M
əkan adlarının semantik sistemi
242
M
əkan adlarının bir neçə sinfini müəyyənləşdirmək olur.
Bunlar aşağıdakılardır: 1. Məkani obyekt adları. 2. Maddi
obyektl
ərin hissələrinin adları. 3. Cəhət adları. 4. Üçölçülü məkan
adları.
H
əmin siniflər xarakter etibarı ilə bir-birindən xeyli fərqlənir.
M
əkani obyekt adlarının münasibəti ayrı-ayrı mahiyyətlərin
adlarının semantik münasibətidir. Maddi obyekt adlarının əlaqəsi
«m
ərkəz»-«ucğar» semantemlərinin əksliyinə əsaslanır. Cəhət adları
ikiölçülü m
əkanla bağlıdır. Üçölçülü məkanla bağlı olan adlarsa
ikiölçülü m
əkan adlarının üstünə sadəcə olaraq bir ölçünün ifadə
vasit
ələrini artırmaqla əmələ gəlməyib, yeni bir tematik qrup təşkil
edir. H
əmin tematik qrupları bir-bir nəzərdən keçirək.
M
əkani obyekt adları. Məkani obyekt adları müvafiq yerləri
pelyef quruluşu və iqlim şəraitinə görə ifadə edir. Ona görə də
h
əmin sözləri iki sinif üzrə qruplaşdırmaq olar: 1. Relyef adları. 2.
İqlim şəraiti adları. Həmin iki sinif arasında həm ümumi, həm də
f
ərqli cəhətlər var. İş burasındadır ki, iqlim şəraiti özü-özlüyündə
mövcud olmayıb, müəyyən relyef şəraiti ilə bağlıdır, ona görə bəzi
relyef a
dları (məsələn, dağ sözü) həmin relyef şəraitinə uyğun gələn
iqlim şəraitini də ifadə edir. Beləliklə də, bu iki söz sinfi arasında
müştərək xüsusiyyətlər meydana çıxır.
Relyef adları bunlardır: dağ, təpə, yal, yamac, dərə, düz,
çök
ək, çala, çuxur, eniş, yoxuş. Həmin sözlərin semantik əlaqələrini
aşağıdakılara müncər etmək olar: 1. Semantik əkslik münasibəti. 2.
Semantik yaxınlıq münasibəti. Relyef adları arasında semantik
əkslik münasibəti «yüksəklik»-«alçaqlıq» və «düz»-«çökək»
semanteml
ərinin qarşılığına əsaslanır. Həmin semantik münasibət,
bir t
ərəfdən, dağ, təpə, yal (yamac) sözləri, o biri tərəfdənsə dərə,
düz, çöl sözl
əri; bir tərəfdən, düz sözü, o biri tərəfdənsə çökək, çala,
çuxur sözl
əri arasında özünü göstərir. Məsələn: Mindim Qıratın
belin
ə, Dərə, təpə, düz olaydı! («Koroğlu»). Dərə, təpə, çöl oldu
qan («M
əhəmməd-Güləndam»). Yuvası var dərədə, Qanadları
t
əpədə (Tapmaca). Dağ, dərəni dolannam. Dağ aşıb, düzə gəlləm.
Dağdan düzə enmişəm (Bayatı). Dərəni keçib [...] yala qalxmağa
başlarkən birinci güllə atıldı (Ə.Əbülhəsən). Düz yernən yeri, çala-
çuxura
düşmə (Dan.).
243
Eniş və yoxuş sözləri başqa relyef adlarından fərqlənir.
Onların semantikasına subyektiv qiymət xasdır, belə ki, eyni relyef
sah
əsini subyektin hərəkətindən asılı olaraq eniş də, yoxuş da
adlandırmaq mümkündür. Başqa məkani obyekt adlarından fərqli
olaraq,
eniş və yoxuş sözləri eyni mahiyyət içərisindəki əksliyi
bildirir. H
əmin sözlər həm bir-biri ilə, həm də başqa relyef adları ilə
semantik
əlaqəyə girə bilir. Məsələn: Dəvəyə dedilər: « Enişi
b
əyənirsən, yoxuşu? Dedi: Allah üçünün də bəlasını versin!» Yəni,
enişin də, yoxuşun da düzün də (Məsəl).
Semantik yaxınlıq münasibəti yal və yamac, çala və çuxur
sözl
ərinə xasdır. Məsələn: Sənə dedim get quzu otar, demədim yal-
yamacda g
əz. Bu çala-çuxuru niyə düzəltmirsən?! (Dan.).
İqlim şəraitinə görə yer bildirən sözlər bunlardır: dağ
«yaylaq », aran, yaylaq,
qışlaq. Onların məzmun münasibəti, «isti
iqlimli yer» v
ə «sərin iqlimli yer» semantemlərinin qarşılığına
əsaslanır. Həmin semantik münasibət dağ və aran, yaylaq və aran,
yaylaq v
ə qışlaq sözləri arasında özünü göstərir. Məsələn: Sən
aranda, m
ən dağda. Yar məskəni mənimçün Həm dağdır, həm
arandır (Bayatı). Gedər yaylağı gəzər. Gələr aranda qışlar (Sayaçı
sözü).
Aranında gül bitsin, Yaylağında bənövşə (Layla). Küləkli
qar, yağış yağar Uzun-uzadı yaylağa, Köçər o vaxt el-oba, Enər
t
əmami qışlağa, Köçər arandan el, gedər Yavaş-yavaş yaylağa
(Abbas S
əhhət). Heyvanlar yaylaqdan qışlağa köçdü («İzahlı
lüğət»).
M
əkani obyekt adları başqa tematik söz qrupları ilə bağlıdır.
Dağ sözü baş, döş, zirvə, ətək sözləri ilə, dərə sözü dib, baş sözləri
il
ə assosiativ münasibətdədir. Yaylaq və qışlaq sözləri yay və qış
f
əsil adları, yayla - və qışla - feilləri ilə semantik-sözdüzəltmə
münasib
ətlərində, yayla və qışla isimləri ilə semantik
münasib
ətdədir. Yaylaq və qışlaq (eləcə də sonuncunun sinonimi
olan aran
sözünün) müvafiq şəkildə yayla və qışla feilləri ilə
semantik münasib
əti materiallarda da öz əksini tapmışdır. Məsələn:
Hanı bu yalaqda yaylayan ellər?! (Aşıq Ələsgər). Gələr aranda
qışlar (Sayaçı sözü). Qoyunlar aranda qışladı («İzahlı lüğət»).
Maddi obyekt hiss
ələrinin adları. Bir sıra məkan adları binar
yox, trenar münasib
ətlərdə işlənməklə seçilir. Bu bir çox cəhətdən
244
böyük, kiçik v
ə ortancıl sifət üçlüyünün işlənməsini xatırladır.
Müvafiq sözl
ərin işlənməsində belə bir qanunauyğunluq özünü
göst
ərir: semantik cəhətdən bir-birinin tam ziddini təşkil edən iki
söz bir v
əhdət kimi üçüncü terminlə qarşılaşır. Həmin qarşılaşma
ona
əsaslanır ki, üçüncü terminin mənası o biri terminlərin
semantikası ilə «mərkəz»-«ucğar» münasibətində olub, onların hər
ikisind
ən bərabər uzaqlıqdadır. Həmin semantik münasibətin
müxt
əlif ifadə vasitələri var. Bunu aşağıdakı nümunələrdən görmək
olar.
Altı mirvari, üstü mirvari, Arasında bir yarpaq. Altı taxta, üstü
taxta,
Ortasında dəmir. Altı şişə, üstü şişə, Ortasında kabab bişə.
Altı mərmər, üstü mərmər, içində bir bülbül oynar. Altı çəpər, üstü
ç
əpər, İçində qaraquş səkər. Üstü palım-palazım, Altı suyum-
bulağım, İçi yemim-yeməyim (Tapmaca). Saitlərin əmələ gəlməsi
prosesind
ə dilin əsas etibarilə üç hissəsi iştirak edir: Ön hissə
(dilönü), orta hiss
ə (dilortası), arxa hissə (dilarxası). Dilin irəli-geri
h
ərəkətinə görə Azərbaycan dili saitləri […] üç qrupa bölünür: ön
sıra, orta sıra (qarışıq sıra), arxa sıra saitləri («Müasir Azərbaycan
dili»).
«M
ərkəz» və «ucğar» semantemlərinin əksliyi binar
münasib
ət şəklində də meydana çıxır. Həmin semantik münasibət
müxt
əlif sözlər arasında özünü göstərir. Məsələn: Qıraqları od,
ortasında su (Tapmaca). Qıraqların kəsdirmişəm. Gör, nə eliyir
ortası (Xalq şeiri). Qırağı su, içi od. Qırağı qızıl kərpic. İçi badam
üst
ədi. Üzü ət, içi dəri. İçi yundu, üstü saçaq. Üstü pulcuq, İçi
qılçıq. İçi Darı, Çölü sarı. İçinə baxırsan – quş, çölünə baxırsan –
heyvan.
İçi qırmızı, eşiyi boz. Eşiyi qızıl kərpic, İçi badam üstədi
(Tapmaca).
C
əhət adları. Məkan adlarının bir qismi Yerlə Günəşin
qarşılıqlı vəziyyəti ilə müəyyənləşən cəhətləri bildirir. Azərbaycan
dilind
ə müvafiq sözlərin iki müstəqil sistemi var. Bunlardan biri
şərq, qərb, şimal, cənub sözləri, ikincisi isə gündoğan, günbatan,
güney, qüzey sözl
əri ilə təmsil olunur. Birinci leksik qrup ərəb
dilind
ən alınma sözlərdən ibarət olub, ədəbi dilə məxsusdur. İkinci
leksik qrup
əsl türk mənşəli sözlərdən ibarət olub, xalq danışıq
dilin
ə məxsusdur. Eyni dil sistemində eyni ekstralinqvistik faktı
bildir
ən iki müstəqil söz qrupunun fəaliyyət göstərməsi linqvistik
245
baxımdan maraqlı hadisədir. Bunları iki müstəqil tematik söz qrupu
adlandırmaq düzgün olmazdı, ona görə ki, onlar məzmun etibarı ilə
bir-birind
ən fərqlənmir. Həmin leksik qruplar eyni dil sisteminə aid
olsalar da, bu qruplardan birin
ə mənsub olan söz o biri qrupun eyni
faktı ifadə edən üzvünün sinonimi ola bilmir. Azərbaycan dilinin
leksik sistemi iç
ərisində həmin qrupların eyni ekstralinqvistik faktı
ifad
ə edən üzvləri olsa-olsa bir-birinin dubletidir. Bu barədə
müvafiq sözl
ərin nisbəti eyni qohumluq münasibətini bildirən
ata//l
ələ, ana/nənə terminlərinin nisbəti ilə müqayisə edilə bilər.
H
əmin leksik qrupların üzvlərinin dil- nitq prosesindəki rolu da
n
əzəri cəlb edir. İstər dil şürunda, istərsə də müvafiq mətnlərdə
yalnız eyni leksik qrupun üzvü olan sözlər semantik əlaqəyə girir.
Bel
əliklə də, müxtəlif leksik qruplara mənsub olan eyniməzmunlu
sözl
ər bir-birinin sinonimi olmadığı kimi, əksməzmunlu sözlər də
bir-birinin antonimi olmur. Ona gör
ə də deyə bilərik ki, məsələn,
şərq və gündoğan sözləri eyniməzmunlu olsalar da, eynimənalı
deyil. El
əcə də, şərq və günbatan sözləri əksməzmunlu olduqları
halda,
əksmənalı deyil. Bu fakt sözün mənasının onun sistem
iç
ərisində tutduğu yerlə müəyyənləşməsi haqqında F. de Sösürün
m
əlum müddəasını bir daha təsdiq edir. Bu iki leksik qrupun eyni
dil sistemind
ə yanaşı mövcud olmasının linqvistik əhəmiyyəti qeyd
edil
ənlərlə bitmir. Həmin fakt sözalımı məsələsini yeni cəhətdən
işıqlandırmağa da kömək edir. Şərq, qərb, şimal, cənub sözlərinin
Az
ərbaycan dilinin leksik sistemində özlərini xüsusi şəkildə
aparması onunla bağlıdır ki, eyni təsəvvür dairəsinə mənsub olan
sözl
ər bir dildən başqa dilə birlikdə keçirlərsə, malik olduqları məna
münasib
ətlərini də özləri ilə bərabər aparırlar.
Bir dild
ən o biri dilə tematik söz qrupunun keçməsi nadir
hadis
ə deyil. Azərbaycan dilində həftə günlərinin adları, ay, hərbi
rütb
ə adları da tematik qruplar şəklində olan alınmalardır (hərbi
rütb
ə adlarından bəziləri kalka edilmişdir). Bu kimi faktlar göstərir
ki, alınmaları sözlər və onların mənaları ilə məhdudlaşdırmağa elə
bir
əsas yoxdur.
Aralarındakı bütün eyniyyətlərə baxmayaraq, həmin leksik
qruplarda terminl
ərin işlənməsi bir-birinə uyğun gəlmir. Birinci
qrupa m
ənsub olan şimal-cənub söz cütündə ilkin terminlərin
246
düzülüşü müqabilində ikinci qrupa mənsub olan güney-quzey söz
cütünd
ə ilkin terminlərin əks düzülüşünü görürük. İkinci söz cütü
az
ərbaycanlı dil şüurunda “yuxarı” və “aşağı” anlayışları ilə
izomorfizm yaradır. “Aşağı” və “yuxarı” semantemlərinin ardıcıllığı
is
ə birincinin ilkin, ikincinin sonrakı olması təsəvvürünə əsaslanır.
Bunu alt-
üst, aşağı-yuxarı söz cütlərində tərəflərin düzülüşündən də
görm
ək olur. Bundan başqa, birinci leksik qrupun üzvlərindən
əmələ gəlmiş şimal-şərq, şimal-qərb, cənub-şərq, cənub-qərb kimi
mür
əkkəb cəhət adları müqabilində ikinci leksik qrupun üzvlərindən
düz
əlmiş eyni məzmunlu mürəkkəb ifadələr müşahidə olunmur.
Bütün bunlar göst
ərir ki, bu iki leksik qrup Azərbaycan dilinin lüğət
t
ərkibində müstəqil mahiyyət kəsb edir.
Ayrı-ayrı leksik qruplar çərçivəsində terminlərin semantik
əlaqəsi aşağıdakı kimidir. Birinci leksik qrupun üzvləri bir-biri ilə
iki cür semantik
əlaqədə olur: a) Tam semantik əkslik münasibəti:
b) Qism
ən semantik əkslik münasibəti. Tam semantik əkslik
münasib
əti şərq və qərb, şimal və cənub sözləri arasında özünü
göst
ərir. Məsələn: Həbibullah xan Əliquluxan oğlu Quriyanın şimal
t
ərəfində yerləşdi [...] Şəhərin cənub tərəfi [...] Vəlixan Gilaniyə
tapşırıldı. Şərq tərəfi isə əmiri-tuman Məhəmməd xan İrəvaniyə [...]
yetişdi (M.F. Axundov. Tənqid risaləsi). İştə, vaxtilə şərq və qərb,
şimal və cənub ticarəti arasında rabitə təşkil edən böyük və şöhrətli
Şamaxı (Y.V. Çəmənzəminli). Şərqin, qərbin, şimalın, cənubun
azadlıq və demokratiya sevən bütün xalqları bizə səs verir (Səməd
Vurğun).
Qism
ən semantik əkslik münasibəti şimal-şərq, şimal-qərb,
c
ənub-şərq, cənub-qərb mürəkkəb cəhət adlarının tərəflərinə xasdır.
İkinci leksik qrupun üzvləri bir-biri ilə yalnız tam semantik
əkslik münasibətində olur. Həmin semantik münasibət gündoğan və
günbatan, güney v
ə quzey sözləri arasında özünü göstərir. Məsələn:
Gündoğan səlamətdi, Günbatan məlamətdi (Məsəl). Gündoğandan
ta günbatan m
ənimdi (“Koroğlu”). Kürreyi-ərz bir gün-bir gecədə
[...] günbatandan-
gündoğana dolanır (H.Zərdabi). O quzey, o
güneyl
ər (Bayatı). Gün çıxanda güneylərdə sel kimi Quzey istər
zimistana can desin (Aşıq Ələsgər). Biz dərhal quzeyin tikanları
247
arasından quzularımızı toplayıb [...] güneyə addayırdıq (Şəmistan
N
əzirli).
Üçölçülü m
əkan adları. Üçölçülü məkan adlarının sayı
minimum altıdır. Həmin adların sayının altıdan artıq olması sinonim
cütl
ərin hesabınadır. Qeyd etmək lazımdır ki, sinonim vəziyyətində
olan terminl
ər heç də eyni semantik dəyərə malik deyil. Ona görə də
h
ər hansı istiqamətə mənsub olan terminlər müqabil tərəfə mənsub
olan terminl
ərin heç də hamısı ilə semantik münasibətə girə bilmir.
Üçölçülü m
əkan adlarından yalnız sağ və sol sözləri şəriksizdir.
Üçölçülü m
əkan adları aşağıdakı semantik əkslik münasibətində
olur.
1.
“Sağ” və “sol” məzmunlu terminlərin qarşılaşması.
H
əmin semantik münasibət sağ və sol sözləri arasında özünü
göst
ərir. Məsələn: Sağımdan güllə dəydi, Solumdan qan yeridi.
Yağıdır sağım-solum. Sol mənim, sağ mənimdi (Bayatı). Sağdan
düşdüm, soldan çıxdım (“Məhəmməd-Güləndam”). Sağımda,
solumda
qoşa dayanın (Səməd Vurğun).
2.
“Ön” v
ə “arxa” məzmunlu terminlərin qarşılaşması.
H
əmin semantik münasibət ön və arxa, dal və qabaq, irəli və geri
sözl
əri arasında özünü göstərir. Məsələn: Yaxşı at qabağı gözlər,
yaxşı igid dalı. Xasiyyətin bilmədiyin atın dalına-qabağına keçmə.
Arabanın qabaq çarxları hara getsə, dal çarxları da ora gedər. Atıl-
dın irəli düşəsən, vurdu geri düşdün. Bir addım irəli, iki addım geri
(M
əsəl). Atsan irəli, qayıtmaz geri (Tapmaca).
3.
“Aşağı” və “yuxarı” məzmunlu terminlərin
qarşılaşması. Həmin semantik münasibət alt və üst, aşağı və yuxarı
sözl
əri arasında özünü göstərir. Məsələn: Alt dodağı yer süpürür,
Üst
dodağı göy süpürür (İdiom). Şərif babanın çustu var, Altı
yoxdu, üstü
var (Uşaq mahnısı). Üstü ocaq, altı su (Tapmaca).
Aşağı başda oturmur, Yuxarıda da yeri yox. Aşağı tüpürürsən-
saqqal,
yuxarı tüpürürsən-bığ. Pambığı əvvəlcə yuxarıdan-aşağıya,
sonra
aşağıdan-yuxarıya yığmaq lazımdır (Bəsti Bağırova).
Zaman adlarının semantik sistemi
Zaman adlarının müxtəlif sinifləri var: zaman vahidləri adları,
gün adları, ay adları, fəsil adları, il adları. Həmin leksik qrupların
248
h
ər birinin özünəməxsus daxili təşkilatı və semantik münasibətlər
şəbəkəsi var.
Zaman vahidl
ərinin adları
Az
ərbaycan dilində işlənən zaman vahidləri adları
aşağıdakılardır: saniyə, dəqiqə, saat, gün, həftə, fəsil, il, qərinə, əsr.
H
əmin terminlərin məzmununda iki cəhət diqqəti cəlb edir:
birincisi, onların həcm etibarı ilə müxtəlif zaman hissələrini
bildirm
əsi; ikincisi, ayrı-ayrı məzmunlar arasında müntəzəm bir
ardıcıllığın olması. Ona görə də biz həmin sıradakı hər bir terminin
m
əzmununu başqalarının məzmunu ilə izah edə bilərik: saniyə -
“d
əqiqənin 60/1–i”; dəqiqə - “60 saniyə”; saat – “60 dəqiqə”; gün –
“24 saat”; yaxud: “gec
ə-gündüz”; həftə - “7 gün”; ay – “28-31
gün”; f
əsil – “3 ay”; il –“365-366 gün”; “12 ay”; qərinə - “36 il”;
əsr – “100 il”.
Zaman vahidl
əri adları arasında iki cür münasibət özünü
göst
ərir: birincisi, semantik tutum münasibəti; ikincisi, semantik
ardıcıllıq münasibəti. Semantik tutum münasibəti zaman adlarından
birinin m
əzmununun başqalarınınkı ilə izah olunması şəklində
meydana çıxır. Məsələn: [Yaradan] on iki ay qərar qoyub, bir ildi.
Üç yüz altmış altı gün bir il (i) di, Səkkiz min yeddi yüz səksən dörd
saat
(Aşıq Ələsgər). Ay il hesabına, gün ay hesabına daxildir
(Q
ətran). Hər fəsildə üç ay var (Bayatı).
Zaman vahidl
əri adları arasında semantik ardıcıllıq əlaqəsi iki
şəkildə özünü göstərir. Birincisi, mətnlərdə terminlərin böyük
zaman adından kiçik zaman adına doğru düzülməsi şəklində.
M
əsələn: Bir ilə dözmək olmur. Heç olmasa, hər ay gəl. Qurban ildə
bir olar, S
ənə qurban gündə mən. Hər fəsildə üç ay var (Bayatı). Ay
var, bir gün
ə dəyməz (Məsəl). Doqquz ay, doqquz gün, doqquz
saat, doqquz d
əqiqə, doqquz saniyədən sonra əkinçi qızı bir oğlan
doğdu (“Padşah oğlu” nağılı).
İkincisi, kiçik məzmunlu sözdən böyük məzmunlu sözə
doğru. Məsələn: Mən ömrümün neçə ilini saat-saat, gün-gün, ay-ay
daşlarının üstündə qoyub getmişəm (Rəsul Rza). Günlər keçdi,
h
əftələr dolandı (“Aşıq Ələsgər”). Gün var, min aya dəyər (Məsəl).
M
ən günləri sayardım, Tez gəldi, ay da getdi (Bayatı). Günlər,
249
h
əftələr, aylar ötüb keçdi (Mehdi Hüseyn). Hər həftə gəl, hər ay gəl
(Bayatı). Fəraqın hər nəfəsi min il uzanır. Onun günü, həftəsi, ayı və
ili n
ə qədərdir? (Hümam Təbrizi). Aylar-illər həsrətini çəkdiyim!
(K
ərəm).
Gün adları
“Gün” anlayışı ilə bağlı olan sözlərin aşağıdakı sinifləri var:
a) 24 saatlıq zaman hissəsini ifadə edənlər ( gün, gecə-gündüz); b)
günün hiss
ələrini bildirənlər ( gecə, gündüz; gecə və gündüzün
hiss
ələrini ifadə edən sözlər də bura aiddir); v) günlərin təbii
ardıcıllığını bildirənlər ( bu gün, dünən və s.); v) günlərin şərti
ardıcıllığını bildirən sözlər ( şənbə, bazar və s.). bunlardan hər
birinin özün
əməxsus semantik xüsusiyyətləri var.
Günün hiss
ələrinin adları. Azərbaycan dilində günün hissələri
gec
ə və gündüz sözləri ilə ifadə olunur. Gecə və gündüzün
münt
əzəm olaraq bir-birini əvəz etməsi və onların əsas atributlarının
bir-birin
ə zidd olması onların adlarının əksmənalılığını
şərtləndirmişdir. Qeyd etmək lazımdır ki, azərbaycanlılar günlərin
bir-birini
əvəz etməsini axşamdan hesablayırlar. Belə bir psixoloji
fakt gec
ə və gündüz sözlərinin semantik əlaqəli şəkildə işləndiyi
hallarda gec
ə sözünün birinci, gündüz sözünün ikinci yerdə
durmasında öz əksini tapmışdır. Məsələn: Hər gecənin bir gündüzü
var (M
əsəl). Gecə qısır, Gündüz boğaz. Gecə-gündüz yol gedir
(Tapmaca). Gec
ə-gündüz taraz olur (Abbas Səhhət). Gecə-gündüz
çöld
ə qaldım (Səməd Vurğun).
H
əmin semantik ardıcıllıq münasibəti gecə və gündüzün
hiss
ələrinin adlarına da xasdır.
Gec
ə və gündüz sözləri eyni zaman hissəsinin tən yarısını
bildirm
ələrinə baxmayaraq, ayrı-ayrı təsəvvür dairələrini
işarələndirirlər. Ona görə də günün bu iki hissəsinin daha kiçik
hiss
ələrinin də məxsusi ifadə vasitələri var. Gecənin hissələrinin
adları bunlardır: axşamüstü, toran vuran çağı, axşam, gecədən (bir
pas, iki
pas) keçmiş, gecəyarı, xoruzun (birinci, ikinci, üçüncü) banı
v
ə s. Gündüzün hissələrinin adları bunlardır: obaş, dan üzü, dan
yeri ağaranda, səhər tezdən, səhər (sabah), günortaüstü, günorta,
günbatan çağı.
250
H
əmin leksik qruplar iki müstəqil dəyər sırası əmələ gətirir.
Bununla bel
ə, bu qruplar arasında müəyyən əlaqələr də özünü
göst
ərir, çünki gecə və gündüz bir-biri ilə bağlı olub, bir-birini əvəz
ed
ən təbiət hadisələridir. Onlardan birinin sonu o birinin başlanğıcı
il
ə eyni vaxta düşür. Buna uyğun olaraq onları ifadə edən sözlər öz
m
əzmunlarının müəyyən cəhətləri ilə həm bir-birinə yaxınlaşa, həm
d
ə əks assosiasiya yarada bilir.
Gec
ə və gündüzün hissələrinin adları iki cür semantik əlaqədə
olur: a) ayrı-ayrı tematik qruplar çərçivəsində; b) iki tematik qrup
arasında. Eyni qrupa mənsub olan sözlər üçün semantik ardıcıllıq
münasib
əti xarakterikdir. Həmin semantik münasibət müxtəlif
tematik qruplara m
ənsub olan terminlərdən elələrinə xasdır ki, onlar
gec
ə və gündüzün bir-birini əvəz edən hissələrinin adları olsun.
M
əsələn: O nədir ki, səhər dörd, günorta iki, axşam üçayaqlı olur?
(Tapmaca). Yumurtanı səhər özün ye, günorta dostuna ver, axşam
düşməninə (Məsəl). Səhər dərsləri, axşam dərsləri, gecə dərsləri,
r
əməzanda da obaşdanlıq dərsləri (C.Məmmədquluzadə).
Mironovun yem
əkxanasından bizə səhər, günorta, axşam yemək
gönd
ərilirdi (Həmidə xanım).
H
əmin tematik qrupların üzvləri arasında müəyyən mütabiqlik
özünü göst
ərir. Belə ki, bir sıra sözlər müvafiq təsəvvür dairələrinin
oxşar hissələrini bildirir. Məsələn, müq. et.: axşam və səhər,
gec
əyarı və günorta, axşamüstü və obaşdan / səhər tezdən və s. Bu,
müvafiq terminl
ərin semantik əkslik əlaqəsində olmasını
şərtləndirir. Həmin semantik münasibət daha çox axşam və səhər /
sabah sözl
ərinə xasdır. Məsələn: Axşamdan gəl, qonaq qal,
Obaşdan qalx, yola düş (Bayatı). Axşam anadan oldu, Səhər durdu
yeridi (Tapmaca).
Axşamın xeyrindən səhərin şəri (Məsəl). Bu
axşam bizdədir, sabah tezdən gedəcək (Y.V. Çəmənzəminli).
Sabahdan-
axşamadək, axşamdan-sabahadək arvad kimi gərək
alacığın içində dustaq oturasan (M.F. Axundov). [Mahnı] səhər-
axşam, axşam-səhər dilindən düşmür (Sona xanım Cabbarlı).
Zaman z
ərfləri. Gün adlarının bir qismi indiyə uyğun gələn
günü (“bugün”), ondan
əvvəlki və sonrakı günləri bildirir. Bunlar
aşağıdakılardır: ta srağagün, sırağagün, dünən, bugün, sabah,
251
birisigün, ta birisigün. H
əmin silsilənin semantik başlanğıcı bugün
sözüdür.
H
əmin semantik sırada mərkəzdən (“bugün”) ucğarlara doğru
h
ər bir termin o birilərindən ötrü semantik istinad nöqtəsi rolunu
oynayır. Bu, lüğətlərdə belə sözlərə verilən təriflərdə də əks olunur:
“ birigün / birisigün –
sabahdan sonrakı gün, gələcəyin ikinci günü”
(1. 180). Sabah yox, birisigün, dün
ən yox, srağagün tipli ifadə
formaları nisbət anlayışını əks etdirir: Sabah yox, o birigün
v
ədəsidir (“Koroğlu”). Sabah yox, o birigün bəy evi səndən alacaq
(“Daşdəmirin nağılı”). Sabah yox, birigün zəvvarlar çıxırlar (C.
M
əmmədquluzadə). Dünən yox, sırağagün [çay] içmişəm (Əliağa
Vahid).
Gün bildir
ən zaman zərfləri arasında semantik münasibət iki
şəkildə özünü göstərir. Birincisi, semantik – sözdüzəltmə
münasib
ətinə uyğun şəkildə. Məsələn: Əlifba məsələsi bugün
olmasa, sabah, sabah da olmasa, birisigün
baş tutacaqdır (M.F.
Axundov). Bugün verm
ərəm, sabah gələrlər [...] Sabah vermərəm,
birigün g
ələrlər (C. Məmmədquluzadə). Bu gün biri ölür, sabah
biri, o birigün
bir ayrısı (Y.V. Çəmənzəminli). Həmişə bu günün
dün
ənindən üstün olsun (Qətran). Bu gün – sabah qurulacaq bir
ədalət məhkəməsi (Səməd Vurğun). Sabahda – birisigündə Osman
gedib düzünü öyr
ənər (Mehdi Hüseyn).
İkincisi, ontoloji və psixoloji zaman ardıcıllığına uyğun
şəkildə. Zaman zərflərinin həmin ardıcıllığı semantik – sözdüzəltmə
münasib
ətinin əksinə yönəlmiş olur. Məsələn: Sırağagün eşşək
getmişdi Uzundərəyə, dünən getmişdi dəyirmana, bu gün də getdi
şəhərə (C. Məmmədquluzadə). Dünəniniz, bugününüz və sabahınız
mübar
ək olsun (Manukci Sahib). Dünən yumurtadan çıxıb, bugün
qabığını bəyənmir (Məsəl). Dünən də, bugün də, sabah da varsan
(Süleyman Rüst
əm).
Dem
əli, bugün sözündən qabaqkı zaman zərflərinin sintaktik
ardıcıllığı ontoloji və psixoloji zamanların ardıcıllığına uyğun gəlib,
semantik – sözdüz
əltmə ardıcıllığının əksinə yönəlmişdir. Ondan
sonrakı zərflərin sintaktik ardıcıllığında isə ontoloji və psixoloji
zaman ardıcıllığı ilə semantik – sözdüzəltmə ardıcıllığı üst-üstə
düşür.
252
Gün bildir
ən zaman zərfləri arasında müşahidə edilən
semantik – sözdüz
əltmə münasibətləri eynən il bildirən zaman
z
ərflərinə də xasdır.
H
əftə günlərinin adları. Azərbaycan dilində həftə günlərini
ifad
ə edən bir neçə leksik qrup var. Bunlar eyni ekstralinqvistik
faktı ifadə etməklə yanaşı, ədəbi dilə, dil tarixinə, xalq danışıq
dilin
ə və adi danışığa məxsus olmaları ilə bir-birindən seçilir.
Az
ərbaycan dilində işlənən ilk həftə günləri adları fars dilindən
alınmalardır. Həmin leksik silsilə Nəsiminin bir şeirində əks
olunmuşdur. Şənbə günü mən uğradım ol sərvi – rəvanə. Yekşənbə
günü M
əcnun olub, heyranı oldum. Düşənbə günü razi – dilimni
dedim axir.
Seşənbə günü səyyad olub, seyrinə çıxdım. Çərşənbə
günü yar g
əzə gəldi çəmən içrə. Pəncşənbə günü gördü cəmalini
N
əsimi. Həmin leksik silsilənin yeddinci üzvü adinə sözüdür.
H
əmin adlar arasında saylarla ( yek, dü, sə, çahar, pənc) ifadə
olunmuş ardıcıllıq münasibəti dili bilənlərə aydın olmuşdur. Lakin
zaman keçdikc
ə bu terminlərin bəzilərinin motivi ya unudulmuş, ya
da aydın olmamışdır, ona görə də Azərbaycan ədəbi dili və xalq
danışıq dilində həmin sözlərin bəziləri yeniləri ilə əvəz olunmuşdur.
Bel
əliklə də, aşağıdakı iki leksik qrup meydana çıxmışdır: I. bazar
ert
əsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə,
bazar. II. Duz, t
ək, çərşənbə, adna, cuma, şənbə, bazar. Lakin ilkin
fars m
ənşəli motivlənmiş terminlərdən ixtiyari və başqa cür
motivl
ənmiş terminlərə keçidin özü də qaneedici olmamışdır. Adi
danışıqda həftə günləri adlarının yeni bir leksik qrupu
işlənməkdədir: birinci gün – ikinci gün – üçüncü gün – dördüncü
gün –
beşinci gün – altıncı gün – amma: bazar günü!
Müxt
əlif leksik qruplar çərçivəsində həftə günləri adları
arasında semantik – sözdüzəltmə münasibəti onların sintaktik
ardıcıllığında da əksini tapır. Məsələn: Elə gün gəl ki, nə şənbə
olsun, n
ə bazar olsun, nə cümə axşamı olsun, nə də cümə olsun
(Molla N
əsrəddin lətifəsi). Şənbə-şikar, bazar-bekar, həftə üçü-
b
ənümiyə. Çərşənbə-tərpənmə. Ölünün adın anan ol: adına axşamı,
cüm
ə axşamı çoxdu. Cümə şənbədən uzundur (Məsəl).
Dostları ilə paylaş: |