138
peptid zənciri əmələ gətirir. Peptid rabitəsinin əmələgəlmə prosesi t r a n s p e p t i
d a s i y a adlanır. Polipeptid zəncirinin sintezi aminturşularında azotdan karbona
tərəf istiqamətində aparılır.
Ribosomlarda aminturşularının birləşmə prosesinin başlanmasına i n i s i a -
s i y a, polipeptid zəncirinin uzanmasına isə p r o l o n q a s i y a (və ya e l o n q a -
s i y a) deyilir.
Ribosom iki: iri və xırda subvahiddən ibarətdir. İri subvahiddə (50S) iki
rRNT (5S və 23S rRNT) və 34 müxtəlif zülal, kiçik sübvahiddə (30S) isə bir rRNT
(16S rRNT) və 21fərdi zülal vardır. Məlumat RNT-si xırda subvahidlə birləşir,
polipeptid zənciri isə iri subvahiddə əmələ gəlir. Sonuncuda iki sahə: peptidil (R-
sahəsi) və aminoasil sahəsi (A-sahəsi) vardır. Peptidil sahəsində d o n o r s a h ə s i
və aminoasil sahəsinə a k s e p t o r s a h ə s i də deyilir. Aminoasil-dRNT
əvvəlcə A sahəsi və sonra keçib R sahəsi ilə birləşir. Bu prosesə, yəni aminoasil-
dRNT-nin A sahəsindən R sahəsinə keçməsinə t r a n s l o k a s i y a deyilir.
Amin-turşuları translokasiya zamanı bir-birilə birləşir, polipeptid zənciri əmələ
gətirir. Bu proses prolonqasiya zamanı quanozintrifosfatın (QTF) iştirakı ilə xüsusi
zülallar (U-amili) kataliz olunur.
Dostları ilə paylaş: