Leykositlər (onlara ağ qan cisimcikləri də deyilir) çox hərəkətliliyi, morfoloji xüsusiyyətlərinin və
funksional əhəmiyyətinin müxtəlifliyi ilə xarakterizə olunurlar. Müəyyən qrup leykositlər müdafıə
fiınksiyalarında iştirak edərək mikrobların, yad cisimlərin və onların parçalanma məhsullarının
faqositozunu təmin edir, həmçinin humoral və hüceyrə immunitetinin təşkilində də iştirak edirlər.
Leykositlər şarabənzər formada olurlar. Yetkin insanda qanın 1 litrində miqdarı 4,8x10
9
-9,0x10
9
olur. Onların miqdarı qida qəbulu, fıziki və əqli gərginlik, həmçinin xəstəliklər zamanı dəyişə bilir.
Leykositlərin miqdarının artması leykositoz, azalması isə leykopeniya adlanır. Leykositlər psevdopodilər
əmələ gətirməklə aktiv hərəkət edə bilirlər, bu zaman onların formaları da kəskin dəyişir. Leykositlər
kapillyarların endotel hüceyrələri arasından birləşdirici toxumanın ara maddəsinə, həmçinin bazal
membranlardan hüceyrələr arasına keçə bilirlər. Onların hərəkət sürəti müxtəlif şərtlərdən asılıdır:
mühitin konsistensiyası, pH, temperatur və s. Leykositlərin hərəkət istiqaməti də müəyyən faktorlarla
müəyyən olunur ki, bunların içərisində də xemotaksis mühüm rol oynayır (yəni müəyyən kimyəvi
qıcıqlandıncıların təsiri, məsələn, toxumanın parçalanma məhsulları).
Hüceyrələrin qarşılıqlı əlaqəsi prosesində leykositlərin plazmolemmasında olan spesifık
reseptorların mühüm əhəmiyyəti vardır. Qan cərəyanı ilə leykositlər bütün orqanizmə yayılır, toxuma və
orqanlarda məskunlaşaraq aktivlik göstərir.
Leykositlər şərti olaraq 2 böyük qrupa bölünürlər: dənəli leykositlər, yaxud qranulositlər və dənəsiz
leykositlər, yaxud aqranulositlər. Qranulositlər adətən seqmentləşmiş nüvənin və sitoplazmada spesifık
dənələrin olması ilə xarakterizə olunurlar.
Romanovski-Gimza metodu ilə boyama zamanı bəzi leykositlərdə dənələr turş boyaqlara (eozin)
həssaslıq göstərirlər ki, belə leykositlər eozinofil leykositlər adlanır. Bəzi leykositlərdə isə
sitoplazmadakı dənələr əsasi boyaqlara həssaslıq göstərirlər, bunlar bazofil leykositlər adlanırlar. Digər
qrup leykositlərdə olan dənələr həm turş, həm də əsasi boyaqlara həssaslıq göstərdikləri üçün belə
leykositlər neytrofil leykositlər adlanırlar.
Aqranulositlərin nüvəsi sferik, oval ya paxlaşəkilli olurlar, paycıqlara bölünmür, sitoplazmada
spesifık dənələr olmur. Onlar 2 qrupa bölünürlər: limfositlər və monositlər.
QRANULOSİTLƏR (dənəli leykositlər)
Neytrofil qranulositlər, yaxud neytrofillər, dairəvi olub, diametri 7-9 mkm-dur. Leykositlərin
ümumi miqdarının 65-75 %-ni təşkil edirlər.
22
Neytrofillərin sitoplazması zəif oksifildir, orada kiçik dənəciklər aşkar edilir, Romanovski-Gimza
metodu ilə boyama zamanı bu dənələr çəhrayı-bənövşəyi rəng alır. Sitoplazmanın səthi-periferik hissəsi
qatı homogendir, dənələr yoxdur, burada nazik filamentlər yerləşirlər. Bu qat neytrofillərin amöbvari
hərəkətində, psevdopadilərin yaranmasında əsas rol oynayır. Qeyd edildiyi kimi, leykositlər öz
funksiyalarını yerinə yetrmək üçün iltihab ocağına və ya zədələnmiş toxumalara miqrasiya edirlər.
Strukturuna və kimyəvi tərkibinə görə neytrofıl leykositlərin sitoplazmasındakı qranullar 2 tipə ayrılır:
azurofil qranullar və neytrofil qranullar. Azurofil qranullar neytrofıllərin diferensiasiya prosesində daha
əvvəl yaranır, onlara birincili qranullar da deyirlər. Onların tərkibində lizosomlar üçün xarakter
hidrolitik fermentlərin aşkar olunması sübut edir ki, bu qranullar əslində birincili lizosomların bir
formasıdır.
Spesifık neytrofıl dənələr isə neytrofıllərin inkişaf prosesində sonradan yaranırlar və onlar ikincili
qranullar da adlanır. Onların miqdarı hüceyrənin diferensiasiya prosesində artır. Kimyəvi tərkibcə bu
qranullarda antibakterial aktivliyə malik maddələr (lizosim, laktoferrin) aşkar olunmuşdur. Neytrofıllərin
sitoplazmasında orqanellər zəif inkişaf etmişdir; az miqdarda mitoxondri, kiçik Holci kompleksi, hüceyrə
mərkəzi, reduksiyaya uğramış endoplazmatik şəbəkə aşkar edilir, bunlardan başqa sitoplazmada qlikogen,
lipid və s. əlavələrin olması xarakterikdir. Neytrofıl leykositlərin nüvəsində sıxlaşmış xromatin
periferiyada yerləşir, nüvəcik zəif aşkar edilir. Nüvənin forması müxtəlifdir. Yetkin neytrofıllər 2-3 və
daha cox paycıqdan ibarət seqmentləşmiş nüvəyə malikdirlər (seqmentnüvəli neytrofil leykositlər). Onlar
neytrofıl leykositlərin əsas hissəsini (47-72%) təşkil edir. Çöpnüvəli neytrofıl qranulositlər 1-6% təşkil
edir. Onların nüvəsi nal və ya «S» hərfi formasında olur. Paxlaformalı nüvəyə malik olan cavan
neytrofillər isə 0,5-1% təşkil edir. Bu 3 növ neytrofillərin miqdar nisbəti klinikada böyük diaqnostik
əhəmiyyətə malikdir. Məsələn, cavan və çöpnüvəli qranulositlərin miqdarının artması ya qanitirmə, yaxud
iltihab ocağının olması üzündən qanyaranmanın sürətlənməsindən xəbər verir. Klinikada cavan və
çöpnüvəli neytrofillərin miqdarının artması sola meylli neytrofilyoz, seqmentnüvəli neytrofillərin
miqdarının artması isə sağa meylli neytrofilyoz adlanır. Neytrofillər yüksək faqositoz qabiliyyətinə
malikdirlər. İ.İ.Meçnikov onları mikrofaqlar adlandırmışdır. Bakteriya və digər hissəciklər udulduqdan
sonra faqosom yaranır. Faqosom əvvəlcə spesifik qranullarla, sonra birincili qranullarla birləşir, beləliklə,
faqolizosom yaranır, faqositə olunmuş mikroorqanizmlər hidrolitik fermentlərin köməyi ilə parçalanır.
Müəyyən edilmişdir ki, yetkin neytrofıllər keylonlar deyilən spesifık maddələr ifraz edirlər. Bu
maddələr isə qranulositopoetik sıranın hemopoetik hüceyrələrində DNT sintezini ləngidərək leykositlərin
proliferasiya və diferensiasiya proseslərinə tənzimləyici təsir göstərirlər.
Neytrofillərin həyat dövrü təxminən 8 sutkadır. Qan dövranında 8-12 saat dövr etdikdən sonra onlar
birləşdirici toxumaya keçir və orada maksimal funksional aktivlik göstərirlər.
Vacib zülalların sintezinə lazım olan orqanellərin sayı çox az olduğu üçün neytrofıl leykositlər uzun
müddət fəaliyyət göstərə bilmirlər və bir dəfə funksional faqositar aktivlik göstərdikdən sonra məhv
olurlar. İrin kütləsini belə ölmüş neytrofıllər təşkil edir. İrinin tərkibinə həmçinin makrofaq, bakteriyalar,
toxuma mayesi daxildir.
Eozinofillər – neytrofillərdən ölçücə nisbətən iridir, diametri 9-10 mkm-dur, nüvəsi adətən
ikiseqmentli olur. Periferik qanda ümumi leykositlərin miqdarı 0,5-5%-ni təşkil edir. Qırmızı sümük
iliyində yaranırlar, bir neçə gün burada qalıb sonra qanla 3-8 saat sirkulyasiya edir, xarici mühitlə
kontaktda olan toxumalara miqrasiya edirlər (tənəffüs, sidik-cinsiyyət yollarının, bağırsaqların selikli
qişalarına). Qanda sirkulyasiya edən eozinofılin ölçüsü 12 mkm çatır, birləşdirici toxumaya keçdikdən
sonra ölçüsü 20 mkm-ə qədər ola bilər. Eozinofillərin həyat dövrü 8-14 gündür. Sitoplazmada yaxşı
inkişaf etmiş dənəli endoplazmatik şəbəkə, ribosom, mitoxondri və çoxlu qlikogen də aşkar edilir.
Sitoplazmada oval və ya poliqonal formada spesifık oksifil qranulların olması ilə xarakterizə edilirlər.
Qranulların oksifılliyi tərkibində argininlə zəngin əsas zülalların olması ilə əlaqədardır. Bu zülal
antiparazitar (antihelmint) və antibakterial təsirə malikdir. Eozinofil qranulların tərkibində həmçinin
histaminaza, bir sıra hidrolitik lizosomal fermentlər də aşkar edilmişdir. Eozinofıllərin sitoplazmasında
orqanellər zəif inkişaf etmişdir. Nüvəsinin formasına görə seqmentnüvəli, çöpnüvəli, cavannüvəli
formalar aşkar edilmişdir. Eozinofıllər deqranulyasiyadan sonra apoptoza uğrayırlar.
Eozinofillər neytrofillərə nisbətən zəif hərəkətlidir, onlar qan dövranından toxumaya keçərək
qıcıqlanma mənbəyinə doğru hərəkət edə bilirlər. Histamin, limfokinlər, immun komplekslər (antigen-
23
antitel kompleksi) və s. maddələr eozinofillərə müsbət xemotaksis təsir göstərirlər. Müəyyən edilmişdir
ki, antigen-antitel reaksiyası gedən iltihab ocaqlarında eozinofıllərin qırmızı sümük iliyindən qan
dövranına, oradan isə toxumalara keçməsini stimulə edən maddələr sintez olunur.
Eozinofıllərin faqositar aktivlik qabiliyyəti neytrofıllərə nisbətən zəifdir. Eozinofillər orqanizmin
yad zülallara qarşı müdafiə reaksiyalarında və allergik reaksiyalarda iştirak edirlər. Orqanizmə yad zülal
daxil edilərsə, eozinofillərin miqdarı artır – eozinofiliya müşahidə olunur. Eozinofıllər bazofıl və tosqun
hüceyrələr tərəfındən ifraz edilən histamini faqositə edərək onun metabolizmində iştirak edir. Həmçinin
eozinofıllər bazofillərdən və tosqun hüceyrələrdən histaminin xaric olunmasını tormozlayan spesifık
faktor da sintez edirlər. Eozinofıllər antiparazitar funksiya yerinə yetirirlər. Parazitar xəstəliklər zamanı
(helmintozlar, şistosomoz və s.) eozinofıllərin sayı artır. Eozinofillər parazitlərin sürfələrini məhv edirlər.
Qanda adrenalinin, hipofizin adrenokortikotrop hormonunun və qlikokortikoidlərin miqdarının artması
eozinofillərin sayının azalmasına - eozinopeniyaya səbəb olur. Eozinofillərin qanda dövretmə müddəti 3-
8 saatdır, sonra onlar birləşdirici toxumaya keçərək orada fəaliyyət göstərirlər.
Bazofil qranulositlərin diametri 9 mkm-dir, insan qanında ümumi leykositlərin 0,5-1%-ni təşkil edir.
Bazofillər kövşək lifli birləşdirici toxumanın tosqun hüceyrələrinə çox oxşayırlar. Lakin buna
baxmayaraq, onlar arasında bir sıra morfoloji və funksional fərqlər mövcudur. Onlar həm qırmızı sümük
iliyində, həm qan dövranında ola bilirlər. 1-2 sutka qanda sirkulyasiya edir, sonra zəif amöbvari hərəkətlə
kapilyar divarından toxumaya – kövşək toxumaya miqrasiya edirlər. Bazofıllərin sitoplazmasında iri, oval
və ya poliqonal formalı spesifik bazofıl dənələr aşkar edilir. Qeyd etmək lazımdır ki, bu qranullar
metaxramaziya qabliyyətinə malikdirlər, yəni toluidin abısı ilə rəngləmə zamanı boyağın rəngini
dəyişirlər (qırmızı və ya bənövşəyi rəngə). Bu qranullarda heparin, histamin, serotonin və s. aşkar edilir.
Spesifik bazofil dənələrdən başqa bazofillərin sitoplazmasında azurofil dənələr də aşkar edilir
(lizosomlar). Bazofillərin nüvəsi adətən az seqmentləşmiş, bəzən sferik olur, neytrofillərin və
eozinofillərin nüvəsinə nisbətə az intensiv boyanır. Sitoplazmada bütün əsas orqanellər aşkar edilir.
Bazofillər heparin və histamin metabolizmində iştirak edir. Bazofil qranulositlər heparin və histamin
ifraz edərək qanın laxtalanma proseslərinin və qan damarı divarının keçiriciliyinin tənzimində, yerli
iltihabi reaksiyaların gedişində, həm də allergik xarakterli immunoloji reaksiyalarda iştirak edirlər.
Müəyyən olunmuşdur ki, bazofillərin zarında IgE reseptorları, həmçinin qanın bəzi komplement
zülallarının reseptorları vardır. Allergen təsiri olduqda qranullardakı möhtəviyyatın ekzositozu baş verir
(deqranulyasiya). Deqranulyasiya IgE molekulları ilə vasitələnir. Belə ki, bazofil leykositlərin
plazmolemmasında IgE reseptorları yerləşirlər. Bu zaman histamin və başqa vazoaktiv maddəllər xaric
olur ki, bunlar da allergik reaksiyanın inkişafina səbəb olur. Məs.: allergik rinit, bronxial astma, anaflaktik
şok və s. Yad zülallar bazofilləri deqranulyasiyaya uğradaraq histamin ifrazına, o isə öz növbəsində qan
damarlarının kəskin genişlənməsinə, ödemlərin əmələ gəlməsinə səbəb olur. Bazofillərin faqositar
aktivliyi zəifdir.
AQRANULOSİTLƏR (dənəsiz leykositlər)
Limfositlər. Leykositlərin ümumi miqdarının 20-45%-ni təşkil edirlər. Virus və xroniki infeksiyalar
zamanı, adətən limfositlərin sayının artması – limfositoz müşahidə olunur. Limfositlər immunoloji
reaksiyalarda əsas rol oynayırlar. Qanda sirkulyasiya edən limfositlər funksional və metabolik qeyri-aktiv
vəziyyətdə olurlar. Qan – limfositlər üçün limfoid sistem orqanları və başqa toxumalar arasında
sirkulyasiya etmək üçün mühit təşkil edir. Spesifik siqnallara cavab olaraq limfositlər qan damarı
divarından birləşdirici toxumaya miqrasiya edirlər. Onlar, həmçinin epitel toxumasına da miqrasiya edə
bilirlər (məs.: bağırsağın selikli qişasının epitelinə). Ölçülərinə görə kiçik (4,5-6 mkm), orta (7-10 mkm)
və iri limfositlər (10-18 mkm) ayırd edilir. Funksional təsnifata görə limfositlərin əsas 3 tipi müəyyən
edilmişdir: B-limfositlər, T-limfositlər və NK- hüceyrələr. Kiçik limfositlərin kondensləşmiş xromatinə
malik iri nüvəsi var. Sitoplazma nüvə ətrafında nazik həlqə şəklində görünür. Qanda cərəyan edən
limfositlər əsasən kiçik limfositlərdir. Onlar qanın limfositlərinin 85-90%-ni təşkil edirlər.
İri limfositlər qanda sirkulyasiya edən limfositlərin 3%-ni təşkil edirlər. Nüvə iri və nisbətən sıxdır.
Sitoplazmada az miqdarda lizosom, mitoxondri, rudimentləşmiş Holci kompleksi, endoplazmatik tor,
çoxlu sərbəst ribosomlar aşkar edilir. İri və orta limfositlər əsasən antigenlə aktivləşmiş B-limfositlər
qrupunu təşkil edirlər. NK-hüceyrələr də iri limfositlərdir.
24
B-limfositlər qanın limfositlərinin 30%-ni təşkil edir. Bu hüceyrələr ilk dəfə quşlarda Fabrisius
kisəsi (bursa of Fabricius) deyilən limfoid orqanda aşkar olunmuşdur. B-limfositlərdən effektor
hüceyrələr – immunoqlobulinlər – Ig(antitellər) sintez edən plazmositlər yaranırlar. Plazmatik hüceyrələr
isə konkret antigenə qarşı antitel sintez edirlər.
B-limfositlər, plazmatik hüceyrələr humoral immunitetə cavabdehdirlər. Onların sintez etdikləri
antitellər qana və orqanizmin başqa maye mühitlərinə ifraz olunurlar. Hədəfin – antigenin məhvi
antitellərin iştirakı ilə gedir. B-limfositlərin plazmolemmasında çoxlu sayda immunoqlobulin Ig
reseptorları olur (ən çox IgM, IgD sinifləri). Hər bir B-limfosit 105 sayda belə reseptorlara malik olur.
Antigeni B-limfosit bu reseptorlarm köməyi ilə tanıyır. Reseptor antigenlə birləşdikdə, yəni antigen
stimulyasiyası nəticəsində B-limfosit aktivləşir və proliferasiya edir, plazmatik hüceyrəyə diferensiasiya
edir.
T-limfositlər. T-limfositlərin sələfləri qırmızı sümük iliyində yaranaraq qanla timusa gətirilir və T-
limfositlərin diferensiasiyası timusda baş verir. B-limfositlərdən fərqli olaraq T-limfositlərin immun
reaksiyalarda iştirakı antigeni bilavasitə tanımaqla yox, başqa hüceyrələrin membranındakı histouyğunluq
molekullarını tanıması ilə bağlıdır. Yetkin T-limfositlər timusu tərk edir, periferik qanda, limfoid
orqanlarda təsadüf edirlər. Səthi diferensiasiya antigenlərinə görə T-limfositlərin iki tipi ayırd edilir: CD
4+
və CD
8+
limfositlər.
CD
4+
-limfositIər T-helper limfositlərdir. Bu hüceyrələr B-limfositlərin proliferasiyasını və Ig
sintezini stimulə edirlər, IL-2, IL-3, IL-4, IL-5, IL-6 sintez edirlər.
CD
8+
-limfositIər isə sitotoksik T-limfositlər (və ya killerlər) və T-supressorlardır – (Tc və Ts).
Sitotoksik T-limfositlər immun cavab zamanı antigeni Ag-histouyğunluq molekulları (MHC-I sinif) ilə
tanıyır, bilavasitə Ag-ni məhv edirlər. T-supressorlar (onları T-requlyatorlar da adlandırırlar) isə immun
sistemin digər hüceyrələrinin aktivliyini azaldırlar. Sitotoksik T-limfositlər və ya T-killerlər əsasən
hüceyrə immunitetində iştirak edir, transplantantın hüceyrələrinin məhv edilməsi, Ag-un bilavasitə məhv
edilməsi proseslərində iştirak edirlər. Sitotoksik T-limfositlər hədəf hüceyrəni (yadı) tanıyır, onunla
birləşir və lizisə uğradırlar. Onların sitoplazmasında spesifik sitolitik qranullar aşkar edilmişdir. Bu
qranullarda perforin zülalı vardır, onun köməyi ilə killerlər hədəf hüceyrəni məhv edirlər. Hədəf hüceyrə
rolunu virusla infeksiyalaşmış hüceyrələr də oynaya bilərlər.
NK-hüceyrələr. T- və B-limfositlərdən fərqli olaraq membran səthində səthi determinantlara malik
deyillər. Bütün sirkulyasiya edən limfositlərin 5-10%-ni təşkil edirlər. Tərkibində perforin zülalı olan
sitolitik qranullara malikdirlər, bu yolla da infeksiyalaşmış hüceyrələri, yad hüceyrələri məhv edirlər.
İnterleykinlərin təsiri altında NK hüceyrələr proliferasiya edirlər. Aktivləşmiş NK hüceyrələrin plazmatik
membranında CD69 qlikoproteini meydana çıxır.
T- və B-limfositlər arasında morfoloji fərqlər tam aydınlaşdırılmamışdır. Tədqiqatlar göstərir ki, B-
limfositlərdə dənəli endoplazmatik tor güclü inkişaf etmişdir, T-limfositlərdə isə lizosomlar nisbətən
çoxdur.
T- və B-limfositlər, onların populyasiyaları immunoloji metodlarla aşkar edilirlər. Bu isə onların
membran səthində spesifik reseptorların olmasına əsaslanır.
Antigenlə qarşılıqlı təsir nəticəsində T- və B-limfositlərin effektor formalarından başqa, T- və B-
yaddaş hüceyrələri də yaranır. Bu hüceyrələr eyni antigenlə təkrar qarşılaşdıqda, orqanizmdə daha tez
sürəkli immun cavabı təmin edirlər. Limfositlərin həyat dövrü bir neçə həftədən bir neçə ilədək davam
edə bilər. Periferik qandakı limfositlərin çox hissəsini uzun ömürlü (aylarla və illərlə) resirkulyasiya edən
T-limfositlər, az hissəsini isə qısa ömürlü (həftə və aylarla) B-limfositlər təşkil edir. Resirkulyasiya
halları, yəni qandan toxumaya, toxumalardan limfa yolları ilə yenidən qana qayıdış daha çox T-limfositlər
üçün xarakterdir. Bu yolla onlar bütün orqan və toxumalarda immunoloji nəzarəti həyata keçirirlər.
Müəyyən olunmuşdur ki, qanda sirkulyasiya edən və qırmızı sümük iliyindən bura miqrasiya edən
qanın sütun hüceyrələri də kiçik limfositlərlə eyni morfoloji əlamətlərə malikdirlər.
Monositlər leykositlərin ümumi sayının 3-11%-ni təşkil edirlər, sərbəst hərəkət edə bilirlər. Qanda
10-12 saat sirkulyasiya etdikdən sonra toxumalarda məskunlaşırlar. Toxumalarda bu hüceyrələrin həyat
dövrü 1 ayadək ola bilər. Qan yaxmasında monositlər dairəvi formada olub diametri 20 mkm-ə çatır.
Nüvə oval və ya paxla şəkillidir, 1-2 nüvəciyi var. Limfositlərə nisbətən monositlərin nüvəsində xromatin
az kompaktlaşmışdır. Sitoplazma zəif bazofildir. Sitoplazmada kiçik, az sayda qeyri-spesifik azurofil
25
dənələr (lizosomlar) aşkar edilir. Monositlər üçün barmaqşəkilli sitoplazmatik çıxıntılar və faqositar
vakuolların olması xarakterikdir. Sitoplazmada çoxlu pinositoz qovuqlar, dənəli endoplazmatik şəbəkə
kanalcıqları, kiçik mitoxondrilər vardır. Toxumalarda onlar makrofaqlara çevrilirlər. Monositlər
orqanizmin makrofagik sisteminə və ya mononuklear faqositar sistemə daxildirlər. Bu sistemə daxil olan
hüceyrələr qırmızı sümük iliyinin promonositlərindən törəyirlər. Onlar aktiv pinositoz və immun
faqositoz qabiliyyətinə malikdirlər. Onların membranında immunoqlobulin reseptorları, komplement
zülallara məxsus reseptorlar olur. Mononuklear faqositlərin sitoplazmasında sitoplazmatik fermentlər:
qeyri-spesifik esteraza, lizosim, peroksidaza, 5-nukleotidaza fermentlərinin olması xarakterdir.
Toxumalarda məskunlaşan monosit makrofaqa çevrilir. Bütün orqanların makrofaqları
monositlərdən törəyirlər. Mononuklear faqositar sistemə qanın monositləri, müxtəlif orqanların
makrofaqları daxildir. Bu makrofaqlara ağciyər alveol makrofaqları, qırmızı sümük iliyi makrofaqları,
limfa düyünlərinin, dalağın, seroz boşluqların, birləşdirici toxumanın makrofaqları, qara ciyərin
ulduzşəkilli makrofaqları, mikroqliya, osteoklastlar, epidermal makrofaqlar aiddir. Monositdən makrofaq
yetişən zaman hüceyrələrin ölçüsü böyüyür, lizosom və mitoxondrilərin miqdarı artır, zülal sintezi,
faqositar aktivlik yüksəlir, membranda immunoqlobulin reseptorlan formalaşır. Makrofaqlar bakteriyaları,
antigen-antitel komplekslərini, ölmüş hüceyrələri, yad cisimcikləri faqositə edirlər. Faqositoz ya
bilavasitə, ya da antitellə vasitələnmiş ola bilər. Antitellə vasitələnən faqositoz zamanı antitellə
əhatələnmiş antigen makrofaqın uyğun reseptorunun köməyi ilə makrofaqın membranına fiksə olur, sonra
isə udulur. Udulmuş antigen bəzi hallarda axıra qədər parçalanmır. Belə ki, antigen fraqmentləri uzun
müddət makrofaqın membranında II sinif histouyğunluq molekulları ilə birləşərək makrofaqın səthində
qala bilir. T-limfositlər məhz belə təqdim olunan antigeni tanıyırlar, buna görə də makrofaqlara antigen
təqdim edən hüceyrələr də deyilir. Makrofaqlardan başqa belə xüsusiyyətlərə dendrit hüceyrələr, timusun
epitelioretikulosit hüceyrələri də malikdirlər. Faqositoz və antigen təqdim etmək funksiyalarından başqa
makrofaqlar qanyaranmaya, leykositlərin aktivliyinə, iltihabi proseslərin gedişinə təsir göstərə bilən bir
sıra maddələr sintez edirlər. Məs.: koloniyastimuləedici faktor (KSF), interleykin-1, interferon, lizosim,
kollagenaza, fibronektin və s.
Trombositlər. Trombositlər qırmızı sümük iliyinin giqant hüceyrələri olan meqakariositlərin
sitoplazmatik fraqmentləridirlər, diametri 2-3 mkm olan diskəbənzər cisimciklərdir. 1
qanda miqdarı
180-320x10
9
olur. 8-11 sutka qan cərəyanında fəaliyyət göstərir. Trombositlər qanın laxtalanmasında
iştirak edir, kapillyar divarının keçiriciliyini azaldır, öz membranları səthində antitelləri daşıya bilirlər.
Boyanmış qan yaxmasında mərkəzi hissəsi tünd, periferik hisşəsi açıq olan solğun mavi cisimciklər
şəklində görünürlər. Açıq hissə hialomer, tünd hissə qranulomer adlanır. Qranulomer hissədə olan
dənələr bazofildirlər. Ultramikroskopik müayinədə hialomer hissə bircinsli çox zərif danəli görünür,
burada dənəli endoplazmatik torun hissələri sayılan sıx kanalcıqlar, periferik hissələrdə mikroborucuqlar,
aktin fılamentləri aşkar edilir. Plazmolemma daxilə doğru invaginasiyalar əmələ gətirir ki, bu da acıq
kanalcıqlar sistemini təşkil edir. Güman olunur ki, bu kanalcıqlarla kiçik hissəciklər, qranulomer hissənin
dənələrinin möhtəviyyatı, Ca
2+
ionları və s. daşınırlar. Bundan başqa, trombositlərdə mitoxondri,
ribosomlar, qlikogen əlavələri aşkar edilir.
Qranulomer hissədə lizosom təbiətli I tip α-qranullar (0,2-0,3 mkm) müəyyən edilir. Bu dənələrin
tərkibində əsasən makromolekulyar maddələr – qanın bəzi laxtalanma faktorları (əsasən XIII faktor),
böyümə faktorları və bir sıra fermentlər – turş fosfotaza, katepsin, trombokinaza, β-qlükorinidaza və s.
aşkar edilir. II tip δ-qranullar – sıx cisimciklər adlanır. Tərkibində biogen aminlər serotonin və histamin,
Ca
2+
ionları, ATF, ADF, aşkar edilmişdir.
Trombositlər trombəmələgəlmə prosesində iştirak edir. Damar divarında defekt əmələ gəldikdə
zədələnmiş toxumalardan bəzi maddələr ifraz olunur ki, bu maddələr xarici laxtalanma faktorları
adlanırlar və trombositlərin adheziyasına – yapışmasma səbəb olurlar. Adheziya prosesi nəticəsində
trombositlər aktivləşir, sıx – II tip dənələrində olan maddələr xaric olur ki, bu da trombositlərin
aqreqasiyasına (bir-birinə yapışmasına) səbəb olur, bu da tromb kütləsinin yaranması ilə nəticələnir.
Adheziya nəticəsində trombositlər aktivləşirlər. Aktivləşmiş trombositlərdən xaric olunan maddələr
Dostları ilə paylaş: |