Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat



Yüklə 131,95 Kb.
səhifə3/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   27
OTM (mühazirə mətnləri) yeni

II Doqmatik metodda - dərs ənənvi olaraq müəllimin nağıletməsi və izahı ilə başlanır. Nağıletmə yeni bilik verən üsuldur. Bu məqsədlə müəllim əsərdə hadisələrin baş vermə səbəbini, tarixi məlumatları, təbiət təsvirini, yazıçının yaradıcılığını, əsərin kompozisiyasını təhlil edir. Şagird də onun məzmununu dərk edir, rabitəli danışır. İbtidai siniflərdə nağıletmə bir neçə variantda(müşahidə, şəkillər, oxunmuş mətn, ekran əsərləri və s. üzrə) aparılır. Həmçinin nağıletmə hər mövzunun məzmununa uyğun aparılır. Ədəbi dildə mətni kitabda olduğu kimi nağıletmə, mətni şagirdin öz cümlələri ilə nağıletmə, seçmə, qısa və yığcam nağıletmə, nəzm əsərini nəsrə çevirərək nağıletmə, yaradıcı nağıletmə və s. nağıletmə növlərindən istifadə olunur. Müəllim bədii əsərlər üzrə nağıletməni təşkil edəndə tez-tez izahetmə üsulundan istifadə edir. O, mövzunu başqa fənlərlə (riyaziyyat, əmək təlimi, müsiqi, informatika, fiziki tərbiyə və s.) əlaqələndirir (inteqrasiya edir). İzahetmə üsulu əsərin ideya-məzmununun, obrazların xarakterinin təhlilini asanlaşdırır, estetik və bədii tərbiyənin formalaşmasına zəmin yaradır.Tarixi materiallar üzrə nağıletmə hadisənin başlanma səbəbini, yaranma tarixi və dövrü, şəxsiyyətlər haqqında məlumatları, yazıçının ideyasını, əsərin dövr üçün əhəmiyyətni və s. izahını nəzərdə tutur. Folklor nümunələri üzrə nağıletmə xalqın mədəniyyəti, adət-ənənələri, tarixi keçmişini öyrənmək, uşaq fantaziyasını
tərbiyə etmək üçün təşkil olunur.
III İnkişafedici metod-ibtidai siniflərdə sadədən-mürəkkəbə, asandan-çətinə prinsipini qarşıya qoyur. ibtidai siniflərdə oxu təlimində bu prinsip aşağıdakı kimi həyata keçirilir:
· oxu şagird və ya müəllim tərəfindən aparıla bilər. Oxu zamanı oxunun tələbləri nəzərə alınır;
· lüğət üzrə iş aparılır;
· mövzuya plan tərtib edilir;
· plan bir neçə variantda nəzərdə tutulur: planın müstəqil tərtibi, müəllim tərəfindən plan tərtibi, kollektivin iştirakı ilə plan tərtibi, mövzunu hissələrə bölməklə plan tərtibi, sadə və mürəkkəb məzmunda plan tərtibi və s.;

Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin