaraq  qav-
ram
laşdırılmaqdadır.  Bu  isə  müəllifin  özünə  məxsus  bir  semantik 
yaradıcılıq sisteminin, gerçəkliyinin və ədəbi-bədii dilinin təşəkkü-
lünə  yol  açmışdır.  Qeyd  olunmalıdır  ki,  məhz  həmin  dil  bir 
zamanlar ədəbi tənqidimizdə yaxşıca anlaşılmamış, ağırlaşdırılmış 
və daranmamış bir dil kimi çox geniş mübahisələrə səbəb olmuşdur 
(Səlcuq 2005:190). Ancaq sözügedən dil lap başdan çıxarma-yalın 
və mürəkkəb cümlələrlə bərabər, kulturoloji səciyyədəki digər ağır 
dil  laylarının  da  özünə  məxsus  bir  şəkildə  hərəkətə  gətirilərək 
işlənilməsilə fərqlənmişdir. Həmin dil və üslub, hər şeydən öncə, dil 
və  özəl  mətnqurucu  semiotik  işarələrin  bir  çox  halda  bir-birinin 
üstünə  düşməsi  ilə  seçilmişdir.  Bunun  nəticəsində  isə  yazıçının 
bədii  qavramlar  dünyasının  ifadəsinə  bağlı  olaraq  gerçəklşən 
orijinal  bir  mətnlinqvistik  sıralanma  və  buna  bağlı  olaraq  tematik 
məzmun ardıcıllığının açılımı ortaya çıxmışdır. Cümlələrin mətndə 
belə bir linqvistik sintaqm sistemi ilə yerləşməsi, sintaktik sıralan-
ması və bütövlükdə yazıçının ədəbi-bədii dili bu günün Azərbaycan 
ədəbi diskursunda artıq öz mütləq uyğunluğunu sübut edə bilmişdir. 
Kamal Abdulla mətninin qavramlar və ya qavrayışlar dünyası özünə 
məxsus  olan  konseptual  rəngarəngliyi  ilə  də  seçilməkdədir.  Bu 
 
143 
 

rənglər və konseptual cizgilərin bir çoxu Kamal Abdulla mətnində 
alt  səviyyə  və  faktorları  ilə  artıq  qavramlaşdırılmışdır.  Sözügedən 
qavramlaşdırmalar və ya yozumlamalar konseptual-psixoloji yönləri 
ilə  bilavasitə  müəllifin  özünə  aiddir.  Həmin  müəllif  qavramlaş-
dırmalarına isə konkret oaraq aşağıdakılar aid edilə bilər:   
-
Dolğun an; 
-
Yol və yolun sonu və ya heç bitməyən yol; 
-
Ruh, ruhun özü və gözü; 
-
Tənhalıq; təklik və təkcənəlik
16

-
Sirr  və  sirr  içindəlik,  mübhəmlik,  görünməzlik  və  ya 
bilinməzlik; 
-
Qəriblik və yalnızlıq; 
-
Xatirə, anı, unutqanlıq və unutmağa kimsə yoxluq
-
Oyun və oyunbazlıq; 
-
Günah və günah içindəlik; 
-
Qisas və qisasçılıq; 
-
Sufilik və təsəvüff; 
-
Mif  və  tarix;  mifin  və  ya  tarixin  Kamal  Abdulla  təbiri  və 
bədii açıqlaması ilə təkcənələşdirilməsi və ya konseptual kontekstdə 
fərdiləşdirilərək yozumlanması; 
-
Azərbaycançılıq və Türkçülük müstəvisində etnik müəyyən-
lik  və  milli  kimlik  anlayışları  və  bununla  bağlı  olaraq  Türk dili, 
16
 Sözügedən leksik vahid yazıçının leksikonuna məxsus olan bir sözdür.  Tənha 
olma  və  tək  olma  durumunu  ifadə  etməkdədir.  Müəllif  hər  halda  sözügedən 
kəlməni  insana  məxsus  özəl  bir  ruh  dünyasını  ifadə  etmək  və    həmin  dünyanı 
ayrıca  bir  fenomen  səviyyəsində  dərindəki  və  üzdəki  quruluşları  ilə  qavram-
laşdırmaq  üçün  işlətmişdir.  İstər  sözügedən  kəlmə,  istərsə  də  müəllifin  dilinə 
məxsus  olan  digər  oxşar  söz  və  ifadələr  bütövlükdə  postmodernist  təhkiyənin, 
ayrılıqda isə Kamal Abdulla bədii mətninin orijinal bir konseptual-mətnlinqvistik 
özəlliyi  olaraq  qiymətləndirilməlidir.  Əslində  bənzəri  söz  və  ifadələr  ayrıca  bir 
filoloji-
linqvistik araşdırmanın konkret mövzusu ola biləcək bir səviyyədədir.  
 
 
 
144 
 
                                                            

Azərbaycan  dili,  Türkcə,  Azərbaycan  Türkcəsi,  Türkiyə  Türkcəsi 
qavrayışları.   
Kamal  Abdulla  mətnində  yer  alan  və  artıq  ədəbiyyatşünas-
lığımızda  da  fərq  edilən  bəzi  ümumi  qavramlaşdırmalar  isə  daha 
çox  bilvasitə  və  ya  bəşəri  səciyyəlidir.  Onlar  intertekstual meta 
kontekstdə müəllifin əlavə etdiyi məntiqi-fəlsəfi çalarlarıyla seçilir. 
Bunlara isə aşağıdakılar aid edilə bilər:  
“-
Həyat və ölüm;  
-
Ədəbi və fani; 
-
Rəbbani və ərzani; 
-
Ruh və cisim
-
İdeal və gerçək; 
 -
Batin və zahir; 
 -
Azadlıq və zərurət;  
-
Fərd, 
cəmiyyət, 
toplum 
və 
nəhayət 
şair-hökmdar” 
qavramlaşdırmaları” (Hacılı 2010: 61). 
Kamal  Abdulla  mətni  və  onun  paradiqmatik  sistemi  çağdaş 
ədəbi-bədii prosesdə ədibin müasiri olduğu digər yazıçıların ədəbi-
bədii  yazılarından  xeyli  dərəcədə  fərqlənir.  Həmin  mətn  məhz 
qavramların  yazıçının  təxəyyülündə  anlamlandırılması  və  təfək-
küründə  fikir  və  düşüncə  komponentlərinin  konseptual  çərçivələri 
və  mürəkkəb  obrazları  olaraq  formalaşdırılması  özəlliklərinə  görə 
başqalarının  mətnlərindən seçilir. Bu qavramların özəl mətn işarə-
ləri  və  onların  ana  dili  ilə  homojen  olaraq  ifadəsi  isə  sözügedən 
mətnin, yuxarıda göstərildiyi kimi, ən orijinal mətnyaradıcı cəhətlə-
rindəndir. Bu böyük mətnin sintaqmatik ierarxiyası və ya funksional 
olaraq ifadəsi isə sözügedən qavramların özəl mətn işarələrinin və 
ana  dilinin  ən  müxtəlif  ədəbi-bədii  formalarda  və  janrlarda 
işlənilməsilə müəyyənləşir. Məsələn, tezis, elmi monoqrafiya, dərs 
vəsaiti, məqalə; roman, hekayə, povest, pyes, şeir, qissə, esse və s. 
olaraq. Sözügedən metamətndə yuxarıda göstərilən janrların ədəbi, 
bədii,  texniki,  semiotik  və  işarəvi  mətnqurucu  potensialından 
maksimum dərəcədə istifadə olunur.  
 
145 
 

  
Yuxarıda  göstərilən  və  nisbi  olaraq  bilvasitə  və  bilavasitə 
səciyyəli  qavramlar  olaraq  təsnifləndirilən  qavrayışlar  sıralanması 
yazıçı tərəfindən bütövlükdə dərk olunur.  Yazıçının təfəkküründə 
müəyyənləşən  bədii  qavramlar  dünyasının  xəritəsi  “Unutmağa 
kimsə  yox”  romanı  mətnində,  əsasən,  üç  ana  təmələ  və  ya  əsasa 
dayanılaraq  çəkilir.  Bu  əsaslar,  yuxarıda  da  göstərildiyi kimi, 
aşağıdakılardan ibarətdir: 
-Paralel dünyalar; 
 -
Möhtəşəm ahəng;  
-
Hadisələrin üfüqü… 
Bəs  paralel  dünyalar,  möhtəşəm  ahəng  və  hadisələrin  üfüqü 
qavrayışları  nə  deməkdir?!  Bunlar  nəyi  ifadə  edir?  Bütün  bunları, 
təbii ki, əsərin ümumi süjet-fabula xəttini təşkil edən böyük və kiçik 
hadisələrin, müxtəlif tarixi gedişatların və bunlara paralel olaraq da 
əsər  qəhrəmanlarının  daxili-psixoloji  dünyasının  tematik-bədii 
açılımı prosesində anlamaq mümkündür.  
Romandakı hadisələr öncə şəhərdə baş verir. “Dil və təfəkkür 
İnstitutu”nda baş verənlər canlandırılır və Professor, Patriarx, Zabitə 
xanım,  Vahid  müəllim,  Nəriman  müəllim,  Ayxan  Ələkbərov  və 
digər yaddaqalan bədii obrazlar yaradılır. Sonra həmin hadisələr bir 
dağ  kəndində,  yəni  ikinci  parallel  dünyada  cərəyan  edir.  Bəhram 
dayı, Mübariz kişi, Gülsüm və s. obrazlar da bu bölmədə yer alır. 
Hadisələrin inkişafının orta əsrlər dövrü bundan sona başlanır. Bu 
üçüncü paralel dünyadır. Burada Mirzə Pirqulu, Əliqumral yüzbaşı, 
Mir  Həsən  və  mifik  qurd  obrazı  vardır.  Sonra  bu  qat  üzərində 
parallel dünyaların dördüncüsü “yuxu müstəvisi”ndə (Əliyev 2011) 
ortaya çıxır. Ən son parallel dünya olaraq isə qədim yunan mifləri, 
Troya  müharibəsi,  nifaq  alması  ilə  bağlı  hadisələr  və  qəhrəmanlar 
qələmə alınır.  
Beləliklə, roman mətnində əsərin süjet-fabula xəttini tematik 
olaraq təşkil edən hadisələrin gedişatının əsas etibarilə retrospektiv 
və ya bu gündən keçmişə doğru davam edən bir inkişaf projeksiyası 
izlənilir. Ancaq romanda müxtəlif gedişatların prospektiv və ya olay 
v
ə fenomenlərin bu günə, gələcəyə və interospektiv və ya olay və 
 
146 
 

fenomenlərin milli “öz”ə, mentalitetə görə bədii qavramlar dünyası 
olaraq təsvir olunması da diqqəti çəkir. Hadisələrin üfüqü isə istər 
retrospektiv  və  prospektiv,  istərsə  də  interospektiv  projeksiyalarda 
və  ya  görünümlərdə  izlənilən  hər  cür  inkişafın  nəticələrinin 
göründüyü və dolğun anın grçəkləşdiyi sərhəddir. Möhtəşəm ahəng 
bütün bunları ehtiva edən düzəndir. Bu sistemi düzənləyən isə İlahi 
məntiq və ya təqdiri-İlahidir. 
 
2.3.1
.1. “Unutmağa kimsə yox” romanında semasioloji və 
semiotik işarələr    
İnsan  beynində  dil  vasitəsilə  ayrılıqda  müxtəlif  məlumatlar, 
mövzular,  prototiplər,  sxematik  çərçivələr,  təsvirlər,  təsəvvürlər, 
illuziyalar,  allüziyalar  və  s.,  bütövlükdə  isə  dünyagörüşü  və  bilik 
s
əviyyələri  əks  olunur.  Bütün  bunlar  dərk  etmə//şüur//təfəkkür 
müstəvisində  konseptual-iradi  olaraq  hafizədə  yenidən  işlənilir, 
orada  eninə  və  boyuna  görə  ayrı-ayrı  yığılır  və  ya  yığımlanır. 
İntellektual-konseptual  səciyyəli  həmin  “yığılmalar  və  ya 
yığımlanmalar”  (Seçdirmə  bizimdir-M.  M.)  elmdə  indi  artıq  insan 
biliyi və düşüncəsinin üst və alt səvviyyələri olaraq tənifləndirilir. 
Sözügedən təsnifləndirmələr və ya qavramlaşdırmalar müasir sosial 
elmlərə  dair  tədqiqatlarda  koqnitiv  elmin  və  ya  koqnitologiyanın 
araşdırma-öyrənilmə prinsiplərinin cəmi kimi dərk olunur. Sintetik 
və sinerjik səciyyəli koqnitiv elmdə üst qavramlar və kateqoriyalar 
ilə alt qavramlar və kateqoriyalar bir-birilə bağlantılı və sistematik 
olaraq öyrənilir. Bu baxımdan Kamal Abdullanın “Unutmağa kimsə 
yox” romanının mətnində də paralel dünyalar, möhtəşəm ahəng və 
hadisələrin üfüqü və ya üfüq çizgisi anlayışları eyni zamanda ayrı-
ayrı  üst  qavramlar  səciyyəsi  daşıyır.  Müəllif  dərk  etmə  əsnasında 
müəyyənləşən qavrayışları semiotik işarələrin və proseslərin və ya 
semiozislərin  müxtəlif  zaman  və  məkan  semiosferalarındakı 
hərəkətləri  ilə  bir  ədəbi-bədii  yazıçı  gerçəkliyi  olaraq  ifadə  edir. 
Qısacası,  paralel  dünyaların,  ilahi  məntiqin  və  ya  ahəngin  inkişaf 
mexanizmini  onun  alt  qavramları  və  kateqoriyaları  ilə  açır.  Və 
müxtəlif tarixi hadisələrin, psixoloji yazıçı təhkiyələrinin, qissəvari 
 
147 
 

rəvayət  və  hekayətlərin  bədii-ritorik  açılımı  əsanasında  isə 
oxucusuna yeni bir bədii qavramlar dünyası təqdim edir.  
Kamal  Abdulla  mətni  türkoloji  filologiyada  bütövlükdə 
koqnitiv  elmə  (koqnitologiyaya),  ayrılıqda  isə  müasir  ədəbi-
linqvistik  təhlilə  qavramlar  dünyası  və  ya  qavramlardan  hərəkətlə 
davam etdiriləcək filoloji tədqiqatların və araşdırmaların qapılarını 
axıra qədər açır. Sözügedən mətn artıq XXI yüzilin lap əvvəllərində 
“Azərbaycan  dili  açar  sözü”nü  (Seçdirmə  bizimdir-  M.M.) bütün 
semantik-
funksional  çalarları  və  ədəbi-bədii  ifadə  potensialı  ilə 
bizlərə və gənc nəsillərə təqdim edir.  
Bu gün çağdaş yozumlanması ilə insanoğlunun intellektinə və 
onun bir 
bütün  olaraq  dərk  edilən  təcrübəsinə  dair  mücərrəd  və 
konkret  qavramların  birləşdirilə  bilən  bütün  mümkün  alt 
kateqoriyaları  ilə  fərqli  konseptual  açıqlanmalardakı  təsviri  işini 
bütövlükdə koqnitologiya elmi həyata keçirir. Ayrılıqda isə həmin 
işi  koqnitiv  xarakterli  yeni  yönüm  və  yöntəmlərlə  dilçilik  və 
ədəbiyyatşünaslıq  və  ya  müasir  filologiya  elmi  və  eyni  zamanda 
digər  uyğun  elm  sahələri  yerinə  yetirir.  Yuxarıda  da  göstərildiyi 
kimi, dünyanın dil xəritəsini “kainat, kosmos, yol, din, dil, inanc, 
müharibə,  sülh,  demokratiya,  xoşbəxtlik,  düşmənlik,  dostluq, 
acı,  ağrı,    mərhəmət  və  s.”  ümumi  kulturoloji  əsaslı  qavramlar 
təşkil  edir.  Bu  qavramlar  koqnitiv  linqvistikada  insana  məxsus 
özəlliklərə  bağlı  olaraq  gerçək  prototipləri  ilə  müəyyənləşdidrilir. 
Onlar di
l sistemində “məzəmmət etmək, təəssüf, niyyət, istək, arzu, 
səbəb,  məqsəd,  dəyərləndirmə,  sevgi,  nifrət,  sevinc  və  s.”kimi 
semantik  anlam  sahələrini  ehtiva  edən  özəllikləri  ilə  ifadə  olunur. 
Bu  kontekstdə  “məhəbbət-mərhəmət”  və  ya  “sevgi-nifrət”  kimi 
linqv
istik  qavramlar  konkret  diskursiv  variantları  ilə  diqqəti  çəkir. 
Beləliklə, həm konkret dil göstəriciləri, həm də konseptual amillərlə  
ifadə edilən anlayışlar linqvistik qvramlar olaraq tərif edilir. 
Qeyd. 
Linqvistik  qavram  anlayışı,  yuxarıda  da  göstərildiyi 
kimi, insanoğlu tərəfindən antrpoloji səviyyədə dərk edilən və koq-
nitiv-
konseptual  bir  şüur  düzənində  kamilləşdirilən  təfəkkürün 
təşəkkülü  və  inkişafı  prosesinin  formalaşmasına  və  dil  çərçivəli 
 
148 
 

amillərlə  getdikcə  sürətləndirilməsinə  bağlı  olaraq  müəyyənləş-
dirilməkdədir. Bu baxımdan yuxarıda haqqında bəhs edilən “çeviri 
və  ya  ədəbi  mətn  uyğunlaşdırması,  ona  uyğun  elm  və  təcrübə” 
anlayışı bir linqvistik qavram olaraq tərif edilməkdədir. Bədii mətn-
lərin  özəl  mətnqurucu  işarələri  anlayışı  da  çağdaş  informatika  və 
ya  informasiya  texnologiyaları  epoxası  elmşünaslığında  bir  linq-
vistik  qavram  olaraq  XX  yüzilin  son  qərinəsindən  etibarən  yer 
almaqdadır.   
Əslində hər bir yazıçının özünə məxsus olan və bədii yazıla-
rında ifadə olunan bir qavramlar dünyası və buna bağlı olaraq ifadə 
etdiyi konkret bir yazıçı gerçəkliyi vardır. Bu qavramlar dünyası və 
yazıçının  özünə  məxsus  olan  dərk  etmə  və  fikir  gerçəkliyi  onun 
işlətdiyi  bədii  dil  və  özəl  ədəbi-bədii  mətnqurucu  işarələrin 
hərəkətləri  ilə  ifadə  olunur.  Yazıçı  hər  hansı  bir  bədii  mətni 
qurarkən sadəcə fonemlərdən, morfemlərdən, sintaktik vahidlərdən, 
leksemlərdən və frazemlərdən gəlişigözəl olaraq istifadə etmir
17
. O, 
öz yazıçı gerçəkliyini ifadə etmək üçün, hər şeydən öncə, milli dilə 
və  mentalitetə  məxsus  olan  semiotik  mahiyyətli  və  özünün 
şəkilləndirdiyi  ən  müxtəlif  mətnqurucu  işarələrdən  istifadə  edir  və 
bədii  mətni  onlarla  qurur.  Fərqli  dil  işarələri,  ədəbi  və  konseptual 
səciyyəli  özəl  mətnqurucu  işarələrin  funksional  və  semantik 
parametrlərinin bir-birinin üzərinə düşməsi isə bədii mətnin uğurlu 
olmasını  şərtləndirən  başlıca  amillərdəndir.  Elə  Kamal  Abdulla 
mətnini də uğurlu edən başlıca amillərdən biri sözügedən işarələrin 
bir çox halda məhz bir-birilə örtüşməsidir. Aşağıda hərəkətləri bir-
birilə üst-üstə düşən və ya örtüşən dil və ədəbi-bədii səciyyəli özəl 
mətnqurucu işarələrə qısaca olaraq toxunulacaqdır. 
 
17
 Hər hansı bir bədii əsər sadəcə göstərilənlərdən ibarət olsaydı, onda həmin əsər 
monoton cümlələrdən təşkil olunan söz yığınından başqa bir şey olmazdı. 
 
 
 
149 
 
                                                            

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin