Mühazirıə - tədris materialının elmi cəhətdən əsaslandırılmış şifahi şərhi olub, sistemli, sübut edilmiş və geniş şəkildə dəlillərlə əsaslandırılmış, dəqiq müəyyən edilmiş məqsədə malikdir və biliklərin geniş şəkildə dəlillərlə əsaslanıdırlmış, dəqiq müəyyən edilmiş məqsədə malikdir və biliklərin geniş yayılması formasıdır.
Artıq məlum olan həqiqəti təsdiq etmək, yaxud yenisini kəşf etmək, problemi işıqlandırmaq, fərziyyə irəli sürmək və s. kimi informasiya məqsədindən başqa mühazirə, həm də dinləyicilərdə müzakirə edilən məsələyə maraq oyatmaq vəzifəsi daşıyır. İstənilən mühazirənin üç əsas məqsədi var: təhsil, maarifləndirmə, tərbiyə. Kütləvi auditoriya qarşısında çıxış olan elmi-kütləvi mühazirədən fərqli olaraq, akademik mühazirə daha çox informasiya verir, o, elm və təcrübənin son nailiyyətlərini nəzərə almaqla müəyyən biliklər verir, dinləyicilərə canlı elmi düşüncə, elmi düşüncələrin məntiqi qurulması, mövzunun inkişaf etdirilməsi nümunəsi göstərir.
Əgər akademik mühazirə ciddi elmi şərhdirsə, burada mövzunun şərhi üstünlük təşkil edirsə, elmi-kütləvi mühazirə özünün informasiyalı-tərbiyəedici istiqaməti ilə seçilir, burada uaidtoriyaya təsir göstərilməsi üstünlük təşkil edir.
Elmi-kütləvi mühazirə təkcə elmi yox, həm də sosial xarakterli nəticələrlə yekunlaşmalıdır. Bu nəticələr bütün cəmiyyətin və ayrılıqda insanın tələbləri ilə sıx bağlıdırsa, elmin özünün tələblərindən çıx kənara çıxa bilər.
Mühazirənin kompozisiya quruluşuna verilən əsas tələblər bunlardır: şərhin mütənasib məntiqi, mülahizələrin sistemliliyi, gerçəkliyin hadisələrini əsaslandırarkən isbatlılıq və dəlillərlə əsaslandırılmış olması. Mühazirənin mətni şifahi söz yaradıcılığının qanunlarına əsasən qurulur.
Məruzədən fərqli olaraq, mühazirənin dil xüsusiyyətləri: kitab dilinin terminlərlə, mürəkkəb sözlər və ifadələrlə dolu olan fəlsəfi məzzmunlu ciddi normalarından danışıq dilinin ünsürlərinə qədər-çıx müxtəlifdir.
Mühazirə həmişə şərhin müəyyən ətraflılığı, natiqin mülahizə və əqli nəticələrinin dərinliyi və dəlillərlə əsaslandırılması ilə fərqlənir və bir qayda olaraq, hər şeydən əvvəl, öyrədici əhəmiyyətə malikdir, dinləyiciyə müxtəlif, bəzən isə ziddiyylətli məlumatların başa düşülməsində kömək edir.
Mühazirə düşüncə, fikir, müəyyən məsələ üzrə mövcud fikirlərin müqayisəsi, dərin nəzəri təhlil xarakterli də ola bilər, mühazirə düşünməyi bacaran auditoriya qarşısında oxunduğu üçün əvvəlcədən proqnozlaşdıırlmış, eyni zamanda həmişə yeni və gözlənilməz olmalıdır, deməli, natiq «plan-improzivə» oxunun ətrafında hərəkət edə bilər.
Mühazirənin geniş planı, onun məntiqi əsası- əsas suallar, mövzunun əvvəlcədən düşünülmüş şəkildə inkişafı, hazırlanmış dəlillər, bir məsələdən digərinə keçidin məntiqi, əvvəlcədən müəyyənləşdirilmiş, mühazzirəni yekunlaşdıran nəticə- bir sözlə, başlanğıcın, məzmunun açılmasının və yekunlaşdıırlmasının məzmunlu sxemi vaxt üzrə elə hesablanır ki, mühazirənin sübutla, mövzunun əsaslanıdırlması ilə bağlanan əsas məzmunu «başlanğıc»la (başlanğıc və məsələnin qoyuluşu) və əvvəlcədən müəyyənləşdirilmiş sonluq-nəticə ilə birlikdə reqlamentin çərçivəsinə yerləşsin.