Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 2,36 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix29.12.2016
ölçüsü2,36 Mb.
#3857
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Yerusəlim lakmusotu növü vardır. 

Lalə (bax: xaş-xaşa) 

Laləvər-  Zanbaqkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Fritillaria»,  rus  dilində 

«Rəbçik»  adlanır.  Bitkinin  latınca  adı  «Fritulus»  olub,  lüğəti  mənası  şahmat  taxtası  deməkdir. 

Toxumları  və  soğanaqları  vasitəsilə  çoxalır.  Xəstəlik  və  zərərvericilərə  qarşı  çox  dözümlüdür. 

Dekorativ əhəmiyyətə malikdir. Azərbaycan florasında 5 növü yayılmışdır. MNB-da kolleksiyası 

vardır. Nadir və nəsli kəsilməkdə olan bitki kimi 3 növü Azər-baycanın «Qırmızı Kitab»ına daxil 

edilmişdir. 



Lavanda- Lamiasiyakimilər (Dodaqçiçəklilər)  fəsiləsinə aiddir. Həmişə-yaşıl  yarımkoldur. 

Güclü  ətirli  iyə  malikdir.  Lavanda  bitkisi  çiçək  açan  zaman  onun  təpə  hissəsində  olan 

yarpaqlarından  buxar-distillə  üsulu  ilə  efir  yağı  alınır.  Efir  yağının  tərkibində  əsas  etibarilə 

ketonlar,  aldehidlər  və  efirlər  vardır.  Təzə  çiçəklərinin  tərkibində  0,8-1,6%  efir  yağı  aşkar 

edilmişdir. Lavanda bitkisi bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Belə ki, onun ürəyə 

sakitləşdirici və möhkəmləndirici təsiri o deməkdir ki, bu bitki yüksək qan təzyiqi olan insanlara 

müalicəvi  təsir  göstərir,  həmçinin  bu  bitkinin  antispazmatik  xüsusiyyətləri  istənilən  növ 

spazmatik  öskürmənin  qarşısının  alınmasında,  qripp,  bronxit,  sətəlcəm  kimi  xəstəliklərin 

müalicəsində onu effektiv edir. MNB-nın kolleksiyasında vardır. 

Ləçəkotu-  Səhləbçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Platanthera» adlanır. Lüğəti mənası platic-hədsiz, antera-tozluq deməkdir. Rus dilində «Löbka» 

adlanır.  Kök  yumruları  xalq  təbabətində  «salep»  adı  ilə  örtücü  xüsusiyyətinə  malikdir. 

Çiçəklərində efir yağı vardır. Azərbaycan florasında 2 növü yayılmışdır. 

Lələk-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Gleditschia»,  rus 

dilində «Qlediçiə» adlanır. Möhkəm (sıx) oduncağı olan ağac yaxşı balverəndir. Oduncağın və ya 

gövdənin  kənarlarında  ücər  iti  tikanları  vardır.  Azərbaycan  florasında  2  növü  vardır.  MNB-nın 

kolleksiya  sahəsində  vardır.  Nadir  və  nəsli  kəsilməkdə  olan  bitki  kimi  Azərbaycanın  «Qırmızı 

Kitab»ına daxil edilmişdir. 

Lələklivə-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Smyrniopsis»  adlanır.  Lüğəti  mənası  opsis-zahiri  görünüş  deməkdir.  Rus  dilində 

«Smirniovidka» adlanır. Azərbaycan florasında 1 növü vardır. 

Lərgə-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olan  birillik,  ikiillik  və  çoxillik  bitkidir. 

Bitki latın dilində «Vicia», rus dilində «Qoroşek», «Vika» adlanır. Yem bitkisidir. Toxumları da 

quşlar  üçün  yem  məqsədilə  istifadə  olunur.  Dekorativdir.  Azərbaycan  florasında  40-42  növü 

yayılmışdır. 



 

49 


Lıq  (Həsilotu,  həsir  otu)-  Cilçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bit-kidir.  Bitki  latın 

dilində  «Scirpus»,  rus  dilində  «Kamış»  adlanır.  Səbətin,  ayaqaltı  həsirin  və  şlyapanın 

toxunmasında istifadə olunur. Azərbaycan flo-rasında MeĢə lığı növü vardır. 

Lıqvər- Cilçiçəklilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Bolboshoenus», 

rus dilində «Klubne-kamış» adlanır. Yem bitkisi olub, mal-qara tərəfindən yeyilir. Dəniz lıqvərin 

kök yumruları nişasta ilə zəngindir, qızardılmış və qaynadılmış halda yeyilir. Bitki toxunmada da 

istifadə olunur. Azərbaycan florasında 4 növü vardır. 



Liqulariya-  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir. 

Bitki  latın  dilində  «Ligularia»  adlanır.  Lüğəti  mənası  ligula-qılçıq  deməkdir.  Rus  dilində 

«Liquləriə»,  «Buzulğnik»  adlanır.  Azərbaycan  florasında  Sibir  liqulariya  növü  yayılmışdır. 

MNB-da kolleksiya sahəsində vardır. 



Liqustikum- Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın 

dilində  «Ligusticum»,  rus  dilində  «Liqustikum»  adlanır.  Azərbaycan  florasında  Qanadlı 



liqustikum növü vardır. 

Limon-  Sədokimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Citrus»  adlanır.  Lüğəti  mənası 

kitrion-afrika  mənşəli  sözün  mənasını  verir.  Rus  dilində  «Üitron»  adlanır.  Limon  bir  meyvə 

bitkisi olmaqla bərabər, öz yaşıl yarpaqları ilə örtülü binaları və otaqları yaşıllaşdırmaq üçün də 

qiymətlidir. Limon meyvələri çox qədimdən tibbidə geniş istifadə edilir. Meyvələrdən qulaq dibi 

şişləri  (sinka),  nəfəs  yollarının,  mədə-bağırsaq  yollarının,  podaqra  xəstəlikləri  zamanı  geniş 

istifadə  edilir.  Meyvə  qabığından  alınan  efir  yağları  ətriyyat  istehsalında  və  təbabətdə  geniş 

istifadə  edilir.  Efir  yağı  meningit  (beyin  qişalarının  iltihabı),  qarın  yatalağı  xəstəlikləri  törədən 

müxtəlif mikro-orqanizmlərə qarşı güclü antibiotik kimi geniş işlənir. Azərbaycan florasında 4-5 

növü mədəni şəraitdə becərilir. MNB-nın istixanalarında becərilir. 

Lobu- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aid olan birillik və çoxillik ot bitkiləridir. Bitki 

latın dilində «Dolichos», rus dilində «Dolixos» adlanır. Qə-dim qida və yem bitkisi olub, Afrika 

və Asiyada yayılmışdır. Azər-baycanda mədəni halda becərilən Ləbləbi lobu növü vardır. 

Lobya  (Maş)-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində «Phaseolus», rus dilində «Fasolğ» adlanır. Lobyanın qın və meyvələrində amin turşuları, 

saxaroza,  üzvi  və  yağ  turşuları,  askorbin  turşusu,  mineral  duzlar,  zülal  vardır.  Göy  lobya  ana 

südünü  artırır,  qan  azlığı  və  ümumi  zəiflik  hallarında  istifadə  edilir.  Lobyanın  qırmızı  dənli 

meyvələri  bədəndə  istilik  əmələ  gətirir,  sidikqovucu  və  südqovucu  xassəyə  malikdir.  Lobyanın 

quru  dənində  30-35%  zülal  vardır.  Cavan  lobya  qınları  duza,  sirkəyə  qoyulur  və  salatlarda 

istifadə  edilir.  Lobya  qədim  dərman  bitkilərindəndir.  Xalq  təbabətində  təzə  lobya  dənini  kiçik 

açıq yaraların üzərinə qoymaqla müalicə edirlər. Azərbaycan  florasında 3 növü mədəni şəraitdə 

becərilir. 

Lopatikan (Yatıqqanqal)- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsi- 

ləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində  «Bidens»  adlanır.  Lüğəti  mə-nası  bis-

gücləndirilmiş,  ikiqat  artırılmış,  dens-diş  deməkdir.  Rus  dilində  «Çereda»  adlanır.  Dərman 

bitkisidir. Yarpağında acılıq vardır ki, bu da iş-tahanın artırılmasında və həzmin yaxşılaşmasında 

istifadə  olunur.  Toxum-larının  tərkibində  11%-ə  qədər  yağ  vardır.  Azərbaycan  florasında  Üç-

bölümlü lopatikan növü yayılmışdır. 

Lupin- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aid olan birillik və çoxillik bitkidir. Bitki latın 

dilində  «Lupinus»  adlanır.  Lüğəti  mənası  lupus-canavar,  qurd  deməkdir.  Rus  dilində  «Lupin» 

adlanır.  Sarı  lupinin  toxumlarının  tərkibində  alkaloidlər  və  mal-qarada  xəstəlik  yaradan 

«lyupinoz»  vardır.  Qışdan  sonra  və  həmçinin  güclü  yağışdan  sonra  sarı  lupinin  zəhərliliyi  itir. 

Azərbaycan florasında 4 növü mədəni şəraitdə becərilir. 

Lüffa (Maçalka)- Boranıçiçəklilər (Qabaqkimilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki 

latın dilində «Luffa», rus dilində  «Löffa»  adlanır. Deko-rativ bitkidir.  Meyvələrindən lif, papaq, 

hamam  üçün  maçalka,  çanta  ha-zırlanmasında  istifadə  olunur.  Azərbaycanda  mədəni  halda 

Silindrik lüffa növü yayılmışdır. 


 

50 


Mahmızçiçək-  Qaymaqçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Delphinium»,  rus  dilində  «Jivokostğ»  adlanır.  Dekorativ  bitkidir.  Azərbaycan  florasında  13 

növü vardır. 



Mahmızlalə- Xaş-xaşçiçəklilər fəsiləsinə aid olan çoxillik kökü yumrulu bitkidir. Bitki latın 

dilində  «Corydalis»  adlanır.  Lüğəti  mənası  koric-dəmir  mahmız  adlanır.  Çiçəklərinin  formasına 

görə  mahmıza  oxşadığından  belə  adlandırılır.  Rus  dilində  «Xoxlatka»  adlanır.  Mahmızlalənin 

əksər  növləri  müxtəlif  çiçək  kompozisiyası  yaratmaq  üçün  yaşıllaşdırmada  geniş  tətbiq  oluna 

bilər.  Bitki  toxumları  və  kökyumruları  vasitəsilə  çoxalır.  Azərbaycan  florasında  6  növü  vardır. 

MNB-nın  kolleksiyasında  Erideli  növü  becərilir.  Azalma,  itmə  təhlükəsi  olduğuna  görə 

Azərbaycanın «Qırmızı Kitab»ına daxil edilməsi təklif olunur. 

Maklyura  (Meymun  çörəyi,  Meymun  alması)-  Tutkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın 

dilində  «Maclura»,  rus  dilində  «Maklöra»  adlanır.  Meyvələri,  yarpaqları  çox  dekorativ 

olduğundan  Abşeronda  və  Azərbaycanın  bir  çox  rayonlarında,  xüsusən  Kür-Araz  düzənliyində 

dekorativ  ağac  kimi  istifadə  edilir.  Sərt  tikanları  olduğuna  görə  Aran  rayonlarında  canlı  çəpər 

məqsədilə yaşıllaşdırmada tətbiq edilir. Meyvələri yeməlidir. Ondan oynaq xəstəlikləri müalicəsi 

üçün istifadə olunur. Yarpaqlarında 90,5-91,9 mq%, meyvələrində isə 17,7 mq% C vitamini olur. 

Azərbaycan florasında 1 növü yayılmışdır. MNB-da becərilir. 

Maqnoliya- Maqnoliyakimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Magnolia», rus dilində 

«Maqnoliə»  adlanır.  Yarpaq  və  çiçəklərinin  bəzəkliliyi,  meyvələrinin  yaraşıqlılığına  görə  yaxşı 

kol  bitkisi  sayılaraq,  əsasən  xiyabanların  salınmasında  istifadə  edilir.  Bir  çox  növləri  otaqları 

yaşıllaşdırmaq  üçün  istixana  və  dibçəklərdə  əkilir.  Azərbaycan  florasında  1  növü  vardır.  MNB-

nın kolleksiya sahəsində becərilir. 

Malabayla- Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın 

dilində «Malabaila», rus dilində  «Malabayla» adlanır. Azərbaycan florasında: Tüklü və ġırımlı 



çiçək malabayla növü vardır. 

Maldili  (Qayaotu)-  Dovşankələmikimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Opuntia», 

rus  dilində  «Maldili»,  «Opunsiə»  adlanır.  Kaktus  deyəndə  bir  çoxları  məhz  bu  bitkini  təsəvvür 

edirlər. Tikanlı yarpaqlı formalı gövdəsi malın dilinə oxşadığına görə bu adı vermişlər. Bu cinsin 

növləri aqrotexniki qulluq qaydalarına çox tələbkar deyil. Çiçəkləri iri olduğundan onları balaca 

otaqlarda  yetişdirmək  bir  qədər  çətindir.  Maldilinin  bəzi  növləri  Abşeronda  açıq  şəraitdə 

becərilir. MNB-nın kolleksiya sahəsində becərilir. 



Mamırotu-  Qərənfilçiçəklilər  fəsiləsinə  aid  olan  birillik  və  çoxillik  bitkidir.  Bitki  latın 

dilində «Sagina», rus dilində «Mşanka» adlanır. Azərbaycan florasında 3 növü yayılmışdır. 



Mantar  palıdı-  Fıstıqçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Querucus  suber»,  rus 

dilində  «Dub  probkovıy»  adlanır.  Sənayenin  bir  çox  sahələrində  işlənən  təbii  mənşəli  mantar 

daha  çox  mantar  palıdından  alınır.  Bu  mantar  yaxşı  sıxılır  və  açıldıqda  isə  yenidən  öz  əvvəlki 

formasını  alır,  elastik  olmaqla  bərabər  xüsusi  dada  və  iyə  malik  deyildir.  Suyu  və  havanı 

buraxmır, istiliyi və səsi uda bilir, zəif turşuluğa və qələvi mühitə davamlıdır. Bu xüsusiyyətlərinə 

görə  mantar  gəmiçilikdə,  təyyarəqayırmada,  şərabçılıqda,  yeyinti  sənayesində  geniş  istifadə 

olunur.  Mantarın  tərkibi  suberindən  (58%),  sellülozadan  (22%),  liqnindən  (12%)  və  digər 

maddələrdən  ibarətdir.  Hazırda  mantar  palıdı  respublikanın  bir  çox  meşə  təsərrüfatlarında 

becərilir. MNB-nın kolleksiyasında vardır. 

Maral fındığı- Fındıqçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Corylus cervorum», rus 

dilində «Oleniy orex»  adlanır. Fındıq meyvələrinin tərkibində 59-70% yağ, 11-18% zülal, 3-8% 

sulu  karbonlar,  2-3%  mineral  duzlar,  12,31%  sellüloza,  13-17%  azotlu  maddələr  və  vitaminlər 

vardır.  Fın-dıq  yağından  ətriyyatda,  rəssamlıqda,  sabun  və  şam  hazırlanmasında  istifadə  edilir. 

Meyvə  qabığından  təbabətdə  işlənən  kömür  alınır.  Azər-baycan  florasında  3  növü  yayılmışdır. 

MNB-da 5 növünün kolleksiyası var-dır. 



Marsiliya-  Marsiliyalar  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Marsilea»,  rus  dilində 

«Marsiliə» adlanır. Azərbaycan florasında 2 növü yayılmışdır. 



 

51 


Maş (bax: Lobya) 

Meliya  (İran  yasəməni)-  Meliyakimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Melia» 

adlanır. Lüğəti mənası  melia-göyrüş, vən deməkdir. Rus dilində  «Meliə»  adlanır.  İran  yasəməni 

adı ilə respublikamızda daha çox bəzək bitkisi kimi geniş yayılmışdır. Meliya qiymətli piyli-yağlı 

bitkilərdəndir. Onun çox ətirli olan çiçəklərindən keyfiyyətli efir yağı alınır. Meyvə yanlığında 4-

7%  «Marqoza»  adı  ilə  tanınan  piyli-yağ  vardır.  Bu  piyli-yağın  tərkibində  zəhərli  birləşmələr 

vardır.  Ondan  təmiz  və  şəffaf  işıqlandırıcı  yanacaq  (şam)  kimi  istifadə  olunur,  sabunbişirmə  və 

laklı  boya  istehsalı  sənayesində  işlənir.  Yarpaqlarından  yaşıl  rəng  alınır.  Yarpaqları 

qaynadıldıqdan  sonra  alınan  məhlul,  həmçinin  meyvələri  sıxıldıqdan  sonra  qalan  kütlədən 

müxtəlif  qatılıqlı  spirt  və  ya  qələvi  məhlulu,  zərərvericilərə  qarşı  ekoloji  təmiz  insektisid  kimi 

istifadə olunur. Azərbaycan florasında 1 növü vardır. MNB-nın kolleksiya sahəsində becərilir. 



Meşəçətirotu-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  çox-illik  bitkidir.  Bitki 

latın  dilində  «Sanicula»  adlanır.  Lüğəti  mənası  sanare-müalicə  etmək  deməkdir.  Rus  dilində 

«Podlesnik» adlanır. Azərbaycan flo-rasında Avropa meĢəçətirotu növü vardır. 

Meşə  gilası-  Gülçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Padus»,  rus  dilində 

«Çeremuxa»  adlanır.  Dekorativdir,  balverəndir,  çoxlu  tozcuq  verir.  Meyvələri  yeməlidir,  lakin 

büzüşdürücü  dada  malikdir.  Qabığından  yaşıl  boyanın  alınmasında  istifadə  olunur.  Azərbaycan 

florasında Adi meĢə gilası növü yayılmışdır. MNB-nın kolleksiya sahəsində becərilir. 



Meşənovruzu-  Novruzçiçəyikimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Cyclamen»  adlanır.  Lüğəti  mənası  cyclos-dairə,  sahə  deməkdir.  Yeraltı  kök  yumrusu  dairəni 

xatırlatdığına  görə  bu  adı  vermişlər.  Rus  dilində  «Drəkva»,  «Üiklamen»  adlanır.  Azərbaycanda 

bitən  3  növünün  hamısı  zəhərlidir.  Tərkiblərində  saponin-siklamiretin  qlükozidi  vardır. 

Yarpaqlarında  C  vitamini  vardır.  Xalq  təbabətində  kökyumrusunun  suyundan  1-2  damcı  burun, 

alın  və  qulaq  boşluğunun  selikli  iltihabı  (qaymorit)  xəstəliklərinə  qarşı  istifadə  olunur.  Müalicə 

çox ehtiyatlı aparılmalıdır. Bir çox növləri dərman bitkisi kimi istifadə olunur. Azərbaycanda 3 

növü  bitir.  Əksər  növləri  nadir  və  nəsli  kəsilməkdə  olan  bitki  kimi  keçmiş  ittifaqın  və 

Azərbaycanın «Qırmızı Kitab»larına daxil edilmişdir. MNB-nın kolleksiya sahəsində becərilir. 



Mərcan  gülü-  Səhləbçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Corallorhiza»  adlanır.  Lüğəti  mənası  korallion-mərcan,  riza-kök  deməkdir.  Rus  dilində 

«Ladğən»  adlanır.  Azərbaycan  florasında  Üçyarıq  mərcan  gülü  növü  vardır.  MNB-nın 

kolleksiya sahəsində vardır. 

Mərcəki-  Kələmkimilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində  «Clypeola»  adlanır.  Lüğəti  mənası  clypeus,  clypeum-lövhə,  qın,  sipər  deməkdir.  Rus 

dilində «Hitniüa» adlanır. Azərbaycan florasında 2 növü yayılmışdır. 

Mərci-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Lens», rus dilində «Çeçeviüa» adlanır. Azərbaycan florasında 3 növü vardır ki, onlardan biri də 

mədəni şəraitdə becərilir. 



Mərəçüyüd (Qulançar)- Qulançarkimilər fəsiləsinə aiddir. Bitkiyə Qazax-Gəncə zonasında 

qulançar, Qarabağ, Naxçıvan, Qərbi Azərbaycanda isə mərəvçə və  ya mərəçüyüd deyirlər. Latın 

dilində  «Asparagus»  adlanır.  Bu  sözün  mənası  fransızca  «farmakope»  olub,  dərman  hazırlamaq 

deməkdir. Fransada, Çində, Bolqarıstanda mərəçüyüdün kökümsovlarından, körpə zoğlarından və 

toxumlarından  sidikqovucu,  ürək  əzələlərini  nizamlayan,  sidik  kisəsi  və  sidik  daşı,  böyrək 

yumaqcıqlarının  iltihabı  (nefrit)  yel,  şəkər,  hərarət  salıcı,  dölsüzlük  və  prostat  (adenoma) 

xəstəliklərin  müalicəsində  istifadə  olunur.  Azərbaycanda  isə  9  növü  bitir.  MNB-nın  kolleksiya 

sahəsində becərilir və 3 növü «Qırmızı Kitab»a düşmək üçün təklif olunur. 



Mərəvcə-  Mərəvcəçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Smilax»,  rus  dilində 

«Sassaparilğ»,  «Pavoy»  adlanır.  Azərbaycanda  əsa-sən  aran  meşələrinin  rütubətli  yerlərində 

keçilməz kolluqlar əmələ gəti-rir. Şaquli yaşıllaşdırmada əvəzsiz bəzək bitkisidir. Azərbaycanda 

bu cinsin bir növü (Smilax excelsa L.-Hündür mərəvcə)  bitir. MNB-nın kolleksiya sahə-sində 

becərilir. «Qırmızı Kitab»a salınmaq üçün təklif olunur. 


 

52 


Mərsin-  Mərsinkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Myrtus»,  rus  dilində  «Mirt» 

adlanır.  Qədim  dövrlərdən  efir  yağlı  bitki  kimi  becərilir.  Meyvəsi  giləmeyvədir.  Dərman 

bitkisidir.  Qabarmış  yaraların  müalicəsində  istifadə  olunur.  Ətirli  iyə  malik  olduğuna  görə  

olimpiya  qaliblərinə  zeytun,  dəfnə  və  mərsindən  çələk  bağlayırdılar.  Azərbaycanda  (Bakı, 

Mərdəkan və Naxçıvanda) Dendroloji bağlarda Adi mərsin növü introduksiya olunur. MNB-nın 

kolleksiya sahəsində vardır. 



Məryəmnoxudu- Dodaqçiçəklilər (Dalamazkimilər) fəsiləsinə aid olan 

çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Teucrium»,  rus  dilində  «Dubrovnik»  adlanır.  Dərman,  efir 

yağlı, texniki, balverən, dekorativ bitkilərdir. Azərbaycan florasında 8 növü vardır. 

Məxmərpaxla-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində «Stizolobium», rus dilində «Barxatnıe bobı» adlanır. Qiymətli yem bitkisidir. Azərbaycan 

florasında bir növü yayılmışdır. 

Məsməsi-  Kələmkimilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində  «Torularia»  adlanır.  Lüğəti  mənası  torula-təpəcik,  kiçik  təpə  deməkdir.  Rus  dilində 

«Çetoçnik» adlanır. Erkən yazda  yamaclarda geniş yayılır və dekorativ görünür, həmçinin mal-

qara tərəfindən yem bitkisi kimi yeyilir. Azərbaycan florasında 4 növü yayılmışdır. 



Mixəkgülü (bax Sədbər) 

Minaçiçəyi-  Minaçiçəyikimilər  fəsiləsinə  aid  olan  birillik  və  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Verbena»,  rus  dilində  «Verbena»  adlanır.  Uzun  müddət  çiçək  açan  bitki  kimi  bəzək-

bağçılıqda ətir iyi verən çiçəklərindən çiçəkliklər salmaq üçün geniş istifadə edilir. Eyni zamanda 

gül  dəstəsi  kimi  də  istifadə  olunur.  Azərbaycan  florasında  2  növü  yayılmışdır.  MNB-nın 

kolleksiya sahəsində (otaq və çöl şəraitində) becərilir. 

Misirotu-  Misirotukimilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Tetradiclis»,  rus  dilində  «Tetradiklis»  adlanır.  Dəvələr  tərəfindən  yaxşı  yeyilir.  Azərbaycan 

florasında Ġncə misirotu növü vardır. 



Mollabaşı-Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki 

latın  dilində  «Matricaria»  adlanır.  Lüğəti  mənası  mater-ana  deməkdir.  Rus  dilində  «Romaşka» 

adlanır.  Dərman  bitkisidir.  Həliminin  dəmlənməsi  boğazın  qarqarası,  imalə  kimi,  təpitmə, 

qızdırma  zamanı  tərlədici  dərman  kimi  istifadə  olunur.  Azərbaycan  florasında  2  növü  vardır. 

MNB-nın kolleksiya sahəsində vardır.  

Moruq-  Gülçiçəklilər  fəsiləsinə  aid  olan  moruq  qiymətli  giləmeyvə  bitkisidir.  Bitki  latın 

dilində  «Rubus»  adlanır.  Lüğəti  mənası  rubus-moruq,  böyürtkan,  acer-ağcaqayın  deməkdir.  Rus 

dilində  «Malina»  adlanır.  Moruq  meyvələrində  4,56-10,67%  şəkərlər,  0,62-2,17%  turşular 

(əsasən limon, alma və az miqdarda salisin və qarışqa turşusu), 0,21-0,31% aşı maddələri, 0,76-

1,90%  azotlu  maddələr, 3,44-9,38%  sellüloza, 0,14-0,78%  kül  elementləri, 40  mq% C  vitamini, 

80  mq%  müxtəlif  kaxetinlər,  B

9

,  B


12

  vitaminləri,  pektin  maddələri  və  mikroelementlər  vardır. 

Moruq meyvələrindən təzə halda istifadə olunmaqdan başqa, ondan mürəbbə, pastila, püre, şirə, 

jele,  spirtli  və  spirtsiz  içkilər  hazırlanır.  Moruq  meyvələri  çox  qədimdən  xalq  təbabətində 

qanazlığı  və  soyuqdəymə  zamanı  müalicə  vasitəsi  kimi  istifadə  edilir.  MNB-da  kolleksiya 

sahəsində vardır. 



Murdarça-  Murdarçakimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Rhamnus»,  rus  dilində 

«Joster»,  «Jester»  adlanır.  Dərman,  boya,  aşı-layıcı  əhəmiyyətə  malikdir.  Meyvələrində  pektin 

maddələri, kitrə, piq-mentlər, acı maddələr, qabığında isə aşı maddələri vardır. Xalq təba-bətində 

meyvələrindən başqa qabığı da işlətmə dərmanı məqsədilə istifadə edilir. Təzə (tər) yarpaqlarında 

422,7-742,2 mq%, qurumuş yarpaqlarda isə 1140-1257 mq% C vitamini vardır. Toxumlarında 8-

12%-ə  qədər  yağ  vardır.  Azərbaycan  florasında  5  növü  vardır  ki,  bunlardan  biri  də  mədəni 

şəraitdə becərilir. MNB-da 3 növün kolleksiyası becərilir. 

Murquz-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Erianthus»  adlanır. 

Lüğəti  mənası  erion-yun,  ipək,  antoc-çiçək  deməkdir.  Rus  dilində  «Griantus»  adlanır.  Yem 



 

53 


bitkisidir.  Gövdəsi  iplərin,  zənbillərin  və  s.  hazırlanmasında  istifadə  oluna  bilər.  Azərbaycan 

florasında Qızaran murquz növü yayılmışdır. 



Mürgüotu-  Qərənfilçiçəklilər  fəsiləsinə  aid  olan  birillik  və  ikiillik  bitkidir.  Bitki  latın 

dilində  «Elisanthe»,  rus  dilində  «Drema»  adlanır.  Azərbaycan  florasında  2  növü-YapıĢqanlı  və 



Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin