Azərbaycanlıların etnosiyasi mobilizasiya
bağlamında analizi
Türkiyədən sonra dünyada ən böyük Türk topluluğunun yaĢadığı ölkə
Ġrandır. Ġrandakı Türk əhali Azərbaycanda sıx olmaqla birlikdə Ġranın digər yörə və
Ģəhərlərində də tez-tez rast gəlinir. Türk əhali daha çox Azərbaycan, Gilan,
Türkmən yaylası, Kirman, ġiraz, Ġsfahan, Həmədan, Xəmsənin və Savənin güneyi
ilə Tehranda yaĢamaqdadır (6, s.379).
Leon T.Hadar Andrey Alstadt: “Ġranda 20 milyondan çox azəri yaĢadığını
bildirmiĢdir” (7) A.Whitley isə “Ġranda ən az % 40 Türk ünsüründən bəhs edir (8).
Azərbaycanlıların böyük çoxluğunun yaĢadığı Güney Azərbaycan 107.000
kv.-lik bir sahəni qapsayan Təbriz, Ərdəbil, Xoy, Urmiya, Səlmas, Maku, Marağa,
Astara, Culfa, Mərənd, Xalxal, Soyuqbulaq kimi Ģəhər və qəsəbələri əhatə edir.
1978-ci ildən sonra Güney Azərbaycanda Türkcə bəzi yayın fəaliyyətləri
baĢlamıĢdır. Ancaq təhsil əvvəlki kimi farscadır (6, s.379).
BirləĢmiĢ Millətlər TəĢkilatı Etnik azınlıqlar – 1997 Raportu, Ġranda ən
böyük etnik qrupu təĢkil edən azərbaycanlıların əhalinin 23.500.000 (1997-ci il
üçün) olduğunu, yaxud toplam əhalinin %37.3-nü təĢkil etdiyini, habelə 290.000
ƏfĢar, 5.000 Aynalı, 7.500 Baharlı, 1.000 Mogaddem, 1.000 Bıçaqçı, 3.000 Qacar,
2.000 Qaragözlü, 130.000 ġahsevən (1993) oymağına mənsub əhali də əlavə
edilincə, toplam əhalinin 24.364.000 olduğunu, bölgəni Altay dil qrupuna aid
Güney Azərbaycan Türk bölgəsi olaraq tanımlamıĢdır (9). BirləĢmiĢ Millətlər
Etnik azınlıqlar – 2002 Raportunda isə Ġran içindəki azərbaycanlıların toplum sayı
30 milyon olaraq göstərilmiĢdir (21).
Əli Əl-Tai, azərbaycanlılar arasında 3 çeĢid kimlik Ģəklindən bəhs
etməkdədir: 1) özünü fars dilli aryan irqindən görərək, Türklüklə heç bir ilgisinin
olmadığını irəli sürən Türklər; 2) özünü Türk kimliyi ilə tanımlayaraq, Türk
dünyası birliyinə inanan pantürkistlər; 3) özünün fərqli bir millət olduğuna inanan
və Ġran içində muxtariyyət tələbində bulunanlar (5, s.113). Əl-Tainin bu üçlü
təsnifinə, özünü Ġran içində ən böyük etnik qrup və tarixən Ġranı yönəltmiĢ bir
millət olaraq görən, habelə tarixi ədalətin yerinə gətirilərək Türklərin yenidən
Ġranda hakim mövqeyə gətirilməsini istəyən bir kəsimi də diqqətə alsa, 4-cü çeĢid
hüviyətdən də bəhs edə bilərik.
35
Son illərdə azərbaycanlıların mərkəzlə olan rəqabətləri özəlliklə mədəniyyət
sahəsində daha çox hiss edilməkdədir. Azərbaycanlı aydınlar yerəl dillərində çox
sayda qəzet və dərgilər yayınlamaqdadırlar. Rejim radikal içərikli yazıları və yerəl
xalq arasında böyük oxucu kütləsinə sahib bir çox qəzeti qapatmıĢ, yayın
məhsullarını da mühakimə etmiĢdir. Bu cür qəzetlər arasında özəlliklə “Ümid-i
Zəncan”, “Nəvide-Azərbaycan”, “ġəms Təbriz” və b. diqqət çəkməkdədir. 1 may
2002 tarixində BMT Ġnsan Haqları Komissiyası Ġran üzrə özəl təmsilçisi Maurice
Coptron, Ġranı, qəzetçilərin və tələbələrin haqlarına təcavüz etdiyi, habelə
azərbaycanlıların assimilyasiyaya məruz qalaraq, öz dillərində təhsil almalarının,
uĢaqlarına Türkcə adlar verilməsinin əngəlləndiyi və bölgədəki Türkcə yer
adlarının farsca adlarla dəyiĢdirilməsi səbəbiylə qınadı (10, s.76).
Son dönəmdə Ġrandakı azərbaycanlılar üzərində dıĢ faktorların etkisi güclü
Ģəkildə hiss edilməkdədir. Quzey hüdudundakı müstəqil Azərbaycan
Respublikasının qurulması Ġrandakı azərbaycanlılar arsında etnik bilinci (Ģüuru)
gücləndirərək, etnosiyasi mobilizasiyanı sürətləndirmiĢdir. Yeni qurulan
Azərbaycan Respublikasında həm rəsmi səviyyədə, həm də sivil təĢkilatlar
səviyyəsində gəliĢdirilmiĢ olan Güney Azərbaycanın müstəqilliyi və iki
Azərbaycanın birləĢdirilməsi yönündəki söyləm, Quzeydə bu doğrultuda bir
birləĢməçi ideologiyanın və strateji hədəflərin ortaya çıxmasına səbəb oldu. Bu
yeni ideologiya qısa sürədə Ġranda da sürətlə yayılmağa baĢladı. Bakıda Ġrandakı
izləyici kütləsinə xitabən açılmıĢ “Sara” televiziya kanalı və b. kitab və yayınlar bu
cür birləĢməçi düĢüncələri dəstəkləməkdə idi. Qısa sürə sonra Bakıya Ġrandan
miqrasiya etmiĢ aydınların çeĢidli cəmiyyətləri fəaliyyətə baĢladı. Bunlar arasında
“Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı” (CAMAH), “Güney Azərbaycan
Aydınlar Birliyi” və “21 Azər” qrupu diqqəti çəkməkdədir. 1996-cı ildən etibarən
isə bu cür təĢkilatların həm Ġranın içində, həm də Avropa və Amerikada ortaya
çıxdığı görülməkdədir. 1995-ci ildə Ġran Məclis seçkilərində adaylığını qoyan Dr.
Mahmudəli Çöhrəqanlının Təbrizdə birinci turda yüksək səs toplamasının ardından
rejim tərəfindən ikinci tura qatılması əngəllənərək həbsə atılması və iĢgəncə
görməsi olayı Təbrizdə etitaz göstərilərinə səbəb oldu. Sonrakı illərdə ev həbsində
tutulan Çöhrəqanlı 2001-ci ildə ölkə dıĢına gedərək Güney Azərbaycan Milli
OyanıĢ Hərəkatını (GAMOY) qurdu.
2000-ci illərdə Avropa və Amerikada yaĢayan (çoxu Ġrandan getmiĢ)
azərbaycanlılar arasında da diaspor fəaliyyətlərinin artdığı görülməkdədir. 2002-ci
ilin yanvar ayında Dünya Azərbaycanlıları Konqresi (DAK) adından Əhməd Obalı
baĢqanlığındakı bir heyətin ABġ Departamentinin yetkililəri ilə görüĢdə, DAK
üzvləri 30 milyonu aĢqın azərbaycanlının haqlarının Ġran rejimi tərəfindən sürəkli
pozulduğu, dillərinin yasaq olduğu, Azərbaycan tarixi abidələrinin yıxıldığı,
36
mətbuat azadlığının qısıtlandığı və Azərbaycanların həbsdə iĢgəncə gördüyü və
öldürüldüyü mövzusunda bilgi verdilər (10, s. 67).
Bu gün azərbaycanlılar, Ġrandakı digər etnik qruplardan etnosiyasi hərəkatın
sürətlə mobilizə olması, gənclərin, özəlliklə universitet tələbələrinin bu hərəkatda
aktiv rol oynamaları və ən önəmlisi yerəl xalq arasında sürətlə artan kütlə
dəstəyinin geniĢliyi ilə seçilməkdədirlər. 1999-cu ildən etibarən xalqın Təbrizin
160 km uzaqlığındakı Kəleybərdə dağlıq bölgədə bulunan Babək qalasına (IX
əsrdə yaĢamıĢ Azərbaycan qəhrəmanının adı ilə bağlıdır) hər il düzənləməkdə
olduğu kütlə yürüĢü Azərbaycandakı etnosiyasi hərəkata yeni boyut qazandırmıĢdır.
Yerəl aydınlar dil, mədəni haqların yanında muxtariyyət tələblərini də tez-tez
gündəmə gətirməkdədirlər. Bu gün azərbaycanlı seçkinlərin bir qismi (inqilabdan
bu yana) ölkə idarəsində aktiv rol oynamaqdadırlar. Gələcək illərdə olası rejim
dəyiĢikliyi halında, azərbaycanlı seçkinlərin mərkəzi hökumətlə özdəĢləĢmiĢ
olması durumunun dəyiĢəcəyi, Ģoven fars söyləminə sahib yeni rejim tərəfindən
dıĢlanacağı olasıdır. Bu da ən böyük etnik qrup olaraq azərbaycanlıların gələcəkdə
Ġran içində həssas mövqeyə gələcəklərinə və mərkəzə qarĢı müxalifətdə baĢda
olacaqlarına iĢarət etməkdədir. Azərbaycandakı etnosiyasi hərəkatın nə yöndə
gəliĢəcəyi isə böyük ölçüdə mərkəzin etnik siyasətləri və yerəl təĢkilatlarla
seçkinlərin alacağı tövr və qərarlar doğrultusunda bəlirlənəcəkdir.
Kürdlərin etnosiyasi mobilizasiya bağlamında analizi
Ġran Kürdistanı, kürdlərin məskun olduğu ən böyük bölgələrdən biri olub
Ġraqın quzeyi, Türkiyənin güneyi, Suriyanın Ģərqinə qədər uzanmaqdadır.
Kürdlərlə dil və məzhəb sorunları azərbaycanlılardan və bəluçlardan daha öncə
siyasiləĢmiĢdir. Ġrandakı kürdlərin siyasi fəaliyyətlərinin boyutu və Ģiddəti Türkiyə
və Ġraqdakı kürdlərdən daha zəifdir. Bu ölkələrdəki kürd azınlıqla mərkəzi dövlət
arasındakı çatıĢma Ġrandakından daha Ģiddətli və bəlirgindir. Kürdlər daha çox
Ġranın qərbində, yəni Kürdistan vilayətində, qərbi Azərbaycanda və KirmanĢahda,
bir qismi də Ġranın Ģimal-Ģərqi Xorasan vilayətində məskundurlar. Ġran
Kürdistanının yüzölçümü 24998 kv.km-dir. KirmanĢah və Xorasandakı kürdlər,
Kürdistandakı kürdlərlə siyasi həmrəylik və birlikdəlikdən uzaqdırlar. Bunun da
baĢlıca səbəbi Xorasan və KirmanĢah kürdlərinin Ģiə məzhəbinə mənsub
olmalarından qaynaqlanmaqdadır (11).
Kürdlər, ümumilikdə, çox heterogen yapıya sahib bir topluluqdur. Dil, din,
məzhəb fərqliliklərinin yanında, kürdlərin çoxluğunun əĢirət yapısını sürdürərək,
icma-klan səviyyəsindəki bir yapıya sahib olduqları bilinməkdədir. Kürdcənin
fərqli bölgələrdə fərqli dil və ləhcələrdən ibarət olduğu, bəzi ləhcələrin (məsələn,
37
Havrami və Dimlli ləhcələrinin) Qərb araĢdırmaçıları tərəfindən kürd dillərinə aid
olmadığı bəlirtilməkdədir. Ancaq kürd aydınlar filologiya mövzularına çox önəm
vermədən, kürdlər arasındakı etnik həmrəylik duyğusuna üstünlük verməkdədirlər
(12). Eyni tablo Ġran kürdləri üçün də keçərlidir. Ġrandakı kürdlərin çoxunluğu
sünni məzhəbindən olmaqla birlikdə, özəlliklə KirmanĢah və ətrafındakı kürdlər Ģiə
məzhəbinə mənsub olub Ġranla daha çox özdəĢləĢmiĢlər. Ġrandakı kürdlərin bir
özəlliyi də gələcəyə yönəlik hədəf və strategiyaları ilə bağlı konkret görüĢlərdən
yoxsun olmalarıdır.
Kürdlər etnik açıdan heterogen olduqları kimi, tarixləri də dartıĢmalı
mövzuları ehtiva etməkdədir. Tarixçi David McDowal “Kürdlərin eyni soykökdən
gəldikləri anlamında etnik bir bütün təĢkil etdiklərini söyləmək son dərəcə Ģübhə
oyadıcı bir mövzudur” deməkdədir. Habelə, McDowal, Osmanlı-Səfəvi savaĢları
sonucunda (Osmanlılar Ġranla olan hüdud xəttinin güvənliyini təmin etmək
məqsədilə fərqli bölgələrdən gətirdikləri qarıĢıq etnik yapıya sahib qəbilələri
birləĢdirərək 16 kürd əmirliyi yaratmıĢlardı) kürdlərin yeni bir siyasi və mədəni
kimliyə sahib topluluq olaraq ortaya çıxdığını vurğulamaqdadır (13, s.8.).
Tarixi planda etniklərin formalaĢma sürəclərini incələyən A.Smith, özəlliklə
savaĢların bir çox yeni etnik topluluğun ortaya çıxmasında önəmli rol oynadığına
diqqət çəkərək, kürdlərin də bu savaĢlardan nəsibini aldığını ifadə etməkdədir.
AraĢdırmaçı “SavaĢın yalnızca savaĢan tərəflərdən deyil, aparıldığı torpaqlarda
bulunan üçüncü tərəflərdən də etnik topluluq çıxardığını, habelə kürdlərin,
ermənilərin, isveçlilərin, çexlərin və sikhlərin ortaq etniklik duyğularının ortalarına
düĢdükləri yabançı güclər arasındakı uzatmalı savaĢların etkisiylə təkrar-təkrar
billurlaĢdığını” irəli sürməkdədir (14, s.51).
Kürdlər arasında fərqli din və məzhəblərin varlığından söz edən Hamid
Əfəndi, Ġraq, Ġran, Türkiyədəki kürdlər arasında xristian, yəhudi, ZərdüĢt dininin
yanında sünni, Ģiə, yezidi məzhəbləri, Ġran və Ġraqdakı kürdlər arasında ələvi, əhli-
həq, nəqĢbəndi və qadiri məzhəbi mənsublarının olduğunu da bəlirtmiĢdir.
Ġraqdakı kürd əhali haqqında dəqiq bilgilər olmasa da, kürd və digər qaynaqlara
əsaslanaraq, 4-5 milyona yaxın və ya Ġran əhalisinin 8-10%-i qədər kürd əhali
olduğu təxmin edilməkdədir. 1986-cı ildə Ġranda keçirilmiĢ ümumi əhali sayımına
görə, Kürdistan vilayətinin əhalisi 1.078.415 nəfər olaraq bəlirlənmiĢdir (11, s. 81).
BirləĢmiĢ Millətlər TəĢkilatı Etnik Azınlıqlar 1997 Raportu isə Ġrandakı kürdlərin
toplam sayının 3.250.000 olduğunu, dillərinin Hind-Avropa dil qrupuna aid kürdcə
və ya digər alternativ adları ilə güney kürdcə, sorani, korkora, vava dili adlandığını,
habelə KirmanĢah və Mukri ləhcələrinin də olduğunu bəlirtmiĢdir (9).
Ġranda yaĢayan kürd əhalisinin bir özəllliyi də sürətli əhali artması səbəbiylə
baĢqa bölgələrə yayılma və demoqrafik olaraq geniĢlənmə meylliliyidir. Mövzu ilə
bağlı olaraq R.Blaga düĢüncəsini belə ifadə etmiĢdir:
38
“Etnik Kürdistanın önəmli özəlliklərindən birisi sürəkli olaraq güney və
doğuya doğru geniĢləməsidir. Özəlliklə Qərbi Azərbaycan ostanında, kürdlər
öncələri Ağrı Dağı-Zagros çizgisinin dağlıq bölgəsində yaĢarlardı. Ancaq
Qaraqoyunlu-Ağqoyunlu dönəmindən baĢlayaraq, XV yüzil və özəlliklə ġeyx
Übeydullah ayaqlanması və daha sonra Ġran-Rusiya savaĢlarını təqibən bölgədə
varlıqları hiss edilməyən kürd əhali, çox hızlı bir Ģəkildə artmıĢdır. Bir zamanlar
Türkiyə-Ġran hüdudunun sadəcə dağlıq bölgəsinə yerləĢən kürdlər artıq Maku,
Salmas, Xoy, Urmiya, Sulduz, Miyandab, Tikab, Sayınqala çizgisinin qərbindəki
ovalıqlara doğru yayılmıĢlardır. Ġran Ġslam Cümhuriyyəti dönəmində kürd
bölgələrinin geniĢlənməsi Ġran, Ġraq və Türkiyə kürd bölgələrində çıxan sürəkli
çatıĢma və huzursuzluklardan dolayı iç və dıĢ kürdlərin daha içlərə, Azərbaycan
torpaqlarına doğru yapdıqları köç ilə davam etməkdədir” (4, s.166).
Kürdcə, kürdlərə siyasi azadlıq qazandırmada önəmli bir faktordur. Kürdcə,
Ġrandakı farscanın bir qoludur, Hind-Avropa dil qrupuna daxildir. Bənzər
olmalarına baxmayaraq farslar kürdcəni anlamırlar. Kürd dilində çoxlu əski farsca
və pəhləvicə kəlmələr vardır.
Ġran Ġslan Ġnqilabının ardından Ġranda ilk etnosiyasi hərəkatı baĢladan
kürdlərin muxtariyyət tələbi ilə apardıqları aktiv mübarizə, rejimin silahlı basdırma
eyləmləri və Ġran-Ġraq savaĢının baĢlaması ilə birlikdə yavaĢlamıĢ, ĠKDP və
Komala kimi təĢkilatların liderləri və aktiv üzvlərinin ölkə dıĢına getməsi ilə
birlikdə xeyli zəifləmiĢdir. 1989-cu ildə Xomeyninin ölümünün ardından o ilin iyul
ayında Ġran dövlət yetkililəri ilə ĠKDP təmsilçiləri arasında ölkə dıĢında gizli barıĢ
görüĢmələri aparılmaqda idi. Rejim ilə radikal qruplar arasında havanı yumĢaltmaq
məqsədilə Vyanada aparılan bu görüĢmələr sırasında ĠKDP lideri A.Qasemlu
gözlənilməz bir Ģəkildə sui-qəsdlə öldürüldü. Maraqlıdır ki, bu sui-qəsd eyləmi
Qasemlunun Amerika səfərinin beĢ gün öncəsinə rastlaĢmıĢdı. 1991-ci ildə isə
ĠKDP-nin bir baĢqa lideri Sadiq ġereföz Berlində öldürüldü. 1992-ci ildə ĠKDP
baĢkanı Mustafa Hicri yayınladığı bəyanatda kürdlərin Ġrandan ayrılma istəyini
açıqca ortaya qoymuĢdur (11, s.104). Artıq 1993-cü ilə gəldiyində, Mc.Dowallın
da bəlirtdiyi kimi təĢkilatların aktiv üzvlərinin rejim tərəfindən sürəkli təqib, sui-
qəsd, tutuqlanması sonucu kürd hərəkatı çöküĢ nöqtəsinə gəlmiĢdi (13, s.277).
1945-ci ildə qurulmuĢ olan ĠKDP-nin yarım əsrlik bir sürə içində Ġran
kürdləri üçün bəlirləmiĢ olduğu hədəflər və qullandığı strategiyalar mövzusunun
qısaca incələnməsi, həm də Ġran Kürdistanında etnosiyasi mobilizasiyanın gəliĢim
sürəcinin, həm də ümumi olaraq Ġran içində etnosiyasi hərəkatların ortaya çıxıĢ
səbəblərinin anlaĢılmasında faydalı olacaqdır. 1945-1946 illəri arasında ĠKDP-nin
bəlirləmiĢ olduğu strategiya Ġran üçün demokratiya, Kürdistan üçün muxtariyyət”
Ģəklində özətlənmiĢdi. Bu hədəf doğrultusunda təĢkilatlanan partiya, Mahabad
Kürd Cümhuriyyəti qurulması ilə birlikdə qısa sürəli də olsa muxtariyyət istəyinə
39
çatmağı bacarmıĢdı. 1946-cı ildə cümhuriyyətin çöküĢündən sonra və 1953-cü ildə
yeni ümidlərlə dəstəklədikləri Müsəddiq hökumətinin çevriliĢlə düĢürülməsinin
ardından yer altına çəkilən ĠKDP-nin 1954-cü ildə keçirilən bir konfransında
partiyanın yeni öncəlikləri: “monarxiyanın yıxılması, öz xalqının seçdiyi hökumətə
sahib kürd idarəsinin qurulması və bütün Kürdistanın qurtuluĢu” (13, s.251)
Ģəklində sıralanmıĢdı. ĠKDP-nin 1954-cü il proqramı, 1945-ci ildəkinə görə daha
radikal bir cizgiyə keçdiyini ortaya qoymaqdadır. Bu da mərkəzin tətbiq etdiyi
hərbi eyləmlər və basqıçı siyasətlər sonucu çevrənin radikallığa yönəlməsinin bir
örnəyidir. Sonrakı illərdə ĠKDP üzvləri hərbi yöntəmlərə baĢ vuraraq, Ġranlı
güclərlə uzun sürə savaĢdılar. 1973-cü ildə ĠKDP-nin III Qurultayında “Ġran üçün
demokratiya, Kürdistan üçün muxtariyyət” Ģüarı yenidən qəbul edilərək, formal
olaraq hərbi eyləmlərin davam etdirilməsi qərara alındı. Ġnqilabın baĢlaması ilə 30
illik yeraltı həyatının ardından açıq fəaliyyətə keçən ĠKDP-nin yeni strategiyası
federal Ġran içində tək birim altında birləĢmiĢ Kürdistan üçün muxtariyyət tələbi
Ģəklində ifadə edilmiĢdi. Siyasi muxtariyyəti içərən bu avtonom yapı içində kürdlər
iç iĢlərində və bölgə idarəsində hegemon olmaqla birlikdə, Tehranın xarici iĢlər,
maliyyə, müdafiə və ordu üzərində kontrolu nəzərdə tutulurdu. Ġnqilabdan sonra
kürd etnosiyasi hərəkatının bölgədə qanlı çatıĢmalarla basdırılmasının və ĠKDP
üzvlərinin Ġraqa keçməsinin ardından yenə uzun illər sürəcək partizan savaĢları
dönəmi baĢladı. Bu da kürd bölgələrinin militarizə olması və kürd xalqı içində
millətçi duyğuların kök salması ilə sonuclandı. Mərkəz-çevrə münasibətləri
bağlamında isə hərbi eyləmlərin mərkəzə, problemlərin çözümünü ertələməkdən
baĢqa uzun vədəli qazanc gətirmədiyi kimi, çevrə üzərində də yıpradıcı (aĢındırıcı)
etki yaratdığı açıqca ortadır. Bu səbəblə, ĠKDP 1993-cü ildə partizan savaĢında
zəfər çalacaqlarına dair inam və bəkləntilərinin qalmadığı yönündə bəyanatlar
yayınlamıĢdı. ĠKDP-nin 3 iyul 2004 tarixində keçirilən XIII qurultayında
partiyanın “Ġran üçün demokratiya, Kürdistan üçün muxtariyyət” Ģəklində
özətlənmiĢ əski strategiyasının dəyiĢdirilərək, yeni strategiyasının “Ġran üçün
demokratik, federal və plüralist sistem və bu sistem içində Kürdistan xalqının milli
haqlarının təmin edilməsi” olaraq bəlirləndi (20). ĠKDP-nin yeni strategiyasının
yeni dönəmdə partiyanın Ġranda federal yapının yaradılması üçün çalıĢacağını
ortaya qoymaqla birlikdə, Kürdistan üçün nə cür bir idarə biçimi hədəflədiklərinin
bəlirsiz olduğunu da göstərməkdədir. Habelə, yeni strategiya, mərkəz-çevrə
münasibətləri bağlamında incələndiyində, çevrənin yeni dönəmdə mərkəzdəki
rejim dəyiĢikliyini yeni ümid və bəkləntilərlə arzuladığını və Ġran üçün tək çarə
olaraq görülən plüralizm, demokratiya və federallaĢma istəyinin yeni dönəmdə
gerçəkləĢdiriləcəyinə inandığını da ortaya qoymaqdadır.
Son illərdə Ġrandakı kürd etnosiyasi hərəkatı açıq çatıĢma sahəsindən
çıxaraq gizli dirəniĢ mərhələsində davam etməkdədir. Bu mərhələni xarakterizə
40
edən bir baĢqa özəllik isə əski dönəmlərdən fərqli olaraq Ġrandakı kürd qrupların
getdikcə Ġran dıĢındakı digər kürd qruplarla iĢbirliyinə girmə giriĢimlərinin artdığı
yönündəki bəlirtilərdir. Məs, PKK Ġran içində fəaliyyət göstərən “Xabat” adlı bir
qrupa sahibdir. Habelə, Ġranlı kürdlər Ġraq içində kiçik bir hərbi bazaya sahibdirlər.
Ġran Kürdistanı son illərdə ən çox əhali gələn bölgələrdən biri halına
gəlmiĢdir.
Ġllərcə
Türkiyədə və Ġraqda çatıĢmaların yaĢandığı bölgələrdən qaçan kürdlər daha çox
Ġran Kürdistanına yerləĢmiĢlər. Bu durum bölgədəki kürdlərin həm əhalisinin
çoxalmasına, həm də Ġran dıĢındakı kürdlərlə qaynaĢmalarına səbəb olmuĢdur.
1997-ci ildə keçirilmiĢ prezident seçkilərində Ġrandakı kürdlərin 75%-dən
çoxu səslərini reformist namizəd Məhəmməd Xatəmiyə vermiĢlər. 2000-ci ildə 18
kürd millət vəkili Ġran məclisinə girməyi baĢarmıĢdır. Bu seçkilərin ardından iki
kürd bölgəsindəki seçki sonuclarının Qoruyucular Qurulu tərəfindən (ġura-yi
Nigahban) ləğv edilməsi olayının Kürdistan əyaləti valisi Abdullah Ramazanzadeh
tərəfindən protest edilməsi üzərinə qurul, onun haqqında “yalan xəbərlər yayma”
iddiası ilə tutuqlama qərarı vermiĢdir. Kürdlərin çoxu hələ konstitusiyanın etnik
haqlarla bağlı maddələrinin yaxın zamanda tətbiq olunacağı ümidini
daĢımadadırlar. Mart 2002-ci il tarixində Kürdistan əyalətini Məclisdə təmsil edən
kürd millət vəkillərinin hamısı kürdlərə və sünnilərə qarĢı ayrımçılığı protest etmək
məqsədilə millət vəkilliyindən istefa etmiĢlər. 1998-ci ildə sakit keçən illərin
ardından ilk dəfə Sənəndəcdə və Urmiyada Öcalanın tutuqlanması olayını protest
etmək və Türkiyədəki kürdlərlə həmrəylik sərgiləmək məqsədiylə göstəriĢlər
keçirildi. Göstərilər sırasında polis qüvvələri ilə çatıĢmalar çıxdı və və bu
çatıĢmada ölən və yaralananlar oldu. ÇatıĢmaların çıxmasında bölgənin iqtisadi
geriliyi və iĢsizlik sorunu, habelə bir neçə sünni məscidin qapadılması olayı da
etkili olmuĢdur. Mucteba Maksudinin də bəlirtdiyi kimi “bu olay kürd probleminin
nisbi susqunluq halında olduğunu və bir qığılcımla yenidən alovlana biləcəyini”
(15, s.312) göstərmiĢdir.
Ərəblərin etnosiyasi mobilizasiya bağlamında analizi
Xuzistan bölgəsi Ġranın cənub hüdudunda yerləĢməsi və Bəsrə körfəzindəki
digər ərəb ölkələrinə coğrafi yaxınlığı səbəbiylə Ġran üçün hər zaman sorunlu bölgə
olmuĢdur. Əyalətdəki Ərəb əhalinin sıxlığı və zəngin neft qaynaqları bölgənin
stratejik önəmini daha da artırmaqdadır. Ġran-Ġraq arasındakı hüdud xətti 1336 km.
uzunluğundakı ġartül-Ərəb çayı boyunca uzanır. 1980-ci ildə Ġraqın ġartül-Ərəb
çayını keçərək bölgə üzərində haqq iddia etməsi iki ölkə arasında 8 il sürəcək
savaĢı da baĢlatdı. SavaĢdan sonra Ġslam Ġnqilabının ixracından çəkinən Ġraq və
41
Bəsrə körfəzindəki digər ərəb ölkələri bölgədəki millətçi qrupları maliyyə
baxımından dəstəkləməyə davam etmiĢlər (15, s.364).
Xuzistanda neftin kəĢfindən və Abadanda Neftayırma Zavodu qurulmadan
öncə bölgə əhalisinin çoxunluğu ərəblərdən ibarət idi. Ancaq bölgəyə köç
dalğasının sürətlənməsi ilə birlikdə Xuzistanın əhali yapısı da dəyiĢimə uğramıĢdır.
Xuzistan bölgəsi əhalisinin sırf ərəblərdən ibarət olduğunu söyləmək doğru olmaz.
Ərəblərin yanında bu bölgədə qaĢqaylar, lorlar, əfĢarlar və b. qəbilələr yaĢayırlar.
Ərəblər əsasən Xuzistan və BuĢehr ostanlarında, habelə qonĢu ostanlar –
Hürmüzgan Fars, Boyer Əhməd və Çahalmahalda, habelə dağınıq olaraq Ġlam,
Kirman, Xorasan, Tehran və Semnan ostanlarında məskundurlar. Xuzistan
ostanında yaĢayan ərəblər Bəsrə körfəzi, güneydə Mərhələnd Ruddan (ġartül-Ərəb)
quzeydə ġiĢ Ģəhərinədək uzanan bölgədə lor bəxtiyarilərinin qərbində yerləĢmiĢlər.
R.Blaga, dəqiq olmamaqla birlikdə Ġrandakı ərəblərin sayının 400.000-1.200.000
olduğunu bəlirtmiĢdir (4, s. 333). Ərəb qaynaqları isə ərəb əhalinin 2.000.000 –
2.500.000 olduğunu irəli sürürlər.
Yusuf Bənitorof, ġeyx Xəzəl üsyanının bastırılmasından bu günədək ərəblər
arasında 3 cərəyanın mövcud olduğunu bəlirtmiĢdir: 1) istiqlalçılar; 2) Xuzistan
ərəblərinin baĢqa ərəblərlə birləĢməsi tərəfdarları; 3) Muxtariyyət yanlıları, yəni
Ġranın içində avtonomiyadan yana olanlar. Ġkinci cərəyan tərəfdarları yox deyəcək
qədər azdır. Ġstiqlal tərəfdarları olmuĢdur və hələ də mövcuddur. Abdel Naserin
öndərliyindəki Ərəb Millətçiliyi Ərəb ölkələrində milli oyanıĢa səbəb olduğu kimi
Xuzistan ərəbləri üzərində də etkili olmuĢdur. Bunun sonucunda Al Cibhe Tahrir
Ərəbistan (Ərəbistan Azadlıq Cəbhəsi), Al Cibhe al Şabiye Tahrir al Ahvaz
(Əhvazın Azadlığı Uğrunda Xalq Cəbhəsi) və Al Harəke al Suriye al Demokratiye
(Ġnqilabçı Demokrat Hərəkatı) kimi təĢkilatlar ortaya çıxdı (16).
Bənitorof, Ġslam Ġnqilabından sonra Xuzistan ərəbləri arasındakı çeĢidli
cərəyanları belə təsnif etməkdədir:
“Ġstiqlalçı və ayrılıqçı cərəyanın həm ölkə içində, həm də ölkə dıĢında
tərəfdarları vardır. Demokratik rejim iĢ baĢına gəldikdən sonra ərəblər milli
haqlarına qovuĢacaq və dolayısıyla ayrılıqçı fikirlərdən vaz keçəcəklər. Milli
məsələnin çözümündə ən məntiqli yol olaraq görünən üçüncü cərəyan – avtonom
idarədən yana olanlar çoxunluqdalar. Avtonomiyanın növü və hüquqi bağlamda
yapısı bir neçə faktorla yaxından bağlıdır. 1) Ərəblərin milli haqları digər milli
azınlıqlar olan türklər, kürdlər və b. ilə eĢit olmalıdır. 2) Hüdudları içində yaĢayan
milli azınlıqlara bütün milli haqlarını tanımıĢ olan ölkələrin təcrübələrindən
yararlana bilərik. 3) Ərəbcə təhsilin (ilk, lisə və universitet səviyyəsində) yanında
farscanın ikinci dil, təhsil dili olaraq qəbul edilməsi; Ərəbcə basın və yayın;
Məhkəmələrdə farsca bilməyənlərin ərəbcə danıĢa bilməsi; yerəl idarələrdə əhali
oranına görə təmsilin sağlanması; bölgənin idarə Ģəkli, büdcəsi, ordu məsələsi,
42
muxtariyyətin qapsamı və b. xüsuslar baĢqa ölkələrin təcrübələrindən yararlanaraq
təyin edilməlidir” (16).
Bu gün etnosiyasi mobilizasiyası davam edən Xuzistan ərəbləri, mərkəzə
qarĢı siyasi, iqtisadi və mədəni sahələrdə rəqabət içindədirlər. Nurullah Qeysəri,
mövzu ilə bağlı olaraq Xuzistan əyalətindəki sorunları incələmiĢ və bu sorunları
dörd sahə içində toplamıĢdır:
1. Sosial sorunlar: əhalinin sıxlığı, sağlıq sisteminin yetərsizliyi, evsizlik
sorunları, iqlimin olumsuz Ģərtləri və imkanların qısıtlı olması, gənclər arasında
narkotik bağımlılığı, iĢsizlik və b.
2. Mədəni sorunlar: təhsil imkanlarının yetərsizliyi və məktəblərin və
universitetlərin sayının azlığı, müəllim yetərsizliyi,
3. Siyasi sorunlar: bölgə idarəsinin sorunlara duyarsızlığı, qanunsuzluq,
ədalətsizlik, dövlət idarələrində rüĢvət,
4. Ġqtisadi sorunlar: iqtisadi krizis, gəlir azlığı, bahalıq, peĢə sahələrinin
darlığı, bölgəyə yatırım əksikliyi və b.
Habelə, Qeysəri, ərəblər arasındakı sorunları faizlə ifadə edərək, bu
sıralamanı etmiĢdir. Bu sıralamaya görə: 1-cı sırada 88.7% oranla sosial sorunlar,
2-ci sırada 65.5% oranla iqtisadi sorunlar, 3-cü sırada 40.2% oranla mədəni
sorunlar və 4-cü sırada 34.5% oranla siyasi sorunlar yer almaqdadır (17, s.62).
Mocteba Maqsudi, Xuzistan ərəblərinə aid təĢkilatları təsnif edərkən, dini
və dini olmayanlar olmaq üzrə iki cür təĢkilatdan bəhs etməkdədir. AraĢdırmaçı,
dini olmayan təĢkilatlara İttihadiyeyi Arabi Xüzistan (Xuzistan Ərəb Birliyi),
Combuşi Nasiyaalisti Arab (Ərəb Millətçi Hərəkatı), Cəbheyi Tahriri Xuzistan,
Fedayani Xalg və Hizbi Kargarani Sosyalisti (Sosialist Fəhlələr Partiyası)
təĢkilatını örnək göstərməklə birlikdə, bu təĢkilatların inqilabın ilk aylarından
etibarən açıq fəaliyyət göstərdiyini, ancaq Ġran-Ġraq savaĢının baĢlaması ilə bir
çoxunun gizli fəaliyyətə keçdiyini bəlirtməkdədir. Dini təĢkilatlara Sazmani Siyasi
Arabi Müsəlmanı (Müsəlman Ərəblərin Siyasi TəĢkilatı) örnək olaraq göstərən
Maqsudi, bu təĢkilatın Xuzistan ərəblərinin haqlarının geri verilməsi tələbində
bulunduğuna, habelə Cümhuriyyətin qurulduğu dönəmdə Xubriqan Məclisinin
(Uzmanlar məclisi) qanuni olmadığı fikrini də uzun sürə müdafiə etdiyinə də
diqqət çəkməkdədir. Al Cibhe Tahrir Ərəbistanın (Ərəbistan Azadlıq Cəbhəsi)
uzun illər Ġraq tərəfindən dəstəkləndiyini irəli sürən araĢdırmaçı, təĢkilatın
liderlərinin Xuzistan üçün istiqlal tələb etdiklərini və bölgənin adını da Ərəbistan
olaraq dəyiĢdirdiklərini bəlirtmiĢdir. Bölgədəki əĢirət rəislərinin bir qismi
tərəfindən də dəstəklənən təĢkilat, inqilabdan sonra fəaliyyətlərini geniĢlətmiĢ və
bir çox üzvü rejim tərəfindən yaxalanaraq edam edilmiĢdir (15, s.357).
Xuzistan ərəblərindən olan araĢdırmaçı Ali Əl-Tai çağdaĢ Ġranda etnik
haqlar mövzusunu ələ alaraq, dövlətin rəsmi dil siyasətini tənqid etməkdədir. Əl-
43
Tai, Ġranda dini azınlıqların mədəniyyətlərini öz dini dillərində yaĢama azadlığına
və özəl məktəblərdə öz dillərində təhsil haqqına sahib olduqları halda, etnik
azınlıqların bu haqdan yoxsun olduğunun altını cızır. AraĢdırmaçı, Ġranda
uyğulanan rəsmi dil siyasətinin yaratdığı çəliĢkili durumlara bir baĢqa örnək olaraq
da ərəb dili ilə bağlı soruna diqqət çəkməkdədir. Ərəb dilinin Ġran Ġslam
Cümhuriyyətinin rəsmi din dili olması səbəbiylə universitetlərdə və dini
məktəblərdə öyrədilməsinə qarĢın, Xuzistan əyalətində ərəb dilinin, rəsmi dil olan
farscanın yanında ikinci dil olaraq oxudulmasının əngəllənməsinə anlam verə
bilməyən Əl-Tai, ərəbcənin islam dininin dili olması səbəbiylə və dini azınlıqlara
tanınan haqq qapsamında ərəb bölgələrində ikinci təhsil dili olaraq istifadə
edilməsini tələb etməkdədir. AraĢdırmaçı ana dilləri olan ərəbcədə təhsil ala
bilməyən gənclərin öz dillərində danıĢa bilmədikləri və bu üzdən dini kimliklərinin
də pozulduğunu irəli sürməkdədir (5, s.114).
Bu gün aktivliyi ilə diqqət çəkən təĢkilatlardan biri də Cəbhəyi Demokratike
Merdomiye Xalqe Arabe Ahvaz (Ərəb Demokratik Xalq Cəbhəsi) təĢkilatıdır.
TəĢkilatın 8 iyul 2004-cü il tarixində yayınlanmıĢ bildirisində 8 iyul 1999-cu il
Tehran Tələbə Hərəkatının V ildönümü dolayısıyla Ġranda demokratiya uğrunda
mübarizə edən öyrənciləri dəstəklədiyi bəlirtilərək, bütün mübarizəçiləri son əngəl
ortadan qalxıb hürriyət əldə edilincəyə, Ġranda məhrumiyyət altındakı bütün xalqlar
azadlıqlarına qovuĢuncayadək mübarizələrini davam etdirməyə çağırmıĢdır.
Bildirinin sonunda “Məhv olsun Velayati-Fəqih diktatorluğu! YaĢasın, döyüĢən
universitet öyrənciləri” Ģüarları yer almaqdadır (18).
Son illərdə Xuzistan ərəbləri arasında etnosiyasi mobilizasiyanın diqqət
çəkən bir özəlliyi də Xuzistan intelligensiyasının etnik mövzulara həssasiyyəti və
toplumsal sorunlara aktiv yaxlaĢımı ilə bağlıdır. Ərəb aydınlarının Ġran basınında
etnik mövzularla əlaqədar dartıĢmalara aktiv bir Ģəkildə qatılmaları, habelə rejimin
etnik qruplara yönəlik siyasətlərini tənqid edən ərəb əsilli yazarların sayının
çoxluğu və əsərlərinin bolluğu və bu mövzuda digər etnik qruplara mənsub
mələkdaĢlarından xeyli irəlidə və daha radikal cizgidə olmaları da bu təsbiti
dəstəkləməkdədir. Ərəb kökənli aydınlar arasında Y.Bənitorof, N.Purpirar, R. Əl-
Tai və b. diqqət çəkməkdədir.
Çevrədəki etnik qruplarla bağlı bir ümumiləĢdirmə etsək, 1) Ġrandakı bütün
etnik qrupların etnik bilincinin yüksəldiyi və etnik kimliyinin politizə olmağa
davam etdiyi; 2) ölkə içində etnik partiyaların və baĢqa təĢkilatların fəaliyyətinin
yasaq olması səbəbiylə etkinliklərini ölkə dıĢında sürdürən təĢkilatların tələblərini
federalizm üzərində yoğunlaĢdırdıqları diqqətə alındığında istifadə etdikləri kimlik
strategiyalarının dıĢlayıcı olmadığı; 3) sorunlara barıĢcıl yollarla çözüm tapmağı
hədəflədikləri; 4) muxtariyyət yanlısı tələblərin dilə gətirildiyi; 5) Azərbaycan
44
örnəyində də görüldüyü kimi, barıĢcıl göstərilərin keçirildiyi və Ģiddət
yöntəmlərinə, radikal hərəkətlər baĢ vurulmadığı görünməkdədir.
Bu gün Ġranın yeni bir dönəmin ərəfəsində olduğunu söyləyə bilərik.
Mövcud rejimə qarĢı toplumsal müxalifətin getdikcə böyüməsinin yanında çevrədə
bölgəçilik eyilimlərinin sürətləndiyi, etnik haqlarla bağlı tələblərin sıxlıqla dilə
gətirildiyi görülməkdədir. Bu günki durum daha öncəki etnosiyasi hərəkatlarla
qarĢılaĢdırıldığında, çevrədə etnik bilincin xeyli yüksəldiyi, etnik qrupların daha
öncəki praktikadan yaxĢı təcrübə qazandığı, ölkə dıĢında aktiv fəaliyyət göstərən
təĢkilatların yarandığı görünməkdədir. Son bir ildə Tehranda baĢ verən olaylar və
YaĢıllar hərəkatına qatılmada etnik qrupların istəksiz davranmaları, bu qrupların öz
enerjilərini rejim içindəki qalmaqal üçün sərf etməyə meylli olmadıqlarını, tam
tərsinə enerjilərini öz amal və hədəfləri üçün qoruduqlarını da açlıqca ortaya
qoymuĢdur.
Dostları ilə paylaş: |