"Paleolit Arxeoloji Ekspedisiyası"



Yüklə 1,12 Mb.
səhifə16/19
tarix09.11.2019
ölçüsü1,12 Mb.
#29552
1   ...   11   12   13   14   15   16   17   18   19
Arxeoloji qoruqlar

41°25′0″S48°49′0″W

36

Babatəpə yaşayış yeri

Yurdçu, Kəngərli rayonu

Kəngərli rayonunun Yurdçu kəndi yaxınlığında yerləşən arxeoloji abidələr kompleksidir.[68] Abidənin sahəsi 2 hektardır. Yaşayış yeri 1983 – cü ildə qeydə alınmışdır. Yerüstü tapıntılar gil qab sınıqlarından və daş alətlərdən ibarət olub iki dövrə bölünür. Birinci dövrə ilk Dəmir dövrünə xas olan gil məmulatı və əmək alətləri daxildir. Axtarışlar zamanı tapılmış yerüstü materiallar dən daşı, çəhrayı və boz rəngli gil qab qırıqlarından ibarətdir. Yurdçu yaşayış yerinin e.ə. X – VIII əsrlərə aid olması ehtimal edilir.[68]




39°24′24″S45°9′6″W

37

Qədim Gəncə

Gəncə

Gəncə şəhərindən 6–7 km şimal-şərqdə yerləşən arxeoloji abidələr kopleksi, XVII əsrə qədər Gəncə şəhərinin yerləşdiyi qədim şəhər yeridir. 1935-1937-ci illərdə Kirovabad Diyarşünaslıq Muzeyinin (indiki Gəncə Tarix-Diyarşünaslıq Muzeyi) fondunu zəngişlədirmək üçün muzeyin direktoru E.R.Xadarin Gəncə yerüstü memarlıq abidələrinin yerləşdiyi sahənin sağ sahildəki istehkamdan şimalda qismən qazıntılar aparıb.[69] Nəticədə orta əsrlərə aid olan keramika, şüşə, saxsı, sümük və digər əl əməyi alətləri tapılmış və sərgi yaradılaraq nümayiş etdirilmişdir.[70] Daha sonra müntəzəm qazıntılar nəticəsində çox sayda belə əşyalar tapıldı. Onların bir çoxunun üzərində ornamentlərlə əhalinin dini ritualları, məişəti və məşğuliyyət səhnələri əks olunmuşdur.[70] 1938-1940-cı illərdə İshaq Cəfərzadə "Qədim Gəncənin tarixi-qazıntıları" oçerkində şəhərin arxeoloji qazıntılarının nəticələrini qeyd etmişdir.[70] 1981-1982-ci illərdə Qədim Gəncə ərazisində arxeoloq Cabbar Xəlilovun araşdırmaları nəticəsində IX-XVII əsrlərə aid olan mədəni təbəqə və eləcə də bir çox qiymətli sənət nümunələri aşkar edilmişdir. Onların arasında Çində hazırlanmış heroqlifli saxsı qab aşkar edilmişdir.[71]



40°42′55″S46°25′17″W

38

Qədim Beyləqan

Beyləqan

Beyləqan şəhərindən 15 km şimal-qərbdə yerləşən arxeoloji abidələr kopleksi, V-XIII əsrlərdə Paytakaran şəhərinin yerləşdiyi qədim şəhər yeridir. Mil düzündə yerləşən qədim Örnəqala yaşayış yerinin tədqiqinə hələ 1933-cü ildə AMEA-nın elmi əməkdaşları İ. İ. Meşşaninovun rəhbərliyi altında başlamışlar. İkinci dəfə Örənqalada arxeoloji qazıntı işləri Ə. Ələkbərovun rəhbərliyi altında 1936-cı ildə aparılmışdır. Qazıntıların nəticəsi olaraq şəhərin təxmini planını cızmaq və bəzi yerlərdə mədəni təbəqələrin xarakteristikasını vermək mümkün olmuşdu. Ə. Ələkbərov qazıntı sahəsində feodallara və varlı şəhərlilərə aid ev qalıqlarını tədqiq etmişdi. Alim bunlardan başqa aşkar edilən kiçik həcmli evlərin isə sənətkarlara məxsus olması mülahizəsini irəli sürmüşdür. Ə.Ələkbərovun Örənqala şəhər yerində apardığı arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, qazıntı sahəsinin müxtəlif təbəqələrindən əldə edilən maddi mədəniyyət qalıqlarının əsas hissəsi keramika nümunələrindən ibarətdir. Örənqalada üçüncü arxeoloji qazıntı İ.M.Cəfərzadənin rəhbərliyi ilə 1951-ci ilin yanvar ayında AMEA-nın Tarix İnstitutunun təşkil etdiyi ekspedisiya aparmışdır. Bu qazıntılar zamanı, Kiçik şəhərin şimal-qərb xəndəyi Böyük şəhərin şimal-şərq divarını üzdə deyil, dərindən kəsdiyi müəyyənləşdirilmiş və həmin divarın ilk dəfə saman qarışıq çiy kərpicdən, sonra isə möhrədən tikildiyi aydınlaşdırılmışdır. 1953-1957-ci il qazıntıları SSR EA-nın Arxeologiya İnstitutunun Leninqrad bölməsi ilə Azərbaycan SSR EA Tarix İnstitutunun 1953-cü ildə təşkil olunmuş birgə ekspedisiyası tərəfindən aparılmışdır. A.A.İessenin rəhbərlik etdiyi bu ekspedisiya Örənqalada üç yerdə qazıntı aparmışdır.




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin