eunomiya növü bitir.
Eupator- Kəpənəkçiçəkkimilər (Mürəkkəbçiçəkkimilər) fəsiləsinə aid olub, çoxillik
bitkidir. Bitki latın dilində «Eupatorium», rus dilində «Poskon-nik» adlanır. Pont çarı Mitridat
Eupatorun şərəfinə belə adlan-dırılmışdır. Çoxillik, bəzən birillik kökümsovlu, ot və ya yarımkol
bitkilərdir. Toxumların-da 25%-ə qədər qatı yağ vardır. Gövdə və yarpağından göy boya alınır.
Azərbaycan florasında Kənəfvari eupator növü vardır.
Evkalipt- Mərsinkimilər fəsiləsinə aid olub, ağac və ya kollardır. Bitki latın dilində
«Eucalyptus» adlanır. Qabığından aşı maddəsi kimi və kağız istehsalında istifadə edilir.
Yarpağında müxtəlif tərkibli (sineol, pinen) tünd qoxulu efir yağı vardır. Qiymətli dərman
bitkisidir. Əsasən boğaz, bronxların, diş iltihabı zamanı qarqara kimi istifadə edirlər.
Əqrəbotu- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aid olub, birillik bit-kidir. Bitki latın
dilində «Scorpiurus» adlanır. Lüğəti mənası yunan dilində scorpios-əqrəb, urus isə quyruq
deməkdir. Bitkinin forması əqrəbə oxşa-dığına görə xalq onu əqrəbotu adlandırıb. Rus dilində
«Skorpionniüa», «Liçinnik» adlanır. Azərbaycan florasında Yarıtüklü əqrəbotu növü vardır.
Əməköməci (Balba)- Əməköməcikimilər fəsiləsindən olan birillik, ikiillik və çoxillik
bitkidir. Bitki latın dilində «Malva» adlanır. Lüğəti mənası yunan dilində malachiso-yumşaltmaq,
yüngülləşdirmək deməkdir. Rus dilində «Prosvirnik», «Malğva» adlanır. Çiçək və yarpaqlarından
alınan cövhər qarqara eləmək üçün dərman kimi istifadə edilir. Əməköməcinin tər-kibində
müalicə əhəmiyyətli yapışqanabənzər selikli maddə olduğu üçün xalq təbabətində mədə-bağırsaq
xəstəliklərinə və böyrəkdən sidik kanalına düşmüş daşın çıxmasına qarşı istifadə edirlər.
Yarpaqlarında C vitamini və karotin vardır. Çiçəyindən alınan rəngdən yun boyanmasında və
şərabçılıqda istifadə olunur. Azərbaycan florasında 10 növü vardır.
Əncir- Tutkimilər fəsiləsindən olan bitki cinsidir. Bitki latın dilində «Ficus», rus dilində
«Smokovniüa», «İnjir», «Fikus» adlanır. Meyvəsində şəkər (12-23%), pektin maddəsi (0,5-
4,2%), sellüloza (3,4-7,4%), turşu (1%-dək), C, B
1
, B
2
vitaminləri, karotin, kalsium dəmir və
fosfor vardır. Ən-cirin meyvələri qidada təzə və qurudulmuş halda istifadə edilir. Meyvə-sindən
26
mürəbbə və cem hazırlanır. Yaş və qurudulmuş meyvələri yoğun bağırsaqda olan xoralara
(kolitə) və ürək əzələlərini möhkəmləndirilməsinə kömək edir. Azərbaycan florasında 2 növü
vardır. MNB-da 2 növün kollek-siyası vardır.
Ənginar- Kəpənəkçiçəkkimilər (Mürəkkəbçiçəkkimilər) fəsiləsindən olan çoxillik ot
bitkisidir. Bitki latın dilində «Cynara», rus dilində «Artişok» adlanır. Ənginarın ətli hissələri,
cavan budaqları, yarpaq saplağı və kökü bi-şirilmiş, yaxud duza qoyulmuş halda yeyilir. Çiçək
yatağında 2,5-3% zülal, 7-15% karbohidrat, 3-11,1 mq% C vitamini, 0,4 mq% karotin, B
1
,
B
2
vita-minləri və 86-88% su vardır. Heyvanlar tərəfindən yaxşı yeyilir. Balverən və dekorativ
bitkidir. Boyaq və lif almaq üçün də istifadə edilir. Bitkidən sabun istehsalında müxtəlif rəng
almaq üçün istifadə olunur. Azərbaycan florasında 2 növü vardır ki, bunlar da mədəni şəraitdə
becərilir. MNB-da əkilib becərilir.
Ərkəvan- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aiddir. Bitki latın dilində «Cercis» adlanır.
Lüğəti mənası yunan dilində kerkic-toxuma məkik deməkdir. Rus dilində «Üerüis»,«Baqrənnik»,
«İudino derevo» adlanır. Çox bəzəkli bitki kimi yaşıllaşdırmada tək-tək və qrupla əkilir.
Qayçılanmanı sevir və ona istənilən formanı (şar, üçbucaq və s.) vermək mümkündür.
Oduncağından xarratlıqda istifadə edilir. Azərbaycan florasında Adi ərkəvan növü vardır. MNB-
da əkilib becərilir.
Ərküdə (Viteks) – Minaçiçəyikimilər fəsiləsinə aiddir. Bitki latın dilində « Vitex» adlanır.
Lüğəti mənası viere – toxumaq deməkdir. Rus dilində «Viteks» adlanır. Dekorativ, ədviyyə,
balverən və vitaminli bitki kimi faydalıdır. Yarpaqlarında 38-118,1 mq% C vitamini vardır.
Azərbaycan florasında Adi ərküdə (Çubuqlu viteks) növü məlumdur. MNB-da 2 növü, Adi və
Çin ərküdəsi növləri kolleksiyada becərilir.
Əsmə- Qaymaqçiçəkkimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Bitki latın dilində
«Anemone» adlanır. Lüğəti mənası yunan dilində anemos-külək deməkdir. Rus dilində
«Vetreniüa» adlanır. Əksər növlərinin ləçəkləri küləkdə tökülür. Əksəriyyəti zəhərli, bir çox növü
isə dekorativ bitkidir. Azərbaycan florasında 5 növü vardır.
Ətirşah- Ətirşahçiçəkkimilər fəsiləsinə aid olub, birillik, ikiillik və çoxillik bitkidir. Bitki
latın dilində «Geranium» adlanır. Lüğəti mənası yunan dilində geranos, geranion-durna
deməkdir. Bitkiyə bəzən «Pelargonium» da deyirlər. Pelorqoniya yunan dilində «durna dimdiyi»
deməkdir. Bitki meyvəsi durnanın dimdiyinə oxşadığına görə belə adlanır. Rus dilində «Qeranğ»
adlanır. Ən geniş yayılan növü cəhrayı ətirşahdır. Həmin növün yarpaq-larının tərkibində çoxlu
miqdarda ətirli efir yağı vardır ki, bu da ətriyyat səna-yesində çox baha olan qızılgül yağını əvəz
edir. Azərbaycan florasında 23 növü vardır.
Əvəlik- Qırxbuğumkimilər fəsiləsindən olub, birillik, ikiillik və çoxillik ot bitkisidir. Bitki
latın dilində «Rumex» adlanır. Lüğəti mənası yunan dilində oksyus-turş deməkdir. Rus dilində
«Havelğ» adlanır. Yerli əhali bu bitkini çiçəkləməmişdən əvvəl may-iyun aylarında yığır, saç
kimi hörür və qurudaraq qışa tədarük edirlər. Qurudulmuş əvəlikdən qış vaxtı müxtəlif xörəklər
(əvəlikli aş, əvəlikli umac, əvəlikli qındı, əvəlikli sıyıq və s.) hazırlanır. Bu xörəklər müalicəvi
əhəmiyyətə malikdilər. Məs: əvəlikli aş mədə-bağırsaq xəstəliklərinin müalicəsində, əvəlikli
umac isə soyuqdəymə, zökəm və sinə tutulmasında çox kömək edir. Yarpaqlarında C vitamini
vardır. Onlardan gön aşılamaq, boyaq hazırlamaq üçün istifadə edirlər. Azərbaycan florasında
17 növü vardır. MNB-nın kolleksiya sahəsində vardır.
Əzgən- Tərəçiçəkkimilər fəsiləsindən olan yarımkol və ya birillik ot cinsidir. Bitki latın
dilində «Kochia», rus dilində «Koxiə» adlanır. Alman botaniki Vilhelm Daniyel Jozef Koxun
şərəfinə adlandırılmışdır. Şoran torpaqlı qış otlaqlarında heyvanlar üçün yaxşı yemdir.
Səmaağacı əzgən növü dekorativ bitkidir. Azərbaycan florasında 3 növü vardır.
Əzgil- Gülçiçəkkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Mespilus», rus dilində
«Muşmula» adlanır. Əzgil meyvəsində 10,6% şəkər, 1,17%-ə qədər alma turşusu vardır. Əzgildən
kompot, konserv, şirə və s. hazırlanır. Yarpaqları, qabığı, yetişməmiş meyvələrində aşılayıcı
maddələr vardır. Yarpaq və köklərindən qəhvəyi və sarı rəng alınır. Oduncağından xarratlıq
27
məmulatların istehsalında istifadə olunur. Azərbaycan florasında Qafqaz əzgili növü bitir.
MNB-da kolleksiyada vardır.
Əzvay- Melentakimilər (Zanbaqkimilər) fəsiləsindəndir . Latın dilində «Aloe», rus
dilində «Alog» və ya «Stoletnik» adlanır. Adının mənbəyi ərəb dilindən gələrək «acı»
deməkdir. Geniş yayılmış növü ağacvari əzvaydır ki, bu ən çox dərman bitkisi kimi mədə-
bağırsaq, göz ağrıları, diş ətinin bərkidilməsi, yaraların müalicəsində istifadə olunur. Müalicə
təsiri gös-tərən maddə bitkinin yarpaqlarında olan alonindir. MNB-da örtülü şəraitdə əkilib
becərilir.
Feyxoa- Mərsinkimilər fəsiləsinə aiddir. Feyxoanın vətəni Braziliyadır. Bitki latın dilində
«Feijoa», rus dilində «Feyxoa» adlanır. Bu ad bitkiyə onu kəşf edən Braziliya təbiət tarixi
muzeyinin direktoru Covani De Silva Feyxonun şərəfinə verilmişdir. Meyvəsinin tərkibi çoxlu
miqdarda yodla zəngin olduğundan, zob xəstəliklərinin müalicəsində geniş istifadə olunur. 1 kq
təzə meyvələrində 10 mq-a qədər yod vardır. Meyvəsinin tərkibi 59,68% sudan, 12,46%
şəkərdən, 2,25% turşu və 1,51% küldən ibarətdir. Meyvəsindən cem, mürəbbə, jele və s.
hazırlayırlar. Bəzək-bağçılıqda geniş istifadə olunur. Feyxoanın çoxlu sortları vardır. Toxumları
ilə çoxaltdıqda müxtəlif formalar əmələ gəlir. Buna görə də yararlı olan sortları yalnız vegetativ
üsulla çoxaltmaq lazımdır. Azərbaycan florasında 1 növü mədəni şəraitdə becərilir. MNB-da açıq
və örtülü şəraitdə kolleksiyası vardır.
Fındıq- Tozağacıkimilər fəsiləsindən olub, birevli bitkidir. Bitki latın dilində «Corylus»,
rus dilində isə «Lehina», «Oreşnik», «Melkiy orex» adlanır. Fındıq ləpəsində 58-71% yağ, 14-
18% zülal, 2-5% şəkər, vitaminlər və mikroelementlər vardır. Ləpəsi təzə, qurudulmuş və
qovrulmuş halda yeyilir. Ondan dadlı və təravətli paxlava, şəkərbura, konfet və s. qənnadı
məmulatı hazırlanır. Azərbaycan florasında 3 növü bitir. MNB-da 2 növün kolleksiyası vardır.
Fırçaotu- Fırçaotukimilər fəsiləsinə aid olan ikiillik və çoxillik ot bitkisidir. Bitki latın
dilində «Dipsacus» adlanır. Yunan dilində mənası dipsaein-həsrət çəkmək deməkdir. Rus dilində
«Vorsənka» adlanır. Bir çiçəyinin tərkibində 0,54-0,56 mq-a qədər nektar və 57,5-73%-a qədər
isə şəkər vardır. Azərbaycan florasında 3 növü yayılmışdır.
Fıstıq- Fıstıqkimilər fəsiləsindəndir. Latın dilində «Fagus» adlanır. Lüğəti mənası fıstıq
deməkdir. Rus dilində isə «Buk» adlanır. Fıstıqdan yüksək keyfiyyətli texniki yağ alınır. Təzə və
qovrulmuş halda yeyilir. Oduncağından yüksək keyfiyyətli mebel hazırlanır. Ləpəsindən qənnadı
məhsullarının hazırlanmasında istifadə olunur. Respublikamızın meşələrində ancaq 1 növü- ġərq
fıstığı yayılmışdır.
Fikus- Tutkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Ficus» adlanır. Fikusun lüğəti
mənası qədim latın dilində əncir deməkdir. Bu ad həmin cinsə daxil olan bitkilər içərisində ən
geniş yayılmış əncir ağacına görə verilib. Rus dilində «Fikus» adlanır. Bəzək-bağçılıqda xüsusən
də otaq şəraitində geniş əkilib becərilir. İri yarpaqları tozu öz üzərinə toplayır və otağın havasını
saflaşdırır. Həftədə bir dəfə yarpaqları silindikdə daha gözəl və yaraşıqlı olur. MNB-nın
şüşəbəndlərində (oranjereyalarında) kolleksiyası qorunub saxlanılır.
Filbahar- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aiddir. Bitki latın di-lində «Wistaria»,
rus dilində «Vistariə», «Qliüiniə» adlanır. Binaların di-varlarını, çardağları, eyvanları, xəndəkləri
bəzəmək üçün çox qiymətli bitki-dir. Bəzək-bağçılıqda talvar düzəltmək, söhbətkeşlərin
(besedka), binaların divarlarını bəzəmək üçün çox əhəmiyyətlidir. Filbaharı süni göl və nohur-
ların yaxınlığında əkmək məsləhət deyildir, çünki suya tökülən yarpaqları balıqlar üçün
təhlükəlidir. Azərbaycanda əkilən növlərindən biri də Çin filbaharıdır. MNB-da kolleksiyada
əkilib becərilir.
Firəngotu- Firəngotukimilər fəsiləsinə aid olan birillik və çoxillik bitkidir. Bitki latın
dilində «Lobelia», rus dilində «Lobeliə» adlanır. Alaq bitkisidir. Azərbaycan florasında Adi
firəngotu növü geniş yayılmışdır.
28
Frin- Kələmkimilər (Xaççiçəkkimilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın
dilində «Phryne», rus dilində isə «Frina» adlanır. Azərbaycan florasında Xyut növü geniş
yayılmışdır.
Froripiya- Kərəvüzkimilər (Çətirçiçəkkimilər) fəsiləsinə aid olub, ikiillik bitkidir. Bitki
latın dilində «Froriepia», rus dilində «Froripiə» adlanır. Azərbaycan florasında Lələkvarı
froripiya növü geniş yayılmışdır.
Fuman- Çobanqarğısıkimilər (Buxur kolu) fəsiləsinə aiddir. Bitki latın dilində «Fumana»
adlanır. Lüğəti mənası yunan dilində fumus-tüstü deməkdir. Rus dilində «Fumana» adlanır.
Azərbaycan florasında Ərəb və Yatıq növləri bitir.
Fuopsis- Boyaqotukimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində
«Phuopsis», rus dilində «Fuopsis» adlanır. Dekorativ bitki kimi bəzək-bağçılıqda geniş istifadə
olunur. Azərbaycan florasında Sütuncuqlu fuopsis növü bitir.
Gavalı- Gülçiçəklilər fəsiləsindən olan çəyirdəkli şirəli meyvə bitki cinsidir. Bitki latın
dilində «Prunus» adlanır. Lüğəti mənası yunan dilində prumnon, prunus olub, Teofrast və
Pliniyanın dövründə gavalı ağacı mənasını daşıyır. Rus dilində «Sliva» adlanır. Meyvəsi yetişmiş
və qurudulmuş halda yeyilir. Bunlardan həmçinin kompot, mürəbbə, cem və s. hazırlanır. Qara
gavalı mədə-bağırsaq xəstəliyi üçün çox müalicəvi əhəmiyyəti vardır. Meyvəsinin tərkibində 6-
17% şəkər, 0,2-1,5% turşuluq və 10 mq%-ə qədər A vitamini vardır. AMEA MNB-da 3 növün
kolleksiyası vardır.
Gecəçiçəyi(Gecəgözəli)- Gecəçiçəyikimilər fəsiləsinə aid olub, birillik və çoxillik bitkidir.
Bitki latın dilində «Mirabilis» adlanır. Lüğəti mənası mirabilis-qəribə, qeyri-adi deməkdir. Rus
dilində «Mirabilis» adlanır. Dekorativ bitki kimi bağlarda, parklarda geniş əkilib becərilir.
Azərbaycan florasında 1 növü bitir.
Gecəgülü-Kələmkimilər (Xaççiçəkkimilər) fəsiləsinə aid olub, çoxillik bitkidir. Latın
dilində «Hesperis» adlanır. Lüğəti mənası latın dilində xesperis-axşam deməkdir. Rus dilində
«Veçerniüa» adlanır. Toxumlarının tərkibində 150-156 mq yodu olan qatı yağ (30-50%) vardır ki,
bundan da sabun istehsalında və s. istifadə olunur. İlkin yetişkən vaxtı mal-qara üçün yaxşı yem
hesab olunur. Balverən bitkidir. Azərbaycan florasında 3 növü yayılmışdır.
Georgin
(Kartofgülü,soğangülü)-
Kəpənəkçiçəkkimilər
(Mürəkkəb-çiçəkkimilər)
fəsiləsinə aid olan çoxillik bitkidir. İlk dəfə 1803-cü ildə Rusiya-ya gətirilmiş bitki Peterburq
nəbatatçı alimi Georginin şərəfinə adlan-dırılmışdır. Yeraltı orqanı kartofa oxşadığına görə ona
kartof gülü də deyirlər. Bitki latın dilində «Dahlia», rus dilində «Qeorqin» adlanır. Azərbaycan
flora-sında DəyiĢkən georgin növü mədəni şəraitdə becərilir. MNB-da bir neçə çeşidi becərilir.
Gəcavər- Danaayağıkimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində
«Acorus», rus dilində «Air» adlanır. Kökümsovundan efir yağı (qara yağ) alınır və ondan likör
(içki) istehsalında da istifadə olunur. Dərman bitkisidir. Kökümsovu iştahanın artırılmasında və
mədə-bağırsaq sisteminin fəaliyyətinin yaxşılaşdırılmasında istifadə olunur. Azərbaycan
florasında 1 növü bitir.
Gəmirici soğan (İlan soğanı)- Sünbülçiçəkkimilər fəsiləsinə aiddir. Bitkiyə xalq arasında
ilan və siçan soğanı da deyirlər. Çoxillik ot bitkisidir. Bitkiyə latın dilində «Muscari» deyilir.
Lüğəti mənası gəmirici deməkdir. Ona görə də ilan yox, gəmirici soğanı adlandırılması məqsədə
uyğundur. Rus dilində «Qadöçiy luk», «Mışinıy qiaüint» adlanır. Xalq təbabətində gəmirici
soğanı (ilan soğanı) sidikqovucu dərman kimi işlədirlər. Bəzək-bağçılıqda isə ondan tək-tək,
qrupp halında bəzək ləklərinə yaraşıq vermək üçün əkib becərirlər. Azərbaycan florasında 9 növü
bitir. MNB-da kolleksiya sahəsində becərilir.
Gəndəlaş- Doqquzdonkimilər fəsiləsinə aid olan çoxillik ot bitkisidir. Bitki latın dilində
«Sambucus», rus dilində «Buzina» adlanır. Çiçək və meyvəsi şəraba rəng və müşk dadı vermək
üçün yararlıdır. Çiçəklərindən çay dəmləyib sidikqovucu, tərqovucu və büzücü dərman kimi
işlədirlər. Eyni zamanda meyvələrinin tərkibi C vitamini ilə zəngindir. Durnalar qatarla uzaq
29
məsafələrə uçduqda gəndəlaşın qara meyvələrini görüb aşağı enir və bu meyvələrlə qidalanaraq
yollarına davam edirlər. Azərbaycan florasında 2 növü bitir. MNB-da kolleksiyası vardır.
Gənəgərçək- Südlüyənkimilər fəsiləsinə aid olan birillik bitkidir. Vətəni tropik Afrikadır.
Bitki latın dilində «Ricinus» adlanır. Lüğəti mənası ricinus-gənə, böcək deməkdir. Rus dilində
«Klehevina» adlanır. Toxumların forması xallı gənəyə oxşadığına görə bu adı almışdır. Bəzək-
bağçılıqda geniş istifadə olunur. Toxumundan gənəgərçək yağı, gövdəsindən ip, kisə və s.
hazırlamaq üçün lif alınır. Azərbaycan florasında Adi gənəgərçək növü mədəni şəraitdə becərilir.
MNB-da kolleksiyası vardır.
Gəngiz- Tərəçiçəkkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Salsola», rus dilində
«Qornaə solənka» adlanır. Heyvanlar tərəfindən yeyilir. Gəngizin tərkibi 9,48% hiqroskopik su,
19,61% kül, 31,92% sellüloz və s.-dən ibarətdir. Gəngizin külündən soda alınır.
Gərməşov- Gərməşovkimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Euonymus» adlanır.
Lüğəti mənası eu-yaxşı, onoma isə ad deməkdir. Rus dilində «Beresklet» adlanır. Gərməşovun 2,
3-illik çubuqlarından qara zurna, ney, yastı balaban, müştük və qəlyan hazırlayırlar. Cavan
budaqlarından (pöhrələrindən) yun çırpmaq üçün yun çubuğu hazırlanır. Gərməşovun qabığında,
gövdə və kökündə quttaperça adlı yapışqanlı maddə olur ki, ondan qotur, dəmirov xəstəliklərinin
müalicəsində istifadə olunur. Azərbaycan florasında 5 növü vardır. Bunlardan 1 növü mədəni
şəraitdə becərilir. MNB-nın kolleksiya sahəsində becərilir.
Gəvən (Paxladən)- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aid olan bir-illik və çoxillik ot
bitkisidir. Bitki latın dilində «Astragalus», rus dilində «Astraqal» adlanır. Bitkinin oduncaqlı
gövdəsindən kitrə (kamed) adlanan şirə alınır. Bu şirə müxtəlif xəstəliklərin müalicəsində istifadə
olunur. Mal-qara tərəfindən yaxşı yeyilir. Dekorativ bitki kimi daşlıq sahələrin yaşıllaş-
dırılmasında istifadə olunur. Azərbaycan florasında 150 növü bitir. MNB-nın kolleksiya
sahəsində becərilir.
Gicitkan- Gicitkankimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Urtica»,
rus dilində «Krapiva» adlanır. Gicitkanın cavan pöhrələri ilə yemlənən heyvanların südü və yağı
artır. Yarpaqlarının tərkibində A, C və K vitaminləri, kök, gövdə və yarpaqlarında 20,8% protein,
2,5% yağ, 18% sellüloz, 16,6% kalium, 50 mq% karotinoid vardır. Təbabətdə ikievli gicitkanın
yarpaq və çiçəklərindən dəmləmə, yaxud duru ekstrakt halında bir sıra xəstəliklərin müalicəsində
istifadə olunur. Eyni zamanda hemoqlobinin və eritrositlərin artmasına kömək edir. Yel
xəstəliyinin, başda tükün tökülməsinin qarşısının alınmasında istifadə olunur. Azərbaycan
florasında 3 növü bitir. MNB-da kolleksiyada becərilir.
Gilas- Gülçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Cerasus», rus dilində «Çereşnə»
adlanır. Gilasın meyvələri qidada təzə və qurudulmuş halda işlədilir, o cümlədən ondan konserv,
mürəbbə və kompot da hazırlanır. Cəhrayı, qırmızı, sarı yaxud qara, şirəli meyvəsində 7-15%
şəkər, 0,36-1,1% alma turşusu, C vitamini olur. Balverən bitkidir. Oduncağı musiqi alətləri
hazırlamaq üçün işlədilir. MNB-nın kolleksiya sahəsində becərilir.
Gilənar (Albalı, turş gilas)- Gülçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Cerasus»,
rus dilində «Vişnə» adlanır. Qiymətli meyvə bitkisidir, meyvələri qidada çiy və qurudulmuş halda
işlədilir. Ondan mürəbbə, kompot, kisel, şirə, cem və s. hazırlayırlar. Toxumlarında qlükozid
amiqdalin və qatı yağ (25-35%) vardır ki, bu da sabunbişirmədə istifadə olunur. Kök və
yarpaqlarında limon turşusu və boyayıcı maddələr, köklərində 5-7% tanin, meyvələrində A və C
vitaminləri vardır. Azərbaycanda mədəni halda əksər rayonlarda becərilir. MNB-nın kolleksiya
sahəsində bir neçə çeşidi (sortu) becərilir.
Giləzəhər (Bams)- Dioskoridkimilər fəsiləsinə aid olan çoxillik sarmaşan ot bitkisidir.
Yeraltı orqanı kök yumrusudur. Bitki latın dilində «Tamus», rus dilində də «Tamus» adlanır.
Giləmeyvələri və kök yumrusu zəhərlidir. Uşaqlar yedikdə ölümlə nəticələnə bilər. Cavan zoğları
qidada qulançar və mərəçüyüd kimi istifadə olunur. Lakin bu ishalın olması ilə də nəticələnə
bilər. Xalq təbabətində kökündən sidikqovucu, ürəkbulanmaya qarşı və işlətmə dərmanı kimi
30
işlədilir. Sarmaşan gövdəsi çox dekorativdir. Azərbaycan florasında Adi giləzəhər növü bitir.
MNB-nın kolleksiya sahəsində becərilir.
Ginkqo- Ginkqokimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Ginkgo», rus dilində
«Qinkqo» adlanır. Yarpağı tökülən, çılpaqtoxumlu, ikievli deko-rativ bitkidir. Bir çox yerlərdə
xüsusən Çin və Yaponiyada geniş sürətdə becərilir. Onun toxumları qovrulmuş halda yeyilir.
Əsasən toxumları ilə çoxaldılır. Azərbaycanda kolleksiya məqsədi ilə MNB-da və Mərdəkan
Dendrarisində becərilir.
Gizliçiçək (İtqıran)- Səhləbkimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində
«Listera», rus dilində «Taynik» adlanır. Yarpaqlarında 104 mq % C vitamini vardır. Azərbaycan
florasında Oval gizliçiçəyi növü geniş yayılmışdır.
Göy noxud (Yaşıl noxud)- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aid olan birillik bitkidir.
Bitki latın dilində «Pisum», rus dilində «Qorox» adlanır. Azərbaycan florasında 3 növü vardır ki,
bunlardan biri, Əkin noxudu mədəni şəraitdə geniş əkilib becərilir.
Göyəm- Gülçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Prunus spinosa», rus dilində
«Tern» adlanır. Meyvələrinin tərkibində 6,65-7,07% şəkər, 0,8-1,7% alma turşusu və aşı maddəsi
vardır. Qidada çiy və qurudulmuş halda işlədilir, turşuya qoyulur, mürəbbə, kompot, likör, araq
və sirkənin hazırlanmasında istifadə olunur. Yarpaqlarında 195 mq% C vitamini vardır. MNB-nın
kolleksiya sahəsində vardır.
Göyərçin noxudu- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aid olan bir-illik, ikiillik və
çoxillik bitkidir. Bitki latın dilində «Cajanus», rus dilində «Kaənus» və ya «Qolubinıy qorox»
adlanır. Göyərçin noxudu qidada üyüdülmüş halda istifadə olunur və bunlardan un halında piroq,
şorba, sıyıq, ət yeməkləri və s. hazırlanır.
Göyməkotu- Kələmkimilər (Xaççiçəkkimilər) fəsiləsinə aid olan ikiillik bitkidir. Bitki
latın dilində «Turritis» adlanır. Lüğəti mənası turris-qala deməkdir. Rus dilində «Vəjeçka»,
«Başenniüa» adlanır. Azərbaycan florasında Hamar göyməkotu növü bitir.
Göyrüş (Vən)- Zeytunkimilər fəsiləsinə aid olan ağac cinsidir. Bitki latın dilində
«Fraxinus» adlanır. Lüğəti mənası fraxis-bölmək, frangere isə qırmaq deməkdir. Rus dilində
«Əsenğ» adlanır. Oduncağı bərk, elastik, gecçatlayan, gözəl naxışlıdır. Ondan mebel, xizək,
arabalar üçün təkər çənbəri (barmağı) hazırlanır. Qabığında aşı maddələri vardır ki, bu da göy,
qəhvəyi və qara boyaların hazırlanmasında istifadə olunur. Yarpaqlarında 248 mq% C vitamini,
toxumlarında isə 14 qamm B
1
vitamini vardır. Azərbaycan florasında 4 növü bitir. MNB-da
kolleksiya sahəsində becərilir.
Gözotu (Çatılotu)- Keçiqulağıkimilər fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində
«Euphrasia», rus dilində «Oçanka» adlanır. Həlimi təbabətdə qədimdən göz qapağı
xəstəliklərinin, o cümlədən allergiya, iltihab proseslərinin müalicəsində istifadə edilir.
Azərbaycan florasında 16 növü bitir.
Gücotu- Gülçiçəklilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Agrimonia»,
rus dilində «Repeyniçek» adlanır. Yarpaqlarında 5%-ə qədər aşı maddəsi vardır. Xalq təbabətində
müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Azərbaycan florasında Aptek gücotu növü
bitir.
Güldəfnə- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aid olan birillik və iki-illik bitkidir. Bitki
latın dilində «Trigonella» adlanır. Lüğəti mənası trigonum-üç-bucaq deməkdir. Rus dilində isə
«Pajitnik» adlanır. Qiymətli yem bitki-sidir. Mal-qara tərəfindən yaxşı yeyilir. Toxumlarında
0,13% triqonellin alkaloidi, 0,014% efir yağı, aşı maddəsi və s. vardır. Azərbaycan florasında 20
növü bitir ki, onlardan biri də ġənbələ güldəfnəsi növüdür, mədəni əkin şəraitində becərilir.
Güləbətin- Qaymaqçiçəkkimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində
«Pulsatilla» adlanır. Lüğəti mənası pulsare-atmaq deməkdir. Rus dilində «Prostrel», «Son-trava»
adlanır. Zəhərli hesab olunur. Deko-rativ bitkidir. Yarpaqlarından alınan cövhər bakterisid və
fungisid xüsusiy-yətinə malikdir. Azərbaycan florasında 3 növü bitir.
31
Güləbrişin (İpək və ya Lənkəran akasiyası)- Fabakimilər (Paxla-kimilər) fəsiləsinə
aiddir. Bitki latın dilində «Albizzia», rus dilində «Alğbiüiə» adlanır. Bəzi növlərinin qiymətli
oduncağı və aşı maddəsi, yaxud saponinlə zəngin qabığı vardır. Nadir və nəsli kəsilməkdə olan
bitki kimi Azərbaycanın «Qırmızı Kitab»ına daxil edilmişdir. Azərbaycan florasında Lənkəran
Dostları ilə paylaş: |