At adları. Azərbaycan dilində at adları aşağıdakı sözlərlə
t
əmsil olunmuşdur: qulun – “körpə at balası”; qulan – “iri at
balası”; daylaq – “6 aydan 2 yaşa qədər erkək at balası”; dayça – “1
yaşar erkək at balası”; day – “2 yaşar erkək at balası”; ürgə - “cavan
erk
ək at”; ayğır – “döllük yaşlı erkək at”; madyan – “yaşlı dişi at”:
At adları iki əlamətə görə semantik əlaqəyə girirlər. Birincisi,
yaş fərqinə əsasən. Məsələn: Qulunlar böyüyüb, day oldular
(“Koroğlu”). Qulun at olunca, yiyəsi mat olar (Məsəl). Göydə bir
madyan gördüm. Yerd
ə qulun əmər, hey! (Tapmaca). Qulunlar
yek
əlib ürgə olur (Xuluflu, “Koroğlu”). Bu atlar sənin
b
əyənmədiyin o çöpüklü qulunlardır (“Koroğlu”). Nə day var, nə
daylaq (“Abbas-Gülg
əz”). Day yekəlib at olunca, yiyəsi mat olar
(M
əsəl) Atı ya day olanda və ya at olanda satırlar (H.Zərdabi). Heç
222
k
əsin ağlına gəlməzdi ki, bu artıq və kifir dayça böyüyüb gözəl bir
at
olacaq (Hüseyn Mehdi). İkincisi, cins fərqinə görə; həmin
semantik münasib
ət dayça və ürgə, madyan və ayğır sözləri
arasında özünü göstərir. Məsələn: Madyanları yaman ayğırdan
saxlayan kimi (H.Z
ərdabi). Təmizcins Qarabağ atı madyanları ərəb
atı cinsindən olan ayğırlarla çarpazlaşmışdır (Səttarzadə/Həsənov.
Qara
bağ atı).
Eşşək adları. Yaş-cins bildirən eşşək adları aşağıdakı
lekseml
ərlə təmsil olunur: qoduq-“körpə eşşək balası”; sıpa-“iri
eşşək balası”; erkək eşşək –“yaşlı erkək eşşək”; qancıq eşşək –
“yaşlı dişi eşşək”.
H
əmin sözlər iki cür semantik əlaqədə olur. Birincisi, yaş
f
ərqinə görə: Qoduq böyüyər, eşşək olar. Eşşəyin anqırmağından
qoduğun işqırmağı (Məsəl). Erkək eşşəyə qoduq saldırar (İdiom).
İkincisi, cins fərqinə görə: Qancıq eşşəyi saxlamaq erkək eşşəyi
saxlamaqdan asandır (Dan.).
D
əvə adları. Yaş-cins bildirən dəvə adları aşağıdakılardan
ibar
ətdir: köşək –“dəvə balası”; nər – “erkək dəvə”: maya – “dişi
d
əvə”. Bəzi materiallar dəvə sözünün “maya” mənasında işləndiyini
d
ə düşünməyə əsas verir. Məsələn: Qızıl dəvələrin qarımışdı, köşək
verdi axı! (“Kitabi-Dədə Qorqud”). Nər damı, dəvə damı (Bayatı).
Yaş fərqinə əsaslanan semantik əlaqə dəvə, nər və maya
sözl
əri ilə köşək sözü arasında özünü göstərir. Məsələn: Dəvə satıb,
köşək almaq olmur. Dəvə köşəyə uymasa, köşək dəvəyə uymalı
(M
əsəl). Yeriyir mayalar, dalında köşək (“Abbas və Gülgəz”).
Cins f
ərqinə əsaslanan semantik əlaqə nər və maya sözlərinə
xasdır. Məsələn: Bu gün bir maya gördüm, Qoltuğunda nər gizlər.
Öz n
ərim, öz mayamdır (Bayatı). Nə mayadır, nərsiz oldu hamilə?!
(“Şəhriyar və Sənubər”).
Qara
mal adları. Yaş-cins bildirən qaramal adları bunlardır:
buzov – “körp
ə mal balası”; dana – “1-2 yaşar mal balası”; cöngə -
“cavan erk
ək mal”; düyə “cavan dişi mal”; buğa/kələ - “döllük yaşlı
erk
ək mal”; inək - “yaşlı dişi mal”; öküz – “döl vermə
qabiliyy
ətindən məhrum edilmiş (axtalanmış) erkək mal”.
Yaş-cins bildirən qaramal adları üç əlamətə görə semantik
əkslik münasibətinə girirlər. Birincisi, yaş fərqinə görə. Məsələn:
223
D
əli inəyin dəli də buzovu olar. Ev buzovundan kələ/öküz olmaz.
Ortaqlı öküzdən buzov yaxşıdır. Buz yarıb, buzov çıxartmışam; dam
yarıb, dana çıxartmışam (Məsəl). Danadan, buzovdan etmə hənəyi
(Vidadi).
Danasını bir gün qoymaz yanına,. Bizim inək təki təpər,
ağlarsan (Vaqif). Bakı sovxozlar tresti [...] 130 inək və düyə
almışdır (“Bakı” qəz.). Cöngə öküz olunca, yiyəsi donuza dönər
(M
əsəl).
İkincisi, cins fərqinə görə. Həmin semantik münasibət cöngə
v
ə düyə, buğa/kələ və inək sözləri arasında özünü göstərir. Məsələn:
İnək göz eləməsə, kələ atılmaz (Məsəl).
Üçüncüsü, yararlılıq fərqinə görə. Məsələn: Ev kələsi öküz
olmaz.
İnək kimi süd verməyən, Öküz kimi kotan sürər (Məsəl).
Camış adları. Yaş-cins bildirən camış adları aşağıdakılardır:
balaq – “körp
ə camış balası”; danaça – “camış danası”; kəlçə -
“camış cöngəsi”: düyəcə - “camış düyəsi”; kəl – “döllük yaşlı erkək
camış”; camış – “yaşlı dişi camış”.
H
əmin terminlərdən məzmununda yalnız “yaş” əlaməti
olanlar m
əhz həmin əlamətə görə də başqa terminlərlə semantik
münasib
ətə girir. Məzmununda “yaş” əlaməti ilə birlikdə “cins”
əlaməti də olanlar başqa terminlərlə hər iki əlamətə görə qarşılaşır
( düy
əçə-camış, kəlçə-kəl, düşəcə-kəlçə, camış-kəl). Məsələn:
Camışın balasına balaq deyirlər; bir yaşına qədər balaxdı. Bir
yaşından üç yaşına qədər dişisinə düyəcə, erkəyinə kəlçə deyirlər.
Camış dörd yaşında olur rəsmicə camış. Erkəyi beş yaşında olur kəl
(Danışıq).
Qoyun adları. Yaş-cins bildirən qoyun adları aşağıdakı
sözl
ərlə təmsil olunur: quzu-“körpə qoyun balası”; toğlu “cavan
erk
ək qoyun”: şişək – “cavan dişi qoyun”; qoç – “yaşlı döllük erkək
qoyun”; qoyun –
“yaşlı dişi qoyun”: öyəç – “3 yaşar erkək qoyun”;
qaradiş – “7 yaşar erkək qoyun”; e rkək- “yaşlı ətlik erkək qoyun”.
H
əmin siyahıdakı terminlərdən məzmunlarında “yaş” və
“cins”
əlaməti olan toğlu və şişək, qoç və qoyun sözləri müvafiq
olaraq bir-biri il
ə cinsə görə əkslik təşkil edir. “Yaş” anlayışının
ifad
əsi baxımından siyahıdakı hər bir əvvəlki söz sonrakılarla əkslik
münasib
ətinə girə bilər. Bu münasibətlərin bəziləri aşağıdakı
misallarda öz
əksini tapmışdır. Qoyunun balasına quzu deyirlər.
224
Quzu
biryaşar olanda dişisi olur şişək, erkəyi toğlu. Bir ildən sonra
şişək qoyun olur, toğlu qoç. Uçyaşar erkək qoyun olur öyəç
(Danışıq). Qoyun quzusunun ayağın basmaz. Qoyun-quzu
oğurluğundan başqa mənim əlimdən bir zad gəlməz
(M.F.Axundov). Qoyun-quzuda bir giç
əltmə naxoşluğu olur
(“Əkinci”). Qoç qurban, quzu qurban (Bayatı). Qoç bir quzu
görübdür (Tapmaca). Simiz qoyun
, arıq toğlu bayırda qalsa, qurd
yem
əzdi (“Kitabi-Dədə Qorqud”). Nə mal yoxdu sataq yeyək. Nə də
keçi, toğlu, qoyun (Aşıq Ələsgər). Qoç gəlsin, qoyun gəlsin (Xalq
mahnısı). Toğludan başqa, yüzə qədər erkək-öyəç kəsilib (Aşıq
Ələsgər).
Keçi adları. Yaş-cins bildirən keçi adları bunlardaır: oğlaq –
“körp
ə keçi balası”; çəpiş – “iri keçi balası”; dübür – “1-2 yaşar
erk
ək keçi”; sübür – “3 yaşar erkək keçi”; köər – “1-2 yaşar dişi
keçi” t
əkə - “döllük yaşlı erkək keçi”; keçi – “yaşlı dişi keçi”; erkəc
–
“öyçül yaşlı erkək keçi”; xar – “qoca erkək keçi”.
Bu siyahıdakı terminlərdən məzmunlarında “yaş” və “cins”
semantik
əlaməti olan dübür/sübür və köyər, təkə və keçi sözləri
müvafiq olaraq bir-biri il
ə semantik əkslik təşkil edir. “Yaş”
anlayışının ifadəsi baxımından siyahıda olan hər bir əvvəlki söz
sonrakılarla semantik əkslik münasibətinə girə bilir. Həmin
münasib
ətlər aşağıdakı misallarda qismən əks olunmuşdur. Keçi
balası üç aya qədər oğlaq olur. Üç aydan altı aya qədər çəpiş olur.
Bir illiyind
ə keçinin erkəyinə dübür, dişisinə köər deyirlər.
Doğandan sonra olur keçi. Altı aydan bir ilə qədər erkək keçiyə
düşür deyirlər. Üçyaşar erkək keçiyə sübür deyirlər. Sürünün
qabağın çəkən erkək keçiyə erkəc deyirlər. Döldən düşmüş qoça
erk
ək keçiyə xar deyirlər (Dan.). Keçi doğanda deyir: “And olsun o
M
əkkəyə, Bir də gəlmərəm təkəyə!” (Məsəl). Dərin quyu, boz keçi,
Hanı bunun erkəci?! (Uşaq mahnısı).
İt adları. Yaş və cins bildirən it adları aşağıdakı sözlərdən
ibar
ətdir: küçük – “körpə it balası”; ənik – “iri it balası”; köpək –
“yaşlı erkək it”; qancıq – “yaşlı dişi it”.
H
əmin adlardan yalnız köpək və qancıq sözləri cins fərqinə
əsaslanan semantik münasibətdə olur. Qalan sözlərin bir-biri ilə,
el
əcə də bu sözlərlə əlaqəsi yaş fərqinə əsaslanır. İt də küçük
225
çağında. Yava itin yava da küçüyü olar. Köpəklər oturub, küçüklər
ulayır. Küçük hürə-hürə köpək olar (Məsəl). Burjua köpəklərinin
küçükl
əri [...] Mirzə Fətəlini tanımağa və [...] öyrənməyə bizi
buraxmamışlar (Ruhulla Axundov). Bir qancıq dalına gecə köpək
düzülüb! (Dan.).
Pişik adları. Azərbaycan dilində pişik adları yalnız yaş
f
ərqinə əsaslanan iki terminlə təmsil olunmuşdur. Bunlar pişik və
mavr
ı “pişik balası” sözləridir. Pişiklər barəsində “cins” anlayışı
erk
ək və dişi sözləri ilə ifadə olunur. Müq et: dişi pişik kimi nəyə
gülürs
ən?! (Danışıq).
Donuz adları. Azərbaycan dilində donuz adları minimal
leksik t
ərkibə malik olan mikrosistemdir. Həmin tematik qrup
aşağıdakı sözlərlə təmsil olunur: qaban “yaşlı erkək donuz”; donuz
–
“yaşlı dişi donuz”; çoşqa – “donuz balası”. Həmin sözlərdən
qaban v
ə donuz cins fərqinə, bu ikisi isə çoşqa sözü ilə yaş fərqinə
əsaslanan semantik münasibətdə olur.
Toyu
q adları. Həmin tematik qrup aşağıdakı sözlərdən
ibar
ətdir: cücə - “körpə toyuq balası”; beçə - “cavan erkək toyuq”;
f
ərik-tərə “cavan dişi toyuq”; xoruz – “yaşlı erkək toyuq”; toyuq –
“yaşlı dişi toyuq”.
Lüğətcədən göründüyü kimi, yalnız cücə sözü “cins”
semantik
əlaməti barəsində neytraldır. Fərik və beçə, toyuq və xoruz
terminl
əri isə “cins” əlamətinə görə binar münasibətdədir. “Yaş”
anlayışına görə həmin terminlər üç səviyyə təşkil edir: cücə -
f
ərik/beçə - toyuq/xoruz. Beləliklə, yaşa görə semantik bərəkslik
münasib
əti həmin müxtəlif səviyyələrə mənsub olan terminlər
arasında özünü göstərir. Qeyd edilən münasibətlər aşağıdakı
misallarda qism
ən öz əksini tapmışdır. Mənim əvəzimdən cücəli
toyuq
danışıb (Molla Nəsrəddin lətifəsi). Cücə ağgünlü olsaydı,
toyuq
əmcəkli olardı (Məsəl). Toyuq-cücələr dən yeyirdilər
(C.M
əmmədquluzadə). Ona bənzəməyir başqa toyuqlar, bütün
f
ərələri qovlayır bir-bir. Ondan xoruzlar da qorxub çəkinir (Səməd
Vurğun). Evin toyuğu, bayırın xoruzu (Məsəl). Bu qədər toyuğa bir
xoruz lazım deyil?! (Molla Nəsrəddin lətifəsi). Qoçaq arvad [...]
toyuq, xoruz saxlar (Y.V.Ç
əmənzəminli). Xoruzun 5-10 toyuğu olur
226
(H.Z
ərdabi). Fərəsi bir yana ayrıldı, xoruzu bir yana (Qaravəlli).
Qara toyuq, göy cüc
ələr (Tapmaca).
R
əng bildirən sözlərin semantik sistemi
R
əng adları çox az söz kateqoriyalarındandır ki, onlar
semantik sah
ələr və lüğətin sistemliliyini tədqiq etmək üçün
yarayan materiallardan hesab olunur. U.Veynreyx qohumluq adları
v
ə spektrin rəngləri adları kimi lüğətin ən çox “terminləşmiş”
sah
ələrinin mühüm xüsusiyyətini onda görür ki, eyni fərqləndirici
semantik t
ərkib hissələri çoxsaylı işarələrin tərkibində qarşıya çıxır
(1, 218). O, müqayis
ə yolu ilə rəng adlarının sistemlilik dərəcəsini
d
ə müəyyənləşdirməyə cəhd etmişdir: “Hər bir dildə az-çox
semantik arasıkəsilməzlik zonaları var. Məsələn, spektrin
r
ənglərinin adları sahəsi heyvan adları sahəsinə baxmış daha artıq
arasıkəsilməzdir” (1, 219).
Əslində sistemli təşkilata malik olan leksik-semantik
qrupların diferensial semantik tərkib hissələrinə malik olması
onların ən maraqlı xüsusiyyəti deyil. Lüğət tərkibinin sistemliliyini
ancaq bunda görm
ək semantik sahələr və tərkibi təhlil metodlarının
t
əsiri altında olmağla bağlıdır.
R
əng adları eyni nöqteyi-nəzərdən rumın dilçisi A.Bidu-
Vranseanu t
ərəfindən tədqiq olunmuşdur. Müəllif öz tədqiqatına
lüğətin sistemliliyini nümayiş etdirə bilərək bir vasitə kimi baxır.
T
əsadüfi deyil ki, əsərin sonunda o, bütövlükdə leksikaya aid edilə
bil
əcək qənaətlərə gəlir. Həmin tədqiqatda mövzu ilə bağlı olan
diqq
ətəlayiq təfərrüatlar çoxdur, lakin qeyd etməliyik ki, ümumi
müdd
əalar səhvdir.
A.Bidu-Vranseanu r
əng adlarını struktur təhlil üçün yararlı və
yararsız olmaqla iki yerə bölür. Struktur təhlil üçün yararlı terminlər
ilkin v
ə ikinci rəng adlarından ibarətdir. İlkin terminlər şəkil və
m
əzmun cəhətlərindən bölünməz olan “sarı”, “qırmızı”, “göy”,
“yaşıl”, “ağ”, “qara” məzmunlu rəng adlarından ibarətdir. Bunlar
227
bütün başqa rəng adlarının semantik təşkilediciləri kimi özlərini
göst
ərdikləri üçün onları “sem” adlandırmaq olar. İkinci rəng
adlarının mənaları ilkin rəng adları mənalarının iştirakını nəzərdə
tutur. Dem
əli, bu iki sinif arasında vahid şərtlənmə yaxud
t
əyinedicilik münasibəti var. Vasitəsiz (ilkin) terminlər
arasıkəsilməz leksik məzmunu parçaladıqlarına görə, çoxlu leksik-
semantik paradiqml
əri təmsil edib, müxalifətlər və eyniyyətlər
sırasını reallaşdırır. Bunların paradiqmlərdə birləşməsindən leksik-
semantik sistem
əmələ gəlir. Paradiqmlər bir ilkin və bir neçə ikinci
r
əng adından düzəlir. Bunlar ilkin rənglərlə təmsil olunan və bir
m
ərkəzi nöqtəyə baxmış məhdudlaşan (hüdudlanan) rəng məzmunu
zonasını doğrayır. Rəng adlarının leksik-semantik sistemini əmələ
g
ətirən paradiqmlərin sayı ilkin rəng adlarının sayına bərabərdir.
R
əng terminlərinin paradiqmlərdə qruplaşması meyarı bir ilkin
r
ənglə bir neçə ikinci rəng arasındakı münasibətdən ibarətdir. Hər
bir paradiqm semantik c
əhətdən yarayan eyni xüsusiyyətlərlə
s
əciyyələnir. Hər bir paradiqm eyni struktur zəminində
mü
əyyənləşən münasibətlərə malikdir. Onların təsviri eyni cür
yerin
ə yetirilir.
Xromatik sistemin birinci fundamental semantik xüsusiyy
əti
r
əngin “mütləq”, yaxud “təxminliksiz” ifadəsi olub, ilkin altı rəngin
adı ilə reallaşır. Xromatik sistemin ikinci fundamental semantik
xüsusiyy
əti olan “təxmini qiymət” (“yaxınlaşma”, “gözəyarılıq”) iki
asılı semantik dəyərə malikdir. A) Daha açıq çalar, yaxud daha tünd
çalar. Bunlar göz
əyarılığın eyni bir rənglə əlaqədar olaraq
mü
əyyənləşdirildiyi hallarda eyni rəng çərçivəsində təmsil oluna
bilir. Bunun ekstralinqvistik
əsası spektrin arasıkəsilməzliyi və
mü
əyyən çox yaxın rənglər sırasının eyni termin çərçivəsində
işarələnə bilməsi faktıdır. B) Rənglər aralıq rəngləri təmsil edərək,
eyni zamanda daha ç
ətinliklə təyin oluna bilən təxminən iki rənglə
yaxınlaşır (3. 76, 83-86, 89-90, 116-118, 172).
Burada b
əhs olunan məsələlərin bəziləri struktur semantika
ç
ərçivəsindən kənarda tədqiqat üçün yaramır. Birincisi, belə bir fikir
düzgün deyil ki, guya ilkin altı rəng adı arasıkəsilməz leksik
m
əzmunu parçalayır, başqa terminlərsə bunların təmsil etdikləri
paradiqml
ərə daxil olaraq, onların məzmununu reallaşdırır. Rəng
228
adlarının leksik-semantik sisteminə bu cür yanaşma yeni olmayıb,
semantik sah
ələr və tərkibi təhlil prinsiplərindən qidalanır. Təkcə bu
altı termin deyil, ikinci hesab edilən terminlərin də çoxu semantik
v
ə şəkli cəhətdən bölünməzdir. Azərbaycan dilindəki rəng
adlarından al, ala, boz, mor, çal, çil və s. buna misal ola bilər.
Bunlardan b
əzilərinin məzmunlarının başqalarınınkı ilə izah edilə
bilm
əsi onların semantikasının mürəkkəb olmasına dəlalət etmir.
R
əng adlarından birinin məzmunu iki başqasınınkı arasında orta
mövqe tutsa da, h
əmin ad özünə aid olan məzmuna sintetiklik
s
əciyyəsi verib, onu analitiklikdən çıxarır. Mənşəcə başqa terminlə
bağlı olmayan hər bir termin həmin terminlə təmsil olunan
paradiqm
ə girməyib, yeni bir məzmun sahəsi açır. Məsələn, narınc
terminini “sarı”, qanovuz terminini “qırmızı” paradiqminə aid
etm
ək səhvdir. İkincisi. Rəng adlarına “mütləq” və “təxmini”
(“göz
əyarı”) xassəsini isnad verib, hər bir paradiqmin eyni semantik
xüsusiyy
ətlərlə səciyyələndiyini düşünmək də düzgün deyil.
A.Bidu-Vranseanunun özü d
ə etiraf edir ki, onun qəbul etdiyi
paradiqml
ər içərisində terminlərin sayı eyni deyil. Üçüncüsü.
R
ənglər ekstralinqvistik hadisə kimi təbii ardıcıllıq əmələ gətirsə də,
onların ifadə edilməsi, saylarda olduğu kimi4 dəqiq və müntəzəm
s
əciyyə daşımır. Ona görə də rəng adlarının semantik ardıcıllıq
əmələ gətirdiyini düşünmək o qədər də həqiqətə uyğun deyil. Rəng
adlarının semantikasına xas olan “təxmini qiymət” qeyri-müəyyən
s
əciyyə daşıyıb, konkret semantik hüdud bildirmir.
Az
ərbaycan dilində rəng bildirən sözlərin aşağıdakı
funksional-qrammatik sinifl
əri var: sifətlər, zərflər, feillər. Semantik
v
ə sözdüzəltmə baxımından yaxın olan bu sözlər ayrı-ayrı leksik
qruplar
əmələ gətirir.
R
əng bildirən sifətlər
Az
ərbaycan dilində rəng bildirən sifətlərin üç növünə təsadüf
olunur: 1. İxtiyari-motivlənmiş işarələr. 2. İxtiyari-motivlənməmiş
işarələr. 4. Sifətlə motivlənmiş işarələr. Bunları ayrı-ayrılıqda
n
əzərdən keçirək.
229
İlkin rəng adları. Bunlar aşağıdakılardır: sarı, qırmızı, göy,
yaşıl, ağ, boz, qara. Boz termininin ilkin rəng adlarına aid edilməsi
q
əribə görünə bilər. Lakin həmin sözün ilkin rəng adları sinfinə aid
edilm
əsinin psixoloji və linqvistik əsasları var. İş burasındadır ki,
boz sözü Az
ərbaycan dilində ən işlək sözlərdən olub, ilkin rəng
adları kimi, azaltma və çoxaltma dərəcələrinə malikdir.
İlkin rəng adları arasında aşağıdakı semantik əlaqələr özünü
göst
ərir: 1. Semantik yaxınlıq münasibəti. Bu, göy və yaşıl, sarı və
qırmızı sözlərinə xasdır. 2. Semantik əkslik münasibəti. Bu isə ağ və
qara sözl
ərinə xasdır. Məsələn: Ağ üstən qaranı yaz. Ağı yaz,
qaranı yaz. Qara salxım ağ olmaz (Bayatı).
İxtiyari-motivlənmiş rəng adları. Bunlar aşağıdakılardır: al
“tünd qırmızı”; ala “başqa rənglə qarışıq ağ”; qonur – “şabalıdıya
yaxın rəng”; qumral “açıq şabalıdı” (?); kürən – “parıltılı sarı-
qırmızı”; mor – “küllə kömürün qarışığından alınan rəng”; səmənd
–
“aşıq sarı” (?); çal –“tünd boz”, “qarışıq boz”; çil – “adda-budda,
xal-xal r
əngli” ; cağar – “zolaq-zolaq rəngli”.
H
əmin sifətlərin bir qismi məxsusi obyektlərə aiddir.
M
əsələn, al sözü şəfəq və bayraq, mor sözü toyuq, cağar sözü inək,
k
əhər, kürən və səmənd sözləri at barəsində işlənir. İxtiyari-
motivl
ənmiş rəng adlarının bəziləri ilkin rəng adları ilə təkcə
semantik izahetm
ə münasibətində deyil, həm də semantik əkslik
münasib
ətində olur. Həmin semantik əlaqə ala və qara, al və yaşıl
sözl
əri arasında özünü göstərir. Məsələn: Vay, ala pişik! Vay, qara
pişik! (Xalq şeiri). Əzizim, Ala dağa. Gün düşüb Ala dağa. Mən
Qara
dağ əhliyəm. Yaz məni Qaradağa, Yaşıl məndən, al səndən.
Yar geyinib tamam al, Tamam
yaşıl, tamam al. Al-yaşıl gey, bizə
g
əl (Bayatı).
İsim və sifətlə motivləşmiş rəng adları. Azərbaycan dilində
işlənən sifətlərin bir qismi isim və sifətlərdən düzəltmədir. İsimdən
düz
əltmə rəng adlarına aşağıdakılar misal ola bilər: bənövşəyi,
qanovuz, qızılı, qəhvəyi, dəmiri, ətrəngi, zoğalı, külrəngi, gümüşü,
müx
əyi, palıdrəngi, sumağı, südrəngi, sürməyi, çəhrayı, şabalıdı.
H
əmin sözlərin iki cür semantik izahı var. Birinci izah sifətin
m
ənasının törədici əsasla motivlənməsi ilə əlaqədardır: mixəyi –
“mix
ək rəngində olan”. İkinci izah başqa rəng ilə semantik
230
yaxınlığa əsaslanır: sürməyi – “qara ilə göy arasında tünd rəng”.
H
əmin izahat üsulu öz törədici əsası ilə semantik əlaqəsini itirmiş
r
əng adları barəsində xüsusən yararlıdır. Məsələn: çəhrayı – “açıq
qırmızı”.
Sif
ətdən törəmə rəng adlarının məzmunu yalnız törədici
əsasın semantikası ilə izah oluna bilir. Belə sifətlərə aşağıdakılar
misal ola bil
ər: ağbəniz, qarabəniz, sariyanız, qarayanız, sarışın,
qaraşın.
Sif
ətdən törəmə rəng adlarının mühüm bir qismini dərəcə
bildir
ən sifətlər təşkil edir. Lakin bunlar tamamilə müstəqil şəkildə
n
əzərdən keçirilməlidir.
Dostları ilə paylaş: |