Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

 
Göründüyü 
kimi, 
sözügedən 
cümlə-mətnlərdə 
və 
ümumiyyətlə dilin sintaktik sistemində söylənilən bəlli olan–bilinən 
(tema)  və  bəlli  edilən–yeni  söylənən (rema) semantik-funksional 
parçalar  və  ya  sintaqmlar  olaraq  müəyyənləşdirilir.  Belə  bir 
araşdırma-öyrənilmə yönümü və yöntəmi cümlə üzvlərinin ənənəvi 
təsnifləndirməsindən  fərqlidir.  Belə  ki,  yuxarıda  gətirilən  birinci 
 
113 
 

müqayisəli atalar sözü kontekstində “tamamlıq/zərflik/xəbər qrupu” 
xəbərliklə və ya bəlli edilənlə (rema ilə)  işlənilir.  İkinci müqayisəli 
atalar  sözü  kontekstində    mübtəda  xəbərlə  birlikdə  xəbərlik  və  ya 
bəlli  edilən  (rema)  qrupunu  təşkil  edir.  Üçüncü  müqayisəli  atalar 
sözü kont
ekstində isə sadə cümlə parçalarının sintaktik kontekstdəki 
semantik-
funksional yerləşməsi birinci və ikinci kontekstdəkilərdən 
fərqli  bir  sıralanma  ilə  gerçəkləşir.  Beləliklə,  Türkiyə  və 
Azərbaycan  türkcələrindən  gətirilən  örnəklərin  temaya  və  remaya 
gör
ə təsnifləndirilməsi T=Z+X formuluna dayanır. Türkmən, özbək, 
qazax  türkcələrindən  gətirilən  örnəklərin  temaya  və  remaya  görə 
təsnifləndirməsi Z=T+X formuluna əsasən müəyyənləşdirilir.  
Sözüged
ən birinci atalar sözü mətninin qurulmasında “acı, dil, 
ağıl”,  ikinci mətndə  “ayrılmaq”,  üçüncü  mətndə  “ölçü//meyar” 
qavramlarından  hərəkət  edilmişdir.  Bu  mətnlərdə  yuxarıdakı 
qavramlara uyğun olaraq semiotik mahiyyətdəki “dost, ilan, bazar, 
qoyun, yorğan” özəl mətnqurucu işarələrinin işlənilməsi isə diqqət 
ç
əkir. Çünki  semiotik  işarələr türk-müsəlman həyatında  yer  alan 
simvolik, konseptual v
ə etnoqrafik səciyyəli fenomenləri göstərir.   
Müasir  dilçilikdə  hər  hansı  bir  dildəki  cümlə  üzvlərinin 
semantik-
funksional  parçalara  ayrılmasının  linqvistik-sintaktik 
formulları  mətnə  və  ya  öyrənilən  dilin  sabit  və  iniversiyalı 
sıralanmalarına  görə  gerçəkləşən  ontoloji  səciyyəli  əsl  mətn 
örnəyinə  görə  öyrənilir.  Sözügedən  əsl  mətn  örnəyinin  yazılı  və 
şifahi  olaraq  gerçəkləşən  müxtəlif  formaları  kontekstə,  dilin 
işlənildiyi sosyolinqvistik ortama, diskursa və ya canlı dilin danışıq-
xəbərləşmə  vasitəsi  olaraq  hər  şəkildəki  işlənilişinə  görə 
müəyyənləşir.  Bu  baxımdan  sözügedən  semantik-funksional par-
çaların,  yəni  tema  və  remaların  hər  hansı  bir  mətlinqvistik 
ortamdakı  sayı  istər  türk  ədəbi  dillərində,  istərsə  də  digər  dünya 
dillərində bir universal-linqvistik amil olaraq fakültativ səciyyəlidir. 
Bunların sayı hər hansı bir dilin müxtəlif dil-danışıq sahələrindəki 
işlənilmə  potensialına bağlı olaraq ortaya çıxar (Musayev 2011: 39-
42). 
 
114 
 

Sintaktik  konstruksiyaların  polipredikativlik  dərəcələrinin 
sözüged
ən qavram və  kateqoriyalaşdırma  baxımından  müəyyən-
l
əşdirilməsi dilçilikdə  nisbətən yeni bir istiqamətdir. Burada 
polipredikativlik d
ərəcəsindən  asılı  olaraq,  birdən  artıq  predikativ 
v
ə  yarımpredikativ  mərkəzləri olan “mürəkkəbləşmiş”  sadə  geniş 
cüml
ələr və  bütün mürəkkəb cümlələr birlikdə  polipredikativ 
quruluş kimi tədqiq olunur (Черемисина, Колосова 1987).  İnfor-
masiyavericilikd
ə  birincilərlə  ikincilər  frazadanböyük  vahidlərin 
t
ərkibində  belə  eynitipli çoxmərhələli aktual üzvlənməyə  məruz 
qalır. Müq.et.: 
(1) – Az
ərb. Şamxal/ anasını gözü yaşlı görüb // evdə// bədbəxt bir 
hadis
ə baş verdiyini / zənn etdi (İ. Şıxlı. Dəli Kür, 1968, s. 28). 
T[ (T
1
s - R
1
v) – ( T

s - R
2
v)] –
asılı hissə – R – əsas hissə. 
(2) – 
Adam da // yıxılıb ölür./ Bir at // nədir ki // özünü üzürsən.  
( F. K
ərimzadə. Xudafərin Körpüsü, 1982, s. 104). 
R [( T

s – R
1
 v) – (T

s – R
2
 v)] – 
əsas hissə – T – asılı hissə
10
 
Frazadanböyük  konstruksiyanın  tərkibindəki  “Bir at// nədir 
ki// özünü üzürs
ən” xususi-mürəkkəb quruluşlu ikinci polipredikativ 
vahid mür
əkkəb cümlədir.  “Şamxal/  anasını  gözü  yaşlı  görüb  // 
evd
ə// bədbəxt bir hadisə  baş  verdiyini  /  zənn etdi” xususi-
mür
əkkəb  quruluşda  olmayan  birinci  polipredikativ  vahid isə  sadə 
genişlənmiş  cümlədir.  Hər iki sintaktik  vahid  yalnız  ifadənin 
formasına  görə  bir-birindən fərqlənir.  İfadənin məzmun  planına, 
y
əni semantik-funksional sahələrin reallaşmasına görə isə hər iki 
sintaktik konstruksiya bir-birin
ə  bənzəyir. Daha  doğrusu,  hər iki 
polipredikativ vahid s
əbəb-nəticə  əlaqəli linqvistik bir qavrama 
(qavrayışa)  görə  ayrı-ayrı  konkret  sintaktik  vahidlər səviyyəsində 
gerç
əkləşmişdir (Musayev 2011: 80).  
 
10
 
T  –  tema, R –  rema, S –  mübt
əda, yaxud hər hansı başqa bir substantiv element, v – 
x
əbər  və  ya  hər  hansı  bir  polipredikativ  mərkəz.  Mötərizədə  aktual üzvlənmənin ikinci 
m
ərhələsi göstərilmişdir.  /xətt ilə  aktual üzvlənmənin birinci, // xətt ilə  isə  aktual 
üzvl
ənmənin ikinci mərhələsi  işarə  edilmişdir.  Oxşar  örnəklər  eyni  bir  sıra  nömrəsi ilə 
verilmişdir.
 
 
115 
 
                                                            

2
.2. Şeirlə söylənilən və ya yazılan bədii mətn örnəkləri  
 
Ümumtü
rk folklorik mətninin ilk örnəklərində sərbəst olaraq 
ifadə  olunan  şeir  parçaları  əsasən  2-24-28  saylarında  gerçəkləşən 
ritmik-
tonik  və  təhkiyəvi-rifmik  bir  hecalanma  sistemi  ilə  qafi-
yələnir  (Musaoğlu  1999:  10-13).  Qədim  türk  şerində  ilikin 
mətnləşmə  əsnası  sözügedən  sərbəst  qafiyələnmə  sisteminə  bağlı 
olaraq  gerçəkləşir.  Buna  bağlı  olaraq  makromətn  səciyyəli  mətn-
ləşmə  söz  birləşmələri  və  qrupları,  sadə  və  mürəkkəb  cümlələrlə 
qurulan  sintaktik  bütövlərin  daha  geniş  bir  mətnlinqvistik 
təhkiyədəki  simmetrik  və  asimmetrik  sıralanmaları  ilə  özünü 
göstərir.  Ancaq  bu,  formal  olaraq  belədir.  Məzmun  planı  etibarilə 
müxtəlif  sintaktik  konstruksiyaların  və  mürəkkəb  sintaktik  bütöv-
lərin  mətndə  işlənilməsi  hər  hansı  bir  ünsiyyət  əsnasının  diskurs 
ortamında konkret olaraq geçəkləşməsi ilə şərtlənir. Bu gerçəkləşmə 
isə  danışanın,  müəllifin,  dinləyənin  və  oxucunun  dərk  etdiyi  əsas 
bədii  fikrinin  özəl  mətnqurucu  semiotik  işarələrlə  geniş  oxucu  və 
dinləyici  auditoriyasına  nə  dərəcədə  uğurlu  ötürülməsi  ilə 
müəyyənləşir. Özəl mətnqurucu işarələrin işlənilməsi isə danışan və 
dinləyən  arasındakı  informasiyavericiliyin  dayandığı  dərindəki  və 
üzdəki  konkret  hadisələr,  fenomenlər  və  onlarla  ifadə  edilən  ana 
fikirlərlə bağlı olur. Həmin işarələr müasir filologiya elmində ədəbi-
semi
otik mahiyyətli mətnqurucu vasitələr olaraq öyrənilir. Bu isə o 
deməkdir  ki,  hər  hansı  bir  ədəbi-bədii  mətn  sadəcə  fonemlərdən, 
morfemlərdən, leksemlərdən, frazemlərdən, söz birləşmələrindən və 
cümlələrdən  ibarət  deyildir.  Hər  hansı  bir  bədii  mətnin  həmin 
semasioloji  dil  işarələri  ilə  ifadə  olunan  özünə  məxsus  semiotik 
mahiyyətli  özəl  mətnqurucu  işarələri  də  olur.  Həmin  semiotik 
işarələrin hərəkətləri isə mətndə ifadə edilən müəllif reallığını və ya 
bədii  fikrini  ayrı-ayrı  konkret  hadisələrlə,  bəşəri  və  milli-mənəvi 
dəyərləri bildirən fenomenlərlə göstərir.  
Xalq  mahnılarımızın  poetik-musiqili  mətnləri  də,  hər  şeydən 
öncə,  haqqında  bəhs  edilən  özəl  mətnqurucu  işarələrlə  qurulur. 
Həmin  özəl  mətnqurucu  işarələr  bilavasitə  xalqın  sevgisinə, 
 
116 
 

arzularına,  istəklərinə,  dərdinə-sərinə,  gələcəyə  inamına,  onun  ən 
dəruni duyğularına sintaktik, semantik və praqmatik bir bütünləşmə 
olaraq  işarə  edir.  Bu  baxımdan  xalq  mahılarımızın  başlıqları  ən 
gözəl seçilmiş özəl mətnqurucu işarələr kimi qiymətləndirilə bilər. 
Məsələn, “İrəvanda xal qalmadı”, “Qaragilə”, “Azərbaycan maralı” 
mahnılarının başlıqları nə qədər gözəl, nə qədər uğurlu seçilmişdir! 
Həmin  başlıqlar  saf  və  səmimi,  ailəsinə  və  sevgilisinə  ən  dəruni 
duyğularla  bağlı  olan  bir  Azərbaycan  gözəlinə  işarə  etmirmi?! 
Əlbəttə,  edir.  Birinci  mahnının  mətnində  işlənilən  və  üzə,  gözələ 
xüsusi yaraşıq, gözəllik  verən, Azərbaycan ədəbiyyatında və xalq 
mahnılarımızda  milli  mentalitetimizə  yönəlik  interospektiv  səciy-
yəli  mahiyyət  qazanan  “qoşa  xal”  bənzətməsi  Cabbar  Qaryağ-
dıoğlunun çox uğurla seçdiyi özəl bir mətnqurucu işarə deyildirmi?! 
Bəs sözügedən poetik-musiqili mətnin başlığında işlənilən “İrəvan” 
mətnqurucu toponimik adı? “İrəvan” özəl adı həm sözügedən mahnı 
mətninin ədəbi-konseptual semiosferasına, həm də Azərbaycan adlı 
dünyamızın  tarixi-məkani  qavramlar  xəritəsinə  retrospektiv, 
prospektiv  və  interospektiv  baxımlardan  işarə  edən  ən  önəmli 
mətnqurucu  işarələrdən  biridir.  Bakı,  Gəncə,  Şuşa,  Xankəndi, 
Naxçıvan, Şəki, Dərbənd, Təbriz toponimik-konseptual adları kimi! 
Belə özəl mətnqurucu işarələr, təbii ki, “Sarı gəlin” və “Küçələrə su 
səpmişəm”  xalq  mahnılarımızın  mətnlərində  də  vardır.    Məsələn, 
“Sarı gəlin” və ya sadəcə “Gəlin” və Çoban”, “Küçələrə su səpmək” 
və  “Yar”  söz-ifadələri.  Həmin  bədii  mətnqurucu  semiotik  işarələr 
konseptosferik sistemdə “eşq, sevgi, məhəbbət və son dərəcə dəruni 
insani duyğular”ı bildirən qavramlarla (konseptlərlə) çox yaxından 
bağlıdır.  Ancaq  sözügedən  özəl  mətnqurucu  işarələr  burada 
Azərbaycan  adlı  qavramlar  dünyasının  milli-mənəvi  mahiyyət  və 
konkret  olaraq  da  intim  yaşanmışlıq  və  ya  həyatilik  səciyyəsi 
daşıyan elementlərini işarələyir. Buna görə də onlar mili mentalitetə 
bağlı  interospektiv  səciyyəli  faktların,  hadisələrin,  ən  müxtəlif 
folklorik  hekayətlərin  və  rəvayətlərin  poetik  olaraq  dərk  olunması 
və  konseptual  müstəvidə  adlandırılmasıdır.  Bununla  da  xalq 
mahnılarımızı  formalaşdıran  həmin  özəl  mətnqurucu  işarələr  digər 
 
117 
 

adekvat  semiotik  quruluşlardan  və  ya  semiozislərdən  fərqlənirlər 
(Musaoğlu 2011: 34-35). 
Əcdad  türklərin  ilk  folklorik  şeir  yaradıcılığı  animizim, 
totemizm  və  antropomorfizm  çağından  mifologiya  çağına  və 
sonuncudan  isə  dastan  epoxasına  erkən  keçiş  dönəmlərində 
gerçəkləşmişdir.  Sözügedən  folklorik  şeir  yaradıcılığı  ədəbiyyat 
tarixinin  ilk  inkişaf  mərhələlərində  orijinal  bir  mətnlinqvistik 
quruluşda  formalaşmışdır.  Bu  isə  sözügedən  bədii  quruluşun 
filologiyada ədəbiyyat tarixi, nəzəriyyəsi və ədəbi təhlil baxımından 
özəl  bir  elmi-konseptual  açıqlanmsının  verilməsini  günümüzdə 
zəruri hala gətirmişdir. Sonrakı dövrlərdə də həm məzmun, həm də 
forma etibarilə eyni ədəbi-bədii quruluşlarda gerçəkləşən həmin şeir 
şəkillənmələrinin  adlandırılması  və  ya  dəqiq  filoloji  tərifi  ümumi 
mətn  tipologiyası  baxımından  mübahisə  doğurmuşdur.  Sözügedən 
şeir  şəkillənmələri  ədəbiyyat  çevrələri  və  ya  ədəbiyatsevərlər 
arasında daha çox “səcli şeir, səcli nəsr”, “nəsr səciyyəli şeir” və ya 
sadəcə mənzumə kimi adlandırılmışdır. 
Qeyd  olunmalıdır  ki,  “Səc’  öz-özlüyündə  qafiyələnmə 
deməkdir, fərqi odur ki, qafiyə şeirdə işlənilir və misraların sonunda 
olur;  səc’  isə  daxili  qafiyələnmə  prinsipi  ilə  qurulur,  həm  şeirdə, 
həm də nəsrdə olur” (Mirəhmədov 1998: 193). Və səc’ bir şeir şəkli 
olmaq etibarilə, əsasən, əruz vəznində işlənilir, M. Füzulinin və M. 
Ə.  Sabirin  yaradıcılığında  səc’li  şerin  ən  gözəl  nümunələri  yer 
almışdır  (1998:  193).  Ən  qədim  türk  şerinin  ortaya  çıxması  isə, 
yuxarıda  da  göstərildiyi  kimi,  Azərbaycan  və  ya  Türk  dünyası 
şairlərinin  əruz  vəznindəki  şeir  yaradıcılığından  çox-çox  əvvəllərə 
təsadüf  edir.  Başlanğıcda  heca  vəznində  söylənilmiş  və  əruz 
vəznində Azərbaycan türkcəsində və ya digər türk ədəbi dillərində 
sonralar  da  yazılmış  olan  səcli  və  digər  orijinal  şeir  şəkilləri  ən 
qədim  türk  poetik  mətni  kontekstində  araşdırılmaya  cəlb 
olunmalıdır.  Çünki,  ilk  folklorik  təhkiyə  dönəmələrində  həmin 
fol
klorik  şeir  yaradıcılığı  əslində  “bədii  nəsr”in  və  ya  sonralar 
qaravəlli, lətifə, nağıl və dastan və s. olaraq gerçəkləşən şifahi xalq 
ədəbiyyatı  növlərinin  də  yerində  işlənilmişdir.  Bunların  məzmun 
 
118 
 

planı  baxımından  ifadəsi  isə  qədim  türklərin  geniş  Avrasiya 
coğrafiyasındakı  siyasi,  iqtisadi  və  etnik-demoqrafik  hərəkətlən-
mələrinin  şifahi  olaraq  ifadəsi  ilə  sıx  bir  şəkildə  bağlı  olmuşdur. 
Beləliklə, xalq mahnılarımız əslində səcli şeirlə və nəğmələrlə ifadə 
olunan  ümumtürk  yaşam  məzmununun  və  sonralar  köçəri-yerləşik 
həyat  şərtlərində  də  yaşanan  eşq,  sevgi,  səmimiyyət,  saflıq  və 
sədaqət duyğularının musiqili-lirik ifadəsi olmuşdur. Bu gün də bu, 
belədir. 
Qədim  türk  şeri  başlanğıcda  sözügedən  sərbəst  şeir 
formlaşmaları ilə daha yayğın olaraq işlənilmişdir. Həmin şeir şəkli 
yeddi  hecalı  ümumtürk  şeri  və  ya  bayatıları  (maniləri)  və  xalq 
mahnıları (türküləri, jırları) ortaya çıxana qədər çox işlək olmuşdur. 
Bunların içərisində yer alan nəğmələr isə daha çox kollektiv surətdə 
oxunan və çox zaman da bədii hüdudları açıq qalan poetik-folklorik 
mətnlərdən  ibarətdir.  Birincilərin  və  ya  səcli  ədəbi-folklorik 
hadisənin  işləkliyi  Azərbaycan  filologiyasında  ayrıca  olaraq 
vurğulanmaqdadır (Nəbiyev 2002: 632-650). Ancaq bu və ya digər 
şəkillərdə  dastan  söyləmə  təhkiyəsinə  də  xas  olan  belə  bir  poetik 
mətnləşmə  quruluşu  daha  çox  asimmetrik  səciyyəli  sintaktik-
mətnlinqvistik  hadisələrin  ümumtürk  mətnində  işlənilməsilə 
sonralar  da  gerçəkləşmişdir.  Sintaktik  paralellik,  inversiya  və 
parselyatikləşmə  kimi dil-nitq  hadisələri  sözügedən  poetik 
mətnləşmə  quruluşunda  əsas  mətnyaratma  faktorlarındadır 
(Musaoğlu 2003). 
Sintaktik  paralellik  və  ya  paralelizm  hadisəsinin  mətn-
qurucu  bir  vasitə  olaraq  işlənilməsindən  “Türk  ədəbi  dillərində 
mürəkkəb cümlə sintaksisi” (2011: 281-316) adlı dərs vəsaitimizdə 
ayrıca olaraq bəhs edilmişdir. Sözügedən dil-nitq hadisəsi hər hansı 
bir dil-
danışıq  ortamında  müəyyən  qədər  fərqli  və  ya  yaxın 
anlamların  eyni  qrammatik  meyarlarla  müəyyənləşdirilə  bilən 
cümlə komponentləri və cümlələrlə ifadəsi deməkdir. Əslində belə 
bir dil-
nitq hadisəsi və ya ritmik-sintaktik paralelizm olayı bir-birilə 
qohum  və  qohum  olmayan  müxtəlif  dillərdə  özünü  göstərən  nisbi 
xarakterli  sintaktik  universallıqdır  (Жирмунский  1974: 652). 
 
119 
 

Sözügedən  sintaktik  hadisə  oxşar  və  fərqli  leksik  tərkiblərdə 
(лeкcичecкoe  нaпoлнeниe)  gerçəkləşir.  Ancaq  burada  söz 
birləşmələri  və  qrupları,  cümlələr  və  s.  kimi  eyni  qrammatik 
quruluşda  olan  dil  vahidləri  eyni  bir  sintaktik-mətnlinqvistik 
vəzifəni  yerinə  yetirir.  Ümumtürk  folklorik  mətninin  müxtəlif 
növ
lərində istər sadə, istərsə də mürəkkəb cümlələr və onların ayrı-
ayrı  komponentləri  sözügedən  poetik-folklorik  mətnləşmə  prose
-
sində sintaktik paralellər olaraq işlənilir. Məsələn: 
 
A. Sadə cümlə örnəyində: 
(1)  
Türkiyə türkcəsi:     Anasına bak, kızını al, 
                                 
kenarına bak, bezini al
Azərbaycan türkcəsi:  Anasına bax, qızını al,       
                                     
qırağına bax, bezini al. 
Türkmən türkcəsi: Enesini gör-de gızını al, 
                           
gırasın, gör-de bezini al (Musaoğlu 2002: 61). 
 
 
Oğuz qrupu türk ədəbi dillərindən gətirilən atalar sözü örnəyi 
genişlənmiş  sadə  cümlə  ilə  ifadə  olunur.    Onun  mübtədası  “sən” 
şəxs əvəzliyi ilə ifadə edilən bir leksik vahiddən ibarətdir. Buradakı 
genişlənmiş  sadə  cümlə  tarixi-diaxronik xarakterli bir poetik-
folklorik  mətnləşmə  təkamülü  keçirmişdir.  O,  həmin  təkamül 
prosesində  müəyyən  bir  konseptual-linqvistik  mahiyyət  qazanmış 
və  oğuz  qrupu  türk  dillərində  ədəbi-folklorik  mətn  səviyyəsində 
gerçəkləşmişdir.  “Anasına  bax,  kənarına  bax;  qızını  al,  bezini  al” 
sintaktik  paralelləri  bir  atalar  sözündə  şeir  misraları  kimi 
qafiyələnmişdir. Başqa bir sözlə, poetik cümlə-mətndə qafiyələnmə 
sintaktik  paralellərin  işlənilməsi  ilə  mümkün  olmuşdur.  Eyni 
sintaktik  mətnqurucu  vasitələr-paralellər  “Sarı  gəlin”  şerinin 
mətnində də özünü bu və ya digər şəkillərdə göstərir:  
(2)  
Saçın ucun hörməzlər, 
Gülü sulu dərməzlər, sarı gəlin. 
 
120 
 

Bu sevda nə sevdadı? 
Səni mənə verməzlər, 
Neynim aman, aman, sarı gəlin. 
 
Bu d
ərənin uzunu, 
Çoban, qaytar quzunu, 
N
ə ola bir gün görəm  
Nazlı yarın üzünü. 
Neynim aman, aman, sarı gəlin. 
 
Azad ell
ər ayrısı, 
Şana tellər ayrısı,  
Bir günün
ə dözmədim, 
Oldum ill
ər ayrısı. 
Neynim aman, aman, sarı gəlin (Min bir mahnı 2007: 421) 
 
Folklorik bir növ olaraq atalar sözl
əri və məsəllərin yaranması 
çox vaxt tarixd
ə baş vermiş ayrı-ayrı konkret ibrətamiz hadisələrdən 
n
əşət tapır. Və ya etnik, etnoqrafik səciyyəli gedişat və gəlişmələri 
meydana g
ətirən  canlı  faktorlarla,  müxtəlif  semiotik  işarələrlə  sıx 
bağlı olur. Buna görə də hər hansı bir atalar sözü örnəyində bütün 
bunları  söyləyən  müdrik  bir  danışan  və  düşünən  atamız  və  bir də 
onu dinl
əyən oğullar və qızlarımız vardır. Xalq mahnısında isə belə 
deyildir.  Xalq  mahnısında  danışan  ozandır  və  ya  aşıqdır.  O, 
yuxusunda “buta” veri
lmiş  bir  haqq  aşiqidir.  Dinləyən də  sıradan 
adi bir v
ətəndaş  deyildir.  Dinləyən, yəni müraciət  olunan  şəxs 
burada  sayılan,  sevilən və  seçilən bir Azərbaycan türk gözəlidir! 
Uzunboylu, inc
əbelli, gülərüzlü, telli-toqqalı,  uzunhörüklü  Sarı 
G
əlindir və ya Sara Gəlindir, Dilbərimdir, Qara Gilədir, Azərbaycan 
Maralıdır!  
Xalq  mahnılarımızda  müəyyən bir bitkin məna, anlam və 
m
əzmun  ardıcıllığı  vardır.  Onlarda  çox  yığcam  olaraq  konkret  bir 
b
ədii fikir ifadə  olunur. Həmin fikir Azərbaycan türk qavramlar 
dünyasının ana xəritəsi və ya Azərbacançılıq ideologiyası ilə bağlı 
 
121 
 

olur. Çünki, türk-
islam mədəniyyətinə bağlı “Tanrı haqqı, axirət, 
qədər,  qonşuluq  əlaqələri,  ailə,  bakirəlik,  qəhrəmanlıq,  yol, 
sevgi,  eşq,  məhəbbət,  həsrət,  qonaqpərvərlik,  nifrət” kimi 
qavramların  bədii  açıqlanması  da  ümumtürk  mətninin  poetik-
folklorik  təhkiyəsində  geniş  yer  tutur.  Həmin  qavramlara  əsasən 
gerçəkləşən  bədii  mətnləşmə  və  ya  diskursiv  anlatım  isə  türkcə 
olaraq konseptual-
linqvistik  səciyyəli  mikro-  və  makromətn 
komponentlərinin 
dialoji-çərçivəli 
və 
ontoloji-sintaktik 
sıralanmamalrı  və  sintaktik  paralellərlə  qurulur.  Sözügedən 
qavramlar xəritəsində yer alan ailə, bakirəlik; bakir və bakirə; sevgi 
və  gözəllik;  eşq,  məhəbbət  və  həsrət  duyğularının  “izoqlosları” 
məhz  Azərbaycan  adlı  etnoqrafik-folklorik  coğrafiyada  da  yanıb-
sönür. Həmin qavramları və onların Azərbaycan türk kontekstindəki 
semiotik  işarələrini  poetik-musiqili  mətndə  canlı  bir  ifa  və  qolça 
qopuzu ilə təqdim edən uzaq keçmişimizdə ozanlarımız olmuşdur. 
Sonralar həmin işi telli sazı ilə aşıqlarımız, yaxın keçmişimizdə və 
günümüzdə  isə  milli  musiqi  komponentləri  ilə  xanəndələrimiz  və 
müğənnilərimiz yerinə yetirməkdədir. Daha doğrusu, hər hansı bir 
xalq  mahnımızın  və  “Sarı  gəlin”  mahnısının  da  mütləq  bir  ilk 
Azərbaycanlı türk ifaçı yaradıcısı və ya dilə gətirəni olmuşdur. Bu 
baxımdan  sözügedən  xalq  mahnımızın  yaranmasının  müxtəlif 
hadisə  və  rəvayətlərlə  əlaqələndirilməsi  təbiidir  və  ən  yaxşı  halda 
xoş niyyətli xalq etimologiyasından başqa bir şey deyildir.      
Qeyd: 
“Sarı  gəlin”  xalq  mahnısının  tarixi  məzmunu, 
yaranması  və  ya  semantik  etimologiyası  haqqında  çox  maraqlı 
folklorik hekayətlər, rəvayətlər və müxtəlif təzadlı fikirlər də vardır. 
Məsələn,  Sarı  Gəlin  proobrazının  “Günəş”  və  ya  bir  slavyan, 
gürcü,  erməni  gözəli  olduğu  söylənilir.  Hətta  həmin  gözəlin  bir 
xristian  dininə  mənsub  olan  qıpçaq  türkü  olduğu  da  deyilir. 
“Apardı sellər Saranı” xalq mahnımıza əsaslanılaraq “Sarı Gəlin” 
ifadəsinin  “Sara  Gəlin”dən  a//ı  səs  dəyişməsi  nəticəsində  əmələ 
gəldiyini  söyləyənlər  də  vardır.  Ancaq  bir  çox  rəvayətdə  xristian 
dininə  mənsub  olan  gözələ  aşiq  olanın  məhz  bir  türk  olduğu 
nəticəsinə  də  gəlinir.  O  zaman  həmin  igidin  xristian  bir  qıpçaq 
 
122 
 

türkü olması da istisna deyildir! Sözügedən mahnı mətninin müxtəlif 
folklorik  variantları  vardır.  Qıpçaq,  Azərbaycan  və  Әrzurum 
variantları bunların içərisində ən yayğın olanlarıdır. Bu isə mahnı 
mətninin  ilkin  folklorik  variantlarının  məhz  Türk-Qıpçaq-Oğuz 
dünyasının  yovşanlı  çöllərində,  axarı-baxarlı  ellərində  və 
obalarında  meydana  gəlməsinə  dəlalət  etmirmi?!  Beləliklə, 
bütövlükdə  xalq  ədəbiyyatı  növlərinə  məxsus  olan  folklorik 
örnəklərin  çox  variantlılıq  hadisəsi  burada  həm  sözügedən  mahnı 
mətninin söylənilməsində, həm də onun yaranmasına dair hadisə və 
rəvayətlərin müxtəlifliyində özünü göstərir.   
Azərbaycanda xalq mahnılarımız daha XIX yüzildən etibarən 
görkəmli  elm  və  fikir  adamlarının,  maarifçilərin,  şairlərin, 
yazıçıların,  müəllimlərin  və  böyük  dövlət  adamlarının  diqqətini 
özünə  cəlb  etmişdir.  M.  F.  Axundzadənin,  F.  Köçərlinin,  R. 
Əfəndiyevin, M. Mahmudbəyovun,  M. İbrahimovun, S. Vurğunun, 
B. Məmmədovun, Ü. Hacıbəylinin, B. Vahabzadənin və nəhayət ulu 
öndər  Heydər  Əliyevin  xalq  mahnılarımız  haqqında  söylədiyi  çox 
qiymətli  fikirlər  vardır.  Bu  baxımdan  ulu  öndər  Heydər  Əliyevin 
xalq  artisti  Əlibaba  Məmmədova  yazdığı  məktubunda  onun 
qoşduğu mahnıları və ümumiyyətlə xalq mahnılarımızı çox yüksək 
qiymətləndirməsi  ibrətamizdir.  Ulu  öndərin  özünün  də  xalq 
mahnılarımızın sözlərini çox yaxşı bildiyini və yeri gələndə onları 
əzbər  söylədiyini  və  hətta  oxuduğunu  belə  bu  gün  hamımız  çox 
yaxşı xatırlayırıq. 
Xalq  mahnılarımız  musiqili  poetik-folklorik  mətnlərdən 
ibarətdir.  Həmin  anonim  mətnlər  keçmiş  zamanlardan  etibarən 
başlanğıcda  ayrı-ayrı  müəlliflər  tərəfindən  bəstələnərək  və  ya 
qoşularaq mahnı kimi oxunmuşdur. Bu baxımdan XIX əsrin axırları 
və XX əsrin əvvəllərində yaşamış xanəndə Cabbar Qaryağdıoğluna 
istinad edilən 500-dən artıq xalq mahnımızı xatırlamaq yerinə düşər. 
Həmin mahnıların bir çoxunun sadəcə musiqisini deyil, sözlərini də 
Cabbar  Qaryağdıoğlunun  yazdığı  söylənilir.  Onun  hər  hansı  bir 
şəhərə və ya bir yerə el şənliyinə gedərkən həmin el-oba ilə bağlı 
bədahətən mahnı söylədiyi rəvayət edilir. Məsələn, “Uca dağlar” və 
 
123 
 

“İrəvanda  xal  qalmadı”  mahnıları  məhz  bu  cür  yaranmışdır.  Xalq 
mahnılarımız  Azərbaycanda  bu  gün  də  yaradılır.  Məsələn, 
Azərbaycanın xalq artisti Əlbaba Məmmədovun qoşduğu mahnılar. 
Zaman  keçdikcə  xalq  tərəfindən  çox  sevilən  və  mənimsənilən 
həmin  mahnılar  xalqın  milli-mənəvi  dəyərinə  çevrilir  və  çox  vaxt 
mahnı  müəlliflərinin  adları  belə  unudulur.  Əlbəttə,  indi  yaranan 
xalq  mahnılarımızın  müəlliflərinin  adlarının  unudulmaması  və 
onların informasiya vasitələri və texnologiyalarının geniş imkanları 
vasitəsilə gələcək nəsillərə ötürülməsi lazımdır. Bu, gələcəkdə bizi 
biz edən milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını təmin 
edən və onların başqaları tərfindən sahiblənilməsinin qarşısını alan 
çox ciddi amillərdən biri ola bilər.  
Azərbaycanşünaslıqda  xalq  mahnılarımıza  həsr  olunmuş  çox 
ciddi bir monoqrafik əsər, təəssüflər olsun ki, hələlik yazılmamışdır. 
Sadəcə  sözügedən  mövzuya  Azərbaycan  xalq  ədəbiyyatına  dair 
yazılmış  ayrı-ayrı  dərs  kitablarında  qısaca  olaraq  yer  verilmişdir 
(Əfəndiyev  1992:  11-218).  Bununla  bərabər,  xalq  mahnılarımızın 
poetik-
semantik  və  folklorik-struktural  özəlliklərinə  dair  ara-sıra 
yazılan bəzi ciddi məqalələrə təsadüf olunur. Məsələn, folklorşünas 
M. Cəfərlinin “Xalq mahnılarının folklor janrı kimi poetik-semantik 
xüsusiyyətləri”(2007)  adlı  məqaləsi  bir  elmi  araşdırma  nümunəsi 
kimi diqqəti çəkir. Həmin məqalədə əslində türkologiyada ilk dəfə 
olaraq konkret bir şəkildə “mahnı” və “nəğmə” mətnləri konseptual-
tipoloji planda bir-
birindən  fərqləndirilmişdir.  Belə  bir  araşdırma 
sözügedən folklorik mətnlərin gələcəkdə, daha geniş bir konseptual 
müstəvidə  ədəbi-linqvistik baxımdan  müqayisəli  olaraq 
öyrənilməsinə yol açmaqdadır. Qeyd olunmalıdır ki, çağdaş dilçilik 
və  ədəbiyyatşünaslıq  elmləri  XXI  yüzildə  çox  yüksək  bir  elmi-
filoloji  səviyyəyə  gəlib  çatmışdır.  Azərbaycanda  da  filologiya 
elminin,  xüsusilə  də  linqvistikanın  sintaksis  və  mətn  dilçiliyi 
sahələrinin son illərdə gəlib çatdığı inkişaf səviyyəsi buna konkret 
bir örnək olaraq göstərilə bilər. 
Fikrimizcə, xalq mahnılarımızın hərtərəfli olaraq araşdırılması 
bu  gün  məhz  belə  bir  filoloji  və  linqvistik  kontekstdə  davam 
 
124 
 

etd
irilməlidir. Onların poetik-musiqili mətnlərinin fəlsəfəsi və xalq 
musiqisi  ladında  ifadə  edilən  ədəbi-psixoloji  təhkiyəsi  diqqət 
mərkəzində  olmalıdır.  Bu  milli-poetik  fəlsəfə  və  təhkiyə  keçmişə 
görə retrospektiv, indiyə və gələcəyə görə prospektiv, milli özə və 
kimliyə əsasən isə interospektiv aspektlərdə (Musayev 2011: 59-60) 
dərindəki  və  üzdəki  quruluşları  ilə  bütövlükdə  öyrənilməlidir.  Bəs 
Azərbaycan  filologiyasında  elmi-linqvistik  araşdırmaların  və 
özəlliklə də mətn dilçiliyinin gəlib çıxdığı müasir inkişaf səviyyəsi 
və son olaraq da aldığı elmi-metodik nəticələr xalq mahnılarımızın 
sözügedən 
aspektlərdə 
öyrənilməsinə 
hansı 
imkanları 
saxlamaqdadır?    
Azərbaycan  dilçiliyində  bütövlükdə  cümlə  sintaksisinin, 
ayrılıqda isə sintaktik vahidlərin dünyanın qavramlar xəritəsinə və 
çağdaş filologiyanın son nailiyyətlərinə əsasən konkret konseptual-
struktur təsviri verilir, sadə və mürəkkəb cümlələrin yeni linqvistik 
təsnifləndirmələri  aparılır.  Məhz  belə  bir  elmi-filoloji  kontekstdə 
mürəkkəb  sintaktik  bütövlərin,  yəni  mətnlərin  linqvistik  sərhədləri 
müəyyənləşdirilir  və  onların  əsas  qurucu  elementləri  dil-nitq 
örnəkləri ilə konkret olaraq göstərilir (Abdullayaev 1999; Musayev 
2011;  Abdullayev.,  Məmmədov.,  Musayev…2012).  Özəlliklə  də 
yuxarıda  göstərilən  son  əsərdə  mətn  çağdaş  linqvistikada, 
Aərbaycan  dilçiliyində  və  türkologiyada  çox  geniş  bir  filoloji-
linqvistik  kontekstdə  homojen,  ardıcıl  və  kommunikativ  bir  bütün 
olaraq konkret örnəklərlə işıqlandırılır. Azərbaycan dili materialları 
əsasında  mətnin  kompozisiyası,  koqeziyası,  mətnyaratmada  özünü 
göstərən formal və semantik əlaqə növləri, məzmun əlaqələri və s. 
çox  geniş  bir  linqvistik-filoloji  aurada  öyrənilir  (2012:  13-42; 88-
182; 222-
250).  Türkologiyada  və  Azərbaycan  dilçiliyində  ilk  dəfə 
olaraq  mürəkkəb  sintaktik  bütövlərin  aktual  üzvlənməsi 
araşdırmaya  cəlb  olunur,  Azərbaycan  türk  mətninin  intellektual 
mahiyyətinin  açılımı  və  dünyanın  qavramlar  xəritəsinə  əsasən 
konseptual  təhlili  məsələlərinə  toxunulur.  Buna  bağlı  olaraq 
sözügedən  mətnin  ədəbi-, üslubi-, semiotik-  və  koqnitiv-linqvistik 
təhlili  təcrübələri  gerçəkləşdirilir  (2012:  251-320).  Beləliklə,  xalq 
 
125 
 

mahnılarımız  da  ayrı-ayrı  konkret  sözlü-musiqili  mətn  örnəkləri 
olduğu üçün bu gün ədəbi-linqvistik yönləri ilə belə bir konseptual-
filoloji təhlilə cəlb olunur.   
İndi  çağdaş  filologiya  elmində  artıq  xalq  mahnılarımızın 
folklorik-
filoloji  və  ya  ədəbi-linqvistik  özəlliklərinin  dünyanın 
qavramlar xəritəsinə əsasən konseptual olaraq öyrənilməsi problemi 
gündəmə  gəlmişdir.  Azərbaycanşünaslıqda  belə  bir  araşdırma-
öy
rənilmə    istiqamətinin  çox  geniş  bir  elmi-diskursiv  aurasının 
olduğu  yuxarıda  göstərilən  dərs  vəsaitlərində  elmi-praktik 
parametrləri ilə ortaya qoyulmuşdur. Əlinizdəki monoqrafiyada da 
xalq mahnılarımızın təhlilində metodologiya və metod baxımından 
məhz  həmin  əsərlərdə  ifadə  edilən  filoloji-mətnlinqvistik  zəminə 
əsaslanılmışdır.    Belə  ki,  digər  folklorik  örnəklərlə  də  müqayisəli 
olaraq  “Sarı  gəlin”  və  “Küçələrə  su  səpmişəm”  adlı  xalq 
mahnılarımızın ədəbi-, folklorik- və poetik-linqvistik özəlliklərinin 
konseptual-
koqnitiv  olaraq  açıqlanması  təcrübəsi  aparılmışdır. 
Əlbəttə,  kiçik  bir  ədəbi-linqvistik  açıqlamada  xalq  mahnılarımızın 
etik,  estetik,  poetik  semantikasından  və  folklorik-konseptual 
quruluşundan  hərtərəfli  olaraq  bəhs  etmək  mümkünsüzdür.  Biz 
sadəcə    filoloq,  türkoloq  və  tələbələrimizin  diqqətini  sözügedən 
elmi-
filoloji  zəmində  xalq  mahnılarımızın  bəzi  ədəbi-linqvistik 
özəlliklərinin  diaxronik-arxetipik  görünümdə  konseptual  olaraq 
öyrənilməsinə cəlb etmək istədik.  
Azərbaycan  türk  poetik-folklorik  mətnində  yer  tutan,  ancaq 
sözlü  olaraq  ifadə  edilməyən  “ozan-aşiq”  və  “Sarı  gəlin” 
prototipləri  ədəbiyyatımızın  mifoloji  dövrdən  dastan  çağına  keçid 
dönəmində  şəkillənən  arxetipik  proobrazlarındandır.  Onlar  poetik-
folklorik  mətnyaratmada  özəl  mətnqurucu  semiotik  işarələr  olaraq 
işlənilir.  Bu  baxımdan  “Sarı  gəlin”  xalq  mahnısında  müraciət 
edənin və müraciət olunanın etnik-milli kimliyi şeirlə ifadə olunan 
əsas  qavramın  və  ya  qavrayışın  (konseptin)  məzmunu  ilə  çox 
yaxından  bağlıdır.  Həmin  məzmun  əslində  öncə  “Türklük”  və 
“Azərbaycançılıq” qavramlarının, sonra isə onlara bağlı olaraq abır-
həya,  sevgi-məhəbbət  duyğularının  bədii  açıqlanmasıdır.  Bu 
 
126 
 

açıqlanma  və  ya  milli-folklorik  fikir  reallığı  Beyrəklə  Banuçiçək, 
Aşıq  Qəriblə  Şahsənəm  sevgisi  və  həsrəti  bədii  gerçəkliyinin 
eynisidir, Əsli və  Kərəm arasındakı eşqdən isə tamamilə fərqlidir. 
Və  bütövlkdə  saf  və  müqəddəs  məzmunu  ilə  seçilən  və  xalq 
şerimizdə  bütün  bu  incəlikləri  ilə  ifadə  olunan  əlçatmaz  “əflatuni 
sevgi-
həsrət”dən  ibarətdir.  Bu  həsrət  şeirdə  ikinci  bəndin orta 
mərhələsini və söylənilən əsas fikrin məğzini təşkil edən “Nə ola bir 
gün  görəm,  Nazlı  yarın  üzünü”  misraları  ilə  çox  açıq  bir  şəkildə 
ifadə olunur.  
 
