Bərdə şəhəri ərazisində yerləşən arxeoloji abidələr kopleksi, Partav şəhərinin yerləşdiyi qədim şəhər yeridir. Şəhər yeri qala divarları ilə əhatə olunmuşdur. Xalq arasında Nüşabə qalası adı ilə tanınan Bərdə qalası bəzi mənbələrə görə məşhur memar Əcəmiməktəbinin yetirməsi naxçıvanlı Əhməd ibn Əyyub əl Hafiz tərəfindən 1322-ci ildə tikilib. Silindir şəkilli qalanın radiusu 60 metr, hündürlüyü 13 metr, divar hörgüsünün eni isə 80 santimetrdir. Bərdə qalası haqqında bir çox səyyahların əsərlərində məlumatlar var. Məlumdur ki, qala monqolların Azərbaycana yürüşləri zamanı dağıdılıb və sonradan bərpa olunub. XIII əsr səyyahı Həmdullah Qəzvini "Nüzhət əl Qülub" əsərində qalanın eramızdan əvvəl Makedoniyalı İskəndər tərəfindən tikdirildiyini yazıb.[72] O, həmçinin qeyd edib ki, qala Sasani hökmdarı Firuzun dövründə abadlaşdırılıb. Nizami Gəncəvi də "İskəndərnamə"də Bərdə qalasının təsvirini verib.
40
Qədim Şəmkir
Şəmkir
Şəmkir şəhəri ərazisində yerləşən arxeoloji abidələr kopleksi, qədim şəhər yeridir. Orta əsr Şəmkir şəhərinin xarabalıqları Şəmkirçayın sol sahilində, Azərbaycan Respublikasının Şəmkir rayonunun Muxtariyyə kəndinin şimalında yerləşir. Abidənin təsviri onun orta əsr düzən şəhərlər üçün səciyyəvi olan bütün əlamətlərə malik olduğunu göstərir. Şəhər yerinin 2007-ci ildə çəkilmiş topoplanı şəhərin dördbucaqlıya yaxın plan quruluşunu müəyyənləşdirməyə imkan vermişdir. Orta əsr Şəmkir şəhər yerinin öyrənilmə tarixi XIX əsrin ilk rübündən başlansa da burada geniş arxeoloji qazıntılar yalnız XX əsrin ilk onilliyinə aiddir.[73] 2006-2013-cu illərdə şəhər yerində altı sahədə arxeoloji qazıntılar aparılıb.[73]Arxeoloji qazıntılar nəticəsində xeyli tikinti qalıqları, o cümlədən istehkam tikililərinin, mülki tikililərin qalıqları, şəhər abadlığı ilə bağlı mühəndis qurğuları üzə çıxarılmışdır.[73]