Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat


· mətnin məzunu nağıl edilir; ·



Yüklə 131,95 Kb.
səhifə4/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   27
OTM (mühazirə mətnləri) yeni

· mətnin məzunu nağıl edilir;
· əsər təhlil edilir .
İnkişafedici metod zamanı aparılan oxu dərslərinin əsas vəzifəsi odur ki, şagirdlər oxu texnikasına sahib olsunlar, qazandıqları bilik və bacarıqları möhkəmləndirə bilsin, əşya və hadisələr üzərində müşahidə aparsınlar. İnkişafedici metod zamanı oxu üzrə iş aşağıdakı kimi ola bilər:

  • müəllimin nümunəvi oxusu;

  • müəllimin rəhbərliyi altında gedən oxu.

  • şagirdlərin oxu qaydalarına rayət etməsi;

  • oxu təlimi bir neçə variantda təşkil edilməsi (söz və cümlələrin intonasiya üzrə

oxusu, düzgün oxu şərtlərinin gözlənməsi, mətndəki hadisələr üzrə cümlələrin seçilməsi, bədii təsvir və ifadələr üzrə seçmə oxu, təbiət hadisələri üzrə oxu, mətnin xoşa gələn hissələri üzrə oxu, mətndə ən çox işlənən sözlər üzrə oxu, suallara cavab tapmaq üzrə seçmə oxu və s.).
IV İntensivləşdirmə metodu. İntensivləşdirmə metodunun təlim-tərbiyə işində müsbət cəhətləri çoxdur. İlk növbədə müəllim şagirdin diqqətini mövzuya yönəltmək üçün motivasiya qurur, mövzuya dair dolayı, qısa informasiya verir. Belə informasiya mövzunu mənimsəməyə şərait yaradır. Bu şərait şagirdə imkan verir ki, əsərdəki hadisə və faktları dərk etsin, eləcə də diqqəti mövzııdakı müsbət və mənfi cəhətləri müəyyənləşdirməyə yönəltsin.
Məktəb təcrübəsi göstərir ki, dərs müddətində intensivləşdirmə metodundan istifadə etməklə, mövzunun pedaqoji tələbləri tam şəkildə əhatə olunur, dərsdə vaxta qənaət edilir.
Məlum oldu ki, hər bir metod özünəməxsus didaktik xarakter daşıyır. Şagird təfəkküründə və onların intellektual inkişafında xüsusi əhəmiyyətə malik olur. Şagird mövzunun məzmununa aid müstəqil olaraq yeni fikir söyləyir, mövzudakı yeniliyi dərk edir, məlum olmayan əlamətlər aşkara çıxarır, hiss etdiyi idrak vasitələri haqqında dolğun məzmunlu fikir söyləməyə şərait yaranır. Deməli, şagirddə yaranan şüur və təfəkkürün inkişafı, onlarda bilik məhsuluna çevrilir. Şagirdin intellektual inkişafı onu əhatə edən təbiət, varlıq və cəmiyyət, elm və texnikanın müxtəlif sahələri ilə bağlıdır.
“Oxu təliminin metodikası” fənni Azərbaycan dilçilik elminin bütün şöbələri, pedaqogika, psixologiya, məntiq, ədəbiyyatşünaslıq, uşaq ədəbiyyatı , bədii ədəbiyyat və s. elm sahələri ilə əlaqəlidir.
Düzgün oxu mədəniyyətinə yiyələnmək üçün oxu prosesi dilin qayda-qanunları ilə vəhdət şəklinə aparılmalıdır. Azərbaycan dilinin fonetikası, leksikası, qrammatikası ilə yanaşı digər şöbələrini yaxşı mənimsəyən şagird oxu zamanı sözləri düzgün orfoepik normalara əsasən oxuyacaq. Bu zaman həm doğma dilimizin gözəlliklərini duymuş olacaq , həm də oxunu düzgün şəkildə yerinə yetirmiş olacaq.
Uşaq ədəbiyyatı və bədii ədəbiyyat burada həlledici rol oynayır. Şagird həm dərsliyin tələbinə uyğun uşaq ədəbiyyatı ilə tanış olacaq, həm də yaşına,qavrayışına uyğun bədii ədəbiyyat nümunələrini oxuyacaq. Bu zaman bədii mətnin ifadəli oxusu onun bədii dəyərini artırmaqla, şagirdlərdə oxumağa, mütaliəyə böyük maraq yaradır. Beləliklə şagirdlərin söz,lüğət ehtiyatı zəngiləşəcək, nəqletmə zamanı isə nitq bacarıqları inkişaf edəcək.
Oxu təliminin metodikası pedaqogika ilə əlaqədar olub məktəb təcrübəsinə əsaslanır. Metodikanın keçmiş və bugünkü təcrübəsinin dərindən öyrənilməsi və ümumiləşdirilməsi inkişafın zəruri şərtidir və nəzəriyyə ilə təcrübənin dialektik əlaqəsini təmin edir. Müəllim-şagird münasibətləri, əxlaqi davranış normaları praktik nitq fəaliyyəti ilə reallaşır. İbtidai sinif şagirdlərinin istər şifahi, istərsə də yazılı nitq bacarıqlarının inkişaf etdirilməsinin, oxu mədəniyyətinin formalaşdırılmasının xalqımıza layiq şəxsiyyətlər kimi yetişməsində böyük əhəmiyyəti vardır.
Oxu təliminin metodikası fənni psixologiya elmi ilə də sıx bağlıdır. Psixologiya nitq və təfəkkürün vəhdətini əsaslandırır.Müəllim uşaqların yaş və psixoloji xüsusiyyətlərini dərindən öyrənməklə təlim prosesində psixologiya elminin son nailiyyətlərinə əsaslanmalıdır. Çünki şagirdin nitqə yiyələnməsi birbaşa təfəkkürün inkişafı ilə bağlıdır. Müasir psixologiyada oxu və yazı təlimi və nitq inkişafı üzrə iş sahəsində böyük əhəmiyyəti olan fikirlər söylənilmişdir.
Oxu təliminin metodikası başqa elmlərlə də müəyyən dərəcədə əlaqədardır, çünki bütün fənlərin tədrisi nitqlə həyata keeçirilir.


Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin