Öz-özü ilə təklikdə nitq,yaxud bir şəxsin dinləyicilərə ünvanlanmış sürəkli nitqi



Yüklə 29,52 Kb.
səhifə1/3
tarix02.06.2023
ölçüsü29,52 Kb.
#121987
  1   2   3
Mövzu - 6 1


Mövzu: 6
Monoloq və monoloji nitqin əsas növləri
Akademik lüğətlərdə monoloqu “öz-özü ilə təklikdə nitq,yaxud bir şəxsin dinləyicilərə ünvanlanmış sürəkli nitqi” şəklində izah edirlər.
Şifahi monoloji nitq nitq ünsiyyətinin mürəkkəb formasıdır. Şifahi monoloji nitq qədim elm olan ritorikanın əsasında durur. Bu elm bəşəriyyətin inkişafında çox böyük rol oynamışdır.
Monoloji nitq məqsədyönlü məlumatvermə,insanlara dil vasitəsilə şüurlu təsir göstərmə prosesidir. Natiq dinləyicilərə müəyyən mövzu üzrə müvafiq dil formalarına salınmış və müəyyən məqsəd daşıyan düşündükləri ilə müraciət edir ki, bu da da ya dinləyicilərdə müəyyən hiss və duyğular oyatmağa, yaxud onları müəyyən hərəkətlərə təşviq etməyə yönəldir.Buna müvafiq olaraq,informasiya (məlumat)verən, inandıran və təhrik edən nitq növlərini müəyyənləşdirirlər. İnformasiya (məlumat) verən nitq məlumatlandırıcı nitqin məqsədi-yenini dərk etmək və mənimsəməkdə kömək göstərmək, fənn (yaxud obyekt) haqqında anlayış verməkdir.Bu isə yalnız nitq aydın və maraqlı olduqda mümkündür.Nitqdə nəqletmə,təsvir,mühakimə yürütmək, xüsusilə onun şərh kimi növlərindən biri üstünlük təşkil edə bilər.
Nəqletmə - hərəkətdir;təsvir əşyanı hissələrə ayırır,xüsusi hallar haqqında danışır və onlara şəkildəki kimi əyani görkəm verir; izah-hansı əşyanın hərəkətdə olduğunu,yaxud onun quruluşunun necə olduğunu göstərir. Nəqletmə ilə yaradılan hərəkət hissi, konkretlik təsvir üçün xarakterikdir və izaha xas olan qanuni ardıcıllıq nitqin öyrədici əhəmiyyətə malik olan daha mühüm xüsusiyyətlərdir.
Məlumatverici nitqin aşağıdakı xüsusiyyətləri vardır:
1. Məlumat aktuallığı;
2. Mübahisəli anların olmaması;
3. Dinləyicilərin marağını oyadan ünsürlərin mövcudluğu;
4. Dinləyicilərin informasiya-intellektual tələblərinin təmin edilməsi (natiqin və auditoriyanın bütün suallarına cavab verilməsi)
Məlumatverici nitq ilk sözündən son sözünə kimi-əvvəlcədən düşünülmüş planın məhsuludur. Əks halda o, dolaşıq və maraqsız olacaqdır. Həm aydın, həm də cəlbedici olması üçün nitq dinləyicinin maraqları nəzərə alınmaqla, köhnə və yeni ünsürlərin məqsədyönlü şəkildə uzlaşdırılması əsasında qurulmalı,hər hissəsi ayrıayrılıqda və bütünlükdə konkret olmalıdır. Əgər nitq mövzuya daxilolma duyğusu yaradırsa,münaqişəli-dramatik priyomlardan istifadə edirsə,auditoriyada getdikcəartan və düyünlərin açılması ilə tamamlanan gözləmə hissləri yaradırsa,nitq cəlbedici olacaqdır.
Giriş elə qurulmalıdır ki,diqqəti cəlb etsin,maraq oyatsın,nitqin məqsədini aydınlaşdırsın.
Nitqin əsas hissəsi plana uyğun şəkildə,tematik tapşırığı,auditoriyanın tərkibini və ümumilikdə ünsiyyətin vəziyyətini nəzərə almaqla açılmalıdır.
Nəticədə, nitqin məna üstünlüyü qabardılmalı,qarşıya qoyulan məqsəd aydınlaşdırılmalıdır;bu zaman dinləyicilərin marağı mümkün qədər yüksək səviyyədə fəallaşdırılır,nitqin məqsədinə yetişmək üçün auditoriyanın zəruri emosional vəziyyəti sabitləşdirilir.Bu funksional yönümlü çıxışlar müasir cəmiyyətin informasiya tələbatlarının sürətli intensivləşməsi şəraitində daha çox gərəkli olur. Elm və ona əsaslanan yüksək texnologiyalar bu gün, ictimai münasibətlərin ötürülməsində əsas amilə çevrilmişdir.
Bu, elmin sürətli inkişafı ilə bağlıdır.Bunun hətta statikanın quru rəqəmləri də sübut edir.Məsələn, XX əsrin sonunda dünyada peşəkar alimlərin sayı 5 milyon nəfərdən artıq idi. İnsanların bəşər tarixi boyu etdiyi kəşflərin 90%-dən çoxunu məhz XX əsrə təsadüf edir.
Sonuncu onilliklərdə postklassik elmlərin inkişafının informasiya mərhələsi haqqında danışmaq mümkündür.İnsanların informasiyanı tərtib etdiyi,qoruduğu,ötürdüyü yollar kökündən dəyişdi,biliklər çox sürətlə köhnəlməyə başladı.Müasir dəyərləndirmələrə görəbu gün ali məktəbləri bitirənlərin 80%-i gələcəkdə hələ iki dəfə yenidən təhsil almalı və ixtisaslarını dəyişməli olacaqlar.
Bu səbəbdən də,hazırdatəhsil texnalogiyalarına əsas diqqət informasiya ilə işləmək bacarığına verilir.Tədqiqat bir fəaliyyət növü kimi özünün sərf elmi sahəyə aidliyini itirməyə başlayır.O,gerçəkliyin öyrənilməsinə kömək edən operativ vasitəyə çevrilir.
Bu səbəbdən rəqabətə davamlı olmaq istəyən peşəkar mütəxəssis müasir dünyada elmi əlaqələr sahəsini;onun fəaliyyət qanuna uyğunluqlarını,onun subyektlərinin qarşılıqlı fəaliyyət formalarını (şifahi və yazılı), yəni janrlarını öyrənməlidir.Məlumatverici nitqin mühüm janrlarına xronikal və elmi məlumatlar, hesabat və tədqiqat məruzələri,akademik və elmi-kütləvi mühazirə, siyasi icmal və elmi xülasələr aid edilir.
Xronikal məlumat müəyyən dövr ərzində nəyinsə,məsələn,istehsal prosesinin,nəyinsə tarixi, bioqrafik məlumatlar və s. inkişafı (dəyişməsi) haqqında informasiyaya malikdir. Bölmələrə ayrılma zaman əlamətinə görə həyata keçirilir və məntiqi,müəyyən,aydın olmalıdır.
Materialın hansı tərtibatının daha çox üstünlük təşkil etməsindən asılı olaraq,elmi məlumatın bir neçə növünü müəyyən edirlər-analiz və sintez, ümumiləşdirmə,materialın qruplaşdırılması, qarşılıqlı müqayisə.
Əsasını analiz və sintezin təşkil etdiyi elm məlumatlarda (məsələn, “cümlənin baş və ikinci dərəcəli üzvləri”, “sözün hissələri” və s.) bu və ya digər məlumatın əlaməti göstərilir. Əlamətlərin seçilməsi “birincisi”, “ikincisi” kimi sözlərin köməyi ilə həyata keçirilə bilər ki, bu da mülahizəni aydın və ardıcıl edə bilər. Əsasında öyrənilən materialın qarşılıqlı müqayisəsi duran elmi məlumat tam,yaxud qismən müqayisə əsasında qurula bilər. Müqayisə fikir əməliyyatı və üsul kimi,xüsusən dil dərslərində mühüm yer tutur.
Müqayisə edilən obyektlərin tam müqayisə zamanı həm oxşarlıq,həm də fərqlilik əlamətləri məyyən edilir. Məsələn, verilən növ üzrə “İsim və sifətlər nitq hissələrikimi”, “Xəbər əsasında qurulan təktərtibli cümlələrin ümumi və fərqli əlamətləri” və s. kimi mövzular aydınlaşdırıla bilər.
Qismən müqayisə zamanı uyğun(ümumi), yaxud fərqli əlamətlər müəyyən edilir.Bu şəkildə” sait və samitlərin əmələ gəlməsindəki fərqlər”, “tabelilik və tabesizlik bağlayıcılarının fərqli cəhətləri” və s. mövzularda elmi məlumatlar formalaşdıra bilər.
Nəzərdən keçirilən məlumatlar müqayisəli təsvir,yaxud müqayisəli xüsusiyyətlərin göstərilməsi şəklində verilə bilər.
Çıxışların müəllifləri tərəfindən əvvəlcə müqayisənin aparıldığı əsas (əlamət) göstərilir,uyğunluq və fərqlərin əhəmiyyətli əlamətləri seçilir. Çıxışlar ardıcıl, yaxud paralel müqayisə şəklində qurula bilər.
Elmi məlumat elmi məruzədən ilkin, yaxud yekun məlumatlılığı ilə fərqlənir. Onun izah müddəti məhduddur, orada dəlillər və ciddi sübutların, o cümlədən ətraflı şərhin olması vacib deyil. Lakin elmi məlumatlar öz mahiyyətinə görə həmişə son dərəcə konkretdir.
Məruzə - şifahi monoloji nitqin mürəkkəb janrı olub, yazılı mətnə yaxın olan,müəyyən mövzuya (elmi, sosial-siyasi və b.) həsr olunmuş,dinləyicilər qarşısında verilən geniş məlumatdır.
Məqsəq - toxunulan məsələlər üzrə dinləyicilərin fikrini formalaşdırmaq,sonrakı əməli fəaliyyətlərin xarakterini müəyyən etməkdir.
Məruzənin şərhinin məntiqi münasib kompozisyası, sübutluluğu ilə seçilir, burada danışanın şəxsiyyəti ikinci plana keçir.
Elmi məlumata həmçinin anlayışların nümunələrlə şərh edilən məntiqi tərəfləri də daxil edilə bilər. Materialın seçilməsi müəyyən vəzifəyə,məsələn,sintezdə bu və ya digər dil kateqoriyasına aid xüsusiyyətləri göstərməyə tabe edilir.
Elmi məlumatlar-ümumiləşdirmələr nəzərdən keçirilən hər hansı dil hadisəsi və kateqoriyalarına aid ümumi əlamətlərin fərqləndirilməsidir. Belə ümumiləşdirilmiş qısa ifadə edilmələr «Əvəzlik və zərflərdə defisdən istifadə», «Xitab, ara söz və ara cümlələrdə durğu işarələri» və s. kimi məsələlərin öyrənilməsini nəzərdə tutur. Belə müzakirələrdən sonra, adətən ümumiləşdirilmiş nəticə çıxarılır.
Materialın qruplaşdırılmasına əsaslanan mülahizələr (məsələn, «Nitq hissələri», «Sonu saitlə bitən sözlərə saitlə başlayan şəkilçilərin artırılması qaydası» və s. mövzularda) əsas bölgünün formalaşdırıldığı və qrupun adının göstərildiyi cümlə ilə başlayır.
Bu cümlələrdə şərti olaraq təsnifat münasibətlərini göstərən dil vasitələrindən istifadı edilir: qruplara bölünür (bölmək mümkündür), qruplar ayrılır (fərqləndirilir), bu əsasda aşağıdaki qruplara bölmək olar (mənasına görə, quruluşuna görə, cümlədəki roluna görə, istifadə məqsədinə görə və s.). Bu növ ilkin ifadələr materialın şərhinin müəyyən yolunu, mülahizənin quruluşunu, yəni ümumi müddəadan xüsusiyə istiqamətini göstərir. Çıxış edən nəzərdən keçirilən kateqoriyanın qruplara bölünməsini əsaslandıran mühüm əlaməti göstərilməlidir. Bölünmə əlamətlərini bilmək kompozisiyanın mütənasibliyi təmin edəcəkdir.
Bu səbəbdən də belə məlumatlar hazırlanmazdan əvvək öyrənilən materialın məntiqi təhlili aparılmalıdır ki, bu təhlilin də cədvəl və sxemlərin tərtibi ilə müşayiət edilməsi məqsədəuyğundur. Cədvəllər materialın toplanması və cavablar üçün plan vəzifəsini yerinə yetirir, onun gedişində cədvəlin qarşılıqlı əlaqədə olan qrupların (alt qrupların) və onların arasındaki əlaqələrin tapılması üçün əlamətlərin müəyyənləşdirilməsinə yönəldilmiş oxunması və təhlili həyata keçirilir.
Bir qayda olaraq, məruzə kağızdan oxunur, improvizələrə və kənaraçıxmalara yol verilmir, bunu həm də əvvəlcədən hazırlanmış plan və tezislər sübut edir. Nitqin mözvusundan kənara çıxılması yalnız auditoriya ilə əks əlaqənin yaradılması üçün gərəkli olur və əvvəlcədən müəyyənləşdirilir.
Məruzənin məzmunu mövzu və məruzəçinin qarşısına qoyduğu məqsədi ilə müəyyənləşdirilir. Hər şeydən əvvəl, vəziyyət təhlil edilir, məlumatlar verilir, vəzifələr qoyulur, tövsiyə verilir və qiymətləndirmə aparılır. Bir qayda olaraq, oxunduqdan sonra məruzə müzakirə edilir.
Hesabat məruzəsi- bu zaman rəsmi şəxs səlahiyyətli yığıncaq qarşısında görülmüş iş haqqında hesabat verir, onu təhlil edir və nəticələrini qiymətləndirir. Belə məruzə rəsmi xarakter daşıyır, orada eyni zamanda qarşıda duran fəaliyyət haqqında danışılır və vəzifələr müəyyənləşdirilir. Onun məzmunu həm müzakirə edilir, həm də hansısa hissələri təshih edilir, ayrı-ayrı hissələri bəyənilir və bəzən fəaliyyət üçün proqram kimi qəbul edilir.
Hesabat məruzəsi kollektiv yaradıcılığln nəticəsi ola bilər. Belə məruzədə, bir qayda olaraq, gözəl, bəlağətli nitqin başqa növlərində düzgün, yerində, bəzən isə zəruri olan ekspromt, yaxud improvizələr olmur. Məruzə bütün bölmə və müddəalarının düşünülmüş və ciddi dəlillərlə əsaslandırılmış olması, praktik istiqamətliliyi, nəticələrin aydınlığı və tövsiyələrinin əsaslandırılmış olması ilə fərqlənir.
Elmi məruzə elmi konfranslarda( simpozium, seminar, beynəlxalq konqreslərdə) edilir və o, quruluşuna görə mühazirə ilə oxşardır. Lakin mühazirədən fərqli olaraq, xüsusilə təbiət elmləri sahəsində məruzələr konkret sosial və digər tədqiqatlar, axtarışlar üzrə keçirilən eksperimentlərin ümumiləşdirilməsi olur. O, müəyyən bir məsələyə həsr edilir və nadir hallar istisna olmaqla elmi məruzədə elmi kəşfi olmalı, yaxud məlum hadisələrə prinsipial cəhətdən yeni yanaşmaları əks etdirməlidir. Belə nitq, mühazirə kimi dəqiq dəlillərlə və sübutlarla əsaslandırılmış olması ilə fərqlənir.
Elmi məruzə fərziyyə (hipotetik) xarakterli də ola bilər. Bu şəkildə çıxışda hələlik hər hansı konkret tədqiqatın nəticələri olmur; orada eksperiment yalnız nəzərdə tutulur, deməli ideya, yaxud bu növ açıq çıxışların əsas müdddəaları axtarış, ehtimal kimi qəbul edilməlidir.
Elmi məruzədə təcrübə üçün, xüsusilə yeni texnologiyanın, idarəetmə metodlarının və s. istehsalata (təhsilə) tətbiqi üçün konkret tövsiyələr ola bilər. Mühazirədən fərqli olaraq, elmi məruzə müzakirə, hətta kəskin diskussiyaların obyektinə çevrilə bilər.

Yüklə 29,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin