Dərman bədrənc növü bitir. MNB-da dərman və tərəvəz bitkisi kimi becərilir.
Bələkün- Kələmkimilər (Xaççiçəkkimilər) fəsiləsinə aid olub, birillik bitkidir. Latınca
«Hirschfeldia», rus dilində «Qirşfelğdiə» adlanır. Xaççiçəklilər fəsiləsinə aid olan bu bitki kələm,
turp, türpək bitkilərinə yaxın olub, tut ipəkqurdu üçün yaxşı yem sayılır. Eyni zamanda qiymətli
bəzək bitkisidir. Azərbaycan florasında Boz bələkün növü bitir.
Bəlğəmotu- Əməköməcikimilər fəsiləsinə aid olub, birillik və çoxillik bitkidir. Latınca
«Althaea» adlanır. Lüğəti mənası yunan dilində Altainein- müalicə etmək deməkdir. Rus dilində
«Altey» adlanır. Toxumlarında 16%-ə qədər qatı yağ vardır. Bəlğəmotu xalq təbabətində geniş
istifadə olunur. Bəlğəmotunun kökü dərman əhəmiyyətinə malik olub, tərkibində 35-36%-ə qədər
selik vardır. Bəlğəmotunun preparatı adından məlum olduğu kimi bəlğəmgətirici və yumşaldıcı
xüsusiyyətə malikdir. Bundan əlavə köklərində 8-10%-ə qədər şəkər, 37% nişasta, 2-19,8%
asparagin, 1% pektin, 1-1,5% qatı yağ və mineral duzlar vardır. Bitkinin gövdəsindən alınan
ağımtıl ipək kimi liflər kağız istehsalında istifadə olunur. Azərbaycan florasında 5 növü bitir.
Bunlardan 1-i birillik, 4-ü isə çoxillik bitkidir.
Bənövşə- Bənövşəkimilər fəsiləsinə daxildir. Birillik, ikiillik və çoxillik bitki olub, latınca
«Viola» adlanır. Lüğəti mənası yunan dilində ion- bənövşə deməkdir. Rus dilində «Fialka» adlanır.
Dekorativ bitkidir. Ətirli çiçəklərinə görə bağ və parklarda geniş becərilir. Xalq təbabətində və
tibbidə çiçəkləri, yarpaqları və köklərindən soyuqdəymə, sətəlcəm və öskürəyə qarşı dərman kimi
istifadə edilir. Çiçəklərindən bənövşə yağı alınır. Yağından, yarpaqlarından və köklərindən isə
keyfiyyətli ətirlərin alınmasında istifadə olunur. Yarpaqlarında 120 qamma karotin, 140 mq% C
vitamini vardır. Azərbaycan florasında 22 növü bitir, onlardan biri, yəni Bağ bənövşəsi mədəni
şəraitdə becərilir. Bu növlərdən ən əhəmiyyətlisi Ətirli bənövĢədir. MNB-da 2 növü becərilir.
Biberşteyniya- Biberşteyinkimilər fəsiləsinə aid olub, çoxillik ot bitkisidir. Kökü yumruludur.
Latınca «Biebersteinia» adlanır. Bitkinin adı Krım və Qafqaz florasının tədqiqatçısı nəbatatçı M.
Biberşteynin şərəfinə adlandırılmışdır. Rus dilində «Biberşteyniə» adlanır. Çiçəkləri, yarpaqları
dekorativ olub, bəzək-bağçılıqda istifadə olunur. Azərbaycan florasında Çoxbölümlü
biberĢteyniya növü bitir.
Bigəvər- Bigəvərkimilər (Zanbaqkimilər) fəsiləsinə aid olub, yarımkol bitkidir. Latınca
«Ruscus», rus dilində «İqliüa» adlanır. Yarpaqlarının ucları tikan kimi iti olduğuna görə çox vaxt
adamın əlinə batır. Həmişəyaşıl bitki olub, bəzək-bağçılıqda çox əhəmiyyətlidir. Yaşıllaşmada canlı
çəpər kimi istifadə edilir. Yarpaqlar üzərində əmələ gələn şarşəkilli qırmızı giləmeyvələrindən gül
dəstəsini bəzəmək üçün istifadə olunur. Şarşəkilli toxumalarından yaraşıqlı muncuqlar düzəldilir.
Azərbaycan florasında Hirkan növü bitir ki, bu da nadir və nəsli kəsilən növ kimi Azərbaycanın
«Qırmızı Kitab»ına daxil edilib. MNB-da becərilir.
Birəotu- Kəpənəkçiçəkkimilər (Mürəkkəbçiçəkkimilər) fəsiləsinə aiddir.
Çoxillik bitki olub, latınca «Pyrethrum» adlanır. Lüğəti mənası yunan dilində pyretros- güclü
isitmə, qızdırma deməkdir. Bəzi növləri qızdırmanı aşağı saldığından belə adlandırılmışdır. Rus
dilində «Piretrum», «Romaşka», «Zlatoüvet» adlanır. Bir neçə növləri yüksək insektisidlik
xüsusiyyətlərinə malikdir, tərkibində həşəratlara təsir edən zəhərlər-piretrin- bir və iki vardır. Digər
növləri isə efir yağlı və dekorativ bitkidir. Dərman bitkisi kimi tərkibində kamfara və efir yağı
vardır (0,33-0,57%). Azərbaycan florasında 28 növü bitir, bunlardan biri Dalmat birəotu növü
mədəni şəraitdə becərilir.
Birgöz (Təkgöz)- Zeytunkimilər fəsiləsinə daxil olub, həmişəyaşıl kol bitkisidir. Latınca
«Ligustrum» adlanır. Lüğəti mənası ligare- sarımaq deməkdir. Rus dilində «Biröçina» adlanır.
Dekorativ kol bitkisidir. Yaşıllaşmada bu bitkidən qayçılama yolu ilə şar, kvadrat, üçbucaq, küzə
14
və başqa formalar əldə etmək mümkündür. Toxumları və qələmləri ilə çoxaldılırlar. Canlı çəpər
kimi müxtəlif yaşıllıqların salınmasında istifadə olunur. Çiçəklərinin tərkibində efir yağı vardır,
ətirli olduqları üçün ətriyyatda işlədilir. Kök və yarpaqlarında aşı maddələri vardır. Azərbaycan
florasında Adi birgöz növü bitir. MNB-da kolleksiyada 3 növü becərilir.
Biyan- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aiddir. Çoxillik ot bitkisi olub, latınca
«Glycyrrhiza» adlanır. Lüğəti mənası yunan dilində glycys- şirin və rhiza- kök olub, «şirin kök»
deməkdir. Rus dilində «Solodka», «Lakriçnik» adlanır. Köklərində 8,2-11,8%-ə qədər qlisirrizin
vardır. Heyvanlar tərəfindən yaxşı yeyilir. Tüksüz biyan təsərrüfat əhəmiyyətinə malikdir. Dərman
məqsədilə kök və kökümsovlarından istifadə olunur ki, tərkibində də 15%-ə qədər qlisirrizin,
kökümsovlarında və köklərində 25%-ə qədər ekstrakt maddələri vardır. Tüksüz biyanın tərkibində
qlükoza (3%), saxaroza (5%), 3%-ə qədər asparagin, nişasta və b. vardır. Azərbaycan florasında 5
növü bitir.
Bizotu- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olub, çoxillikdir. Latınca «Echinaria» adlanır.
Lüğəti mənası yunan dilində exinos- kirpi deməkdir. Rus dilində «İqliüa», «Gxinariə» adlanır.
Yerüstü hissəsi şar formalı olub, kirpiyə oxşayır. Dekorativ bitkidir. Azərbaycan florasında bir
növü- BaĢcıqlı bizotu bitir.
Boğazotu- Lamiasiyakimilər (Dodaqçiçəklilər) fəsiləsinə aiddir. Çoxillik bitki olub, latınca
«Prunella» adlanır. Lüğəti mənası pruna- alovlanmış kömür deməkdir. Rus dilində
«Çernoqolovka» adlanır. Toxumlarında 16%-ə qədər yağ vardır. Azərbaycan florasında 3 növü
bitir. Bunlardan ən əhəmiyyətlisi Adi boğazotudur.
Boruçiçək- Sümürkənkimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Latınca «Solenanthus»
adlanır. Yunan dilində solen- boru, anthos- çiçək deməkdir. Rus dilində «Trubkoüvet» adlanır.
Azərbaycan florasında 3 növü bitir.
Boyaqotu (Qızılboya)- Boyaqotukimilər fəsiləsinə aiddir. Çoxillik bitki olub, latınca «Rubia»
adlanır. Lüğəti mənası rubber- qırmızı deməkdir. Bitkinin kökümsov və köklərindən müxtəlif rəng
çalarlarına malik qırmızı rəng alınır. Rus dilində «Marena» adlanır. Bitkidən alınan rənglərdən
xalçaçılıq sənayesində geniş istifadə olunur. Alınan bu qırmızı rənglər xalçalara xüsusi gözəllik
verməklə çox qiymətli sayılır. Hələ qədim zamanlardan usta xalçaçılar qırmızı rəngi və onun
çalarlarını ancaq boyaqotundan alırdılar. Azərbaycan florasında 3 növü bitir. Bunlardan ən
əhəmiyyətlisi mədəni şəraitdə becərilən Gürcü boyaqotudur.
Boymadərən- Kəpənəkçiçəkkimilər (Mürəkkəbçiçəkkimilər) fəsiləsinə aid olub, çoxillik
bitkidir. Latınca «Achillea» adlanır. Bu bitkinin adı Troya müharibəsinin mifoloji qəhrəmanı
Axillanın şərəfinə adlandırılıb. Rus dilində «Tısəçelistnik», «Derevey» adlanır. Xalq təbabətində və
tibbi təbabətdə bitkinin çiçəkləri ən çox qandayandırıcı kimi yaranı tez sağaldan və əsəb sisteminin
müalicəsində istifadə olunur. Acı dadı olduğuna görə heyvanlar tərəfindən yeyilmir. Tərkibində
0,1%-ə qədər efir yağı vardır. Bitki aşı maddəsi ilə zəngindir. Çiçək və yarpaqlarından ətriyyat
sənayesində istifadə olunur. Xalq təbabətində mədə xəstəlikləri və öskürəyə qarşı istifadə edilir.
Xalq arasında bitkinin çiçəklərindən alınmış quru tozdan heyvanların müalicəsində, xüsusən
mözələk (inək və dananın belinə qurd düşdükdə) xəstəliyində istifadə olunur. Azərbaycan
florasında 14 növü bitir.
Bozalaq (Birəçiçəyi)- Kələmkimilər (Xaççiçəkkimilər) fəsiləsinə aid olub, birillik, ikiillik və
çoxillik ot bitkisidir. Latınca «Lepidium» adlanır. Lüğəti mənası yunan dilində lepis- pulcuq
deməkdir. Rus dilində «Klopovnik» adlanır. Bir bitki 1200-dən 4800-ə qədər toxum verir.
Toxumlarında acı yağ vardır ki, bunlar da xardalı əvəz edə bilir. Yarpaqlarında 56,3mq% C
vitamini vardır. Təzə tər yarpaqları qidada salat və ədviyyat kimi istifadə edilir. Bitkinin yarpaqları
və kökü sidikqovucu kimi və skorbut xəstəliyinin müalicəsində istifadə edilir. Azərbaycan
florasında 14 növü bitir.
Böyürtkan- Gülçiçəkkimilər fəsiləsinə aiddir. Çoxillik ot və kol bitkisi olub, latınca «Rubus»
adlanır. Lüğəti mənası latın mənşəli olub, rober- qırmızı deməkdir, çünki əksər növlərin meyvələri
qırmızıdır. Rus dilində «Ejevika» adlanır. Bitkinin meyvələri yeməlidir. Meyvələrindən mürəbbə,
15
cem, konserv, şirə, o cümlədən limonad içkisi üçün cövhərlər hazırlayırlar. Meyvə və yarpaqlarında
C vitamini vardır. Gövdə və yarpaqları aşı maddəsi ilə zəngindir. Qurudulmuş meyvələri xalq
təbabəti və tibbidə istifadə olunur. Böyürtkanın cavan yarpaqları çay surroqatı məqsədilə istifadə
edilir. Azərbaycan florasında 15 növü bitir. MNB-da kolleksiyası vardır.
Buğda- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olan bu bitki latınca «Triticum», rusca «Pşeniüa»
adlanır. Buğdadan un, yarma, nişasta, spirt və s. alınır. Unundan çörək, lavaş (yuxa), fətir, əriştə və
s. bişirilir. Müxtəlif xörəklərin (xingəl, düşbərə, umac, qındı və s.) və şirniyyatların (paxlava,
şəkərbura, şorqoğalı, yağlı fətir və s.) hazırlanmasında istifadə edilir. Buğda çörəyinin quru
maddəsində 16-17% zülal, 77-78% karbohidrat, 1,2-1,5% yağ olur. Ən əziz bayramımız olan
Novruz bayramında buğdadan qovurğa qovrulur və səməni göyərdirlər. Qovrulmuş buğdadan qovut
(əzilib toz halına salınmış hissə), səmənidən müxtəlif halvalar hazırlanır. Bunlar bayram
şənliklərinin ən ləziz yeməkləridir. Azərbaycan florasında 2 növü bitir, digər növləri isə mədəni
şəraitdə becərilir.
Bulaqotu (Dəstərək)- Keçiqulağıkimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Latınca
«Veronica», rus dilində «Veronika» adlanır. Bir çoxları onu müqəddəs Veronikanın şərəfinə,
digərləri isə latın sözü olan veraunica- əsl dərman adı ilə əlaqəli olduğunu göstərir.Bir- iki və
çoxillik bitki olub, dekorativdir. Çox da hündür gövdəsi olmayan bu bitkilər ilk yazdan başlayaraq
may, iyun aylarına qədər çiçəkləyirlər. Azərbaycan florasında 40 növü bitir.
Bunçətiri- Kərəvüzkimilər (Çətirçiçəkkimilər) fəsiləsinə aiddir. Çoxillik bitki olub, latınca
«Bunium» adlanır. Lüğəti mənası yunan dilində bunion adlanır. Rus dilində «Bunium» adlanır.
Bitkinin kök yumruları çiy halda Əfqanıstanda qidada istifadə olunur. Azərbaycan florasında 5
növü bitir.
Burğuçiçəyi- Səhləbkimilər fəsiləsindən olan çoxillik bitkidir.
Latınca «Spiranthes» adlanır. Lüğəti mənası yunan dilində speyra- spiral və antos- çiçək deməkdir.
Rus dilində «Skruçennik» adlanır. Yeraltı orqanı kökyumruludur. Bəzək və dərman bitkisidir. Xalq
təbabətində kök yumrularını qurudub dəmləyir və mədə-bağırsaq xəstəliklərinin müalicəsində
istifadə edirlər. Azərbaycan florasında Payız burğuçiçəyi növü bitir.
Buynuzbaş- Buynuzbaşkimilər (Qaymaqçiçəkkimilər) fəsiləsindən olan bu bitki birillik olub,
latınca «Ceratocephalus» adlanır. Yunan dilində lüğəti mənası keras- buynuz, kefale- baş olub
buynuzbaş deməkdir. Rus dilində «Roqoqlavnik» adlanır. Zəhərli bitkidir. Heyvanlar tərəfindən
yeyilmir. Azərbaycan florasında 2 növü bitir.
Bülbülotu- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olan bu bitki kökümsovludur. Latınca
«Phalaris» adlanır. Bitkinin adı Dioskorid və Pliniyanın dənli bitkilərə verdikləri adla bağlıdır. Rus
dilində «Kanareeçnik» adlanır. Toxumları bül-büllər üçün yem kimi geniş istifadə olunur. Təzə tər
halında yaxşı yem bitkisi hesab olunur. Azərbaycan florasında 4 növü bitir.
Canavargiləsi – Canavargiləsikimilər fəsiləsinə aid olub, kol bitkisidir. Latınca «Daphne»
adlanır. Lüğəti mənası yunan dilində daphne- dəfnə ağacı deməkdir. Bu cinsin bir çox növlərinin
meyvə və yarpaqları dəfnə ağacına bənzədiyinə görə belə adlandırılır. Rus dilində «Volçnik»,
«Volçeəqodnik» adlanır. Qiymətli bəzək bitkisidir. Xalq təbabətində geniş istifadə olunur. Yarpaq,
çiçək və budağından alınan məlhəm və cövhər əsəb və yel xəstəliklərinə qarşı geniş istifadə olunur.
Azərbaycan florasında 6 növü bitir.
Cacıq- Kərəvüzkimilər (Çətirçiçəkkimilər) fəsiləsinə aiddir. Birillik, ikiillik və çoxillik ot
bitkisi olub, latınca «Chaerophyllum» adlanır. Yunan dilində lüğəti mənası chaero- parlaq, phyllon-
yarpaq deməkdir. Bu ad ona yarpaq ayasının üzərinin parlaq olmasına görə verilmişdir. Rus dilində
«Butenğ» adlanır. Cavan gövdəsinin qabığını soymaqla təzə halda yeyilir. Xalq təbabətində
köklərindən qaynadılmış və yaxud yağda qızardılmış halda istifadə olunur. Azərbaycan florasında 7
növü bitir. Onlardan ən əhəmiyyətlisi Qafqaz cacıqıdır.
Cəfəri- Kərəvüzkimilər (Çətirçiçəkkimilər) fəsiləsinə aid olub, ikiillik ot bitkisidir.
Latınca «Petroselinum», rus dilində «Petruşka» adlanır. Cəfərinin yarpaqlarının tərkibində 75-400
mq%, köklərində isə 37 mq% C vitamini vardır. Təzə tər yarpaqlarında 3,2 qamma karotin və
16
meyvələrində 2-7%-ə qədər efir yağı vardır. Cəfəri qiymətli tərəvəz bitkisi olub, xalq təbabətində
qurudulmuş yarpaqlarından damarların kirəcləşməsinin və yüksək qan təzyiqinin qarşısının
alınmasında istifadə olunur. Toxumları sidikqovucu xüsusiyyətə malikdir. Azərbaycan florasında
Qıvrım cəfəri növü bitir.
Cəfərotu-
Daşdələnkimilər
fəsiləsinə aid olub, çoxillik bitkidir.
Latınca
«Chrysosplenium» adlanır. Yunan dilində lüğəti mənası chrysos- qızıl. splen- dalaq deməkdir.
Rus dilində «Selezenoçnik» adlanır. Azərbaycan florasında Adi cəfərotu növü bitir.
Cığ- Cığkimilər fəsiləsinə aid olub, birillik və çoxillik bitkidir. Latınca «Juncus» adlanır.
Lüğəti mənası yunqere- sarımaq, birləşdirmək, hörmək deməkdir. Rus dilində «Sitnik» adlanır.
Bitkinin otlu hissələri mal-qara, toxumları isə quşlar tərəfindən həvəslə yeyilir. Abşeronda cığ
əncir, üzüm və digər meyvələri sərib qurutmaq üçün döşəmə kimi istifadə olunur. Azərbaycan
florasında 15 növü bitir.
Cil- Cilçiçəkkimilər fəsiləsinə aid olub, çoxillik ot bitkisidir. Latınca «Carex», rus dilində
«Osoka» adlanır. Bütün heyvanlar tərəfindən yeyilir. Yarpaqları səbət, həsir, çanta və s. kimi
məmulatların hazırlanmasında, sahil cilinin yarpaqlarından isə ip, kəndir və kobud materialların
hazırlanmasında istifadə olunur. Azərbaycan florasında 63 növü bitir.
Cillicə- Cilçiçəkkimilər fəsiləsinə aiddir. Birillik, ikiillik və çoxillik bitki olub, latınca
«Pycreus», rus dilində «Sitovnik» adlanır. Yarpaqları mal-qara, toxumları isə quşlar tərəfindən
yeyilir. Tam yetişmiş yarpaqlarından həsir, çanta, səbət hazırlanır. Eyni zamanda rayon
yerlərində təzə çiy kərpicdən tikilmiş evlərin damını su buraxmasın deyə cillicə ilə örtürlər.
Azərbaycan florasında 3 növü bitir.
Cincilə- Qərənfilçiçəkkimilər fəsiləsinə aiddir. Birillik, ikiillik və çoxillik bitki olub,
latınca «Spergularia» adlanır. Lüğəti mənası sparqere-səpələmək deməkdir. Rus dilində
«Toriçnik» adlanır. Azərbaycan florasında 4 növü bitir.
Cincilim(Quşotu)- Qərənfilçiçəklilər fəsiləsindən olan birillik, ikiillik və çoxillik otlardır.
Latınca «Stellaria», rus dilində «Zvezdçatka» adlanır. Çiçəkləri ulduza oxşadığına görə ona
ulduzcuq da deyilir. Qiymətli tərəvəz və yem bitkisi olub, xalq arasında ondan kətə, buğlama,
kükü (yumurta ilə) və s. hazırlanır. Çiy halda duzla ovub yeyirlər. Ev quşları üçün qiymətli
yemdir. Abşeron və Bakı əhalisi onu quĢotu kimi tanıyırlar.
Cinotu- Qərənfilçiçəkkimilər fəsiləsinə aiddir. Birillik və çoxillik bitki olub, latınca
«Minuartia», rus dilində «Minuartiə» adlanır. Azərbaycan florasında 17 növü bitir.
Cirə- Kərəvüzkimilər (Çətirçiçəkkimiər) fəsiləsindən olan birillik ot bitkisidir. Latınca
«Cuminum», rus dilində «Kumin» adlanır. Toxumunda 2-4% efir yağı, 16% kitrə, xlorofil və
bəzi turşular vardır. Azərbaycanda qədim zamanlardan becərilən cirənin toxumlarından şirniyyat
(şorqoğalı, kökə, fəsəli) hazırlanmasında, çay dəmlənməsində və s. işlədilir. Xalq təbabətində
cirənin toxumundan astmanın qarşısını alan, xroniki mədə-bağırsaq xəstəliklərində,
soyuqdəymədə bəlğəmgətirən, köpyatıran və iştahanı artıran dərman kimi istifadə olunur.
Cökə- Cökəkimilər fəsiləsinə aid olub, latınca «Tilia» adlanır. Lüğəti mənası ptilon-qanad
deməkdir. Rus dilində «Lipa» adlanır. Toxumları qanada oxşayır və külək vasitəsilə bir yerdən
başqa yerə uçaraq yayılır. Bəzən ona «daban ağacı» da deyilir (Dəvəçi də), lifindən həsir, zənbil
və s. toxunur, oduncağı yumşaqdır və dülgərlikdə geniş istifadə olunur. Qafqaz cökəsi xalq
təbabətində geniş istifadə olunur. Geniş yayılması ilə əlaqədar olaraq Azərbaycanın meşələrində
arıçılıq təsərrüfatı üçün əhəmiyyətlidir. Yaxşı bal verir. Çiçəklərində olan efir yağları ətriyyatda
istifadə olunur. Tər yarpaqları salat və dolma hazırlanmasında istifadə olunur. 1qr qurudulmuş
yarpaqlarında 500 qamma A vitamini və 244,4mq% C vitamini vardır. Azərbaycan florasında 4
növü bitir. MNB-da bir neçə növün kolleksiyası becərilir.
Cuzğun- Qırxbuğumkimilər fəsiləsinə aid olub, kol bitkisidir. Latınca «Calligonum»
adlanır. Lüğəti mənası kallos-qəşəng, qonos-isə dirsək deməkdir. Rus dilində «Juzqun» adlanır.
Bəzi növlərindən sürüşmə zonalarının bərkidilməsi üçün istifadə edilir. Yaşıl cavan zoğlarını
heyvanlar yeyir. Azərbaycan florasında 4 növü bitir.
17
Ciyən- Ciyənkimilər fəsiləsinə aid olub, çoxillik ot bitkisidir. Saplaqlı bitki olub, latınca
«Typha», rus dilində «Roqoz» adlanır. Tyufos –sözü yunan dilində «bataqlıq» deməkdir. Əsasən
bataqlıqlarda bitir. Kökümsovlarının tərkibi nişasta ilə zəngindir. Bir çox ölkələrdə ondan qida
kimi istifadə edirlər. Yarpaqlarından keyfiyyətli kağız alınmasında, həmçinin bir çox
məmulatların- səbət (korzinka), həsir (ayaqaltı), əl çantası və s. İstehsalında, yumşaq
hissələrindən isə döşək və balış (yastıq) hazırlanmasında istifadə edilir. Azərbaycan florasında 7
növü bitir.
Çaqqal qanqalı- Kəpənəkçiçəkkimilər (Mürəkkəbçiçəkkimilər) fə-siləsinə aiddir. İkiillik
bitki olub, latınca «Onopordum», rus dilində «Tatarnik» adlanır. Kökü, təzə tər zoğları və yarpaq
saplaqlarının qabığı soyularaq təmizlənmiş halda qidada istifadə olunur. Yarpaqlarında 33,1mq%
C vitamini vardır. Toxumlarının tərkibində 15-18%-ə qədər qatı piyli qarışığı olan yağ vardır ki,
o da 132-136%-ə qədərdir. Bu yağ günəbaxan yağı kimi istifadəyə yararlıdır. Azərbaycan
florasında 2 növü vardır.
Çaşır (Ələvi)- Kərəvüzkimilər (Çətirçiçəkkimilər) fəsiləsinə aid olub, çoxillik bitkidir.
Latınca «Prangos», rus dilində «Pranqos» adlanır. Ətirli ədviyyalı bitki olub, təzə-tər yarpaqları
və budaqları duzla ovularaq yeyilir. Bir çox rayonlarda, xüsusən Naxçıvan MR-da ondan şoraba
hazırlayıb qış üçün tədarük edirlər. Azərbaycan florasında 5 növü bitir. Ən çox istifadə olunanı
Gövdəsiz və BiberĢteyin çaĢır növləridir.
Çay- Çayçiçəkkimilər fəsiləsinə aid olub, latınca «Thea», rus dilində «Çay» adlanır.
Yarpaqlarının tərkibində 1-5%-ə qədər alkaloid kofein və 8-13%-ə qədər tannin vardır. Tannin
çaya ətir və rəng verir. Çayın tərkibində 0,006%-ə qədər efir yağı vardır ki, bu da çaya
özünəməxsus tam verir. Bundan əlavə çayın yarpaqlarında A, K və C vitaminləri vardır.
Azərbaycan florasında mədəni şəraitdə becərilən Çin çayı növü vardır.
Çayır- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olub, latınca «Cynodon» adlanır. Lüğəti
mənası yunan dilində kineos-it, odon isə diş deməkdir. Rus dilində «Svinoroy», «Sobaçiy zub»
adlanır. Yaxşı otlaq bitkisidir və bütün heyvanlar tərəfindən yeyilir. Yetişmiş meyvələrin
tərkibində 11,45%-kül, 26,67%-sellüloza və azotsuz ekstrakt maddələri vardır. Sürətlə yayılan,
çoxala bilən və bir çox tərəvəz və soğanaqlı bitkilərə zərər vuran alaq bitkisidir. Azərbaycan
florasında Barmaqvarı çayır növü bitir.
Çayotu- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Latınca «Catabrosa» adlanır. Lüğəti
mənası yunan dilində katabrosis-gəmirilmiş və ya deşilmiş deməkdir. Bu söz bitkinin
pulcuqlarının yuxarı hissəsinin hamar olmayan gəmirilmiş və ya deşilmiş halda olmasına görə
adlandırılmışdır. Rus dilində «Poruçeyniüa» adlanır. Azərbaycan florasında Su çayotu növü bitir.
Çaytikanı- İydəkimilər fəsiləsinə aid olub, latınca «Hippophae» adlanır. Lübəti mənası
yunan dilində hippos-at, phaes isə parlaq deməkdir. Rus dilində «Oblepixa» adlanır. Meyvələri
yeməli olub, lətləri şirəlidir. Giləmeyvəsi turşdur, təravətli olmaqla ətirlidir. Yedikdə ən çox
ananas dadını verir. At və qoyunları çaytikanı yarpağı ilə yemləndirdikdə onların tükü və yunu
parlaq olur. Quşlar onu həvəslə yeyirlər. Meyvələrindən jele, kisel, kompot, şirə və mürəbbə
hazırlanmasında istifadə olunur. Xalq təbabətində onun yağından mədə-bağırsaq, qaraciyər və s.
xəstəliklərin müalicəsində istifadə olunur. Meyvəsinin tərkibində 3,56%-ə qədər şəkər (1,96%
qlükoza, 10% fruktoza), 2,64%-ə qədər alma turşusu vardır. Yarpaqlarında 230-262 mq% C,
meyvələrində 120 mq%, meyvəsinin şirəsində isə 200 mq% C vitamini vardır. Meyvələrində
həmçinin çoxlu karotin və B vitamini də vardır. Azərbaycan florasında Adi çaytikanı növü bitir.
MNB-da kolleksiyada əkilib becərilir.
Çayyovşanı- Yulğunkimilər fəsiləsinə aid olub, latınca «Myricaria», rus dilində
«Mirikariə» adlanır. Bitkinin kökü, gövdəsi, yarpaq, meyvə və toxumundan parçanın qara rəngə
boyanmasında istifadə olunur. Bitkinin qabığı və digər hissələri aşı maddəsi (8-17%) ilə
zəngindir. Yarpaqlarında 83,3 mq% C vitamini vardır. Xalq təbabətində ishal xəstəliklərinə qarşı
istifadə olunur. Azərbaycan florasında 2 növü bitir.
18
Çəpərsarmaşığı- Sarmaşıqkimilər fəsiləsinə aid olub, çoxillik ot bitkisidir. Latınca
«Calystegia», rus dilində isə «Pavoy» adlanır. Dekorativ cəhətdən qiymətli olan bu cinsin əksəri
sarmaşan bitkidir. Yaşıllaşdırmada müxtəlif məqsədlər üçün, söhbətkeşlərin, dəmir, daş və taxta
çəpərlərin bəzədilməsində istifadə olunur. Azərbaycan florasında 2 növü vardır. MNB-da
kolleksiyada əkilib becərilir.
Çəpişotu- Fabakimilər (Paxlakimilər) fəsiləsindən olan bu cins çoxillik ot bitkisi olub,
latınca «Galega» adlanır. Lüğəti mənası yunan dilində qala-süd, aqein isə təsir eləmək deməkdir.
Rus dilində «Qaleqa», «Kozlətnik» adlanır. Dərman bitkisidir. Dərman çəpişotunun tərkibində
0,5%-ə qədər alkaloid, qlükozid qaleteolin və yarpaqlarında isə saponin vardır. Qaleqin qanda
şəkərin aşağı düşməsini tənzimləyir. Xalq təbabətində dərman çəpişotu qurd, tərlədici və
sidikqovan dərman məqsədilə istifadə olunur. Toxumlarında 18%-ə qədər yağ vardır. Duzlu suda
qaynadılmış cavan gövdə və yarpaqları qida kimi istifadə olunur. Azərbaycan florasında 2 növü
vardır.
Çiçəbahar (Qırmızı dil)- Çiçəbaharkimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Latınca
«Phytolacca» adlanır. Lüğəti mənası yunan dilində fiton-bitki, lakka isə parıltı deməkdir. Rus
dilində «Lakonos» adlanır. Giləmeyvələrinin şirəsindən şərabın və parçanın boyanmasında
istifadə olunur. Dekorativ bitkidir. Kökləri işlətmə, qusma xüsusiyyətlərinə malik olub, xalq
təbabətində müalicə vasitəsi kimi istifadə olunur. Azərbaycan florasında Amerika çiçəbahar
növü vardır.
Çilədağı- Lamiasiyakimilər (Dodağıçiçəklilər) fəsiləsinə aid olub, çoxillik ot bitkisidir.
Latın dilində «Eremostachys» adlanır. Lüğəti mənası yunan dilində eremos-səhra, stachys isə
sünbül deməkdir. Çiçək açıb toxumlayan zaman çiçək oxu üzərində toxum qutucuqları
sünbüləoxşar görkəm yaradır. Rus dilində «Pustınnokolosnik» adlanır. Çilədağı xalq təbabətində
xərçəng xəstəliyinə, dəri xəstəliklərinə, qızıl yel, qadın xəstəliklərinə qarşı, müxtəlif şişlərin
müalicəsində istifadə olunur. Azərbaycan florasında 3 növü vardır.
Çinar- Çinarkimilər fəsiləsindən olan bitki cinsidir. Latınca «Platanus», rus dilində
«Platan», «Çinar» adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s.
hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Xalq arasında müqəddəs bitki kimi
tanınan bu ağaca balta, dəhrə ilə əl qaldırıb kəsənin «əlləri quruyar» deyirlər. Nadir və nəsli
kəsilməkdə olan bitki kimi Azərbaycanın «Qırmızı Kitab»ına daxil edilmişdir. Azərbaycan
florasında Barmaqyarpaq çinar növü vardır. MNB-nın təcrübə sahəsində əkilib becərilir.
Çiriş- Asfodelinakimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Latın dilində «Eremurus»
adlanır. Bu söz yunan dilində eremos-səhra, ura isə quyruq olub, lüğəti mənası «səhra quyruğu»
deməkdir. Rus dilində «Çiriş», «Gremurus» adlanır. Qiymətli tərəvəz bitkisi kimi istifadə olunur.
Bitkinin iyəbənzər köklərindən yapışqan əldə edilir ki, bundan da çəkməçilikdə, dərzilikdə,
papaqçılıqda, cilidləmə işində, divar kağızı üçün yapışqan hazırlanmasında istifadə edilir.
Çirişdən hazırlanmış yapışqan (kley) su dəyməsə 300-500 il xarab olmadan qala bilir. Xalq
təbabətində çiriş bitkisinin köklərindən alınmış toz və ya un çiban tipli yaraların müalicəsində
məlhəm kimi istifadə edilir. Azərbaycanda Görkəmli və Azərbaycan çiriĢ növləri bitir. Dərman,
qida və texniki bitki kimi geniş istifadə edildiyi, kütləvi surətdə yığılıb bazarlarda satıldığı üçün
kökünün kəsilmək təhlükəsi vardır. Bitkini qoruyub saxlamaq üçün «Qırmızı Kitab»a daxil
edilməsi məsləhətdir. MNB-da kolleksiyada becərilir.
Çiyələk- Gülçiçəkkimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Latınca «Fragaria», rus
dilində «Zemlənika», «Klubnika» adlanır. Meşə çiyələyinin ətirli meyvələri qidada çiy halda
istifadə olunur. Bundan əlavə təzə halda mürəbbə, cem, povidla, konserv, eyni zamanda limonad
və bir çox cövhərlərin (essensiya) hazırlanmasında qatqı kimi istifadə edilir. Qurudulmuş
meyvələri xalq təbabətində surroqat çayı məqsədilə istifadə olunur. Meyvələrində və
yarpaqlarında C vitamini, meyvələrində 5-10%-ə qədər şəkər vardır. Azərbaycan MEA Mərkəzi
Nəbatat Bağında 30 ildən çox remontat çiyələk sortu becərilir ki, mülayim havada 11 ay məhsul
19
vermə qabiliyyətinə malikdir. Azərbaycan florasında 4 növü vardır. 1 növü mədəni şəraitdə
becərilir.
Çobanqarğası- Qarğaçiçəkkimilər fəsiləsinə aid olub, birillik və çoxillik bitkidir. Latınca
«Helianthemum» adlanır. Lüğəti mənası yunan dilində helios-günəş, anthemon isə çiçək
deməkdir. Rus dilində «Solnüeüvet» adlanır. Dekorativ bitki hesab olunur. Azərbaycan florasında
7 növü vardır.
Çoğan- Qərənfilçiçəkkimilər fəsiləsinə aid olub, birillik və çoxillik bitkidir. Latınca
«Cypsophila», rus dilində «Kaçim», «Peskolöbka» adlanır. Süpürgəvari çoğanın tərkibi saponinlə
zəngindir ki, bu da köpük əmələ gətirir, içki və pivənin hazırlanmasında istifadə olunur. Eyni
zamanda bəzək-bağçılıqda, gül dəstəsinə yaraşıq vermək və bəzəmək üçün çox geniş istifadə
olunur. Azərbaycan florasında 17 növü vardır.
Çovdar- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olan bu bitki latınca «Secale», rus dilində
isə «Rojğ» adlanır. Yem bitkisidir, heyvanlar tərəfindən yaxşı yeyilir. Tam yetişməmiş
meyvələrinin tərkibində 7,18%-kül, 30,61%-sellüloz, 9,06%-protein, 7,79%-zülal vardır. Bu
qiymətli bitkinin unu pəhriz xörəklərində, peçenye istehsalında, südlü sıyıq və s. yeməklərin
hazırlanmasında istifadə olunur. Azərbaycan florasında 5 növü vardır.
Çödükotu- Lamiasiyakimilər (Dodağıçiçəklilər) fəsiləsinə aid olub, çoxillik bitkidir.
Latınca «Hyssopus», rus dilində «İssop» adlanır. Efir yağlı bitkidir. Ət yeməklərinə ədviyyat kimi
istifadə olunur. Dərman bitkisidir. Efir yağlarının ətiri skipidar və kamforanın iyinə oxşardır.
Bitkinin şirəsindən ətirli ədviyyatın və içkilərin hazırlanmasında istifadə olunur. Dekorativ
bitkidir. Kabab hazırlanarkən doğranıb hazırlanmış ətə onun qurudulmuş tozundan qatıldıqda çox
dadlı olur. Azərbaycan florasında Ensizyarpaq çödükotu növləri vardır.
Çölnanəsi (Mərzə)- Lamiasiyakimilər (Dodağıçiçəklilər) fəsiləsinə aid olub, birillik və
çoxillik bitkidir. Latınca «Satureia» adlanır. Lüğəti mənası saturare-doydurmaq deməkdir. Rus
dilində «Çaber» adlanır. Efir yağı verən bitkidir. Likör və konyak içkilərinə ətirli dad
verilməsində istifadə olunur. Təzə yarpaqları qidaya ədviyyat kimi qatılır. Bundan əlavə yaxşı bal
verən bitkidir. Azərbaycan florasında 6 növü vardır.
Çörəkotu- Qərənfilçiçəkkimilər fəsiləsinə aid olub, birillik bitkidir. Latın dilində
«Vaccaria» adlanır. Lüğəti mənası vacca-inək deməkdir, buna görə də bu bitki inəklər üçün yaxşı
yem bitkisi hesab olunur. Rus dilində «Tısəçeqolov» adlanır. Adi alaq bitkisidir. Toxumları
zəhərlidir. Azərbaycan florasında Əkin çörəkotu növü vardır.
Çubuqluca- Daşdələnkimilər fəsiləsinə aid olub, kol bitkisidir. Latınca «Phidelphus»
adlanır. Yunan dilində lüğəti mənası fileyn – sevilən, adelfos-qardaş olub, qarşı-qarşıya yerləşən
budaqların üzərində bir-birinə sıx oturmaq deməkdir. Rus dilində «Çubuşnik» adlanır.
Çiçəklərində nektar vardır. Onlardan alınan efir yağı ətriyyat sənayesində istifadə olunur.
Yarpaqlarından qara rəng alınır. Cavan budaqlarından qəlyan, müştük (çubuq) düzəltmək üçün
istifadə olunur. Ona görə də bu çubuqluca adlanır. Azərbaycanda bəzək-bağçılıqda geniş yayılanı
Dostları ilə paylaş: |