1
Oruc Ġbadlı
Aliyə Zərgərli
BĠTKĠ ADLARI HAQQINDA NƏ BĠLĠRSĠNĠZ ?
2
AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI
MƏRKƏZĠ NƏBATAT BAĞI
Oruc İbadlı
Aliyə Zərgərli
BĠTKĠ ADLARI HAQQINDA NƏ BĠLĠRSĠNĠZ ?
AMEA Mərkəzi Nəbatat Bağının 75 illiyi ilə əlaqədar
Bağın Elmi şurasının qərarına əsasən çap olunur.
Bakı -2009
3
Redaktorları: biologiya elmləri namizədi V.S. Fərzəliyev,
biologiya elmləri namizədi, dosent N.B.Hüseynova
Oruc İbadlı, Aliyə Zərgərli
«Bitki adları haqqında nə bilirsiniz?», Bakı, «Elm», 2009.
Kitabda uzun illər Qafqaza ekspedisiyalar və ezamiyyələr zamanı müxtəlif regionların
sakinləri ilə aparılmış sorğular, çoxsaylı ədəbiyyatların araşdırılması nəticəsində bitki adları
haqqında əldə edilmiş geniş materiallar verilmişdir.
Müəlliflərin əsas məqsədi bitki adlarının milli dilimizdə ayrı-ayrı regionların ləhcəsində
adlandırılmasını geniş oxucu kütləsinə çatdırmaqdan ibarət olmuşdur.
Kitabdan həvəskar nəbatatçılar, biologiya sahəsində çalışan mütəxəssislər, ali və orta
məktəb müəllimləri, aqranomlar, tələbə və şagirdlər faydalana bilər.
4
GiriĢ
Dünya florasında mövcud olan bitkilər bir-birindən müxtəlif əlamətlərinə görə fərqləndiyi
kimi, adlarına görə də fərqlənirlər.
Məlum olduğu kimi bitkilər aləmində sistematik cəhətdən sıralanmada əvvəlcə sıra, sonra
fəsilə, cins və növ gəlir. Bütün bu adları ilkin müəyyən edən müəllifin adı sıra, fəsilə, cins və
növdən sonra beynəlxalq dildə (latınca) yazılır. Məs: fəsilə Alliaceae J. Aqardh, -Allium L.
Allium sepa L. Yəni Alliaceae -Soğan fəsiləsini ilkin işləmiş və müəyyən etmiş J. Aqard
olmuşdur. Allium L. - Soğan cinsini ilk dəfə Linney işləmişdir. Ona görə soğan cinsindən sonra
Linneyin qısaldılmış adı «L.» - kimi göstərilir. İlkin olaraq növü tapan tədqiqatçının müəlliflik
hüququ qorunur və müəllifin adı növdən sonra müxtəlif formalarda (qısaldılmış və ya tam)
yazılır.
Növə adı o növləri ilk olaraq sistematik cəhətdən işləyən tədqiqatçılar və alimlər verməlidir.
Bitkiyə adın qoyulması müəllifdən çox asılıdır. Onun arzusu ilə bitkinin toplandığı şəhər, kənd,
qəsəbə və s. adı ilə adlandırırlar.
Bitkilərin adlandırılması xarici mühitdə baş verən hadisələrdən, bənzətmələrdən və s.
səbəblərdən asılı olaraq çoxşaxəlidir. Məs: xalq arasında «danaqıran» adlanan bitki haqqında
belə mülahizə gəzir ki, bitki ilk yazda hələ qar əriməmiş çiçək açdığından çiçəklərinin rəngi xeyli
aralıdan diqqəti cəlb edir. Belə soyuq vaxtda danalar çöldə otlayan zaman elə birinci gözlərinə
dəydikləri bu bitki olduğundan onun çiçək və yarpaqlarını yeyirlər. Bitkinin çiçəyi və yarpaqları
zəhərli olduğuna görə onu yeyən danalar zəhərləndiyindən xalq bitkini «danaqıran» adlandırır.
Buna oxşar «itboğan» və ya «vaxtsız çiçək» adlanan bitkinin soğanaqlı yumruları, yarpaq və
çiçəyi zəhərli olduğundan ondan istifadə edən heyvanlarda kəskin boğulma baş verir. Xalqın
gözü tərəzidir. Xalq belə hadisələri müşahidə edir və bitkilərə oxşar adlar verir.
Bir çox bitkilər hər hansı bir heyvanın və ya quşun formasına, onların orqanlarına
bənzəməsinə görə adlandırılır. Məs: pişiyin quyruğuna oxşadığına görə «pişikquyruğu», şirin
quyruğuna oxşadığına görə «şirquyruğu», durnanın dimidiyinə oxşadığına görə «durnadimidiyi»,
yarpaqları quzunun qulağına oxşadığına görə «quzuqulağı», zərif budaqları olduğundan və quş o
budağa qona bilmədiyinə görə «quşqonmaz», balaca yel əsdikdə bitkini bir yerdən başqa yerə
apardığına və ya qovduğuna görə bitkiyə «yelqovan» adı vermişlər. «Dovşanqulağı»,
«qurdqulağı», «dana-
ayağı», «dəvəayağı», «qazayağı» və s. adlar da bu qəbildəndir.
Bitkilərə ad verilməsi çoxşaxəli və geniş məsələ olduğundan bütün bunları araşdırıb «Bitki
adları barədə nə bilirsiniz?» kitabçasını hazırlamağı qarşımıza məqsəd qoymuşuq. Bu istiqamətdə
ilk dəfə tərtib olunan bu kitabda əlifba sırası ilə bitkinin elmi adı, ayrı-ayrı bölgələrin ləhcələrində
(leksikonunda) onun yerli adı, latın və rus dilində adları, o cümlədən lüğəti mənaları verilir.
Kitabçada eyni zamanda bitkinin morfologiyası, əhəmiyyəti, istifadəsi və yayılması haqqında
məlumatlar da toplanmışdır. Arzumuz bitki adları və onların ilkin olaraq necə adlandırılması
barədə məlum olanları araşdırıb sizə çatdırmaqdan ibarətdir. Məqsədimiz floramızda bitən hər
bitkinin öz dilimizdə milli və yerli adları barədə oxuculara məlumat verməkdir.
Kitabın işıq üzü görməsində yaxından köməklik göstərən k.-t.e.n., dos. K. Əsədova, S.
Kazımovaya və A. Nəsibovaya öz minnətdarlığımızı bildiririk.
Kitab ilk dəfə tərtib olunduğundan qüsurlardan xali deyildir. Ona görə bizə irad və təkliflərini
bildirən oxuculara əvvəlcədən minnətdarlığımızı bildiririk.
Rəy və təkliflərinizi aşağıdakı ünvana göndərə bilərsiniz: AZ-1073, Bakı şəhəri, Badamdar
yolu 40, AMEA Mərkəzi Nəbatat Bağı.
5
Bitki adları haqqında nə bilirsiniz?
Abeliya – Doqquzdonkimilər fəsiləsinə aid olub, kolşəkilli bitkidir. Latınca «Abelia», rusca
«Abeliə» adlanır. Cinsin adı XIX əsrdə Çində çalışmış həkim K. Abelin şərəfinə
adlandırılmışdır.Dekorativ bitkidir, çiçəkləməsi 4-5 ay davam edir. Çiçəkləri xoş ətirlidir.
Qələmləri ilə asan çoxalır. AMEA-nın Mərkəzi Nəbatat Bağında (MNB) Ġriçiçəkli və Çin
abeliyası növləri becərilir.
Acı biyan – Fabakimilər (Paxlakimilər) fəsiləsinə aid olub, latınca «Goebelia», rusca isə
«Qebeliə» adlanır. Çoxillik ot bitkisidir. Güclü kök sisteminə malikdir. Əsasən pambıq sahələrində
və kənd təsərrüfatı bitkilərinin əkin yerlərində geniş yayılmışdır. Tərkibində alkaloid təsirinə malik
zəhərli maddə olduğu üçün bitki mal-qara tərəfindən yeyilmir. Azərbaycanda 1 növü –
Tülküquyruq acı biyan növü geniş yayılmışdır.
Acıçiçək - Acıçiçəkkimilər fəsiləsinə aid olub, çoxillik ot bitkisidir. Latınca «Gentiana»,
rusca «Qoreçavka» adlanır. Dioskorid və Pliniyin məlumatlarına görə Germes İlliri kralı Qentiyə
bir bitki gətirmişdir. Əfsanəyə görə kral bu bitkinin yarpaq və köklərindən vəba xəstəliyinə qarşı
dərman hazırlamağı əmr etmişdir. Sonralar bitki Qentinin şərəfinə adlandırılmış və daha
sonralar bu ad bütün cinsə aid edilmişdir. Bitki dekorativ cəhətdən çox qiymətlidir. Alp florasının
rəmzlərindən hesab olunur. Xalq təbabətində acıçiçəyin kökündən qızdırmaya (malyariyaya)
qarşı, həmçinin acılıq kimi, iştahanın artırılmasında və qidanın həzm olunmasında istifadə
olunur. Acıçiçəyin gövdə və yarpaqlarında C vitamini vardır. Azərbaycan florasında 14 növü bitir.
Acıqovuq - Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aiddir. Xalq arasında zəncirotu
kimi də tanınan bu çoxillik ot bitkisi latın dilində «Taraxacum», rus dilində isə «Oduvançik»
adlanır. Dərman əhəmiyyətli bitki olub, yarpaq və kökündə acı qlükozid, aşı maddəsi, inulin,
fruktoza, A və C vitaminləri, həmçinin digər maddələr aşkar edilmişdir. Zəncirotunun kökündən
iştahın artmasında, orqanizmdə qida həzminin yaxşılaşmasında, ödqovucu və qaraciyərin iltihabı
xəstəliklərində istifadə edilir.Zəhərli olmasına baxmayaraq xalq arasında yarpaqlarını azacıq
qaynar suda 3-5 dəqiqə pörtdükdən sonra ondan dolma hazırlanmasında istifadə olunur.
Azərbaycan florasında 13 növü bitir. Əsas əhəmiyyət kəsb edən dərman, çəməncik və səhra
növləridir.
Acıquşəppəyi – Kələmkimilər (Xaççiçəkkimilər) fəsiləsinə aiddir. Çoxillik ot bitkisi olub,
latınca «Rorippa», rusca isə «Jeruşnik» adlanır. Acı olmasına baxmayaraq xalq arasında sucaq
növünün cavan gövdə və yarpaqları yeyilir. Yarpağının tərkibində C vitamini vardır. Azərbaycan
florasında 4 növü geniş yayılmışdır.
Acılıq - Acılıqkimilər fəsiləsinə aiddir. Adından məlum olduğu kimi iynə yarpaqları çox
acıdır. Çoxillik kol bitkisi olub, latın dilində «Ephedra», rus dilində isə «Xvoynik» adlanır. Cavan
budaqlarında və yarpaqlarınqda efedrin adlı alkaloid vardır ki, bu da ürək və asma xəstəliklərinin
müalicəsində istifadə olunur. Keçmiş ittifaqda santanin, rozmarin və efedrinin yarpaqlarının
qarışığından asma xəstəliyinə qarşı xüsusi «Asmaton» adlı siqaret hazırlanırdı. Bu siqareti
çəkdikdə asma xəstəliyinin bütün ağrılarının qarşısı alınırdı. Azərbaycan florasında 4 növü bitir.
Acıyonca - Fabakimilər (Paxlakimilər) fəsiləsinə aiddir. Çoxillik ot bitkisi olub, latınca
«Coronilla» adlanır. Lüğəti mənası tac deməkdir. Rus dilində «Vəzelğ» adlanır. Tərkibi C
vitamini, provitamin və karotin maddələri ilə zəngindir. Yaşıl yarpaqları və gövdəsində aşı
maddəsi vardır. Zəhərli bitkidir. Toxumlarının tərkibində acı zəhərli qlükozid maddəsi vardır
ki, bu da ürək xəstəliyinin müalicəsində istifadə olunur. Azərbaycan florasında 7 növü bitir.
Onlardan ən əhəmiyyətlisi Alı acıyonca növüdür.
Adaçayı və ya Sürvə - Lamiasiyakimilər (Dodaqçiçəklilər) fəsiləsinə aiddir. Bitki latın
dilində «Salviya» adlanıb lüğəti mənası sağlam olmaq deməkdir. Rus dilində «Şalfey» adlanır.
Adaçayının bir çox növü müalicəvi əhəmiyyətə malikdir. Qədim romalılar və ərəblər dərman
sürvəsindən müxtəlif xəstəliklərin müalicəsində, qida və içkilərin ətirləndirilməsində
(aromatikləşdirilməsində) istifadə etmişlər. Bu növ hal-hazırda müxtəlif ölkələrin farmakopeyasına
6
daxil edilərək ağız boşluğu, yuxarı tənəffüs yolları və b. xəstəliklərin müalicəsində istifadə olunur.
Əksər növlərində efir yağı olduğu üçün nəinki təbabətdə, eyni zamanda ətriyyat sənayesində də
istifadə olunur. Açıq şəraitdə əkilib becərilir. Azərbaycanda 27-dən artıq növü bitir ki, onun da 2
növü mədəni bitki kimi becərilir.
Ağ akasiya – Fabakimilər (Paxlakimilər) fəsiləsinə aid olub, ağac və ya kol bitkisidir. Latın
dilində «Robinia» olub, bu söz bitkini ilk dəfə 1620-ci ildə Amerikadan Avropaya gətirmiş
Vespazianın şərəfinə adlandırılmışdır. Bitki rus dilində də «Robiniə» adlanır. Dekorativ cəhətdən
çox əhəmiyyətlidir. Bal verən bitki olduğuna görə yerli əhali onu bal bitkisi adlandırır. Azərbaycan
florasında 3 növü vardır. Onlardan Ağ, Bəzəkli və YapıĢqanlı akasiya geniş əkilib becərilir.
Ağbığ - Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olub, çoxillik bitkidir. Latın dilində «Nardus»
adlanır. Lüğəti mənası Hindistanda bitən bir neçə ətirli bitkilərin adı ilə bağlıdır. Rus dilində isə
bitki «Belous» adllanır. Çikəkləməyə qədər cavan zoğ və yarpaqları heyvanlar tərəfindən yeyilir.
Çiçəkləmədən sonra, yəni meyvə verərkən heyvanlar ondan istifadə etmir. Alaq bitkisi kimi isə çox
vaxt quru sahələrdə bitən otlaqları tutur.
Ağcaqayın – Ağcaqayınkimilər fəsiləsinə aiddir. Ağac bitkisi olub, latın dilində «Acer»
adlanır. Lüğəti mənası «sivri» (yarpaqları iti dilimlidir) deməkdir. Rus dilində bitki «Klen»
adlanır. Dekorativ əhəmiyyətə malik olub, bağ və parkların yaşıllaşdırılmasında geniş istifadə
olunur. Oduncağı möhkəm olduğuna görə ondan balta, bel, çəkic və b. alətlərə sap (dəstək)
düzəltmək üçün geniş istifadə olunur. Bütün növləri yaxşı balverəndir. Azərbaycan florasında 8
növü vardı.
Ağəsmə – Qaymaqçiçəkkimilər fəsiləsinə aiddir. Sarmaşan kol bitkisi olub, latınca
«Clematis» adlanır. Lüğəti mənası clema, clematis - bığcıq deməkdir, yəni bığcıqları vasitəsi
ilə «ilişən», «yapışan» mənasını verir. Rus dilində «Lomonos» adlanır. Qərbi Avropada XVI
əsrdən, Yaponiyada isə daha qədimdən becərilir. Seleksiya işləri nəticəsində xeyli sort və formaları
yaradılmışdır. Dekorativ əhəmiyyətə malik olub, şaquli yaşıllaşdırmada geniş istifadə olunur.
Yarpaqlarında A vitamini, çiçəklərində isə efir yağı vardır. Cavan budaqları yeyilir. Çiçəklənən
budağın tərkibində yaşıl qətran vardır. Cavan zoğlarından zənbil, səbət toxunmasında geniş istifadə
olunur. Azərbaycan florasında 2 növü bitir. MNB-da kolleksiyada becərilir.
Ağlarot – Ağlarotkimilər fəsiləsinə aid olub, birillik və çoxillik ot bitkisidir. Latınca
«Lythrum» adlanır. Lüğəti mənası isə ludron - qan deməkdir. Güman ki, çiçəyinin rəngi tünd-
qırmızı olduğuna və qana bənzədiyinə görə ona bu ad verilmişdir. Rus dilində bitki «Derbennik»
adlanır. Bal verən bitkidir. Kök və yarpaqlarında aşı maddəsi vardır. Ev heyvanları tərəfindən
yeyilmir. Azərbaycan florasında 6 növü bitir. Bunlardan 4 növü birillik, 2 növü isə çoxillikdir.
Ağot – Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Çoxillik ot bitkisidir. Latınca adı
«Andropoqon» olub, lüğəti mənası andros - ər, poqon - saqqal olub, «saqqallı kişi» mənasını verir.
Rus dilində bitki «Borodaç» adlanır. Dekorativ bitkidir. Kökləri həddindən artıq coddur. Qaynar
suda saxladıqdan sonra yumşalır. Ondan kosmetikada fırça kimi istifadə edilir. Bir növü
qandayandırıcı xüsusiyyətə malikdir. Azərbaycan florasında Qandayandırıcı və Qafqaz ağotu
növləri bitir.
Ağtərə –Daşdələnkimilər fəsiləsinə aiddir. Çoxillik ot bitkisi olub, latınca «Parnassia», rus
dilində isə «Belozor» adlanır. Cinsin adı Yunanıstanda müqəddəs yerlərdən sayılan Parnas
dağlarının adı ilə bağlıdır. Qədim miflərə görə Apollo bu dağlarda yaşamışdır. Bitki bəzək-
bağçılıqda geniş istifadə olunur. Azərbaycan florasında ancaq Bataqlıq ağtərəsi növü bitir.
Akasiya- Fabakimilər (Paxlakimilər) fəsiləsilə aiddir. Ağac bitkisi olub, latınca «Acacia»
adlanır. «Akaki» yunan sözü olub, bu ad Teofrast və Dioskoridin mülahizələrinə görə Misirdə olan
«tikanlı ağac» adlanan «Akasiya torsilisin» adından götürülmüşdür. Rus dilində «Akaüiə»
adlanır. Azərbaycanın rayonlarında çox vaxt bitkini paxlalarının kənarının şirin olması və bal
arılarını cəlb etdiyinə görə «balverən bitki» adlandırırlar. Dekorativ əhəmiyyətə malikdir.
Çiçəklərinin tərkibində qatı, sarı rəngli və xoş ətirli efir yağı olduğuna görə ətriyyat sənayesində
7
geniş istifadə olunur. Yaşıllaşdırma və bəzək-bağçılıqda böyük əhəmiyyət kəsb edir. MNB-da
kolleksiyada becərilir.
Aqava – Aqavakimilər fəsiləsinə aiddir. Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi
vardır. Latınca «Agave», rusca isə «Aqava» adlanır. Ən çox Amerika və Meksikada geniş
yayılmışdır. Öz vətənində bitki çox iridir (3m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də
monokarp bitki
adlanırlar. Ömrünün 6-10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir,
inkişaf edərək 10-12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur. Meksikalılar
çiçək oxunu dibdən kəsib oradan çıxan şirəni toplayırlar. Bu şirəyə «Akvamil», yəni «bal suyu»
deyilir. Gündə hər bitki 5 litrə yaxın şirə verir. Şirəvermə müddəti 8-9 ay davam edir. Bitki məhv
olana qədər 1 ton şirə verə bilir. Bu şirədən Meksikalılar «Tekilla» adlı araq hazırlayırlar. Çiçək
açdıqdan sonra məhv olan ana bitkinin yanlarında bir neçə bala bitkilər əmələ gəlir ki, onlar da
əslində həmin bitkinin ömrünü davam etdirir. Xalq təbabətində onun yarpaqlarından bel ağrılarının,
radikulit, lümbaqa və s. xəstəliklərin müalicəsində istifadə olunur. Dünyada bu cinsin 300 növü
vardır. MNB-da açıq və örtülü şəraitdə bir çox növləri becərilir.
Alaqanqal – Kəpənəkçiçəkkimilər (Mürəkkəbçiçəkkimilər) fəsiləsinə aiddir. İkillik ot bitkisi
olub, latın dilində «Silybum», rus dilində isə «Rastoropşa» adlanır. Yazda alaqanqalın cavan
yarpaqları və saplaqları yağ və sirkə ilə qarışdırılaraq salat kimi istifadə olunur. Toxumlarında
30%-ə qədər yağlılıq olduğundan Azərbaycan mətbəxində geniş istifadə olunur. Toxumları buğda
ilə birlikdə qovrulub Novruz bayramında qovurğa və qovud (əzilib toz halına salınmış) kimi
istifadə olunur. Cavan halda bitki mal-qara tərəfindən yaxşı yeyilir. Azərbaycan florasında Adi
alaqanqal növü geniş yayılmışdır.
Albalı (Gilənar, turş gilas) – İtburnukimilər fəsiləsinə aid olub, kol bitkisidir. Latınca
«Cerasus», rus dilində isə «Vişnə» adlanır. Qiymətli meyvə növü olub, yeyintidə təzə və
qurudulmuş halda istifadə olunur. Bitkinin meyvəsindən mürəbbə, kompot və şirələr hazırlanır.
Albalının toxumlarının tərkibində amiqdalin qlükozidi, yarpağında isə limon turşusu vardır.
Albalı meyvələri A və C vitamini ilə zəngindir. Yaxşı balverən bitkidir. Azərbaycan florasında 7
növü vardı ki, bunlardan yalnız iki növü mədəni şəraitdə becərilir.
Alça – İtburnukimilər fəsiləsinə aiddir. Latınca adı «Prunus», rus dilində isə «Alıça»
deməkdir. Onun beş ləçəkli çiçəyi müvəffəqiyyətin, xoşbəxtliyin, uzunömürlülüyün, sevinc və
sülhün rəmzi kimi qiymətləndirilir. Alçanın meyvələri yeyintidə təzə və qurudulmuş halda, eləcə də
mürəbbə, cem (povidla) və konservlərin hazırlanmasında istifadə olunur. Meyvəsinin tərkibi 5-7%
şəkər, 4-7% limon turşusu və C vitamini ilə zəngindir. Azərbaycanda alçanın meyvələrindən alça
turşusunun hazırlanmasında istifadə olunur. Alça turşusu-lavaşası yeyintidə ədviyyat, təbabətdə isə.
skorbut xəstəliyinin müalicəsində dərman kimi istifadə olunur. Azərbaycan florasında 3 növü -
Adi, Xəzər və Ġran alçası növləri geniş yayılmışdır.
Alışan – Sədokimilər fəsiləsinə aid olub çoxillik ot bitkisidir. Latınca «Dictamnus» adlanır.
Lüğəti mənası Dikte- Krit dağlarının birinin adı, Thamnos isə «kol» deməkdir. Rus dilində
«Əseneü» adlanır. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz- özünə
alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında «alışdım-yandım»
da
deyirlər. «Alışdım-yandım» quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin
atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin
tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi
iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının
alınmasında istifadə edilir. Azərbaycan florasında 1 növü - Qafqaz alıĢan növü geniş yayılmışdır.
Nəsli kəsilməkdə olan bitki kimi qorunması və «Qırmızı Kitab»a düşməsi məsləhətdir.
Alma – İtburnukimilər fəsiləsinə aiddir. Latınca «Malus», rusca «Əblonə», yunanca isə
«malon» və ya «melon» adlanır. Ağac və ya kol bitkisidir. Almanın meyvələri təzə, qurudulmuş
qax və ya pörtülmüş halda, eləcə də konserv, mürəbbə, povidla və cemlərin hazırlanmasında
8
istifadə olunur. Alma meyvəsinin şirəsində qlükoza, fruktoza, saxaroza, alma turşusu və c. vardır.
Qədimdən qiymətli bitki kimi geniş istifadə edilmişdir. Alma meyvələrinin qidanın həzm
olunmasına və xroniki ishala qarşı təsiri çox böyükdür. Azərbaycan florasında yabanı halda 1,
mədəni şəraitdə isə 2 növünə rast gəlinir. MNB-da kolleksiyada becərilir.
Amorfa – Fabakimilər (Paxlakimilər) fəsiləsinə aiddir. Quraqlığadavamlı kol bitkisi olub, latın
dilində «Amorpha», rus dilində «Amorfa » adlanır. Dekorativ məqsədlə yaşıllaşdırmada geniş
istifadə olunur. Cavan zoğlarından göy boya hazırlanır. Efir yağlı bitkidir. Meyvələrində efir yağı
daha çoxdur (1%-dən çox). Yarpaqlarında 0,05-0,08%-ə qədər yağ vardır. Azərbaycanda Kolvarı
Dostları ilə paylaş: |