qanın daxili laxtalanma faktorları adlanırlar. Hər iki faktor, xarici və daxili laxtalanma faktorları qan
plazmasının protrombin zülalını aktivləşdirir və protrombindən trombin əmələ gəlir. Trombin, plazmanın
digər zülalına fibrinogenə təsir göstərir və fıbrin əmələ gəlir. Bu proses laxtalanma (koaqulyasiya)
26
prosesi adlanır. Fibrin liflər trombositar kütlənin ətrafında toplanır və burada həmçinin eritrositlər də
toplanmağa başlayır, beləliklə, qırmızı tromb formalaşir. Son olaraq α-qranullardan xaric olan laxtalanma
faktoru yumşaq tromb kütləsinin bərkiməsinə (fibrin liflər arasında köndələn əlaqələr yaratmaqla) səbəb
olur.
Trombositlərin çox olması trombyaranmaya, az olması isə laxtalanma prosesinin pozulmasına -
qanaxmaya səbəb ola bilər. Qocalmış trombositlər dalaqda makrofaqlar tərəfindən faqositoza uğrayırlar.
İmmun reaksiyalar zamanı trombositlər aktivləşir, iltihabi proseslərdə iştirak edən bəzi boyümə faktorları,
laxtalanma faktorları, vazoaktiv amillər və lipidlər, neytral və turş hidrolazalar sekresiya edirlər.
Sağlam adamlarda qanın formalı elementləri müəyyən miqdar nisbətində olur ki, buna da
hemoqramma, yaxud qanın formulası deyilir.
Orqanizmin vəziyyətinin səciyyələnməsində leykositlərin diferensial hesablanması mühüm rol
oynayır. Leykositlərin ayrı-ayrı növlərinin müəyyən faiz nisbətləri leykositar formula adlanır.
LEYKOSITAR FORMULA (%)
QRANULOSİTLƏR
Bazofil Eozinofil
Neytrofillər Limfosit
Monosit
Cavan
nüvəli
Çöp
nüvəli
Seqment
nüvəli
0,5-1 0,5-5 0,5-1 1-6 47-72 19-37 3-11
QANIN YAŞ DƏYİŞİKLİKLƏRİ
Eritrositlərin miqdarı doğuş anında və həyatın ilk saatlarında, yaşlı adamlara nisbətən yüksək olur,
6,0-7,0xl0
12
-ə çatır, 10-14-cü sutkalarda isə yaşlı orqanizmdəki qədər olur. Sonrakı 3-6 ay müddətində
eritrositlərin miqdarı minimuma enir (fizioloji anemiya). Cinsi yetişkənlik dövründə eritrositlərin miqdarı
yaşlı orqanizmdə olduğu miqdarda olur. Yenidoğulmuşların qanında makrositlərin üstünlüyü ilə olan
anizositoz (müxtəlif formalı eritrositlər), retikulositlərin miqdarının artması, həmçinin az miqdarda
eritrositlərin nüvəli sələflərinə də rast gəlmək olur.
Yenidoğulmuşlarda leykositlərin miqdan çox olur, bir litrdə 10-30xl0
9
-ə çatır. Yalnız 14-15
yaşlarında yaşlı orqanizmdə olan miqdarda olur. Yenidoğulmuşlarda neytrofillərlə limfositlərin nisbəti
böyüklərdə olduğu kimidir. Sonrakı sutkalarda limfositlərin miqdarı artır, neytrofillər isə azalır, beləliklə,
4-cü sutkada bu leykositlərin miqdarı bərabərləşir (birincili fızioloji kəsişmə). Sonra limfositlərin miqdarı
artır, neytrofillər isə azalır. 1-2 yaşlı uşaqlarda limfositlər 65%, neytrofillər 25% olur. 4-5 yaşlı uşaqlarda
limfositlərin miqdarı azalır, neytrofıllərin miqdarı isə artmış olur (ikinci fizioloji kəsişmə). Cinsi
yetişkənlik dövrünədək tədricən limfositlərin miqdarı azalır, neytrofillərin miqdarı isə artır və yaşlı
orqanizmdə olduğu nisbətə çatır.
LEYKOSİTAR FORMULANIN UŞAQLARDA DƏYİŞİKLİYİ (%)
Leykositlər YAŞ
1 gün
5 gün
1 yaş 5yaş 14yaş
Neytrofillər
64 45 25 45 60
Limfositlər
24 45 65 45 28
LİMFA (LYMPHA)
Limfa (latınca lympha nəm, təmiz su deməkdir) mezenxim mənşəli toxumaların bir növüdür,
hüceyrəarası maddəsi qanda olduğu kimi maye şəklindədir. Limfa toxuma kimi hüceyrəli elementlərdən
və ara maddədən, və ya limfoplazmadan ibarətdir. Limfanın hüceyrəli elementlərinə başlıca olaraq
dənəsiz leykositlər, daha doğrusu limfositlər və monositlər aiddir. Bunlardan əlavə limfada çox az
miqdarda qanın digər formalı elementləri də (dənəli leykositlər və hətta eritrositlər) təsadüf olunur.
Hüceyrəli elementlər limfa mayesi içərisində sərbəst asılmışdır.
Limfoplazma tərkibcə qan plazmasına çox yaxındır, lakin zülal hissəciklərinin miqdarı burada xeyli
azdır. Mineral duzların, habelə mübadilə nəticəsində əmələ gələn azotlu və azotsuz birləşmələrin miqdarı
27
təxminən qan plazmasında olduğu kimidir. Zülal fraksiyaları içərisində albuminlər qlobulinlərə nisbətən
çoxdur. Limfa zülallarına habelə bir sıra fermentlər – diastaza, lipaza və qlikolitik fermentlər aiddir.
Limfaplazmada, habelə fibrinogen və protrombin vardır, lakin bunların miqdarı azdır və ona görə də
limfanın laxtalanmaq qabiliyyəti qana nisbətən zəifdir. Limfa laxtası qan laxtasından kövşək olur.
Zülalların az olması (2,9-7,3%) ilə əlaqədar olaraq limfanın yapışqanlıq dərəcəsi də zəif olur.
Limfaplazmada neytral yağlar və sadə şəkərlər də vardır. Burada olan mineral duzlara NaCl, Na
2
CO
3
və
bir sıra digər birləşmələr aiddir. Sonuncuların tərkibinə kalsium, maqnezium, dəmir və s. daxildir.
Mineral duzların miqdarından asılı olaraq limfa qələvi reaksiyaya malikdir, onda pH 9-a bərabərdir.
Osmotik təzyiq isə qanda olduğundan yüksəkdir.
Limfa mayesinin bədənimizdə əmələ gəlməsi qan kapilyarlarından qanın sulu hissəsinin
toxumaların hüceyrəarası sahələrinə keçməsi ilə bilavasitə əlaqədardır. Meydana çıxan toxuma mayesi
damarlarda olan limfa mayesinin başlanğıcını təşkil edir. Lakin orqanizmin ayrı-ayrı yerlərində və
orqanlarda əmələ gələn limfa mayesinin tərkibi eyni deyildir. Məs.: bağırsaqların divarından axan limfa
mayesi yağlarla (3-4%), zülallarla (5%) və şəkərlə zəngin olur. Bu limfa südə bənzəyir ki, buradan
başlanan limfa damarları da süd damarları adlanır.
Məlum olduğu kimi, toxumalardan limfa mayesi əvvəlcə limfa kapilyarlarına, sonra limfa
damarlarına axır, bunlar isə limfa düyünlərindən keçərək daha böyük limfa damarları ilə axır və nəhayət
limfa axacaqları vasitəsi ilə qan damarlarına (venalara) tökülür. Limfa mayesi periferik damarların ayrı-
ayrı hissələrinə axdıqca onun tərkibi dəyişir və bunlara müvafiq olaraq 3 növ limfa mayesi ayırd edilir:
periferik limfa (limfa sistemində limfa düyünlərinə qədər olan maye), ara limfa (limfa düyünlərindən
sonra) və mərkəzi limfa (başlıca olaraq döş axacağında olan limfa mayesi).
Qanyaranma prosesi (hemopoez) haqqında ətraflı məlumatlar "Xüsusi histolgiya" dərs vəsaitində
verilmişdir. Burada ancaq mielopoezə aid materiallar verilmişdir [3].
MİELOPOEZ
Mielopoez eritrositopoez, qranulositopoez və trombositopoezdən ibarətdir. Sütun hüceyrələrinin
morfoloji xüsusiyyətləri tam dəqiqləşdirilmədiyindən, burada mielopoezin bütün formaları hemositoblast
mərhələsindən başlayaraq təsvir edilir.
Hemositoblastlar insanda və onurğalı heyvanlarda qanın müxtəlif formalı elementlərini əmələ
gətirən hüceyrə formasıdır. Doğulduqdan sonra bu hüceyrələrə yalnız qanyaradıcı orqanlarda və başlıca
olaraq sümük iliyində təsadüf olunur. Bunlar qanın adi formalı elementlərinə nisbətən böyük olur,
diametrləri bəzən 15 mikrona çatır. Onların nüvələri iri, girdə, və ya oval formada olur. Xromatin burada
incə dənələr şəklində olub nüvədə yayılmışdır, buna görə nüvəciklər aydın görünür. Hemositoblastların
sitoplazması halqa kimi nüvəni əhatə edir, zəif bazofillik xassəsinə malikdir. Hemositoblastlar tək-tək və
kiçik qruplar şəklində yerləşir. Onlar mitoz bölünmə qabiliyyətinə malikdir və bölünmədən sonra
meydana çıxan qız hemositoblastlar nisbətən kiçik olur. Yetişmiş hemositoblastlar fəal amöbvari hərəkət
qabiliyyətinə malik olduğu halda, qız hemositoblastlar belə fəal hərəkətə qadir deyildir. Sonuncuların
sitoplazmasında bazofillik güclü olur, çünki RNT-nin miqdarı artıqdır.
Eritrositopoez. Sümük iliyində eritrositlərin inkişafı hemositoblastlardan başlayır. Hemositoblastlar
birdən-birə eritrositlərə çevrilmir, bu proses uzun çəkir və onlar bir neçə mərhələlər keçirir. Nəticədə
hemositoblastların ölçüləri kiçilir, nüvələri kiçilib sıxlaşır və nəhayət aradan çıxır, sitoplazmada bazofillik
tədricən zəifləyir, çünki RNT-nin miqdarı azalır və orada hemoqlobin toplanmağa başlayır. Hemoqlobinin
miqdarı artdıqca sitoplazmada oksifillik güclənir. Qeyd olunan dəyişikliklərlə əlaqədar olaraq eritrositin
inkişaf prosesində aşağıdakı hüceyrə formaları müəyyən edilir:
hemositoblast→bazofil eritroblast, ya proeritroblast→polixromatofil eritroblast→
→oksixromatofil eritroblast→normoblast→retikulosit→eritrosit.
Proeritroblastlar, yaxud bazofil eritroblastlar hemositoblastların mitoz bölünməsi nəticəsində əmələ
gəlir. Bunların diametri 10-12 mikrona bərabərdir, hərəkətsiz olur, formaları girdədir. Nüvələri girdə
şəkildə olur, güclü boyanır, nüvəcikləri aydın görünür, sitoplazmada bazofillik daha şiddətli olur.
Elektron mikroskopunun köməyilə proeritroblastların sitoplazmasında azca mitoxondrilər aşkara
olunmuşdur, ribosomlar sərbəst şəkildə hər tərəfə yayılmışdır, endoplazmatik tor bir neçə qovuqcuqlardan
28
ibarətdir. Proeritroblastlar güclü bölünmək qabiliyyətinə malikdir. Onlar bölündükcə ölçüləri kiçilir və
nisbətən xırda formalı, yeni hüceyrə nəsli əmələ gəlir. Bu hüceyrələrin sitoplazmasında tədricən
hemoqlobin meydana çıxır, buna görə onların bazofilliyi zəifləyir. İndi həmin hüceyrələr həm əsas, həm
də turş boyaqlar ilə rənglənməyə başlayır. Bunu nəzərə alaraq meydana çıxan yeni eritroblastlara
polixromatofil eritroblastlar deyilir. Onların diametri 8-10 mikrona yaxındır. Nüvələri interfaza
mərhələsində müəyyən dəyişikliyə uğrayır, nüvəciklər adətən itir, xromatin böyük qaymacıqlar şəklində
diffuz olaraq yayılır. Polixromatofil eritroblastlar bölündükcə onların sitoplazmasında oksifillik güclənir
və dəfələrlə bölündükdən sonra nəhayət tam oksifil boyanan yeni formalar meydana çıxır. Bunlara
oksixromatofil eritroblastlar deyilir.
Oksixromatofil eritroblastlar gələcəkdə iki istiqamətdə diferensasiya edir; onların bir qismi
bölünərək artır və nəticədə daha kiçik hüceyrə forması əmələ gəlir ki, bunlara da normoblastlar deyilir.
Sonuncular ölçüləri cəhətdən definitiv eritrositlərdən bir o qədər fərqlənmir. Oksifil eritroblastların digər
qismi isə bölünmür, ehtiyat halında sümük iliyinin retikulyar toxumasında qalır və müvafiq şəraitə
düşdükdə yeni normoblastlar əmələ gətirir.
Normoblastlar ölçüləri cəhətdən eritrositlərə bənzəyirsə də, bir sıra xüsusiyyətləri ilə onlardan
fərqlənir. Əvvəla bunların hələ nüvələri vardır və onlar eksentrik yerləşir. Normoblastlar əvvəllər mitoz
üsulu ilə bölünə bilir, lakin tezliklə bu xüsusiyyətlərini itirir və daha bölünmür, çünki nüvələri getdikcə
degenerasiyaya uğrayır. Sitoplazmalarında tək-tək mitoxondrilərə təsadüf olunur, bunlar adətən reduksiya
mərhələsində olur.
Normoblastlarda nüvələr dağılmağa başladıqda, onların xromatinləri nüvə zarına yaxınlaşır və iti
ucları ilə mərkəzə yönəlir. Nəticədə nüvə mili çarxa bənzəyir. Sonra nüvə sıxlaşır onun forması dəyişir və
tədricən parçalanaraq kiçik hissəciklər şəklini alır. Daha sonra bu hissəciklər əriyir, bəzən isə
sitoplazmadan kənar edilir. Nəhayət normoblast nüvəsini itirərək retikulositə çevrilir. Retikulosit adi
eritrositdən fərqlənir, onun sitoplazmasında dənəli-saplı maddə olur, hemoqlobinin miqdarı isə çatışmır.
Dənəli-saplı maddə sitoplazmanın ribosomlu torunun, mitoxondrilərin və nüvənin qalığıdır. Retikulositlər
qeyd olunan qalıqlarını tamamilə itirdikdən sonra yetişmiş eritrositlərə çevrilir. Onlarda hemoqlobinin
miqdarı daha çox olur.
Normal halda eritrositlər və qismən retikulositlər (cavan eritrositlər) sümük iliyindən qana keçir. Bu
prosesdə sümük iliyinin genişlənmiş kapillyarları (sinusoidləri) əhəmiyyətli rol oynayır. Burada
eritrositlər sinusoid kapillyarların endotel hüceyrələri ilə təmasa gələrək, onların arasından kapillyarların
içərisinə keçir. Prosesi asanlaşdırmaq üçün eritrositlər psevdopodilər buraxır.
Qeyd etmək lazımdır ki, yaşlı adamda sümük iliyində eritrositlərin əmələ gəlməsi adətən ehtiyat
halında olan polixromatofil eritroblastlardan başlayır. Buna homoplastik eritropoez deyilir. Əgər
orqanizmin eritrositlərə olan ehtiyacı artarsa (məs.: qan itirdikdə) eritropoezə təlabat artır və bu işə
hemositoblastlar da qoşulur. Sonuncular isə sütun hüceyrələrinin bölünməsi nəticəsində meydana çıxır.
Eritrositlərin əmələ gəlməsində göstərilən hüceyrələrin də iştirak etməsi prosesinə homoplastik
eritropoezdən fərqli olaraq, heteroplastik eritropoez deyilir.
Bəzi xəstəliklər zamanı qırmızı sümük iliyində qanyaranma prosesi güclənir, hemositoblastların və
proeritroblastların mitoz bölünməsi sürətlənir, nəticədə nisbətən böyük ölçülü eritrositlər əmələ gəlir.
Əgər sümük iliyi vəzifəsinin öhdəsindən gəlmirsə, qana keçən yetişmiş eritrositlərin miqdarı kifayət
deyilsə, qana tamamilə cavan formalar, hətta iri yetişməmiş eritroblastlar (meqaloblastlar) keçə bilər.
Qranulositopoez, və ya dənəli leykositlərin inkişafı sümük iliyində gedir. Bunların da başlanğıc
formalarını hemositoblastlar təşkil edir. Lakin hemositoblastlardan dənəli leykositlərə qədər bir sıra keçid
mərhələlər müşahidə edilir:
hemositoblast→promielosit→mielosit→metamielosit→yetişmiş qranulosit
Hemositoblastlar mitoz yolu ilə bölünərək üç müxtəlif istiqamətdə diferensasiya edir və üç növ
mielosit – neytrofil, asidofil (eozinofil) və bazofil mielosit hasil edir. Bu mielositlərin hər biri gələcəkdə
müvafiq leykositi yaradır. Yetişmiş leykosit əmələ gəldikcə hüceyrənin ölçüləri kiçilir, sitoplazmada
spesifik dənələr meydana çıxır.
Bu və ya digər növ mielosit yaranmadan əvvəl promielosit meydana çıxır. Beləliklə, promielosit
qranulopoez zamanı hemositoblastlardan sonra əmələ gələn birinci hüceyrə generasiyasıdır. Bunlar adətən
29
hemositoblastlardan böyük olur. Promielositlərin sitoplazması azca bazofil xassəyə malikdir, burada
yetişmiş dənəli leykositlərə xas olan spesifik dənələr hələ çox zəif nəzərə çarpır və ya heç olmur. Nüvələri
çox vaxt girdə ya oval şəklində olur, açıq rəngli görünür, içərisində isə bir neçə nüvəcik olur. Nüvənin
yanında sentrosom yerləşir.
Promielositlər mitoz üsulu ilə bölünür və onların sitoplazmasında spesifik dənələr meydana çıxır,
nəhayət mielositlər əmələ gəlir. Bunlar üç növ olur: neytrofil, asidofil və bazofil mielositlər. Beləliklə, bu
mərhələdən başlayaraq ayrı-ayrı dənəli leykositlərin (neytrofillərin, asidofillərin və bazofillərin) spesifik
inkişaf yolu müəyyənləşir.
Neytrofil mielositlər yetişmiş neytrofilə nisbətən böyük hüceyrələrdir, onların diametri 12-18
mikrona çatır. Sitoplazma asidofil xüsusiyyət kəsb edir və içərisində spesifik neytrofil dənələr meydana
çıxır və onların miqdarı getdikcə artaraq sitoplazmanın demək olar ki, hər yerini tutur, əvvəllər açıq rəngli
olan girdə və ya oval şəkilli nüvələri bölünmə davam etdikcə tünd boyanmağa başlayır və nüvəciyi itir.
Elektron mikroskopu vasitəsilə bu hüceyrələrin sitoplazmasında hər cür orqanel olduğu müəyyən
edilmişdir (lakin mitoxondrilərin miqdarı azdır). Endoplazmatik tor qovuqcuqlar şəklindədir, onların
ətrafında ribosomlar olur, bunlardan əlavə sərbəst ribosomlar da müşahidə edilir. Spesifik dənələrin
ətrafında incə zar müəyyənləşdirilmişdir, dənələr özləri isə elektron-sıxdır, buna görə tünd görünür.
Mielositlər mitoz üsulu ilə dəfələrlə bölünük, yaranan hüceyrələrin nüvəsi formasını dəyişərək nal şəklini
alır. Bunlar metamielositlər adlanır və artıq bölünmür. Metamielositlərdə yetişmə prosesi getdikcə daha
da dəyişilir, nüvələri əyilmiş çöp şəklini alır və bunlar cavan neytrofilləri (çöpnüvəli neytrofilləri) əmələ
gətirir. Daha sonra nüvələr bir qədər dəyişilir və nəhayət seqmentnüvəli neytrofillər meydana çıxır.
Asidofil və bazofil mielositlərin diferensasiyası da analoji yolla gedir. Asidofil mielositlərin diametri
təxminən 14-16 mikrona bərabərdir. Elektron mikroskopu vasitəsilə sitoplazmanın spesifik dənələrinin
xarakter lövhəli silindr quruluşuna malik olduğunu aşkar edilmişdir. Mielositlərdə bölünmə davam
etdikcə nüvələrin forması dəyişir, onlar nal şəklini alır və asidofil metamielositlər meydana çıxır. Daha
sonra nüvə yenə də dəyişir, iki (nadir hallarda üç) paycıqlı şəkil alır və bu qayda ilə yetişmiş asidofil
leykositlər əmələ gəlir. Bazofil mielositlər böyüklərinə görə əvvəlki mielositlərdən bir o qədər də
fərqlənmir. Bunların sitoplazmasında müxtəlif ölçüdə spesifik, bazofil və metaxromatik dənələrə təsadüf
olunur. Dənələr suda asanlıqla əriyir. Mielositlərin digər növlərindən fərqli olaraq bazofil mielositlərin
nüvələri nisbətən kövşək olur, onların incə strukturları aydın görünmür və nüvəciklər olmur. Bunlar da
bölünərək nəhayət bazofil metamielositlərə və sonuncular getdikcə yetişərək definitiv bazofillərə
diferensasiya edir. Beləliklə, dənəli leykositlərin hər üç forması qırmızı sümük iliyində inkişaf edir və
sinusoidşəkilli kapillyarların divarından qana keçir. Qeyd etmək lazımdır ki, sümük iliyində normal
orqanizmdə ehtiyat halda çoxlu miqdarda hazır mielositlər olur. Bunların hesabına dənəli leykositlər
əmələ gəlir və orqanizmin ehtiyacını ödəyir. Belə qranulopoez homoplastik qranulopoez adlanır. Lakin
bəzi xəstəliklərdə orqanizmin dənəli leykositlərə tələbatı artdıqda mielositlər bunun öhdəsindən gələ
bilmir və prosesə hemositoblastlar və hətta sütun hüceyrələri qoşulur. Belə qranulopoezə heteroplastik
qranulopoez deyilir.
Trombositopoez. Qan lövhəcikləri də qırmızı sümük iliyində inkişaf edir. Bunların da başlanğıc
formasını hemositoblast təşkil edir və inkişaf aşağıdakı mərhələlərlə gedir:
hemositoblast→meqakarioblast→meqakariosit→hemolamella (trombosit)
Meqakarioblastlar da hemositoblastlardan bölünmə yolu ilə əmələ gəlir, lakin bunlar onları yaradan
hemositoblastlara nisbətən böyük olur. Nüvələri xarakter tor quruluşa malikdir, xarici səthində girinti və
çıxıntılara təsadüf olunur. Sitoplazması bazofildir. Meqakarioblastlar diferensiasiya edərək
meqakariositlərə çevrilir, bu zaman onların nüvəsi böyüyür və seqmentləşir. Sitoplazma bölünmədiyindən
miqdarı get-gedə artır. Nəticədə meqakariositlər nəhəng ölçüyə (40 mikrona qədər) çatır. Sitoplazmada
çoxlu sentriollar və digər orqanellər olur. Burada həmçinin bazofil xassəli, habelə polixromatofil kiçik
dənələr vardır. Sitoplazma əvvəl psevdopodilər buraxır, sonra yalançı ayaqlar qopub müstəqilləşərək qan
lövhəciklərini əmələ gətirir.
Limfositopoez (və ya limfoid qanyaranma, başqa sözlə limfositlərin inkişafı) limfopoetik
orqanlarda – limfa düyünlərində, dalaqda, badamcıqlarda və s. gedir. Bu orqanların limfoid toxumasında
30
olan limfoblastlar artaraq, əvvəlcə böyük və orta limfositləri, bunlar da artaraq nəhayət, kiçik limfositləri
əmələ gətirir. Beləliklə limfopoez aşağıdakı mərhələlərdən ibarətdir:
limfoblast (hemositoblast)→böyük limfosit→orta limfosit→kiçik limfosit
Limfoid sırasından olan qan hüceyrələri, yəni başlıca olaraq limfositləri əmələ gətirən
hemositoblastlara, bəzən limfoblastlar da deyilir. Bəzi müəlliflər limfoblastların digər qan hüceyrələrini
əmələ gətirən hemositoblastlardan fərqli olduğunu göstərir. Beləliklə, limfoblastlar cavan limfositlər olub
nisbətən böyük ölçülərə malikdir. Hemositoblastlarla müqayisədə limfoblastların nüvəsinin quruluşunda,
mitoxondrilərdə və s. cüzi fərq müşahidə olunur. Gələcəkdə limfoblastlardan kiçik limfositlər inkişaf edir.
Böyük və orta limfositlər daha fəal metabolik qabiliyyətə malikdir, bunlar eyni zamanda proqressiv
dəyişikliklərə qadirdir. Bəzi kiçik limfositlər, qanyaradıcı orqanlardan və qan damarlarından çıxaraq
birləşdirici toxuma hüceyrələrinə və qanın digər formalı elementlərinə çevrilə bilir. Sütun hüceyrələrinin
kiçik limfositlərdən əmələ gəldiyi ehtimal olunur.
Monositopoez, ya monositlərin inkişafı, ümumi hemopoezin, daha doğrusu aqranulositopoezin bir
növüdür. Monositlərə bütün qanyaradıcı orqanlarda təsadüf olunur, lakin dəqiq olaraq onların harada və
hansı ilk hüceyrələrdən inkişaf etmesi haqqında mübahisə hələ də davam edir. Unitar nəzəriyyəyə görə
monositlər sütun hüceyrələrdən inkişaf edir və bu proses ehtimal ki, dalaqda, sümük iliyində və s.
yerlərdə gedir.
ƏSL BİRLƏŞDİRİCİ TOXUMALAR
(TEXTUS CONJUNCTİVUS SENSUSTRİCTO)
Birləşdirici toxumanın digər növləri (qığırdaq və sümük toxumalrı) kimi əsl birləşdirici toxuma da
hüceyrələrdən və yüksək inkişaf dərəcəsinə çatmış hüceyrəarası maddədən ibarətdir. Bununla yanaşı əsl
birləşdirici toxumanın özünəməxsus morfoloji və funksional xüsusiyyətləri vardır. Bu toxuma
orqanizmdə geniş yayılmışdır, demək olar ki, bütün orqanların tərkibinə daxildir. Lakin orqanizmin
müxtəlif yerlərində və ayrı-ayrı orqanlarda əsl birləşdirici toxuma quruluş xüsusiyyətləri və daşıdığı
vəzifə cəhətdən fərqlənir.
Birləşdirici toxumalar hüceyrəvi elementlərlə zənginliyindən, ara maddənin inkişaf dərəcəsindən və
fiziki-kimyəvi xassələrindən asılı olaraq müxtəlif vəzifələr daşıyır. Hər şeydən əvvəl bu toxuma trofik
vəzifə daşıyır, belə ki, o bütün toxuma hüceyrələrinin qidalanması üçün əlverişli şərait yaradır. Əsl
birləşdirici toxuma eyni zamanda orqanların əksəriyyətinin istinadını (stromasını) təşkil edir, onların
quruluş hissələrini bir-biri ilə birləşdirir və bunula da həmin orqanlar üçün mexaniki vəzifə icra edir. Bu
toxuma, habelə mühafizə funksiyası yerinə yetirir ki, bu da onun hüceyrəvi elementlərinin faqositoz
qabiliyyətinə malik olmasından və immun cisimciklər yaratmasından asılıdır. Yaraların sağalması,
zədələnmələrin bərpası (regenerasiyası) da həmin toxumanın fəal iştirakı ilə gedir, bu isə onun plastik
funksiyasını göstərir. Nəhayət əsl birləşdirici toxuma qanyaradıcı orqanlarını stromasını təşkil edərək,
qanyaratma funksiyasında bilavasitə iştirak edir.
Təbii ki, belə geniş və qarışıq vəzifələr ifa edən əsl birləşdirici toxumanın quruluşu da çox
müxtəlifdir. Buna görə də əsl birləşdirici toxuma xüsusi növlərə təsnif olunur. Bu təsnifatın əsasında
başlıca olaraq həmin toxumanın morfoloji xüsusiyyətləri durur, lakin bununla yanaşı toxumanın vəzifəsi
də nəzərə alınır. Əsl birləşdirici toxumalar əsasən iki qrupa bölünür: lifli birləşdirici toxuma və spesifik
xassəli birləşdirici toxumalar. Lifli birləşdirici toxuma öz növbəsində kövşək və sıx lifli birləşdirici
toxumalara bölünür. Kövşək birləşdirici toxuma həmişə formalaşmayan şəkildə olduğu halda, sıx
birləşdirici toxuma həm formalaşmayan həm də formalaşan quruluşa malikdir. Əsl birləşdirici toxumanın
növləri aşağıdakı sxemdə aydın əks olunur.
Dostları ilə paylaş: |