ƏDƏBİYYAT TARİXİNDƏ “KÜNHÜL-ƏXBAR”IN YERİ*
Q
ədim ədəbiyyat tariximizin ən mühüm mənbəyi şübhəsiz ki,
şairlər təzkirələridir. Bununla birlikdə “vəfayat” kitabları,
alimlər haqqında bioqrafi ya əsərləri, sənət adamları ilə bağlı
təzkirələr, nəzirə və şeir məcmuələri, səyahətnamələr, “Kəşfüz-
zünun” kimi biblioqrafi ya kitabları, şəhər monoqrafi yaları, həyat-
namələr və ümumi tarix kitabları da ədəbiyyatın başlıca tarixi
mənbələridir.
Sosial elmlər arasında tarix qədər insanlara həsr olunan ikinci bir
elm sahəsi yoxdur. Bu elm sahəsi bizdən əvvəl yaşayanların ictimai
vəziyyətini, onların rastlaşdığı hadisələri, xalq qəhrəmanlarını
əks etdirdiyi kimi, həm də qədim dövrlərin, elm və mədəniyyət
sahəsini, insanlar haqqında həyat hekayələrini bizə çatdırır. Bu
belə də olmalıdır. Çünki diqqət çəkən tarixi hadisələrlə əlaqəsi olan
insanların həyatlarının öyrənilməsi bu hadisənin izah edilməsinə,
açıqlanmasına böyük təkan verir. Ona görə də istər şərq, istərsə də
qərb tarixçilərinin əksəriyyəti tarixi əsərlərin içində bioqrafi yalara
xüsusi yer vermişlər. Bu xüsusiyyət daha çox islam ölkələrinin
tarixində müşahidə edilmiş və sonradan Osmanlılara da keçmişdir.
Beləcə çox qiymətli olan ilk tariximizdən başlayaraq əksər tarixi
yazılarda padşahların vəzirləri, əmirlər, loğmanlar, şeyxlər, şairlər,
hər bir padşahın hakimiyyətdə olduğu və ölümündən sonrakı illərdə
olan hadisələr haqqında “vəfayat” başlığı altında bioqrafi yalar
verilmişdir. Osmanlı tarixində vəfayat qeydlərini özündə ehtiva
edən, yəni hər ilin hadisələrinin sonunda o ildə vəfat edən vəzir, alim,
şeyx və şairlərin qısa tərcümeyi-hallarının verilməsinə yer ayıran
əsər kimi Katib Çələbinin “Fəzləkə”sini misal göstərmək olar. Hər
bir padşahın ölümündən sonrakı həyatını bir bölmə şəklində təsvir
edilməsinə isə Gelibolulu Mustafa Əlinin “Künhül-əhbər”inda rast
gəlmək mümkündür.
“Künhül-əxbar” sadəcə bir Osmanlı tarixi deyil, dünyanın
yaradılışı, peyğəmbərlərin tarixi, islam tarixi, türk və monqol tarixini
özündə ehtiva edən bir ümumi tarixdir.
90
Əsər Gelibolulu Mustafa Əli tərəfi ndən (948/1541-1008-1599)
(1000-1007/ 1597-1598) illər ərzində İstanbulda yazılıb.
82
“Künhül-əxbar” uzun və orijinal müqəddimə və müəllifi n rükn
adlandırdığı dörd bölmədən ibarətdir. Müqəddimədə əsərin dili,
yazılma səbəbi, haqqında məlumat, məzmunu, mənbələr və tarix
elminin əhəmiyyəti haqqında məlumatlar verilir.
Rüknlər aşağıdakılardır:
1-ci Rükn: dünyanın yaranmasından, Hz. Adəmə qədər mövcud
olan ünsürlərdən ağaclar, dağlar, dənizlər, sular və iqlimlərdən bəhs
edilir.
2-ci Rükn: Peyğəmbərləri, ərəb qövmlərini, Hz.Məhəmmədin
peyğəmbərliyini və möcüzələrini,
əshabını, xəlifələri,
Əməviləri,Abbasiləri, Ərəb əmirlərini, alimlərini, şeyxlərini və
loğmanları özündə əks etdirir.
3-cü Rükn: Türk və tatar xalqları ilə xaqanlarından bəhs
edir. Bu bölmə Tolunlar, Ahşıdlılar, Fatimilər, Əyyubilər,Türk
köləmənləri, Çərkəz köləmənləri, Baykara və xələfl əri, Səfəvilər,
Buxara və Səmərqənd xanları, Ağqoyunlular, Qaraqoyunlular,
Dulqədirlilər, Hind hökmdarları, Ceylan və Mazandaran hakimləri,
Ramazanoğlulları, Şirvan hakimləri, Hind və Türk köləmənləri
haqqında olan yazıları özündə ehtiva edir.
4-cü Rükn: Osmanlıların yaranmasından 1005-ci ilə qədər olan
(
oktyabr1596) hadisələrdən, o dövrün alim və şairlərindən, dövlət
adamlarından bəhs edir.
83
82
Əlî yeniçəri olduğu zaman taxta çıxan III. Məhməd (1003-1595) ona bu işdən 200.000
axçalıq mülk təklif etmişsə də müəllif, “Künhül-əxbar”ı yazmaqla məşğul oldugunu
bildirərək, bu əsəri yazarkən faydalanacağı məlumatları əldə etmək məqsədi ilə Misir
dəftərdarlığını istəmişdir.Ancaq saraydaki bəzi insanların mane olması üzündən ona Misir
dəftərdarlığı yerine Sivas dəftərdarlığı və Amasya mirlivalığı verilmişdir. “Künhül-əxbar”ı
yazarkən Sivas və Amasyadan sonra Qeysəridə de sancaq bəyi olaraq çalışmışdır. Əsər
tamamlanan zaman isə İstanbulda idi, heç bir vəzifəsi yoxdu. (“Künhül-əxbâr” Mətbu
nüsxə I, 39, Atsız, Əli Biblioqrafi yası, 56)
83
“Künhül-əxbar”ın İstanbulda nəşr olunmuş keyfi yyətsiz bir nəşri vardır. Beş cildlik bu
nəşrin yalnız ilk cildində 1277 tarixi qeyd olunmuşdur. Nəşr keyfi yyətli deyildir və yazar
tərəfi ndən yazılan dörd rüknə uyğun gəlmir. Mətbu nüsxəsinin son cildi Fatihin İstanbulu
fəthi və İstanbul şəhərinin quruluşu haqqında əfsanəvi məlumatın təkrarlanması ilə sona
çatır. Əsas nəşr olunmalı Osmanlılar hissəsi kənarda qalmışdır. (Gelibolulu Mustafa Əlî,
“Künhül-əxbar”, İstanbul ( Âmirə mətbəəsi) 1277 H. 1860/1861.)
91
Burada əsas diqqət çəkən hissə IV rükn– yəni Osmanlılarla bağlı
olan rükndür. Bu rükn özü də iki hissəyə bölünür. Birinci cildə
başlanğıcdan Yavuz Sultan Səlim dövrünün sonuna qədər olan
hadisələri özündə əks etdirən hissə, ikinci cildə isə Qanuni Sultan
Süleyman dövründən başlayıb birləşməyə qədər olan hissə daxildir.
IV rükndəki əhvalatlar padşahların hökmranlıq dövrünə uyğun
olaraq sıralanmışdır. Hər padşahın taxta çıxması ilə yeni hissə başlanır.
Əvvəlcə padşahın doğum tarixi yazılır, görünüşü təsvir edilir, daha
sonra taxta çıxmasına keçilir: bəxşiş, hədiyyə və ehsanları göstərilərək
əsas xüsusiyyətləri, ölkəni idarəetmə qabiliyyəti və varislərindən söz
açılır. Bundan sonra isə padşahın hökmdarlığı müddətində baş verən
əhvalatlar əvvəldən sona qədər “birinci, ikinci, üçüncü vaqeə” adıyla
hissələrə ayrılaraq oxucuya təqdim edilir. Padşahın ölümü və dəfn
mərasimi də bu hissəyə daxildir. Daha çox ictimai və siyasi məna
kəsb edən bu əhvalatlardan sonra, mədəni hadisələrin nəqli başlanır.
Bu hissədə Əli padşahın xeyir və bəxşişləri haqqında məlumat
verdikdən sonra, onun hakimiyyəti illərində meydana çıxmış dövlət
adamları (vəzirlər, bəylər və yüksək vəzifəli məmurlar), alimlər,
şeyx və şairlərdən bəhs edir. Orijinal olmayıb ənənəvi İslam tarixinə
istinadən sıralanmış başlıqlardan ibarət olan bu əsər özündən əvvəl
və sonra yazılmış təzkirələrdən, istər bəhs etdiyi adamların sayının
çoxluğuna, istərsə də onların haqqında olan məlumatların qiymətli
və zəngin olmasına görə kəskin şəkildə fərqlənir. Əsərdə üç yüz
beş şairin həyat hekayəsi verilmişdir. Bu isə özündən əvvəl və
sonra yazılmış şüəra təzkirələrinin tərkibində verilmiş şairlərin sayı
baxımından, bir çoxu ilə eyni, az bir qismindən isə cüzi say azlığı ilə
fərqli olduğunu göstərir. Məsələn, tərkibində iki yüz iyirmi doqquz
şair verilən Səhi təzkirəsindən böyük, Lətifi və Riyazi təzkirələri ilə
eyni, Aşıq Çələbi və Həsən Çələbi təzkirələrindən isə kiçikdir.
Beləliklə, Əli böyük dəyərə malik təzkirələrdən həm həcm, həm
də forma baxımından o qədər də fərqli olmayan bu əsəri ehmalca
tarix meydanına ötürməyi bacara bilmişdir. Bir çox xüsusiyyətlərinə
görə bu əsər ədəbiyyat tariximizin ən qiymətli mənbələrindən birinə
çevrilmişdir.
Şairlərdən bəhs edən bölmələrin həcminə görə bu əsəri “Künhül-
əxbar təzkirəsi” də adlandıra bilərik.
92
Əsərin Osmanlılara aid rüknündə on iki padşahın dövründən bəhs
edilirsə də, yalnız yeddi nəfərinin sonunda şairlərə yer verilmişdir.
Çünki ilk Osmanlı təzkirələri adətən Osmanlı ədəbiyyatının
mənşəyini II Murad dövründən qəbul edirlər. Əli isə bu tarixi bir
qədər əvvələ çəkməyə çalışmışdır. O, şairlərdən bəhs edən hissəni
bu sözlərlə başlayır: ”Hafi olmaya ki Osman han, Orhan han ve
Sultan Murad han zamanlarında şuaradan kimse zuhur itdügi malum
degüldür. Mücerred sadə nazma kadir bazı varsagı- gular dahı
şöhret bulmamışdur...Ana bunaen şair namına bir ferd yogidi...Ama
bunlar zamanında (Yıdırım Beyazid) bazi kimesne peyda oldı”
84
.
Bu ifadələrdən də göründüyü kimi Əli “Künhül-əxbar”da şairlər
hissəsini İldırım Bəyazid dövrüylə başlamaq niyyətindədir. “Künhül-
əxbar” müəllifi nin bu padşahlar dövründə şairlərin olmadığını iddia
etməsinin təməlində aşıq ədəbiyyatını yox hesab etməsi dayanır. Əli
əsərində yeri gəldikcə aşıq ədəbiyyatından bəhs etmişsə də bu iş yalnız
təsnifat məqsədilə edilmişdir. Bu növ əsərlərin Yunis İmrə, Hacı
Bektaş Vəli, Ağşəmsəddin kimi dini və təsəvvüfi şeirlər yazanları
ayrıca bir kateqoriyada verməsi də, ədəbiyyatın başlanğıcını geriyə
çəkən amillərdən biridir.
Şübhəsiz bu növ əsərlərin sonu ilə həmin dövr şairlərinin sonunu
eyniləşdirmək düzgün olmazdı. Məsələn “Künhül-əxbar”da şairlərlə
bağlı bioqrafi ya qisminə II Səlim dövründə son qoyulur. Halbuki,
əsərdə bundan sonra iki padşahla bağlı məlumatlar da yer almışdır.
“Künhül-əxbar”da şairlər aşağıdakı padşahların dövrünə uyğun
olaraq sıralanmışdır:
İldırım Bəyazid (1389-1402): Süleyman Çələbi, Niyazi
85
Süleyman şah (1402-1411): Əhmədi, Həmzə, Əhmədi-Dai
86
.
I Məhməd (Çələbi) (1413-1421): Əzhəri, Cəmili, Zihni, Şeyxi,
Cəmali, Kəmal Xəlvəti
87
II Murad (1421-1451): Haki, Atayi, Faxxari, Nəsimi, Şah Xəndan,
84
“Künhü′l-əxbâr”ın Tezkire Kısmı (Haz. Mustafa İsen) Ankara, 1994, s.101.
85
Həmin əsər, s.101-102.
86
Həmin əsər, s. 105.
87
Həmin əsər, s. 111.
93
Kəmal Ümmi, Hümami, Şirazi, Şəmsi, Həssan, Safi , Zəifi , Nədim,
Arif Əli
88
II Məhməd (Fatih) (1451-1481): Əhməd Paşa, Turabi, Sənayi,
Cami, Cəmali, Həmdi, Heydər, Həriri, Həfi fi , Xəlili, Dai, Dai-digər,
Rəsmi, Zeynəb, Sadi, Şəhri, Şəhdi, Safi , Suni, Adni, Eşki, Ülvi,
Katibi, Gülşəni, Kəmali-Zerd, Leali, Məlihi, Mehdi, Nişani, Nizami,
Nuri.
89
II Bəyazid (1481-1512): Cəm, Qorqud, Afi tabi, Əmiri, Bəsiri,
Behişti, Taci, Təmənnayi, Sani, Çakəri, Cəlili, Həsən Muidi, Haki,
Zəkayi, Zihni, Zari, Seyfi , Şami,Şahidi,Şavuri,Şövqi,Səfayı,Suni,Z
ərifi ,Zarifi digər,Əmri,Əndəlibi,Əhdi,Firdevsi,Fəgani,Qədiri,Kandi
,Katibi,Kəbiri,Məsti,Müniri,Mehri,Nəcati,Nəcmi,Niyazi,Visali,Vəs
fi , Haşimi, Hilali
90
I.Səlim (Yavuz) (1512-1520) Əli,Həbibi, Hüzuri, Həlimi, Molla
Həlimi, Rəvani, Sücudi, Süruri, Sayı, Suzi, Səhi, Şəmsi, Səbayı,
Suni, Talii, Fəqiri, Güvahi, Nəşri, Nihali, Nihani
91
Sultan Süleyman (Qanuni) (1520-1566). Muhibbi, Sultan
Mustafa, Sultan Mehmet, Sultan Bəyazid, Sultan Cahangir, Ədayi,
İshak, Üsuli, Əfl atun, İlhami, Əmri, Ümidi, Əmani, Ənvəri, Bəligi,
Behişti, Bidari, Bəyani, Subuti, Sənai, Cami, Cəlili, Cənabi Paşa,
Cövhəri, Haləti, Həsbi, Heyrəti, Xavəri, Hudayı, Xəyalı bəy, Danişi,
Zati, Rəhmi, Rəhiki, Rızayi, Rəmzi, Riyazi, Riyazii digər, Zinəti,
Zirəki, Sağərı, Saki, Səhabi, Sehri, Sihri-i sani, Surüri, Sıfali, Səliqi,
Şani, Şahidi, Şükri, Şəmsi, Sabiri, Suni, Zəifi , Molla Arif, Arifi ,
Əbdi, Əbdi-i digər, Əskəri, Eşqi, Əli Çələbi, Gubari, Gəzali, Firaqi,
Fərdi, Fazii Lənk, Füzuli, Fəgani, Fikri, Feyzi, Ka- nii, Qüdsi, Qəndi,
Qiyasi, Katibi (qalatalı), Katibi (sinoplu), Kəşfi , Günahi, Lamii,
Layihi, Lətifi , Ləli, Ləmi, Livai, Məali, Mərhəmi, Məhvi, Müdami,
Mərdümi, Məsti, Müslümi, Məşrəbi, Mustafa, Muidi, Mümin, Meyli,
Nisarı, Nişani, Nəzmi, Neməti, Naimi, Naimi-i sani, Niqabi. Nəqşi,
Nigahi, Nuhi, Nuri, Nəharı, Nihani, Vahidi, Visali, Hicri, Hüdai,
88
Həmin əsər, s.119.
89
Həmin əsər, s.131.
90
Həmin əsər, s.151.
91
Həmin əsər, s.173.
94
Həlaki, (Karamanlı), Hilali, (İstanbul), Yetim Əli, Yəhya bəy.
92
II Səlim (1566-1574) Səlim, Agahi, İlahi, Əmani, Bəyani, Tıraşı,
Sanı, Cami bəy, Cəlal Bəy, Cəmali, Hübbi Xatun, Molla Hökmi,
Hatəmi, Xosrov, Dəruni, Dərviş Çələbi, Rayi, Rayi-i sani, Rəfi i
Ləng, Ruhi, Sirri, Sirri-i sani, Səmai, Şanı, Şani-digər, Sadiq, Sədri,
Səmai, Sani, Şanii digər, Sadiq, Sədri, Molla Aşıq İbadi, Übeydi,
İzar, Əzizi, İşrəti, İlmi, Ülvi, Əhdi, Fəzli, Fünuni, Fevri, Gərmi bəy,
Məcdi, Muhyi, Muhyiddin, Muxtari, Mərdümi, Məşami, Məkali,
Makali-i sani, Nigari, Nihani, Vusuli, Yəqıni
93
.
“Künhül-əxbar”ın bioqrafi yalara aid hissəsinin qaynaqları:
Qədim dövr təzkirəçilərinin diqqət çəkən cəhətlərindən biri də
yazdıqları əsərlərdə istifadə etdikləri mənbələri göstərməməkləridir.
Onlar əldə etdikləri məlumatı öz şəxsi müşahidəsi və məlumatı
kimi təqdim etməyə alışmışdılar. Bu sahədə öz məsləkdaşlarından
bir qədər fərqli görünən Əli kitabının dibaçəsində istifadə etdiyi
mənbələrin böyük bir hissəsini vermiş və onların xüsusiyyətlərini
qısa şəkildə anlatmışsa da, özünü bu köhnə üsulun ənənəsindən tam
qurtara bilməmişdir. Müəllif əsərinin dibaçəsində verilən mənbə
mündəricatından başqa, adını göstərməməklə bir çox mənbələrdən
istifadə etdiyini də dönə-dönə qeyd etmişdir.
Əli “Künhül-əxbar”ın müqəddiməsində bu kitabı yazarkən tək-
tək adlarını çəkdiyi yüz otuza yaxın əsərdən yararlandığını, bu
əsərlərin hər birində də təxminən dörd-beş müxtəlif qaynaqdan
istifadə edildiyini bildirir. O, bunları hesablayaraq öz əsərinin ən
azı altı yüz mənbənin məhsulu olduğunu qeyd etmişdir.
94
Ancaq
bu kitablar arasında Osmanlı tarixi ilə bağlı yalnız bir kitab vardır
ki, o da “Şaqaiq”dir. O birilərin əksəriyyəti məşhur ərəb və İran
tarixləri əsasında yazılmış mənbələrdir. Ancaq müəllif o biri
hissələrdə də yeri gəldikcə Osmanlı müəllifl ərinin adlarını qeyd
edir. Adı çəkilən əsərlər içərisində İdrisi Bitlisinin “Həşt-behişt”i,
Səhi, Lətifi , Aşıq Çələbi, Həsən Çələbi və Əhdi təzkirələrinin adı da
var. O, Lətifi , Aşıq Çələbi və Əhdi ilə şəxsən görüşmüşdür. Əli bu
92
Həmin əsər, s.187.
93
Həmin əsər, s.293.
94
“Künhü′l-əxbâr”, Mətbuat nüsxəsi, C.1. s.17.
95
təzkirələrdən gah tənqid etmək üçün, gah da ki, öz dünyagörüşünü,
fi kirlərini isbat etmək üçün istifadə etmişdir. Bu təzkirələr adları
çəkilmədən “Künhül-əxbar”in təzkirə hissəsinə qaynaq olmuşdur.
Bu təzkirələrdən ikisi açıq şəkildə, adı belə çəkilərək “Künhül-
əxbar”a mənbə olmuş əsərlərdir ki, onların adları da istifadə olunan
əsərlərin sırasına daxil edilməmişdir. Bunlar Lətifi və Aşıq Çələbi
təzkirələridir. Bu iki əsər klassik türk təzkirəçiliyinin əsası olan
əsərlərdir. Ancaq sonrakı təzkirələr üzərində “Məşairüş- şüəra”nın
təsiri Lətifi yə nisbətən azdır. Bunun da səbəbi Aşıq Çəlbi təzkirəsinin
həcmcə daha böyük olmasıdır. Sonrakı müəllifl ərin çoxu kimi Əli
də Lətifi nin yazı üslubunun daha sadə və daha tez başa düşülən
olmasını bilməmiş deyildir. Bu üzdəndir ki, şairlər hər hissədə əlifba
sırası ilə verilmişdir. Şairlərin həyatlarının verilmə tərzi, əsərlərinin
ciddi şəkildə açıq tənqidə tutulması, verilən nümunələrin həcmi
Lətifi təzkirələrinin bənzəridir. Qeyd edək ki, Əli Lətifi təzkirəsinin
o vaxta qədər yazılan təzkirələrin ən yaxşısı olduğunu açıqca
bildirmişdir.
95
Bu təzkirələr özlərində əxz etdikləri əsas cəhətlərinə görə
“Künhül-əxbar”üçün yetərincə faydalı mənbələr olmuşlar. Məsələn,
Aşıq Çələbi ədəbi təhlildən daha çox, tanınmış şairlərin sosial
həyaına aid verdiyi materiallar baxımından, Lətifi isə ədəbi tənqidə
olan həssaslığına görə Əliyə təsir göstərmişdir.
Əli istifadə etdiyi mənbələri bu şəkildə əsərinə gətirmişdir.
Səhi təzkirəsi doğrudan da ən az qaynaq olaraq istifadə edilmişdir.
Səhiyə aid olan məlumatlar əsərə əslindən deyil, Lətifi tərəfi ndən
istifadə olunmuş şəkildə daxil edilmişdir.
Aşıq Çələbiyə aid olan geniş məlumatlar ixtisar olunaraq əsərə
salınmışdır.
Həsən Çələbiyə aid olan az saylı məlumat məna və məzmun
etibarilə saxlanılsa da,onun səlis üslubu və zəngin dili sadələşdirilmiş
şəkildə verilmişdir.
Əli yuxarıda verilən qaynaqların hər birinə müdaxilə edərək,
mətnlərdə dəyişiklik aparmışdır.
95
“Künhü′l-əxbâr”, s.313.
96
Şairlərin şəxsi həyatlarıyla bağlı nnümunələrdən yalnız biri,
təsadüf hallarda isə bir neçəsi verilmiş, qalanlar isə ehtimallar
əsasında nəql edilmişdir.
Alınan məlumatların doğru olması yoxlanılmış, səhv olanlar isə
başqa mənbələrdən alınan dəlillər hesabına rədd edilmişdir. Başqa
qaynaqlardan alınan bəzi hökmlər tənqid edilmişdir.
Əli göstərmədiyi mənbələri də öz üslubu ilə bəlli edir. Bu növ
bilgiləri tanış olduğumuz keçmiş zamana istinadən verir. Xüsusilə
də Qanuni dövrünə qədər yazılmış olan tərcümeyi-hallarda olan
üslub xüsusiyyəti açıq-aydın hiss olunur.
“Künhül-əxbar”ın təzkirə hissəsi uzun bir hazırlıq mərhələsindən
sonra, bol məlumatlara və mükəmməl nümunələrə söykənilərək
qələmə alınmışdır. Mötəbər mənbələri seçməkdə böyük inadkarlıq
və həssaslıq göstərən tarixçi, bəzən bir şəxs üçün bir neçə mənbədən
istifadə etmişdir. Əli müasiri olan şəxsləri qələmə alarkən görüb
eşitdiklərinə, öz düşüncə və təfəkkürünün məhsullarını da əlavə
edərək, əsərinə bir orijinallıq gətirmişdir. Son olaraq Əlinin
təzkirəçiliyi və “Künhül-əxbar”ın bioqrafi yalardan ibarət olan
təzkirə hissəsinə istinadən bunları söyləyə bilərik:
Əli istər şəxsiyyət kimi, istərsə də sənətkarlıq baxımından təzkirə
yazmaq qabiliyyətinə malik bir şəxs idi. O, ikinci dərəcəli bir şair
olmasına, dövründə şairlikdən daha çox, başqa istedadı ilə diqqət
çəkməsinə baxmayaraq, yüksək ədəbi zövqə və tənqidin sirlərinə
vaqif bir adam idi. Hətta özündən əvvəlki təzkirəçi şairlərdən üstün
bir şair idi. Sözsüz ki, Anadoludakı türk təzkirəçilərinin arasında ən
böyük şairlər Nəvai və Camidir. Gelibolulu sosial vəziyyətinə görə
də o biri təzkirəçilərə nisbətən daha irəlidə dayanmış, yüksək mənsəb
sahibi olmuşdur. Gelibolulunu o biri təzkirəçilərdən fərqləndirən əsas
cəhət isə onun yaxşı tarixçi olmasıdır. Əli tarixin içində yerləşdirdiyi
təzkirə hissəsini yazmadan əvvəl, bu sahədə yazılmış olan əsərləri
bir-bir araşdırmış və onları ciddi şəkildə qiymətləndirə bilmişdir. O
günə qədər təzkirəçilər bir-birinin əsərlərini “Kastamonu- namə”,
“Isparta- namə” kimi emosional və bütünlüklə əsərə şamil edilməyi
düzgün olmayan iddialarla tənqid edirdilərsə, “Künhül-əxbar”in
97
müəllifi bu əsərlərin diqqət çəkən nöqsanlarını dəqiqliklə və layiq
olduğu nöqtədən tənqid edir. Əlinin örnək olası əsas xüsusiyyəti
onun yaxından tanıdığı zəif və qabiliyətsiz olmasına baxmayaraq
iddialı olan adamları tənqid atəşinə tutmasıdır.
Bu baxımdan dəyərləndirildikdə “Künhül-əxbar”ın təzkirə
hissəsi başqa təzkirələrə nisbətən səhvlərdən daha çox xilas olunmuş
təzkirədir.
Əlinin təzkirəsində başqa bir diqqət çəkən özünəməxsusluq şairlə
bağlı mövzulara şeirdən kənar söhbətləri daxil etməməsidir. Çünki
belə mövzulara “Künhül-əxbar”la bağlı hissədə yer ayrılmışdır.
Buna görə də Aşıq Çələbidə geniş yer verilən və bütün cəhətləriylə
təsvir edilən “Cəm” bəhsinə Əli cəmisi yarım səhifə yer vermişdir.
Qeyd etdiyimiz kimi bu mövzu ictimai hadisələrə aid olan hissədə
geniş şəkildə müzakirə edilmişdir.
Əlnin bioqrafi ya yazılarında tarixçi olmasının təsiri onun əsərin
əvvəlində və əsər boyu yeri gəldikcə, istifadə etdiyi mənbələrdən
bəhs etməsidir. Köhnə əsərlərin bir çoxunda bəhs edilən məlumatlar
köhnə mənbələr ilə adı və mahiyyəti məlum olmayan mənbələrin
qarışmasından alınan xəbərlər şəklində verilmişdir. Bu yazıların
əksəriyyətindən bioqrafi ya əldə etmək mümkün deyil. Bu
yazıların müəllifl əri özlərindən əsrlərlə əvvəl yaşamış olan şəxslər
haqqında öz bacardığı şəkildə məlumatlar verir, daha çox öz savad
və bacarıqlarını ortaya qoymağa səy edirlər. Bu qüsurlara görə bu
gün əlimizdə olmayan bir çox qaynaq bizə məlum olmadığı kimi,
mövzuyla çox az əlaqəsi olan geniş və gen-bol məlumatların içində
itib-bataraq, dəyərli məlumatları isə əldə etməyə çətinlik çəkirik.
Əli müasiri olan bir çox yazardan fərqli olaraq bu səhvdən özünü
xilas edə bilmişdir. O, qaynaqları nə tarix bölməsində, nə də təzkirədə
gizlətməkdən yan keçmişdir. Doğrudur, Əlidən əvvəl təzkirə
yazanlar da bəzi hallarda mövzunun içində özlərindən əvvəl ortaya
əsər qoyanların adlarını xatırladırlar. Ancaq bu daha çox haqqında
danışılan təzkirəçini tanıtmaq üçün istifadə edilən metoddur. Bəzi
hallarda isə Lətifi də olduğu kimi, özündən əvvəlki təzkirəçinin
adı belə çəkilmir. “Künhül-əxbar” müəllifi nin başqa təzkirəçilərdə
olmayan bir bəlli xüsusiyyəti də nümunə göstərdiyi şeirlərə
98
müdaxilə edərək onları təhlil etməsidir. Təzkirəçilik tariximizdə bir
başqa nümunəsi olmayan bu hal, həqiqətən Əlinin özünəməxsus
xüsusiyyətlərə malik olmasını göstərən cəhətdir. Təzkirəçilər hamısı
verdikləri nümunələr haqqında: “yaxşıdır”, “gözəldir”, “dəyərlidir”,
“pisdir” kimi ümumi ifadələr işlətmişlər, onunla bağlı müsbət və
yaxud tənqidi fi kirlər irəli sürmüşlər. Ancaq heç biri Əlinin işlətdiyi
: “ Şu kelimenin yerinde bu kelime olmalıydı, edası şöyle olsa daha
iyi olurdu” kimi düzəlişlər etməmişdir. Belə ki, Əlinin bəyənməyib
yenidən yazdığı və belə yazmaq gərək olduğunu bildirdiyi beytlərə
də rast gəlinir. Ancaq onu da qeyd edək ki, əvvəlki beyt ,sonradan
təklif olunandan daha güclü görünürdü.
96
Əlinin əsərinə daxil etdiyi şairlərin çoxu ondan əvvəlki
təzkirəçilərin qeyd etdiyi şairlərdir. Lakin şair seçimini edərkən
Əli onlara dəyərlərinə görə yer ayırmışdır. Şairliyinə görə hər kəsin
tanıdığı, təsdiq olunmuş şəxslərin adları “Künhül-əxbar”a daxil
edilmişdir. Seçdiyi adlarda və onların yaradıcılığı haqqında verdiyi
hökmlərdə o, olduqca israrlıdır. Əlinin heç bir şairin layiq olmadığı
mərtəbədə göstərmək kimi təşəbbüsü yoxdur. O, əvvəlki təzkirəçiləri
əsası olmayan, yersiz mədhiyyələrə görə tənqid edir. Onun hökmləri
ifrata varmır və bu üzdən də əsərlərində öz dövründə və sonrakı
dövrlərdə böyük bir kütlə tərəfi ndən qəbul edilmiş Nəsimi, Əhməd
Paşa, Nəcati, Nizami, Zati, Xəyali və Yəhya bəyə ayrılan yer, o biri
şairlərdən xeyli çoxdur. Bundan başqa Əli o biri şairlər üçün də öz
bioqrafi yalarına münasib yer ayırmışdır.
O, xüsusən Aşıq Çələbi və Həsən Çələbidə rastlaşdığımız kimi
seçdiyi şairə on səhifə, o biri şairlərə isə az yer ayırma hallarından
da uzaqdır.
“Künhül-əxbar”dakı
məlumatlar düzgün araşdırma və
rəvayətlərin doğru şəkildə təsvirindən ibarətdir. Əli öz biliyini
96
Məsələn Əmaninin bu beyti nümunə olaraq verildikdən sonra;
Her gice dil-i tîre hayâlünle münevver
Sen ey meh-i bed-mihr gerek gelme gerek gel
“Egerçi kim bed-mihr diyü eda eylemişdür. Ve illâ yaramaz îhamla hata eylemişdür. Zîrâ
mihrün bedi olmaz ve bed nesneye mihr itlâk idenün bahtı sermedi olmaz. Bî-mihr dimek
yeg idi. Bâri hem edâsı sahîh ve hem isnâdı gerçek idi.” Şəklində beytin tənqidi verilir
(“Künhül-əxbar”, s.198)
99
göstərmək üçün uydurma əhvalatlara yer verməmişdir. Qeyd etdiyi
xəbərlər inandırıcıdır, iastifadə etdiyi qaynaqları dəqiq göstərməyə
çalışmışdır. O, təzkirəçilik tariximizdə Lətifi ilə başlayan tənqidi
baxışın ən yaxşı davamçısıdır. Onun təzkirəsində müntəzəm şəkildə
şairlərin istedadları, meylləri və fərdi xüsusiyyətləri barəsində
məntiqi fi kirlərə rast gəlinir. Şeir və şair haqqında mülahizələri heç
də bəlağətli vəsfetmələr deyil, tarixə xidmət edən sənədlərdir.
Əli mühakimələrində nə qədər dəqiq görünsə də, onun insan
olduğu unudulmamalı, fərdi və ictimai problemlərinin meyl və
təmayüllərinə təsir etməsi də qəbul edilməlidir.Və bunlar şübhəsiz
ki, onun təzkirəsindən təsirsiz ötüşməmişdir.
Təzkirələr eyni zamanda qədim ədəbiyyatımızın bir qoludur. Buna
görə də bu növ əsərlərdə üslub və ifadə axtarışları, ədəbi cəhdlər
diqqət çəkən amillərdəndir. Əsərin əsas mahiyyətini ifadə edən söz
və təbirlərin yazı zamanı ahəng qanununa uyğun olaraq seçilməsi və
sıralanması açıqca görünür. Ancaq Əli estetik tərəfi mənaya, zahiri
görünüşü həqiqətə pərçim etməmişdir. Onun mətnlərində əvvəlcə
ehtiyac duyulan mövcud məsələ və dəyərlər, sonra yazarın intellekt
və baxışları, ardınca isə bunların bədii şəkildə ifadəsi özünü göstərir.
(*Yazı “Ege Universitesi Edebiyat Fakültesi Araştırma Dergisi”
II. 1983.s.49-57- də dərc olunub).
|