GÜney azərbaycan



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix29.11.2016
ölçüsü2,8 Kb.
#462
1   2   3   4   5   6   7   8   9   ...   12

Prof.dr.Vaqif SULTANLI 
 
GÜNEY AZƏRBAYCAN MÜHACĠR DÖVLƏTĠNĠN YARADILMASI 
ZƏRURƏTĠ 
 
Məlum  olduğu  kimi,  Azərbaycan  iki  əsrə  yaxındır  ki,  parçalanmıĢ,  onun 
Quzeyi  Rusiya  imperiyasının,  Güneyi  isə  Ġran-fars  müstəmləkəçilik  rejiminin 
əsarəti  altında  yaĢamağa  məcbur  olmuĢdur.  Lakin  xalqımız  bu  əsarət  və  yad 
güclərin bölücülük siyasəti ilə barıĢmamıĢ, zaman-zaman özünün azadlığı uğrunda 
mübarizəyə qalxmıĢdır. 
1918-1920-ci  illərdə  Quzeydə  yaranan  Azərbaycan  Xalq  Cümhuriyyəti, 
1921-ci  ildə  Güneydə  əsası  qoyulan  Azadistan  dövləti,  1945-1946-cı  illərdə 
fəaliyyət göstərmiĢ Azərbaycan Milli Hökuməti bunun nümunəsidir. Tarixin siyasi 
Ģərtləri  bu  dövlətlərin  uzun  müddət  yaĢamasına  imkan  verməmiĢ,  onlar  ayaq 
tutmamıĢ, süquta uğramıĢlar.  
Nəhayət,  rus-sovet  imperiyasının  çöküĢü  ilə  1991-ci  ildə  Azərbaycanın 
Quzeyi özünün uzun müddət itirilmiĢ olan dövlət müstəqilliyini bərpa etmiĢdir. 
O da məlumdur  ki, hazırda  yaranmıĢ olan  Azərbaycan Respublikası, bütöv 
Azərbaycanın  ərazi və əhali baxımından 
1
/
4
-dən az bir hissəsini əhatə edir. Böyük 
öndər  Əbülfəz  Elçibəyin  dəyərləndirməsi  ilə  desək,  Azərbaycanın  mərkəzi  və 
Güneyi hələ də özünün istiqlaliyyətini gözləməkdədir. 
Dövrümüzün  siyasi  Ģərtləri  istiqlaliyyət  uğrunda  mübarizənin  çeĢidli 
formalarını  ortaya  qoyur.    Bu  mübarizənin  formalarını  açıqlamadan  və  hər  hansı 
birinin  daha  optimal  olduğunu  əsaslandırmadan  deyə  bilərik  ki,  ikiyə  bölünmüĢ, 
zəiflədilmiĢ, milli haqları əlindən alınmıĢ Azərbaycanın taleyi harda yaĢamasından 
asılı  olmayaraq  hər  bir  Azərbaycan  türkünü  düĢündürməli,  narahat  və  səfərbər 
etməlidir. 
Ġndilikdə qarĢıda duran əsas məsələlərdən biri Azərbaycanın parçalanmasını 
dünya  mədəni  birliyinin  diqqətinə  çatdırmaq,  siyasi  güc  mərkəzlərini,  insan 
hüquqları 
ilə 
məĢğul 
olan 
beynəlxalq 
təĢkilatları 
bu 
istiqamətdə 
məlumatlandırmaqdan ibarətdir. 
Güney Azərbaycanın probleminə diqqəti artırmağın ən mühüm yollarından 
biri Güney Azərbaycan mühacir dövlətinin yaradılması və onun dünya miqyasında 
tanınması  uğrunda  mübarizə  aparılmasından  ibarətdir.  Azərbaycanın  tarixində  və 
taleyində mühüm aksiya ola biləcək bu addımın atılması nələrə yol açır: 
 -  Azərbaycanın  Güneyində  milli-azadlıq  hərəkatının  güclənməsinə,  siyasi 
proseslərin durğunluq (passiv) mövqeyindən çıxaraq radikal müstəviyə keçməsinə; 
- Milli-azadlıq hərəkatının ideoloji platformasının hazırlanmasına və bunun 
Azərbaycanın Güneyində təbliğinə: 

23 
 
-  Dünyanın  aparıcı  dövlətlərinin  və  beynəlxalq  təĢkilatların  Azərbaycanın 
problemləri ilə daha yaxından məĢğul olmasına; 
- Azərbaycan xalqının ikiyə parçalanmasının siyasi gündəmə gətirilməsinə; 
-  Millətlərin  öz  müqəddəratını  təyin  etməsi  zəminində  ictimai-siyasi 
fəaliyyətlərin güclənməsinə; 
-  Qurulacaq  gələcək  dövlətin  anayasasının,  strukturunun,  idarəçilik 
mexanizminin və kadr potensialının formalaĢdırılmasına və s. 
Məlum  olduğu  kimi,  mühacir  dövlətlərin  yaranması  təcrübəsi  bir  çox 
xalqlarda  mövcuddur.  Xüsusilə,  sovet  siyasi  rejimi  qurulduqdan  sonra  dövlət 
müstəqilliyini  itirmiĢ  Ukrayna,  Gürcüstan,  Azərbaycan  və  baĢqa  respublikaların 
siyasi  qüvvələri  ölkəni  tərk  etməyə  məcbur  olmuĢ,  istiqlal  davasını  mühacirətdə 
yürütmüĢlər. Məsələn, ötən əsrin 20-30-cu illərində Neo Jordaniyanın baĢçılığı ilə 
Gürcüstan,  Smal  Stotskinin  rəhbərliyi  ilə  ġimali  Qafqaz,  Məhəmməd  Əmin 
Rəsulzadənin öndərliyi ilə Azərbaycan mühacir dövləti mövcud olmuĢdur. 
M.Ə.Rəsulzadənin  rəhbərliyi  ilə  1924-cü  ildə  Ġstanbulda  əsası  qoyulan 
Azərbaycan  Milli  Mərkəzi  sadəcə  siyasi  təĢkilat  deyil,  mühacirət  dövlətinin 
formalaĢmasında fəaliyyət göstərmiĢdir. Elə buna görə də bu təĢkilatın təmsilçiləri 
1931-ci  ildə  Ġ.V.Stalinin  M.K.Atatürklə  bağladığı  müqaviləyə  əsasən  digər  sovet 
məhkumu olan cünhuriyyətlərin təmsilçiləri ilə birlikdə ölkədən çıxarılmıĢdır. 
1934-cü  ilin  14  iyulunda  Parisdə  M.Ə.Rəsulzadənin  təĢəbbüsü  və  gərgin 
əməyi  sayəsində  Azərbaycan,  Gürcüstan  və  ġimali  Qafqaz  mühacir  dövlətləri 
təmsilçilərinin  rus  əsarətinə  qarĢı  birgə  mübarizəsini  tənzimləyən  Qafqaz 
Federasiyası yaradılmıĢdır. 
Məhz Azərbaycan Cümhuriyyətini təmsil etdiyi üçün M.Ə.Rəsulzadə Ġkinci 
Dünya  savaĢı  dövründə  (1942-ci  ildə)  faĢist  Almaniyası  ilə  Berlinin  “Adlon” 
hotelində rus-sovet imperiyasının dağılacağı təqdirdə Azərbaycanın  gələcək taleyi 
ilə bağlı danıĢıqlar aparmıĢdır. 
Ġkinci Dünya müharibəsi illərində PolĢa, Fransa və baĢqa istiqlaliyyətlərini 
itirmiĢ  xalqların  qurmuĢ  olduğu  mühacir  dövlətlər  ciddi  siyasi  fəaliyyətlə  məĢğul 
olmuĢlar.  
Xüsusilə,  1939-cu  ilin  sentyabrında  V.Sikorskinin  baĢçılığı  ilə  Fransanın 
Anje  Ģəhərində  yaranan,  1940-cı  ilin  iyunundan  St.Mikolayçikin  rəhbərlik  etdiyi 
PolĢa    mühacir  hökuməti  öz  fəaliyyəti  ilə  faĢist  Almaniyasının  hərbi-siyasi 
dairələrində daim təĢviĢ və narahatçılıq yaratmıĢdır. 
Yenə  24  sentyabr  1941-ci  ildə  ġarl  de  Qollun  Londonda  yaratdığı  Fransa 
mühacir  hökuməti  alman  faĢizminə  qarĢı  Müqavimət  hərəkatının  təĢkilində 
əhəmiyytəli  rol  oynamıĢdır.  1943-cü  ilin  iyunundan  Əlcəzairdə  Fransa  Milli 
Azadlıq Komitəsi adı ilə fəaliyyət göstərən bu dövləti hətta ABġ, Böyük Britaniya, 
SSRĠ və baĢqa ölkələr rəsmən tanımıĢlar. 

24 
 
Baltik respublikalarının tarixində də mühacir dövlətin yaradılması təcrübəsi 
mövcuddur. Regionun bütövlükdə rus müstəmləkəçiliyinə çevrildiyi illərdə Avropa 
ölkələrində  uzun  müddət  Litva,  latıĢ  və  estonların  mühacir  dövlətləri  olmuĢdur. 
Məhz bu dövlətlərin ardıcıl, sistemli  mübarizələri  nəticəsində Baltikyanı regionda 
istiqlalçılıq məfkurəsi heç bir zaman sönməmiĢdir. Baltikyanı respublikaların milli-
azadlıq hərəkatının beynəlxalq dəstək qazanması da regionun mühacir dövlətlərinin 
birgə, səmərəli fəaliyyətinin nəticəsində mümkün olmuĢdur. 
Ümumiyyətlə, qeyd olunmalıdır ki, dünya təcrübəsində mühacir dövlətlərin 
yaranması əsasən iki aspektdə özünü göstərir: 
1) mövcud siyasi rejimə və onu devirmək məqsədinə; 
2) istiqlaliyyət və öz  müqəddəratını təyinetmə  missiyasını  gerçəkləĢdirmək 
məqsədinə. 
Güney  Azərbaycan  mühacir  dövlətinin  yaradılmasının  milli  haqlarımızın 
daha  çevik  Ģəkildə  siyasi  gündəmə  gətirilməsinə  təkan  verəcəyi  Ģübhə  doğurmur. 
Çünki  burada  problem  rejimi  dəyiĢməyə  deyil,  istiqlal  məfkurəsinin 
gerçəkləĢməsinə,  milli  haqların  tanınmasına,  millətlərin  müqəddaratını  təyinetmə 
prinsiplərinə söykənir. 
 
Dr. Ənvər UZUN 
Trabzon, Türkiyə 
 
GÜNEY AZƏRBAYCANIN ÇAĞDAġ 
SĠYASĠ DURUMU 
 
Ġllərlə  kimliyini  qoruma  qeyrəti  içərisindəki  Güney  Azərbaycan  türkləri 
zamanın  axımına  paralel  inkiĢaf  edən  bəzi  hadisələrə  bağlı  olaraq  bir  sıra 
çətinliklərə  sinə  gərmək  məcburiyyətində  qalmıĢ,  bu    yolda  xeyli  sayda  dəyərli 
övladını  qeyb  etmiĢdir.  Güney  Azərbaycan  türkləri  Sovet  Rusiyasının  dəstəyi  ilə 
1945-ci  ildə  arzularına  qovuĢmuĢ  olsalar  da,  bu  qələbə  uzun  ömürlü  olmamıĢdır. 
Çünki bu qələbə əslində Sovet Rusiyasının dəstəyi ilə əldə edilmiĢdi. Bu vəziyyətlə 
barıĢmayan  Güney  aydınları  öz  arzularını  açıq  bir  Ģəkildə  dilə  gətirdikləri  üçün 
Rusiyanın dəstəyini çəkməsi ilə birlikdə təkbaĢına qalınca əllərindəki azadlıqları da 
ġah hakimiyyəti tərəfindən sona çatdırılmıĢdı. 
Ġndi isə aradan keçən altmıĢ ildən artıq bir zaman kəsiyindən sonra bu dəfə 
ABġ Güney Azərbaycan türklərinin biganə qaldığı vəziyyətinə birdən-birə diqqəti 
çəkəcək Ģəkildə həyan olmağa baĢlamıĢdır. 
ġübhəsiz  ki,  Güneydəki  Azərbaycan  türklərinin  problemlərinin 
çözülməsində  “Türkün  türkdən  baĢqa  dostu  yoxdur”  gerçəyi  ilə  həmlələr 

25 
 
edilməlidir.  Unudulmamalıdır  ki,  son  dönəmlərdə,  xüsusilə,  Qafqaz  və  Orta  ġərq 
coğrafiyasındakı  siyasi proseslər  olduqca təhlükəlidir. Ġmperialist Rusiya  və  ABġ 
öz  mənfəətləri  naminə  bəhs  olunan  coğrafiyadakı  xalqların  mənfəətlərini  nəzərə 
almadan  yeni  müstəmləkə  ocaqları  yaratmaq  niyyətindədirlər.    Bu  mənfəət 
həmləsində indilikdə ABġ daha aktiv görünməkdədir. 
ABġ  bunun  üçün  ilk  olaraq  Ġraqı  dağıtmıĢ  və  Türkiyənin  qarĢı  çıxmasına 
baxmayaraq  kürdlərin  lideri  Bərzaninin  baĢçılığı  ilə  bir  Kürd  federasiyası 
gerçəkləĢdirmiĢ, Quzey Ġraqa  400 min kürdü  yerləĢdirmiĢdir.  Bölgəyə  təzyiqi hər 
gün bir az daha artıran ABġ-ın hədəf nöqtəsində Ģübhəsiz ki, Ġran olacaqdır.  
Hər  nə  qədər  ABġ  Əfqanıstan,  Azərbaycan,  Gürcüstan  və  Ġraqa  yerləĢərək 
Ġranı hədəfə almıĢ olsa da, onun keçmiĢ təcrübələrdən dərs alaraq açıq bir Ģəkildə 
Ġrana hərbi operasiya düzənləmə ehtimalı zəifdir. 
Ġrana hər nə qədər dini nəzarət mexanizmi hakim olsa da dövrün texnoloji 
imkanları  vasitəsiylə  xalqın  mühüm  bir  qismi  çağdaĢ  yaĢam  tərzini  seçməyi  bir 
haqq  olaraq  düĢünməkdədir.  Bunun  nəticəsində  də  mühafizəkar-reformist    iki 
görüĢ sıx-sıx Tehran küçələrində qarĢı-qarĢıya gəlməkdədir.  
Digər  tərəfdən  isə  1913-cü  ildə  Gülüstan  sülh  müqaviləsi  ilə  azadlıqları 
əlindən  alınaraq  torpaqları  yağmalanmıĢ  Güney  Azərbaycan  türkləri  öz 
istiqlaliyyətini qazana bilmək üçün daha çox gəncini dar ağaclarında qeyb etmiĢdir. 
Bütün  bunlar  əslində  ABġ-ın  Ġranda  həyata  keçirmək  istədiyi  savaĢ  konsepsiyası 
üçün  yetərli  potensialdır.  Ona  görə  də  ABġ  Ġrandakı  Azərbaycan  türklərindən  və 
kürdlərdən istifadə etməkdən çəkinməyəcəkdir. Ġran əhalisinin yarısını təĢkil edən 
türklərdən  baĢqa  beĢ-altı  milyon  civarında  olan  kürdlərin  varlığı  söylənməkdədir. 
Bu durum Ġranın zəif tərəfidir. ġübhəsiz ki, ABġ dəyiĢik söyləmlər ilə, hətta açıq 
bir Ģəkildə Azərbaycan türklərinə  müxtəlif vədlər verəcəkdir. Türkləri və kürdləri 
dəstəkləyərək öz lehinə bir durumun həyata keçməsinə çalıĢacaqdır. 
Ġrandakı  rejimin  dəyiĢdirilməsi  ABġ  üçün  önəmli  bir  məsələ  olaraq 
görünməkdədir,  bunun  üçün  VaĢinqton  və  Təl-Əviv  uzun  illərdir  ki,  ilgilərində 
olmayan  Güney  Azərbaycan  məsələsinə  əyilmiĢdir.  Hər  nə  qədər  bu  iliĢkilər  hələ 
kəskin  Ģəkildə  dünya  ictimaiyyətinə  təqdim  edilməmiĢ  olsa  da,  Ġran  kürdlərinin 
ABġ  və  Ġsrail  tərəfindən  hər  cür  dəstəkləndiyi  bilinməkdədir.  Bunun  nəticəsində 
Ġrandakı kürdlər hər gün bir az daha  güclənməkdədirlər. Bunun nəticəsində  onlar 
sadəcə  iranlıları  deyil,    Güney  Azərbaycanlıları  da  özləri  üçün  potensial  bir  güc 
olaraq  görməkdədirlər.  Bunun  qarĢısını  ala  bilmək  üçün  Güney  Azərbaycanlılar 
üzərində  təzyiq  yaratmağa  çalıĢmaqdadırlar.  Ġranda  yaĢayan  kürdlər  Güney 
Azərbaycanlıların sıx yaĢadığı Urmiya, Ərdəbil, Təbriz, Maku və digər Ģəhərlərdə 
məskunlaĢaraq  bu  yaĢayıĢ  məskənlərini  kürdləĢdirməkdədirlər.  Bu  mücadilə 
hazırda PKK və Pejak adlı silahlı kürd qrupları tərəfindən həyata keçirilməkdədir. 

26 
 
Güney Azərbaycana məxsus Urmiya və xüsusilə də Negadənin on il öncəyə 
qədər  əhalisinin  95%-ni  türklər  təĢkil  edirdi.  Son  zamanlarda  3  milyon  kürd  bu 
bölgəyə  yerləĢdirilmiĢdir.  Bu  gün  adı  çəkilən  yerlərdə  kürd  əhalisinin  50%-i 
keçdiyi  söylənməkdədir.  (Vedat  Yenerer.  Urumiye  ve  Negade  Kürtleşdiriliyor, 
“Yeniçağ” gazetesi, 11 Mart 2005 İstanbul/Türkiye). 
Dünya  Azərbaycanlılarının  Haqlarını  Müdafiə  Komitəsinin  açıqlamasına 
görə,  Kəlbəcər,  Qubadlı,  Laçın  bölgələrinə  200-500  kürd  ailəsinin  yerləĢdirildiyi 
qeyd olunmaqdadır. Kamil Kərim Yandı “Azadigan” qəzetinə yazdığı “Kamalizm 
doktrini  və  Türkiyədə  kürd  nasionalist  hərəkatlarının  Ģiddətlənməsi”  adlı  bir 
məqalədə    açıq  bir  Ģəkildə  kürd  və  PKK  iĢ  birliyi  və  Türkiyə  əleyhdarlığı 
sərgiləməkdədir.  2000-ci  ildə  Tehranda  PKK  baĢçısı  Abdulla  Öcalanın  “Ġslam, 
vətənsevər  Kürdistan  toplumu  və  məni  qətl  etmə  planı”  adlı  əsəri  nəĢr  edildi. 
Halbuki, Ġranın iĢğalındakı torpaqlardakı 35 milyon Güney azərbaycanlıların kitab 
nəĢr etmə hüquqlarına ciddi yasaqlar qoyulmuĢdur. Ancaq PKK üçün sərrast yayın 
haqqının  olması  düĢünülməsi  gərəkən  bir  durumdur.  Kitabla  yanaĢı,  Ġranın 
“Azadigan” qəzetində Türkiyə düĢmənliyinə geniĢ yer verilməkdədir. 
Ġran  aĢkar  Ģəkildə  kürdlərin  Türkiyə  əleyhindəki  yayınlarına  izn 
verməkdədir. ĠĢin ən acınacaqlı tərəfi isə Ġran içərisindəki  kürd oluĢumunu,  ya da 
hərəkatları  əskidən  bəri  Ġranın  əsas  düĢmən  qismində  gördüyü  ABġ  və  Ġsrail 
tərəfindən  yürüdülməkdədir.  Ġsrail  ilk  olaraq  1964-cü  ildə  kürdlər  ilə  əlaqə 
yaratmıĢdır.  Bu  ildə  Ġsrailin  müdafiə  nazirinin  müavini  kürdlər  arasında  etibar 
sahibi  olan  Kamran  Əli  Bədirxan  ilə  gizli  bir  Ģəkildə  görüĢmüĢ  və  bu  görüĢmə 
nəticəsində  bir  peĢmərgə  qrupunun  Ġsraildə  silahlı  təlim  alması  qərara  alınmıĢdır. 
Bu fəaliyyət 1965-ci ilin avqust ayında baĢlamıĢ   və üç ay davam etmiĢdir.  Daha 
sonra Ġsrail, General Tsuri Saguy, Haim Levakov və Arik Regevidən Ġraq ordusuna 
qarĢı  istifadə  etmiĢdir.  1972-ci  ildə  Ġraq  ordusu  tərəfindən  əzilən  kürdlərin 
imdadına Ġsrailin Tehran hərbi atteĢesi Yaakov Nimrudi yetiĢmiĢdir. Nəhayət, Ġran 
Ģahı Rza Pəhləvi Rıçard Nikson ilə görüĢərək kürd terrorçuları üçün Ġsrail və ABġ-
dan 24 milyon dollarlıq bir yardım almıĢdır (“Türk sesi” gazetesi, 30 Eylül 2004/7 
Ekim 2004 Trabzon/Türkiye). 
Bu durum əslində strateji baxımdan qarĢıda Türkiyə və Güney Azərbaycan 
türkləri  üçün  acınacaqlı  olan  vəziyyət  sərgiləməkdədir.  Çünki  Quzeydən 
Ermənistan  və  Güneydən  qurulacaq  kürd  dövləti  ilə  Türkiyənin  Orta  Asiya 
bağlantısı tamamən kəsilərkən Güney Azərbaycan təcrid edilərək zamanın axıĢında 
assimilyasiya  təhlükəsi  ilə  üz-üzə  qalacaqdır.  Ġranın  son  zamanlarda  ölkənin 
qərbindəki  kürdlərə  olası  ABġ  hücumundan  müdafiə  üçün  ciddi  Ģəkildə  silah 
payladığı söylənməkdədir. Əgər durum belə isə bu Ġraqda türkmənlərin yox ediliĢi 
planının  bir  baĢqa  versiyası  olacaqdır.  Çünki  Amerika  Ġraq  hücumunda  kürdlərə 
(peĢmərgələrə) Ġraq ordusuna aid silahları paylayıb onları ağır döyüĢ texnikası ilə 

27 
 
silahlandırarkən, türkmənlərin silahsızlaĢdırılmasına cəhd göstərmiĢ və  hətta bəsit 
silahlar  kimi  qəbul  edilən  tapançaları  belə  toplamıĢ,  Ġraq  Türkmən  Cəbhəsinə  aid 
büroya  tez-tez  hücumlar  düzənləyərək  türkmənlərin  tanınmıĢ  liderlərini  həbs 
etmiĢdir.    Bu  gün  isə  Ġraq  türkmənləri  öz  taleyinin  ixtiyarına  buraxılmıĢ 
durumdadır.  Eyni  ssenarinin  Güney  Azərbaycan  türklərinə  Ģamil  ediləcəyinə  heç 
bir  Ģübhə  yoxdur.  Rəfsəncani  öndərliyində  reformist  siyasət  inkiĢaf  etdirilərək, 
ABġ-ın arzuları həyata keçiriləcəkdir. Çünki Rəfsəncaninin ABġ-a molla rejimini 
dəyiĢdirmə,  nüvə  obyektlərini  qapatma  və  s.  yönündə  vədlər  verdiyi 
söylənməkdədir. Əgər durum bu istiqamətdə isə gerçəkdən də Güney Azərbaycan 
türkləri  gözləmədikləri  bir  çətinliklə  qarĢı-qarĢıyadırlar.  Çünki  bu  gün  Ġran  ilə 
ölüm-dirim  qovğasında  belə  olmayan  Güney  Azərbaycanlılar  yaxın  bir  zamanda 
ABġ  dəstəyindəki  kürdlər  ilə  çox  ciddi  bir  savaĢa  girəcəkdir.  Halbuki  Güney 
Azərbaycan türklərinin əllərində müdafiə üçün hər hansı bir silah yoxdur. 
Ġran  yetmiĢ  milyonluq  əhalisi,  müəyyən  sənaye  potensialı  və  dünyanın 
dördüncü  böyük  neft  istehsal  edən  ölkəsi  olub  əhalisinin  75%-i  25  yaĢın  altında 
gənc bir nüfusa sahibdir. Ġqtisadiyyatın 70%-i dövlətin nəzarətindədir. Bu ABġ-ın 
Orta  ġərq  siyasəti  üçün  heç  də  qəbul  ediləcək  bir  durum  deyildir.  Elə  bu 
səbəbdəndir  ki,  ABġ  Ġran  üzərində  qeydsiz-Ģərtsiz  bir  hakimiyyət  qurmaq 
istəyindədir. 
Ancaq  Amerikanın  Ġran  torpaqlarında  uzun  illər  qala  bilmə  Ģansı  olmadığından 
Ġranda  öz  amaçlarına  xidmət edəcək kukla  bir hakimiyyət  formalaĢdıracaqdır. Bu 
hakimiyyət üç formada yaradıla bilər: 
1.  Rza  Ģahın  oğlunun  liderliyində  demokratik  görünümlü  bir  hakimiyyət 
formalaĢdırmaq; 
2. Ġranı üç parçaya bölərək muxtar bölgələr yaratmaq; 
3. Kürd federasiyasını yaratmaq. 
Zənnimizcə,  bu  üç  seçənək  içərisində  ilk  mərhələdə  Güney  Azərbaycan 
türkləri  də  göstəriləcək,  ancaq  sonrakı  proseslərdə  Ġraqda  olduğu  kimi  say 
çoxluğuna baxılmadan kürdlərin ön plana çəkiləcəyi istisna olunmur. Ġlk seçənəyin 
olma  Ģansı  Ģiə  güclər  səbəbindən  olduqca  böyük  olsa  da,  üçüncü  seçənəklə 
tamamlanacaqdır.  Yəni  Güney  Azərbaycanlıların  bir  federasiya  da  yaratmalarına 
fürsət  vermədən  muxtar  bir  kürd  federasiyası  qurulacaqdır.  Çünki  bu  ABġ 
mənfəətlərinə 
ən  uyğun  olan  seçənəkdir.  Dolayısıyla  burada  Güney 
azərbaycanlılardan  alət  kimi  istifadə  edilərək,  onların  bir  yandan  farslar,  digər 
tərəfdən kürdlər tərəfindən sıxıĢdırılacağı düĢünülməkdədir. 
Kürdlərin bu mücadilədə ABġ-dan və Ġsraildən hər cür dstək alacağına hər 
hansı  bir  Ģübhə  olmamalıdır.  Azərbaycan  türklərinə  isə  hər  hansı  bir  dövlətin 
yardım  etmə  Ģansı  yoxdur.  Ona  görə  də  Güney  Azərbaycan  türkləri  böyük 

28 
 
dövlətlərin  qurmuĢ  olacaqları  tələyə  düĢməmək  üçün  milli  mənafeyə  uyğun  bir 
davranıĢ sərgiləməlidir. 
Güney azərbaycanlılar say çoxluğuna  güvənmə  xətasını iĢləməməli,  dünya 
güclərinin onlardan sadəcə öz iqtisadi və siyasi maraqlarını gerçəkləĢdirmək üçün 
yararlanacağını yaddan çıxarmamalıdırlar. 
Ġran  Güney  Azərbaycan  türklərinin  birliyini  pozmaq  üçün  əl  altından 
müxtəlif siyasi qurumlar və birliklər yaratmaqdadır. Kürdlər Güney Azərbaycanın 
tarixi  torpaqlarında  ABġ-ın  gizli  dəstəyi  ilə  yerləĢməkdə,  orada  qarĢıda  yaradıla 
biləcək sözdə demokratik hakimiyyət anlayıĢı ilə beynəlxalq ictimaiyyətin təzyiqilə 
üzləĢməmək  üçün  say  çoxluğu  yaratmaq  niyyətindədir.  Eynən  Kərkükdə  olduğu 
kimi  türk  əhalisinə  sahib    cənub-qərbi    Azərbaycan  Ģəhərləri  sürətli  bir  Ģəkildə 
kürdləĢdirilməlidir. Bu prosesin özəlliklə Güney Azərbaycanın qərbindəki yaĢayıĢ 
məntəqələrində gerçəkləĢdirilməsi təsadüfi deyildir. Beləcə Ġran Türkiyədən Güney 
Azərbaycan türklərinə gələ biləcək  yardımın qarĢısını almağa çalıĢarkən,  ABġ isə 
Türkiyə  və  Orta  Asiya  arasındakı  əlaqəni  sona  qədər  bağlaya  biləcəkdir.  Bunun 
üçün Ġran, ABġ və Ġsrail Ġrandakı kürdlərdən öz mənfəətləri naminə yararlanmağa 
çalıĢmaqdadırlar.  Və  bu  çalıĢmalar  Güney  Azərbaycan  türkləri  üçün  qarĢıda  çox 
ciddi problemlər yaradacaqdır.  
ĠĢin baĢqa bir mürəkkəb tərəfi isə Güney Azərbaycan türklərinin çox yaxın 
bir  zamanda  baĢ  verə  biləcək  bu  olaylara  qarĢı  hər  hansı  bir  hazırlıqlarının 
olmamasıdır.  Güney  Azərbaycan  türkləri  öz  aralarındakı  bəsit  fərqlilikləri  bir 
kənara qoyaraq çox yaxında cərəyan edəcək yeni proseslərə bir az da olsa hazırlıqlı 
hala gəlməlidirlər. 
 
Dr. Gülara Yenisey 
Ġstanbul, Türkiyə 
 
ĠRANDA MƏRKƏZĠ REJĠMĠN ETNĠK 
QRUPLARA BAXIġI VƏ BU QRUPLARIN 
MƏRKƏZDƏN BƏKLƏNTĠLƏRĠ 
 
Ġran,  içində  24  fərqli  dinsəl,  dinsəl  qrupun  və  bunlar  arasında  da  11  etnik 
qrupun  yaĢadığı  bir  ölkədir.  Habelə,  basqın  (dominant)  etnik  qrupun  sayca 
çoxunluğa  (əksəriyyət)  sahib  olmadığı  nadir  ölkələrdəndir.  Etnik  çeĢidlilikdən 
baĢqa,  bu  etnik  qrupların  bəlli  bölgədə  yoğunlaĢmıĢ  bir  Ģəkildə  (kompakt),  çox 

29 
 
vaxt  da  bu  bölgəyə  həmsərhəd  olan  ölkədəki  etnik  soydaĢlarına  coğrafi  olaraq 
yaxın olmalarıyla diqqət çəkir. 
Ġranda  etnik  qrupları  bir-birindən  ayıran  ən  önəmli  kriteriya  dildir.  Ġkinci 
dərəcədə din-inanc, həyat tərzi (yerləĢik, əĢirət, köçəri), irq yapısı (dıĢ görünüm) və 
coğrafi  bölgə  gəlməkdədir.  Etnik  qruplar  ümumilikdə  ölkənin  bəlli  bölgələrində 
cəmləĢmiĢ (kompakt) halda yaĢamaqdadırlar. Bunun yanında kiçik qruplar halında 
etnik  bölgə  dıĢındakı  bölgələrdə  məskunlaĢmıĢ  qruplar  da  vardır.  Ġrandakı  təməl 
etnik  bölgələri  orada  məskun  təməl  etnik  qrup  faizi  ilə  birlikdə  belə  sıralaya 
bilərik: 
Farsistan (% 83) Farslar 
Bəluçistan (% 90) Bəluçlar 
Azərbaycan (% 95) Azərbaycanlılar 
Loristan (% 90) Lorlar 
Kürdistan (% 95) Kürdlər 
Xuzistan (% 40) Ərəblər 
Laristan (% 90) Larlar 
Ləkistan (% 95) Ləklər 
Türkmənistan (% 40) Türkmənlər 
Gilan (% 85) Giləklər 
Mazandaran (% 95) Mazandaranlı (4, s. 19). 
Ġrandakı dartıĢmalı mövzulardan biri də etnik qrupların gerçək əhali sayları 
haqqında  bilgilərlə  bağlıdır.  Ġranda  keçirilən  ümumi  əhali  sayımı  nəticələri, 
özəlliklə etnik qrupların sayları ilə əlaqədar verilən gerçək durumu əks etdirmədiyi 
yönündəki  yayğın  bir  görüĢə  səbəb  olaraq,  etnik  qrupların  təpkilərinə  yol 
açmaqdadır.  Etnik  çeĢidlilik  və  etnik  qrupların  demoqrafik  sayca  böyüklüyü, 
Ġrandakı  siyasal  iqtidarı,  əhali  sayım  raportlarını  təhrif  edərək,  sonucları  fərqli 
göstərmənin  yanında,  baĢqa  yöntəmlərə  baĢ  vurduğu  da  bilinməkdədir.  Ölkədəki 
əyalətlərin  hüdudları  dəyiĢdirilərək,  mövcud  əyalətlər  ikiyə  bölünərək,  yaxud  da 
fərqli  əyalətlərdəki  ayrı-ayrı  etnik  qrupların  bir  araya  gətirilməsi  ilə  qurulan  yeni 
əyalətlər  bu  yöntəmlərdən  sayıla  bilər.  Məsələn,  Azərbaycan  əyaləti,  ġərqi 
Azərbaycan  əyaləti,  Qərbi  Azərbaycan  əyaləti,  Ərdəbil  əyaləti  olmaq  üzrə  üçə 
bölünmüĢ,  habelə  1997-ci  ildə  Qəzvin  eli  Azərbaycana  bağlı  Zəncandan 
qoparılaraq  ayrı  bir  əyalət  halına  gətirilmiĢdir.  Eyni  ildə  Mazandaran  əyaləti  də 
ikiyə bölünərək, Gürgan mərkəzli Gülistan əyaləti qurulmuĢdur. 
Son dönəmdə Ġrandakı etnik qruplarla mərkəzi hökumət arasındakı əlaqələr 
ələ  alındığında,  çevrədə  özəlliklə  son  illərdə  etnik  hərəkətliliyin  bəlli  oranda 
yüksəldiyi  görünməkdədir.  Məsələn,  mərkəzi  hökumətin  etnik  qrupları  “qövm” 
adlandırması, Ġran basınında  dartıĢılan və etnik qrup təmsilçilərinin tez-tez tənqid 
etdiyi  bir  mövzu  halına  gəlmiĢdir.  Etnik  qrup  mənsubu  aydınlar  əski  çağlara  aid 

30 
 
gəliĢməmiĢ  toplumları  ifadə  etdiyini  iddia  etdikləri  “qövm”  tanımlamasını  rədd 
edərək,  özlərinin  “xalq”  Ģəklində  tanımlanması  gərəkdiyini  irəli  sürməkdədirlər. 
Ġran  prezidenti  Məhəmməd  Xatəmi  2002-ci  ildə  BirləĢmiĢ  Millətlər  TəĢkilatında 
etdiyi  çıxıĢında  Ġranı  “kəsirül-melli”  (çox  millətli)  bir  dövlət  Ģəklində  tanımlamıĢ 
olması  diqqət  çəkici  olmaqla  birlikdə  Ġran  siyasi  mədəniyyətindəki  ümumi 
söyləmdə “qövm” tanımlamasının hələ də davam etdiyi görülməkdədir. Bu durum, 
Ġrandakı  mövcud  rejimin  ġiə  ümmət  anlayıĢını  ön  planda  tutaraq,  çağdaĢ 
dünyamızda  iĢlədilməkdə  olan etnik azınlıq qavramını  kökündən rədd etdiyini  və 
dolayısıyla etnik haqlar məsələsinə tamamilə qarĢı olduğunu ortaya qoymaqdadır. 
Mərkəzin  etnik  qruplara  baxıĢ  açısını  yansıdan  bir  baĢqa  xüsus,  basqın 
qrupun  digər  etnik  qrupların  tarixi  keçmiĢini,  mədəni  özəlliklərini  yox  saymağa, 
görməzlikdən  gəlməyə,  yaxud  da  etnik  kimliklərin  bütün  bu  ünsürlərinin  fars 
mədəniyyəti  və  tarixindən  törəyib  kiçik  dəyiĢimlərə  uğramıĢ  uzantıları  olaraq  əks 
etməyə  yönəlik  təĢəbbüsləridir.  Bu  gün,  Ġranda  mərkəzin  digər  etnik  qruplara 
baxıĢını  göstərən,  etnik  mədəniyyətlərin  keçmiĢini,  tarixini  təhrif  edən  kitab  və 
məcmuələrə bol-bol rastlanmaqdadır. Məsələn, Ġranda çap olunmuĢ “Torkmenhaye 
Ġran”  foto  albomunun  giriĢ  bölümündə  Türkmənlər  və  ümumilikdə  Türklər 
haqqında “maraqlı” bilgilər vardır.  Bu bilgilər, əslində Türk soylu etnik qruplara 
Ġrandakı rejimin baxıĢını əks etdirməkdədir.  Əsərin mətn yazarı fikrini belə ifadə 
edir: “Mifləri bir kənara buraxsaq, bu günə qədər Türklərin etnik kökəni haqqında 
dəqiq  bir  sənəd  və  ya  bəlgə  əldə  edilməmiĢdir  (?).    “Türkmən”  kəlməsi  əskidən 
yoxdu. Çöldə yaĢayan Türk əsilli (?) bütün qövmlərə xalis (Türk)  deyilməkdəydi 
və  hər  qəbilənin  özünəməxsus  adı  vardı.  Oğuz  boyları  öz  yurdlarından 
Mavərannəhrə  və  Ġrana  köç  edərək,  bu  bölgəyə  yerləĢdilər.    Zamanla  əhalisi 
çoxaldı  və  yaĢadığı  bölgənin  iqliminə  uyum  göstərərək  fiziki  olaraq  taciklərə 
bənzəməyə  (?)  baĢladılar.  Ancaq  gerçək  tacik  olmadıqlarına  görə  bu  qövmlər 
“Türkəmən”  yəni  “Türkə  bənzər”  (?) adlandırıldı.  Bu səbəblə  bütün oğuz  boyları 
bu adla adlanmağa baĢladı” (3.s.9). 
Mərkəzin, fars dili ilə bağlı rəsmi görüĢünü əks etdirən bir örnək də litseylər 
üçün hazırlanmıĢ bir dərs kitabında  yer almaqdadır. Kitabdakı bir paraqrafda fars 
dili ilə bağlı bir ifadə keçməkdədir: “Fars dili islam dünyasının ikinci və ölkəmizin 
rəsmi  dilidir.  Fars  dilini  gücləndirmək  və  yayğınlaĢdırmaq  üçün  çalıĢmaq  hər  bir 
müsəlman  iranlıya  fərzdir  və  bir  növ  ibadət  sayılır.  Çünki  fars  dili  bizim 
müstəqilliyimiz və azadlığımızın təməllərindəndir.” (4.s.109). 
Ġran  içində  demokratik  bir  ortamda  etnik  sorunların  dartıĢılmasının 
imkansızlığı  səbəbiylə  bu  cür  mövzuların  son  zamanlarda  ölkə  dıĢında  keçirilən 
toplantılarda  dilə  gətirildiyi  görülməkdədir.  Bu  toplantılardan  biri  24  may  2004 
tarixində  Londonda  “Ġranda  demokratiyanın  yerləĢməsi  və  ölkənin  gələcəyə 
yönəlik siyasətlərini bəlirlənməsində etnik qrupların rolu” mövzulu seminar Ġranın 

31 
 
çeĢidli  müxalif  partiyalarının  üzvlərinin    və  etnik  qrupların  ölkə  dıĢındakı  siyasi 
təĢkilat  təmsilçilərinin  qatılımı  ilə  gerçəkləĢmiĢdir.  Toplantıda  Ġran  müxalif 
partiyaları  üzvlərindən  Dr.  DariyuĢ  Humayun,  Dr.  Əlirza  Nurizadə,  Dr. 
ġeyxulislami,  Dr.  Bağerzadə,  həbelə  etnik  qrupları  təmsilən  bəluç,  kürd,  ərəb, 
türkmən  və  azərbaycanlı  qatılımçılar  da  olmuĢlar.  Bəluç  BirləĢik  Cəbhəsinin  iki 
təmsilçisindən  Dr.  Abdulqadir  DuĢuki  “etnik  sorunları  anlamadan  Ġranın  milli 
birliyinin  mümkün  olmayacağı”  təsbitini  edərkən,  digər  təmsilçi  Məmmədəmin 
MirlaĢari,  bəluç  xalqının  haqlarını  müdafiə  edərkən,  Pakistan  və  Əfqanıstanda 
bəluç  dilinin  rəsmi  dil  olaraq  tanındığını,  bəluçlara  nisbi  muxtariyyət  haqqının 
verildiyini  xatırladaraq,  Ġrandakı  durumun  isə  çox  fərqli  olduğunu  vurğulamıĢdır. 
Azərbaycandan  ġahin  Ustaclı  “Güney  Azərbaycan  Ġnsan  Haqlarını  Müdafiə 
Komitəsi”  üzvü  olaraq,  Mahmud  Bilgin  isə  “Güney  Azərbaycan  Milli  OyanıĢ 
Hərəkati”  təmsilçisi  olaraq  düĢüncələrini  dilə  gətirmiĢlər.  Bilgin,  Ġrandakı  bütün 
etnik qrupların eĢit olması gərəkdiyinə və ölkə üçün federal yapımın qurulmasının 
çox  önəmli  olduğuna  diqqət  çəkmiĢdir.  Əhvaz  Demokratik  Birlik  Cəbhəsinin 
təmsilçisi  Musa  ġərifi,  Rza  Ģah  dönəmində  ərəblərə  edilən  zülmlərdən  bəhs 
edərkən,  bu  basqıların  bu  gün  də  davam  etdiyi  və  Ġranda  federal  sistemin  tətbiq 
olunması  gərəkdiyi  fikrini  irəli  sürmüĢdür.  Azərbaycanlı  tanınmıĢ  aydın  –  Rza 
Əğnami,  Ġrandakı  dini  azınlıqlara  tanınan  dil  haqqının  yanında,  universitetlərdə 
yabançı dillər öyrədildiyi halda, etnik azınlıqların dil haqqından yoxsun olduqlarını 
və rəsmi  medyada sürəkli  həqarətlərə məruz qaldıqlarını vurğulamıĢdır. Bir baĢqa 
bəluç  təmsilçi  Nasir  Mübarəki,  Ġranda  etnik  sorunların  MəĢrutə  inqilabından  bu 
günə qədər davam etdiyini, 1906-cı il öncəsinə qədər Ġranın ənənəvi federal yapı – 
Məmaliki  Məhrusa  sisteminə  sahib  olduğunu  xatırladaraq,  əski  sistemin 
qaldırılması ilə ortaya çıxan sorunların bu gün də davam etdiyini və bu sorunların 
təməlində fars Ģovinistlərinin Ġranda tək dil, tək mədəniyyət, tək millət siyasətinin 
olduğunu  bəlirtmiĢdir.  Daha  sonra  müxalif  partiya  üzvləri,  etnik  qrup 
təmsilçilərinin  dilə  gətirdikləri  mövzularla  əlaqədar  düĢüncələrini  bildirmiĢlər. 
Jurnalist-yazar  A.Nurizadə,  etnik  haqların  verilməsində  bir  saqınca  görmədiyini, 
yüz  il  öncə  MəĢrutə  Konstitusiyasında  var  olan  etnik  haqların  bu  gün  “ölkə 
parçalanar” deyə tətbiq olunmamasına bir anlam verə bilmədiyini söyləmiĢdir. Ġran 
MəĢrutə  Partiyası    üzvü,  tanınmıĢ  siyasətçi  Dr.  D.Humayun,  keçmiĢdə  çox 
zülmlərin edildiyinin doğru olduğunu, etnik məsələlərə önəm verilməsi gərəkdiyini 
vurğularkən, birləĢmək üçün  hər kəsin  əlindən gələni etməsinin önəmini  və  “azla 
yetinməsi gərəkdiyini” vurğulamağı da unutmamıĢdır (20). 
London  seminarı,  bu  gün  Ġranda  etnik  sorunların  son  dərəcə  aktual 
olduğunu və gələcəkdə də ölkənin siyasi gündəmində önəmli yer tutacağını ortaya 
qoymuĢdur. Etnik qruplar həssas mövzuları ölkə içində açıqca dilə gətirə bilmədiyi 
üçün ölkə dıĢında keçirilən bu cür toplantılar böyük önəm daĢımaqdadır. Ġrandakı 

32 
 
etnik qruplar inqilabdan bu yana ölkə içində sürəkli dil və mədəni haqları ilə bağlı 
tələblərini təkrarladığı kimi, Ġran üçün  ən uyğun dövlət modelinin federal bir yapı 
olduğunu  da  dilə  gətirməkdədirlər.  Eyni  tələb  bu  seminarda  da  bütün  etnik  qrup 
təmsilçiləri  tərəfindən  açıqca  ortaya  qoyulmuĢdur.  Seminarda  diqqət  çəkən  bu 
xüsus, ilk baxıĢda mərkəzi etnik qrupu təmsil edən rejimə müxalif siyasi Ģəxslərin 
(çoxu Cəbhəye  Melliye  Ġran” təmsilçisidir) etnik qrupların rejimin onlara  yönəlik 
siyasətlərindən  narazılığı  və  haqlarının  illərcə  çeynənərək  pozulması  məsələsində 
həmfikir  olduqları  görülsə  də,  bu  təsdiqləmə  görüntüsünün  əslində  zahiri  olduğu, 
gerçəkdə isə etnik qrupların sorunlarına ciddi çözümlər tapmağı  və bu qrupların ən 
önəmli  tələbi  olan  federalizm  mövzusunu  dartıĢmağı  düĢünmədikləri  kimi, 
problemi “azla yetinmək gərəkdiyi” Ģəklindəki sözlərlə baĢdan etməyə çalıĢdıqları 
da  müĢahidə  edilməkdədir.  Habelə  bir  baĢqa  müĢahidə,  bugünkü  mövcud  rejimə 
gələcəkdə alternativ olacağı ehtimal edilən müxalif gücün, bugünkü rejimdən fərqli 
olaraq  fars  millətinin  üstünlüyünə  dayalı  son  dərəcə  Ģoven  bir  söyləmə  sahib 
olduğu yönündədir. Bu durum, gələcəkdə Ġranda olası rejim dəyiĢikliyi sonucunda 
iĢ  baĢına  gələcək  yeni  güclərlə  etnik  qruplar  arasında  böyük  təzad  və  gərilimin 
ortaya çıxacağını da göstərməkdədir. 
Ġranda  çevrəni  təĢkil  edən  etnik  qrupların  son  illərdə  sərgilədikləri 
etnosiyasi  mobilizasiya  incələndiyində,  etnik  qrupların  inqilabın  baĢından  bəri 
konstitusiyaya  qoyulmuĢ  etnik  haqlarla  bağlı  maddələrin  icra  edilməməsi  və  bu 
qruplara  qarĢı basqıçı siyasətlərin davam etməsindən son dərəcə  narazı olduqları, 
bu  durumun  etnik  qruplarla  rejim  arasındakı  gəlirimi  hər  gün  bir  az  daha 
yüksəltdiyi  görülməkdədir.  Bunun  yanında,  çevrədəki  etnik  qruplar  son  illərdə 
politizə  olma  yönündə  bir  meyllilik  sərgiləməkdədirlər.  Yerəl  yayınlar 
incələndiyində güncəl mövzulardan biri olaraq, 100 il öncəki Qacar dövrü MəĢrutə 
Konstitusiyasının  etnik  haqlar  baxımından  bugünkü  Ġran  konstitusiyasından  daha 
demokratik  olduğu,  habelə  Məmaliki  Məhrusə  (ənənəvi  federal  yapı)  sistemi 
qapsamında  ölkənin  idarə  biçiminin  yenidən  ələ  alınması  gərəkdiyi  yönündəki 
tələblərin  güncəlliyini  qoruduğu  xüsusu  diqqətə  çəkməkdədir.  Bəzi  yazarlar  hətta 
açıqca “ġah, etnik sorunlara yetəri qədər ilgi göstərsəydi, bu gün iqtidarda olurdu” 
Ģəklindəki  ifadələrlə  məsələnin  önəmini  vurğulamaqla  birlikdə  rejimə  də  açıq 
mesaj göndərməkdədirlər (5.s.253). 
Ġranda  basqın  (dominant)  etnik  qrup  olan  farslarla,  basqın  olmayan  (non-
dominant)  digər  etnik  qruplar  arasındakı  əlaqələrin  hər  zaman  uyum  içində 
olduğunu,  ölkə  inteqrasiyasını  möhkəmləndirdiyini  söyləmək  mümkün  deyildir. 
Tam tərsinə, Ġranda etnik gərilimin sürəkli mövcud olduğunu, bəzən də mərkəzqaç 
qüvvələrin  sürətlənməsi  ilə  bu  gərilimin  daha  da  Ģiddətli  hala  gəldiyini,  bəzi 
durumlarda  isə  ölkə  bütünlüyünün  pozulma  təhlükəsi  ilə  qarĢı-qarĢıya  qalaraq 
kritik  dönəmlərdən  keçdiyini  görürük.  Mərkəz,  etnik  qrupların  haqlarıyla  bağlı 

33 
 
tələbləri  məsələsində  xoĢgörü  və  anlayıĢdan  uzaq  bir  tövr  sərgiləməkdə,  bu  cür 
tələbləri  “bölücülük,  ayrılıqçılıq”  suçlamalarıyla  qaralamaqdadır.  Gerçəkdə  isə 
Ġrandakı  bütün  etnik  qruplar  incələndiyində,  bu  gün  ayrılıqçı  hərəkatların 
bulunmadığı  və  tələblərin dil  və  mədəni  haqlarla  məhdud olub, bəkləntilərin Ġran 
üçün  ən  uyğun  idarə  biçimi  olaraq  görülən  federalizm  cizgisini  keçmədiyi 
anlaĢılmaqdadır. 
Etnosiyasi  bağlamda  ən  çox  azərbaycanlılar,  kürdlər  və  ərəblərin  
siyasiləĢmiĢ və səfərbər olmuĢ etnik qruplar olaraq önə çıxması bir faktdır. Çünki 
bu  etnik  qruplarda  tarixən  etnosiyasi  hərəkatlar  üçün  vacib  olan  siyasi  təĢkilat  və 
siyasi  aktyorların  var  olduğunu  görürük.  Bu  etnik  qruplar  arasında  ölkənin  ən 
böyük  etnik  qrupunu  Türk  soylu,  Ģiə  məzhəbindən  olan  azərbaycanlıların  təĢkil 
etdiyini,  sünni  məzhəbinə  mənsub  kürdlərin  ölkədə  mərkəzi  hökumətə  qarĢı 
mübarizədə etnik millətçilik acısından aktiv durumda olduqları, ərəblərin isə sayca 
kiçik  azınlıq  olduğuna  baxmayaraq,  özəlliklə  son  illərdə  ərəb  kökənli  aydınların 
fars  millətçiliyini  və  mərkəzi  hökumətin  etnik  siyasətini  hədəf  alan  sərt  tənqidi 
yazıları    ilə  diqqət  çəkdikləri  bir  faktdır.  Özəlliklə,  son  dövrdə  bəluçların 
aktivləĢdiyini  görməklə  yanaĢı,  bu  bölgədə  coğrafi  və  iqtisadi  Ģərtlər  səbəbiylə 
sadəcə terror aktlarının mobilizasiyası üçün yetərli olmadığı bəllidir. 
Ġranda  etnosiyasi  mobilizasiyanı  bəsləyən  etkənlərin  ilk  sırasında:  1)  etnik 
qrupların  bəlli  bölgələrdə  (özəlliklə  hüdud  bölgələrində)  cəmləĢmiĢ  olaraq 
yaĢaması; 2) bu qrupların yerləĢim bölgəsinin bitiĢiyində, hüdudun o biri tərəfində 
eyni  etnik  qrupdan  olan  əqrəbalarıyla  qonĢu  olması;  3)  bəzi  etnik  qrupların 
hüdudun  o  biri  tərəfindəki  əqrəbalarının  müstəqil  dövlətə  sahib  olması  (məsələn, 
azərbaycanlılar  və  türkmənlər);  4)  bir  çox  etnik  qrupun  (özəlliklə  azərbaycanlılar 
və kürdlər) keçən yüzildə etnosiyasi hərəkatlar baxımından tarixi təcrübə qazanmıĢ 
olması;  5)  etnik  hərəkətliliyin  basdırılıb  bəlli  aralıqlarla  yenidən  vüsət  alması 
Ģəklindəki sürəklilik göstərməsi; 6) son səksən ildə basqın etnik qrupun qullandığı 
çox mədəniyyətliliyi rədd edən, fars millətçiliyi təməlli Ģovinist bir söyləmin Ġran 
siyasi mədəniyyətinə damğasını vurması və b. gəlməkdədir. 
Ġranda  çevrə  üzərində  son  illərdə  dıĢ  faktorların  etkisinin  xeyli  artdığı 
görülməkdədir. Bu durum etnosiyasi mobilizasiya acısından aktiv olan bütün etnik 
qruplar  üçün  keçərlidir.  Ġrandakı  azərbaycanlılar  arasında  Quzeydən  gələn  yeni 
ideoloji  axımların  etkisi;  Türkiyə  və  Ġraqdakı  gəliĢmələrin  Ġrandakı  kürdlərin 
mobilizə  olmasındakı  qatqıları,  bəluçların  Pakistandakı  soydaĢlarının  ideoloji  və 
maddi  dəstəyi  ilə  son  illərdə  xeyli  aktivləĢməsi  və  Xuzistandakı  ərəblər  arasında 
Bəsrə  körfəzindəki  Ərəb  ölkələrinin,  bölgədəki  millətçi  təĢkilatları  maliyyə 
baxımından  dəstəkləmələrinin  etkisi  diqqət  mərkəzində  tutulması  gərəkən 
mövzulardır. 

34 
 
Etnik qrupların bu günün Ġranında  mərkəzə baxıĢı və rejimdən bəkləntiləri 
mövzusunu  anlamamız  üçün  son  illərdə  ən  çox  mobilizə  və  politizə  olmuĢ  etnik 
qrupların  incələnməsi  gərəkir.  Bu  məqsədlə  daha  öncə  də  bəlirtildiyi  kimi, 
azərbaycanlılar, kürdlər və ərəbləri tək-tək ələ almamız gərəkməkdədir. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin