Dr. YaĢar KALAFAT
Arif KƏSKĠN
ĠRANLILIQ PARADĠQMASININ ÇÖKÜġ
PROSESĠ VƏ GÜNEY AZƏRBAYCAN MĠLLĠ
HƏRƏKATININ YÜKSƏLĠġĠ
GiriĢ
Ġran, Türkiyədən sonra türklərin sayca ən çox məskun olduğu ölkədir.
Təxminən 70 milyon əhaliyə sahib olan Ġranın 35 milyon türk toplumunu əhatə
etdiyi təxmin olunmaqdadır. Ġran türklərini – Azərbaycan türkləri, türkmənlər,
xalaçlar, qaĢqaylar və qazaxlar təĢkil etməkdədir. Ġran türkləri içərisində
Azərbaycan türkləri 30 milyonla ən geniĢ türk topluluğudur. Ġran sərhədləri
içərisində olan Azərbaycan siyasi ədəbiyyatda Güney Azərbaycan olaraq
adlandırılmaqdadır. Güney Azərbaycan ərazisi Quzey Azərbaycan Cümhuriyyəti
və Türkiyə sərhəddindən baĢlayaraq 250.000 km.-lik bir yüzölçümü ilə Ġranın
mərkəzinə qədər uzanmaqdadır. Ġrandakı azərbaycanlılar (Güney Azərbaycan)
sahib olduqları siyasi, (hakimiyyətin sürəkli türklərin əlində olması) sosial-mədəni,
iqtisadi, əhali geopolitik məsələ etibarı ilə Ġrandakı dəyiĢimlərdə ciddi rol
oynamıĢlar. ÇağdaĢ tarixdə Güney Azərbaycan Ġran modernləĢməsinin təməl daĢını
təĢkil etmiĢdir. Güney Azərbaycan Osmanlıdan aldığı anayasa, məĢrutə və məclis
qavramlarının Ġrana daĢıyıcısı olmuĢdur. Bundan əlavə, Qafqaz ilə həmsərhəd
olduğu üçün Rusiyada cərəyan edən sol və sosial-demokrat təmayülün Ġran
içərisinə girməsinə səbəb olmuĢdur. Bu səbəbdən Ġranda ilk nəĢriyyat, qəzet,
modern məktəb, modern ordu və yeni siyasi-sosial təĢkilatlar Güney Azərbaycanda
ortaya çımıĢdır.
Güney Azərbaycan məfhumu yaxın zaman içərisində tarixi-siyasi bir
məfhum olaraq Türkiyədə istifadə edilməyə baĢlanmıĢdır. Bu ifadənin Türkiyədə
siyasi ədəbiyyata girməsi ilə birlikdə Ġrana yönəlik baxıĢ məsələsi də dəyiĢməyə
baĢlamıĢdır. “Güney Azərbaycan” məfhumu Türkiyədə fars mərkəzli Ġran
platformasını yıxmıĢ və Ġranın sadəcə farslardan ibarət olmadığı düĢüncəsini
doğurmuĢdur. Bəhs olunan durum Ġranın etnik, siyasi və mədəni həyatı haqqında
yeni yozumların aparılmasını zəruri etmiĢdir.
Ġran-ABġ arasında yaranan gərginlik Güney Azərbaycan problemini
yenidən gündəmə gətirmiĢdir. Bəzi icmalçılar məqsədli Ģəkildə Güney Azərbaycan
məsələsini ABġ tərəfindən ortaya atılan bir problem olaraq göstərməyə çalıĢmıĢdır.
Güney Azərbaycanda cərəyan edən siyasi və ictimai hərəkatı ABġ-a bağlamaq
13
gerçəkləri ört-basdır etməkdən baĢqa bir Ģey deyildir. Bu səbəbdən yazımızın
məqsədi Ġranın daxili ölçüləri baxımından Güney Azərbaycan milli hərəkatının
yüksəliĢini təhlil etməyə çalıĢmaqdır. Yazımızda ilk öncə Güney Azərbaycan milli
hərəkatının qısa tarixini anlatdıqdan sonra fars mərkəzli iranlılıq paradiqması, fars
mərkəzli paradiqmanın çöküĢ səbəbləri və Güney Azərbaycan milli hərəkatının
yüksəliĢi təhlil ediləcəkdir.
Güney Azərbaycan milli hərəkatının qısa tarixi
Ġranda yaĢayan Azərbaycan türkləri XX yüzilin əvvəllərindən etibarən öz
türk milli kimliklərini qorumaq yolunda çeĢidli tarixi olayların gerçəkləĢməsinə
səbəb olmuĢdur. Bu tarixi olayların ilki Ġrandakı MəĢrutə hərəkatıdır. 1905-ci ildən
etibarən Tehranda baĢlayan MəĢrutə hərəkatı 5 avqust 1906-cı ildə Müzəffərəddin
Ģahın MəĢrutə fərmanını imzalamasıyla nəticələnmiĢdir. Bu zamana qədər
hadisələrə qarıĢmayan Azərbaycanda Tehranda Milli Məclisin açıldığı 7 noyabr
1906-cı il tarixiylə eyni gündə “Azərbaycan Milli Məclisi” açılmıĢdır. Milli Məclis
adından əndiĢəyə qapılan Tehran tərəfindən edilən təzyiq nəticəsində bu ad
“Azərbaycan Əyaləti Əncüməni” Ģəklində dəyiĢsə də, xalq içində “Qudsal
Əncümən” olaraq iĢlədilməyə davam etmiĢdir. Əncümən bu tarixdən etibarən
Azərbaycanı idarə etmiĢ və despotizmə qarĢı açılan savaĢda Azərbaycan xalqına
öndərlik etmiĢdir. 23 iyun 1908-ci ildə Məhəmmədəli Ģahın hərbi birlikləri
Tehranda “Milli Məclisi” bombardman edərək MəĢrutəyə ağır zərbə vurmuĢdur.
Bütün Ġranda iqtidarı əlinə keçirən mərkəzi hökumət, Azərbaycana ordu
göndərmiĢ, ancaq Səttar xan və Bağır xan öndərliyində ayaqlanan xalq ordunu
Təbrizdən çıxarmağa nail olmuĢdur. Bunun ardınca Təbriz 11 ay boyunca
müqavimət göstərmiĢ, çoxlu sayda Təbrizli aclıq və xəstəlik nəticəsində ölmüĢdür.
Ancaq bütün bunlara rəğmən, Ģəhər təslim olmamıĢdır. Bu dövrdə Təbrizdə
“Azərbaycan MəĢrutə Cümhuriyyəti” fikri də önə sürülmüĢdür. Çünki Səttar xan o
dövrdə mərkəzi hökuməti belə təhdid etmiĢdir: “Bizim istəyimiz bu zülm və
diktatura quruluĢuna son qoyulmasıdır. Biz hüquq, hürriyyət və anayasa tələb
edirik. Biz ġaha bir pislik gəlməsini istəmirik. Ancaq o (ġah) bizim istədiyimizi
bizə verməlidir. Yoxsa cümhuriyyət elan edəcəyik”. MəĢrutə hərəkatı 16 iyul
1909-cu ildə məĢrutəçilərin Tehranı fəthi ilə sona çatmıĢdır.
Birinci dünya müharibəsindən sonra Ġran, ölkə miqyasında çeĢidli
mərkəzdən qopma hadisələrinə səhnə olmuĢdur. Bunlardan ən önəmliləri Xorasan,
Gilan və Azərbaycanda baĢ verən üsyanlar idi. Gənc yaĢda olmasına baxmayaraq
MəĢrutə hərəkatının öndərlərindən sayılan ġeyx Məhəmməd Xiyabani 1918-ci ilin
martında Azərbaycan Demoktarik Firqəsini və 7 aprel 1920-ci ildə isə “Azadistan
dövləti”ni qurmuĢ və Azərbaycanın müstəqilliyini elan etmiĢdir. “Milli Hökumət”
14
iĢ baĢına gələr-gəlməz islahatlar həyata keçirərək Azərbaycanın demokratikləĢmə
və modernləĢməsini qarĢıya məqsəd qoymuĢdu. Təəssüf ki, mərkəzi hökumət bu
məqsədlərin həyata keçirilməsinə imkan verməmiĢdi. 1920-ci ilin sentyabr ayında
Ġran hökumətinin göndərdiyi silahlı birliklərlə toqquĢan “Milli hökumət”
məğlubiyyətə uğramıĢ, liderləri Xiyabani isə bu toqquĢma nəticəsində Ģəhid
olmuĢdur. Bu olayın ardından Kəleybər bölgəsində Kiyaminin öndərliyində bir
müqavimət hərəkatı baĢlamıĢ, ancaq bu üsyan da dövlət gücləri tərəfindən
yatırılmıĢdır. 1 fevral 1922-ci ildə Lahutinin liderliyində Təbrizdə baĢqa bir üsyan
gerçəkləĢmiĢ, ancaq bu üsyan da hökumətin göndərdiyi Rza xanın dəstələri
tərəfindən qanlı bir Ģəkildə məğlub edilmiĢdir.
1925-ci ildə qatı bir fars millətçisi olan Rza xan, Qacar hakimiyətinə son
verərək Pəhləvi səltənətini qurmuĢdur. Ġfrat mərkəziyyətçi bir siyasət yeridən Rza
Ģah “Ġran milləti” yaratmaq məqsədilə türklər baĢda olmaqla bütün fars
olmayanlara qarĢı sistematik bir assimilyasiya siyasəti yeritməyə baĢlamıĢdır.
1930-cu ildə farsca, Ġranın tək rəsmi dili olaraq elan edilmiĢdir. 1935-ci ildə farsca
olmayan (türkcə, ərəbcə və s.) coğrafi və tarixi adlar dəyiĢdirilməyə baĢlanmıĢdır.
1937-ci ildə Azərbaycan əyalətindən geriyə qalan qism iki bölümə ayrılmıĢdır. Bu
dönəmdə Azərbaycan iqtisadi, siyasi və mədəni baxımdan bir geriləməyə məruz
qalmıĢdır.
1945-ci ildə Mir Cəfər PiĢəvəri baĢqanlığında, daha öncə Xiyabaninin
qurduğu “Azərbaycan Demokratik Firqəsi” təkrar fəaliyyətə baĢladı. Dekabrın 21-
də M.A.ġəbüstəri baĢqanlığında Təbrizdə qurulan “Milli Məclis”, PiĢəvərini
Azərbaycan Milli Hökuməti baĢqanlığına seçdi. Milli Hökumət fədailərdən ibarət
milli ordu vasitəsiylə Azərbaycanın bütün bölgələrində hegemonluğu ələ keçirərək,
bənzəri görünməmiĢ bir biçimdə köklü islahatlar həyata keçirməyə nail olmuĢdur.
1946-cı ildə Ġran mərkəzi hökuməti Azərbaycan Milli Hökuməti ilə imzaladığı
anlaĢmalarla bu muxtar dövləti rəsmən tanımıĢ olsa da, eyni il içərisində Pəhləvi-
fars dövləti ordusu etnik Azərbaycana hücum etmiĢ və Azərbaycan Milli
Hökumətinə son vermiĢdir. Azərbaycanın iĢğalının ardından minlərcə Azərbaycan
türkü ya qətl edilmiĢ, ya da sürgünə göndərilmiĢdir.
1979-cu il Ġslam inqilabından sonra Azərbaycanda yenidən istiqlal hərəkatı
baĢlamıĢdır. Ġnqilabın əsas liderlərindən olan azərbaycanlı Ayətullah ġəriətmədari,
Azərbaycanın muxtariyyəti tələbilə çıxıĢ edərək belə demiĢdir: “Mənim yerim 17,5
milyon Azərbaycan türklüyünün istinad nöqtəsi olan Təbriz olacaqdır”.
Azərbaycan türklərinin azadlıq iradəsini ortaya qoymaq istəyən ġəriətmədarinin bu
mövqeyi xalq tərəfindən dəstəklənmiĢ, onun liderliyində Müsəlman Xalq Partiyası
(Hizbi Xalq Müsəlman) qurulmuĢdur. 7 dekabrda mərkəzi hökumət Qum Ģəhərində
yaĢayan ġəriətmədarinin evinə basqın təĢkil etmiĢ, o, çətinliklə özünü qurtara
bilmiĢdir. Bunun ardınca Təbrizdə xalqın üsyanı boğulmuĢ və Ģəhərin idarəsi ələ
15
keçirilmiĢdir. Bu çatıĢmalardan bir nəticə əldə edə bilməyən hökumət çarəni
ġəriətmədarini ikna etməkdə bulmuĢdur. Ġslami duyğuların ağır gəldiyi bir
dönəmdə Azərbaycan milli hərəkatının qan tökməkdən baĢqa bir nəticəsi
olmayacağını anlayan Ayətulla ġəriətmədari, ayaqlanmanın durdurulmasını
istəmiĢdir.
ġəriətmədari hərəkatının basdırılması ilə Güney Azərbaycanda milli
müqavimət bitməmiĢdir. 1979-cu ildə Ġslam Ġnqilabının gerçəkləĢməsindən
günümüzə qədər Güney Azərbaycan milli hərəkatı güclənərək davam etmiĢdir.
Güney Azərbaycan milli hərəkatı hazırda Ġran siyasi həyatında önəmli bir faktor
olaraq ortaya çıxmıĢdır.
Fars mərkəzli iranlılıq paradiqması
Ġran çeĢidli etnik qrupların yaĢadığı bir coğrafi-siyasi bölgə olmasına
rəğmən, fars kimliyi ilə bərabər tutulan anlam ifadə etmiĢdir. Fars dili tarix boyu
kulturoloji siyasətin həyata keçirildiyi dil olmuĢdur. Bəhs olunan durum Ġran
kültürü qavramı ilə fars kültürü qavramını bərabər anlamlı tutmuĢdur. Fars dili
mədəniyyət dili olduğu üçün Ġranda bürokratiya, siyasət və məzhəb dili də
olmuĢdur. Ġranda Ģiə məzhəbi bir çox məzhəblə bağlı gördüyü iĢləri fars dilində
icra etdiyi üçün fars məzhəbi olaraq da qəbul edilmiĢdir. Ġran siyasətində fars
dilinin tarixi hegemonluğu fars kimliyini də hegemon etmiĢdir. Ġran, kimlik
məsələsində, fars mərkəzli bir kimliyə sahib olmuĢdur.
1924-cü ildən günümüzə qədər Ġranda “rejim mahiyyəti nə olursa olsun”
fars mərkəzli iranlılıq sistemindən vaz keçməmiĢdir. Çünki 1924-cü ildən sonra
Ġranda ulus-dövlət proyekti fars mərkəzli bir iranlılıq sistemi çərçivəsində
müəyyənləĢdirilmiĢdir. Fars mərkəzli iranlılıq düĢüncəsi həm Pəhləvi (1924-1979)
həm Ġslam Cümhuriyyəti (1924) dönəmində davam etmiĢdir. Pəhləvi xanədanının
(1924-1979) fars mərkəzli iranlılıq kimlik anlayıĢı Ģiəliyi dıĢlayan və əski Ġranı
hədəf alan Pəhləvilərin çökməsi ilə əski Ġranı hədəf alan, Ġslamı dıĢlayan və Qərbçi
fars millətçiliyi ilə iflas etmiĢdir.
1979-cu il inqilabının sonucu Ġslam Cümhuriyyətinin qurulması olmuĢdur.
Ġslam Cümhuriyəti əski Ġranı hədəf alan, islamı dıĢlayan və qərbçi fars
milliyyətçiliyinə qarĢı çeĢidli sahələrdə mücadilə etmiĢdir. Ġslam Cümhuriyyəti bu
anlayıĢa sahib fars mərkəzli iranlılıq kimliyini rədd etmiĢ və islam tarixini hədəf
alan Qərbi dıĢlayan və Ģiəliyi əsas alan yeni bir fars mərkəzli iranlılıq kimliyi
sistemini ortaya qoymuĢdur. Ġslam Cümhuriyyəti Ģiəliyi əsas alan yeni fars
mərkəzli iranlılıq kimliyini ortaya atmıĢdır.
16
Ġranlılıq paradiqmasının çöküĢ səbəbləri
1991-ci ildə soyuq savaĢın bitməsi ilə dünya siyasi siteminin mahiyyətində
dəyiĢim gerçəkləĢmiĢdir. Ġki qütblü dünyanın sona çatması ilə kommunizm iflas
etmiĢ və ABġ hegemonluğuna gedən yolu açan bu qlobal dəyiĢiklik ilə dünyada
neo-liberalizm güc qazanmıĢdır. Qlobal sistemdə neo-liberalizmin güc qazanması
qloballaĢma prosesini çox çeĢidli siyasi, ictimai və mədəni nəticələri olan bir siyasi
sistem halına gətirmiĢdir. QloballaĢma prosesi Ġranda kimlik məsələsində fars
mərkəzli iranlılıq sistemini sorğulamağa baĢlamıĢdır.
1979-cu ildən sonra Ġslam-Ģiə mərkəzli bir totalitar sistemin iflası kimlik
məsələsində fars mərkəzli iranlılıq sisteminə ciddi zərbə vurmuĢdur. Ġran Ġslam
Cümhuriyyətinin öz siyasi davranıĢlarını ġiə-Islam ideologiyasına dayandırmaları
ilə Ġranda siyasi Ġslam siyasətinin də ciddi nəticələri olmuĢdur. Ġran Ġslam
Cümhuriyyətinin bir siyasi rejim olaraq məĢruiyyət böhranı ġiə-Ġslam böhranını da
doğurmuĢdur. Ġranda ġiə-Ġslamın siyasi müstəvidə böhranı iranlılıq kimliyini də
tənəzzülə uğratmıĢdır. Çünki ġiə-Ġslam sistemi Ġranlılıq kimliyinin təməl nöqtəsi
olmuĢdur. Ġranlılıq kimliyinin təməl nöqtəsi olan ġiə-Ġslam sisteminin böhrana
girməsi ilə iranlılıq kimliyinin tənəzzülü baĢlamıĢdır. Ġslam Cümhuriyyətinin
məĢruiyyət böhranı ilə bərabər Ģiə ilə örtülən fars mərkəzli iranlılıq kimliyi də
böhrana girmiĢ, ideoloji və siyasi platformada iflasa uğramıĢdır. Bu dönəm
kimliyin milli boyutunun dini boyutuna qələbə çaldığı dönəmdir. Dinin Ģiəlik bağı
zəifləyərək türk kimliyi Ġran türklüyündə inancın önünə keçəcəkdir. Türkiyə
türkçüləri ilə dayanıĢmalarında araya iki əngəl girmiĢdi. Bunlardan biri sünni-Ģiə
ixtilafı və digəri laik-Ģerri yapılanma idi. Ġrandakı Ģiəliyin siyasi sahədə çöküĢü bu
əngəlin də aĢılmasına səbəb olmuĢdur. ġiəlik və sünnilik, laikli və islamçılıq kimi
əngəlin aĢılmasına Güney Azərbaycan milliyyətçiləri öncüllük etmiĢlər.
Ġran siyasi sisteminin totalitar quruluĢu Ġslam Cümhuriyyəti üçün çeliĢkili
bir sonuç doğurmuĢdur. Totalitar kimliyi səbəbiylə xalqı siyasi səfərbərlikdə
tutmaq üçün toplumu siyasiləĢdirməyə çalıĢılmıĢdır. Həm 1979-cu il inqilabının
təsiri ilə, həm də Ġslam Cümhuriyyətinin totalitar quruluĢu üzündən siyasiləĢən
xalq, siyasi sistem içərisində özünü tapmamıĢdır. Dövlət öz siyasi hədəfləri
doğrultusunda səfərbər etdiyi xalqın ehtiyaclarını qarĢılamaqda baĢarısız qalmıĢdır.
Yeni insan, yeni toplum Ģüarı çərçivəsində çeĢidli sahələrdə Ģiddət və basqıyı əsas
alan bir sistem sərgiləmiĢdir. Bəhs olunan siyasi sistem ciddi problemlərə səbəb
olmuĢdur. Xalq dıĢlaĢmıĢ və iqtidar barmaqla sayılacaq qədər insanın əlində
dolaĢmağa baĢlamıĢdır. Bu durum Ġslam Cümhuriyyəti ilə Ġran xalqı arasında
toqquĢmalı məsafənin açılmasına Ģərait yaratmıĢdır.
Ġran 1979-cu ildən sonra ciddi əhali artımı ilə qarĢılaĢmıĢ və 24 il içərisində
ölkənin əhalisi ikiqat artmıĢdır. Ciddi əhali artımı ilə qarĢılaĢan Ġran iqtisadi sahədə
17
də baĢarısız olmuĢdur. Məhz bu cəhət Ġranda kütləvi yoxsullaĢmağa yol açmıĢdır.
Əhalinin artımı və dövlətin siyasi, iqtisadi və ictimai sahədə uğursuzluğu
ümumilikdə ölkədə çeĢidli əxlaqi və mədəni problemləri də ardınca çəkib
gətirmiĢdir. Bu proses milli kimlik böhranını da doğurmuĢdur. Ġqtisadi, siyasi və
ictimai sahədən dıĢlanan gənclik iranlılıq kimliyinə də yabançılaĢmıĢdır.
Ġran toplumu böyük problemlərlə müĢayiət olunan çoxcəhətli bir böhran və
sorunlar yaĢamaqdadır. GeniĢ və çeĢidli sorunlar içərisində qıvrılan Ġran toplumu
bu “sorunları çözəcək ümidi verən” bir siyasi gücü də görməməkdədir. Ġrandakı
qeyd etdiyimiz ümidsizlik Ġran mərkəzli bütün siyasi düĢüncə və ideologiyaların
iflasını təmin etmiĢdir. BaĢqa bir ifadə ilə, Ġranda islam və kommunizm kimi
ideologiyalar siyasi səfərbərlik güclərini itirmiĢlər. Ġranda sağ və sol
ideologiyaların iflası iranlılıq kimliyinin sorğulanması ilə nəticələnmiĢdir. Çünki
Ġrandakı sağ və sol ideologiyalar fars kimliyini mərkəz alan iranlılıq kimliyi
təməlində qurulmuĢdur.
Qlobal sistem, bölgədəki gəliĢmələr və Ġran içindəki siyasi ortam, iranlılıq
kimliyini böhrana soxmuĢ və bəhs olunan durumun sonucu olaraq etnik
milliyyətçilik güclənməyə baĢlamıĢdır. Kimlik məsələsində fars mərkəzli iranlılıq
kimliyinin böhrana girməsi ilə bərabər Ġrandakı etnik kimliklər siyasiləĢmiĢdir.
Siyasi hərəkətliyin enerjisi mərkəzdən çevrəyə doğru hərəkət etməyə baĢlaması ilə
mərkəzdən qaçma ciddi Ģəkildə güc qazanmıĢdır.
Güney Azərbaycanın milli hərəkatının yüksəliĢi
Fars mərkəzli iranlılıq kimliyinin böhran sürəci ən çox Güney
Azərbaycanda görünməkdədir. Ġran tarixində türklər, özəlliklə Azərbaycan türkləri,
hər zaman aparıcı rol oynamıĢlar. 1925-ci ildən öncə Ġran uzun zaman Türk
xanədanları tərəfindən idarə olunmuĢdur. 1925-ci ildən sonra Ġranda iqtidar
türklərin əlindən çıxsa da, hər zaman istiqamətverici mövqelərini qorumuĢlar.
Çünki Azərbaycan türklərinin Ġranın əhali tərkibi içərisində çoxluğa sahib olması
və siyasi olaylara qarĢı həssas və açıq olması ilə Ġran siyasi hərəkətliliyi içərisində
ya öncül rolu oynamıĢlar, ya da hərəkat içərisində aparıcı mövqe tutmuĢlar.
Azərbaycan türkləri həm 1906-cı il MəĢrutə inqilabında, həm də 1979-cu il Ġran
islam inqilabında təməl, əsas və aparıcı rol oynamıĢlar. Ġranda geniĢ yayılmıĢ bir
ifadə olan “Təbriz istəməzsə heç bir dəyiĢim olmaz” kəlməsi bu tarixi gerçəkliyin
göstəricisidir.
Ġranda türklər uzun zaman iqtidarda olsalar da, farsları və digər etnik
qrupları dıĢlayan və türk kimliyinə dayalı bir dövlət qurmamıĢlar. Ġranda uzun
zaman iqtidarda olan türk xanədanları fars dilinə hər zaman sayğılı olmuĢlar və
onun geniĢlənməsində və inkiĢaf etməsində önəmli rol oynamıĢlar. 1924-cü ildən
18
sonra iqtidarı ələ keçirən fars milliyyətçiləri çox fərqli davranmıĢlar. Türk
kimliyini yox etmək üçün çeĢidli üsulları olan bir assimilyasiya prosesi
baĢlatmıĢlar. Türk xanədanların sayğın davranıĢlarına biganə qalan farslar iqtidarı
ələ keçirtdikdən sonra türkə qarĢı politikaları sərgiləmələri Azərbaycan-türk
kimliyinin siyasi müstəvidə oluĢmasının əsası və təməl prinsipini təĢkil
etməkdədir.
Azərbaycan-türk kimliyinin siyasiləĢməsi üçün aĢağıdakı qlobal, sosial,
siyasi və mədəni və məhəlli prinsiplər zəmin hazırlamıĢlar.
- 1979-cu ildən günümüzə qədər totalitar sistemin əsas faktoru olaraq
görünən və Ġran torpaq bütünlüyünün dayağı olan islamın (Ģiəliyin) iflası;
- Dövlətin iqtisadi uğursuzluğu və xalqın kütləvi yoxsullaĢması;
- Ġnqilabın təsirindəki toplumun siyasiləĢməsi;
- Bütövlükdə Ġranda səfərbərlik gücünə sahib olan və toplumu mərkəzə
bağlayan ideologiyaların çöküĢü (kommunizm, siyasi islam);
- Beynəlxalq miqyasda kommunizmin çöküĢü və Orta Asiya və Qafqazda
Türk Cümhuriyyətlərinin qurulması və bu bölgələrdə 1988-ci ildən sonra artan
türkçülük hərəkatı;
- Quzey Azərbaycan Cümhuriyyətinin qurulması, Qarabağ problemi və
Əbülfəz Elçibəy faktoru;
- Kommunizmin çüküĢü və neo-liberalizmin uluslararası sistemdə güc
qazanması;
- QloballaĢma siyasəti;
- Dövlətin totalitar quruluĢu səbəbi ilə ortaya çıxan siyasi müĢküllər və
siyasi sistemin darlığı;
- Dövlətin müxalifəti əzməsi və fəaliyyət göstərməyə imkan verməməsi.
Dünya, Ġranda islahatçı-mühafizəkar qarĢılaĢmasının dıĢında baĢqa heç bir
siyasi sistem ilə ilgilənməsə də Ġran mahiyyət etibarı ilə ciddi dəyiĢim
keçirməkdədir. Ġranda bütün iranlı kimliyini müdafiə edəcək faktorlar ciddi
biçimdə zərbə almıĢdır. Bu durum iranlılıq kimliyinin sorğulanması ilə
nəticələnmiĢ, ədəmi-mərkəziyyətçi siyasi təmayülü əsas və aparıcı faktor olaraq
ortaya çıxarmıĢdır.
Güney Azərbaycan milli hərəkatının böyüməsi tam olaraq bunun
göstəricisidir. Siyasi prosesin dinamizmi nə islahatçı, nə də mühafizəkar çatıĢması
olmaqdan çıxmıĢ, çox fərqli bir zəminə söykənmiĢdir. Çünki bu gün Güney
Azərbaycanda milli söyləm aparıcı və dominant söyləm halına gəlmiĢdir. DəyiĢim
tələblərinin də dinamizmi Güney Azərbaycandan gələn milli hərəkatdadır. Güney
Azərbaycan milli hərəkatı potensial olaraq Güney Azərbaycandakı siyasi
proseslərin ana dinamizmini təĢkil etməkdədir. Güney Azərbaycan milli
hərəkatının heç bir alternativi yoxdur.
19
Yuxarıdakı
faktorlar
Güney
Azərbaycanın
siyasi
öncəliklərini
dəyiĢdirmiĢdir. Milli kimlik arayıĢı birinci və aparıcı siyasi öncəlik halına
gəlmiĢdir. Güney Azərbaycan tarix boyu siyasi enerjisini ya sağ, ya da sol
ideologiyalar vermiĢdir. Ġndi isə solçular və sağçıların siyasi enerjisi Güney
Azərbaycan məsələsinə doğru çəkilməkdədir. BaĢqa sözlə, Güney Azərbaycan
milli hərəkatı çox fərqli siyasi enerjilərin çəkim mərkəzinə dönüĢməkdədir.
Nəticə və ümumi dəyərləndirmə
Güney Azərbaycan milli hərəkatı, bu gün Güney Azərbaycanda siyasi
hərəkətliliyinin təməl və əsası dinamizminə çevrilmiĢdir. Güney Azərbaycanda
iranlılıq kimliyi zəiflədikcə Ġran mərkəzli siyasi hərəkətlilik də gücsüzləĢmiĢ və bu
prosesin məntiqi davamı olaraq Güney Azərbaycan milli hərəkatı güc qazanmıĢdır.
Ġranlılıq kimliyinin çöküĢ prosesinə girməsi və azərbaycanlılıq kimliyinin
güclənməsi Güney Azərbaycan milli hərəkatının yüksəliĢini təmin etmiĢdir. BaĢqa
sözlə, iranlılıq zəiflədikcə azərbaycanlılıq kimliyi güc qazanmıĢ və azərbaycanlılıq
kimliyi güc qazandıqca Güney Azərbaycan milli hərəkatı güclənmiĢdir.
Prof.dr.Qulamrza SƏBRĠ TƏBRĠZĠ
London, Böyük Britaniya
AZƏRBAYCAN MĠLLĠ HƏRƏKATINDA ANA DĠLĠ FAKTORU
Azərbaycanın Güneyində gedən milli-azadlıq hərəkatında ana dilinin
əhəmiyyətini və dilə münasibətdə qeyri-milli dövlətlərin reaksiyasını anlamaqdan
ötrü bu prosesə Rza Ģahın zamanından – 1925-ci ildən nəzər salmağa ehtiyac
vardır. O zaman ana dilinin gücünü və qeyri-milli dövlətlərin bu güc qarĢısında
qorxub titrədiyini görmək mümkündür. UĢaqlıqda yadıma gəlir ki, məktəbdə bizi
altı yaĢından fars dilində danıĢmağa məcbur edirdilər, danıĢa bilməyəndə
cərimələyir, “eĢĢək” adı verməklə qorxudurdular və təzyiqi o həddə çatdırmıĢdılar
ki, Rza Ģahın dövründə adam özünə “türk” deməyə utanırdı. Ata-analar bu
həqarətdən qurtarmaqdan ötrü nə yolla olursa-olsun uĢaqlarına və ailələrinə fars
dilinin öyrədilməsinə səy göstərirdilər. Hətta yadıma gəlir ki, ailələr fars dilində
danıĢmaqla fəxr edirdilər, farsca bilən qızlara, gəlinlərə üstünlük verirdilər. O da
yadıma gəlir ki, atam Tehrana və MəĢhədə gedəndə farscayla türkcəni qarıĢdırıb
elə danıĢırdı ki, guya fars dilini bilir. O, bununla öz Ģəxsiyyətini üstün tutmağa
çalıĢırdı. Biz də onun bu hərəkətini yamsılayaraq deyib-gülürdük. Bu qorxu və
həqarət Azərbaycan Demokratik Firqəsinin gəliĢilə buz kimi əridi. Azərbaycan
20
xalqı, xüsusilə uĢaqlar və gənclər qürurla öz dillərində məktəblərə baĢladılar. Hər
axĢam uĢaqlar fərəh hissilə ata-analarına filan hərfi yazdıqlarını, filan Ģeri
öyrəndiklərini deyirdilər. Bu qürur və dirçəliĢ haləti yalnız evlərdə deyildi,
zavodları, fabrikləri də bürümüĢdü. Atamın xalça fabrikində iĢləyən gənc oğlan və
qızlar fasilə zamanı axĢam məktəblərində oxuduqlarını, öyrəndikləri kitablardan
söhbət eləyirdilər. Azərbaycanın Güneyində Milli Hökumətin bir illik hakimiyyəti,
ana dilinin azad olması milli-azadlıq hərəkatına böyük təsir göstərdi. Tehran
hökuməti bütün vasitələrlə bu hərəkatın qarĢısını almağa çalıĢırdı. Onların
tapĢırığı ilə mollalar və məscid baĢçıları öz söhbətlərində türk məktəbində
oxumağın ziddi-islami olduğunu təbliğ edir, bunu allahsızlıqla bərabər tuturdular.
Atam türkcə məktəb açılandan iki ay sonra evə gəlib müctəhidin türk
məktəblərinə gedənlərin Həzrəti-Əlinin üzünə qılınc çəkdiyini, islama qarĢı
olduğunu söylədiyini bildirdi və qardaĢım Ġbrahimlə məni mollaxanaya qoydu.
Digər tərəfdən dövlət idarələrində türk dilinin güclənməsinin qarĢısı
alınırdı. Belə ki, öz dillərində danıĢanları bisavad, pantürkist, ruspərəst
adlandırırdılar, ittiham edirdilər. Tehran radiosu gecə-gündüz türk dilinin əleyhinə
təbliğat aparırdı. Amma bu maneələrə baxmayaraq türk məktəblərində oxumaq o
dövrün uĢaqlarında dərin təsir oyatdı, ana dilində təhsilin və rəsmi dövlət
mərasimlərinin mümkünlüyü inamını formalaĢdırdı.
Yadımdadır ki, PiĢəvəri bizim məhəlləyə gələndə mən təəccüblə onun
bizim dilimizdə danıĢdığını anama söylədim. Çünki o vaxta qədər mən vəzifə
sahiblərini, baĢçıları həmiĢə özgə dildə danıĢan görmüĢdüm. Bu, məndə ona
hörmət yaratdı. Yaxud dərsdə müəllim mənim halımı türkcə soruĢanda buna
təəccüblənir və sevinirdim.
Tehran ordusu gəlib milli hərəkatı qan dənizinə qərq edəndə mənim on-on
iki yaĢım olardı. Rza Ģahın oğlu Məhəmmədrza Ģah radiodan dedi ki, həyatın
qədrini o adam bilər ki, müsibətə düĢsün. Bunu eĢidəndə mən özü-özümə dedim ki,
axı biz nə müsibətə düĢmüĢdük.
Azərbaycan Milli Hökuməti yıxılan zaman türk dilində yazılan kitablar
yığılaraq meydanlarda yandırıldı. Kitabxanalardan kitabları yığıb məhv elədilər,
ana dilini – həqiqətdə isə milli istiqlalımızı oda çəkdilər. DüĢmənlərimiz yaxĢı
bilirdilər ki, ana dilində məktəb açılması milli hərəkatın güclənməsinə,
mədəniyyətin möhkəmlənməsinə - nəhayətdə Azərbaycanın müstəqilliyinə
aparacaq. Buna görə də 1946-cı ildən sonra təziyətələblik, pantürkistlik və s.
adlarla düĢünən insanları, həbslərə, sürgünlərə, ölümə məhkum etməyə baĢladılar.
Və bu dəhĢət o qədər qorxuluydu ki, dövlət idarələrində fars dilindən baĢqa ayrı
dildə danıĢmaq təhlükəli idi. Türk dili qısa bir zamanda hər yerdən yığıĢdırıldı və
yenə köhnə həqarəti davam etdirməyə baĢladılar. Bu, 1950-ci ildə - Müsəddiqin
baĢ nazir seçilməsinə qədər davam etdi. Bundan sonra bəzi Ģairlər ana dilində Ģeir
21
yazmağa baĢladılar. Ġctimai-siyasi mühitin bir qədər yumĢalması ana dilinin
inkiĢafına güc verdi. ġəhriyarın ana dilində yazmağa baĢlaması, “Heydərbabaya
salam”ın yaranması bu dövrə təsadüf edir. Amma yenə də “Heydərbabaya salam”ı,
Sabirin “Hophopnamə”sini, “Kitabi-Dədə Qorqud”u oxumaq, evdə saxlamaq
cinayət hesab olunurdu. 1950-1952-ci illərdə qorxu nisbi olaraq götürülmüĢdü.
1953-cü ildə Müsəddiq devrildikdən sonra mənim gözümün qabağında onun evini
topa tutdular, bir çox insanları həbs və edam etdilər. Ölkədən qaçmıĢ
Məhəmmədrza Ģah qayıtdı və islam inqilabına qədər onun hakimiyyəti sürdü.
YetmiĢici illərdə siyasi təzyiq bir qədər azalanda Səməd Behrəngi kimi
ziyalılar türk dilini kənd uĢaqlarına öyrətməyə çalıĢırdılar. Bunun da milli
hərəkatda müsbət izlərini görmək mümkündür.
Ġslam cümhuriyyəti dövründə bir sıra qəzet və dərgilər türk dilində çıxmağa
baĢladı. Amma qanuni-əsasidə olan türk dilinin iĢlədilməsi, bu dildə məktəb
açılması Tehran hökumətini qorxutdu. Yenə həmin töhmətlərlə ana dili təqib edilir,
Ģah zamanında olduğu kimi təziyətələb, pantürkist və s. adlarla damğalanır. Hətta
bu ilin 24 fevralında dünyada ana dili elan olunan gün Təbrizdə kiçik bir
konfransın keçirilməsinin qarĢısını aldılar. Və yenə göstərdilər ki, Tehran
hökuməti və fars Ģovinizmi bizim ana dilimizin bazası, məktəbi olmasından,
nəhayət milli hərəkatın güclənməsindən qorxur. Özünün qeyri-qanuni və qeyri-
insani hakimiyyətini türk və digər xalqlar üzərində yürütmək üçün ana dilinin və
milli mədəniyyətin qarĢısını hər cür üsulla almağa çalıĢır. Bir sözlə, Azərbaycanın
düĢmənləri bilirlər ki, onun gücü, gələcəyi, müstəqilliyi ana dilinə bağlıdır. Buna
görə ana dili Güney Azərbaycanın milli strategiyasında mühüm rol oynayacaqdır.
Ana dilində məktəblər açılmadan istiqlaliyyətə nail olmaq mümkün deyildir.
Azərbaycanın Güneyində canlı hərəkat gedir, bu göstərir ki, ana dilimizin riĢəsi
kəndlərimizdə, Ģəhərlərimizdə, xalqın ürəyindədir. Və bu hərəkat yavaĢ-yavaĢ
özünün siyasi yoluna düĢür. Bunu daha dərin milli hərəkata çevirmək üçün bütün
qurumların, fikirlərin bir yerə yığıĢması, vahid strategiyadan çıxıĢ edilməsi
lazımdır. Çünki gücümüz birliyimizdə, varlığımız, kimliyimiz ana dilimizdədir.
Əgər bunu anlamasaq, ana dilinin əhəmiyyətini dərk etməsək, ümumbəĢəri
məsələlərdə də müvəffəq ola bilmərik. Çünki bəĢəri məsələlərdən qabaq milli
problemlərin həllinə ehtiyac duyulmaqdadır.
|