GÜney azərbaycan



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix29.11.2016
ölçüsü2,8 Kb.
#462
1   2   3   4   5   6   7   8   9   ...   12

Güntay GƏNCALP 
Nokia, Finlandiya 
 
GÜNEY AZƏRBAYCAN MĠLLĠ HƏRƏKATI 
ÜZƏRĠNƏ FENOMENOLOJĠ YANAġMA 
 
“Güney  Azərbaycan”  söz  birləĢməsi  artıq  qəbul  edilmiĢ  bir  anlayıĢdır.  Bu 
anlayıĢın,  tarixi,  coğrafi,  siyasi  boyutları  var.  Bu  anlayıĢ  ətrafında  bir  sürü  sual-
cavab  bilgiləri  ortaya  çıxmıĢdır.  Bu  sual-cavab  dialektikası  bağlamında  istər-
istəməz  əqli  imkanlar  da  geniĢlənmiĢdir.  Əslində  isə  hədəfə  çatana  qədər  bu 
doğrultuda  tarixi,  coğrafi,  ədəbi,  sosioloji,  fəlsəfi  və  siyasi  qavramlar  o  qədər 
zənginləĢməlidir  ki,  onun  təsirindən  kənarda  qalmaq  mümkün  olmasın.  Bunun 
örnəyini biz Ġran, hətta dünya miqyasında görmüĢük. Soyuq savaĢ zamanında solun 
qavramları  o  qədər  zənginləĢmiĢdi  ki,  istər-istəməz  bir  cazibə  mərkəzinə 
dönüĢmüĢdü.  Bu  qavramların  bir  çoxunun  solla  heç  bir  iliĢkisinin  olmamasına 
baxmayaarq,  onlar  tərəfindən  mənimsənilmiĢdi.  Lenininst  solun  təməli  olmadığı 
üçün öz içindən çökmüĢdür.  Ancaq ulusal hədəflərin və istəklərin təməlli olduğu 
isbat  edilmiĢdir.  Ulusal  hərəkətin  bütün  bu  qavramlarla  zənginləĢmənin  yanı  sıra  
geniĢ  boyutlu  bilgi    içərisinə  girməli  və  birikilmiĢ  bilgiyə  görə  də  toplumsal 
davranıĢ sərgiləməlidir, deyə  düĢünürəm. Burada Trotskinin bir fikrinə dayanaraq 
görüĢlərimi 
davam 
etdirəcəyəm. 
Trotski 
deyir: 
“Toplumsal 
devrim 
gerçəkləĢdirmək  olanaqsızdırsa,    zaman  uyqarlıqda  (mədəniyyətdə)  devrim 
gerçəkləĢdirmək  gərəkir”.  Tam  bizim  tarixsəl  statumuzu  bəlirləyən  bir  görüĢ.  Bu 
gün  bəlli  nədənlərdən  dolayı  ulusal  yöndə  yurdumuzun  içində  devrim 
gerçəkləĢdirmək  olanağından  yoxsunuq.  Ancaq  önümüzdəki  zaman  dilimində 
uyqarlıq  planında  devrim  gerçəkləĢdirə  bilməzsək,  Ģübhəsiz  ki,  o  toplumsal 
devrimin  gerçəkləĢməsi  və  ulusal  haqlarımızın  həyata  keçməsi  də  çox  zor 
olacaqdır.  Bu  baxımdan  həm  dikey  (Ģaquli),  həm  də  yatay  (üfüqi)  gəliĢmələri 
həyata  keçirmək  ciddi  zərurətdir.  Dikey  gəliĢmə  düĢüncə,  bilgi  və  davranıĢ 
planında gerçəkləĢirkən, yatay gəliĢmə isə örgütlənmə və milli görüĢləri toplumun 
içində yaymaqla mümkün ola bilər. Daha doğrusu, dikey evrim (təkamül) düĢünsəl 
və yatay evrim isə siyasi planda baĢ verər. Dikey gəliĢmələri düĢüncə adamı ortaya 
qoyar. Çünki hər əsrdə bir neçə kiĢi düĢünər və qadınlar isə düĢüncə adamlarının 
düĢündüklərini  ya  düĢünərlər,  ya  da  uyqularlar  (tətbiq  edərlər).  Böyük  Fransa 
Ġnqilabı Volter, Russo və Didro kimi düĢünürlərin projesi idi. Dikey evrimi zehni 

54 
 
baxımdan  bir  çağdan  digər  çağa  keçiĢ  kimi  anlamalıyıq.  Buradakı  çağ  təqvim 
anlamında deyil, düĢüncə anlamında anlaĢılmalıdır. ġübhəsiz ki, bunun təməlində 
indiki zamanda çağdaĢlaĢma eyləmləri (fəaliyyətləri) durmaqdadır. Ġndiki zamanda 
çağdaĢlaĢanı  sağlamaq  çoğunluğun  görəvi  deyildir,  yaradıcı  azğınlığın  görəvidir. 
Bugünkü  milli  hərəkatda  əksik  olan  budur,  yəni  çağdaĢlaĢanı  sağlayan  yaradıcı 
azınlıq  əksikliyi  var.  Tarixin  də  yaradıcısı  və  yön  vericisi  bu  yaradıcı  azınlıqdır.  
BaĢqa dillərdə oxunsa da, öz dilində ciddi yapıtlar (əsərlər) yaradıb və bu vəsilə ilə 
milli ideyanı kitablaĢdırmaq ehtiyacı mövcuddur. Bu surəci mədəni inqilab olaraq 
tanımlayırıq.  
Bu  doğrultuda  Ģübhəsiz  ki,  bəzi  çalıĢmalar  gözə  çarpmaqdadır.  Ancaq  bu 
çalıĢmaların çoxu metodik və ya siyasidir. Fəlsəfi çalıĢmalara rast gəlmirik.  Oysa 
fəlsəfi  etkinliklər  dəyərlər  və  politik  etkinliklər  metodlar  üzərində  dururlar. 
Dəyərlər qalarğı və metodlar dəyiĢkəndir. Və ya metodlar daha tez və dəyərlər isə 
uzun zamanda transformasiyaya uğrarlar. 
Hər  kəs  bilir  ki,  biz  ulus  olaarq  islam  orta  çağında  yaĢayırıq.  Bu  günkü 
Ġranda  fərd  o  qədər  dəyərsizləĢdirilir,  kimliksizləĢdirilir  ki,  onun  özünə  etibarı, 
güvəni  və  öz  nəfsinə  inancı  qalmır.  Dehumanizə  edilən,  dövlətin  böyük  maddi 
imkanları  psixoloji  təbliğatı  vasitəsilə  heysiyyətsizləĢdirilən  insan  özünü  daima 
suçlu  aĢağılıq  kompleksi  içində  hiss  edər.  Dini  istibdad  bütün  dönəmlərdə  insanı 
dehumanizə edərək, onun Tanrı üçün yaĢadığı düĢüncəsini təlqin etmiĢdir. Belə bir 
toplumda və bireydə, əlbəttə ki, Ģəxsi hesiyyətin, milli kimliyin biçimlənməsi çətin 
iĢdir.  Bu  baxımdan  uzun  tarix  boyunca  kimliksiz  yaĢamağımızın  əsas 
səbəblərindən  biri  dini  istibdad  olmuĢdur.  Səlcuqlu,  Osmanlı,  Səfəvi 
dönəmlərindəki  dini  istibdad  milli  həyatımızı  dini  baxıĢlara  yem  etmiĢ,  türklüyü 
ərəb-fars kimlikləri yolunda qurbanlıq etmiĢdir. Belə bir toplum üzvləri, hətta bir-
birinə sayqılı davranmaqda çətinlik çəkirlər. Çünki kökü tarixin dərinliyinə uzanan 
milli  dayanıĢma  örnəyi  mövcud  olmamıĢdır,  dini  dayanıĢma  örnəyi  olmuĢdur. 
Çünki  davranıĢ  uzun  bir  təcrübənin  məhsuludur.  Bu  ortamda  modernitənin  bizim 
yardımımıza gəldiyini yazımın axıĢı içində anlatmağa çalıĢacağam. Yalnız belə bir 
vəziyyətdə  mühacirətin  ortaya  çıxıĢına  tanıq  oluruq.  Yəni  bu  istibdadın  əlindən 
qurtulmaq  üçün  mühacirət  etmək.  Gözümüzün  önündə  davam  edən  və  öz 
yaĢamımızda da tanıq olduğumuz üzrə mühacirət üç yöndə davam edir: 
1.  Beyinlərin  qaçıĢı.  Ölkəmizdə  öz  davranıĢları  və  bilgiləri  ilə  toplumu 
etkiləyə  biləcək  insanlara  elə  Ģərait  yaradırlar  ki,  ölkəni  tərk  etsin.  Bu  növ 
mühacirətlərin verimli olduğunun da bilincində olmalıyıq. Çünki dünyada bir çox 
devrimlərin  təməlini  mühacirlər  atmıĢlar.  Rusiyanın  aydınlanması  mühacirlər 
tərəfindən  gerçəkləĢmiĢdir.  Türkiyənin  aydınlanması  Osmanlı  zülmündən  və 
istibdadından  Batıya  qaçan  aydınlar  tərəfindən  gerçəkləĢmiĢdir.  Əlcəzair 

55 
 
inqilabının  düĢüncə  özəyini  yenə  də  mühacirlər  ĢəkilləndirmiĢdi.  Bu  örnəklərə 
tarixdə çox rastlanırıq.  
2. Ġkinci fərar növü toplumdan və toplumsal yaĢamdan qopub və içə dönük 
bir  həyata  qatılmaqdır.  Sufilik,  xanigahlara  sövq  edilmə,  xəyallara  sığınma  kimi 
həyat Ģəkli bunun açıq örnəyidir. 
3.  UyuĢdurucuya,  içkiyə  sığınma.  Bu  növ  fərar  Ģəklini  günümüzdə  Güney 
Azərbaycanda  görməkdəyik.  Hər  üçü  də  fars  millətçiliyi  mərkəzliyi  mərkəzli  Ģiə 
rejiminin ölkəmizdə uyğuladığı iqtisadi, siyasi və politikadan qaynaqlanmaqdadır. 
Bu vəsilə ilə fars Ģovinizmi bizim milli enerjimizi dejenerasiona uğratmaqdadır. Bu 
bağlamda Güney Azərbaycan milli məsələsini toplumsal bir hərəkat kimi ələ almaq 
ehtiyacı  ortaya  çıxır.  Toplumsal  hərəkatların  bəzi  özəllikləri  var.  Öncə  bunu 
bəlirtmək  gərəkir ki, toplumsal hərəkat iqtidarla  millət irtibatında ortaya çıxan bir 
fenomendir.  Biz  Ġran  miqyasında  bunu  çox  təcrübə  etmiĢik.  Daha  öncə  belə  bir 
görüĢ hakim idi ki, Güney Azərbaycanda Ġran miqyasında geniĢ çaplı və qapsayıcı 
hərəkatları  təĢkil  etmək  və  baĢa  çatdırmaqla  sosial  ədalət  ehtiyacını  bərtərəf  edə 
bilərik.  Ancaq  bütün  bunlardan  bir  nəticə  alınmadı  və  biz  həm  iqtisadi,  həm 
mədəni,  həm  də  siyasi  baxımdan  yoxsulluğa  uğradıldıq,  aldadıldıq.    Aldadıldıq, 
çünki toplumsal hərəkatların onurğasını oluĢduran milli məfkurədən məhrum idik. 
Bu  milli  məfkurəni  bizə  modernitə  və  qloballaĢma  ərməğan  etmiĢdir.  Biz  “sosial 
ədalət”  kimi  anlayıĢları  milli  zehnin  və  bilginin  iĢığında  aydınlığa 
qovuĢdurmamıĢdıq.  Elə  bir  aydınlanma  sürəcini  yeni  baĢlamıĢıq.  Toplumsal 
hərəkat  o  zaman  ortaya  çıxır  ki,  bir  təĢkilat  və  ya  seçkin  insanlar  toplumda  bəzi 
ünsürləri  reform  yolu  ilə  dəyiĢdirmək  və  ya  devrim  yolu  ilə  tamamilə  ortadan 
qaldırmaq  istəyirlər.  Bizim  ən  böyük  sorunumuz  tarix  boyu  bu  “bəzi  ünsürlər” 
olmuĢdur.  Biz  “nəyi  dəyiĢdirmək  və  nəyi  bütünü  ilə  ortadan  qaldırmaq  istəyirik” 
sualına  bu  günə  qədər  yanlıĢ  cavab  vermiĢik  və  bu  yanlıĢlıq  bizə  çox  baha  baĢa 
gəlmiĢdir. Milli kimliyimiz gözardı edilmiĢ və bir çox enerjili gənclərimiz bu yolda 
boĢuna  canlarını  fəda  etmiĢlər.  Fars  Ģovinizminin  isə  hakimiyyəti  bizim 
düĢüncəmizə,  duyğularımıza  və  coğrafiyamıza  davam  etmiĢdir.  Toplumsal 
hərəkatlar  bir  hədəf  doğrultusunda  baĢ  qaldıran  aksiondur.  Bu  aksion  istər  qalib 
olsun,  istər  məğlub  sosial  dəyərləri  və  qurumları  dərindən  etkilər.  Məsələn, 
M.Ə.Rəsulzadə  məğlub  edildi,  onun  siyasi  fəlsəfəsi  Azərbaycan  tarixinin  bağrına 
yazıldı.  Və  ya  Babək  qalasına  yürüĢ  əngəllənmiĢdir,  ancaq  eyni  gündə  millətin 
ağlında və duyğularında Babək qalasına yürüĢ ideyası yaĢayır. 
Bizim milli içərikli sosial hərəkatımız fars iqtidarının və bu min illik tarixin 
sorğulanması  ilə  eyni  zamanda  düĢüncə  həyatını  sürdürməkdədir.  Çünki  burada 
yalnız bir suçlu yoxdur, tək fars Ģovinizmi suçlu deyil. Bizi farslara təslim edən öz 
dəyərlərimiz  də  yarqılanmaqdadır.  Bizim  cəhalətimiz  üzərinə  inĢa  edilən  fars 
Ģovinizminin məĢrutiyyətini iki olqu sual altına aparmaqdadır: 

56 
 
1. Modernizm. 
2. Güney Azərbaycan əhalisinin oyanan milli vicdanı.  
Güney  Azərbaycan  milli  hərəkatının  dünyada  tək  müttəfiqi  var,  o  da 
modernitədir.  Günümüzdə  fars  Ģovinizmi  mərkəzli  Ģiə  rejimi  ilə  bizim 
hesablaĢmamız  necə  ola  bilər?  Bu  siyasi  düzən  dörd  böhranla  qarĢılaĢdığında 
ortadan qalxmıĢ olur. Nələrdir bu dörd böhran növü? 
1.  MəĢruiyyət  böhranı.  Yəni  hakim  dövlət  ideologiyası  və  dünyagörüĢü 
toplum  tərəfindən  qəbul  edilmir.  Dövlətin  rəsmi  dünyagörüĢü  üzərinə  fərqli 
təfsirlər  ortaya  çıxır.  Bizim  baxımımızdan  fars  rejiminin  Ġranı  yalnız  farslardan 
ibarət olaraq görmə görüĢü və Güney Azərbaycanı bağımsız bir olqu olaraq qəbul 
etməməsi Ģiddətlə rədd edilir. Rejimin dini müqəddərata sığınaraq qazandığı etibarı 
da  dərindən  sarsılmıĢdır.  Bu  arada  tarixi,  fəlsəfi  və  dini  planda  rejimin 
mövcudluğunu  sual  altına  aparan  ən  önəmli  Ģəxsiyyətlərdən  biri  Abdulkərim 
SoruĢdur. SoruĢun özəlliklə son yazıları fars Ģovinizminin dini əsaslarını dərindən 
sökməyə baĢlamıĢdır. Səfəvilərdən günümüzə qədər bizi farslarla bir inanc içində 
tutan  mövcud  inanıĢ  SoruĢ  tərəfindən  geniĢ  fəlsəfi  planda  soruĢdurmaya  tabe 
tutulmuĢdur.  Bu  baxımdan  SoruĢun  əsərləri  bizim  milli  hərəkata  enerji 
qazandırmaqdadır. SoruĢ və Nasir Purpirar özləri istəməsələr belə, Ġranda yaĢayan 
millətlərin milli mübarizələrinə  yardımda bulunmaqdadırlar. 
2.  Qatılım  böhranı.  Rejim  hər  dəfə  formal  olaraq  keçirdiyi  seçkilərdə 
qatılım böhranı ilə qarĢılaĢır. Güney Azərbaycanda əhalinin seçimlərə qatılmaması 
bir  rejim  dəyiĢikliyi  üzündən  deyil,  olmamalıdır.  Bu  kimlik  inĢası  doğrultusunda 
fars  Ģovinizmini  rədd  etmək  anlamındadır.  Güney  Azərbaycan  əhalisinin  rejimin 
seçki  kompaniyalarına  qatılmaması  dövlət  tərəfindən  çox  əndiĢə  ilə  qarĢılanır. 
Çünki örnəyin bu qatılmama farsların qatılmaması ilə eyni dəyərdə deyildir. 
3.  Tətbiqat  və  çözüm  böhranı.  Bu,  o  anlamdadır  ki,  rejim  göz  önündə 
bulunan  bir  çox  iqtisadi,  ictimai  sorunların  çözümündə  çarəsiz  qalır.  Güney 
Azərbaycandakı  iqtisadi  böhrana  rejimin  seyrçi  qalması,  ayrıca  uluslararası  enerji 
xasiyyəti  daĢıyan  bu  yurdların  yeraltı,  yerüstü  zənginliklərini  talaması  çox 
düĢündürücü  bir  gerçəklikdir.  Ulusumuz  get-gedə  bu  iqtisadi  sömürülmənin 
bilincinə varmaqdadır. 
4.  Kontrol  böhranı.  Kontrol  böhranı  geniĢ  anlamlı  bir  anlayıĢdır.  1) 
Hakimiyyətlər  içi  ziddiyyətlər  ortaya  çıxır  və  rejim  öz  içindən  bölünməyə  və 
qütbləĢməyə doğru gedir. 2) Rejim öz müxaliflərinin təĢkilatlanmalarını əngəlləyə 
bilməz duruma gəlir. 
Bunlar bir rejimin süqutunu sağlayan böhranlardır. Ancaq nə məĢruiyyət, nə 
qatılım,  nə  də  tətbiqat  və  çözüm  böhranı  bir  rejimi  yıxa  bilməz.  Bunlar  rejimin 
varlığına  təxrib edici zərbələr  vura  bilərlər, ancaq rejimi  yıxacaq  ən ciddi böhran 
kontrol  böhranıdır.  Son  zərbəni  vuran  kontrol  böhranıdır.  Bu  gün  Güney 

57 
 
Azərbaycanda  milli  hərəkatın  mübarizəsini  rejim  boğaraq,  öldürərək,  zindana 
salaraq  kontrol  edə  bilir.  Ancaq  zamanın  axıĢı  və  Güney  Azərbaycan  əhalisinin 
fikrən,  hissən  və  örgütlənmə  olaraq  daha  da  hazırlıqlı  duruma  gəlməsi  və  fars 
Ģovinizminin  dünyada  insan  haqlarına  sayğı  göstərməyən  dövlət  kimi  tanınması 
istər-istəməz kontrol məĢruiyyətini də dərinləməsi ilə meydana çıxacaqdır. Bundan 
sonra,  əlbəttə  ki,  Güney  Azərbaycan  Milli  Hərəkatı  da  yeni  bir  mərhələyə 
keçəcəkdir. ġovinizmin kontrol böhranı ortaya çıxdığı zaman bizim söyləmlərimiz 
dəyiĢəcəkdir.  
Güney  Azərbaycanda  nüfus  artıĢı  və  ĢəhərləĢmə  həyatı  ulusal  bilincin 
gəliĢməsinə  təsir  göstərən  vasitələrdən  biridir.  Ġnsanlar  Ģəhər  həyat  sistemində 
maddi  həyatı  kəĢf  edirlər.  Maldarlıq  və  tarım  kimi  iqtisadi  sistemdə  maddi  həyat 
ayrıntılı Ģəkildə kəĢf olunmur. Maddi həyatın kəĢfi bir Ģəhər olqusudur və ticarətlə, 
sənayeləĢmə və Ģəhər kültürü ilə bağlantılıdır. ġəhərlərdə siniflərin ortaya çıxıĢı və 
əhalinin  artıĢı  dünyadakı  hadisələrə  kollektiv  münasibətlərin  formasını  və 
məzmununu  dəyiĢdirir.  Daha  öncəki  dönəmlərdə  ən  çox  Təbriz  böyük  olayların 
mərkəzi olurdu.  Ancaq artıq Güney Azərbaycanın bir neçə Ģəhəri keyfiyyət uğruna 
mübarizə  aparacaq  kəmiyyətə  yüksəlmiĢdir.  Kənd  və  köçəri  həyatda  bu  fürsətlər 
mövcud  olmur.  Əski  hərəkatlarımızın  məğlubiyyətləri  Ģəhər  həyatının  çox  zəif 
olması  və  Ģəhər  əhalisinin  az  olmasından  da  qaynaqlanmıĢ  ola  bilər.  ġəhər  həyat 
sistemində  özəlliklə  proletar  sinfinin  milli  mübarizəyə  qatılması  çox  önəmlidir. 
Milli  iqtisadiyyat  və  sosial  ədalətdən  yana  olan  milli  mübarizənin  uğuru  bu  geniĢ 
təbəqəni öz içinə alması ilə kəskinləĢə bilər.  
Ancaq  bütün  sinifləri  içinə  ala  biləcək  bir  hərəkətin  geniĢ  fəlsəfi,  ədəbi, 
siyasi  qaynaqları  olmalıdır  ki,    bu  gün  bizdə  ən  ciddi  əksiklik  olaraq  gözə 
çarpmaqdadır.    1905-ci  ildə  Lenin  deyirdi:  “Sosialist  inqilabını  gerçəkləĢdirmək 
üçün  ədəbiyyatımız  yetərli  deyildir”.  ÇernıĢevski  kimi  sosialistlərin  və  özəlliklə 
Maksim Qorki kimi yazarların milləti hərəkətə gətirmək üçün çox təsiri oldu.  Bu 
gün bizim toplumumuz  üçün  də  bu sahədəki  məhrumiyyət  özünü açıqca göstərir.  
Hər Ģey siyasətlə anladılmaz. Güney Azərbaycanın öz içindən fıĢqıran böyük dram 
əsərləri, geniĢ miqyaslı bilgi bilirikmi, yeni musiqi əsərləri gərəkməkdədir. Əlbəttə 
ki,  bu  olaylar  mədəni  planda  gerçəkləĢərkən,  siyasi  planda  da  xəyali  realizmlə 
gerçək realizmin sınırlarını bəlli etmək gərəkəcəkdir. Bu açıdan toplumun ruhuna 
xitab  edən  söyləmlərlə  dıĢ  dünyaya  xitab  edən  söyləmlərin  məzmunu  üzərinə 
dərin-dərin  düĢünmək  lazımdır.  Bir  toplumun  iç  yaĢamının  dəyiĢməsi  əldə  etdiyi 
bilgilər  və  bu  bilgilərin  davranıĢlara  yansıması  ilə  mümkün  olur.  Bu  günə  qədər 
tariximizdə  inĢa  edilən  bilgilərin  bizdən  daha  çox  farslara  fayda  sağladığına  tanıq 
olmaqdayıq.    Özəlliklə  də  bu  bilgi  birikiminin  fars  dilində  gerçəkləĢməsi  bir 
Ģəkildə  millət olaraq beynimizi fars əsarətinə  soxmuĢdur. Bu üzdən bu dəyərlərin 
yenidən  dəyərləndirilməsi  və  gözdən  keçirilməsi  gərəkir.  Min  ildən  artıq  zaman 

58 
 
axıĢı  içində  ortaya  qoyulan  bilgilər  və  inanıĢ  Ģəklimiz  bizi  farslarla  bir  yerdə 
yaĢamağa  zorlamıĢdır.  Modern  dünya  və  onun  bilgiləri  bu  tarixə  “dur!” 
deməkdədir.  Ancaq  modernitənin  bilgilərini  Güneydə  yansıtacaq  əsərlər  lazımdır. 
Bir  sözlə,  bilgilərimizin  çağdaĢ  anlamda  kitablaĢması  zəruridir.  Bu  istək 
gerçəkləĢərsə,  insanlarımızın  beyni  və  dünyaya  baxıĢı  keçmiĢin  əsarət  doğuran 
çürük dəyərlərindən qurtulmuĢ olur. Həyatımızda etkin olan paradiqmaların yerini 
yeni  paradiqmalar  almalıdır.  Ġrandakı  iqtisadi  çətinlik,  millətin  yoxsul  yaĢaması 
inqilabi  hərkat  üçün  təkan  verə  bilər.  Lakin  bu  təkan  düĢüncə  mühiti  yarada 
bilməz, milli kadrlar və lider yetiĢdirə bilməz. 
DüĢüncə  də  təkbaĢına  milli  iradənin  gerçəkləĢməsinə  səbəb  ola  bilməz. 
Milli iradə zorla və polad iradə ilə gerçəkləĢir. Almaniyanın bütünlüyünü arzu edən 
Hegel deyirdi: “Almaniya ölkə deyildir. Bir insan topluluğu öz ərazi bütövlüyünü 
birlikdə  savunduğu  zaman  ölkəyə  sahib  olur.  Almaniyanın  birləĢməsi  heç  bir 
zaman  düĢüncənin  məhsulu  olmayacaq.  Almaniya  zorla  və  qətiyyətin  hesabına 
birləĢəcək.  Alman  xalq  kütləsi  fateh  bir  iradənin  tətbiqatı  nəticəsində  millətə 
dönüĢəcək, Almaniya ölkə olacaqdır”.  
Güney  Azərbaycan  milli  hərəkatı  təkamül  prosesində,  əlbəttə  ki,  öz 
Bismarkını  və  ya  Atatürkünü  yetiĢdirməlidir.  Bütün  bu  çalıĢmalar  o  milli  fatehin 
ordunun içindən ortaya çıxması üçün hazırlıqdır. 
 
Əlirza AMANBƏYLĠ 
Təbriz, Güney Azərbaycan 
 
ĠRAN ADLANAN ÖLKƏDƏ ĠġGƏNCƏ VƏ CƏZA ÜSULLARI 
 
Məlum  olduğu  kimi,  1979-cu  ildə  Ġranda  53  il  hakimiyyətdə  olan  Pəhləvi 
Ģahlıq  sülaləsinə  qarĢı  baĢda  Güney  Azərbaycan  türkləri  olmaqla  böyük  inqilab 
baĢlandı.  Hər  zaman  olduğu  kimi,  Güney  Azərbaycan  türkləri  Pəhləvilərin  qeyri-
fars  millətlərə,  özəlliklərə  türklərə  qarĢı  ədalətsizliyə,  ayrı-seçkiliyə,  iqtisadi  və 
sosial  problemlərə,  insan  haqlarının  pozulmasına  son  qoymaq  üçn  bir  ilə  yaxın 
Ġranın  bütün  Ģəhər  və  kəndlərində  kütləvi  mitinq  və  aksiyalar  davam  etdi.  ġah 
rejiminin  məmurları  hakimiyyəti  qorumaq  və  inqilabı  boğmaq  məqsədilə  odlu 
silahlardan atəĢ açaraq minlərlə insanı qətlə yetirdilər, lakin xalqın iradəsini sındıra 
bilmədilər və nəhayət Ģahlıq sülaləsi devrildi. 
Ġslam  dininin  pərdəsi  altında  hakimiyyətə  gələn  radikal  faĢist  molla 
hakimiyyəti  Ġranda  bütün  xalqlara  milli  azadlıq,  söz  və  qələm  azadlığı,  ədalət  və 
bərabərlik  vədləri  verərək  cinayətkar  hakimiyətlərini  möhkəmləndirdi  və  dərhal 
Ġraqla müharibəyə baĢladı. 

59 
 
Xalqa  verilən  vədlərə  əməl  olunmadığını  görən  siyasi-ictimai  Ģəxsiyyətlər 
və partiyalar molla hakimiyyətinin Ģah hakimiyyəti ilə heç bir fərqi olmadığını hiss 
edib  qanunların  icra  olunmasını  rejimdən  tələb  etməyə  baĢladılar.  Lakin  molla 
hakimiyyəti  bu  tələbləri  irəli  sürən  hər  bir  Ģəxsi  Allaha  qarĢı  çıxmaqda  ittiham 
etməyə baĢladı.  Bu bəhanə ilə diktator rejimə qarĢı olan hər bir Ģəxs savadsız  və 
canilərdən  ibarət  polis  və  təhlükəsizlik  məmurları  tərəfindən  həbs  olunaraq  ağır 
iĢgəncə  və  təzyiqlərə  məruz  qoyuldular,  qondarma  məhkəmə  qərarları  ilə  uzun 
müddətli  həbslərə,  edam  və  sürgünlərə  məhkum  edildilər.  1980-1988-ci  illər 
arasında  inqilab  iĢtirakçısı  olan  minlərlə  azadlıq  sevər,  vətənpərvər  gənc,  ya  Ġran-
Ġraq müharibəsində, ya da Ġranın həbsxanalarında öldürüldülər. Təxminən 6 milyon 
Ġran vətəndaĢı xarici ölkələrdə siyasi sığınacaq aldılar ki, onların əksəriyyəti Güney 
Azərbaycan  türkləridir.  Demək  olar  ki,  onların  böyük  əksəriyyəti  Ġran  adlanan 
ölkənin  təhlükəsizlik  və  polis  orqanlarında  ağır  iĢgəncə  və  təzyiqlərə  məruz 
qalıblar.  Xaricdə  mühacirətdə  olan  və  ya  hal-hazırda  Ġranda  yaĢayan  bu  rejimin 
müxaliflərinin  bildirdiyinə  əsasən  diktator  molla  hakimiyyətində  müxtəlif  növ 
iĢgəncə  üsulları  mövcuddur.  Bu  iĢgəncələr  müxaliflərlə  yanaĢı,  adi  insanlara  da 
tətbiq olunur. ĠĢgəncələr əsasən fiziki və ruhi üsullarla həyata keçirilir.  
Ġranın  təhlükəsizlik  orqanı  olan  ETTELAAT  təcridxanalarında,  polis 
idarələrində,  həbsxanalarda,  məscidlərdə,  digər  gizli  təcridxanalarda  insanlığa 
yaraĢmayan  müxtəlif  növ  iĢgəncə  faktları  ortaya  çıxıb  ki,  onlar  əsas  etibarilə 
aĢağıdakılardır: Edam iĢgəncəsi, daĢqalaq, Ģallaqlama, bədən əzalarının kəsilməsi, 
daxili orqanların çıxarılması, qol, qıç, bel və boyun sındırılması, kisəyə qoyularaq 
hündür binadan atılma, kiĢilərin xədim edilməsi, qadınların döĢlərinin və cinsiyyət 
üzvlərinin kəsilməsi və yandırılması, bədənin ütülənməsi, isti alətlərlə damğalama, 
göz  çıxarma,  diĢlərin  sındırılması,  saçların  yolunması  və  yandırılması,  zorlama, 
dəmir seyfdə saxlama, soyuq suda saxlama, havasız konteynerdə saxlama, ayaqdan 
asılma,  əlin  ayağa  qandallanması,  soyundurularaq  Ģaxtalı  havada  qolubağlı 
saxlama, məhbusun gözü qarĢısında ailə üzvlərinin döyülüb təhqir olunması və s. 
Edam.  Edamlar  çox  zaman  əhalini  xof  və  vəhĢətdə  saxlamaq  üçün 
insanların gözü qarĢısında həyata keçirilir. Edamlar ya qaldırıcı kran vasitəsilə, ya 
da  ənənəvi  dar  ağacı  üsulu  ilə  icra  olunur.  Qədim  üsulla  asılma  sistemində  asılan 
insan təxminən bir metr hündürlüyündə masa və ya stul üstünə çıxarılaraq boynuna 
ip salınır və ayağı altındakı masa, ya stul götürülür. Həmin Ģəxs qısa müddətdə iflic 
olaraq boğulub ölür. Son zamanlar Ġran  molla hakimiyyəti  edama  məhkum etdiyi 
məhbusa  əzab  vermək  üçün  qaldırıcı  krandan  istifadə  edir.  Qaldırıcı  kranla  asılan 
insan  bir  qədər  gec  və  əzabla  ölür.  Ġnsanları  bu  dəhĢətli  səhnələrə  zorla  tamaĢa 
etməyə  məcbur  edirlər.  Əhali  sıx  olan  yerlərdə  belə  edamlar  tez-tez  icra  olunur. 
Bəzi  hallarda  bir  insana  iki  və  ya  üç  edam  hökmü  verilir,  yəni  insan  asılır,  ölənə 
yaxın endirilir və yenidən asılır. 

60 
 
DaĢqalaq.  Bu  cəza  əsasən  qadınlara  verilir.  DaĢqalaq  cəzasına  məhkum 
edilən  qadın  geniĢ  bir  meydanda  belinə  qədər  yerə  basdırılır  və  ətrafa  toplaĢan 
məmurlar  tərəfindən  öncədən  gətirilmiĢ  daĢlarla  həmin  Ģəxs  ölənə  qədər  vurulur. 
Bu cəza çox zaman nigah olmadan cinsi əlaqəyə girən qadınlara verilir. 
ġallaqlama.  Molla  hakimiyyətində  Ģallaq  cəzası  ən  kütləvi  cəzalardan 
hesab  olunur.  ġallaq  cəzası  həm  həbsxana  daxilində,  həm  də  əhalinin  gözü 
qarĢısında  icra  olunur. ġallağa  məhkum edilən  Ģəxsin alt paltarından baĢqa  bütün 
geyimləri  çıxarılır,  üzü  üstə  uzadılır  və  təxminən  dörd  nəfər  bu  hökmü  icra  edir. 
Bir nəfər vurur, bir nəfər vurulan Ģallağı sayır və digər iki nəfər də Ģallaq vurulan 
Ģəxsi tutub saxlayır. ġallaq hökmü iki növ olur: yüngül və ağır zərbəli. ġallaqların 
sayı  ittihamın  yüngül  və  ağırlığından  asılı  olur:  ən  azı  40  zərbədən  360  zərbəyə 
qədər. Bu cəza üsulu əksər hallarda siyasi və ictimai ittihamlara Ģamil edilir. 
Bədən  əzalarının  kəsilməsi.  Bu  cəza  üsulu  adətən  oğurluq  edən  Ģəxsə 
tətbiq  olunur.  ĠĢgəncə  məhbusun  barmaq,  əl,  qol  və  ayaqlarının  iti  alətlə  (çox 
zaman balta ilə) kəsilməsi ilə həyata keçirilir. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin