Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   ...   18   19   20   21   22   23   24   25   26

Saylardan tör
əmə leksik söz qrupları 
 
262 

Saylar bir  neç
ə  leksik söz qrupunun əmələ  gəlməsinə  əsas 
vermişdir. Bunlar aşağıdakılardır. 
Qeyri-mü
əyyən  miqdar  sayları.  Bəzən  əşyaların  sayını 
konkret  şəkildə  müəyyənləşdirmək olmur. Belə  hallarda qeyri-

əyyən miqdar saylarından istifadə edilir. 
Qeyri-mü
əyyən miqdar saylarının iki növü var: sadə kəmiyyət 
adları  və  tərtibi kəmiyyət  adları.  Birincilərə  az, çox, xeyli  sözləri 
misal ola bil
ər. Tərtibi kəmiyyət adları istisnasız olaraq iki müəyyən 
miqdar sayından düzəlir. Tərtibi terminlərin düzəlməsinin aşağıdakı 
ü
sulları var: 1. Tərtibi  terminlər bir-birinin ardınca gələn saylardan 
düz
əlir (bir-iki, iki-üç, üç-dörd  və  s.).  2.  Tərtibi  terminlər bir-
birind
ən 5 vahid qədər böyük olan ədədlərin  adlarından  düzəlir 
(
beş-on, on-on beş, on beş-iyirmi və s.).   3. Tərtibi terminlər bir-
birini izl
əyən onluq adlarından düzəlir (Məsələn: on-iyirmi, iyirmi-
otuz, otuz-
qırx və s.).  4.   Tərtibi terminlər müvafiq olaraq yüzlük 
v
ə  minlik  adlarından  düzəlir. Qeyd etmək  lazımdır  ki,  həmin 
sayların  işlənməsində  indiyə  qədər nəzərdən keçirilənlərdən fərqli 
bir c
əhət özünü göstərir ki, bu da yüzlük və  minlik  adlarında 
müştərək  ünsürün  ixtisar  olunmasından  ibarətdir (Məsələn:  iki-üç 
yüz,  beş-altı  min  və  s.). Materiallarda qeyri-müəyyən  sayların 
müxt
əlif növləri öz əksini  tapmışdır.  Məsələn: Evdə  bir-iki  gün 
uzanmağınız məsləhətdir. Başını iki-üç dəfə qaldırıb saldı. Üç-dörd  
gün  işə  getmədim  (Mehdi  Hüseyn).  Daşdəmir  on  beş-on  altı 
yaşlarına  çatdı  (“Daşdəmirin  nağılı”).  Beş-on  ərəbi  beş-on  ərəb 
Kuf
ə səhrasında qırıbdır (M.F.Axundov). Qırx-əlli dişi var. Səksən-
doxsan 
dişi var (Tapmaca). Bu gün mitinqə, yəqin ki, on min nəfər 
çıxmış  olardı.  –  Məncə,    iyirmi min   olardı.  –  Yox bir otuz min 
olardı. (Dan.)  Ağa Q.  ildə iyirmi-otuz min manatlıq alış-veriş edir. 
Ağa  Q.-nın  qırx-əlli  min  manata  tavanası  çatar  (“Əkinçi”).  Hər 
bazar günü bu meydanda iyirmi-otuz 
min  manatlıq  alış-veriş  olur 
(Ə.Haqverdiyev). 
K
əsr  sayları.      Azərbaycan dilində  kəsr  sayları  bütövün 
hiss
ələrini  bildirib,  aşağıdakı  qayda  üzrə  düzəlir. Yerlik, yaxud 
çıxışlıq  halında olan “çoxluq” bildirən say bütövün hissələrini bir 
küll  halında,    “azlıq”  bildirən say isə  həmin hissələrdən təcrid 
263 

olunmuşunu  ayrıca  ifadə  edir. Məsələn, bu cür: büşdə(n)-bir, 
altıda(n)-iki
Sıra  sayları.   Azərbaycan dilində  bütün  miqdar    saylarının 

vafiq  olaraq  sıra  saylarından  ibarət olan semantik və 
sözdüz
əltmə  törəmələri var. Miqdar sayları  kimi,  sıra  sayları  da 
leksik-
semantik  ardıcıllıq  əmələ  gətirir.  Sıra  saylarının 
arasıkəsilməzliyi  miqdar  saylarının  təbii  ardıcıllığı  və  V.Brimin 
çox 
əhəmiyyət  verdiyi  şəkilçilərlə  təsbit  olunmuşdur.  Sıra  sayları 
miqdar  sayları  ilə  sözdüzəltmə  münasibətində  (bir-birinci, on-
onuncu
),  öz  aralarında  isə  semantik  ardıcıllıq    münasibətində 
(birinci-ikinci, ikinci-üçüncü) olur. Qeyd etm
ək lazımdır ki, miqdar 
sayları ilə müvafiq sıra saylarının sözdüzəltmə münasibəti semantik 
əlaqə  şəklini  almır.  Bunun  səbəbi  odur  ki,  miqdar  sayları  ilə  sıra 
sayları  ayrı-ayrı  təsəvvür dairələrinə  mənsub  olub,  başqa-başqa 
d
əyər sıraları əmələ gətirirlər. Miqdar sayının ifadə etdiyi kəmiyyət 
konkret 
əşyadan  asılıdırsa,  sıra  sayının    ifadə  etdiyi məzmun 

əyyən əşyanın öz həmcinslərinin cərgəsində müəyyən hesablama 
m
ərkəzinə baxmış tutduğu yerdən asılıdır. Sıra saylarının ardıcıllığı 
h
əmin  hesablamaların  müxtəlif mərhələlərini  əks etdirir.  Sıra 
saylarının  semantik  ardıcıllıq  əlaqəsi müvafiq materiallarda da öz  
əksini tapır. Məsələn: Atanın övlada üç borcu var. Birinci – tərbiyə, 
ikinci  –  oxutmaq,  üçüncü  –  evl
əndirmək (“Tahir və  Zöhrə”).  Bu 
ağac birinci gün çiçək açarmış, ikinci gün çiçəyini tökərmiş, üçüncü 
gün  bar  ver
ərmiş (“Məlikməmməd” nağılı). 
Burasını  da  qeyd  etmək  lazımdır  ki,  sıra  sayları    miqdar 
sayları qədər geniş işlənmə dairəsinə malik deyil. 
K
əmiyyət  adları.    Miqdar  saylarından  –lıq
4   
 
şəkilçisi ilə 
k
əmiyyət adı bildirən sözlərin leksik qrupu yaranır: təklik (!), üçlük, 
beşlik, onluq, iyirmibeşlikotuzluq, əllilik, yüzlük və s. 
“T
əklik”    anlayışının  bir  sayından  düzəlməməsinin səbəbi 
odur ki, birlik sözü k
əmiyyət adlarına aid edilə bilməyən məzmuna 
malikdir. 
K
əmiyyət adlarının bir qismi doğumla bağlı olub, eyni anadan 
eyni vaxtda doğulan uşaqları yaxud heyvan balalarını bildirir:  ekiz, 
üç
əm, dördəm, beşəm. Bunlarsa müvafiq sayda balaların doğulması 
il
ə  əlaqədar olan feillərin düzəlməsinə  əsas verir: ekizləmək, 
264 

üç
əmləmək, dördəmləmək, beşəmləmək. Amma bu sözlərin işləkliyi 
c
əmi deyil.  
K
əmiyyət zərfləri.   Miqdar  saylarından  kəmiyyət-tərz 
z
ərfləri də  düzəlir. Bunun iki üsulu məlumdur: a) morfoloji üsul 
(bir
ər,  ikişər,  üçşər);  b) sintaktik üsul (bir-bir,birər-birər, ikibir-
i
kibir, beş-beş, on-on, birdən-birə və s.).  Həmin üsullar eyni dərə-
c
ədə  məhsuldar deyil. Morfoloji üsulla düzələn kəmiyyət zərfləri 
bir-iki sözd
ən ibarətdir. 
Әdəbiyyat 
 
1.
 
Az
ərbaycan türk xalq şivələri lüğəti, I cild, № 2, Bakı, 1930. 
2.
 
 
Андропов  И.И.  Развитие  понятия  числа  и  действий  над 
числами. М., 1962. 
3.
 
Ахундов  А.А.  Опыт  фонетического  обобщения  и 
грамматического  описания  названий  частей  тела  человека  в 
азербайджанском языке. – Советская тюркология, 1976, № 5. 
4.
 
Ахундов А. Названия частей тела человека, оканчиващиеся 
на  –  Z  в  азербайджанском  языке.  –  Советская  тюркология, 
1978
, № 3. 
5.
 
Брим  В.  Система  числительных  в  германских  языках.  -  В 
сб.: Языковедные проблемы по числительным. Л., 1927. 
6.
 
Hurford J.R.  The linguistic theory of numerals. Cambridge-
London-New York-Melbourne, 1975. 
7.
 
Katwijk A. van. A functional grammar of Dutch number names.- 
In: «Grammar for number names» (Ed by N.B.Cortius). 
8.
 
Lyons J. Semantics, vol. 1. Cambridge-London-New York-
Melbourne, 1977. 
 
 
 
 
 
 
 
 
 
265 

 
 
 
 
 
 
 
 
III  f
əsil...          PROSESSUALLIQ BİLDİRӘN SÖZLӘRİN 
SEMANTİK SİSTEMİ FEİLLӘRİN SEMANTİK SİSTEMİ 
 
Feill
ər leksik-semantik və  qrammatik  baxımdan  ən  maraqlı 
söz kateqoriya
larındandır.  Onlar  dilin  leksik  və  qrammatik 
sisteml
ərində çoxşaxəli və mürəkkəb münasibətlərlə səciyyələnirlər. 
Feill
ərdə leksik və qrammatik xüsusiyyətlər üzvi şəkildə çulğalaşır, 
ona gör
ə  də  onların  leksik-semantik cəhətdən öyrənilməsi 
qrammatik xüsusiyy
ətlərini nəzərə almadan mümkün deyil. 
Bir nitq hiss
əsi kimi feilin cümlədə  əsas  funksiyası 
predikativlikdir. H
ər bir feilin  varlığı  dil  sistemində  müvafiq 
isiml
ərlə, nitqdə  isə  isim və  əvəzliklərlə  ifadə  olunmuş  subyekt, 
obyekt v
ə s.-lə müəyyənləşir. Feillərin nitqdə subyektlərlə  bağlılığı 
şəxs və  kəmiyyət  şəkilçiləri ilə  ifadə  edilən  uzlaşma  əlaqəsi 
say
əsində  təmin olunur.  Uzlaşma  əlaqəsi bu iki funksional söz 
kateqoriyaları (bir tərəfdən: isim və şəxs əvəzlikləri, o biri tərəfdən: 
feill
ər)  arasında kateqorial bağlılığın təzahür formalarından biridir. 
Feill
ərin müəyyən subyektlərlə  bağlılığının  təkcə  qrammatik yox, 
semantik 
əhəmiyyəti də var. 
Feill
ərin subyektlərlə əlaqəsi üç şəkildə özünü göstərir. 1. Hər 
feilin m
əxsusi subyekti olur.  2. Semantik cəhətdən əlaqədar  olan 
feill
ərin müştərək subyekti olur.  3. Mürəkkəb semantik tərkibli feil 
subyekt cütü il
ə  bağlanır.    4.  Eyni  feil müxtəlif sintaktik  
(funksional) v
əzifəli (məsələn: subyekt, obyekt) sözlərlə əlaqələnir. 
Feilin semantik sistemini  t
ədqiq etmək üçün onun bir çox 
əlaqədar leksik-qrammatik xüsusiyyətlərini nəzərə  almaq vacibdir. 
Feill
ərin  ən universal xüsusiyyətlərindən  biri  onların  təsirli və 
t
əsirsiz  olmasıdır.  Feilin  semantik  əlaqələrindən bir çoxunun 
266 

xarakteri h
əmin kateqoriyalara münasibətindən asılıdır. Təsirlilik və 
t
əsirsizlik kateqoriyalarına mənsub olma feillərin leksik sistemində 
üç    şəkildə  özünü göstərir:  a)  təsirli feillər  arasında  semantik 
münasib
ətlər; b) təsirsiz feillər  arasında  semantik  münasibətlər; v) 
t
əsirli və  təsirsiz feillər  arasında  semantik  münasibətlər. Həmin 
xüsusiyy
ətlər hər məqamında  nəzərə  alınmalı  cəhətlərdir. Bununla 
bel
ə, onlar xüsusi semantik bölgülər, təsniflər üçün əsas vermirlər, 
ona gör
ə ki, məxsusi morfemlər vasitəsi ilə əksər təsirli və təsirsiz 
feill
ərdən müqabil mənalı feillər düzələ bilir, özü də törəmə feillər 
öz tör
ədici əsaslarının mənsub olduğu təsəvvür dairəsindən (tematik 
sah
ədən) kənara çıxmır. 
Feill
ərin semantik tədqiqi  aşağıdakı  məsələləri  əhatə 
etm
əlidir: 1. Feillərin tematik qrupları. 2. Feillərin məna növləri. 3. 
Feill
ərin başqa nitq hissələri ilə qarşılıqlı məna münasibətləri. 
 
Feill
ərin tematik qrupları 
Bioloji v
ə sosioloji hərəkət bildirən feillər 
 
Bioloji v
ə sosioloji hərəkət bildirən feillər insan, heyvan və s. 
canlı  varlıqların  müvafiq  fəaliyyətini ifadə  edirlər.    Bunları  ilk 
növb
ədə  elə  bu cür, insana və  heyvana aid olan fəaliyyət bildirən 
sözl
ər kimi təsnif etmək mümkündür. Bir qisim feillər semantik 
c
əhətdən məhz  bu  cür  diferensiallaşmışdır.  Bioloji  və  sosioloji 
h
ərəkət bildirən feillərin  əşyavi  mənsubiyyəti  iki  şəkildə  təzahür 
edir. Birincisi, mü
əyyən xarakterik hərəkətləri ifadə  etməklə. 
M
əsələn:  beçə  vermək  (arı),  evlənmək  (kişi).    İkincisi,  açıq-aşkar 
müvafiq  canlı  varlıqları  ifadə  edən isimlərlə  əlaqədar olaraq 
işlənməklə.  Məsələn: Kişi evlənər, qadın ərə gedər.  İnək buğaya 
g
əlir. 
 Qeyd etm
ək  lazımdır  ki,  belə  bir təsnifat heç də  həmişə 
özünü doğrultmur. Bioloji və sosioloji fəaliyyət bildirən feillərin bir 
qismi eyni zamanda h
əm insana, həm də başqa canlı varlıqlara aid 
ola bilir (
yaşamaq,  ölmək  və  s.).  Ona görə  də  biz həmin feilləri 
m
ətləbə müvafiq olaraq gah əşyavi mənsubiyyətlərinə,  gah da ifadə 
olunan h
ərəkətin xarakterinə görə nəzərdən keçirəcəyik. 
267 

Heyvana aid olanlar (dölverm
ə bildirmək feillər).  Bunlar 
cinsi 
əlaqə  və  doğuşla  bağlı  olan  feillərdir. Həmin feillərin 
yaranması və işlənməsində belə bir qanunauyğunluq özünü göstərir. 
Müvafiq  heyvanların  erkəyinin  adı  cinsi  əlaqə  bildirən feillərdə, 
balasının adı isə doğum bildirən feillərdə sözdüzəldici vasitələr kimi 
çıxış  edir.  Hər iki növdən olan feillər müvafiq heyvan növünün 
dişisinin  adı  ilə  işlənir. Cinsi əlaqə  bildirən, heyvana  aid feillər 
bunlardır:  buğaya  (kələyə) gəlmək  (inək),  qoça gəlmək  (qoyun), 
t
əkəyə gəlmək (keçi), kürsəyə gəlmək (it, qurd, pişik), dalaba gəlmək 
(at, eşşək). 
Dölverm
ə  bildirən feillərin bir neçə  növü var. Bunlar 
dölverm
ənin müxtəlif mərhələlərini ifadə  edir:  1. Dölverməyə 
q
ədərki vəziyyəti bildirənlər (boğaz  olmaq, yelinləmək, yetirmək).  
2.  Doğumla  bağlı  olan  hərəkətləri ifadə  edənlər (doğmaq, 
balalamaq, buzovlamaq, qulunlamaq, qoduqlamaq, quzulamaq, 
küçükl
əmək,  oğlaqlamaq).    3.  Doğumun    pozulmasını,  anormal 
olmasını  bildirənlər (bala salmaq, buzov salmaq, qulun salmaq
qoduq  salmaq,  quzu  salmaq,  oğlaq  salmaq  Qadının  ölü  uşaq 
doğması uşaq salmaq və uşaq xərc eləmək feilləri ilə ifadə olunur). 
Cinsi 
əlaqə bildirən feillər doğum bildirənlərdən fərqli tematik 
sah
ələrə mənsub olsalar da, bu iki tematik qrup arasında müntəzəm 
semantik 
əkslik əlaqəsi özünü göstərir.  Məsələn:  Gizlində buğaya 
(k
ələyə) gələn  aşkar  doğacaq  (Məsəl).  Həmçinin müq. et: Səni 
əkib-doğanın  sinəsi  dağlı  qalsın  (Qarğış).    Lənət olsun sizi  əkib-
doğanlara!  (C.Məmmədquluzadə).  Semantik əkslik münasibəti  
doğumun vasitəsiz və vasitəli iştirakçılarına aid olan feillər arasında 
da özünü göst
ərir. Məsələn: Doğduğu yox, doğuzdurduğu yox – o, 
mamaçalığı nə biləcək?! (M.F.Axundov). 
İnsana aid olanlar (nigah bildirən feillər). İnsan cəmiyyətində 
cinsi münasib
ətlər bir sıra sosioloji institutlar və qaydalarla bağlıdır. 
Bel
ə bir vəziyyət qohumluq terminlərində bir cür, nigah feillərində 
başqa  cür  öz  əksini  tapır.  Nigah  feilləri müxtəlif aidiyyətləri 
linqvistik m
ənada  reallaşdırır.  Nigah    feillərinin  aşağıdakı  növləri 
var:  1. Nigahın vasitəsiz iştirakçılarına aid olanlar (evlənmək, ərə 
getm
ək  və  s.).    2.  Nigahın  vasitəli  iştirakçılarına  aid  olanlar  (oğul 
evl
əndirmək, qız köçürmək, qız vermək, qız almaq və s.). 
268 

Nigah feill
əri  nigahda  kişi  və  qadının  iştirakının  xarakterini 
bildirm
ək üzrə  diferensiallaşmışdır.  Hər  bir  kişi  cinsinə  aid olan 
nigah feilinin qadın cinsinə aid olan müqabili var. Nigah feillərini 
el
ə həmin əlamətə görə də təsnif etmək olar. 
Bu, nigah feill
ərinin  ən  ümumi  bölgüsüdür.  Bundan  başqa,  
nigah feill
əri həmin fəaliyyətin müxtəlif mərhələlərində  iştirakın 
xarakterin
ə görə də diferensiallaşmışdır. Həmin ümumi və nisbətən 
xüsusi 
əlamətlər nigah feillərinin semantik münasibətlərində əksini 
tapır. 
Nigah feill
əri üç cür məna münasibətlərində olur.  1. Kişi və 
qadının nigahda  iştirakını  bildirmək fərqinə görə  (evlənmək - ərə 
getm
ək, arvad almaq -  ərə  gəlmək,  arvadını  boşamaq  -  ərdən 
boşanmaq).   Məsələn:    Kişi  evlənər,  qadın  ərə  gedər (Dan.).  
H
əkim mənə deyib ki, gərək arvad alam.  Həkim xalanı da görsə, 
dey
ərdi ki, ərə get (Ü.Hacıbəyov). Həmçinin müq. et: Mənim kimi 
oğul  evləndirib,  qız  köçürəsiniz  (Alqış).    2.  Nigahın  vasitəsiz və 
vasit
əli  iştirakçıları  arasında  vəzifə  bölgüsü fərqinə  görə  (ərə 
verm
ək  -  ərə  getmək,  evləndirmək  –  evlənmək).  Məsələn:  Atan 
s
əni özgəsinə ərə vermək istəyir. O cür ərə getmək mənim xoşuma 
g
əlməz (Ü.Hacıbəyov). Sən evləndirdin, mən evlənmədim?! (Dan.).  
3.  Nigahda  oğlan  və  qız  tərəflərini təmsil edənlər  arasında vəzifə 
bölgüsü f
ərqinə görə (qız vermək, köçürmək – qız almaq).  Bu iki 
k
ənd dədə-babadan bir-birinə  qız  verib  –  qız  alarlar  (“Aşıq 
Ələsgər”).  O, qızını  mənim  oğluma  vermirsə,  mən də  heç onun 
qızını  almıram  (C.Məmmədquluzadə). 4. Nigah münasibətinə 
girm
əklə nigah münasibətindən çıxmağın əksliyinə görə (evlənmək 
– 
arvadını  boşamaq,  arvad  almaq  –  arvadını    boşamaq,  ərə 
getm
ək/gəlmək-lərdən  boşanmaq).  Məsələn:  Evlənirsən  –  evlən
amma m
əni də  boşa!  (C.Məmmədquluzadə).   Nə  edim ki, həmin 
arvadı boşayım, həm də yeni bir arvad alım? (Ü.Hacıbəyov). Mən 
arvadı  boşardım, təzə  bir  arvad  alardım  (C.Cabbarlı).    Müvafiq 
kontekstual  şəraitlərdə  mürəkkəb nigah feillərinin ismi hissələri 
buraxılıb, feili hissələrin tam və yaxud ixtisar formaları bir-biri ilə 
semantik 
əlaqəyə girirlər.  Məsələn:  Mən arvad almağın da yolunu 
bilir
əm, boşamağın da (Ü.Hacıbəyov).  [Gərək] Şərəbanı bir qeyri 
şəxsə  ərə  gedə  , ona müvafiqi-qayda ilə  arvadlıq  edə  və  sonra 
269 

müvafiqi – 
şəriət ondan boşana (C.Məmmədquluzadə).   Bu ki, səni 
bu q
ədər incidir, boşa, bir özgəsin al (“Aşıq Ələsgər”).  Mən yazıq 
öz 
arvadımı boşayıb – almışam (Aydın). 
H
əyat və  ölümlə  bağlı  olan  feillər. Bioloji hərəkət bildirən 
feill
ərin bir qismi “həyat” və “ölüm” anlayışları ilə bağlıdır. Bunlar 
aşağıdakılardır:    yaranmaq,  doğulmaq,  anadan  olmaq,  dünyaya 
g
əlmək,  yaşamaq,  ömür  sürmək.  can vermək, ölmək, vəfat etmək, 
qırılmaq,  dirilmək. Həmin feillər  arasında  aşağıdakı  semantik 
münasib
ətlər özünü göstərir.  1. Feillərin “dünyaya gəlmək” və 
“dünyadan getm
ək”    anlayışlarına  uyğun  olaraq  qarşılaşması.  
M
əsələn: Bir gün yaranmışam.  bir gün öləcəyəm  (“Abbas və 
Gülg
əz”).  Sənin  alqışınla  yaranmamışıq,  qarğışınla  da  ölək 
(İdiom).  İnsan anadan olandan  sonra mirur ilə cavanlığa yetişib, 
sonra  qocalıb,  axırda  vəfat edir  (“Əkinçi”).  Mirzə  Bağır  1810-cu 
ild
ə  Bakıda  anadan  olmuşdur. 1882-ci ildə  Bakıda  vəfat  etmişdir
(C
əfər Rəmzi).  Oldu ilə öldüyə çarə yoxdur (Məsəl).  Uşaq olub, ya 
ölüb  (C.M
əmmədquluzadə). Həyatda hər  şey  kimi,  vərdişlər də 
doğulur, ölür (Rəsul Rza). Burada yenilik ağrı ilə doğulur, ölən ağır 
z
ərbələr  alıb  ölür  (Pənah Xəlilov).  2. “Həyat”  və  “ölüm”  
anlayışlarının əksliyinə uyğun gələn semantik qarşılaşma. Məsələn: 
Dünyada üç şey bildim:  Oldum, yaşadım, öldüm (Məsəl).  Ölmək 
yaşamaqdır (Cavid). Yaşasan – yaşaram, ölsən – ölərəm (Süleyman 
Rüst
əm).  3. “Ölüm”  və  “dirim” anlayışlarının əksliyinə əsaslanan 
semantik qarşılaşma.  Məsələn:  İnsan qışda ölə, yazda dirilə (Aşıq 
Alı).  Ölləm bu dərdinən, mən dirilmənəm (Aşıq Ələsgər).  Qırğın 
g
əldi  qırıldıq, Şükr allaha, dirildik. Axşam oldu – qırıldıq, Səhər 
oldu – dirildik (Tapmaca). 
 
T
əbii ehtiyac bildirən feillər 
 
Feill
ərin bir qismi qidalanma, yuxu və  geyimlə  bağlı  olan 
t
əbii ehtiyacları bildirir. Bunları bir-bir nəzərdən keçirək. 
Qidalanma il
ə bağlı olan feillər. Qidalanma feilləri insan və 
heyvanların  yemək və  içməklə  bağlı  olan  hərəkətlərini ifadə  edir. 
Bunlar  aşağıdakılardır:  iştaha  (ı)  gəlmək,  iştahı  çəkmək,  iştahı 
küsm
ək, acmaq, yemək, yedizdirmək, yedirmək, susamaq, (su) 
270 

içm
ək, doymaq, qusmaq, əmmək,  əmişdirmək,  əmizdirmək, süd 
verm
ək, süddən kəsmək, otuxmaq, otlamaq, otarmaq, yemləmək, 
suvarmaq, d
ənləmək (quş). Həmin feillərin bəziləri həm insana, həm 
d
ə  heyvana, bəziləri isə  bunlardan  yalnız  birinə  aiddir. Məsələn, 
yedirm
ək  və  otarmaq,  su vermək  və  suvarmaq  eyni  anlayışları 
bildirs
ələr də, birincilər insana, ikincilərsə  heyvana aiddir 
(suvarmaq bitkil
ər barəsində də işlənir). 
Qidalanma il
ə  bağlı  olan  feillərin  arasında  aşağıdakı  məna 
münasib
ətləri özünü göstərir: 
1.  Ehtiyacın  meydana  çıxması  və  təmin  olunmasına görə 
qarşılaşma. Həmin semantik əlaqə növü iştahı çəkmək, iştahı olmaq, 
acmaq feill
əri ilə yemək; susamaq feili ilə (su) içmək feilli arasında 
özünü göst
ərir. Məsələn: İştahın çəkir (var)  – ye, iştahın çəkmir - 
yem
ə (Dan.). Acmısan – arı ye, Dəyirmanda darı ye (Uşaq mahnısı). 
Acmısan  –  çörək  ye,  susamısan  –  su  iç,  daha niyə  ağlayırsan?! 
(Dan.). 
2. Ehtiyacların xarakterinə (fərqinə) görə qarşılaşma (acmaq-
susamaq, yem
ək-içmək, otlamaq-su içmək). Məsələn:  Acmaq 
m
ədədə və susamaq ağızda məlum edər (H.Zərdabi). Dostunla ye-

, amma alış-veriş eləmə. Dalda yeyər, Göldə içər (Məsəl). Qanın 
içm
ək halal, ətin yemək haram. Ot otlar qoyun kimi, Su içməz hansı 
quşdur? Su içməz, ot otlamaz. (Tapmaca). 
 
3.  Ehtiyacın  təmin edilməsi həmin vəziyyətə  uyğun  olan 
halın  qarşılığına  görə  (yemək/içmək-doymaq). Məsələn: Biz yedik, 
doyduq
,  allah,  acları  da sən  doyur  (Şükür  forması).  Elm  gərək sel 
kimi axsın ki, hər istəyən ondan içib-doya bilsin (H.Zərdabi). 
4.  Ehtiyacın  meydana  çıxması  və  təmin edilməsi yaxud 
pozulmasından  doğan  vəziyyətlərin  qarşılığına  görə  (acmaq-
doymaq,  iştahı  çəkmək-iştahı  küsmək). Məsələn: Elə  acmışdım  ki, 
inanmırdım bir də doyam. Niyə yemirsən, iştahın çəkmir (yoxdur), 
yoxsa b
əyənmirsən? Bayaq iştaham  var  idi  (çəkirdi),  indi  iştahım 
küsüb  (Dan.).  Doymaq  feilinin  acmaq  v
ə  yemək-içmək  feilləri ilə 
semantik 
əkslik  əlaqəsi  olduqca  maraqlıdır.  Bunları  qrafik  olaraq 
n
əzərdən keçirək. 
 
acmaq                            yem
ək 
271 

 
                                                               
 
 
 
 
                      doymaq 
 
susamaq                          içm
ək  
 
Buradan görünür ki, yeyib-içm
əyə  ehtiyac duymaqla doyum 
v
əziyyəti  arasında  müvafiq  ehtiyacların  təmin edilməsini bildirən 
feill
ər  olmalıdır.  Bunlar  yemək  və  içmək  sözləridir. Belə  çıxır  ki, 
doymaq  feili  acmaq  v
ə  susamaq feilləri ilə  vasitəsiz semantik 
əlaqədə deyil. Doğrudan da, doymaq feili susamaq feili ilə semantik 
əlaqədə olumur, onun acmaq feili ilə vasitəsiz semantik münasibəti 
is
ə müntəzəm xarakter daşıyır. Doymaq feili ikinci tematik sıradan 
yalnız  içmək  feili ilə  semantik  əlaqəyə  girə  bilir.  Doymaq  feili 
müxt
əlif feillərlə semantik münasibətdə olsa da, onun yalnız acmaq 
feili il
ə  əlaqəsi  tam  sabit  xarakter  daşıyır.  Ona  görə  ki,  yemək  və 
içm
ək  feilləri ilə  ifadə  olunan hər cür proses (hərəkət)  doyumla 
n
əticələnmir.  Doymaq  feili  yalnız  o  vəziyyəti ifadə  edir ki, həmin 
v
əziyyət  acmaq  feili ilə  bağlı  olan  halın  əksi  kimi  qarşıya  çıxsın. 
Az
ərbaycan dilinin leksik sistemində acmaq və doymaq feillərinin 
semantik 
əlaqəsi ac-tox sifət cütü və aclıq-toxluq isim cütü ilə təsbit 
olunmuşdur. Müq. et: Ac elə bilər, heç doymazTox elə bilər, heç 
acmaz
Aclıq nəyi yedirtməz, Toxluq nəyi dedirtməz?! (Məsəl). 
Yuxu il
ə  bağlı  olan  feillər. Yuxu ilə  əlaqədar olan feillər 
müvafiq hal-v
əziyyətin müxtəlif mərhələlərini ifadə edən aşağıdakı 
sözl
ərlə  təmsil olunur: yuxusu gəlmək, mürgüləmək (mürgü 
vurmaq),  yuxuya getm
ək, yatmaq, yuxlamaq, oyanmaq, ayılmaq, 
yuxudan durmaq (qalxmaq), yuxusu qaçmaq
H
əmin feillər  arasında  aşağıdakı  semantik  əlaqə  növlərinə 
t
əsadüf edilir.  
1. Yat
maq  ehtiyacının  əmələ  gəlməsi ilə  onun təmin 
olunmasının  qarşılığına  görə. Həmin semantik münasibət  yuxusu 
g
əlmək, yatmaq istəmək  feilləri ilə  yatmaq, yuxlamaq, yuxuya 
getm
ək feilləri arasında özünü göstərir. Məsələn: Yuxun gəlir, yat-
qurtar (M
əsəl). Yuxum gəlmir yatmağa (Bayatı). 
272 

2. Yuxululuq v
ə  oyaqlıq  vəziyyətlərinin  qarşılığına  görə. 
H
əmin semantik münasibət bir tərəfdən  yatmaq, mürgüləmək, 
yuxlamaq  sözl
əri ilə  o biri tərəfdən  yuxudan qalxmaq (durmaq), 
oyanmaq,  ayılmaq  sözləri  arasında  özünü  göstərir. Məsələn: 
Qardaşlar, yatmaq vaxtı deyil, ayılıb bir fikir edin! (H.Zərdabi). At 
başını  yat,  bəstəri-rahətdən  ayılma  (Sabir). Ey yaran, nə  yatıbsız, 
oyanın!  (“Əkinçi”),  Dəxi mümkün deyildi yatmaq  və  oyanmamaq 
(C.M
əmmədquluzadə).  Axşam  tez  yat,  Səhər tez dur  (Məsəl). 
Yataram,  ya allah, Duraram
,  inşallah!  (Dua).  Çox  yatma, dur,  a 
t
ənbəl! (Abbas Səhhət). Bir ləhzə  ayıldınsa,  qutar  canını,  yuxla! 
(Sabir). B
əlkə, bizim qaraçuxa yatıb,  get  qaldır!  (“Qaraçuxa” 
nağılı).  Sən dərin  yuxuya gedəcəksən,  hərdənbir  ayılacaqsan 
(Əsatir). 
3. Yuxululuq v
ə  oyaqlıq  vəziyyətlərinə  cəhd (təhrik, sövq) 
etm
əklə həmin tələbin yerinə yetirilməsinin qarşılığına görə (oyat-
oyan,  yatırt-yat). Məsələn: Bayaqdan bəri nə  qədər  yatırtmaq 
ist
əyirəm,  yatmır  (Dan.). Qalada yatmış  idim,  top  atdılar, 
oyanmadım. Sazınan, söhbətinən oyatdılar (Xalq mahnısı). 
4. Yuxuda olma v
ə  oyatma hərəkətlərinin  qarşılığına  görə. 
H
əmin semantik münasibət  yuxulamaq, yatmaq, yuxuda olmaq, 
mürgül
əmək  feilləri ilə  oyatmaq,  (yuxudan)  qaldırmaq  durğuzmaq 
feill
əri  arasında  özünü göstərir. Məsələn:  Qız  yatıb,  yuxudadır, 
Qıymıram  oyatmağa  (Bayatı).  Elə  yatmayıb  ki,  oyada biləsən
(Dan.). 
5.  Yatmaq  ehtiyacı  ilə  həmin  ehtiyacın  təmin olunmadan 
aradan qalxmasının (pozulmasının) qarşılığına görə (yuxusu gəlmək-
yuxusu qaçmaq). M
əsələn: Bayaq yuxum  gəlirdi,  yatmağa  yerim 
yox idi, indi yerim var, amma 
yuxum qaçıb (Dan.). 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin