"Paleolit Arxeoloji Ekspedisiyası"



Yüklə 1,12 Mb.
səhifə15/19
tarix09.11.2019
ölçüsü1,12 Mb.
#29552
1   ...   11   12   13   14   15   16   17   18   19
Arxeoloji qoruqlar

40°53′23″S47°42′56″W

33

Qədim Şamaxı şəhəri

Şamaxı rayonu

Şamaxı Şirvanın mərkəzi hissəsində, dəniz səviyyəsindən təqribən 749 metr hündürlükdə, əlverişli coğrafi bir mövqedə yerləşir. Şamaxının cənubunda Zoğalavay, şərqində isə Pirsaat çayları axır. Şəhəri şimaldan Binaslı, Quşhan, şimal-qərbdə Pirdirəki və Gülüstan qalası, qərbdən isə Meysəri dağları əhatə edir.[63] Şamaxının adı ilk dəfə antik mənbələrdə – yunan coğrafiyaşünası Klavdi Ptolemeyin“Coğrafiya” əsərində Albaniya ölkəsinin29 şəhəri sırasında “Mamaxiya” “Camaxeya” və ya “Kemaxeya”formasında çəkilir. Sonralar mənbələrdə şəhər “Kemaxiya”, “Əşşamaxiyyə”,ərəblər adını dəyişdirdiyi zaman qısa müddət “Yezidiyyə” və sonra yenidən bu günə kimi “Şemaxi” və “Şamaxı”adlandırılmışdır.[63] Şamaxı ətrafında arxeoloji qazıntılar aparılarkən monqol hücumu zamanı dağıdılan böyük ictimai bina aşkar edilmişdir. XIII əsrə aid təbəqələrdən aydın görünən yanğın izləri monqol qoşunlarının Şamaxını dağıtmasına dair mənbələrin verdiyi məlumatı təsdiqləyir.[64]







34

Qədim qəbiristanlıq, məbəd və yaşayış yeri

Nüydü, Ağsu rayonu

Ağsu rayonunun Nüydü kəndinin Cənub-Qərbində Nüydü düzündə aşkar edilmiş e.ə. III-I əsrlərə aid arxeoloji abidələr kompleksidir. Ümumilikdə kopleksin ərazisi 10-12 hektardır.[65]1961-1965-ci illərdə həyata keçirilmiş arxeoloji tədqiqatlar zamanı yaşayış yerindən çoxlu əmək aləti (dən daşları, kirkirələr, dəmir çin, təsərrüfat küpləri), habelə çay daşından ev bünövrəsi, müxtəlif məişət avadanlığı, nekropoldan isə saxsı qablar, bəzək şeyləri, müxtəlif silahlar (dəmir nizə, tuvc dəbilqə), ostoloji qalıqlar və sair artefaktlar aşkar edilmişdir. 1972—1973 və 1975-ci illərdə aparılmış arxeoloji qazıntılar zamanı isə (mədəni təbəqənin qalınlıqı təqribən 1.5 m) bina qalıqları, təsərrüfat quyusu, küplər, dəndaşı, daş toxa, çaxmaqdaşı və dəvəközüdəv alət qırıqları tapılmışdır. Bir neçə küp qəbir istisna olmaqla, nekropol əsasən torpaq qəbirlərdən (təqribən 50 qəbir tədqiq edilmişdir) ibarətdir. Buradan çoxlu keramika, dəmir nizə, çapacaq, oraq, bıçaq, tunc bilərzik, üzük, sırğa, sancaq, şüşə muncuqlar və sair bəzək əşyaları aşkar edilmişdir. Üzəri bəzədilmiş müxtəlif çeşidli qırmızı və qara rəngli zərif saxsı məmulatı dulus küpəsində bişirilmişdir. Qazıntılar nətiçəsində gümüş pul dəfinəsi - Nüydü dəfinəsi və ayrı-ayrı sikkə nümunələri də aşkar edilmişdir.[66]



40°41′39″S48°24′01″W

35

Çanaxır təpələri

Canaxır, Xaçmaz rayonu

Xaçmaz rayonunun Canaxır kəndi yaxınlığında, Ağçayın sahilində yerləşən antik-erkən orta əsrlər dövrlərinə aid arxeoloji abidədir. Təsərrüfat işləri ilə bağlı olaraq mühəndis qurğularının inşası və şum zamanı islamdan qabaqkı sivilizasiyanın tapılmış nümunələri bu ərazidə qalın torpaq laylarının altında böyük tarixi məlumatların yatdığından, əldə edilmiş tunc, dəmir və saxsıdan düzəldilmiş əmək alətləri, silahlar və bəzək əşyaları isə burada tarixin müxtəlif dövrlərində sənətkarlığın bir çox sahələrinin yüksək inkişafından xəbər verir. 1970-ci illərin sonunda Kurqanın ətəyində suvarma üçün kanal çəkilən zaman arxın divarının uçulmasına fikir verən yerli məktəblilər burada qadın skletinin qalıqlarını tapmışdılar. Onun üzərində sırğalar, qollarında nazik ölçülü qolbağılar, digər tunc asma bəzəklər aşkar etmişdilər. Bundan başqa buradan tuncdan dairəvi formalı, üstü şarvari formalı müxtəlif ölçülü bəzək əşyaları, at əsləhəsinin qalıqları və pərçimlər də tapılmışdır.[67]





Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin