Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix21.01.2017
ölçüsü1,41 Mb.
#6044
1   ...   7   8   9   10   11   12   13   14   15

mezakson, ya akson çözü (müsariqəsi) deyilir. Beləliklə, mezakson (mesaxon) ikiqat sistolemmadan 

əmələ  gələrək bayır ucunda lemmositin xarici səthinə keçir, içəridə isə ox silindri əhatə edir. 

Mezaksonun, sitolemmanın iki qat büküşü olduğuna baxmayaraq işıq mikroskopunda o görünmür, çünki 

sitolemma submikroskopik qalınlığa malikdir. Nəticədə lemmositlərin sitoplazmatik uzantısı olan 

mielinsiz sinir lifinin qişası homogen zolaq kimi müəyyən edilir. Sinir lifi xaricdən əsas və ya bazal zarla 

örtülmüşdür. Poliaksial mielinsiz sinir lifində hər bir lemmositin içərisinə doğru bir neçə ox silindr basılır 

və  nəticədə onların miqdarı  qədər mezakson əmələ  gəlir. Belə mielinsiz sinir lifləri kabel tipli liflər 

adlanır.  

Ali onurğalılarda lemmositlər birnüvəlidir, onların sitoplazmasında dənəli sitoplazmatik tor və 

lövhəli kompleks yaxşı  nəzərə çarpır, çoxlu mitoxondrilər vardır. Bu orqanellərin mövcudluğu həmin 

hüceyrələrin yüksək metabolik fəallığa malik olmasını göstərir. Mielinsiz sinir lifləri vegetativ sinir 

sistemi üçün daha xarakterdir. Bu lifləri ilk dəfə 1838-ci ildə Remak müşahidə etmişdir və buna görə 

həmin liflər əvvəllər Remak lifləri də adlanırdı. Uşaqlarda erkən yaşlarda mielinsiz sinir liflərinin miqdarı 

çox olur, bunlara hətta animal sinir sistemində  də  təsadüf olunur. Yaşa dolduqca həmin liflər tədricən 

mielinləşmə prosesinə məruz qalır. 

 

Mielinli sinir lifləri (neurofibra myelinata

 

Ali onurğalılarda sinir liflərinin  əksəriyyəti mielinli sinir lifləridir. Animal və vegetativ sinirlərin 

xeyli qismi mielinli sinir liflərindən təşkil olunmuşdur. 

Mielinli sinir lifi daha mürəkkəb quruluşa malikdir. Burada da lifin əsasını ox silindr təşkil edir, 

lakin onun üzəri xaricdən yalnız nevrilemma ilə deyil, həm də mielin qatı  (stratum  myelini) ilə 

örtülmüşdür [1, s. 163-165, şək. 17.15-17.18]. Mielin qatı vasitəsilə ox silindri örtülür, nevrilemma isə 

mielini xaricdən əhatə edir. Mielinli sinir lifləri daha yoğun olur, bunların diametri çox vaxt 1-15 mikron 

arasında tərəddüd edir. Yoğunluğundan asılı olaraq mielinli sinir liflərini nazik (diametri1-3 mikron) , 

orta (diametri3,1-5 mikron) , yoğğun (diametri 5,1-10 mikron) və çox yoğun (diametri 10 mikrondan çox 

olanlar) liflərə bölürlər. Lifin yoğunluğu bir tərəfdən ox silindrin özünün nisbətən yoğun olması, digər 

tərəfdən isə mielin qatının qalınlığı hesabınadır. 

Mielinli sinir lifləri mielinsiz sinir liflərinə nisbətən yüksək diferensiasiya etmişdir, sinir impulsunu 

daha sürətlə ötürür. Lakin ayrı-ayrı mielinli sinir liflərinin impulsu ötürmə sürəti eyni deyildir. Müəyyən 

edilmişdir ki, yoğun mielinli sinir lifləri impulsu böyük sürətlə (5-120 metr/san) , nazik liflər isə nisbətən 

kiçik sürətlə (1-2 metr/san) ötürür. İnkişaf prosesində mielinli sinir lifləri mielinsiz sinir liflərindən sonra 

meydana çıxır. Buna görə  də kiçik uşaqlarda mielinli sinir liflərinin miqdarı az olur və yaşa dolduqca 

mielinsiz liflərin mielinləşməsi hesabına onların miqdarı artır. 

Mielinli sinir lifləri həmişə monoaksial olur, belə ki, bu liflərdə bir ox silindr olur. Mielin qatının 

əmələ gəlməsi mezaksonun getdikcə uzanması ilə əlaqədardır. Mezakson uzandıqca ox silindrin ətrafında 

dolanır və  nəticədə onun üzərində konsentrik lövhələr  əmələ  gətirir [1, s. 164, şək. 17.17]. Ox silindr 

ətrafında mezakson hər dəfə dolandıqca bir konsentrik lövhə meydana çıxır, getdikcə lövhələrin miqdarı 

artır və onlar ox silindr ətrafında sıx qat əmələ gətirir ki, buna da mielin qatı deyilir. Beləliklə, mielin qatı 

mezakson hesabına  əmələ  gəlir, mezakson isə sitolemmanın iki qatlı törəməsi olduğu üçün mielinin 

kimyəvi tərkibi sitolemmanın tərkibi ilə eynidir. Lakin burada lipid və zülal molekulları qatlarının sayı 

daha da artır. Elektron mikroskopu vasitəsilə sitolemmanın xarici və daxili tünd zülal molekulları qatları 


 

67

və onların arasında yerləşən açıq rəngli lipid molekulları qatlarından ibarət olması  aşkarlanmışdır. 



Mezaksonda isə sitolemma büküş  şəklində olduğundan onların xarici zülal molekulları qatı bir-biri ilə 

birləşir və nəticədə mezaksonun mərkəzində zülal molekullarının tünd rəngli, qalın iki qatı əmələ gəlir. 

Qalın mərkəzi zülal qatının hər tərəfində isə  əvvəlcə açıq rəngli lipidlər qatı, sonra isə zülal 

molekullarının tünd rəngli nazik bir qatı yerləşir. Mielin qatının hər lövhəsi mezakson olduğundan həmin 

lövhənin quruluşu yuxarıda qeyd olunmuş şəkildə görünür. Beləliklə, elektron mikroskopunda mielin qatı 

bir-birinin üzərini örtən tünd və açıq rəngli konsentrik laylar kimi nəzərə çarpır. Osmium turşusunun 

iştirakı ilə hazırlanmış preparatlarda mielin qatı lipoproteinlərdən təşkil olunmuş adi hüceyrə qişası kimi 

tünd boyanır. Nevrilemma, ya Şvan qisası mielinli liflərin xarici qatını  təşkil edir və bu, lemmositlərin 

sitoplazmasından və nüvələrindən əmələ gəldiyi üçün osmium turşusu ilə hazırlanmış preparatlarda açıq 

görünür.  İşıq mikroskopunda xüsusi metodla hazırlanmış mielinli sinir lifi tünd rəngli uzun silindrə 

bənzəyir və onun mərkəzi ox silindrə müvafiq olaraq açıq rəngdə görünür [1, s. 163, şək. 17.14]. Belə 

preparatda mielinli sinir lifi müəyyən məsafələrdən sonra birdən-birə xeyli nazikləşir; bu yerlərə düyün 



boğazı ya daralması (isthmus nodi) deyilir. Əvvəllər bu nahiyələr Ranvye daralmaları adlanırdı. Düyün 

boğazı lemmositlərin hüdudlarına müvafiqdir. Sinir lifinin iki düyün boğazı arasında qalan hissəsi bir 

lemmositin uzunluğuna müvafiq gələrək  düyünarası seqment  (seqmentum internodale) ya mielin 

seqmenti adlanır. Hər düyünarası seqmentin müəyyən yerlərində  çəp istiqamətdə gedən açıq rəngli 

yarıqlar görünür, bunlara mielin çərtikləri  (incisio myelini) deyilir. Əvvəllər bunlar Şmidt-Lanterman 

çərtikləri adlanırdı. Elektron mikroskopu vasitəsi ilə aparılan tədqiqatlar düyün boğazı və mielin çərtikləri 

haqqında mövcud təsəvvürləri daha da genişləndirdi. Müəyyən edildi ki, boğaz nahiyəsində mielin 

lövhələrinin hamısının kənarları bilavasitə ox silindrə  təmas edir. Bunun səbəbi odur ki, mielinləşmə 

prosesi zamanı yeni mielin lövhələri əmələ gəldikcə ox silindr və lemmositlər böyümə ilə əlaqədar olaraq 

uzanır və beləliklə  də, yeni lövhənin ox silindrə bitişən yeri əvvəlkindən bir qədər aralı olur. Nəticədə 

boğaz nahiyəsində  ən dərində yerləşən lövhələrin kənarları bir-birindən səthdə yerləşən lövhələrin 

kənarlarına nisbətən daha aralı olur. Belə ki, ox silindrə bilavasitə  təmas edən dərin lövhələr  ən qısa 

lövhələrdir. Boğaz nahiyyəsində iki qonşu lemositlər barmağabənzər çıxıntılar  əmələ  gətirir. Bunların 

uzunluğu müxtəlif olur, diametri isə  təxminən 50 nm təşkil edir. Bu çıxıntılar bir-birinə hörülərək ox 

silindr ətrafında yaxa şəkilini alır və buna boğaz yaxası (focale isthmi) deyilir. Yoğun mielin liflərində 

düyün boğazı qısa olduğu üçün yaxa qalın olur, nazik liflərdə isə əksinə yaxa nazik, boğaz isə uzun olur. 

Sonuncu halda ox silindrin xarici təsirlərə daha çox məruz qala bilməsi ehtimal olunur. 

Mielin çərtikləri nahiyəsində mielin lövhələri arasındakı sahə genişdir və  həmin genişliklərdə 

sitoplazmanın miqdarı çoxdur. Osmium turşusu ilə hazırlanmış preparatda, təbiidir ki, sitoplazma 

nahiyələri pis boyandığından açıq rəngdə qalır və  işıq mikroskopunda bunlar çərtiklər kimi görünür.  

Mielinli sinir lifləri də xaricdən əsasən zar ilə örtülür. Bu zarı təşkil edən sıx nazik kollagen saplar lifin 

boyu istiqamətdə gedərək düyün boyunca kəsilmir. 

Mielinli sinir lifinin əsasını ox silindr təşkil edir. Ox silindr isə neyroplazmadan (aksoplazmadan və 

ya dendroplazmadan) və sitolemmanın davamı olan aksolemmadan ibarətdir. Aksoplazmada və 

dendroplazmada neyrofilamentlər və neyroborucuqlar (işıq mikroskopunda isə neyrofibrillər) bir-birinə 

paralel və lif boyunca istiqamətdə yerləşir. Neyroplazmada həmçinin mitoxondrilər, dənəli sitoplazmatik 

zarlar və ribosomlar vardır. Düyün boğazları  və sinir ucları nahiyələrində mitoxondrilər daha çox olur. 

Aksolemma sinir impulsunun daşınmasında mühüm əhəmiyyətə malikdir. Belə ki, Na

+

 ionları ox silindrə 



keçərək aksolemmanın daxili səthində elektrik yükünü müsbətləşdirir, bu da K

+

 ionlarını onun xarici 



səthinə çıxararaq yerli depolyarizasiyaya səbəb olur. Bu isə sinir impulsunun daşınmasını təmin edir. 

 

Sinir ucları (terminationes nervorum

 

Sinir liflərinin uclarında olan müxtəlif quruluşa və formaya malik aparatlara sinir ucları deyilir. 

Bunlar üç qrupa bölünür: hissi sinir ucları, hərəki sinir ucları və sinaptik sinir ucları. Hissi və hərəki sinir 

ucları sinir toxuma rabitələrini, sinaptik sinir ucları isə neyronarası rabitələri təmin edir. Birinci halda 

sinir ucları digər toxumalarla, yəni epitel, birləşdirici və  əzələ toxumaları ilə rabitə yaradır. Epitel və 

birləşdirici toxumada olan sinir ucları əsas etibarı ilə hissi sinir uclarıdır, bunlar müxtəlif qıcıqları qəbul 

edir və onları sinir impulsuna çevirir. Buna görə həmin sinir ucları reseptorlar da adlanır. Hissi sinir ucları 

impulsu mərkəzi sinir sisteminə doğru aparan afferent sinir lifləri ilə bilavasitə rabitədədir və çox vaxt 



 

68

afferent sinir ucları da adlanır.  Əlavə etmək lazımdır ki, afferent sinir ucları orqanizmin bütün 

toxumalarında təsadüf olunur. Hərəki sinir ucları başlıca olaraq əzələ toxuması ilə rabitədədir və sinir 

impulsunu həmin toxumaya ötürür. Bu sinir uclarına  effektor sinir ucları da deyilir. Qeyd etmək 

lazımdır ki, effektor sinir ucları, həmçinin, vəzi epiteli ilə rabitədə ola bilər. 

 

Hissi sinir ucları 

 

Hissi, və ya afferent sinir ucları, ya da reseptorlar orqanizmdə çox geniş yayılmışdır, belə ki, bu 

sinir ucları orqanizmin bütün sistem və orqanlarında, o cümlədən bütün toxumalarda təsadüf olunur. 

Lakin bədənin ayrı-ayrı yerlərində olan hissi sinir ucları çox müxtəlif olur. Bu sinir uclarınin başlıca 

quruluş xüsusiyyəti ondadır ki, bunlar sinir hüceyrəsinin dendritləri ilə rabitədədir. Hissi sinir ucları bir-

birindən nəinki topoqrafik cəhətdən, hətta morfoloji və funksional cəhətdən də  fərqlənir və prinsiplərə 

əsasən hissi sinir ucları təsnif olunur. 

Topoqrafik cəhətcə eksteroreseptor və interoreseptor sinir ucları ayırd edilir. Ekstreroreseptor sinir 

ucları orqanizmin xarici örtükləri və duyğu orqanları ilə rabitədə olub qıcıqları orqanizmi əhatə edən 

xarici mühitdən qəbul edir. İnteroreseptor sinir ucları daxili orqanlarda, habelə orqanizmin divarlarında və 

ətraflarda olan əzələlərdə, vətərlərdə, sümüklərdə, oynaqlarda və s. yerləşirərək qıcıqları orqanizmin 

daxili mühitindən qəbul edir. Daxili orqanlarda olan reseptorlar əsl interoreseptorlardır, digər yerlərdə 

olan interoreseptorlar isə  proprioreseptorlar adlanır. Reseptorların funksional təsnifatı onların qəbul 

etdiyi qıcıqların spesifikliyinə əsaslanır. Bu cəhətdən mexanoreseptorlar, yəni mexaniki qıcıqları (təmas, 

təzyiq, ağrı,vibrasiya və s.) qəbul edən reseptorlar, temperatur (istilik və soyuqluq) qıcıqlarını qəbul edən 

termoreseptorlar, kimyəvi qıcıqları  qəbul edən xemoreseptorlar, işıq qıcıqlarını  qəbul edən 

fotoreseptorlar, səs qıcıqlarını qəbul edən fonoreseptorlar və s. ayırd edilir. Mexanoreseptorların özləri də 

bir sıra digər, məsələn, baroreseptorlara (təzyiq hissini qəbul edən reseptorlara), notsireseptorlara (ağrı 

qıcıqlarını  qəbul edən reseptorlara) və s. bölünür. Morfoloji cəhətdən bütün hissi sinir ucları iki əsas 

qrupa bölünür: sərbəst və qeyri sərbəst hissi sinir ucları. Sərbəst hissi sinir ucları yalnız ox silindrin uc 

şaxələrindən ibarətdir; bunların əmələ gəlməsində qliya elementləri və birləşdirici toxuma iştirak etmir [1, 

s. 167, şək. 17.20]. Qeyri-sərbəst sinir uclarının əmələ gəlməsində isə sinir lifinin bütün komponentləri, 

yəni həm ox silindr, həm də qliya elementləri iştirak edir. Bəzən qeyri-sərbəst sinir ucları qeyd olunan 

komponentlərdən  əlavə xaricdən birləşdirici toxuma kapsulla əhatə olunur. Bu növ qeyri-sərbəst sinir 

ucları kapsullu sinir ucları adlanır. Birləşdirici toxuma iştirak etməyən qeyri-sərbəst sinir uclarına isə 

kapsulsuz sinir ucları deyilir. Sərbəst sinir ucları istər mielinli və istərsə də mielinsiz sinir lifləri hesabına 

əmələ gəlir. Bunlar çox vaxt mielinli afferent sinir liflərinin uc aparatını təşkil edir. Belə halda mielinli 

sinir lifi uc nahiyədə öz mielinini itirir, incə şaxələrə bölünərək müxtəlif formal – diffuz tor, şaxəli ağac, 

yumaqcıq və kolcuqlar şəkilli uc aparatlar əmələ gətirir. Diffuz sinir uclarında çox vaxt bir neçə sinir lifi 

iştirak edir. Sərbəst sinir uclarına dəridə, seroz qişalarda, cinsiyyət orqanlarında və s. yerlərdə rast gəlmək 

olur. Epitel və birləşdirici toxumada sərbəst sinir ucları daha çox yayılmışdır. 

Epitel toxumasında sərbəst sinir ucları bəzən lamisə meniskləri və ya Merkel hüceyrələri (meniscus 

tactus) adlanan xüsusi quruluşlu epitel hüceyrələri [1, s. 242, şək. 20.2] ilə rabitədə olur. Bu epitel 

hüceyrələrində nüvə yastılaşmış tünd rəngdə, sitoplazma isə açıq rəngdə olur. Uc sinir şaxələri adətən 

lamisə menisklərinin ətrafında zərif tor əmələ gətirir.  

Qeyri-sərbəst kapsulsuz sinir uclarına birləşdirici toxumada təsadüf olunur, çox vaxt onlar 

kolcuqlara bənzəyir. Bu kolcuqların əmələ gəlməsində ox silindrin uc şaxələrindən əlavə, onları müşayiət 

edən lemmositlər də iştirak edir. 

Qeyri-sərbəst kapsullu sinir ucları orqanizmin ayrı-ayrı nahiyələrində müxtəlif quruluşa və formaya 

malik olur. Belə reseptorların tərkibinə ox silindrin uc şaxələri və onları müşayiət edən qliya elementləri 

daxildir, xaricdən isə onlar birləşdirici toxuma kapsulu ilə  əhatə olunur. Qeyri-sərbəst kapsullu sinir 

uclarına lamisə cisimciyi, lövhəli cisimcik, soğanabənzər cisimcik, cinsiyyət (genital) cisimciyi və uc 

kolba aiddir. 

Lamisə cisimciyi  (corpusculum  tactus)  əvvəllər Meysner cisimciyi adlanırdı. Uzunsov şəkilli bu 

cisimciyin uclarından birinə adətən bir mielinli sinir lifi yaxınlaşaraq mielinini itirir və cisimciyə daxil 

olur [1, s. 168, şək. 17.21]. Cisimciyin daxilində  çılpaq ox silindr lövhəşəkilli geniş  şaxələrə bölünür: 

həmin  şaxələr cisimciyin daxilində olan oliqodendroqliya hüceyrələrinə  təmas edir. Bu hüceyrələr, 



 

69

adətən, cisimciyin boynuna perpendikulyar yerləşir. Xaricdən isə uc aparat nazik birləşdirici toxuma 



kapsulu ilə örtülərək lamisə cisimciyini əmələ  gətirir. Kapsul başlıca olaraq kollogen liflərdən təşkil 

olunur. Bəzən lamisə cisimciyinə mielin lifi ilə yanaşı mielinsiz sinir lifi də yaxınlaşır və şaxələnərək əsas 

ox silindrin şaxələrini əhatə edir. 

Lamisə cisimcikləri dərinin məməcikli qatında yerləşir, onlar temperatur hissiyatını  qəbul edir. 



Lövhəli cisimcik  (corpuscuium lamellosum)  əvvələr Fater-Paçini cisimciyi adlanırdı. Bu cisimciklər 

nisbətən böyük olur, ölçüləri bəzən 3 mm-ə çatır və adi gözlə aydın görünür. Belə lövhəli cisimciklərə 

müsariqədə təsadüf olunur [1, s. 167, şək. 17.20]. Lövhəli cisimciklər oval şəklində olub xaricində çoxlu 

miqdarda (30-a qədər) konsentrik birləşdirici toxuma lövhələrindən ibarət kapsul vardır. Cisimciyin 

içərisində dəyişilmiş qliya hüceyrələrinin əmələ gətirdiyi daxili kolba yerləşir. Mielinli afferent sinir lifi 

cisimciyə yaxınlaşaraq mielinini itirir və daxili kolbanın içərisinə girir. Orada ox silindr nazik uc şaxələrə 

bölünür. 

Elektron mikroskopu ilə müəyyən edilmişdir ki, daxili kolba 60-a qədər bir-birinə təmas edən nazik 

sitoplazmatik lövhələrdən ibarətdir. Hər lövhə oraqşəkilli hüceyrədir və onun periferik hissəsində nüvə 

yerləşir. Beləliklə, daxili kolba simmetrik quruluşa malikdir. Ox silindrin şaxələri daxili kolbanın 

lövhələrinə  təmas edir və orada enliləşir.  Şaxələrin həmin hissəsində diametri 50 nm olan çoxlu 

qovucuqlara və mitoxondrilərə təsadüf olunur. Daxili kolbanın lövhələrində xeyli miqdar turş və qələvi 

fosfatazalar, adenozin-trifosfataza, xolinesteraza və suksinatdehidrogeneza fermentləri müəyyən 

edilmişdir. Xarici lövhələrdə də həmin fermentlər az miqdarda təsadüf olunur. Lövhəli cisimciklərə əlin 

və ayağın dərialtı  təbəqəsində, böyük qan damarlarının xarici qişasında, sümüküstlüyündə, vətərlərdə, 

fassiyalarda və s. yerlərdə təsadüf olunur. Bu cisimciklər təzyiq hissiyatını qəbul edir. 

Soğanabənzər cisimcik (corpusculum  bulboideum)  əvvəllər Holci-Matsoni cisimciyi adlanırdı. Bu 

cisimcik də daxili kolbadan və kapsuldan ibarətdir, lakin lövhəli cisimcikdən xeyli kiçikdir. Kapsul 

nisbətən nazikdir və qatlı quruluşa malikdir. Ox silindrin kolbaya daxil olan ucu daha şaxəli quruluşa 

malikdir və bəzən çoxşaxəli kolcuğa, və ya yumaqcığa bənzəyir. Bu reseptorlar da birləşdirici toxumada 

olur və adətən oynaq bağları nahiyəsində yerləşir.  

Uc kolba  (clava terminalis)  əvvəllər Krauze kolbası adlanırdı. Burada da daxili kolba müəyyən 

edilir və bu qliya quruluşuna malikdir, içərisində ox silindrin uc şaxələri daxil olur, üzəri isə nazik qişa ilə 

örtülüdür. Kolbaya yaxınlaşdıqda afferent mielinli sinir lifi mielinini itirir və kolba içərisində fibriliyar uc 

genişliklər  əmələ  gətirir. Bu kolbalara üzəri çox qatlı epitellə örtülü olan selikli qişaların xüsusi 

lövhələrində (qatında), dərinin birləşdirici toxumasında və  bəzən dilin əzələ lifləri arasında təsadüf 

olunur. Bu reseptorun da temperatur duyğusu üçün olduğu güman edilir. Daxili kolbada sinir şaxələri 

ətrafında çoxlu ferment fəallığı aşkar edilmişdir.  

Cinsiyyət cisimcikləri (corpuscula genitalia) xarici cinsiyyət orqanları (penisin başında, klitorda), 

süd məməciklərində və s. yerlərdə təsadüf olunur. Bunlar nisbətən iri, girdə və bir neçə (2-3) mielinli sinir 

lifinə malik üzəri kapsulla örtülü yumaqcıqdan ibarətdir. Kapsulun altındakı qliya hüceyrələri üzərində ox 

silindr çoxlu şaxələrə bölünərək yumaqcıq əmələ gətirir. Kapsullu hissi sinir uclarına sinir-vətər və sinir -

əzələ iyləri də aiddir. 

Sinir -vətər iyi (fusus neurotendineus) içərisindən bir neçə  vətər dəstələri keçən uzun kapsuldan 

ibarətdir. İyin daxilində xüsusi maye olur, bunun içərisində mielinini itirmiş ox silindr çoxlu uc şaxələrə 

bölünür və kolcuqlar kimi vətər lifləri dəstələrinə təmas edir.  

Sinir-əzələ iyi (fusus neuromuscularis) də üzəri kapsulla örtülü bir neçə iydaxili əzələ liflərindən 

(myofibra intrafusalis) ibarətdir.  İydaxili  əzələ lifləri xarakter eninəzolaqlılığa malik deyildir, bunların 

dənəli sarkoplazmasında çox girdə nüvələr yerləşir. Nüvələr lifin hər yerində, ya mərkəzində  təsadüf 

olunur. Mielinini itirmiş ox silindr uc şaxələrə bölünərək spiral kimi bir ya bir neçə intrafuzal əzələ lifini 

əhatə edir. Burada da iyin daxilində kapsulun altında maye olur. Sinir-əzələ iyi əzələ liflərinin gərilmə 

reseptorları hesab edilirlər.  

Elektron mikroskopu göstərmişdir ki, ox silindrin uc şaxələri xüsusi genişliklərlə qurtarır, burada 

çoxlu mitoxondrlar və kiçik qovucuqlar olur. Aksolemma sarkolemmaya sıx təmas edir, lakin aksoplazma 

və sarkoplazma heç vaxt bir-birinə qarışmır.  


 

70

Skelet əzələlərində qeyd olunan kapsullu sinir-əzələ iyindən əlavə çılpaq sinir-əzələ reseptoruna da 



təsadüf olunur. Mielinini itirmiş ox silindrin uc şaxələri bir və ya bir neçə əzələ lifini spiral kimi əhatə 

edir.  


Effektor sinir ucları 

 

Effektor sinir ucları  və ya effektorlar (effectores) animal və vegetativ sinir sistemi efferent 

hüceyrələri neyritlərinin uc aparatlarına deyilir. Bunlar iki növdür: hərəki sinir ucları  və sekretor sinir 

ucları. Hərəki və ya motor sinir ucu vasitəsilə sinir impulsu neyritdən  əzələ toxumasına (saya əzələ 

hüceyrələrinə və eninəzolaqlı əzələ liflərinə) ötürülür. Sekretor sinir ucları isə impulsu vəzi hüceyrələrinə 

ötürür. Sekretor sinir ucları quruluşca çox sadədir və saya əzələ hüceyrələri üzərindəki hərəki sinir 

uclarına bənzəyir. Bunların hər ikisini vegetativ postqanqlionar mielinsiz sinir lifi əmələ gətirir. Həmin 

sinir lifləri həm saya əzələ hüceyrələri həm də vəzi hüceyrələri arasında uc şaxələrə bölünür. Bu şaxələr 

qalınlaşmalar şəkilndə hüceyrələrin üzərində qurtarır. Elektron mikroskopu vasitəsilə müəyyən edilmişdir 

ki, uc şaxələrin qalınlaşmaları öz plazmatik zarları (aksolemmaları) vasitəsi ilə hüceyrələrin sitoplazmatik 

zarına (sitolemmalara) bilavasitə  təmas edir. Bu nahiyədə uc aparatda mitoxondrilər və sinaptik 

qovucuqlar aşkar edilmişdir. 

Eninəzolaqlı  əzələ lifi üzərində olan hərəki sinir ucu isə mürəkkəb olub, akson –  əzələ sinapsı 

(synapsis axomuscularis) adlanır,  əvvələr buna hərəki, ya motor düyməcik deyilirdi. Akson-əzələ 

sinapsında iki qütb ayırd edilir: sinir qütbü (polus nervosus) və əzələ qütbü (polus muscularis). Mielinli 

sinir lifi əzələ lifinə çatdıqda mielin qişasını itirir və uc şaxələrə bölünərək sinir qütbünü əmələ gətirir. Bu 

şaxələr sarkolemmanı içəriyə doğru basaraq onunla birlikdə əzələ lifinə yaxınlaşır [1, s. 170, şək. 17.23]. 

Əvvəllər düşünüldüyü kimi sinir lifi heç vaxt sarkolemmanın altına, yəni sarkoplazmanın bilavasitə 

içərisinə keçmir, belə ki, sarkolemma əlcək kimi sinir lifinin şaxələrini əhatə edir [1, s. 171, şək. 17.24]. 

Həmin nahiyədə olan əzələ lifində eninəzolaqlar olmur və sarkoplazma xarakter dənəli quruluşa malik 

olur. Dənəli sarkoplazmada girdə  və ovalşəkilli çoxlu nüvələr vardır. Bunlar hamısı birlikdə sinapsın 

əzələ qütbünü əmələ gətirir. Sarkoplazmanın dənələrini mitoxondrilər əmələ gətirir. 

Sinir lifi şaxələrini əhatə edən sarkolemma ilə onların aksolemması arasında yarıqşəkilli sahə qalır, 

buna birincili sinaptik sahə deyilir. Burada aksolemma presinaptik, sarkolemma isə postsinaptik zarları 

təşkil edir. Birincili sinaptik yarıqlar radial istiqamətdə sarkolemmadan əmələ  gələn ikincili sinaptik 

yarıqlarla rabitədə olur. Birincili və ikincili sinaptik yarıqlar homogen maddə ilə dolu olur. Sinir qütbünü 

təşkil edən uc şaxələrin aksoplazmasında çoxlu mitoxondrilər və sinaptik qovucuqlar vardır [1, s. 171, 

şək. 17.24]. Qovucuqlar adətən asetilxolinlə dolu olur. Dənəli sarkoplazmanın mitoxondriləri quruluşca 

aksoplazmanın mitoxondrilərindan fərqlənir, belə ki, aksoplazmanın mitoxondrilərində daraqlar köndələn 

deyil, boylama istiqamətdə gedir.  

Sinaptik zarların tərkibində mukopolisaxaridlər, əzələ qütbündə isə yüksək fəalliğa malik qələvi və 

turş fosfatazalar, xolinesteraza və suksinatdehidrogenaza fermentləri aşkar edilmişdir. Akson-əzələ 

sinapsı nahiyəsində aksonu əhatə edən nevrilemmanın birləşdirici toxuma hissəsi (əsas zar) 

sarkolemmanın xarici vərəqəsinə keçir. 

 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin