ŞƏKİ FİLİali



Yüklə 4,76 Kb.
Pdf görüntüsü
səhifə11/28
tarix06.12.2016
ölçüsü4,76 Kb.
#958
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

sözlərdir. Vokativ sözlər heyvanları, quşları çağırarkən, 
yemləyərkən işlədilən sözlərdir.  Məsələn,  ho-ha, ho-ho,  fişt-
fişt və s. Vokativ sözlər müəyyən situativ məqamda işlədilir. 
Əgər nidalar  üçün hissi cəhət xarakterikdirsə, vokativ sözlərə 
iradi-əqli cəhət xasdır. Nidalar insanın öz daxili hiss və 
həyəcanını ifadə etmək üçün qeyri-ixtiyari çıxardığı  səslərdən 
formalaşmışsa, vokativ sözlər insanların heyvanlara, quşlara 
təsir etmək, onları yönəltmək məqsədi ilə  şüurlu  şəkildə 
yaratdığı sözlərdir. Bundan başqa, dilimizdə nidalardan fərqli 
olaraq, vokativ sözlərlə məhdud da olsa, yeni söz yaradılır. 
Gülarə  Abdullayeva 
 
 
116
İnsana müraciətlə işlədilən ədə, əyə, əşi, aaz sözləri də 
vokativ sözlərə daxil edilir. Bunlara imperativ sözlər  də 
deyilir. (2, 390)   
  
 
 
ƏDƏBİYYAT: 
 
1.Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya.    
III hissə, “Maarif”,  Bakı, 1983. 
2. Kazımov Q. Müasir Azərbaycan dili. Morfologiya. Bakı, 
2010. 
3. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası.             
II hissə, Bakı,  2007. 
     4. Müasir Azərbaycan dili.  EA nəşri, II hissə,  Bakı,  
1980. 
     5. Müasir Azərbaycan dili proqramı.  AMİ,  Bakı,  2009. 
     6. Seyidov  Y.  Azərbaycan   dilinin  qrammatikası.  
 (Morfologiya),  Bakı, 2000. 
 
 
 

Müasir  Azərbaycan  dili 
 
 
117 
                                          
Sintaksis və onun vahidləri.  
Mövzu № 4                            Sintaktik    əlaqələr 
                                                   Söz birləşmələri 
 
 
Mövzunun planı: 
 
1.
  Sintaksis şöbəsi və onun tədqiqat obyekti haqqında 
məlumat 
2.
  Sözlər arasında məna və qrammatik əlaqələr. Məna 
əlaqələri 
3.
  Tabesizlik əlaqəsi 
4.
  Tabelilik əlaqələri 
5.
  Söz birləşmələri, onların xarakterik xüsusiyyətləri, 
təsnifi 
6.
  Əsas tərəfin ifadə vasitəsinə görə söz 
birləşmələrinin növləri 
 
 
Sintaksis şöbəsi və onun tədqiqat 
 obyekti haqqında məlumat 
 
 Sintaksis  mənşəyinə görə yunan sözü olub, mənası 
birləşmə, qurulma, tərtibat deməkdir. Bu sözdən dilçilik 
termini kimi istifadə olunur. Dilçilikdə bu termin 2 mənada 
işlənir:  dilin  sintaksisi,  yəni dilin sintaktik quruluşu, bir də 
qrammatikanın  şöbəsi  mənasında. Qrammatikanın bir şöbəsi 
kimi sintaksis sözlərin söz birləşmələri və  cümlələr  şəklində 
birləşməsi qaydasından  bəhs edir. Sintaksis dilin qrammatik 
quruluşu haqqında elm olmaq etibarilə sintaktik vahidlər 
sistemini (yəni,  söz birləşmələri, cümlələr, mürəkkəb sintaktik 
bütövlər) sintaktik vahidlərin qurulmasını  və bağlanma 
vasitələrini öyrənir. 
Gülarə  Abdullayeva 
 
 
118
Sintaksis  əsasən 2 böyük bəhsdən ibarətdir:  söz 
birləşmələri və cümlələr
Söz birləşmələri  əşyalar arasında,  əşyalarla  əlamətlər, 
hərəkətlər arasında  əlaqələri ifadə edir. Söz birləşmələrini 
əmələ  gətirən sözlər  əvvəlki mənalarını itirmir. Əgər dil 
vahidlərini  ən kiçikdən başlayıb sıralasaq, belə bir mənzərə 
yaranar: səs, söz, söz birləşməsi, cümlə. Göründüyü kimi, söz 
birləşməsi bir tərəfdən söz, digər tərəfdən isə cümlə ilə 
həmsərhəddir.  Bu da söz birləşməsinin həmsərhəd olduğu  hər 
iki dil vahidi ilə oxşar cəhətlərə malik olması ilə şərtlənir.  
Söz birləşmələrinin mahiyyətini, onların tiplərini və 
əmələgəlmə yollarını, birləşmədə  iştirak edən tərəflərin 
qrammatik əlamətlərini öyrənmək, söz birləşməsi ilə mürəkkəb 
sözün, cümlənin oxşar və  fərqli cəhətlərini aşkar etmək 
sintaksisin ən zəruri məsələlərindəndir. 
Söz birləşmələri sözlərin sintaktik əlaqələr vasitəsilə 
birləşməsi sayəsində  əmələ  gəlib,  sözlə  aşağıdakı oxşar 
xüsusiyyətlərə malikdir: söz birləşmələri də nominativlik 
funksiyasını yerinə  yetirir,    müəyyən suala cavab verir, cümlə 
üzvü yerində  işlənir, başlanğıc forması olur, müəyyən  şəkilçi 
qəbul edərək dəyişir. Lakin bu oxşarlıqlarla yanaşı, söz 
birləşmələrinin sözlərdən fərqli bir sıra cəhətləri vardır:  
 1.  Hər  şeydən  əvvəl, söz leksik, söz birləşməsi isə 
sintaktik vahiddir.  
 2. Söz birləşmələrinin ifadə etdiyi mənada, sözdən 
fərqli olaraq, bir konkretlik, dəqiqlik, müəyyənlik olur.  
3. Söz birləşməsi sözlərdən  əmələ  gəlir və onun 
yaranmasında müəyyən sintaktik əlaqələrdən istifadə olunur.  
4. Söz birləşməsi cümlənin mürəkkəb üzvü kimi çıxış 
edir.    
Tərəflərinin ifadə etdiyi  leksik-semantik əlaqə, bu 
əlaqənin xüsusiyyəti və xarakteri söz birləşmələrinin 
müəyyənləşməsində mühüm rol oynayır. Bu cəhətdən söz 
birləşmələri sərbəst və sabit birləşmələr adı ilə 2 böyük qrupa 

Müasir  Azərbaycan  dili 
 
 
119 
ayrılır. Söz birləşməsinin bu iki növünün hər birinin 
özünəməxsus xüsusiyyətləri vardır. 
Əsl qrammatik birləşmələr dedikdə  sərbəst birləşmələr 
başa düşülür. Bu birləşmələri  əmələ  gətirən sözlər öz əsl 
mənalarını, leksik  müstəqilliyini saxlayır və birləşmənin  
leksik-semantik deyil,  leksik-qrammatik ünsürləri olur. Belə 
birləşmələri hissələrinə ayırmaq, təhlil etmək olur və bu təhlil 
onların ümumi ruhunu pozmur, birləşmənin əsas mənasına təsir 
etmir. Sərbəst birləşmələrə  dadlı meyvə, ağlayan uşaq, şəhərin 
mərkəzi, kitab oxumaq və s. kimi birləşmələr misal ola bilər. 
Sərbəst birləşmələr tabelilik əlaqəsi əsasında yaranır və 
iki tərəfdən: birinci və ikinci tərəfdən ibarət olur. Tərəflərdən 
biri digərini  məna və qrammatik cəhətdən özündən asılı 
vəziyyətə salır və tabeedən tərəf və ya əsas tərəf adlanır. Söz 
birləşmələrində ikinci tərəf  əsas tərəf olur. Digər tərəf, yəni 
birinci tərəf isə tabeolan və ya asılı  tərəf adlanır. Söz 
birləşmələri  adətən iki, bəzən də ikidən çox  müstəqil sözün  
məna və qrammatik cəhətdən birləşməsi nəticəsində yaranır. 
Ona görə  də iki sözlü birləşmələr sadə birləşmələr hesab 
olunur. Məsələn,  faydalı  məsləhət, tələbə  həyatı, evin qapısı     
və s. İkidən artıq müstəqil sözdən  əmələ  gəlmiş birləşmələr 
mürəkkəb birləşmələr hesab olunur. Məsələn, söylənilmiş 
faydalı  məsləhət,      evin  açıq qapısı  və  s.    Söz  birləşməsinin 
mürəkkəb olması üçün ən azı üç müstəqil mənalı sözün iştirakı 
vacibdir. Əgər həmin sözlərdən biri köməkçi nitq hissəsi olarsa, 
birləşmə quruluşca yenə sadə olaraq qalır. Məsələn,  xəstə üçün  
məsləhət,  sənin kimi tələbə və s. Əsas tərəfin ifadə vasitəsinə 
görə    söz  birləşmələri üç  növə ayrılır: ismi birləşmələr, feli 
birləşmələr və zərf birləşmələri. 
İsmi birləşmələr adı altında  əsas sözü adlarla və ya 
substantivləşmiş  hər hansı bir sözlə ifadə olunan birləşmələr 
nəzərdə tutulur.  
İsmi birləşmələr iki böyük qrupa ayrılır:  
1. Təyini söz birləşmələri.   
Gülarə  Abdullayeva 
 
 
120
2. Qeyri- təyini ismi birləşmələr.  
Təyini söz birləşmələri atributiv münasibətlər  əsasında 
yaranır, yəni təyinlə təyin olunanın birləşməsindən əmələ gəlir. 
Təyini söz birləşmələrinin üç növü vardır:  
a) birinci növ təyini söz birləşmələri; 
 b) ikinci növ təyini söz birləşmələri;  
c) üçüncü növ təyini söz birləşmələri. 
Qeyri-təyini ismi birləşmələr də  əmələgəlmə yollarına,  
tərəflərin ifadə vasitələrinə görə müxtəlif növlərə ayrılır.  
Prof. Q. Ş. Kazımov Azərbaycan dilçiliyinə dair 
yazılmış kitablardakı bu ənənəvi bölgüdən fərqli olaraq, ismi 
birləşmələri onları  əmələ  gətirən sintaktik əlaqələri nəzərə 
almaqla qruplaşdırmışdır. (4, səh.63) 
Əsas tərəfi, yəni tabeedici sözü fellərdən ibarət olan 
birləşmələrə feli birləşmələr deyilir. Məsələn, onları çağırmaq, 
paltarı görəndə, orada görünən və s.  
Qoşmalı feli birləşmələr qoşmaların köməyi ilə yaranır 
və belə bir formaya əsaslanır: müstəqil mənalı söz + qoşma + 
fel. Qoşma ilə onun əlavə olunduğu söz birləşmənin  birinci 
komponentini, fel isə ikinci əsas komponentini təşkil edir. 
Məsələn, kitaba sarı baxmaq, məktəbə tərəf getmək, onun kimi 
oxumaq və s.  
Zərf birləşmələrinin  əsas sözü zərfdən ibarət olur. Bu 
birləşmələrin ikinci tərəfi,  əsasən yer, zaman və  tərzi-hərəkət 
zərfləri ilə ifadə olunur. Məsələn, evdən yuxarı, işıqdan tez, çox 
yavaş, quş kimi tez və s.  
Sintaksisin  əsas vahidlərindən biri də cümlədir. Cümlə 
ünsiyyətin ilk və  əsas vahididir. Cümlə  vasitəsi ilə fikir 
formalaşır, ifadə olunur, başqasına ötürülür. Struktur, semantik 
və kommunikativ cəhətlər, cümlədə bir-birilə qarşılıqlı əlaqə və 
münasibətdə olur. Cümlənin strukturunda kommunikativ cəhət 
çox mühüm yer tutur və  məhz kommunikasiya ehtiyacı 
cümlənin  semantikasını və quruluşunu müəyyənləşdirir. Buna 
görə də cümlə problemi sintaksisin  əsas məsələlərindəndir. 

Müasir  Azərbaycan  dili 
 
 
121 
Son dövrlərdə dilin sintaktik quruluşu iki səviyyədə 
öyrənilir. Birinci səviyyədə dilin sintaktik quruluşu öyrənilir ki, 
bu məsələlərlə  ənənəvi (potensial) sintaksis məşğul olur. İkinci 
səviyyədə isə aktual sintaksis nitqin sintaktik quruluşunu 
öyrənir.  Potensial sintaksisin əsas vahidi cümlə, aktual 
sintaksisin  əsas vahidi söyləmdir. Söyləm müxtəlif fikir ifadə 
edən ünsiyyət vahididir. Söyləm əksərən cümləyə uyğun gəlsə 
də, bəzən cümlə  çərçivəsindən kənara çıxır, dil sisteminin 
müstəqil vahidi sayılır və cümlədən fərqləndirilir. Belə ki, bir 
cümlə kommunikativ funksiyasından asılı olaraq bir neçə 
söyləmin ifadəsinə xidmət edə bilər. Məsələn,  Dünən yağış 
yağırdı.- cümləsində    məntiqi vurğunun yerini dəyişməklə  və 
inversiya hesabına cümləni üç formada söyləyə bilərik: 
Məsələn,  Dünən yağış yağırdı. Yağış dünən yağırdı. Yağış 
yağırdı dünən.   
Hər bir cümlə öz kommunikativ funksiyasını  dəqiq 
şəkildə yalnız mətn  şəraitində yerinə yetirir. Mətn iki və daha 
artıq cümlənin həm məzmun, həm də formaca əlaqələnməsi 
əsasında əmələ gələn nitq vahidi, nitq birliyidir. Mətn müəyyən 
məqsəd ümumiliyi əsasında birləşən və sintaktik semantik 
bütöv yaradan  cümlələr birliyidir. Cümlələr müvafiq şəkildə 
nizamlanır və xüsusi intonasiya ilə  konkret bir mikrotema 
ətrafında qruplaşaraq sintaktik bütövləri  əmələ  gətirir. O 
cümlədən (söyləmdən) böyük sintaktik vahid hesab edilir. 
Mətnlər makro və mikro növlərə ayrılır. Mikromətn mətnin 
bitkin məna ifadə edən  ən kiçik vahididr. Mikromətnlər 
dilçilikdə sintaktik bütöv adlandırılır. 
Qeyd etmək lazımdır ki, sintaktik vahidlər söz – 
formaların, bağlayıcı, ədat, qoşma və sözdəyişdirici şəkilçilərin 
köməyilə formalaşır. 
Azərbaycan dilinin sintaktik quruluşu çox qədim tarixə 
malikdir.Yazılı  ədəbi dilimizə aid olan nümunələrin, eləcə  də 
folklor nümunələrinin  dil quruluşu arasında kəskin fərq nəzərə 
çarpmır. Lakin dilimizin sintaktik quruluşunun tədqiqi, 
Gülarə  Abdullayeva 
 
 
122
öyrənilməsi o qədər də  qədim deyildir. Dilimizin sintaktik 
quruluşu  əsaslı  şəkildə  XX əsrin 50-ci illərindən etibarən 
öyrənilməyə başlamışdır. Bu sahədə 
Ə.Dəmirçizadə, 
M.Şirəliyev, M.Hüseynzadə,  Ə.Abdullayev, Q. Kazımov, 
Z.Budaqova,  Y.Seyidov, Z.Tağızadə, H.Həsənov, K.Vəliyev, 
K.Abdullayev və s. kimi görkəmli alimlərimizin böyük xidməti 
vardır. 
 
Sözlər arasında məna və qrammatik əlaqələr.  
Məna əlaqələri 
 
Sintaktik  vahidlərin yaranması üçün onu əmələ gətirən 
tərəflər arasında iki cür əlaqənin olması  zəruridir. 1. Məna 
əlaqəsi, 2. Qrammatik əlaqə. Bu əlaqələrdən birinin yoxluğu 
sintaktik vahidin də yoxluğu deməkdir. 
 Sözlər arasındakı məna əlaqələrinin əsasını təbiətdə olan 
obyektiv  əlaqələr təşkil edir. Bu əlaqələrin müxtəlifliyi sözlər 
arasında da rəngarəng məna əlaqəsinin yaranmasına səbəb olur. 
Qırmızı parça    birləşməsində  əşya ilə onun əlaməti,  üç ağac 
birləşməsində  əşya ilə onun kəmiyyəti,  pianino çalmaq 
birləşməsində  hərəkətlə onun obyekti və s. arasındakı 
münasibətlər ifadə edilir. Ümumiyyətlə, söz birləşmələrində 
məna  əlaqələrinin məzmununu  əşya ilə onun əlamətləri, 
proseslə onun müxtəlif cəhətdən müəyyənləşdiriciləri təşkil 
edir. 
 Sözlər arasında aşağıdakı  məna əlaqələri mövcuddur: 
1. Predikativ əlaqə  əşya ilə onun hərəkəti arasındakı 
əlaqədir. Məsələn,  Yağış yağır. Uşaq ağlayır. Dərs başlandı        
və  s. Bu əlaqə söz birləşməsində özünü subyekt əlaqəsi kimi 
göstərir. Məsələn,  Yağış yağanda, uşaq ağlayarkən, dərs 
başlandığı zaman  və s. 
2. Atributiv əlaqə əşya ilə geniş mənada onun əlaməti 
arasındakı  əlaqədir.  Əşyanın geniş  mənada  əlaməti dedikdə 

Müasir  Azərbaycan  dili 
 
 
123 
onun  keyfiyyəti, miqdarı, sırası və s. nəzərdə tutulur. Məsələn,  
hündür bina, geniş küçə, qızıl saat, meşədəki hadisə, xeyli 
adam  və s. Atributiv əlaqəyə ismi birləşmələrdə, cümlədə isə 
təyinlə  təyin olunan arasında, yəni təyinlə mübtəda, təyinlə 
tamamlıq, təyinlə zərflik, təyinlə xəbər arasında rast gəlinir. 
3. Obyekt əlaqəsi hərəkətlə onun obyekti (müstəqim və 
qeyri-müstəqim obyektlərin hamısı, yəni ismin müxtəlif halları 
ilə ifadə olunaraq hərəkətlə birbaşa və ya dolayısı yolla 
əlaqələnən bütün obyektlər nəzərdə tutulur) arasındakı əlaqələri 
ifadə edir. Məsələn, kitabı oxumaq, ona baxmaq, dəftərdə qeyd 
etmək, müəllimdən öyrənmək, Kitabı oxuduq. Ona baxırıq. 
Dəftərdə qeyd edirəm. Müəllimdən öyrənmişik  və s. Obyekt 
əlaqəsi həm feli birləşmələrdə, həm də cümlədə  xəbərlə 
tamamlıq arasında özünü göstərir.  
4. Relyativ əlaqə hərəkətlə onun tərzi, dərəcəsi, zamanı, 
yeri, kəmiyyəti, səbəbi, məqsədi, şərti və s. arasındakı əlaqələri 
ifadə edir. Məsələn, çox danışmaq, cəld işləmək, evədək 
qaçmaq, axşamacan işləmək, kəndə yollanmaq, çox oturmaq, 
Çox danışdılar. Cəld işləyirdik. Evədək qaçdım. Axşamacan 
işlədik.  Kəndə yollandılar. Çox oturmadılar. Relyativ əlaqəyə 
feli birləşmələrdə (asılı tərəf əsas tərəfi müxtəlif baxımdan izah 
etdikdə)  və cümlədə xəbərlə zərflik arasında rast gəlinir. 
Söz birləşməsi və cümlənin formalaşması üçün ikinci 
əsas  şərt onun tərkib hissələrinin qrammatik baxımdan 
əlaqələnməsidir. Sözlər morfoloji cəhətdən dəyişərək bir-biri ilə 
əlaqələnir, nəticədə sintaktik əlaqə əmələ gəlir.  Məsələn, dərsə 
başlayanda, müəllimin sualı, şagirddən soruşdular. və s. 
Sözlərin dəyişməsi, müxtəlif  şəkillərə düşməsi, təsrifi 
qaydaları morfologiyada, sözlərin bir-biri ilə bağlanma, əlaqən-
mə qaydaları sintaksisdə öyrənilir. Buna görə  də qrammatik 
əlaqələrə konkret olaraq sintaktik əlaqələr də deyilir. 
Sintaktik  əlaqələrin  iki növü müşahidə    edilir:                   
1. Tabesizlik əlaqəsi. 
       2.Tabelilik əlaqəsi. 
Gülarə  Abdullayeva 
 
 
124
 
Tabesizlik əlaqəsi 
 
Tabesizlik əlaqəsi məna və qrammatik cəhətdən bir-biri 
ilə əlaqədar olan, lakin bir-birindən asılı olmayan, biri digərini 
heç bir cəhətdən aydınlaşdırmayan, sadalama intonasiyası ilə 
tələffüz edilən, bərabərhüquqlu sözlər arasında olur.  Məsələn
qocalar və cavanlar, Həm işləyir, həm oxuyur  və s. 
Tabesizlik  əlaqəsinə sadə    cümlədə  həmcins üzvlər 
arasında və tabesiz mürəkkəb cümlənin komponentləri arasında 
rast gəlinir.  Məsələn,   Həmcins mübtədalar arasında: Suların 
şırıltısı, salxım söyüd yarpaqlarının xışıltısı, çəməndən küləyin 
qovub gətirdiyi  çiçək qoxuları Güləsəri məst eləmişdi.             
(İ. ŞıxlIı); 
 Həmcins xəbərlər arasında: At qaçaraq onu xeyli uzağa 
apardı və geri dönüb dördnala çapdı. (İ.Şıxlı) ;  
Həmcins tamamlıqlar arasında:  Bu zavallı  bəşəriyyətə, 
bu daşürəkli gülünc insanlara,  bu insan görkəmli,  əqrəb 
ürəkli həşərata ayıq baxa bilmirəm(C.Cabbarlı);  
 Həmcins təyinlər arasında:  Orada-burada  ağ, çəhrayı, 
sarı çiçəklər görünürdü. (İ.Əfəndiyev);  
Həmcins zərfliklər arasında: Uşaqların ilk təəssüratının 
pozulacağını düşünəndə, hörmətimin itiriləcəyi barədə 
fikirləşəndə sarsıldım.(C.Əlibəyov) 
Bəzən sadə cümlədə xitabların da həmcinsliyi müşahidə 
olunur. Məsələn, Gül, ey nazlı Vətən, odlar torpağı. Duz-çörək 
hazırla qəhrəmanlara. (S.Vurğun)  
Tabesizlik  əlaqəsinin çox rast gəlindiyi yerlərdən biri 
tabesiz mürəkkəb cümlələrdir. Bu cümlələri  əmələ  gətirən 
komponentlər də bir-biri ilə tabesizlik yolu ilə  əlaqələnir. 
Məsələn, Kosanın başına yeni iş açıldı, həqiqi savaş başladı. 
(S. Rəhimov) Baş  tərəfdə taxt qoyulmuş, çubuqlardan hörülüb 

Müasir  Azərbaycan  dili 
 
 
125 
üstünə keçə  çəkilmiş, divarın dibinə döşəkçələr düzülmüşdü.  
(F. Kərimzadə)
Tabesizlik  əlaqəsinin xüsusi formal əlaməti yoxdur. 
Sadalama   intonasiyası, və ya tabesizlik bağlayıcıları bu 
əlaqənin ifadəçiləridir. Tabesizlik əlaqəsinə girən tərəflər 
qrammatik məzmun və formaca eyni olmalıdır. Yəni,  fərqli 
formada olan nitq hissələri və cümlə üzvləri arasında tabesizlik 
əlaqəsi ola bilməz. 
Bəzən söz birləşmələrinin  əsas və ya asılı  tərəfi də 
bərabər hüquq əsasında  əlaqələnən iki və daha çox sözdən 
ibarət olur ki,  həmin sözlər arasında da tabesizlik əlaqəsi olur. 
Məsələn, gəzməli, görməli yerlər, maraqlı hekayələr, povestlər 
və s.  
Tabesizlik  əlaqəsi  əsasında  əmələ  gələn bu cür  söz 
birləşmələrində    sözlər birləşmənin qeyri-müstəqil tərəfi 
olduğundan, onlar  cümlədə həmcins üzvlər kimi çıxış etmir.  
 
                                               
                                         
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                              
Tabesiz 
mürəkkəb 
cümlənin. 
komp. aras.
Həmcins
 xitablar
arasında
Həmcins 
təyinlər 
arasında 
Həmcins
zərfliklər
arasında 
Həmcins
 tamamlıq
  lar aras.
 
Həmcins 
xəbərlər
arasında
Həmcins  
mübtəda- 
lar aras. 
 
Tabesizlik 
 əlaqəsi 
Gülarə  Abdullayeva 
 
 
126
Tabelilik əlaqələri 
 
  Dilimizdə əvvəlki əlaqə növü ilə müqayisədə tabelilik 
əlaqəsinin işlənmə dairəsi çox genişdir. Həm söz 
birləşmələrinin, həm də cümlələrin yaranmasında bu əlaqənin  
mühüm əhəmiyyəti var. Başqa sözlə, tabelilik əlaqəsi olmadan 
söz birləşməsinin və cümlənin mövcudluğundan danışmaq 
olmaz. Söz birləşmələrinin  əsas və asılı  tərəfləri, cümlənin 
həmcins olmayan üzvləri  bir-biri ilə məhz tabelilik əlaqəsi ilə 
bağlanır. Bu əlaqə zamanı  əlaqədə olan tərəflərdən biri digərini 
özünə tabe edir, uyğun olaraq digər söz əlaqədə olduğu  sözdən 
asılı olur, bu və ya başqa cəhətdən  onu izah edir,  aydınlaşdırır. 
Məsələn, Yaşlı qadın, bizim həyətimiz və s.  
Tabelilik  əlaqəsi zamanı iki tərəf olur. Tərəflərdən biri 
əsas, digəri asılı  tərəf adlanır. Məsələn, hündür bina, evdən 
çıxanda birləşmələrində  bina  və  çıxanda sözləri  əsas,  hündür 
və evdən  sözləri isə asılı tərəflərdir.  
Sözlərin tabelilik yolu ilə  əlaqələnməsi nəticəsində 
yaranan birləşmələr iki cür olur: predikativ birləşmələr, qeyri- 
predikativ birləşmələr. Predikativ birləşmələr, başqa sözlə
cümlə deməkdir. Belə birləşmələr xəbərin iştirakı ilə yaranır. 
Məsələn, Havalar istiləşdi. Dərs sona çatdı və s. 
Qeyri-predikativ birləşmələr xəbərin iştirakı olmadan 
qurulan birləşmələrdir. Sintaksisdə söz birləşməsi dedikdə bu 
cür birləşmələr nəzərdə tutulur. Məsələn, güclü yağış, payız 
gələndə  və s.  
Azərbaycan dilində tabelilik əlaqəsinin üç növü vardır: 
yanaşma, uzlaşma və idarə. 
Yanaşma  əlaqəsi. Digər tabelilik əlaqələri ilə 
müqayisədə yanaşma əlaqəsi özünün qədimliyi ilə seçilir. Hələ 
dilin qrammatik quruluşu formalaşmadığı ilkin mərhələlərdə 
insanlar primitiv şəkildə sözü sözə yanaşdırmaqla 
əlaqələndirmiş,  əşyanın  əlaməti, miqdarı  və s. haqqında 

Müasir  Azərbaycan  dili 
 
 
127 
məlumat ifadə etməyə çalışmışlar. Yanaşma əlaqəsinin heç bir 
formal göstəricisi yoxdur. Asılı  tərəfin  əsas tərəfə  məna və 
intonasiya ilə bağlanmasına yanaşma deyilir.  Məsələn, geniş 
küçə, meşədəki hadisə, bərk qaçan  birləşmələrində sözlər 
arasında yanaşma  əlaqəsi vardır. Bu birləşmələrdə  geniş, 
meşədəki, bərk  sözləri yanaşma əlaqəsi ilə küçə, hadisə, qaçan  
sözlərinə tabe olmuşdur.   
Yanaşma  əlaqəsi zamanı birləşmənin asılı  tərəfi (tabe 
olan tərəfi) yanaşan, əsas tərəfi (tabe edən tərəfi) isə yanaşılan 
söz kimi qeyd olunur. Dilimizdə yanaşan söz əvvəl, yanaşılan 
söz isə sonra gəlir. 
Azərbaycan dilində yanaşma əlaqəsi ismi birləşmələrdə: 
birinci və ikinci növ təyini söz birləşmələrində, bəzi qeyri-
təyini ismi birləşmələrdə,  relyativ əlaqəli feli birləşmələrdə,  
cümlədə  təyinlə  təyinlənən arasında, xəbərlə  tərz, zaman, 
səbəb, məqsəd, kəmiyyət, şərt, qarşılaşdırma zərflikləri, xəbərlə 
bəzi tamamlıqlar arasında olur. 
Keyfiyyətinə görə yanaşmanın iki növü var: tam 
Yüklə 4,76 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin