qaynata
kür
əkən gəlin
qaynana
“Qohumluq d
ərəcəsi” və “cins” semantik tərkib hissələri
olan terminl
ər cins əlaməti neytrallaşmış terminlərlə qarşılaşdığı
hallarda onların semantik əlaqələri üçbucaqlı şəkildə təsəvvür oluna
bil
ər. Müvafiq termin birlikləri aşağıdakılardır: baba// nənə-nəvə;
212
ulu baba// ulu n
ənə-nəticə. Qeyd edilən semantik əlaqələr
şəbəkəsini həmin söz birliklərindən birinin timsalında nəzərdən
keçir
ək.
baba
n
əvə
n
ənə
Qohumluq terminl
əri arasında minimal semantik əlaqə bir
semantik
əlamətə əsaslanır (məsələn, qardaş-bacı, ər-arvad söz
cütl
ərində olduğu kimi).
N
əhayət, başqa terminlərin semantikasına əsaslansa da, hər bir
terminl
ə açıq-aşkar semantik münasibətdə olmayan terminlər də
var. M
əsələn: bacanaq, elti, quda, günü (yuxarı bax). Bunlar
semantik c
əhətdən qarşılıqsızdır.
Bütün bu haqqında danışılan semantik əlaqə növləri
qohumluq terminl
ərinin
eksplisit
(açıq-aşkar)
semantik
münasib
ətlərinə misaldır. Bundan başqa, qohumluq terminləri
arasında implisit (örtülü) semantik əlaqələr də var və deyə bilərik ki,
istisnasız olaraq bütün eksplisit münasibətlərsiz qohumluq
terminl
ərinə xas olan bir keyfiyyətdir. Məsələn: əmi- “atanın
qardaşı” bibi- “atanın bacısı”; dayı- “ananın qardaşı”; xala “ananın-
bacısı” və s.
Eksplisit semantik
əlaqəli terminlər kimi, implisit semantik
əlaqəli terminlər də bir-birinin barəsində semantik başlanğıc və
motivl
əşmə funksiyası yerinə yetirirlər. Qeyd etmək lazımdır ki,
ifad
ə etdikləri qohumluq dərəcəsi eyni olub, cins əlamətinə görə
f
ərqlənən terminlər onlarla qarşılıqlı-şərikli semantik əlaqədə olan
terminl
ərlə münasibətdə götürülərkən onların cins əlaməti
neytrallaşır. Onlar iki yox, bir semantik başlanğıc təşkil edirlər.
Bel
ə bir vəziyyət motivləşmə hadisəsində də öz əksini tapır.
Eyni sözün bir neç
ə motivləşməsi ola bilməsi faktı artıq
dilçil
ərin nəzərini cəlb etmişdir. İ.S.Uluxanov bu haqda yazır:
“Yegan
ə olmayan motivləşmə eyni bir sözün bir necə sözlə
motivl
əşməsidir [...]. Birdən artıq motivləşməsi olan sözlər
sinxronik planda eyni zamanda müxt
əlif sözdüzəltmə üsuluna aid
olan sözl
ər kimi şərh edilə bilər. Lakin motivləşmənin çoxluğu heç
213
d
ə həmişə sözün düzəltmə strukturu şərhinin çoxluğuna aparıb-
çıxarmır” (2. 43).
Bizim n
əzərdə tutduğumuz motivləşmə İ.S.Uluxanovun bəhs
etdiyind
ən əhəmiyyəti dərəcədə fərqlənir. İ.S.Uluxanov şəkilçilərdə
öz ifad
əsini tapmış motivləşmədən danışır. Biz isə formal cəhətdən
ifad
ə olunmamış motivləşmə növlərini də nəzər də alırıq. Bu
q
əbildən olan motivləşmə terminlərin semantik münasibətində
özünü göst
ərir. Semantik motivləşmənin iki növü var.
1. İkiistiqamətli (ikibaşlı) qarşılıqlı motivləşmə. Bu,
terminl
ərin qarşılıqlı olaraq bir-birini motivləşdirdiyi hallara aiddir
( ata-ana, ata-
oğul, ata-qız, ana-qız, ər-arvad).
2. Biristiqam
ətli (birtərəfli) motivləşmə. Bura arvad-qayın/
baldız sözləri arasındakı üstüörtülü motivləşmədən savayı,
semantik ardıcıllıq münasibətində olan terminlər arasındakı
motivl
əşmə (məsələn: nəvə- “oğul və qızın övladlı”; nəticə-
“n
əvənin övladı”), ənənəvi mənada adi sözdüzəltmə motivləşməsi
d
ə (məsələn: qardaş-qardaşoğlu) aiddir.
Yaş-cins bildirən sözlərin semantik sistemi
Yaş-cins bildirən adlar maraqlı semantik xüsusiyyətləri ilə
diqq
əti cəlb edən söz kateqoriyasıdır. Təsadüfi deyil ki, linqvistləri
bunların müxtəlif aspektləri maraqlandırmışdır. Məsələn,
U.Veynreyx yaş-cins adları ilə əlaqədar olaraq belə bir mülahizə
ir
əli sürmüşdür: “Hesab etmək olarmı ki, tutalım, “cins” və “yaş”
semantik t
ərkib hissələri [...] adətən bir yerdə qarşıya çıxırlar?” (1.
218). Bizim müvafiq sözl
ər üzərində apardığımız tədqiqatlar həmin
suala q
əti bir cavab verməyi mümkün edir. Yaş və cins semantik
t
ərkib hissələri heç də həmişə bir yerdə qarşıya çıxmır. “Cins”
semantik t
ərkib hissəli bir çox sözlərdə “yaş” tərkib hissəsi olmur
v
ə, əksinə, “yaş” tərkib hissəli bir çox sözlərdə “cins” tərkib hissəsi
neytrallaşmış olur. F.Palmer ingiliscədə və başqa dillərdə canlı
varlıqlara aid olan bir çox sözlərin üçşər bölündüyünə diqqət
yetirmişdir (məsələn, bu cür: kişi-qadın-uşaq; buğa-inək-buzov;
qoç-qoyun-quzu; qaban-donuz-
çoşqa) (4. 86). F. Palmerin
müşahidəsi ilə əlaqədar olaraq deyə bilərik ki, ayrı-ayrı heyvan
214
növl
ərinə aid olan sözlər heç də eyni sayda deyil. Hər halda,
Az
ərbaycan dilində yalnız donuz adları üçşər terminlərdən ibarətdir.
Əksər heyvan adlarının sayı üçdən artıqdır. Ancaq üç sayı müvafiq
sözl
ərdən ötrü minimal kəmiyyət deyil. Məsələn, pişik adları iki
leksik vahidd
ən (pişik-mavrı) ibarətdir.
Yaş-cins adları dilin leksikasını sistemli şəkildə öyrənməyə
imkan ver
ən söz kateqoriyasıdır. Azərbaycan dilində yaş-cins
bildir
ən sözlər çoxdur. Bunlar hansı canlı varlıqlara
m
ənsubiyyətindən asılı olaraq iki böyük qrupa bölünür: 1. İnsan
adları. 2. Heyvan adları.
İnsan asları
Yaş-cins bildirən insan adları yekcins deyil. Azərbaycan
dilind
ə bunların bir neçə növü var. 1. Qohumluq terminləri. 2. Yaş-
cins evfemizml
əri. 3. Yaş-cins adları.
Qohumluq terminl
əri. Yaş-cins bildirən insan adlarının ən
böyük kateqoriyası qohumluq terminləridir. Qohumluq terminləri
iç
ərisində sözlərin “cins” əlamətinə görə diferensiallaşmasına
bundan qabaq da tez-tez rast g
əldik. Çox vaxt qohumluq dərəcəsi
eyni olan şəxslər yalnız “cins” əlamətinə görə başqa-başqa
terminl
ərlə ifadə olunur. Bura qardaş/bacı, ər/arvad kimi adi
hallardan savayı, əmi/bibi, dayı/xala sözləri ilə təmsil olunmuş daha
mür
əkkəb hallar da aiddir. Bundan başqa, qohumluq terminlərinin
b
əzilərinin məzmununda “cins” əlaməti onların tərkibindəki oğul və
ya qız ünsürləri ilə ifadə olunur. Məsələn: qardaşoğlu, qardaşqızı.
Az
ərbaycan dilində qohumluq dərəcələri eyni olan şəxslərin
yaş fərqini ifadə etmək üçün böyük, ortancıl və kiçik
determinativl
ərindən istifadə olunur. Bu cür terminlərdən oğul, qız,
n
əvə, qardaş, bacı, əmi, bibi, dayı, xala, kürəkən, gəlin, qayın,
baldız və s. sözlərini qeyd etmək olar. Həmin mürəkkəb ifadələr
tez-tez semantik c
əhətdən bir-biri ilə əlaqədar olaraq işlənir.
M
əsələn: Padşah [...] vəzirin qızını böyük oğluna, vəkilin qızını
ortancıl oğluna aldı. Kiçik oğluna toy eləmədi (“Şahzadə və
qurbağa” nağılı). Vəzir böyük qızını yanına çağırıb dedi. Vəzir
ortancıl qızını özüynən apardı. Vəzirin ümidi bircə kiçik qızına
qalmışdı
*
(“B
ənidaş şəhərinin sirri” nağılı). Böyük qardaşla
215
ortancıl qardaş danışmadılar. Kiçik qardaş dedi (“Yusif və
S
ənubər” nağılı). Böyük bacı ilə ortancıl bacı kiçik
__________________
* B
əzən qız sözü “qız uşağı” mənasında yaş bildirən determinantla birgə işlənir. Məsələn:
Böyük
qızı vəzirin oğluna, ortancıl [qızı] vəkilin oğluna, kiçik qızı da Məlikməmmədə verdilər
(“M
əlikməmməd” nağılı). Bunun qız qohumluq termininə qarışacağı yoxdur.
bacılarının dəmirçi Səmədi sevdiyini atalarına söylədilər
(“Yetim qızlar” nağılı).
Yaş-cins evfemizmləri. Azərbaycan dilində qohumluq
terminl
ərinin əvəzində işlənən bir sıra evfemizmlər var. Məsələn:
molla
əmi, ağaəmi, şəkərəmi, şir(in) əmi, mirzəmi, balaəmi sözləri
yaşa görə birincidən tutmuş yeddinciyə qədər olan əmilərə aiddir.
*
Özlüyünd
ə maraqlı dil faktları kimi diqqəti cəlb edən bu sözlər
m
əhəlli xarakter daşıyıb, nə ümumxalq danışıq dilində, nə də ədəbi
dild
ə əhəmiyyətli yer tutmur. Eyni sözləri Azərbaycan dilinin izahlı
lüğətinə düşmüş aşağıdakı evfemizmlər haqqında da demək olar:
ağabacı-böyük qardaş, dayı və başqa qohumların arvadlarına
hörm
ət üçün verilən ad (ADİL, 1, 35); ağadadaş –kiçik qardaşların
böyük qardaş, yaxud keçmişdə gəlinlərin böyük qayınlarına hörmət
üçün verdikl
əri ad (ADİL 1, 35); ağadayı- böyük dayıya hörmət
üçün veril
ən ad (ADİL 1, 35); ağaəmi-böyük əmiyə hörmət üçün
veril
ən ad (ADİL 1, 35); ağanənə-ailənin ağbirçəyinə, hörmətli
qadına verilən ad (ADİL 1, 36).
Yaş-cins bildirən adlar. Yaş-cins bildirən insan adlarının ən
mühüm kate
qoriyası insanı körpəlikdən qocalana qədər hər iki cins
üzr
ə ifadə edən sözlərdir: bəbə - “körpə uşaq” (zarətatla); çağa-
“qırxlı uşaq”; qırxlı uşaq – “doğulduğu gündən 40 gün keçməmiş
uşaq;” qundaq- “bələkdə olan uşaq (körpə)”; oğlan – “kişi
cinsind
ən olan uşaq”; qız-“qadın cinsindən olan uşaq”; yeniyetmə -
“13-
17 yaşlı oğlan, qız”; ərgən oğlan – “evlənməli oğlan”;
ərgən/ərlik qız – “ərə getməli qız”; təzə bəy – “təzəcə evlənmiş
oğlan”; təzə gəlin – “təzəcə ərə getmiş qız”; gəlin – “ərdə olan
cavan qadın”; kişi – “kişi cinsindən yaşlı adam”; qadın/arvad –
“qadın cinsindən yaşı adam”; qoca – “yaşlı ötmüş kişi”; qarı – “yaşı
216
ötmüş qadın”; ağsaqqal -“ dünyagörmüş qoca”; ağbirçək –
“dünyagörmüş qarı”.
Göründüyü kimi, yaş-cins bildirən insan adlarının bəziləri
f
ərdlərin sosial vəziyyətinə dair məlumata malikdir.
Yaş-cins bildirən insan adları arasında müxtəlif semantik
münasib
ətlər özünü göstərir. Həmin əlaqələrin aşağıdakı növləri
var: a) eyni yaşa aid olan sözlərin
___________
* H
əmin faktları bizə f.e.n. Nərgiz Rəhimzadə vermişdir.
cins f
ərqinə əsaslanan əkslik münasibəti; b) eyni cinsə aid
olan sözl
ərin yaş fərqinə əsaslanan əkslik münasibəti. Ancaq nəzərə
almaq lazımdır ki, təsnifetmə baxımından “yaş” və “cins”
əlamətlərinin rolu eyni deyil. “Yaş” kateqoriyası Azərbaycan
dilind
ə böyük leksik siniflər yaratmır; “cins” kateqoriyası isə
müvafiq lekseml
əri iki böyük sinfə ayırmağa imkan verir. Yaş-cins
bildir
ən adları “cins” kateqoriyasına uyğun olaraq iki sinfə ayırmaq
mümkündür: 1. Kişi cinsinə aid olanlar. 2. Qadın cinsinə aid
olanlar. Yaş-cins bildirən insan adları iki şəkildə semantik əlaqədə
ola bilir. Birincisi, ayrı-ayrı siniflər içərisində. Bu zaman terminlər
yalnız yaş fərqinə əsasən əlaqələnirlər. İkincisi, siniflər arasında. Bu
zaman sözl
ərin semantik əlaqəsi cins fərqinə əsaslanır. Bunları bir-
bir n
əzərdən keçirək.
Kişi cinsinə aid olan sözlər arasında semantik əlaqələr. Qeyd
etdiyimiz kimi, kişi cinsinə aid olan sözlər yaş fərqinə görə
semantik
əkslik münasibətində olurlar. Həmin əlamətə görə
qarşılaşan terminlərə aşağıdakılar misal ola bilər: körpə-gənc,
oğlan-kişi, cavan-qoca, yaşlı-cavan, uşaq-böyük, cahıl-ahıl və s. Bu
cür qarşılaşmalara mətnlərdə tez-tez rast gəlmək olur. Məsələn:
Körp
ələr böyüdü, gənclər qocaldı (Səməd Vurğun). Uşağın uşaq
yeri var, böyüyün böyük (M
əsəl). Uşaqnan uşaqdır, böyüknən böyük
(İdiom). Uşaqlar küçələrdə oynallar və böyük kişilər [böyüklər]
onlara guşeyi-çeşm ilə baxıb, təəccüb edib güləllər (“Əkinçi”).
Bunun arvadının biri gənc, biri yaşlı idi (Y.V.Çəmənzəminli).
Xoruzgöz
oğlan gərək – Dul kişiyə getmərəm! (Bayatı). Sizi çox
yaşlı zənn edirdim, cavanmışsınız (C.Məmmədquluzadə). Gedirsən,
217
cavana get,
Qocanın balası var. Cahıl ilə bal yemə, Ahıl ilə daş daşı
(Bayatı). Ahıla gedən quyruq yeyər, Cahıla gedən yumruq (Məsəl).
Qadın cinsinə aid olan sözlər arasında semantik əlaqələr.
Kişi cinsinə aid olan sözlərdə olduğu kimi, qadın cinsinə aid olan
sözl
ər arasında da semantik əlaqələr yaş fərqinə əsaslanır. Həmin
əlamətə görə aşağıdakı sözlər arasında semantik münasibətdən
danışmaq olar: qız-gəlin, qız-arvad, arvad-qarı və s. Qadın cinsi
bildir
ən isimlərin yaş fərqinə əsaslanan qarşılaşmasına mətnlərdə
tez-tez rast g
əlmək olur. Gəzən qızdan gəlin olmaz (Məsəl). Hər nə
des
ən, qıza de, Gəlin kələkbaz olar (Bayatı). Arvadların əri var,
Qızların da tanrısı (Məsəl). Qarıya qız oyunu yaramaz (Məsəl).
Söyl
əyən qarıdan, güləyən qızdan, Gəzəyən gəlindən lotu yaxşıdır
(“Abbas v
ə Gülgəz”). Qoca qarılar [...] göyçək arvadlar...) Nişanlı
qızlar Bu balama qurban (Oxşama).
Kişi və qadın cinslərinə aid olan sözlər arasında semantik
əlaqələr. Yaş-cins bildirən insan adlarının çoxu kişi və qadın
cinsl
əri üzrə paralel leksemlərə malikdir, belə ki, kişi cinsi bildirən
leksik vahidin qadın cinsi bildirənlər arasında müqabili olur
(M
əsələn: oğlan-qız, kişi-qadın və s.). İnsan adlarından bəziləri
cinsl
ər üzrə diferensiallaşmayıb, hər iki sinfə aid olur. Bunlar, bir
qayda olaraq, kiçik f
ərdləri bildirən sözlərdir. Eyni xüsusiyyət
qohumluq terminl
əri və heyvan adlarına da xasdır. Kişi və qadın
cinsl
ərinə aid olan sözlər yaş eyniyyəti əsasında semantik əlaqəyə
girir. Bunu aşağıdakı termin cütlərində müşahidə etmək
mümkündür.
OĞLAN-QIZ: Ələmdolağının altından oğlan keçsə, dönüb
qız olar, qız keçsə, dönüb oğlan olar (Xalq inamı). Qız keyvəni – ev
xarab, O
ğlan keyxa –kənd xarab. Qız evində toydur, oğlan evinin
x
əbəri yox (Məsəl). Oğlan gəldin, qız? (İdiom).
KİŞİ-QADIN: Avropa camaatı qadınlı-kişili 5-6 ilin ərzində
hamısı savadlı ola bilərlər. İran camaatının qadınlı-kişili
savadlanması üçün nə etmək lazımdır? (M.F.Axundov). İndi
qadınlar olub çöl adamı, kişilər olub ev adamı (Danışıq).
KİŞİ-ARVAD: Kişi seldir, arvad göl. Arvad qohumu yük
dibind
ə, Kişi qohumu mıx dibinə (Məsəl). Bizim yerin adəti belədir
ki,
kişi arvadsız olmaz; gəlmişik səni evləndirək. Bizim yerdə
218
ad
ətdir, arvad öləndə kişini də onunla bir yerdə basdırırlar
(“Naxırcı” nağılı).
QOCA-QARI: Balama qurban olsun Doqquz qoca, on
qarı
(Oxşama). Bir qoca vardı, bir də onun qarısı (“Günəşin nağılı”).
H
əmçinin bax: ağsaqqal ağbirçək.
AĞSAQQAL-AĞBİRÇӘK: Bizim ağsaqqalımız da var,
ağbirçəyimiz də (Danışıq). Həmçinin müq. et: Ağsaqqallı qocaları
çox ağlatmışam. Ağbirçəkli qarıları çox ağlatmışam (“Kitabi-Dədə
Qorqud”).
Qohumluq terminl
əri ilə yaş-cin bildirən sözlər
arasında semantik münasibət
Bildiyimiz kimi, qohumluq terminl
ərinin semantik tərkibində
“yaş” və “cins” əlamətləri var. Bu baxımdan qohumluq terminləri
il
ə yaş-cins bildirən sözlər arasında müəyyən mütabiqlik özünü
göst
ərir və bunu bir neçə məqamda müşahidə etmək olur. Birincisi,
qohumluq terminl
əri nəzakət məqamında qohum olmayan şəxslər
bar
əsində işlənərkən; bu zaman müraciət edilən, yaxud haqqında
danışılan şəxsin yaşı və cinsi nəzərə alınır. Məsələn: baba-qoca kişi
bar
əsində; nənə - qarı barəsində; ata – yaşlı kişi barəsində; ana-
yaşlı qadın barəsində; qağa/ qardaş-özündən çox böyük olmayan
kişi (oğlan) barəsində; bacı-özündən çox böyük olmayan qadın (qız)
bar
əsində; əmi, dayı-özündən çox böyük (yaşlı) kişi barəsində; bibi,
xala – özünd
ən çox böyük qadın barəsində; bala-özündən çox kiçik
o
lan uşaq (adam) barəsində; oğlum-özündən çox kiçik oğlan
bar
əsində; qızım-özündən çox kiçik qız barəsində. Müq. et: Pirə
“ ata” dedim, cavana “
qardaş”, Ana-bacı bildim qızı, gəlini (Aşıq
Ələsgər).
Bir sıra qohumluq terminlərinin şəxslərin bir növ sosial
v
əziyyətini bildirdiyi hallar da bura aiddir: Yalan satar evindəki ana
olmuş qadına. Hər ağsaqqal ata, ağbirçək ana Hörmətlə yad edir
yoldaş İslamı. Gəlinlər də, ağbirçək qadınlar da Fərhad kimi külüng
vurur bu diyarda (S
əməd Vurğun). Bəyənmir gəlinlər, qızlar da
m
əni (Aşıq Ələsgər).
İkincisi, yaş-cins bildirən sözlərin qohumluq terminləri
yerind
ə işlənməsi şəklində. Bura kişi sözünün “ər”, oğlan sözünün
219
“oğul”, uşaq sözünün “övlad”. məqamında işlənməsi aiddir.
M
əsələn: Kişin evdədir? (Danışıq). Oğlanım! Sən insansan,
heyvanla müsahib olmağıl “(Kitabi-Dədə Qorqud)”. Boşasam,
qorxuram
oğlanlarımdan (Aşıq Ələsgər). Mən bir uşaq, sən bir ana
(S
əməd Vurğun).
Üçüncüsü, yaş- cins bildirən sözlərlə qohumluq terminləri
arasında semantik ümumilik fonomorfoloji cəhətdən müştərək olan
b
əzi terminlərin semantik diffuziyaya uğraması hadisəsində də
özünü göst
ərir. Bu daha çox qadın cinsi bildirən sözlərdən arvad: 1.
“qadın”, 2. “həyat yoldaşı”; qız 1. “qız uşağı”; 2. “qız övladı” kimi
sözl
ərdə müşahidə olunur. Yaş- cins bildirən sözlər və qohumluq
terminl
ərinin semantik sistemlərində arvad və qız sözləri müvafiq
olaraq
kişi, oğlan və ər, oğul terminləri ilə qarşılaşmaqla, öz
m
ənalarını konkretləşdirir (Bax: müvafiq sözlərin semantik
sisteml
əri bəhsləri).
Bu cür iki semantik sistem
ə aid olan sözlər (bunları arvad
1
,
arvad
2
,
qız
1
, qız
2
, şəklində işarələ olar) semantik cəhətdən qarşılaşa
bilirl
ər. Lakin onların semiotik statusu eyni olmur. Məsələn: O
arvad [...] s
ənə arvad olmayacaq. İndi o arvad oldu mənim kəbinli
arvadım. Kərbəlayi Məmmədəlini qovlayan arvad onun
“Ərəblər”dəki arvadı imiş. Әr-arvad gördülər ki, həyətə bir ulağ
girdi, üstünd
ə bir arvad, yanında bir kişi (C.Məmmədquluzadə).
Arvad
ərinin ən yaxın dostu olmalıdır. Kişinin arvadından gizlin
g
ərək heç bir işi olmasın. Arvad da ərini düşünməlidir.
(Y.V.Ç
əmənzəminli). Ay qız, kimin qızısan? (Xalq mahnısı). Qızın
yerind
ə qızam, atam yerində kişisən (Televiziya). Oğluna qız
axtarınca qızına oğlan axtar (Məsəl).
Arvad v
ə qız sözləri birinci halda referentə malik olan yaş-
cins bildir
ən söz kimi, ikinci halda isə referenti olmayan münasibət
bildir
ən söz, yəni qohumluq termini kimi özünü göstərir.
Bundan başqa, biz qohumluq terminlərindən danışarkən – lıq
4
şəkilçisi ilə düzəlib, qohumluq münasibəti bildirən terminlərə də
toxunduq. Bunların arasında qızlıq və gəlinlik sözləri də var. Amma
aydın olur ki, eyni şəkilçi ilə qız fonemlər birliyinin təkcə “qız
övlad” v
ə gəlin fonemlər birliyinin “oğlun arvadı” mənasından
deyil, onların müvafiq olaraq “qız uşağı” və “ərdə olan cavan
220
qadın” mənalarından da mücərrəd mənalı isimlər düzəlir. Məsələn,
aşağıdakı nümunələrə fikir verək: Gəlinliyim, qızlığım – Darayı
tuman dizliyim.
Qızlığı nə idi ki, gəlinliyi də nə ola?! (Məsəl). Qeyd
etm
ək lazımdır ki, qızlıq və gəlinlik sözləri yalnız bu mənada bir-
biri il
ə semantik əkslik münasibətində ola bilir. Deməli, Azərbaycan
dilinin leksik sistemind
ə gəlin və qız sözləri kimi, onların törəmələri
d
ə omonim statusuna malikdir. -lıq
4
şəkilçisi ilə yaş-cins bildirən
sözl
ərdən mücərrəd mənalı isimlərin düzəlməsi yalnız bu iki
nümun
ə ilə məhdudlaşmır. Bütün yaş-cins bildirən insan adlarından
bu cür isiml
ər düzəltmək mümkündür. Məsələn: Uşaqlıq və gənclik
dövrü çatınca Özümü göstərdim düşkün bir qoca (Nizami).