Sözügedən  xalq  mahnısı,  yəni  yeddihecalı  klassik  gəraylı 
xalq  şeri  “aaba”  şəklində  qoşulmuşdur.  Bütün  bəndlərdə  birinci, 
ikinci,  dördüncü  misralar  həmqafiyə,  üçüncü  misra  isə  sərbəstdir. 
Şeir  üç  bənddən  ibarətdir.  Hər  üç  bəndin  sonunda  gələn  “Neynim 
aman,  aman,  sarı  gəlin”  nəqəratı  Azərbaycan  türk  şerində  çox 
təsadüf edilən bir sintaktik təkrir olaraq da qiymətləndirilə bilər.  
Sözügedən  sintaktik  təkrir  folklorik-ədəbi  makromətni  təşkil 
edən hər üç mürəkkəb sintaktik bütövün sonluq-komponenti yerində 
işlənilir. Bu isə həmin sintaktik təkririn həm bütövlükdə folklorik-
ədəbi  makromətnin,  həm  də  sözügedən  mürəkkəb  sintaktik 
bütövlərin  konseptual  səciyyəli  mətnqurucu  əlaməti  olaraq 
işlənildiyini göstərir. 
Maraqlıdır ki, birinci bəndin ikinci misrasının sonunda, digər 
bəndlərin və elə birinci bəndin də sonunda “Neynim aman, aman” 
yardımçı  dil-nitq  vasitələri  ilə  işlənilən  “Sarı  Gəlin”  müraciət-
ifadəsi  gəlməkdədir.  Bu,  fikrimizcə,  makromətni  təşkil  edən 
mikromətnlərdə,  yəni  mürəkkəb  sintaktik  bütövlərdə  sıralanan 
sintaktik  paralellərin  qrammatik-sintaktik  formalaşması  ilə  də 
bağlıdır.  Birinci  bənddə  və  ya  mürəkkəb  sintaktik  bütövdə  felin 
inkar  şəklində,  qeyri-müəyyən  gələcək  zamanla  ifadə  olunan  bir 
geniş  zaman  anlayışı  vardır.  Qeyd  olunmalıdır  ki,  qeyri-müəyyən 
gələcək zamanla geniş zaman anlayışının çox açıq olaraq ifadə edilə 
bilmək  özəlliyi  türk  dilləri  arasında  ən  çox  Azərbaycan  dilinə 
məxsusdur. Çərçivələnməyən həmin geniş zaman anlayışı şerin ilk 
iki  misrasıda  “Saçın  ucun  hörməzlər,  Gülü  sulu  dərməzlər,  sarı 
 
127 
 

gəlin”  deyim-frazeologizm  quruluşundakı  interospektiv  səciyyəli 
qəlib-ifadələrlə  ifadə  olunmuşdur.  Bu  isə  şerin  birinci  bəndində 
“Sarı  gəlin”  ifadəsinin  iki  dəfə  işlənilməsini  zəruri  edən 
mətnlinqvistik səbəblərdən biridir.     
Mətn  dilçiliyi  baxımından  “Sarı  gəlin”  Azərbaycan  xalq 
mahnısının makromətni üç mikromətndən, yəni mürəkkəb sintaktik 
bütövd
ən təşkil olunur. Daha doğrusu, şerin hər bir bəndi müstəqil 
bir  mürəkkəb  sintaktik  bütövdən  ibarətdir.  Burada  abzas,  bənd  və 
mürəkkəb  sintaktik  bütövlərin  sərhədləri  üst-üstə  düşür.  Şerin 
poetik-
folklorik  uğurunu  şərtləndirən  mətnlinqvistik  özəlliklərdən 
biri, bəlkə də birincisi elə budur! Həmin bəndlərdə və ya sintaktik 
bütövlərdə  isə  birinci,  ikinci  və  dördüncü  misralar  sintaktik 
paralellərlə  ifadə  edilir.  Şerin  bütün  bəndlərində  birinci  və  ikinci 
misralar  mürəkkəb  sintaktik  bütövün  baş,  üçüncü  və  dördüncü 
misralar orta, 
Neynim aman, aman, sarı gəlin” sintaktik təkriri ilə 
ifadə olunan komponenti isə onun sonluq mərhələsini təşkil edir.  
Sözügedən  xalq  mahnısı  ümumtürk  mətninin  əsas  qurucu 
vasitələrindən  biri  olan  sintaktik  paralelizm  hadisəsinin 
işlənilməsilə  qədim  türk  epik  şerinin  formalaşdığı  erkən  dönəmdə 
təşəkkül tapmış folklorik bir mətn örnəyidir. Bunu, hər şeydən öncə, 
yuxarıda Oğuz qrupu türk dillərindən gətirilən “Anasına bax, qızını 
al,  qırağına  bax,  bezini  al.”  “Atalar  sözü  konteksti”  ilə  aparılan 
konseptual-
linqvistik  müqayisə  də  sübut  edir.  Belə  ki,  həmin 
kontekstdə  ifadə  olunan  və  Azərbaycan  türk  gözəlinə  aid  edilən 
“abır-həya, ismət, utancaqlıq və bütün bunlara bağlı olaraq da eşq-
məhəbbət  qavram”ı  sözügedən  xalq  mahnısının  da  konseptual 
m
əzmununu təşkil edir. 
Beləliklə,  çox  zaman  bir  sadə  geniş  cümlə  və  ya  yuxarıda 
göstərildiyi  kimi,  sadə  quruluşlu  mürəkkəb  sintaktik  bütövlərlə 
ifadə edilən atalar sözlərimiz daha ilk folklor mətnlərinin yarandığı 
“Animizim,  totemizim  və  antropomorfizm  epoxası”ndan 
“Mifologiya çağı”na keçid dönəmində ortaya çıxmışdır. Sözügedən 
“Sarı  gəlin”  xalq  mahnısı  isə  öncəkilərdən  fərqli  olaraq  artıq 
mürəkkəb  quruluşlu  sintaktik  bütövlərlə  ifadə  olunur.  Burada  da 
 
128 
 

sintaktik  bütövləri  təşkil  edən  sintaktik  paralellər,  atalar sözü 
örnəyində  olduğu  kimi,  sadə  cümlələrdən  ibarətdir.  Ancaq  “Sarı 
gəlin”  və  heca  vəznində  yazılan  digər  qafyəli  xalq  şeirlərimiz 
sözügedən  sələf-xələf  münasibətləri  kontekstində  və  ya  türk  epik 
şerinin “bayatı, xalq mahnısı” kimi müxtəlif şəkillərinin şəkilləndiyi 
“Mifologiya  çağı”ndan  “Dastan  epoxası”na  keçid  dönəmində 
yaranmışdır.  
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin