Çalar bildir
ən rəng adları. Rəng adlarının ən mühüm
xüsusiyy
ətlərindən biri eyni əlamətin az və ya çox dərəcəsini
bildirm
ələridir. Sifətin dərəcələri, bir qayda olaraq, ilkin rəng
adlarından düzəlir. Adi, azaltma və çoxaltma dərəcələri adı ilə
m
əlum olan bu formalar üç dəyər sırası əmələ gətirir. Azaltma və
çoxaltma d
ərəcələri məzmun və şəkilcə adi dərəcədən törəmədir.
Qeyd etm
ək lazımdır ki, sifətin dərəcələri biristiqamətli semantik
arasıkəsilməzlik əmələ gətirmir. Bunların münasibəti bu gün
sözünün dün
ən və sabah, ata sözünün baba və oğul, indi sözünün
bayaq v
ə bir azdan sözləri ilə (semantik) əlaqəsi kimidir.
Sif
ətin dərəcələrinin morfoloji, (sintetik) və sintaktik
(analitik) olmaqla iki sözdüz
əltmə üsulu var.
Sif
ətin dərəcələrinin sintetik formaları
azaltma d
ərəcəsi adi dərəcə çoxaltma dərəcəsi
sarımtıl
sarı
sapsarı
qırmızımtıl
qırmızı
qıpqırmızı
göyümtül
göy
gömgöy
yaşılımtıl
yaşıl
yamyaşıl
ağımtıl
ağ
ağappaq
bozumtul
boz
bomboz
qaramtıl/qaramtur
qara
qapqara
Sif
ətin dərəcələrinin analitik formaları
231
azaltma d
ərəcəsi adi dərəcə çoxaltma dərəcəsi
açıq sarı/sarıtəhər
sarı
tünd sarı
açıq qırmızı/qır-
qırmızı
tünd qırmızı
mızıtəhər
açıq göy/göytəhər
göy
tünd göy
açıq yaşıl/yaşıltəhər
yaşıl
tünd yaşıl
ağtəhər
ağ
dümağ
açıq boz/boztəhər
boz
tünd boz (?)
açıq qara/qaratəhər
qara
dümqara/zilqara
Göründüyü kimi, sif
ətin dərəcələrinin sintetik-morfoloji üsulu
analitik-sintaktik üsula nisb
ətən daha müntəzəm xarakterə malikdir.
Sif
ətin dərəcələrinin iki üsulla ifadə edilməsindən belə bir qənaətə
g
əlmək olar ki, eyni dərəcəyə aid olan iki forma (məsələn: ağımtıl
v
ə ağtəhər) sinonim vəziyyətdədir. Doğrudan da, belə formalar
m
əzmun etibarı ilə bir-birinə olduqca yaxındır və onların həmin
c
əhətdən fərqini izah etmək o qədər də adan deyil. Bununla belə, bu
formalar arasında müəyyən incə fərqlər var ki, onları sinonimlikdən
çıxarır. Birincisi, morfoloji üsulda müəyyən rəngin çaları (ağımtıl),
sintaktik üsulda is
ə müəyyən çalarda olan rəng (açıq ağ) ifadə
olunur. İkincisi, həmin formalar eyni əlamətin müxtəlif ifadə
üsulları olsa da, çoxaltma dərəcəsinin tam müəyyən ifadə üsulları
il
ə müqabil gəlirlər (Məsələn: ağımtıl-ağappaq, açıq ağ -dümağ).
Sif
ətin dərəcələrinin belə bir cəhəti də nəzəri cəlb edir.
Azaltma v
ə çoxaltma dərəcələrinin morfoloji formalarının
funksional-qrammatik v
əzifələri eyni deyil. Azaltma dərəcəsi
forması yalnız sifət kimi işlənir. Çoxaltma dərəcəsi forması isə həm
sif
ət, həm də zərf vəzifəsində çıxış edir.* Özü də bunlar əsasən eyni
kökd
ən düzəltmə feillər ** (ağappaq ağarmaq, qapqara qaralmaq,
sapsarı saralmaq, gömgöy göyərmək, bomboz bozarmaq), yaxud
varlıq, mövcudiyyət bildirən feillərdə (olmaq, idi və s.) əlaqəyə
girir. M
əsələn: Artıq ay ağappaq ağarıb enməkdə idi (Sabit
R
əhman). Əfruz bacı ağappaq ağarmışdı. Kosanın dişlərinin
qurdyey
ən yerləri qapqara qaralmışdı (Süleyman Rəhimov).
232
Bayram indi
bomboz bozardı (Əli Vəliyev). Qulam təpədən-dırnağa
bomboz idi
(Əbülhəsən).
R
əng bildirən sifətlərlə bağlı olan leksik söz qrupları
Az
ərbaycan dilində rəng anlayışı başqa nitq hissələrinə aid
olan sözl
ərlə də ifadə edilir. Bunlar rəng adlarından vasitəsiz və
vasit
əli şəkildə törəyən sözlərdir. Həmin leksik söz qrupları
aşağıdakılardır.
R
əng bildirən feillər. Bu sözlər ilkin və bəzi ikinci rəng
adlarından düzəlib, müəyyən rəng almaqla bağlı olan prosesləri
ifad
ə edir: ağarmaq, qaralmaq, saralmaq, qızarmaq, göyərmək,
bozarmaq, allanmaq, yaşıllanmaq, yaşıllaşmaq, çallaşmaq.
H
əmin sözlər rəng bildirən sifətlərlə iki cür semantik
münasib
ətdə olurlar. Bunlardan birincisi semantik-sözdüzəltmə
münasib
ətidir. Məsələn: Ağ gün, hara gedirsən? Ağartmağa. Qara
gün, hara gedirs
ən? Qaraltmağa. Ağ gün adamı ağardar. Qara gün
adamı qaraldar (Məsəl). Bundan başqa, həmin sözlər öz
____________________
* Sif
ətin azaltma və çoxaltma dərəcələrinin predikativ vəzifəsi
d
ə eynidir.
**
Yamyaşıl sifəti bu barədə istisna təşkil edir.
tör
ədici əsaslarının antonimləri ilə də semantik əlaqəyə girir.
M
əsələn: Elə qara deyilsən ki, yumağınan ağarasan (Danışıq).
Qara
qarğanı yumağınan ağartamaq olmaz (Məsəl).
R
əng bildirən isimlər. Rəng bildirən isimlərin iki növü var.
Bir qrup isiml
ər rəng adlarından düzəlib, əlamət, əşya və canlı
varlıq bildirir. Bunlar aşağıdakılardır: sarılıq, allıq, göylük, yaşıllıq,
ağlıq, qaralıq, qaranlıq, bozluq. İkinci qrup sözlər rəngalma
bildir
ən feillərdən törəyib, əşya hadisə, proses adı rolunda çıxış edir.
M
əsələn: ağartı, qaraltı, bozartı (?), qızartı, göyərti.
Qeyd:
sarılıq sözü həm birinci, həm də ikincisi mənada
(x
əstəlik adı kimi). işlənir.
Әdəbiyyat
233
1.
Вейнрейх У. О семантической структуре языка. – Новое в
лингвистике. вып. V.M., 1970
2.
Улуханов И. Словообразовательная семантика в русском
языке. M., 1977.
3.
Bidu-Vranceanu A. Systematique des noms de couleurs.
Buceresti. 1976.
4.
Palmer F.R. Semantics (A new outline). Cambrige- New York-
Melbourne. 1977.
II f
əsil. Cism (varlıq), məkan, zaman və
k
əmiyyət adlarının semantik
sistemi
Bu f
əsildə cism (varlıq), məkan, zaman və kəmiyyət adlarının
əmələ gətirdiyi semantik sistemlər nəzərdən keçirilir. Adı çəkilən
tematik söz qruplarının bir yerdə tədqiq olunması təkcə onunla bağlı
deyil ki, varlıq, məkan, zaman və kəmiyyət kateqoriyaları obyektiv
gerç
əkliyin ümumi kateqoriyalarıdır. Həmin söz kateqoriyalarının
linqvistik c
əhətdən əhəmiyyəti bundadır ki, onların əmələ gətirdiyi
mikrosisteml
ər oxşar şəkildə təşkil olunmuşdur. Bu oxşarlıq bədən
üzvl
əri adları ilə cəhət bildirən sözlər arasında, eləcə də
sonuncularla zaman v
ə kəmiyyət bildirən sözlər arasında özünü
göst
ərir.
B
ədən üzvləri adlarının semantik sistemi
B
ədən üzvləri adları dilin leksikasının ən qədim qatlarından
birin
ə mənsubdur. Azərbaycan dilinin müasir vəziyyətində həmin
sözl
ərin əksəriyyətinin aydın etimologiyası və motivlənməsi
yoxdur. Bununla bel
ə, onların çoxunun arasında şəkli oxşarlıq və
qohumluq olduğunu sezmək çətin deyil. Bu, bir çox sözlərin oxşar
sonluqla qurtarmasında özünü göstərir. Ağamusa Axundov müvafiq
s
əs qanunauyğunluqlarına əsaslanaraq, insanın bədən üzvləri
adlarını təsnif etmişdir [3. 78-79]. Müəllifin ən mühüm
n
əticələrindən biri hecaların sayının sözdüzəltmə funksiyası
daşımasına dair onun mülahizələridir. O,-z səsi ilə bitən sözlər
qrupundan danışarkən qeyd edir ki, bu söz qrupu birhecalı və
234
ikihecalı sözlər yarımqruplarına bölünür [4. 70]. Ağamusa Axundov
h
əmin söz qruplarından -ş və -z ilə qurtaran sözləri tədqiq edərək,
bel
ə bir nəticəyə gəlir ki, müvafiq leksemlərin yaranması eyni yolla
baş vermişdir [3. 81; 4. 75].
B
ədən üzvləri adları arasında fonomorfoloji ümumilikdən
savayı, semantik bağlılıq da var. Bu həmin sözlərin bir-biri ilə
semantik
əlaqələrə girməsində özünü göstərir. Lakin bədən
üzvl
ərinin semantik münasibətlərindən danışmaq üçün ilk növbədə
onların semantik təsnifini vermək lazımdır.
B
ədən üzvləri adları insan, heyvan və quşların əzalarını ifadə
edir. Dem
əli, həmin sözləri ilk növbədə aid olduqları canlı
varlıqlara görə təsnif etmək mümkündür. Lakin yaş-cins adları
bar
əsində özünü doğruldan bu üsul burada işə yaramır. Ona görə ki,
b
ədən üzvləri adlarının mühüm bir qismi eyni zamanda müxtəlif
canlı varlıqlara aid ola bilir. Bundan ziyadə, elə sözlər var ki, təkcə
canlı varlıqların bədən üzvlərini deyil, cansız varlıqların hissələrini
d
ə bildirir. Qeyd etmək lazımdır ki, əşyavi mənsubiyyətə görə
t
əsnifat müştərək leksikaya tətbiqən işə yaramadığı halda, müştərək
olmayan b
ədən üzvləri adları ilə əlaqədar olaraq lazımlı üsullardan
biri kimi özünü göst
ərir. Məsələn, aşağıdakı sözlər belərindəndir:
uşaqlıq (insan), balalıq (heyvan), yumurtalıq (quş), barmaq, dırnaq
(insan), yun (d
əvə, qoyun), qəzil (at, keçi, camış), lələk (quş), və s.
Burasını da qeyd etməliyik ki, mənsubiyyətə görə təsnifat yalnız
çoxlu t
əkrarlara şərait yaratdığına görə əlverişli deyil, lakin
semantik münasib
ətləri öyrənmək mənasında
sözlərin
m
ənsubiyyətini mütləq nəzərə almaq lazım gəlir.
B
ədən üzvləri adlarının erkək və dişi cinslərinə mənsubiyyət
baxımından təsnif edilməsi də bunun kimidir. Bədən üzvləri
adlarının əksəriyyəti hər iki cins üçün müştərəkdir. Bütün bu
deyil
ənlərə görə, bədən üzvləri adlarının təsnifatından əl çəkib,
diqq
əti həmin adlar arasında müşahidə olunan semantik əlaqələr
üz
ərində cəmləşdirmək lazımdır. Buna keçməzdən əvvəl bədən
üzvl
əri adlarının linqvistik ifadə baxımından nəzəri cəlb edən bir
xüsusiyy
ətinə toxunmaq istərdik. Bədən üzvlərinin əksərinin sayı
birdir. B
əzi bədən üzvlərinin sayı ikidir: gicgah, qaş, göz, yanaq,
qulaq, ç
ənə, dodaq, əl, qol, ayaq, qıç, çiyin, diz, dirsək, döş, topuq,
235
aşıq, cinah, kürək, omba və s. Barmaqların sayı bir əldə beş, iki əldə
on,
əl və ayaqlarda iyirmidir. Dişlərin sayı 28-32-dir. Belə bir
v
əziyyət bədən üzvlərinin ifadəsində necə əks olunur? Sayı iki olan
üzvl
ərin adları konkretləşdirici vasitələrə ehtiyac hiss ediləndə
aşağıdakı sözlərdən uyğun gələnlərlə işlənir: sağ, sol, alt, üst. Lakin
b
ədəndə sayı iki olan heç də bütün üzvlərin adları həmin
determinantlarla işlənə bilmir. İş burasındadır ki, məsələn, dirsək,
diz, topuq, omba, aşıq kimi üzvlərin sayı hər bir normal insan
b
ədənində iki olsa da, onlar qoşa olmurlar. Ona görə də həmin
üzvl
ər ifadə edilərkən sağ və sol determinantları işə yaramır.
Konkret üzvl
ərdən danışarkən «sağ qolun dirsəyi», «sol qolun
dirs
əyi» kimi ifadələrdən istifadə olunur. Deməli, bu zaman
eynicinsli yox, müxt
əlifcinsli obyektlərin münasibəti işə yarayır.
Qalan ikisaylı üzvlərin adlarının determinativlərlə əlaqəsi aşağıdakı
kimidir. Ç
ənə və dodaq sözləri alt və üst determinativləri ilə,
gicgah, qaş, göz, qulaq, yanaq, əl, ayaq, qol, qıç, cinah, çiyin, kürək
sözl
əri isə sağ və sol determinativləri ilə işlənir. Məsələn: Allah sağ
gözü sol göz
ə möhtac eləməsin (Məsəl). Sağ gözüm sənə qurban,
Sol gözüm m
ənə bəsdi (Bayatı). Sənin sağ tikəni sağ qulağınca, sol
tik
əni sol qulağınca elərəm (Hərbə-zorba). Adamın sağ çiynində bir
m
ələk, sol çiynində bir mələk oturub, onun günah və savablarını
yazır (Xalq inamı). Alt dodağı yer süpürür, üst dodağı göy süpürür
(Идиом).
B
ədən üzvlərinin ifadəsində daha bir maraqlı faktla
qarşılaşırıq. Bəzi üzvlər eyni adla ifadə olunur. Lakin onların istər
m
əsafəcə, istərsə də vəzifəcə bir-birindən uzaq olması özünü onda
göst
ərir ki, onların adları alt, üst, sağ, sol determinativləri ilə işlənə
bilmirl
ər. Bundan ziyadə, həmin sözlərin öz determinativ tərkib
hiss
ələri ilə əlaqəsi yuxarıda verilmiş sözlərdə müşahidə ediləndən
daha sıxdır. Həmin sözlər aşağıdakılardır: ağciyər, qaraciyər,
ağbağır, qarabağır, bərk damaq, yumşaq damaq.
Barmaq adlarının ifadəsi bundan da mürəkkəbdir. Barmaqlar
əvvəl əl və ayaq, sonra da onların «sağ» və «sol» əlamətlərinə görə
mü
əyyənləşən siniflər üzrə birliklər əmələ gətirir. Beş sayı
barmaqlar üçün minimal k
əmiyyətdir. Dildə işlənən bir çox ifadələr
m
əhz belə bir təsəvvürə əsaslanır. Məsələn: «Mən səni beş
236
barmağım kimi tanıyıram» və s. Azərbaycan dilində işlənən barmaq
adları məhz həmin saya uyğun gəlir: baş barmaq, şəhadət barmağı,
orta barmaq, adsız barmaq, çeçələ barmaq.
Diş adları sahəsində olduqca müxtəlif ifadə vasitələri var.
Bunlar dişlərin yerinə (alt dişlər, üst dişlər, qabaq dişlər, arxa
dişlər), kəsicilik qabiliyyətinə (kəsici dişlər. azı dişləri, köpək
dişlər), yaranma vaxtına (süd dişləri, ağıl dişləri) işarə edir.
B
ədən üzvlərinin adları müxtəlif məzmun münasibətlərinə
girir. Bunların ən mühümlərini nəzərdən keçirək.
1. H
əyat üçün ən mühüm üzvlərdən olan başın adının
orqanizmin qalan hiss
əsinin adı ilə qarşılaşması. Həmin semantik
münasib
ət bir tərəfdən baş, kəllə və s., o biri tərəfdənsə bədən,
gövd
ə can «bədən», leş «həyatdan məhrum olmuş bədən» sözləri
arasında özünü göstərir. Məsələn: O nədir ki, bədəni içəridə, başı
eşikdə? Bədəni var, başı yox (Tapmaca). Başın bədəninə ağırlıq
eyl
əyir? (Идиом). Gövdəmin üstündə durmayır başım (Səməd
Vurğun). Vəfalı yardan ötrü Candan-başdan keçərlər (Bayatı).
Aşıq Ələsgər yolunda Canla baş bağışlayacaq (Aşıq Ələsgər).
Ç
əkəndə misri qılını Baş bir yana, leş bir yana («Koroğlu»). Leş leş
üst
ə, baş baş üstə (Səməd Vurğun).
2. Ən yuxarıda yerləşən üzvün adının ən aşağıda yerləşəm
üzvün adı ilə qarşılaşması. Həmin semantik münasibət bir tərəfdən
baş, kəllə, təpə sözləri ilə, o biri tərəfdən ayaq, quyruq, dırnaq
sözl
əri arasında özünü göstərir. Məsələn: Allah sənin başını qoyub,
ayağına daş salmasın (Qarğış). Bizdə hər şey baş-ayaqdır (Y.V.
Ç
əmənzəminli). Başı daraq, quyruğu oraq. Quyruğu suda, Başı
quruda (Tapmaca). M
ən səndən əl üzmərəm, Soysalar təpə-dırnaq
(Bayatı). Namərd təpə-dırnaq yara yetirər (Aşıq Ələsgər).
Eyni semantik münasib
ət bəzi relyef bildirən sözlərə də
xasdır. Məsələn: Bulağın başı ilən, Dibinin daşı ilən. Başı bəlgəli
dağlar, Dibi kölgəli dağlar (Bayatı). Başı göydə, Dibi yerdə
(Tapmaca).
3. Yuxarı ətrafların adının aşağı ətrafların adı ilə qarşılaşması.
Bu zaman bel
ə bir qanunauyğunluq özünü göstərir: yalnız müvafiq
üzvl
ərin oxşar hissələrinin adları (əl-ayaq, qol-qıç, qol-bud) bir-biri
il
ə semantik münasibətdə ola bilir. Məsələn: Qolumdan tutan
237
g
əlmir, qıçımdan tutan tez gəlir. (Məsəl). Səni qol-qıçı bağlı
gönd
ərərəm şəhərə [Kasıblıq] kişinin qol-qıçını bağlamışdı
(C.M
əmmədquluzadə). Qolları var, qılçası yox. Nə əli var, nə ayağı
(Tapmaca).
Әl-ayağı düz gəlin!(Bayatı). Әl-ayağı od eləyər (Aşıq
Əələsgər). Әli və ayağı hərəkətdən düşübmüş (Həmidə xanım).
B
ədənin aşağı və yuxarı ətraflarının adları bir-biri ilə
semantik yaxınlıq münasibətində də ola bilir. Bu əl və qol, qol və
qanad sözl
əri arasında müşahidə edilir. Məsələn: Axıtdığı göz yaşı
Әl-qolunu bağladı (Bayatı). Sındı qol-qanadım, yanıma düşdü (Aşıq
Ələsgər).
4. B
ədənin daxili üzvləri adlarının xarici üzvlərin adları ilə
qarşılaşması. Həmin semantik münasibət bir tərəfdən ilik, sümük
sözl
əri, o biri tərəfdənsə ət, dəri sözləri arasında özünü göstərir.
M
əsələn: Әti sənin, sümüyü mənim (Идиом). Özü ətdir, yediyi
sümük.
Әtin ataram yellərə, Sümüyün xeyrat elərəm. Bir ilikdir, bir
sümükdür, bir d
əri (Tapmaca). Bir dəridir, bir sümük (Идиом).
Qeyd etm
ək lazımdır ki, ət və sümük sözləri yeyinti məhsulu
adı kimi insanın nəsillə bağlı olan mahiyyətinin ifadəsi kimi başqa
sözl
ərlə də semantik əkslik münasibətində olur. Məsələn: Nə ətdir,
n
ə balıq. Südnən girən sümüknən çıxar (Məsəl).
5. B
ədənin önündə və arxasında yerləşən üzvlərin adlarının
qarşılaşması. Həmin semantik münasibət boğaz, üz, sinə, döş
sözl
əri ilə boyun, arxa, kürək sözləri arasında özünü göstərir.
M
əsələn: Boyun-boğazını yaxşı yu (Danışıq). Üzüüstdə gələni
arxasıüstə çevirməzlər. Birinin döşünə vurublar, «Vay arxam!»
deyib (M
əsəl).
H
əmin semantik münasibət, eləcə də «aşağı» və «yuxarı»
semanteml
ərinin qarşılaşması daha geniş ölçüdə cəhət bildirən
sözl
ərə xasdır. Bu barədə irəlidə danışacağıq.
6. B
ədənin tük örtükləri ilə seçilən üzvlərinin qarşılaşması.
H
əmin semantik münasibət bığ və saqqal, saç və saqqal, saç və
birç
ək sözləri arasında özünü göstərir. Məsələn: Saqqal yox ikən
bığ var idi! Gəlmişdi saqqal dalınca, bığı da qoydu-getdi. Aşağı
tüpürürs
ən saqqal, yuxarı tüpürürsən bığ (Məsəl). Ay saçı-saqqalı
ağarmış! (Zarafat ifadəsi). Saçı-saqqalı ağartmışam, tapdığım bir
budur (Dan.). Saç-birç
əyi yolmuşam (Bayatı).
238
Tük örtüyü adlarının cinslər üzrə diferensiallaşması da
müşahidə olunur. Belə ki, saqqal və bığ sözləri kişiyə, birçək sözü
is
ə qadına aiddir. Həmin diferensiallaşma zəminində ağsaqqal
«dünyagörmüş qoca» və ağbirçək «dünyagörmüş qarı» meydana
g
əlmişdir (Bax: “Yaş-cins adları” bölməsi. Ağsaqqal sözünə
müqabil olaraq qarasaqqal ifad
əsi də işlənir, lakin ağbirçək
sözünün bel
ə bir müqabili yoxdur).
7. B
ədən üzvləri adlarının müvafiq duyğuların fərqinə görə
qarşılaşması. Həmin semantik münasibət göz və qulaq sözləri
arasında özünü göstərib, çox vaxt müvafiq feillərin qarşılaşması ilə
müşayiət olunur. Məsələn: Gözünlə gördüyünü qoyub, qulağınla
eşitdiyinə inanma. Görməyə gözü var, eşitməyə qulağı (Məsəl).
H
əmçinin müq. et: Gözü yolda, qulağı səsdə (Идиом).
8. M
əsafə, yaxud vəzifə etibarı ilə bir-birinə yaxın olan
üzvl
ərin adının qarşılaşması. Həmin semantik münasibət dil və ağız,
dil v
ə dodaq, baş və beyin, qaş və göz, kirpik və qaş, qoyun və
qoltuq, aşıq və topuq sözləri arasında özünü göstərir. Məsələn:
Dilim-
ağzım qurusun. Dilin, ağzın bal dadır (Bayatı). Nə dili var, nə
ağzı (Tapmaca). Baş-beynimi aparma (Dan.). Bizi başdan-beyindən
el
əmə (C.Məmmədquluzadə). Ölüm qaşnan göz arasındadır
(M
əsəl). Gözün bağ, qaşın bağban, kirpiyin bağa divar. Göz üstündə
qaş ağlar (Bayatı). Heç kəs sənə deyə bilməz: Qaşın üstə gözün var
(N
əzakət ifadəsi). Kirpiklər qaşa dəyər (Bayatı). Kirpiklərin oxdur,
qaşların kaman (Aşıq Ələsgər). Yediyin bəs deyil, qoyun-qoltuğunu
da doldurmusan?! (Dan.).
Dodaqların xam şəkər, dilin badam içidi
(Bayatı). Nə dil bilsin, nə dodaq (Zakir). Dil-dodağım təpidi
(Идиом). Araz aşığından, Kür topuğundan (Идиом).
9. Qiym
ətcə bir-birinə bərabər tutulan üzvlərin adlarının
qarşılaşması. Həmin semantik münasibət baş və göz, baş və diş
sözl
əri arasında özünü göstərir. Məsələn: Başım üstə, gözüm üstə
(C.M
əmmədquluzadə). Başın-dişin ağrımasın (Alqış). Başım-dişim
ağrımasın (Ovsun).
Qeyd etm
ək lazımdır ki, baş və diş sözlərinin semantik
əlaqəsi müvafiq üzvlərin xəstələnməsi vaxtı əziyyətli olması
t
əsəvvürünə əsaslanır.
239
10. Mü
əyyən fəaliyyət sahəsində üzvlərin tutduğu yerlə
əlaqədar olaraq onların adlarının qarşılaşması. Həmin semantik
münasib
ət əl və üz, əl və dil sözləri arasında özünü göstərir.
M
əsələn: Әl əli yuyar, əl də üzü (Məsəl). Gedirəm yar yanına, Әli
boş, üzü qara (Bayatı). Əl əldən qalmaz, dil dildən. Dil uzadılan
yer
ə əl uzadılmaz (Məsəl). İgid dil açmaz, əl açar («Koroğlu»).
Dilini qoyub,
əlinlə danışma (Dan.). Ağız deyəni qulaq eşitmir
(Идиом). Ağzıma dad, qarnıma fəryad (Məsəl).
11. B
ədən üzvləri adlarının mənəvi həyat bildirən sözlərlə
qarşılaşması. Həmin semantik münasibət bir tərəfdən bədən, cəsəd,
göz, dil, üz,
qarın sözləri, o biri tərəfdənsə can, ruh, könül, qəlb,
ür
ək (məc.), göz (məc.), qədir və s. sözləri arasında özünü göstərir.
M
əsələn: Mənin canım sənindir, Cəsəddə qalı neylər?! (Bayatı).
Canı nədir ki, cəsədi nə olsun?! Göz bir pəncərədir, könülə baxar
(M
əsəl). Göz gördü, könül sevdi (Bayatı). Acın qarnı doyar, gözü
doymaz (M
əsəl). Üzü nəsə, ürəyi də odur. Üzü ağ, qəlbi qara
(Идиом). Göz gözə dəyər, qəlb qəlbə. Bədən qocalar, könül
qocalmaz.
Qarnım üçün deyil, qədrim üçündür. Dildə bir şey deyib,
ür
əkdə başqa şey tutma (Məsəl). Könlümün istəklisi, dilimin əzbəri,
g
əl! (Bayatı). Ürək yanmasa, gözdən yaş çıxmaz. Can yanmasa, göz
yaşarmaz (Məsəl).
12. B
ədən üzvləri adlarının müvafiq geyim adları ilə
qarşılaşması. Məsələn: Әyin yamaq götürər, Qarın yamaq
götürm
əz. Taxçadakı qarnımda, Boxçadakı əynimdə (Məsəl).
B
ədən üzləri adları bir sıra tematik söz qruplarının meydana
g
əlməsinə əsas vermişdir. Bunlar aşağıdakılardır: geyim və alət
adları, hərəkət adları (feillər), müəyyən xarakterik hərəkət və ölçü
adlar
ı (isimlər). Bunları bir-bir nəzərdən keçirəcək.
Geyim v
ə alət adları bədən üzvləri adları ilə iki cür
münasib
ətdə olur. Onlardan birini sözdüzəltmə və semantik
münasib
ət kimi səciyyələndirmək olar. Həmin sözlər
aşağıdakılardır: ayaqqabı, başlıq «şarf»(dan.), barmaqçılıq, bilərzik,
boyunduruq, buruntaq, qolçaq, arxalıq, döşlük, önlük, əlcək, dizlik,
sin
əbənd. Qeyd edilən sözlərin öz törədici əsasları ilə əlaqəsi çox
vaxt müvafiq m
ətnlərdə də öz əksini tapır. Məsələn: Polladdan
qolçaq qoluma. Polad qolçaq qolum
sıxsa («Koroğlu»). Başına
240
papaq qoy,
əlinə əlcək tax (Danışıq). İkinci qrupdan olan sözlər
b
ədən üzvləri adları ilə sözdüzəltmə münasibətində olmurlar, lakin
müvafiq b
ədən üzvü adları ilə bunların əlaqəsi sabit xarakter
daşıyır. Dediyimizə aşağıdakı sözlər misal ola bilər: papaq, yaylıq,
l
əçək, şal, toqqa, qurşaq, həmayil, pencək, şalvar, tuman, köynək,
ç
əkmə, çarıq; heyvanla əlaqədar olan sözlərdən aşağıdakıları qeyd
ed
ə bilərik: çul, alıq, palan, yəhər, yüyən, quşqun və s. Həmin
sözl
ər də müvafiq bədən üzvü adı ilə semantik cəhətdən əlaqəli
şəkildə işlənir. Məsələn: Ayaqda sağrı başmaq, başında şalı gözəlin
(Aşıq Ələsgər). Baş olsun, papaq tapılar. Papağı başa isti-soyuq
üçün qoymurlar (M
əsəl). Sənin başına kişi papağı yaraşmır, qadın
l
əçəyi yaraşır (Dan.).
B
ədən üzvləri adlarından törəmə feillər aşağıdakılardır:
ağızlaşmaq, ayaqlamaq, ayaqlaşmaq, arxalanmaq, başlamaq,
boğazlamaq, buynuzlaşmaq, burunlamaq, qanamaq, qəzilləmək,
qoltuqlamaq, quyruqlamaq, qulaqlamaq, d
əriləmək, diləmək,
dill
əşmək, dizləmək, dişəmək, dişləmək, döşləmək, əlləmək,
əlləşmək, gözləmək, kəllələşmək, topuqlamaq, tüləmək, xirtdəkləmək
v
ə s.
B
ədən üzvləri adları ilə bağlı olan hərəkət və ölçü adları
bunlardır: addım, qarış, qulac, ovuc, sillə// şillə, təpik, şıllaq,
soncuq.
B
ədən üzvləri adları ilə bağlı olan tematik söz qruplarından
biri d
ə xarakterizəedici sifətlərdir: topal, axsaq (ayaq), çolaq (əl,
qol, qıç, ayaq), lal (dil), kar (qulaq), keçəl, daz (baş), mırıq (diş),
kor (göz) v
ə s. Müvafiq sözlərin bir-biri ilə semantik əlaqəsi sabit
xarakter daşıyıb, mövcud mətnlərdə öz əksini tapmışdır. Məsələn:
Keç
əl baş üstə dəlləklik öyrənirsən? (Идиом). Keçəl baş, Dəydi daş
(M
əsəl). Pəri xanımın gözləri kor, ayağı topal, dili də laldı
(«Abbas-Gülg
əz»).
B
ədən üzvləri adlarından törəmə tematik söz qruplarından biri
d
ə müəyyən üzvün olub-olmamasını bildirən sifətlərdir: başlı,
başsız, qollu, qolsuz, dilli, dilsiz, əlsiz, ayaqsız, arxalı, arxasız,
k
əlləli, kəlləsiz, taygöz, tayqulaq.
Göründüyü kimi, insan, heyvan v
ə quşlara aid olan bədən
üzvl
əri adları leksikanın sistemli öyrənilməsi baxımından tədqiq
241
olunmalı tematik söz qruplarından biridir. Bunlar istər müvafiq
yarımqruplar çərçivəsində, istərsə də ayrı-ayrı yarımqruplar
arasında asanlıqla sezilə bilən məzmun münasibətlərinə girirlər.
Qeyd etm
ək lazımdır ki, bədən üzvləri adları nə göstərilən növlərlə,
n
ə də onlara məxsus olan semantik münasibətlərlə məhdudlaşmır.
Bu q
əbildən olan sözlərin maraqlı bir növünü ağacla bağlı olan
adlar t
əşkil edir. Bunları bədən üzvlərinə nisbət vermək ilk nəzərdə
q
əribə görünə bilər. Lakin bunun üçün bir sıra əsaslı səbəblər var.
Birincisi, ağacla bağlı olan sözlər insan, heyvan və quş bədən
üzvl
ərini bildirən sözlərlə oxşar işarəvilik funksiyasına malikdir.
Buna semantik izomorfizm dey
ə bilərik. İkincisi, və bunun nəticəsi
kimi, bir sıra sözlər var ki, müstəqim və məcazi mənalarında insan,
heyvan, quş və ağacların hissələrinin müştərək ifadə vasitələri kimi
özl
ərini göstərirlər (məsələn: baş, qanad, toxum, bar, meyvə). Ağac
bildir
ən sözlər, insana aid olan sözlərlə analogiya üzrə desək, yaş-
cins ifad
ələrinə və bədən üzvləri adlarına uyğun gəlir. Lakin bu
dediyimiz ağaca aid olan bütün sözləri ehtiva etmir. Onların
arasında bəzi başqa qrupları da ayırd etmək olur. Ağacla bağlı olan
sözl
ərin əsas sinifləri bunlardır: 1. Ağacın inkişafının müxtəlif
fazalarını bildirənlər ( toxum, cücərti, şiv, pöhrə, ağac). 2. Ağacın
m
əhsullarını bildirənlər: ( bar, meyvə, dənə, çiçək və s.). 3. Ağacın
müxt
əlif hissələrini bildirənlər ( gövdə, kök, budaq, şax, yarpaq, zoğ,
qabıq, özək, tumurcuq, çubuq). 4. Ağac məmulatlarını bildirənlər
(
odun, çırpı, taxta, kömür).
Ağaca aid olan adlar bir sıra tematik söz qruplarının meydana
g
əlməsinə səbəb olmuşdur. Bunlar aşağıdakılardır: 1. Ağacın çox
olduğu yeri bildirənlər ( meşə, pöhrəlik, şivlik, bağ). 2. Ağaca
aid hal v
ə hərəkət bildirənlər ( cücərmək, boy atmaq, çiçəklənmək,
meyv
ə gətirmək, bar vermək, dəymək, yetişmək, kök atmaq, kök
salmaq, yarpaqlamaq v
ə s.). 3. Ağacı becərməklə bağlı olan sözlər
(
əkmək, ağac/şiv salmaq, peyvənd etmək/vurmaq, becərmək və s.).
4. Ağac becərməklə bağlı olan sənətkar və sənət adları ( bağban,
bağçılıq, meşəbəyi, meşəçilik, odunçu, kömürçü).
Dostları ilə paylaş: |