Cavanlıqda oturar, qocalıqda yırğalanar. Cavanlıqda olar qara,
qocalıqda oxşar qara. Uşaqlıqda ağ-saqqal, Cavanlıqda alsaqqal,
Qocalıqda qırsaqqal (Tapmaca). Qocalıq gəldi-getməzdir, cavanlıq
getdi-g
əlməzdir (Məsəl). Nə kişilərində kişilikdən bir əlamət qalıb,
n
ə də arvadlarında qadınlıq təravəti və lətafəti görünür
(Zeynalabdin Marağayi).
Heyvan adları
Yaş-cins bildirən heyvan adlarının müxtəlif kateqoriyaları var.
Qeyd etm
ək lazımdır ki, ayrı-ayrı heyvan növləri üzrə yaş-cins
bildir
ən sözlərin sayı heç də eyni deyil. Heyvan adlarının sayı
müva
fiq heyvan növünün xalqın təsərrüfat həyatı və məişətində
tutduğu yerlə bağlıdır.
Heyvan adlarının iki mühüm kateqoriyası var:
1. Ayrı-ayrı heyvan növlərini bildirənlər: at, eşşək, qatır,
d
əvə, qaramal, camış, qoyun, keçi, it, pişik, donuz, toyuq. 2. ayrı-
ayrı heyvan növlərinin yaş və cins üzrə fərqlərini bildirənlər: nər,
maya, köşək. Bəzi heyvanların ümumi növü və dişisi eyni adla
ifad
ə olunur. Məsələn: camış, qoyun, keçi, donuz, toyuq.
Heyvan növl
ərinin adları bir-biri ilə semantik əkslik
münasib
ətində olur. Azərbaycan dilində bəzi heyvan adları əks
assosiasiya il
ə bağlıdır: it-pişik, it-qurd, qoyun-qurd, qoyun-keçi və
s. Aşağıdakı nümunələrə fikir verək: At ölüb, itin bayramıdır. At
ölüb, yerin
ə eşşək bağlanıb. İtin ağzıynan qurd ölsəydi, dünyada
221
qurd
qalmazdı. Qurda qoyun tapşırıb! Qurddan qorxan qoyun
saxlamaz. Qoyunu qoyun
ayağından asarlar, keçini keçi (Məsəl).
Altı qoyun, üstü keçi (Tapmaca). İtnən pişik kimi yola gedirlər.
M
ənimlə siçan-pişik oynayırsan?! (İdiom). Pişik olmayan yerdə
siçanlar ba
ş qaldırar (Məsəl).
Heyvan növü il
ə yanaşı, həmin heyvan növünün dişisini
bildir
ən sözlər həmin növün erkəyini bildirən sözlə də semantik
əkslik münasibətində olurlar. Bundan başqa, dişi fərd və növ adı
bildir
ən sözlər müvafiq heyvan növünün balasının adı ilə də
semantik
əkslik münasibətində olur. (Bu barədə müvafiq
mikrosisteml
ərlə əlaqədar olaraq ətraflı şəkildə bəhs olunacaqdır).
Bel
əliklə, görünür ki, heyvan adlarından eyni fonemlər birliyi
üç semantik
əlaqədə ola bilir. Heyvan növlərinin adını bildirən
sözl
ərin semantik fonunda yaş-cins bildirən sözlər müəyyən tematik
qruplar t
əşkil edir. Yaş-cins terminləri müvafiq mikrosistemlər
iç
ərisində bir-biri ilə semantik münasibətlərə girir, ona görə də
h
əmin sözləri tematik qruplar üzrə nəzərdən keçirmək
m
əqsədəuyğundur.
İnsan adları kimi, heyvan adları da fərdləri erkək və dişi
cinsl
əri üzrə ifadə edir. Lakin heyvan adlarının sayı çox
olmadığından, həmin sözləri bu iki sinif üzrə nəzərdən keçirmək
əlverişli deyil. Onu da qeyd etmək istərdik ki, toyuq adlarını yalnız
sad
əlik xatirinə heyvan adları içərisində nəzərdən keçiririk.
Dostları ilə paylaş: |