Geyiml
ə bağlı olan feillər. Bunlar aşağıdakılardır: geymək,
geyinm
ək, soyunmaq, (paltarını) çıxartmaq; taxmaq (əlcək,
barmaqçılıq, qolçaq, üskük); qoymaq, götürmək (papaq), örtmək,
açmaq
(yaylıq, şal, ləçək); tutmaq, açmaq (döşlük, önlük); çalmaq
(çalma). H
əmin feillər, nümunələrdən göründüyü kimi, müxtəlif
geyim v
ə əşya formaları üzrə diferensiallaşmışdır. Müvafiq əşyavi
aidiyy
ət formalarının hamısında feillər həmin əşyalardan istifadə
olunması və ondan azad olunmaq kimi iki bir-birindən kəskin
273
şəkildə fərqlənən hərəkətləri ifadə etmələrinə görə semantik əkslik
əlaqəsinə girir. Həmin xüsusiyyət həm təsirli, həm də təsirsiz
feill
ərə xasdır (gey(in)mək-soyunmaq çıxartmaq, taxmaq-çıxarmaq,
qoymaq-götürm
ək, örtmək-açmaq, tutmaq-açmaq). Məsələn: Yazda
geyin
ər, Qışda soyunar. Bir kürk gey(in)dim, çıxarda bilmədim
(Tapmaca). İslam da geyindi cəbhə paltarı [...] Cəbhə paltarını o
soyunmadı (Səməd Vurğun). Bayıra çıxanda papağını başına qoy,
əlcəyini əlinə tax. Evə gələndə papağını başından götür, əlcəyini
əlindən çıxart. Sən də bayıra çıxanda, yaylığını başına ört, evə
g
ələndə aç (Dan.).
M
ənşə etibarı ilə geyinmək və soyunmaq feilləri eyni cür
düz
əlmişlər. Lakin soyunmaq feili öz törədici əsasından uzaq-
laşaraq, müstəqil məna kəsb etmişdir. Geymək*-soymaq müta-
biqliyinin pozulması həmin söz cütündə ikinci tərəfin çıxartmaq
feili il
ə əvəzlənməsinə səbəb olmuşdur.
Yaş və boy dəyişikliyi ilə bağlı olan feillər
Yaş və boy dəyişikliyi bildirən feillər bir neçə yarımqrup
əmələ gətirir. 1. Ümumi şəkildə yaş və həcm (boy) dəyişikliyi
bildir
ənlər (böyümək, irilənmək, kiçilmək, balacalanmaq,
balacalaşmaq), 2. Yaş dəyişikliyi bildirənlər (qocalmaq,
ahıllaşmaq, yaşlanmaq, yaşlaşmaq, gəncləşmək, cavanlaşmaq,
kişiləşmək, qarımaq). 3. Uzununa boy dəyişikliyi bildirənlər
(
uzanmaq, qısalmaq, gödəlmək). 4. Dikinə boy dəyişikliyi
bildir
ənlər (uzanmaq, boy atmaq, boy vermək, yüksəlmək,
q
əlbilənmək, ucalmaq, ucalanmaq, alçalmaq). Həmin feillərin
b
əzilərinə “mənəvi böyümə cəhətdən” bildirmək xüsusiyyəti xasdır.
(M
əsələn: ucalmaq, yüksəlmək, alçalmaq).
Yaş və boy dəyişikliyi bildirən feillər müvafiq leksik qruplar
ç
ərçivəsində semantik münasibətlərə girir. Bunu aşağıdakı
nümun
ələrdən görmək olar. Sən günbəgün böyüyürsən, düşmənin
kiçilir. Hicran gec
əsi kimi gündüz uzanır [...] Vüsal gecəsi tək gecə
qısalır (Qətran). Səndən uzaq olanda gecələrim uzanır. Sənə yaxın
olanda dilim
qısalır (Rəsul Rza). Qoyun ayağı gödəlir, Quzu ayağı
uzanır (Məsəl). Günün ömrü öz vaxtında uzanır, öz vaxtında
274
göd
əlir (Bəxtiyar Vahabzadə). Şərab meh küləyindən gəncləşdi,
dünya is
ə qocaldı (Qətran). Dünya cavanlaşır, biz qocalırıq (Səməd
Vurğun). İncili-şərif arvadların mövqeyini nə qədər ucaltdısa,
xristianlıq və kilsə onu bir o qədər alçatdı (Y.V. Çəmənzəminli).
Ağlamaq və gülməklə bağlı olan feillər
Ağlayış və gülüş bildirən feillər müvafiq hərəkətlərin müxtəlif
d
ərəcələrini ifadə edirlər (Bunlar bəzən zərflərlə ifadə olunur).
H
əmin ifadələr mərkəzi ağlamaq və gülmək leksemlərinin ətrafında
c
əmləşirlər: ağlamaq, ağlamsınmaq, için-için ağlamaq, xısın-xısın
ağlamaq, hönkürmək, hönkürtü ilə ağlamaq, gülmək, gülümsünmək,
dodağı qaçmaq, qımışmaq, uğunmaq, uğunub getmək, qəhqəhə
ç
əkmək, şaqqanaq çəkmək (Dan).
H
əmin sözlər arasında aşağıdakı semantik münasibətlər özünü
göst
ərir.
1. Semantik yaxınlıq münasibəti. Bu, eyni temantik sıraya
m
ənsub olan sözlər arasında müşahidə edilir ( gülümsünmək,
qımışmaq, dodağı qaçmaq və s.).
2. Semantik
əkslik münasibəti. Bu, birinci növbədə müvafiq
tematik sıraların mərkəzi leksemləri olan ağlamaq və gülmək feilləri
arasında özünü göstərir. Məsələn: Ağlamaq əlaməti-qəmdir, gülmək
əlaməti-fərəh (M.F.Axunov). Gah ağladar, gah güldürər
(Tapmaca). O gül
ər-gülərsən, ağlar-ağlarsan (Vaqif). Könlüm
s
ənsiz ağlar, səninlə gülər ( Rəsul Rza).
H
əmin feillərin təmsil etdikləri tematik sıraların heç də bütün
üzvl
əri semantik əkslik münasibətində ola bilmir. Həmin tematik
sıraların yalnız elə üzvləri semantik əkslik münasibətinə girir ki,
onlar eyni sözdüz
əltmə üsulu ilə əmələ gəlmiş olsun. Məsələn:
ağlatmaq-güldürmək (Ağlatdı dostları, güldürdü yadı. Aşıq
Ələsgər); ağladan-güldürən ( Güldürən yanına getmə, ağladan
yanına get. Məsəl); ağlaşmaq-gülüşmək, ağlağan-güləyən,
ağlamalı-gülməli, ağlayış-gülüş və s.
275
Ağlamaq feili sıtqamaq və sızlamaq feilləri ilə, gülmək feili
is
ə demək və danışmaq feilləri ilə də semantik yaxınlıq
münasib
ətində ola bilir. Məsələn: [Aşıq gərək] məcazi danışma,
m
əcazi gülə. Əksik danışarsız, artıq gülərsiz. Daha deyib-gülmək
çağı kəsildi (Aşıq Ələsgər). O günü gəlib üstümə ağlayıb-sıtqadı
(Dan.). Şah Abbasın anası kimi nə ağlayıb-sızlayırsan?! (İdiom).
N
ə ağlarsan, nə sızlarsan?! (Abbas Tufarqanlı).
Görm
ə, eşitmə və nitq feilləri
Görm
ə, eşitmə və nitq feilləri ayrı-ayrı təsəvvür dairələrinə
m
ənsubdur. Bununla belə, həmin söz kateqoriyalarını bir yerdə
n
əzərdən keçirmək olar, ona görə ki, ünsiyyətdə görmə, eşitmə və
danışıq fəaliyyəti kompleks şəkildə özünü göstərir. Bu, müvafiq
feill
ərin semantik cəhətdən əlaqəli şəkildə işlənməsində meydana
çıxır. Müvafiq leksik qrupları əvvəl ayrılıqda, sonra bir-biri ilə
əlaqədar olaraq nəzərdən keçirək.
Görm
ə feilləri. Görmə feillərinin tematik-sözdüzəltmə sırası
aşağıdakı sözlərlə təmsil olunur: baxmaq, baxışmaq; göstərmək,
görm
ək, görünmək, görüşmək, göstərilmək. Görmə feilləri arasında
aşağıdakı semantik münasibətlər özünü göstərir.
1. Semantik yaxınlıq əlaqəsi. Həmin semantik münasibət
baxmaq v
ə görmək sözlərinə xasdır. Bu sözlərin münasibəti çox
vaxt birincinin feili bağlama formasında ikinciyə aid olması
şəklində təzahür edir. Məsələn: Baxıb-görməməkdən baxmıtıb-
görm
ək yaxşıdır (Azadə).
2. Semantik
əkslik münasibəti (göstərmək- görmək,
görünm
ək- görmək). Məsələn: Hər kəsi çağırıram – gəlməyir,
göst
ərirəm-görmür, deyirəm-qanmır (H. Zərdabi). Həmin feil
cütl
əri arasında konversiv əkslik münasibətindən başqa,
sözdüz
əltmə münasibəti də var. Ona görə də onlar (müxtəlif nitq
şəraitlərinin eyni kontekstə salınması sayəsində) eyni subyektlə
əlaqədar olaraq da işlənə bilir. Məsələn: Xoş üz göstərməsəm, xoş
üz görm
əsəm (Səməd Vurğun).
Görm
ə feillərinin maraqlı xüsusiyyətlərindən biri də onlar;n
qarşılıq-müştərək növünün qoşa subyektlə işlənməsidir. Məsələn:
276
X. v
ə y. görüşdülər. X. və y. bir-biri ilə baxışdılar. Həmin hadisə
bar
əsində irəlidə feilin məna növləri ilə əlaqədar olaraq
danışılacaqdır.
Eşitmə feilləri. Bunlar aşağıdakılardır: qulaq vermək, qulaq
asmaq, dinl
əmək, eşitmək, eşitdirmək, eşidilmək. Həmin tematik-
sözdüz
əltmə sırasının üzvləri arasında aşağıdakı semantik
münasib
ətlər özünü göstərir.
1. Semantik yaxınlıq münasibəti. Həmin semantik əlaqə qulaq
vasit
əsi ilə duymaq hərəkətinə hazırlaşmaqla həmin hərəkətin özü
arasındakı ardıcıllıq və fərqə əsaslanır. Məsələn: Qulaq assan
(vers
ən), eşidərsən (Dan). Qulaq asan öz sözünü eşidər (Məsəl).
2. Konversiv
əkslik münasibəti ( eşitdirmək-eşitmək). Mən
eşitdirdim, özü də eşitdi (Dan.).
Nitq feill
əri. İnsan nitqi ilə bağlı olan feillər müxtəlif tematik
sıra və qruplar əmələ gətirir. Bunları aşağıdakı şəkildə təsnif etmək
mümkündür. 1. Danışıq fəaliyyəti ilə əlaqədar olanlar ( dinmək,
dindirm
ək, dillənmək, dilləşmək, dilləndirmək, danışmaq,
danışdırmaq, danışdırılmaq, danışılmaq; söyləmək, söylənmək, söy-
l
ətmək , söyləndirmək; demək, dedirtmək, deyilmək, deyinmək, de-
yişmək; nağıl etmək (eləmək), nağıl etdirmək, illətmək nağıl
edilm
ək; susmaq, susdurmaq; susdurulmaq; kirimək, kiritmək,
kirişmək). 2. Sual-cavab və çığırış bildirənlər ( soruşmaq, cavab
verm
ək; sual vermək. cavab almaq, çağırmaq). 3. Andla bağlı
olanlar ( and verm
ək, and içdirmək, and içmək). 4. Rəğbət və şikayət
bildir
ənlər ( tərifləmək, öymək, öyünmək; şikayət etmək; eləmək
(el
əmək), şikayətlənmək; gileylənmək, giley-güzar etmək,
azaylanmaq (dan.), qiyb
ət etmək, danlamaq, danışmaq
danışdırmaq). 5. Buyruq və tövsiyə (öyüd) bildirənlər ( əmr etmək
verm
ək, məsləhətləşmək. məsləhət görmək/vermək, gənəşmək, nəsi-
h
ət etmək). 6. Xahiş və yalvarış bildirənlər ( xahiş/təvəqqe etmək
(el
əmək), yalvarmaq, lalımaq (Dan.), diləmək, istəmək, minnət
etm
ək eləmək). 7. Müəyyən əhvali-ruhiyyə ilə bağlı olaraq
s
əsçıxarma bildirənlər ( pıçıldamaq, zarımaq, inildəmək, mızıl-
da(n)maq,
donqulda(t)maq,
donqulda(n)maq,
sızıldamaq,
ufuldamaq, qışqırmaq, bağırmaq, çığırmaq). Ağlamaq və gülmək
feill
əri də semantik baxımdan bunlara yaxındır, lakin bu iki feil bir
277
sıra semantik və sözdüzəltmə xüsusiyyətlərinə görə onlardan seçilir.
Ona gör
ə də ağlamaq və gülmək feillərini ayrıca nəzərdən keçirməli
olduq.
Nitq feill
əri bir-biri ilə müxtəlif semantik münasibətlərdə ola
bilir. Bunlardan birincisi v
ə ən sadəsi tematik sıralar çərçivəsində
özünü göst
ərən semantik yaxınlıq əlaqəsidir ( dinib-danışmaq,
yalvarıb-yaxarmaq, qışqırıb-bağırmaq, danlayıb –dansımaq və s.).
M
əsələn: Kimsə dinib-danışmayır (Səməd Vurğun). Xatırında
varmı, hərdən küsüşüb, Deyərdin: “ Danışma, dindirmə məni!”
(R
əsul Rza). O, şoferi bərk danlayıb-dansıyırdı (Süleyman
R
əhimov).
Nitq feill
ərinin müxtəlif tematik qruplar içərisində və tematik
sıralar arasında ən çox özünü göstərən məna münasibəti semantik
əkslik əlaqəsidir. Bunların müxtəlif əsasları və növləri var.
1. H
ərəkətin ifasını və qurtarmasını bildirmək əlamətinə görə
semantik
əlaqə nitq feilləri ilə susmaq, kirimək, doymaq feilləri
arasında özünü göstərir. Məsələn: Ya məclisdə kiri otur, Ya dinir-
s
ən, yaxşı din (Bayatı). O danışanda kirimək bilmir (Dan.). Ələ
alsan-
ağlar, yerə qoysan- kiriyər. Dərə görüb bağırdı ( çığırdı),
D
ərya görüb kiridi (Tapmaca). Ağladılar, doydular (Bayatı).
2. Sual v
ə cavabla bağlı olan feillərin semantik qarşılaşması.
H
əmin semantik əlaqə sorğu bildirən feillərlə cavab bildirən feillər,
el
əcə də demək, söyləmək kimi danışıq feilləri arasında özünü
göst
ərir. Məsələn: And verib soruşdum bir-bir, dedilər: “Fəqir, səni
şeyda qılan gəlməmiş” (Zakir).
3. Andla bağlı olan feillərin semantik qarşılaşması (and
verm
ək/içdirmək-and içmək).
4. Mü
əyyən hərəkətə sövqetmə və həmin hərəkətə əməl
etm
əyə görə semantik qarşılaşma. Həmin əlaqə növü eyni feilin
t
əsirli və təsirsiz məna növlərinə xasdır ( dindirmək-dinmək,
danışdırmaq-danışmaq, söylətmək-söyləmək və s.). Məsələn: Bu da
bel
ə oğlandır: dindirməyincə dinib-danışmaz (Dan.). Dindirir əsr
bizi, dinm
əyiriz (Sabir).
5. Nitq feill
ərinin bir qismi söz yox, əməli müqabillərə malik
olur. H
əmin əməllərin ifadəsi olan feillər ilkin (əsas) leksemlərlə
semantik
əlaqəyə girməsələr də, onların məzmununa reaksiyanı,
278
müvafiq linqvistik şəraiti əks etdirir. Müq.et: buyurmaq və buyruğa
baxmaq yaxud baxmamaq;
əmr vermək etmək və əmri yerinə
yetirm
ək yaxud əmrdən boyun qaçırmaq/əmrə əməl etməmək;
m
əsləhət görmək və məsləhəti eşitmək və s.
Bundan başqa, görmə, eşitmə və nitq feilləri daha çox leksik
qruplar arası əlaqə və münasibətlərlə səciyyələnir. Həmin
münasib
ətlər aşağıdakı əlamətlərin əksliyinə əsaslanır. Birincisi,
görm
ə və eşitmə hərəkətlərinin qarşılığına görə. Məsələn: Göz
görm
ək, qulaq eşitmək üçündür. Gördüyünü qoyub, eşitdiyinə inan-
ma (M
əsəl). İkincisi, danışma və eşitmə hərəkətlərinin qarşılığına
gör
ə. Məsələn: Xanım, sən heç danışmırsan. Mən qulaq asıram
(Ü.Hacıbəyov). İki eşit, bir danış (Məsəl). Çalış çox eşidib, az
danışasan (A.B.Bakıxanov), Biz [...] deyək, siz qulaq asın (“Aşıq
Ələsgər”). Qulaq as, nə deyir, gör ana torpaq (Səməd Vurğun). Dəli
özü dey
ər, özü eşidər (Məsəl).
Danışma və eşitmə feilləri çalğı, oxuma, yazma kimi fəaliyyət
sah
ələrinə aid olan feillərlə də semantik əkslik münasibətində ola
bil
ər. Məsələn: Bir mirzə gərəkdir, əli qələmli, Mən deyəm vəsfini,
yaza
, Müşkünaz! (Aşıq Ələsgər). Mən nə desəm, yaz
(Ə.Haqverdiyev). Biz sazınan oxuyaq, siz qulaq asın (“Aşıq
Ələsgər”). Saz çalma – haramdır; saza qulaq asma-haramdır
(M.F.Axundov).
Psixi f
əaliyyətlə bağlı olan feillər
Psixi f
əaliyyət bildirən feillər üç tematik qrup əmələ gətirirlər:
1. Qeyri-f
əal psixi vəziyyət bildirənlər (bayılmaq, huşunu itirmək,
özünd
ən getmək, qəşş eləmək). 2. Fəal psixi vəziyyət bildirənlər.
Huşunu itirənin fəal psixi vəziyyətə qaytarılmasında iştirak edənin
h
ərəkətini ifadə edəni feillər də bura aiddir (ayılmaq, ayıltmaq,
özün
ə gəlmək, özünə gətirmək). 3. Əqli fəaliyyət bildirənlər.
Bunlardan qeyri-f
əal və fəal psixi vəziyyət bildirən feillər xüsusilə
bir-biri il
ə sıx semantik əlaqədə olur. Ona görə də onların bir yerdə
n
əzərdən keçirilməsi məsləhətdir.
Qeyri-f
əal və fəal psixi vəziyyət bildirən feillər. Həmin
feill
ərin mənsub olduqları məna qrupları içərisindəki məzmun
279
münasib
ətləri sinonimlikdən o yana getməyib, elə bir linqvistik
əhəmiyyət kəsb etmir. Qeyri-fəal və fəal psixi vəziyyət bildirən
feill
ərin tematik qruplar arasındakı münasibətləri daha çox
maraqlıdır. Həmin münasibətlərin aşağıdakı əsasları var.
1. Qeyri-f
əal psixi vəziyyətin fəal psixi vəziyyətlə əvəz
olunmasına görə ( bayılmaq-ayılmaq, özündən getmək-özünə gəlmək
v
ə s.). Məsələn: Arvad özündən gedir, sonra özünə gəlir (Əsatir). 2.
Qeyri-f
əal psixi vəziyyətə düşmə və fəal psixi vəziyyətə gətirmə
f
əaliyyətlərinin qarşılığına görə. Həmin semantik münasibət
özünd
ən getmək, huşunu itirmək, qəşş etmək/eləmək feilləri ilə
ayıltmaq, özünə gətirmək feilləri arasında özünü göstərir. Məsələn:
Bu kişi niyə özündən getdi; Bunu ayıldın, görək! (M.F.Axundov).
Arvad özünd
ən getdi? Su səpib, ayıltdılar (“Aşıq Ələsgər”).
Naçalnik özünd
ən getdi. Həkim gəlib, dost-aşina yığılıb onu özünə
g
ətirdilər (“Əkinçi”).
Biz yuxarıda ayılmaq sözünün yuxu bildirən feillərlə semantik
əkslik münasibətində çıxış etməsinin şahidi olduq. Həmin feil icbari
yolla qeyri-f
əal psixi vəziyyətə düşmə hallarını bildirən keflənmək,
m
əst olmaq kimi feillərlə də semantik əkslik münasibətinə girə bilir.
M
əsələn: İç həm məst ol, həm ayıl (Bayatı).
Әqli fəaliyyət bildirən feillər. Psixi fəaliyyət bildirən feillərin
mühüm bir qismi yaddaşla bağlıdır. Bunlar yaddasaxlama, unutma
v
ə başadüşmə üzrə olmaqla, üç məna qrupu əmələ gətirir. Həmin
qruplar aşağıdakı sözlərlə təmsil olunur. Yaddasaxlama feilləri:
xatırlamaq, yadda saxlamaq, yadda qalmaq, yada salmaq, yada
düşmək. Unutma feilləri: unutdurmaq, unutmaq, yaddan
çıxar(t)maq, yaddan çıxmaq. Başadüşmə feilləri: düşünmək,
fikirl
əşmək, başa salmaq, başa düşmək, anlamaq, qanmaq,
qandırmaq.
Əqli fəaliyyət bildirən feillər
aşağıdakı
məna
münasib
ətlərində olurlar:
1. Qeyd olunan üç m
əna qrupu çərçivəsində ( unutdurmaq –
unutmaq, yaddan çıxartmaq – yaddan çıxmaq, yadda saxlamaq –
yadda qalmaq, yada salmaq –
yada düşmək, başa salmaq – başa
düşmək, qandırmaq – qanmaq və s.). Məsələn: Niyə bizi heç yada
salmırsan?! Mən sizi yaddan çıxarmamışam ki, yada salam! Başa
280
düşmürsən, başa salım. Qanmırsan, qandırım (Dan). Siz başa
düşmədiniz, lazım gəldi ki, mən başa salım (C.Məmmədquluzadə).
2. Yaddasaxlama v
ə unutma feilləri arasında (yaddan çıxmaq
–
yada düşmək, yaddan çıxartmaq – yada salmaq və s.). Məsələn:
N
ə deyəcəkdim, yadımdan çıxdı. Ha fikirləşirəm – yadıma düşmür
ki, düşmür! (Dan.).
H
ərəkət feilləri
Bir qisim feill
ər insan və başqa canlıların məkanda
yerd
əyişmə, tövrdəyişmə ilə əlaqədar olan hərəkətlərini bildirir.
Bunların üç sinfini müəyyənləşdirmək mümkündür: 1. Tövr (təbii
v
əziyyət) dəyişikliyi bildirənlər. 2. Üfüqi istiqamətli hərəkət
bildir
ənlər. 3. Şaquli istiqamətli hərəkət bildirənlər.
T
əbii vəziyyət dəyişikliyi bildirən feillər. Bəzi feillər insan və
başqa canlı varlıqların öz təbii vəziyyətini dəyişməsi ilə bağlı olan
h
ərəkətləri ifadə edir. Belə sözlərdə subyekt mənsubiyyəti mühüm
rol oynayır. Bunlar aşağıdakılardır: oturmaq, əyləşmək, bardaş
qurmaq, diz çökm
ək, çöməltmə oturmaq, çömbəltmək, ayağa
qalxmaq durmaq, dik
əlmək, uzanmaq (insan), yatmaq “uzanmaq”
(insan, heyvan), tonqumaq (it, qurd), qonmaq
(quş). və s. Həmin
feill
ər iki cür semantik münasibətdə olur. Bunlardan birincisi oxşar
tövr (v
əziyyət), ikincisi bir-birindən fərqli vəziyyətlər kimi
xarakteriz
ə edilə bilər. Birinci əlamətə görə feillər sinonim cərgələr
(oturmaq,
əyləşmək; qalxmaq, durmaq və s.), ikinci əlamətə görə
is
ə paradiqmatik cütlər (oturmaq-durmaq və s.) əmələ gətirir.
Bel
əliklə, deyə bilərik ki, ayrı-ayrı sinonim cərgələrə mənsub olan
feill
ər arasında semantik əkslik münasibəti özünü göstərir. Məsələn:
Göz
ələ “gözəl” deyərlər, oturar-durar (Məsəl). Oturar həsir kimi,
Duranda yesir kimi (Tapmaca). Dur, oturma! Fizz
ə ayaq üstə
durub, gen
ə oturdu (C.Məmmədquluzadə). Bardaş quranlar qalxıb
dizi üst
ə oturdu, dizi üstə oturanlar qalxıb bardaş qurdu. Sona
xanım [...] qalxır, oturur (M.F.Axundov).
H
əmin feillərin semantik ardıcıllığı oturuş bildirən feillərlə
mü
əyyənləşir. Y.Apresyan uzanmaq sözünü də həmin feillərlə
əlaqələndirərək, belə hesab edir ki, bu feil üçlüyünün bizim üçün
281
mühüm olan aspektl
əri müvafiq hərəkətlərdən qabaq gələn ilkin
v
əziyyət və onların nəticəsi olan son vəziyyət vasitəsi ilə təsvir
oluna bil
ər.
başlanğıc
qurtaracaq
1. qalxmaq
uzanmaq ya
oturmaq
durmaq qalxmaq
2. oturmaq
uzanmaq ya durmaq
oturmaq
3. uzanmaq
oturmaq ya durmaq
uzanmaq
O göst
ərir ki, müvafiq feil cütləri “neytrallaşan” saxta
antoniml
ər ola bilərdi. Bundan ötrü müqayisə edilən iki hərəkət
üçün ilkin olan v
əziyyətlər əlamətinin aradan qalxdığı şəraitləri
t
əsvir etmək kifayət edərdi. Məsələn: qalxmaq və oturmaq feilləri
il
ə ifadə edilən hərəkətlər üçün bu, “uzanmaq” əlamətidir. Onu
aradan götürs
ək, qalxmaq oturaq vəziyyətdən dik vəziyyətə keçid
prosesi kimi, oturmaq is
ə, əksinə, dik vəziyyətdən oturaq vəziyyətə
keçid prosesi kimi t
əsvir olunur. Lakin, semantik məlumata
cüml
ədən daha geniş dairədə nəzarət edilməyincə, neytrallaşma
şəraitini xalis dil terminlərində səciyyələndirmək olmaz (1.161-
162).
Y.Apresyanın mülahizələri bir neçə cəhətdən qaneedici deyil.
Birincisi, o yalnız oturmaq və durmaq (qalxmaq) feillərindən
danışır, uzanmaq feilinin məzmunu həmin üsulla izah etməyin
mümkün olmadığı, bir növ, üstüörtülü qalır. İkincisi, bu feillərin
m
əzmunları semantik arasıkəsilməzlik əmələ gətirmir, ona görə də
onlar Y.Apresyanın güman etdiyi şəkildə bağlı deyil. Üçüncüsü,
oturmaq-durmaq v
ə uzanmaq-qalxmaq əkslikləri dil faktları olduğu
halda, uzanmaq-oturmaq
kimi dil faktı yoxdur. Üfüqi istiqamətdə
h
ərəkət bildirən feillər.
H
ərəkət bildirən feillərin bir qismi insan və başqa canlı
varlıqların ikiölçülü məkanda (məsələn, düz yerdə) baş verən
h
ərəkətlərini ifadə edirlər. Bunlar aşağıdakılardır: iməkləmək,
yerim
ək, yüyürmək qaçmaq, yorğalamaq, yortmaq, getmək, gəlmək,
aparmaq, g
ətirmək, dayanmaq, durmaq, qayıtmaq.
B
əzi istisnaları nəzərə almaqla deyə bilərik ki, həmin feillərin
m
əzmunları semantik arasıkəsilməzlik (tematik sıra) əmələ gətirir.
282
M
əsələn, iməkləmək, yerimək, yüyürmək, qaçmaq, yorğalamaq,
yortmaq feill
ərinin məzmunu eyni xarakterli olub, bir-birindən ifadə
olunan h
ərəkətlərin yeyinlik dərəcəsinə görə fərqlənir. Getmək və
g
əlmək feillərinin məzmunu “yerimək” məzmununa söykənib, öz
növb
əsində aparmaq və gətirmək feillərinin məzmunlarının
bazasını təşkil edir. Dayanmaq, durmaq və qayıtmaq feilləri,
aparmaq v
ə gətirmək feilləri istisna olmaqla, bütün o biri feillərin
ifad
ə etdikləri hərəkətlərin aradan qalxdığı şəraiti bildirir.
Üfüqi istiqam
ətdə hərəkət bildirən feillər arasında aşağıdakı
semantik münasib
ətlər özünü göstərir.
1
. Semantik yaxınlıq münasibəti. Həmin əlaqə növü
im
əkləmək, yerimək, yüyürmək kimi müxtəlif yeyinlik dərəcəsi
bildir
ən feillərə xasdır. Məsələn: Uşağın yeriyib-yüyürən çağıdır
(Dan.).
2. Semantik
əkslik münasibəti. Həmin əlaqə növü gəlmək və
getm
ək, gətirmək və aparmaq kimi eyni xarakterli, lakin müxtəlif
istiqam
ətli hərəkətləri bildirən feillərə xasdır. Məsələn: Qonaq gələr
qonşu kimi, Yenə gedər qonşu kimi (Məsəl). Mən gələndə gedirsən,
M
ən gedəndə gəlirsən (Rəsul Rza). Arşın gətir, bez apar, çuval
g
ətir, söz apar (Məsəl). Səni bulağa susuz aparıb, susuz gətirərəm
(İdiom). Boş aparmışdım, Dolu gətirdim (Tapmaca). Eşşəyi hər kəs
g
ətirmişdi, o da apardı (C.Məmmədquluzadə).
3. Semantik bağlılıq (asılılıq) münasibəti (gəlmək-gətirmək,
getm
ək-aparmaq). Həmin feillərdən birincilərin ifadə etdikləri
h
ərəkətlər ikincilərlə ifadə olunan hərəkətlərin baş verməsi üçün
əsas şərtdir. Ona görə də ikincilərin semantik izahı zamanı
birincil
ərin məzmununa isnad etmək olur: gətirmək-“gəlmək və
özünl
ə bir şey götürmək”; aparmaq-“getmək və özünlə bir şey
götürm
ək” . Həmin feillərin semantik bağlılığı müntəzəm xarakter
daşıyır. Məsələn: Xoş gəlmisən, səfa gətirmisən! (Nəzakət ifadəsi).
G
ələr-gətirər, gedər-aparar! (Məsəl). Gəlmişik, gətirmişik bir
əjdaha! (Əhməd bəy Cavanşir). O gələcək, mənə özü ilə sevinc və
f
ərəh gətirəcək (Dilbər xanım). At getdi, örkəni də apardı (Məsəl).
M
ən özüm də getdim və ev adamını da apardım
(C.M
əmmədquluzadə).
283
G
əlmək və gətirmək, getmək və aparmaq feillərinin
münasib
əti qeyd edilənlərlə bitmir. Gətirmək mənşə etibarı ilə
g
əlmək feilindən düzəlmiş təsirli feildir. N.Canaşia birincini
ikincinin h
əqiqi növü (действительный залог) hesab edir (2.43;
h
əmçinin 4.247). Deməliyik ki, müasir azərbaycanlı bu iki feili artıq
sözdüz
əltmə münasibətində götürmür. Onların sözdüzəltmə etibarı
il
ə təcrid olunmasının bir neçə səbəbi var. Birincisi, gətirmək
feilind
ə -l ünsürünün düşməsi. İkincisi, gətirmək feilinin aparmaq
feili il
ə semantik əkslik münasibətində olub, öz törədici əsasından
m
ənaca uzaqlaşması. Bir qədər sonra görəcəyimiz kimi, gətirmək və
aparmaq feill
əri arasında olan semantik bağlılıq ikinci feildən ötrü
d
ə təsirsiz qalmamışdır. Bu isə M.Pokrovskinin “oxşar formalar
eyni kateqoriyada birl
əşir və bundan sonra onların morfoloji taleyi
eyni olur” (3.19) müdd
əasını bir daha təsdiq edir.
Göst
ərilən feillər arasında müşahidə olunan semantik bağlılıq,
dem
ək olar ki, semantik universallıq kimi bir şeydir. Y.Apresyan
qeyd edir ki, yerim
ək feilindən “səbəbolma və subyekt” kimi
münt
əzəm şəkildə ifadə olunan mənaların köməyi ilə aparmaq
(nesti) “başqasının getməsinə səbəb olmaq və özü də getmək” feili
düz
əlir. Minib getmək (ехать) feilindən eyni məna əlavələri ilə
mindirib aparmaq
(везти) “başqasını mindirib aparmaq və özü də
minib getm
ək” feili düzəlir (1.72).
Aparmaq feili
alıb varmaq mürəkkəb ifadəsindən törəmişdir.
Bu, aşağıdakı linqvistik amillərin təsiri ilə mümkün olmuşdur.
Varmaq
feili işləkliyini itirərək, öz yerini getmək feilinə tərk
etmişdir. Getmək feili isə varmaq feilinə baxmış gəlmək feili ilə
daha a
rtıq fonomorfoloji ümumiliyə malikdir. Aparmaq öz törədici
əsası ilə semantik və sözüdüzəltmə əlaqəsini itirmiş, onunla getmək
feili arasında semantik, gətirmək feili arasında isə semantik əkslik
v
ə fonomorfoloji ümumilik əlaqələri meydana gəlmişdir.
Göst
ərilən semantik əlaqə yalnız bu iki feil cütü ilə
m
əhdudlaşmır. Azərbaycan dilində qayıtmaq-qaytarmaq, dönmək-
dönd
ərmək feil cütlərinin tərəfləri arasındakı semantik və
sözüdüz
əltmə münasibətləri də bunun eynidir. Bu da hələ hamısı
deyil. Axtarmaq,
əndərmək “tökmək”, göndərmək və qondarmaq
feill
əri də eyni yolla əmələ gəlmişlər, lakin onların törədici əsasları
284
dinin lüğət tərkibindən çıxdığı üçün onlar müstəqil məna kəsb
etmişlər.
4. Semantik b
ərəkslik münasibəti. Həmin əlaqə istiqamət
m
əzmunlu feillərlə dayanmaq, durmaq, qalmaq, dönmək, qayıtmaq
v
ə qaytarmaq sözləri arasında özünü göstərir. Bu feillərin semantik
əksliyi başqa semantik əkslik hallarından kəskin şəkildə fərqlənir.
Bunu
getm
ək-gəlmək və getmək-qayıtmaq feil cütlərinin
müqayis
əsindən görə bilərik. Getmək və gəlmək feilləri semantik
tutum etibarı ilə bir-birinin tam eynidir (“müəyyən xarakterli
h
ərəkət” + “istiqamət”). Bunlar yalnız ifadə olunan hərəkətlərin
istiqam
ətləri arasındakı fərqə görə bir-birindən fərqlənir. Getmək və
qayıtmaq feil cütündə isə vəziyyət başqa cürdür. Bunların semantik
münasib
əti yalnız istiqamət fərqinə əsaslanır. Ona görə də qayıtmaq
feili d
ə, o biri mənfi məzmunlu feillərdə də müxtəlif məzmunlu
feill
ərlə semantik bərəksiz münasibətində ola bilir. Məsələn: Mən
gedir
əm,o qalır. Mən gedirəm, o da gedir. Mən dururam, o da
durur (Tapmaca). Ged
ən gələr, soruşan qalar (Məsəl). Gedərsən,
yola sallam. Qalarsan
, qadan allam (Xalq mahnısı). Getmənəm,
yanında qallam (Aşıq Ələsgər). Qaçar, qaçar-rəqibini aldad.
Qayıdanda qoçaq olur, əfəndim (“Koroğlu”). Gedər, gedər-qayıdır.
Getdiyin yola fikir ver, b
əlkə, qayıtdın (Məsəl). Yar getdi,
qayıtmadı (Bayatı). Bir su ki axıb getdi, Bir də çeşməyə dönməz.
Tazısız ova gedən Dovşansız evə dönər (Məsəl).
Şaquli istiqamətdə hərəkət bildirən feillər
Bir qisim feill
ər subyekt və obyektlərin şaquli istiqamətdə
h
ərəkətlərini bildirir. Bunların iki sinfi var: 1. Aşağıdan-yuxarıya
yön
əlmiş hərəkət bildirənlər (atılmaq, atlanmaq, qalxmaq,
qaldırmaq, çıxmaq, minmək). 2. Yuxarıdan-aşağıya yönəlmiş
h
ərəkət bildirənlər (düşmək, düşürmək, enmək, endirmək, saldırmaq,
salmaq, tökm
ək, tökülmək, tökdürmək, çökmək, çökürtmək,
çökdürm
ək). Həmin feillər ifadə etdikləri ümumi istiqamətə görə
bir-birin
ə uyğun gəlsələr də, subyekt və obyekt mənsubiyyətinə
gör
ə bir-birindən fərqlənir (məsələn. müq. et: ata minmək, ağaca
çıxmaq və s.).
285
Şaquli istiqamətdə hərəkət bildirən sözlər arasında aşağıdakı
semantik münasib
ətlər müşahidə olunur.
1. Semantik yaxınlıq münasibəti. Həmin semantik əlaqə
t
əsirlilik və təsirsizlik əlamətinə görə bir-birinə mütabiq gəlib,
eynixarakterli h
ərəkətləri ifadə edən feillər arasında özünü göstərir.
M
əsələn: atılmaq (tullanmaq, hoppanmaq, hoppulmaq); atlanmaq
(minm
ək); qalxmaq (çıxmaq); qaldırmaq (qalxızmaq); endirmək
(düşürmək) və s.
2. Semantik
əkslik münasibəti. Şaquli istiqamətdə hərəkət
bildir
ən feillər müxtəlif əsaslara görə semantik əkslik münasibət-
l
ərinə girə bilir. Müvafiq hərəkətləri başvermə şəraiti, subyekt və
obyekt m
ənsubiyyəti və s. görə təsnif etmək mümkündür.
A. Qeyri-icbari (s
ərbəst olaraq) yuxarı və aşağı yönəlmiş
h
ərəkətləri ifadə edən feillərin əksmənalılığı . Məsələn: Atılıb-düşər,
susuz bişər. Atıldı, düşdü çaya. (Tapmaca). Atılıb-düşür, Tamahım
düşür (Uşaq mahnısı). [Zəlzələ] tullama olanda tullanıb-düşür
(H.Z
ərdabi). Hoppanar-düşər. Qalxdım təpəyə, düşdüm küpəyə
(Tapmaca). Ür
ək sıxılıb qanı bunların içinə tökəndə o damarlar
qalxır, sonra qan axıb gedəndə yenə düşür (H.Zərdabi). Atlananda
b
əy oğlu, Düşəndə yüzbaşıdı (Bayatı). İgid odur, atdan düşə, atlana
(M
əsəl). Ata minər-səslənməz, Yerə düşər-paslanmaz (Tapmaca).
Eşşəyə minmək-bir ayıb, düşmək-iki ayıb (Məsəl). Kim isə minir,
kim is
ə düşür (Rəsul Rza). Necə ki qalxmışdı, o növ də enib söndü
(Ə.Haqverdiyev). Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək
(Müşfiq). Kəblə Tağı da yavaşca durduğu yerdə çökürdü dizi üstə
v
ə birisi durub gedəndə Kəblə Tağı da dik qalxırdı ayaq üstə
(C.M
əmmədquluzadə). Çıxdım təpəyə, Düşdüm küpəyə. Dik
çıxanda ildırım, Dik enəndə digirqoz (Tapmaca). Dağa çıxmaq
ç
ətin, Dağdan düşmək (enmək) asan (Məsəl). Qeyri vaxtlarda gün ya
M
əşriqdən qiblə tərəfə doğur və habelə Məğribdən qiblə tərəf və ya
şimal tərəfə batır (H.Zərdabi). Ay doğar, batmaz gecə (Bayatı).
B
əzi feillər eyniistiqamətli hərəkətləri bildirsə də, onların
ardıcıllığı yuxarıdakıların əksinədir. Məsələn: Qızıl öküz yatdı,
qalxmadı. Quruda yatsa, qalxmaz (Tapmaca). Yatıb inildəyir, durub
boylanır (Aşıq Ələsgər). Yatıram-yanım ağrır, Dururam-canım ağrır
286
(Bayatı). Qızıl öküz yatar, durmaz. Biri yatar-durmaz (Tapmaca).
Uçurumları gözəlcə endik, düz yola çıxdıq (C.Məmmədquluzadə).
Müvafiq feill
ərin bir qismi qapalı məkan içərisində baş verən
əksistiqamətli hərəkətləri bildirir. Belə feillərin semantik əlaqəsi
daxilolma bildir
ən feillərin birinci, xaricolma bildirən feillərin
ikinci yerd
ə gəlməsini tələb edir. Məsələn: Dama girər – aləmi
g
əzər, damdan çıxar – bir yerdə durar. Suya girər-bir olar, Sudan
çıxar-min olar. Burdan girər, Ordan çıxar (Tapmaca). Məscidə
girib-
çıxmaq mümkün olmur (C.Məmmədquluzadə). Suya düşər-
açılar, Sudan çıxar-yığılar (Tapmaca). [Quru yer ilanları] suya
düşəndə [...] tez üzüb kənara çıxırlar (H.Zərdabi). Burdan batar,
Ordan
çıxar (Tapmaca). Harda suya batıb-çıxa bilərsən?
(Ü.Hacıbəyov).
B. İcbari şəkildə şaquli istiqamətdə baş verən hərəkətləri ifadə
ed
ən feillərin əksmənalılığı. Belə feillərin əksəri indicə nəzərdən
keçiril
ən feillərin təsirli formalarıdır. Məsələn: Hoha var-dağa
mindir
ər, hoha var-dağdan yendirər. Kimisini qantarğaya mindirir,
kimisini qantarğadan yendirir (Məsəl). Tatarını qaldırdı göyə,
amma yendirm
ədi. Adamların [biri] məni qalxızdı divarın üstünə.
Dadaşım [...] yendirdi o tərəfə [Xudayar bəy dəyənəyini] nə vaxt
kefi ist
əyir qaldırır, nə vaxt kefi istəyir yendirir
(C.M
əmmədquluzadə). Müşfiq şeir oxuyarkən əlini şeirin ahənginə
uyğun olaraq qaldırıb-endirirdi (Dilbər xanım). Həmin semantik
əlaqə biri və ya hər ikisi sadə olan (törəmə olmayan) sözlər arasında
da özünü göst
ərir. Məsələn: Alıbəy, Alıbəy, dovşana bax, dovşana!
Qulaqların qaldırır – qoyur, qaldırır – qoyur! (Uşaq mahnısı). Yun
üstünd
ə iki tas Birin qaldır, birin bas (Tapmaca). At yorğalıyanda
h
ər tərəfinin iki ayağını birdən qalxızıb, birdən qoyar (“Əkinçi”).
Onların hər birinə qeyri ox qayırıblar ki, onların hərəsini əlahiddə
qalxızmaq və salmaq olsun. [Kağızı] bir az yuxarı qalxızıb, yenə
aşağı sallam. Belədə bir dağı götürüb, o biri dağın üstünə qoymaq
olar (H.Z
ərdabi). Soyxanı kim götürübsə, o da yerinə qoymalıdır
(Dan.). S
əni daş qoyub, qızıl götürəsən (Alqış). Əlimizin birisini
isti suya
salıb, bir az saxlayıb, çıxarıb ikisini də birdən isti suya
salsaq... (H.Z
ərdabi). Mənim əllərim isti sudan soyuğa, soyuqdan-
istiy
ə çıxarıb-salmaqdan belə olub (Dan.).
287
B. T
əsirli və təsirsiz feillər arasında konversiv əkslik
münasib
əti (qaldırmaq-qalxmaq, qalxızmaq-qalxmaq, endirmək-
enm
ək, sal(la)maq-düşmək və s.). Məsələn: [Adam] suya bir daş
atsa, gör
ər ki, daş düşən yerin kənarları qalxdı və onun belə qalxıb-
düşməsi suyun ondan kənar olan hissələrini də qalxızıb-düşürdü
(H.Z
ərdabi). Sən saldın, o da düşdü-öz-özünə düşmədi ki!
(Danışıq).
Şaquli istiqamətli hərəkət bildirən feillərin müxtəlif söz
cütl
ərində yer tutmasının izaha ehtiyacı var. Bunun semantik
əhəmiyyətini üzə çıxarmaq üçün müvafiq müştərək ünsürlü feil
cütl
ərini müqayisəli şəkildə nəzərdən keçirək.
I
II
doğmaq-batmaq (Gün, Ay)
batmaq-
çıxmaq (su)
çıxmaq-düşmək (dağ, ağac)
girm
ək-çıxmaq (su, ev)
minm
ək-enmək (at)
düşmək-çıxmaq (quyu)
qalxmaq-
düşmək (dağ)
enm
ək-çıxmaq (quyu)
qalxmaq-enm
ək (dağ)
enm
ək-çıxmaq (quyu)
Bel
ə çıxır ki, eyni feilin söz cütündə birinci və yaxud ikinci
yerd
ə işlənməsinin inikas əhəmiyyəti var.
Eyni feilin müxt
əlif söz cütlərində birinci yoxuşa ikinci yerdə
işlənməsi faktını müvafiq hərəkətlərin açıq, yoxsa qapalı məkanda
baş verməsi ilə izah etmək olar. İndi isə mümkün olan yerlərdə
h
əmin feilləri onların semantik-sözdüzəltmə törəmələri ilə əvəz
ed
ək:
İ
II
çıxartmaq-düşürtmək (salmaq)
salmaq-
çıxartmaq
mindirm
ək-düşürmək (salmaq)
salmaq-
çıxartmaq
qaldırmaq-düşürmək (salmaq)
salmaq-
çıxartmaq
qaldırmaq-endirmək (salmaq)
salmaq-
çıxartmaq
salmaq-
çıxartmaq
Bel
ə bir əvəzetmə maraqlı müşahidələr aparmağa imkan verir.
Onun say
əsində 1 sütunda, ikinci yerdəki sözlərin törəmə olmayan
sinoniml
əri meydana çıxır. II sütunda feillərin məhz həmin
sözl
ərdən başlanan qoşalaşması (ardıcıllığı) daha artıq məqbul
288
görünür. M
əsələn, müq. et: (ağaca) çıxartmaq-(ağacdan) salmaq və
(cib
ə) salmaq-(cibdən) çıxartmaq.
H
ər iki halda eyni feil müxtəlif yerlərdə ayrı-ayrı
ekstralinqvistik v
əziyyətləri ifadə edir. Həmin ifadə fərqlərini
aşağıdakı sxemdən görmək olar.
I
II
III
IV
V
doğmaq
çıxmaq
minm
ək
batmaq
düşmək
üşmək
batmaq
çıxmaq
çıxmaq
çıxmaq
düşmək
batmaq
düşmək
düşmək
Göst
ərilən nümunələrdən yalnız III sütundakı feillər məkanı
münasib
ətləri tutuşdurmaq üçün ideal imkan verir. Hər iki halda
çıxmaq yuxarıya, düşmək aşağıya yönəlmiş hərəkəti bildirir. Həmin
h
ərəkətlər müxtəlif məkanı şəraitlərə aid olsalar da, hər iki vəziyyət
arasında ifadə baxımından izomorfizm var. I və II sütunlardakı
feill
ərin nisbəti də buna oxşayır, lakin bu oxşarlıq ötəridir. Müvafiq
h
ərəkətlərin müxtəlif obyektlərə aid olmasından əlavə, çıxmaq və
doğmaq feilləri arasında izomorfizm yoxdur. Onlar ayrı-ayrı
h
ərəkətləri ifadə edir, ona görə də burada bir yox, iki feil lazım
g
əlmişdir. IV sütundakı feil cütünün qapalı, V sütundakı feil
cütününs
ə açıq məkanla bağlı olan qarşılığı yoxdur.
Mübadil
ə və oyun bildirən feillər
Mübadil
ə və oyun bildirən feillər iki tərəf arasında baş verən
h
ərəkətləri ifadə edir: bağışlamaq-qəbul etmək, vermək-almaq,
satmaq-almaq, uduzmaq-udmaq (aparmaq).
İndiyə qədər haqqında
danışılan feillər içərisində də belələri az deyil ( ərə getmək – arvad
almaq, mindirm
ək – minmək və s.), lakin mübadilə və oyun bildirən
feill
ər başqa feillərdən onunla fərqlənir ki, bunlar məxsusi
subyektl
ərlə yanaşı, müştərək obyektlərə də malik olur.
Mübadil
ə və oyun bildirən feillər ifadə etdikləri hərəkətlərin
xarakterin
ə görə bir-birindən fərqlənir, özü də məhz eynixarakterli
h
ərəkətləri ifadə edən feillər bir-biri ilə semantik əlaqəyə girir.
289
Mübadil
ə və oyun bildirən feillər aşağıdakı əsaslara görə semantik
münasib
ətdə olur. Birincisi, tərəflərin hərəkətini xarakterizə
etdikl
ərinə görə. İkincisi, ifadə olunan hərəkətlərin müəyyənliyinə
gör
ə. Birinci meyar qarşılıqlı-şərikli fəaliyyətdə prioritet (ilkinlik)
şərti ilə bağlıdır. Həmin meyara əsasən müvafiq feillər birinci yaxud
ikinci t
ərəfə aid olan hərəkəti bildirir. Lakin göstərilən hərəkətlər və
feill
ərin əsas xüsusiyyəti məhz ondan ibarətdir ki, onlar özü-
özlüyünd
ə deyil, müqabil tərəfə nisbətdə müəyyən əhəmiyyət kəsb
edir. Burasını da qeyd etmək lazımdır ki, tərəflərdən hansınasa
m
ənsub olma həmin feillərin semantik əlaqələrini səciyyələndirmək
üçün kifay
ət deyil. Mübadilə və oyun feillərinin semantik
münasib
ətləri aşağıdakı əsaslara söykənir.
1. “Bağışlama” və “qəbuletmə” əlamətlərinin qarşılığına.
H
əmin semantik əlaqə bağışlamaq və qəbul etmək (eləmək)
feill
ərinə xasdır.
2. T
ərəflərdən birindən o birinə tək obyektin ötürülməsi ilə
bağlı olan hərəkətlərin qarşılığına (vermək-almaq/götürmək).
M
əsələn: Laçın balasın verməz, Bəlkə, zornan alalar! Al dinsizdən,
Ver dinsiz
ə. Almağa necəsən? Bir alıcı quş kimi! Verməyə necəsən?
Başına söz qəhətdi?! (Məsəl). Verdim, al! (Ü.Hacıbəyov).
3. Əvəzli mübadilə (dəyişmə) ilə bağlı olan hərəkətlərin
qarşılığına (satmaq-almaq). Məsələn: Alan alıb varlanıb, Satan
satıb aldanıb. Dünyada hər şey satılıb-alınar, namusdan başqa!
(M
əsəl).
4. M
ərcə yaxud oyunun şərtinə görə mübadilə ilə bağlı olan
h
ərəkətlərin qarşılığına (uduzmaq-udmaq/aparmaq). Məsələn: Alan
apardı, Satan uduzdu (Məsəl). Kim udub, kim uduzacaqdır?
(Ruhulla Axundov). El
ə bəyzadələrimiz var ki, bir oturuma [...] 100
manat
udub-uduzar
(N.V
əzirov). Udmusan, uduzmusan?
(Ü.Hacıbəyov).
H
əmin feillər subyekt və obyekt mənsubiyyətinə, sözdüzəltmə
əlaqəsinə görə də semantik münasibətdə ola bilir. Birinciyə satmaq
v
ə satılmaq, ikinciyə isə udmaq və uduzmaq feillərinin münasibəti
misal ola bil
ər.
Qazanc, itki, axtarış və tapıntı ilə bağlı olan feillər. Bunlar
bir-biri il
ə bağlı olan hərəkətləri bildirir: qazanmaq, qazanılmaq,
290
x
ərcləmək, xərclənmək, itmək, itirmək, itirilmək, axtarmaq,
axtarılmaq, aramaq, gəzmək, tapmaq, tapılmaq. Əvvəldən iki feil
istisna olmaq şərti ilə, həmin tematik sıradakı qalan feillərin
m
əzmunları semantik ardıcıllıq kimi təsəvvür edilə bilər. Verilən
nümun
ələrdən göründüyü kimi, eyni hərəkət subyektə aidiyyət
baxımından iki, üç cür ifadə oluna bilir(müq. et.:
itirm
ək/itirilmək/itmək).
H
əmin feillər arasında semantik yaxınlıq, semantik ardıcıllıq
v
ə semantik əkslik münasibətləri özünü göstərir. Birinciyə aramaq,
axtarmaq v
ə gəzmək; ikinciyə itirmək və itmək axtarmaq, və
axtarılmaq feillərinin münasibəti misal ola bilər.
H
əmin feillər arasında semantik ardıcıllıq münasibəti o
hallarda özünü göst
ərir ki, onların ifadə etdiyi hərəkətlərdən birinin
baş verməsi o birisini də doğursun ( itmək və axtarmaq; itirmək və
aramaq, axtarmaq, g
əzmək). Məsələn: İtib, axtaranı yoxdur. On il
g
əzdim, Bir gün tapdım. Aldığın verməyən aradığın tapmaz
(M
əsəl). İtirəsən qəbrimi, Gəzəsən yüz məzarı! Bir maral itirmişəm.
G
əzirəm güman yerdən. Vəfalı yarım olsa, Axtarıb tapar məni.
Axtardım, tapammadım (Bayatı). Mən də axtararam, özümə bir
göz
əl qız taparam. Axtarıb tapdım səni! (Ü.Hacıbəyov).
Semantik
əkslik münasibəti aşağıdakı əlamətlərin qarşılığına
əsaslanır.
1. “Əldəetmə” və (iradi yaxud qeyri-iradi) “əldənçıxarma”
h
ərəkətlərinin qarşılığına ( qazanmaq-xərcləmək/itirmək). Məsələn:
Pulu
əjdaha kimi qazanır, yezid kimi xərcləyir. Dostu qazanmaq
ç
ətindir, itirmək asan (Məsəl). Ağbulaqdan şəhərə gedənlər nə
qazanıblar, kənddə qalsa idilər, nə itirərdilər?! (Pənah Xəlilov).
2. “S
əbəbolma” və “nəticələnmə” əlamətlərinə uyğun gələn
h
ərəkətlərin qarşılığına ( itirmək-itmək, axtarmaq-axtarılmaq;
tapmaq-
tapılmaq). Məsələn: Sən itirmisən-itib, öz-özünə itməyib
ki! (Dan.). B
əziləri yerini itirib, bəziləri özləri itib (H.Zərdabi).
3. Bir-
birini aradan qaldırmağa yönəlmiş hərəkətlərin
qarşılığına ( itirmək-axtarmaq/tapmaq, itmək-tapılmaq). Məsələn:
Eşşək itmişdi, ancaq tapıldı (Dan.). - Balta tapdım! - Neynədin? -
Tapdım da, itirdim də! Dəliynən tapmaqdan ağıllıynan itirmək
yaxşıdır (Məsəl). Qaşqa inəyi bugün itirdim, üç aya tapdım
291
(Tapmaca). O, papağını itirir, tapmaq üçün bütün aləmi axtarır
(Dilb
ər xanım). Nə itirmisən, nə axtarırsan?! (İdiom). Səni çayaşağı
itirim,
çayyuxarı axtarım (Qarğış).
Temperatur d
əyişikliyi bildirən feillər
Temperatur d
əyişikliyi bildirən feillər “isti” və “soyuq”
anlayışları ilə əlaqədar olaraq iki sinif əmələ gətirir. 1. İstilik
bildir
ənlər (isitmək, isinmək, istiləmək; qızdırmaq, qızmaq,
qızınmaq, qızışmaq, ərimək, ərinmək). 2. Soyuqluq bildirənlər
(soyutmaq, soyumaq, soyuqlamaq, s
ərinləmək, üşütmək, üşümək,
dondurmaq, donmaq). B
əzi feillər aralıq (ilıq) temperaturla bağlıdır:
ilitm
ək, ilinmək (dan.).
Temperatur d
əyişikliyi ilə bağlı olan feillər aşağıdakı
semantik
əlaqələrdə olur.
1. Konversiv
əkslik münasibəti. Həmin semantik əlaqə
mü
əyyən hərarət halına nail olmağa cəhdetmə və həmin hala düşmə
il
ə bağlı olan hərəkətlərin qarşılığına əsaslanıb, eyni feilin təsirli və
t
əsirsiz formaları arasında özünü göstərir (isit-isin, üşüt-üşü, qızdır-
qız(ın), soyut-soyu, ərit-əri, dondur-don, ilit-ilin).
2. “İstilik” və “soyuqluq” anlayışlarına uyğun gələn halları
ifad
ə edən feillərin semantik əksliyi (sərinləmək-istiləmək,
isinm
ək/qızınmaq – soyumaq, qızdırmaq – soyuqlamaq, qızınmaq –
s
ərinləmək, qızdırmaq – soyuqlamaq). Məsələn: Qışın soyuğunda
harada
qızına bilərsən? Yayınn istisində harada sərinləyə bilərsən?
(Ü.Hacıbəyov). Quru yer tez qızar və tez də soyuyar. Amma su gec
qızar və gec də soyuyar (H.Zərdabi).
3. Mü
əyyən temperatura uyğun maddə halının dəyişməsini
bildir
ən feillərin əksliyi (donmaq - ərimək/donu açılmaq,
dondurmaq -
əritmək). Məsələn: Yayda donar, qışda əriyər. Oda
qoyanda
əriyər, suya qoyanda donar (Tapmaca). Səhər tezdən
qanadlarım dondu [Günorta] qanadlarımın donu açıldı (“Həzrət
Süleymanla Bilqeys”
əfsanəsi).
4. Temperaturla bağlı olan halların konversiv-kontrar əksliyi
(soyumaq-isitm
ək/qızdırmaq, qızmaq-soyutmaq, ərimək-dondurmaq,
292
donmaq-
əritmək). Məsələn: Çay soyuyub, qızdır (Dan.). Zamanın
könlü soyudusa, könül evini
qızdır (Qətran).
H
əmin məna münasibətlərinin əksəri yanma ilə bağlı olan
feill
ərə də xasdır.
Dostları ilə paylaş: |