Oruc Ġbadlı Aliyə Zərgərli


karamıĢ növü bitir.              Kasnı(Cırtdaquş, göyçiçək)-



Yüklə 2,36 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix29.12.2016
ölçüsü2,36 Mb.
#3857
1   2   3   4   5   6   7   8   9   10   ...   14

karamıĢ növü bitir. 

            Kasnı(Cırtdaquş, göyçiçək)-Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) 

fəsiləsinə aid olan birillik və çoxillik ot bitkisidir. Bitki latın dilində «Cichorium» adlanır. Lüğəti 

mənası kio-getmək, chorion-sahə deməkdir. Rus dilində «Üikoriy» adlanır. Cavan yarpaqlarından 

salatların  hazırlanmasında  istifadə  olunur.  Kökündə  inulin,  acı  intibin  qlükozidi,  fruktoza  və  C 

vitamini  olur.  Yoğunlaşmış  kökündən  qəhvə  surroqatı  və  həmçinin  yüksək  keyfiyyətli  spirt 

alınmasında istifadə edilir. Köklərinin həlimi mikroba qarşı işlədilir və büzücü xassəyə malikdir. 


 

39 


Xalq  təbabətində  kasnının  qurudulmuş  çiçəyi,  yar-pağı  və  kökünün  dəmlənməsindən  qaraciyər, 

öd kisəsi və sarılıq xəstəlik-lərində istifadə edilir. Azərbaycan florasında 2 növü bitir. 

            Kassiya (Səna, İskəndər yarpağı)-  Fabakimilər (Paxlakimilər)  

fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Cassia»,  rus  dilində  «Kassiə»,  «Senna»  adlanır.  Dərman 

bitkisidir.  Təbabətdə  yarpağının  şirəsindən  işlətmə  dərmanı  kimi  istifadə  olunur.  Yarpağında 

ümumi  antraqlükozidin miqdarı  0,8-1,2%,  meyvəsində  isə  1,3%-dir.  Azərbaycan  florasında  2-3 

növü bitir. 

            Katalpa-  Biqnoniyakimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Catalpa»,  rus  dilində 

«Katalğpa»  adlanır.  Katalpa  toxumlarının  tərkibində  30%-dək  eliostearin  turşusu  vardır. 

Yarpaqların  irililiyi  və  tünd-yaşıl  olması  onu  çox  dekorativ  edir.  Azərbaycan  florasında 

Yasəmənyarpaq katalpa növü bitir. MNB-nın kolleksiyasında əkilib becərilir. 

           Keçialaçı-  Yulğunkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Reanmuria»,  rus  dilində 

«Reomöriə» adlanır. Azərbaycan florasında 3 növü bitir. 

            Keçiqulağı  (Sığırquyruğu)-  Keçiqulağıkimilər  fəsiləsinə  aid  olan  iki-illik  və  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Verbascum»,  rus  dilinlə  «Korovək»  adlanır.  Dekorativ  bitkidir. 

Bağlarda geniş yayılmışdır. Azərbaycan florasında 25 növü bitir. 

            Keçiməməsi-  Zəngçiçəyikimilər  fəsiləsinə  aid  olan  ikiillik  bitkidir.  Bitki  latın  dilində 

«Michauxia», rus dilində  «Mişoksiə»  adlanır.  Azərbaycan florasında  Hamar keçiməməsi növü 

bitir. 


            Keçiyemliyi (Təkə saqqalı)- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) 

fəsiləsinə  aid  olan  ikiillik  və  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Scorzonera»  adlanır.  Lüğəti 

mənası  scorza-kök,  nera-qara  deməkdir.  Rus  dilində  «Kozeleü»,  «Skorüonera»  adlanır.  Yem 

bitkisidir,  yarpaqları  və  kökləri  yeyilir.  Yoğunlaşmış  kökümsovlu  bitkidir.  Köklərində  1-2%, 

yarpaqlarında 1-2,5%, gövdəsində isə 1% kauçuk olur. Çiçəkləri və  yarpaqları çox dekorativdir. 

Azərbaycan florasında 19 növü bitir. 

             Kentrantus-  Pişikotukimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Kentranthus»  adlanır.  Lüğəti  mənası  kentron-mahmız,  anthos-çiçək  deməkdir.  Rus  dilində 

«Kentrantus» adlanır. Respublikamızda az bir müddətdə becərilməsinə baxmayaraq özünə çoxlu 

pərəstişkar  çiçək  həvəskarı  toplamışdır.  Çiçəyinin  rənginə,  yarpaqlarının  dekorativliyinə  görə 

bəzək-bağçılıqda  ondan  müxtəlif  kompozisiyalar  yaratmaq  mümkündür.  Azərbaycan  florasında 



Uzunçiçək kentrantus növü bitir. MNB-nın kollek-siya sahəsində əkilib becərilir. 

             Kəfrəmotu-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  çox-illik  bitkidir.  Bitki 

latın dilində «Laserpitium» adlanır. Lüğəti mənası laserion-qatranlı maddə, piticein-axmaq, axıb 

getmək deməkdir. Rus dilində «Qla-dış» adlanır. Azərbaycan florasında Sərttük kəfrəmotu növü 

becərilir. 

             Kəklikotu-  Lamiasiyakimilər (Dodağıçiçəklilər) fəsiləsinə aiddir. 

Bitki  latın  dilində  «Thymus»,  rus  dilində  «Timğən»,  «Çabreü»  adlanır.  Efir  yağlı  bitkidir.  Efir 

yağının  tərkib  hissəsi  əsas  etibarilə  fenollar,  monoterpenlər,  ketonlardan  ibarətdir.  Kəklikotu 

bitkisi  dərman  vasitəsi  kimi  bir  çox  xəstəliklərin,  o  cümlədən  tənəffüs  və  həzm  sistemi 

xəstəliklərinin müalicəsində, həmçinin kulinariyada geniş istifadə olunur. Kəklikotunun efir yağı 

həzm  sisteminə  müsbət  müalicəvi  təsir  göstərir.  Onun  rozmarin  və  ya  ətirşahdan  alınmış  efir 

yağları  ilə  qarışığı  qarın  nahiyyəsinin  masajında  ağrıkəsici  kimi  istifadə  edilir.  Eyni  zamanda 

kəklikotu  yorğunluğu  aradan  qaldırır,  aşağı  qan  təzyiqi  və  qanazlığı  kimi  xəstəliklərin 

müalicəsində  mühüm  rol  oynayır.  Kəklikotu  bitkisindən  bir  çox  xəstəliklərin  müalicəsində 

istifadə  olunur.  Onun  antiseptik  xüsusiyyətlərindən  biri  də  tənəffüs  sistemi  infeksiyalarında 

(soyuqdəymə,  qripp,  öskürək,  bronxit  və  s.)  müalicəvi  təsirə  malik  olmasıdır.  Azərbaycan 

florasında 18 növü vardır. MNB-da bir neçə nö-vü əkilib becərilir. 

            Kəkrə- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan 



 

40 


çoxillik bitkidir. Bitki latın dilində «Acroptilon» adlanır. Lüğəti mənası acron-iti-ləşmiş, üst qat, 

ptilon-qanad  deməkdir.  Rus  dilində  «Qorçak»  adlanır.  Azər-baycan  florasında  Sürünən  kəkrə 

növü bitir. 

            Kələm-  Kələmkimilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  və  ya  ikiillik  bitkidir. 

Bitki  latın  dilində  «Brassica»  adlanır.  Lüğəti  mənası  braso-qaynatmaq  deməkdir.  Rus  dilində 

«Kapusta»  adlanır.  Tərəvəz  bitkisidir.  Tərkibi  1,27-3,78%  azotlu  maddələrdən,0,16-0,67% 

yağdan  və  5,25—8,56%  karbohidratdan  ibarətdir.  Kələmin  yarpaqlarının  tərkibində  C  vitamini 

(10-200mq%),  A  vitamini  (38-72  qamm),  o  cümlədən  K,  B

1

,  B


2

,  və  D  vitaminləri  vardır. 

Azərbaycan  florasında  8  növü  məlumdur  ki,  bunlardan  üçü  mədəni  şəraitdə  becərilir.  MNB-da 

dekorativ sortları əkilib becərilir. 

             Kələvüç-Lamiasiyakimilər  (Dodağıçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki 

latın  dilində  «Galeobdolon»  adlanır.  Lüğəti  mənası  gale-gəlincik,  safsar,  bdolos-pis  iy,  üfunət 

deməkdir. Rus dilində «Zelençuk» ad-lanır. Azərbaycan florasında Sarı kələvüç növü becərilir.   

            Kənaf-  Kənafkimilər  fəsiləsinə  aid  birillik  bitkidir.  Bitki  latın  dilində  «Cannabis»,  rus 

dilində  «Konoplə»  adlanır.  Gövdəsində  20%-ə  qədər  yüksək  hiqroskopiklik  qabiliyyətinə  malik 

möhkəm  texniki  lif  olan  kənaf,  əsasən  kobud  parçaların,  hörüklü  iplərin  və  yelkənli  gəmilərdə 

istifadə  üçün  kəndir  hazırlanmasında  istifadə  edilir.  Bu  parçalardan  kisə,  brezent  və  digər 

suyadavamlı  əşyalar  hazırlanır.  Azərbaycan  florasında  2  növü  vardır  ki,  bunlardan  biri  mədəni 

şəraitdə becərilir. 

            Kəndir- Kəndirçiçəklilər fəsiləsinə aid çoxillik bitkidir. Bitki latın dilində «Trachomitum» 

adlanır.  Lüğəti  mənası  trachys-kələ-kötür,  miton-tel  deməkdir.  Rus  dilində  «Kendırğ»  adlanır. 

Lifli,  kauçukverən  və  dərman  bitkisidir.  Yarpaqlarında  0,5-2,5%-ə  qədər  kauçuk  olur. 

Azərbaycan florasında 2 növü bitir. 

            Kəndirotu-  Əməköməcikimilər  fəsiləsinə  aid  birillik  bitkidir.  Bitki  latın  dilində 



«Abutilon» adlanır. Lüğəti mənası a-inkar, bous-körpü özülü, tilos-zəif, davamsız deməkdir. Rus 

dilində  «Kanatnik»  adlanır.  Lifli  bitkidir,  kəndirindən  yelləncək,  balıq  toru  hazırlanmasında 

istifadə olunur. Azərbaycan florasında Teofrast kəndirotu növü bitir. 

            Kəpənəkçiçək- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə  

aid olan çoxillik bitkidir. Bitki latın dilində «Aconitum», rus dilində  «Boreü», «Akonit» adlanır. 

Kəpənəkçiçəyi  dibçəklərdə,  eyvanlarda,  yeşiklərdə  əkib-becərmək  olar.  Bəzək-bağçılıqda 

güllüklər  yaratmaq  və  gül  dəstəsi  düzəltmək  üçün  istifadə  olunur.  Mal-qara  üçün  zəhərli  bitki 

hesab olunur. Azərbaycan florasında 3 növü bitir. 

              Kərəvüz-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  və  ikiillik  bitkidir. 

Bitki  latın  dilində  «Apium»  adlanır.  Lüğəti  mənası  apis-arı  deməkdir.  Rus  dilində  «Selğderey» 

adlanır. Kərəvüzün kökmeyvələrinin tərkibində 6,7% sulu karbonlar, o cümlədən 5% şəkər, 1,3% 

zülal, 0,1% efir yağı, 1% sellüloza, 1% kül (kalium, kalsium, fosfor, natrium və s.) elementləri, 7 

mq%  C  vitamini  və  az  miqdarda  A,  B  qrupu  vitaminləri  və  PP  vitamini  vardır.  Yarpaqları 

müxtəlif salatların hazırlanmasında, meyvə və tərəvəzlərin konservləşdirilməsində, duza, turşuya 

qoyulmasında  istifadə  edilir.  Kərəvüz  həm  də  qiymətli  dərman  bitkisidir.  Xalq  təbabətində 

kərəvüz  yarpaqlarından  alınmış  preparat  sidikqovucu  kimi  istifadə  edilir,  şirəsi  böyrək 

daşlarından azad olunmasında, həmçinin qan təzyiqinin aşağı salınmasında və şəkər xəstəliyinin 

müalicəsində  istifadə  edilməsinə  imkan  yaradır.  Ətriyyatda  geniş  istifadə  olunur.  Azərbaycan 

florasında Ġyli kərəvüz növü bitir. 

              Kəsəkotu-  Kələmkimilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində  «Arabidopsis»  adlanır.  Lüğəti  mənası  arabis  və  apsis-növ  deməkdir.  Rus  dilində 

«Rezuşka» adlanır. Azərbaycan florasında 3 növü bitir. 

              Kəsikotu- Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın 

dilində  «Libanotis»,  rus  dilində  «Poreznik»  adlanır.  Azərbaycan  florasında  Zaqafqaziya 



kəsikotu növü bitir. 

 

41 


              Kətəv-  Kətəvkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Thesium», 

rus dilində «Leneü» adlanır. Azərbaycan florasında 4 növü becərilir.  

        Kəvər- Soğankimilər fəsiləsinə aiddir. Kəvərin tərkibində kifayət qədər kalium, dəmir, 

fosfor, kükürd, C, B

1

, B


2

, E, PP vitaminləri və karotin vardır. Efir yağının tərkibində olan kükürd 

kəvərə  spesifik  dad  verir.  Kəvərdən  padaqra,  revmatizm,  sınqa,  yaddaş  zəifliyi  (skleroz) 

xəstəliklərinin  müalicəsində,  həmçinin  psixi  və  fiziki  yorğunluğa  qarşı  istifadə  olunur.  Kəvər 

həzm orqanlarının fəaliyyətini  artırır, sidikqovucu  xüsusiyyətə malik olmaqla böyrəklərin işini 

yaxşılaşdırır,  iştahı  artırır.  Xalq  arasında  ən  çox  səbzi  qovurma  kəvərlə  hazırlanır.  Xalq 

təbabətində kəvərin yarpaq və soğanını əzib şirəsini çıxarır və ondan bir çay qaşığı götürüb, bir 

çay  qaşığı  balla  qarışdırıb  üzə  çəkdikdə  ləkələri  aparır  və  üzün  rəngini  yaxşılaşdırır.  MNB-nın 

kolleksiya sahəsində kəvərin müxtəlif sortları becərilir. 

 Kirpiotu-  Tərəçiçəklilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 



«Echinopsilon»  adlanır.  Lüğəti  mənası  exinos-kirpi,  psilon-tük  deməkdir.  Rus  dilində 

«Gxinopsilon»  adlanır.  Boyaqçılıqda  geniş  istifadə  olunur.  Azərbaycan  florasında  2  növü 

becərilir. 

Kişniş-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində  «Coriandrum»  adlanır.  Lüğəti  mənası  koris-balaca,  anison-cirə  deməkdir.  Rus  dilində 

«Kişneü», «Koriandr» adlanır. Kişnişin tərkibində orta hesabla 67 mq% C vitamini, 278 mq% A 

provitamini,  toxumlarında  isə  2,93%-ə  kimi  efir  yağı,  10%  piy  və  16%-ə  qədər  zülal  maddəsi 

vardır.  Kişnişin  toxumları  özünə  məxsus  kəskin  iyə  malik  olub  limon  ətrini  xatırladır.  Kişniş 

toxumlarından  çörək-bulka,  qənnadı  məmulatları,  pendir,  likyor  (içki)  və  pivə  istehsalında 

ədviyyat kimi geniş istifadə edilir. Ətriyyat sənayesində də qiymətli xammaldır. Kişniş bitkisinin 

yarpaqları, zərif zoğu və toxumları bəzi xəstəliklərin müalicəsində  geniş istifadə edilir.  Kişnişin 

şirəsi  ilə  ürək  ağrıları  və  ürək  sancmaları  müalicə  edilir.  Azərbaycan  florasında  Çöl  və  Dağ 

kiĢniĢi növləri becərilir. 

Kök-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  və  ikiillik  bitkidir.  Bitki 

latın  dilində  «Daucus»  adlanır.  Lüğəti  mənası  danein-yandırmaq  deməkdir.  Rus  dilində 

«Morkovğ» adlanır. Kökmeyvəsinin tərkibində 6-8% şəkər, 1,5% zülal, 1,2% sellüloza, 0,8% kül 

elementləri,  o  cümlədən  dəmir,  kalium,  kalsium,  manqan,  fosfor  birləşmələri,  B

1

,  B


2

,  B


6

,  PP 


vitaminləri  vardır.  Kök  çiy  halda  çərəz  kimi  yeyilir,  xörəklərə,  yəni  plova,  şorbalara,  veneqretə 

qatılır. Kökün müalicəvi əhəmiyyəti də böyükdür. Belə ki, o gözlərin görmə qabiliyyətini artırır, 

körpələrin  böyüməsini  sürətləndirir, işta-hanı  artırır,  sidikqovucudur,  böyrək  xəstəlikləri  zamanı 

güclü təsir göstərir. Kökün toxumundan alınan daukarindən təbabətdə ürək xəstəliklərini müalicə 

etmək  üçün  geniş  istifadə  olunur.  Azərbaycan  florasında  2  növü  vardır.  Yabanı  kök  növü 

təbiətdə bitir, Əkin kökü növü isə mədəni şəraitdə becərilir. 



Köməci-  Əməköməcikimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Malvella»,  rus  dilində  «Malğvoçka»  adlanır.  Azərbaycan  flora-sında  Jerar  köməci  növü 

becərilir. 



Köpəkdiliotu- Sümürgənkimilər fəsiləsinə aid olan birillik, ikiillik və çoxillik bitkidir. Bitki 

latın dilində «Cynoglossum» adlanır. Lüğəti mənası kyon-köpək, glossa-dil deməkdir. Rus dilində 

«Çernokorenğ»  adlanır.  Balverən  bitkidir.  Dərman  köpəkdiliotunun  kökünün  tərkibində  0,12% 

zəhərli alkaloid sinoqlossin, qlükozid və alkaloid sinoqlossein, toxumlarında isə 40%-ə qədər yağ 

vardır. Ot hissəsi efir yağı ilə zəngindir. Azərbaycan florasında 5 növü becərilir. 

Köpükotu-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Hedysarum»    adlanır.  Lüğəti  mənası  hedya,  aroma-xoş  ətirli  deməkdir.  Rus  dilində 

«Kopeeçnik»  adlanır.  Mal-qara  tərəfindən  yaxşı  yeyilir.  Dekorativ  bitkidir.  Azərbaycan 

florasında 8 növü becərilir. 



Küknar-  Şamkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Picea»  adlanır.  Lüğəti  mənası 

pix-qatran  deməkdir.  Rus  dilində  «Elğ»  adlanır.  Oduncağı  ağ,  yumşaq,  yüngül,  davamlıdır, 

bunlardan  tikinti  və  xırda  məmulat  hazırlamaq  üçün  material  hazırlanır.  Qabığından  dərinin 


 

42 


aşılanmasında,  skipidar,  terpentin  yağı  və  s.  hazırlanmasında  istifadə  olunur.  MNB-da  bir  neçə 

növün kolleksiyası vardır. 



Küllücə- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan 

birillik  bitkidir.  Bitki  latın  dilində  «Filago»  adlanır.  Lüğəti  mənası  filum-tel  de-məkdir.  Rus 

dilində «Jabnik» adlanır. Azərbaycan florasında 3 növü bitir. 

Küncüt- Küncütkimilər fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın di-lində «Sesamum» 

adlanır.  Lüğəti  mənası  küncütün  qədim  yunan  adı  ilə  bağ-lıdır.  Rus  dilində  «Kunjut»  adlanır. 

Yağlı bitkilərdir. Küncütün toxumunda 53-63% yağ vardır. Küncüt yağı açıq-sarı rəngli, xoş dada 

malik  və  iysizdir,  qida  və  qənnadı  sənayesində    yüksək  növlü,  keyfiyyətli  halvanın  hazır-

lanmasında istifadə olunur. Azərbaycan florasında mədəni halda ġərq kün-cütü növü becərilir. 

Küstüşam  (Brioniya)-  Boranıkimilər  (Qabaqkimilər)  fəsiləsinə  aid  olan  çoxillik  ot 

bitkisidir. Bitki latın dilində «Bryonia» adlanır. Lüğəti mənası bryein-tez böyüyən deməkdir. Rus 

dilində «Perestupenğ», «Brioniə» adlanır. Zəhərli olub piyli və yağlı bitkidir. İkievli küstüşamın 

köklərində alkaloid və qlükozid brionin vardır. Onun giləmeyvələrindən qırmızı boya alınır. Xalq 

təbabətində  qandayandırıcı,  ağrıkəsən,  öskürəyə  qarşı  istifadə  olunur.  Mal-qara  tərəfindən 

yeyilmir. Azərbaycan florasında 2 növü becərilir. 



Qamış-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Phragmites»,  rus 

dilində  «Trostnik»  adlanır.  Yaşıl  hissələri  yeməlidir,  tər-kibində  16-18%  karbohidrat  vardır. 

Qurudulmuş  əzilmiş  kökümsovundan  şi-rin  çörək  hazırlanır.  Yarpaqlarının  tərkibində  C  və  A 

vitamini vardır. Azər-baycan florasında Adi qamıĢ növü becərilir. 



Qanadçiçək-  Qərənfilçiçəklilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Pteranthus»  adlanır.  Lüğəti  mənası  pteros-qanad,  antoc-çiçək  deməkdir.  Rus  dilində 

«Krıloüvetnik» adlanır. Azərbaycan florasında Haçalı qanadçiçək növü becərilir. 

Qanqal-  Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan 

ikiillik  və  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Cirsium»,  rus  dilində  «Bodək»  adlanır. 

Kökümsovunun  tərkibində  inulin  vardır  ki,  bu  da  yerarmudu  (yeralması)  dadını  xatırladır  və 

qidada istifadə olunur. Azərbaycan florasında 32 növü becərilir. 



Qantəpər-  Fırçaotukimilər  fəsiləsinə  aid  olan  birillik  və  çoxillik  ot  bitkisidir.  Bitki  latın 

dilində  «Cephalaria»  adlanır.  Lüğəti  mənası  kephale-baş  deməkdir.  Rus  dilində  «Qolovçatka» 

adlanır. Yaxşı balverən bitkidir. Çiçəklənmiş başcığı xalçaçılıqda yun saplarının alovu-sarı rəngə 

boyanmasında  istifadə  olunur.  Bitkinin  tərkibində  araqasin  (C

21 

H

18



H

2

O



4

)  və  digər  alkaloidlər 

vardır.  Xalq  təbabətində  çiçəyindən  hazırlanmış  şirə  və  həlim  soyuqdəyməyə  qarşı  istifadə 

olunur.  Yarpaqlarında  134  mq%  C  vitamini  olur.  Toxumlarının  tərkibində  7,35%  su,  11,60% 

sellüloza, 22,60% yağ, 16,25% azotlu maddələr, 36,38% azotsuz ekstrakt maddələri və 5,85% kül 

vardır. Azərbaycan florasında 12 növü becərilir. MNB-nın kolleksiya sahəsində becərilir. 



Qaraçöhrə-  Qaraçöhrəkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Taxus»,  rus  dilində 

«Tiss»  adlanır.  Yarpaqları  acı  və  zəhərli  olduğu  üçün  mal-qara  tərəfindən  yeyilmir.  Tərkibində 

alkaloid  «taksin»  (C

27

H



51

NO

10



)  və  yarpaqlarında  efir  yağı  vardır  ki,  bu  da  qıcıqlandırma 

xüsusiyyətinə  malikdir.  Qaraçöhrənin  toxumlarının  tərkibində    30,38%  yağ  vardır.  Xalq 

təbabətində yarpaqlarından ürək xəstəliyinə qarşı istifadə olunur. Dekorativdir, yaxşı balverəndir. 

Azərbaycan florasında 1 növü becərilir. MNB-da kolleksiyası vardır. 



Qaragilə- Doqquzdonkimilər fəsiləsinə aiddilər. Kol bitkisidir. Meyvə əmələ gətirəndə çox 

bəzəkli  görünür.  Qayçılanma  vasitəsilə  yaşıllaşdırmada  müxtəlif  formalar  vermək  mümkündür. 

Bitki latın dilində «Symphoricarpus», rus dilində «Snejnik», «Snejnoəqodnik» adlanır. Balverən 

bitkidir. Azər-baycan florasında mədəni əkin şəraitində Salxımvarı qaragilə növü be-cərilir. 



Qarağac- Qarağackimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Ulmus», rus dilində «Vəz», 

«İlğm»,  «Berest»,  «Karaqaç»  adlanır.  Azərbaycan  rayonlarında  küçələrin,  bağların  və  parkların 

yaşıllaşdırılmasında,  bəzi  yerlərdə  yolların kənarında  və  meşə  zolaqlarının salınmasında istifadə 

edilir.  300  ilə  qədər  yaşayır.  Balverəndir  və  dekorativdir.  Xalq  təbabətində  qabığını  doğrayıb 

qaynadır,  süzüb  buğda  unu  ilə  məlhəm  hazırlayır  və  ondan  çiban  tipli  yaraların  müalicəsində 


 

43 


istifadə edirlər. Azərbaycan florasında 6 növü vardır ki, bunlardan ikisi mədəni şəraitdə becərilir. 

MNB-da kolleksiyası vardır. 



Qarağat-  Daşdələnkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Ribes»,  rus  dilində 

«Smorodina»  adlanır.  Qarağat  meyvələrində  quru  maddənin  miqdarı  12,8-23,5%  təşkil  edir. 

Giləmeyvədə pektin, pentozan, sellüloza, üzvi turşular (2-3%), azotlu maddələr (0,20-1,41%) və 

az miqdarda  A,  B

1

  və  P  vitaminləri  vardır. Qarağat meyvələri  təzə  halda  yeyilir, onlardan  püre, 



jele, mürəbbə, marmelad, şirə, limonad, konfet, şərab və s. hazırlanır. Qarağat yarpaqları ətirli və 

turş olduğundan tərəvəzlərin konservləşdirilməsində ədəva kimi istifadə edilir. Qarağatdan sinqa 

xəstəliyi,  mədə  pozuntuları  zamanı  müalicə  vasitəsi  kimi  də  istifadə  olunur.  Azərbaycan 

florasında 3 növü vardır ki, bunlardan biri mədəni şəraitdə be-cərilir. MNB-da Qırmızı və Qara 



qarağatın kolleksiyası vardır. 

Qaraot- Lamiasiyakimilər (Dodağıçiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın 

dilində «Origanum», rus dilində «Duşiüa» adlanır. Qaraotun yarpaqlarından kvas içkisinin tamını 

yaxşılaşdırmaq  üçün,  cavan  zoğlarından  isə  ətrinə  görə  xiyar  və  pomidorun  duza  qoyulması 

zamanı  istifadə  edilir.  Onun  tərkibində  2-7%  ətirli  timol  yağı,  258  mq%-ə  qədər  C  vitamini, 

toxumlarında  isə  29,15%  yağ  vardır.  Yerli əhali  yun ipləri qara  və  tünd-qırmızı  rəngə  boyamaq 

üçün qaraotdan istifadə edirlər. Xalq arasında baş, diş ağrıları zamanı, habelə zökəmə qarşı adi 

qaraot  dəmlənməsi  kimi  içilir.  Bundan  əlavə  onu  boymadərənin  qurumuş  çiçəkləri  ilə  birlikdə 

(toz  halında)  müxtəlif  dəri  xəstəliklərinin  müalicəsində  istifadə  edirlər.  Azərbaycan  florasında 



Adi qaraot növü becərilir. 

Qaratikan-  Murdarçakimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Paliurus»,  rus  dilində 

«Derji-derevo»  adlanır.  Xalq  təbabətində  yarpaq  və  qabığı  sidikqovucu  dərman  kimi,  eyni 

zamanda qotur, dəmrov xəstəliyinə qarşı da istifadə edilir. Qaratikanın budaqları yandıqda qaraya 

çalan yağlı külü çıxır. O yağı pambığa hopdurub  qotur, göbələk və dəmrova sürtdükdə müalicə 

edir. Meyvə və qabığının tərkibində aşı maddəsi vardır. Azərbaycan florasında 1 növü becərilir. 

MNB-da kolleksiyası vardır. 



Qarğaayağı-  Kələmkimilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  və  ikiillik  bitkidir. 

Bitki  latın  dilində  «Coronopus»  adlanır.  Lüğəti  mənası  korone-qarğa,  ipus-ayaq  deməkdir.  Rus 

dilində  «Voronğə  lapa»  adlanır.  Cavan  (tər)  yarpaqları  qidada  vəzəri  kimi,  kökləri  isə 

qaynadılmış halda istifadə olunur. Azərbaycan florasında  Sürtük qarğaayağı növü becərilir. 



Qarğa  gözü-  Trillialar  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Paris» 

adlanır. Lüğəti mənası par-tən, bərabər, eyni deməkdir. Rus dilində «Voroniy qlaz» adlanır. Xalq 

təbabətində  yarpaqlarından  sarı  və  yaşıl  boya  alınır.  Zəhərli  bitki  olub,  tərkibində  saponin, 

parstifin vardır. Azərbaycan florasında Natamam qarğagözü növü becərilir. 



Qarğa  soğanı-  Süsənkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Gladiolus»  adlanır.  Lüğəti  mənası  gladius-qılınc  deməkdir.  Rus  dilində  «Şpajnik»  adlanır. 

Qarğasoğanının kərpicvarı və adi növlərinin soğanaqlı yumruları qaynadılmış halda yeyilir. Xalq 

təbabətində  soğanaqlı  yumrularından  qızılçaya  qarşı  yarasağaldan,  diş  və  böyrək  daşı 

xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Azərbaycan florasında 6 növü becərilir. MNB-

da 5 növün kolleksiyası vardır. 

Qarğıdalı-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Zea»,  rus  dilində 

«Kukuruza»,  «Mais»  adlanır.  Qidada  qızardılmış  və  qay-nadılmış  halda,  saçaqları  böyrək 

xəstəliklərinin  müalicəsində  istifadə  olunur.  Qarğıdalı  unundan  qoğal,  kökə  hazırlanır. 

Azərbaycan florasında bostan bit-kisi kimi müxtəlif çeşidləri becərilir. 



Qarğu-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Arundo»,  rus  dilində 

«Arundo» və ya «Trostnik» adlanır. Kökümsovunun tərkibində alkaloid vardır. Xalq təbabətində 

tərlədici  və  sidikqovucu  dərman  kimi  istifadə  olunur.  Dekorativ  bitkidir.  Gövdəsindən  çəpərlər 

hazırlanır,  yaşayış  komaların  (cobustan)  üzərini  örtür  və  müxtəlif  musiqi  alətləri  hazırlanır.  İri 

buynuzlu  mal-qara  tərəfindən  yaxşı  yeyilir.  Azərbaycan  flo-rasında  Qamışvarı  qarğı  növü 

becərilir. MNB-da Alabəzək qarğu növünün kolleksiyası vardır. 



 

44 


Qarpız- Boranıkimilər (Qabaqkimilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində 

«Citrullus», rus dilində «Arbuz» adlanır. Qarpız meyvələri çox şəkərli, sərinləşdirici olub, aclığı 

və susuzluğu aradan qaldırır. Qarpızda 8-12%, bir meyvəsində isə 1-1,5 kq təmiz şəkər olur. Bu 

şəkərin yarısı saxaroza, yarısı qlükoza və fruktozadan ibarətdir. Ona görə qarpız meyvələri insanı 

şəkər xəstəliyindən mühafizə edir. Qarpızda B

1, 

B

2



, PP, C vitaminləri, kalium, manqan, kalsium, 

dəmir  və  s.  minerallar  vardır.  Bu  duzlar  qanın  hemoqlobinini  artırır,  tənəffüsü  asanlaşdırır. 

Qarpızdan şərab, mürəbbə, sukat, nardək hazırlanır. Xırda meyvələri duza qoyulur, toxu-mundan 

40%-dək yağ almaq olur. Azərbaycan florasında: Adi və Yemlik (mal-qara üçün) qarpız mədəni 

şəraitdə geniş əkilib becərilir. 

Qatırquyruğu-  Qatırquyruğukimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Equisetum»,  rus 

dilində  «Xvoh»  adlanır.  Xalq  təbabətində  sidikqovucu  dərman  kimi  istifadə  olunur.  Bataqlıq 

qatırquyruğunun tərkibində alkaloid qrupundan olan ekvizetin olduğuna görə zəhərli hesab olunur 

və  mal-qara  tərəfindən  yeyilmir.  Azərbaycan  florasında  6  növü  vardır.  MNB-da  kolleksiya 

sahəsində vardır. 

Qatran-  Kələmçiçəkkimilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  ikiillik  və  çoxillik  bitkidir. 

Bitki  latın  dilində  «Crambe»  adlanır.  Lüğəti  mənası  krambe-kələm  deməkdir.  Rus  dilində 

«Katran» adlanır. Yarpaqları və cavan zoğları qidada bişməmiş halda istifadə olunur, ətrinə görə 

gül kələmini xatırladır. Azərbaycan florasında 6 növü yayılmışdır. 



Qayaotu-  Dovşankələmikimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Sempervivum»  adlanır.  Lüğəti  mənası  simper-həmişə,  vivum-diri  deməkdir.  Rus  dilində 

«Molodilo», «Jivuçka» adlanır. Dekorativ bitkidir. Yarpağından alınmış şirə üzə al-qırmızı rəng 

və  təravətlik  verir.  Cavan  (tər)  yarpaqları  qidada  kahı  (salat)  kimi  istifadə  olunur.  Balverən 

bitkidir. Azərbaycan florasında 3 növü vardır ki, bunlardan 2 növü MNB-da becərilir. 



Qaymaqçiçək-  Qaymaqçiçəkkimilər  fəsiləsinə  aid  olan  birillik,  ikiillik  və çoxillik  bitkidir. 

Bitki  latın  dilində  «Ranunculus»  adlanır.  Lüğəti  mənası  rana-qurbağa  deməkdir.  Rus  dilində 

«Lötik» adlanır. Zəhərli bitkidir. Azərbaycan florasında 33 növü yayılmışdır. 

Qaytarma- Gülçiçəklilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Potentilla» 

adlanır.  Lüğəti  mənası  potens-qüvvətli,  qüdrətli,  əzəmətli  deməkdir.  Rus  dilində  «Lamçatka» 

adlanır.  Dekorativ  bitkidir.  Yarpaqlarının  tərkibində  C  vitamini,  köklərində  isə  ətirli  efir  yağı 

vardır.  Xalq  təbabətində  qan  damarlarının  daraldılmasına  istifadə  olunur.  Nektarlıdır.  Bitkinin 

bütün hissələrində aşı maddələri vardır. Azərbaycan florasında 31 növü bitir. 

Qazayağı-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  ikiillik  bitkidir.  Bitki  latın 

dilində  «Falcaria»,  rus dilində  «Rezak»  adlanır.  Cavan  zoğları  çiy  halda  yeyilir.  Eyni  zamanda 

duza qoyulur. Tərkibində efir yağı vardır. Azərbaycan florasında 1 növü vardır. 

Qazsoğanı- Zanbaqkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Gagea» adlanıb mənası qaz 

deməkdir,  rus  dilində  «Qusinıy  luk»  adlanır.  Mal-qara  üçün  yaxşı  yem  bitkisi  hesab  olunur.  İlk 

yazda  çiçəklərin  az  olduğu  vaxt  yaşıllaşdırma  üçün  çox  əlverişlidir.  Azərbaycan  florasında  18 

növü bitir. 



Qəlbotu- Lamiasiyakimilər (Dodağaçiçəklilər) fəsiləsinə aid olan birillik və ikiillik bitkidir. 

Bitki  latın  dilində  «Acinos»  adlanır.  Lüğəti  mənası  akinos-toxum  deməkdir.  Rus  dilində 

«Duşevka»  adlanır.  Efir  yağlı  dərman  bitkisidir.  Yarpaqlarında  230  mq%  C  vitamini  vardır. 

Azərbaycan florasında 2 növü bitir.  



Qərənfil-  Qərənfilçiçəklilər  fəsiləsinə  aid  olan  birillik,  ikiillik  və  çoxillik  bitkidir.  Bitki 

latın  dilində  «Dianthus»,  rus  dilində  «Qvozdika»  adlanır.  Gözəl  çiçəklərinə  görə  gül  dəstəsi 

düzəltmək,  çiçəkliklər  salmaq  üçün  geniş  istifadə  olunur.  Fiziki  və  əqli  çatışmamazlıqlarda, 

qəbzlikdə,  ciyər  xəstəliklərində  (vərəmdə),  qadın  xəstəliklərində,  qoturluqda,  mədə  yaralarında, 

iltihablı  yaralarda,  revmatizm,  artrit,  diş  ağrılarında  istifadə  olunur.  Eyni  zamanda  qıcolmaya 

qarşı  və  dəridə  yaranan  iltihabın  aradan  götürülməsində  təsirli  dərman  vasitəsidir.  Azərbaycan 

florasında 26 növü vardır ki, bunlardan 3 növü və 10 çeşidi (sortu) MNB-da becərilir. 


 

45 


Qıfotu- Kəndirçiçəklilər fəsiləsinə aid olan çoxillik ot bitkisidir. Bitki latın dilində «Vinca» 

adlanır.  Lüğəti  mənası  vincere-qalib  gəlmək  deməkdir.  Rus  dilində  «Barvinok»  adlanır. 

Dekorativ  bitkidir.  Xalq  təbabətində  yarpaqlarından  qızdırmaya  qarşı  və  qankəsən  dərman  kimi 

istifadə olunur. Qıfotu həlim halında  diş ağrıları zamanı və ağız yaxalamaq üçün istifadə olunur. 

Yarpaqlarında  26  mq%  C  vitamini  vardır.  Bitkinin  qarışığından  hazırlanan  raunatin  və  rezelpin 

həbləri qan təzyiqini normallaşdırır. MNB-da 2 növü becərilir. 



Qıfsəbət- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki 

latın  dilində  «Serratula»,  rus  dilində  «Serpuxa»  adlanır.  Çiçəklərinin  forması  qıfvarı  səbətə 

oxşadığından belə adlanır. Çox dekorativ bitkidir. Azərbaycan florasında 7 növü bitir. 

Qıjı-  Kələmkimilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Nasturtium»  adlanır.  Lüğəti  mənası  nasus-burun,  torquere-əziyyət  vermək  deməkdir.  Rus 

dilində «Jeruxa» adlanır. Tər yarpaqları qi-dada vəzəri kimi istifadə olunur. Toxumlarında xardal 

yağı və qlükozid si-nergin vardır. Mal-qara tərəfindən yeyilmir. Qıjının şirəsi yod, dəmir, fosfor 

və  s.  İlə  zəngindir.  Qıjı  dərman  bitkisi  kimi  maddələr  mübadiləsinin  yaxşı-laşmasında  və 

avitaminozda istifadə olunur. Azərbaycan florasında Dərman qıjısı növü yayılmışdır. 

Qırğıotu(Şahin,qızılquş,tərlan)-  Kəpənəkçiçəklilər (Mürəkkəbçiçək-            

 lilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Hieracium» adlanır. Lü-ğəti mənası 

hierax-şahin,  qızılquş,  tərlan  deməkdir.  Rus  dilində  «Əstrebinka»  adlanır.  Yun  və  iplərin 

boyanmasında,  həmçinin  dekorativ  bit-ki  kimi  çiçək  kompozisiyalarının  bəzədilməsində  geniş 

istifadə olunur. Azər-baycan florasında 70 növü vardır. 

Qırxbuğum (Qızılcıq, yolotu)-Qırxbuğumkimilər fəsiləsindəndir. Bitki 

latın  dilində  «Polygonum»,  rus  dilində  «Qreçişnik»,  «Qoreü»  adlanır.  Azər-baycanın  əksər 

rayonlarında qırxbuğumdan çiy və bişirilmiş halda qida kimi geniş istifadə olunur. Ondan dovğa, 

buğlama,  aş,  kətə  və  s.  hazırlanır.  Qırxbuğum  həm  də  qiymətli  dərman  bitkisidir.  Əsasən 

sidikqovucu dərman kimi də istifadə olunur. Tər yarpaqlarında 216 mq% C vitamini vardır. Xalq 

arasında  qırxbuğum  otundan  hazırlanmış  xörəklər  mədə-bağırsaq  xəstəlik-lərinin  müalicəsində 

istifadə  edilir.  Onun  yarpaqları  çıxıq  və  sınıqlarda,  çiban  tipli  yaralarda  təpitmə  kimi 

əvəzolunmazdır. 



Qırtıc-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Colpodium»  adlanır. 

Lüğəti  mənası  kolpodek-dirsək  deməkdir.  Rus  dilində  «Kolğpodium»  adlanır.  Çəmən  (qazon) 

bitkisi kimi əhəmiyyətlidir. Azərbaycan florasında 4 növü yayılmışdır. 

Qızçiçəyi- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan 

birillik  və  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Bellis»  adlanır.  Lüğəti  mənası  bellis-gözəl 

deməkdir.  Rus  dilində  «Marqaritka»  adlanır.  Qızçiçəyinin  müxtəlif  rəngli  çiçəklərindən  istifadə 

etməklə  ayrı-ayrı  çiçək  kompozisiyaları  yaratmaq  mümkündür.  Xüsusi  düzəldilmiş  iri 

güldanlarda  əkib  eyvanları,  şüşəbəndləri,  sərgi  zallarını  bəzəmək,  bayram  tədbirlərində  istifadə 

etmək  olar.  Azərbaycan  florasında  2  növü  bitir.  MNB-da  2  növü  və  bir  neçə  çeşidi  (sortu) 

becərilir. 

Qızılağac-  Tozağacıkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Alnus»,  rus  dilində 

«Olğxa» adlanır. Qabığı parçanın müxtəlif rənglərə boyanmasında istifadə olunur. Yarpaqlarında 

205,1  mq%  C  vitamini  vardır.  Qozasından  alınan  cövhər  kolit  (yoğun  bağırsağın  iltihabı)  və 

dizenteriyanın  müalicəsində  istifadə  olunur.  Azərbaycan  florasında  3  növü  vardır.  MNB-nın 

kolleksiya sahəsində becərilir. Azərbaycanın «Qırmızı Kitab»ına daxil edilmişdir. 

Qızılçətir-Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  bir-illik  və  ikiillik 

bitkidir. Bitki latın dilində «Centaurium» adlanır. Lüğəti mənası kentaurion-qırmızıçiçək bitkinin 

adı ilə bağlıdır. Rus dilində  «Zolototısəçnik» adlanır. Çox dekorativ bitki olub bəzək-bağçılıqda 

və gülçülükdə müxtəlif çiçək kompozisiyalarında geniş istifadə olunur. Azərbaycan florasında 5 

növü bitir. MNB-da kolleksiya sahəsində əkilib becərilir.  

Qızılləçək- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan 


 

46 


çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Ancathia»  adlanır.  Lüğəti  mənası  ankos-ti-kanlı,  ilişən 

deməkdir.  Rus  dilində  «Ankaüiə»  adlanır.  Azərbaycan  flora-sında  Odvarı  qızılləçək  növü 

yayılmışdır. 

Qızılsaqqal-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Chrysopogon» 

adlanır.  Lüğəti  mənası    xrizos-qızıl,  poqon  isə  saqqal  deməkdir.  Rus  dilində  «Zolotoborodnik» 

adlanır. Vegetativ orqanlarında efir yağı vardır. Azərbaycan florasında Ssikada qızılsaqqal növü 

vardır. 


Qızılsarmaşıq- Qızılsarmaşıqkimilər  fəsiləsinə  aid  olan birillik,  ikiillik  bitkidir. Bitki  latın 

dilində  «Cuscuta»,  rus  dilində  «Povilika»  adlanır.  Kənd  təsərrüfatı  bitkiləri  üçün  zəhərli 

sarmaşıqdır. Qızılsarmaşığın, o cümlədən birsütuncuqlu qızılsarmaşığın gövdəsində 34,3 mq% C 

vitamini vardır. Azərbaycan florasında 8 növü yayılmışdır. 



Qızıl  səbət-Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir. 

Bitki latın dilində «Solidago» adlanır.  Lüğəti mənası solidare-möhkəmləndirmək deməkdir. Rus 

dilində «Zolotarnik» adlanır. Vitaminli bitkidir, tərkibində A və C vitaminləri vardır. Balverəndir. 

Balı qızılı-sarı rəng-də olub, xoş dada malikdir. Gövdəsinin qabığından, yarpaq və çiçəklərindən 

boyaqçılıqda müxtəlif rənglərin alınmasında istifadə olunur. Azərbaycan florasında 2 növü bitir. 

Qızüzümü-  Üzümçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Parthenocissus»  adlanır. 

Lüğəti  mənası  partenos-toxunulmamış,  cissos-sar-maşıq  deməkdir.  Rus  dilində  «Deviçiy 

vinoqrad»  adlanır.  Tez  böyüyən kol-şəkilli sarmaşan  bitkidir.  Şaquli  yaşıllaşmada  geniş  istifadə 

olunur. Azər-baycan florasında BeĢyarpaq qızüzümü növü bitir. MNB-da kolleksiyası vardır.  



Qonaqotu-  Qonaqotukimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Passiflora»,  rus  dilində 

«Strastoüvet», «Passiflora» adlanır. Çox dekorativ sarmaşan bitkidir. Bəzən ona Şahin ulduzu və 

ya  tacı  deyirlər.  Toxumları  və  qələmləri  ilə  çoxalır.  Azərbaycan  florasında  Atlı  qonaqotu  növü 

yayılmışdır. MNB-nın kolleksiya sahəsində becərilir.  



Qoturotu- Fırçaotukimilər fəsiləsinə aid olan ikiillik və çoxillik bitkidir. Bitki latın dilində 

«Knautia», rus dilində «Korostavnik» adlanır. Azərbaycan florasında 2 növü vardır. 

Qovotu- Sümürgənkimilər fəsiləsinə aid olan birillik, ikiillik və çoxillik bitkidir. Bitki latın 

dilində  «Cerinthe»  adlanır.  Lüğəti  mənası  kerinthos-arı  yemi  və  ya  arı  mumu  (vərəmum) 

deməkdir.  Rus  dilində  «Voskovnik»  adlanır.  Azərbaycan  florasında  Kiçik  qovotu  növü 

yayılmışdır. 



Qovuqca- Qovuqcakimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Utricularia» adlanır. Lüğəti 

mənası  utriculus-qovuqcuq,  qabarcıq  deməkdir.  Rus  dilində  «Puzırçatka»  adlanır.  Azərbaycan 

florasında Adi qovuqca növü bitir. 

Qoyunboğan-  Novruzçiçəyikimilər  fəsiləsinə  aid  olan  birillik,  ikiillik  və  çoxillik  bitkidir. 

Bitki  latın  dilində  «Lysimachia»,  rus  dilində  «Verbeynik»  adlanır.  Yarpaq  və  çiçəkləri  xalq 

təbabətində qanaxmaya qarşı və tezsağaldıcı dərman kimi istifadə olunur. Gövdəsindən müxtəlif 

rənglərdə: sarı, yaşıl, qara, qəhvəyi və s. boya alınır. Kökümsovunun tərkibində saponin vardır. 

Azərbaycan florasında 3 növü bitir. 

Qoyunqulağı- Qərənfilçiçəklilər fəsiləsinə aid olan birillik, ikiillik və çoxillik bitkidir. Bitki 

latın dilində «Silene», rus dilində  «Smolevka»  adlanır.  İlk  yazda qoyunqulağının  yerüstü hissəsi 

sürətlə  inkişaf  edir.  Ondan  başqa  göyərtilərlə  birlikdə  kətə,  sıxma,  buğlama  bişirilir.  Kökləri 

saponin  maddəsi  ilə  zəngindir.  Xalq  arasında  qurudulmuş  yarpaqlarının  dəmləmələrindən  diş 

ağrılarında  istifadə  edilir.  Bəzək  bitkisi  kimi  çiçək  kompozisiyalar  yaratmaq  üçün  istifadəyə 

yararlıdır. Qoyunqulağı toxumları ilə çoxalır. Azərbaycan florasında 49 növü yayılmışdır. 



Qoz-  Qozçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Juglans»,  rus  dilində  «Orex» 

adlanır.  Dünya  miqyasında  geniş  yayılmış,  meyvələrinin  yüksək  qidalılıq  xüsusiyyətinə  və 

oduncağının  mebel  sənayesində  böyük  əhəmiyyətinə  görə  çox  qədimdən  insanlar  tərəfindən 

qiymətləndirilmiş və geniş sahələrdə becərilmişdir. Qozun ləpəsində 30-75% yağ, 8,0-21% zülal, 

16%  sulu  karbonlar,  0,3  mq%  B

1

,  30-50  mq%  C  və  həmçinin  az  miqdarda  A



1

,

 



B

2

,  E  və  P 



vitaminləri  vardır.  Ləpədən  yüksək  keyfiyyətli  yağ  alınır.  Yetişməmiş  kal,  xırda  meyvələrindən 

 

47 


mürəbbə  hazırlanır.  Qoz  yarpaqları  qüvvətli  qovucu  xüsusiyyətə  malikdir.  Yetişməmiş 

meyvələrin qərzəyindən C vitamini və vitaminli sirop istehsal edilir. Xalq təbabətində qərzəkdən 

alınmış  şirə  müxtəlif  yaraların  müalicəsində,  həmçinin  ekzema  və  digər  dəri  xəstəlikləri,  dəri 

vərəmi zamanı məlhəm (maz) kimi işlənir. Azərbaycan florasında 2 növü yayılmışdır. MNB-nın 

kolleksiya sahəsində əkilib becərilir. 

Qozqurab-  Zirinckimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Bongardia»,  rus  dilində  «Bonqardiə»  adlanır.  Yarpaqlarında  xoşagələn  turşu  olduğundan  onu 

çiy  və  duza  qoyulmuş  halda  işlədirlər.  Bir  çox  regionlarda  kök  yumrularını  kartof  kimi  buğda, 

küldə  və  yaxud  təndirdə  bişirib  yeyirlər.  Kök  yumrularının  tərkibində  nişasta  və  C  vitamini 

vardır.  Dekorativ  bitki  kimi  bağ  və  bağçaların  bəzədilməsində  geniş  istifadə  etmək  olar. 

Azərbaycan florasında Qızıllı qozqurab növü bitir. MNB-da kolleksiya sahəsində vardır.  Nadir 

və nəsli kəsilməkdə olan bitki olduğuna görə Azərbaycanın «Qırmızı Kitab»ına düşməsi məsləhət 

görülür. 

Quax  (Qovaq,  qələmə)-  Söyüdçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Populus» 

adlanır.  Lüğəti  mənası  populus-xalq  deməkdir.  Rus  dilndə  «Topolğ»  adlanır.  Oduncağı  ağdır, 

yumşaqdır.  Oduncağında  50%-ə  qədər  sellüloza  vardır.  Sellüloza  istehsalında  istifadə  olunur. 

Qabığında  aşı  mad-dəsi  (3-5%),  qlükozid  salisin  və  populin  vardır  ki,  bu  da  dəri  aşılanmasında 

dərman kimi istifadə olunur. Sürətlə boy atmaqla tez böyüyür. Ona görə də ondan tarlaqoruyucu 

kimi  istifadə  edilir.  Azərbaycan  florasında  11  növü  var-dır  ki,  bunlardan  5-i  mədəni  şəraitdə 

becərilir. MNB-da 5 növünün kollek-siyası vardır.   

Qumotu-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Ammochloa»  adlanır.  Lüğəti  mənası  ammoc-qum,  xloa-ot  deməkdir.  Rus  dilində  «Pesoçnik» 

adlanır. Azərbaycan florasında Fələstin qumotu növü yayılmışdır. 



Qurbağaotu-  Qurbağaotuçiçəkkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Sparganium» 

adlanır.  Lüğəti  mənası  sparqanon-lent,  bağlama  deməkdir.  Rus  dilində  «Ejeqolovnik»  adlanır. 

Azərbaycan florasında 4 növü vardır. 

Qurdağzı (Şirağzı)- Keçiqulağıkimilər fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində 

«Antirrhinum»  adlanır.  Lüğəti  mənası  anti-inkar  etmə,  rhinos-burunsuz  deməkdir.  Rus  dilində 

«Lğvinıy  zev»  adlanır.  Çiçəklərinin  forması  qurdun  (şirin)  ağzına  oxşadığına  görə  qurdağzı 

(şirağzı)  adlanırlar.  Çiçək  kompozisiyası  yaratmaq  üçün  geniş  istifadə  olunur.  Azərbaycan 

florasında Ġri qurdağzı (ġirağzı) növü mədəni şəraitdə becərilir. MNB-da kolleksiyada becərilir. 



Quruca- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan 

birillik və çoxillik bitkidir. Bitki latın dilində «Gnaphalium» adlanır. Lüğəti mə-nası gnaphalon-

keçə, yun deməkdir. Rus dilində «Suşeniüa» adlanır. Azər-baycan florasında 5 növü bitir. 

Quşarmudu (Üvəz)- Gülçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Sorbus», rus dilində 

«Rəbina» adlanır. Quşarmudu qiymətli meyvə bitkisidir. Meyvəsindən mürəbbə, marmelad, jele, 

povidlo  və  s.  hazırlanır.  Dekorativ  və  balverən  bitkidir.  Azərbaycan  florasında  11  növü  vardır. 

MNB-nın kollek-siya sahəsində becərilir. 



Quşdarısı- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olan birillik və çoxillik bitkidir. Bitki latın 

dilində  «Milium»,  rus  dilində  «Prosənik»,  «Bor»  adlanır.  Yem  bitkisidir,  mal-qara  və  quşlar 

tərəfindən  həvəslə  yeyilir.  Yarpaqlarında  146,1  mq%,  süpürgəsində  isə  66,5  mq%  C  vitamini 

vardır. Azərbaycan florasında 3 növü bitir. 



Quşəppəyi  (Çoban  çantası)-  Kələmkimilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  birillik 

bitkidir.  Bitki  latın  dilində  «Capsella»  adlanır.  Lüğəti  mənası  capsella-kisəcik  deməkdir.  Rus 

dilində «Pastuşğə sumka» adlanır. Qidalı tərəvəz bitkisidir. Xalq arasında qida kimi geniş istifadə 

olunur.  Ondan  buğlama,  sıyıq  hazırlanır  və  başqa  göylərə  qatmaqla  kətə  bişirilir.  Quşəppəyi 

yarpağında  198  mq%  C  vitamini  vardır.  Xalq  təbabətində  qan-axmanın  qarşısını  almaq  üçün 

istifadə olunur. Azərbaycan florasında Adi quĢəppəyi növü yayılmışdır. 



Quşqonmaz-  Gülçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Filipendula»  adlanır.  Lüğəti  mənası  filum-tel,  sap,  pendere-asılmaq  deməkdir.  Rus  dilində 

 

48 


«Labaznik»  adlanır.  Yarpaqlarında  250  mq%  C  vitamini  və  104  qamma  A  vitamini  vardır. 

Qarağacyarpaq quşqonmazın cavan budaqları qidada kahı kimi istifadə olunur. Çiçəklərindən çay 

hazırlanır. Yaxşı balverən bitkidir. Kökləri aşı maddəsi ilə zəngindir və aşılanmada istifadə oluna 

bilər. Azərbaycan florasında 2 növü vardır. MNB-da kolleksiyada becərilir. 



Quzuqulağı  (Əvəlik,  turşəng)-  Qırxbuğumkimilər  fəsiləsinə  aid  olan  birillik,  ikiillik  və 

çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Rumex»,  rus  dilində  «Havelğ»  adlanır.  Qurudulmuş 

əvəlikdən  qış  vaxtı  hazırlanan  əvəlikli  aş,  əvəlikli  umac,  əvəlikli  qındı,  əvəlikli  sıyıq  və  s. 

xörəklər dadlı qida olmaqla yanaşı, müalicəvi əhəmiyyətə malikdir. Əvəlikli aş və yaxud əvəlikli 

sıyıq mədə-bağırsaq xəstəliklərinin müalicəsində  istifadə olunur. Əvəlikli  umac soyuqdəyməyə, 

zökəmə  və  sinə  tutulmasına  çox  kömək  edir.  Yarpaqlarında  C  vitamini  vardır.  Kökləri  aşı 

maddəsi ilə zəngindir. Azərbaycan florasında 17 növü bitir. MNB-da kolleksiyada becərilir. 

Lakmusotu-  Südlüyənkimilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Chrozophora»  adlanır.  Lüğəti  mənası  chros-boya,  forein-çəkmək  deməkdir.  Rus  dilində 

«Xrozofora»  adlanır.  Meyvə  və  yarpaqlarından  alınmış  şirə  müxtəlif  materialların  göy  rəngə 

boyanmasında  paltarları  yuyarkən  lil  (sinğka)  əvəzinə  istifadə  olunur.  Azərbaycan  florasında 


Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin