Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə72/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

Sidik cövhəri 
CH−NH
2
CH−NH
2
│ │ 
COOH COOH 
Arginin Ornitin 
Fenilalanin- 
hidroksilaza;[O] 
CH
2
│ 
H
2
N−CH−COOH 
OH 
CH
2
│ 
H
2
N−CH−COOH
Fenilalanin 
Tirozin 
downloaded from KitabYurdu.org


131 
Lakin orqanizmdə əmələ gələn ammonyakın bir hissəsi istifadə edilmir və 
orqanizimdən ya sidik cövhəri ya da sidik turşusu şəklində xaric edilir. Quruda 
yaşayan onurğalıların əksəriyyəti amin azotunu sidik cövhəri şəklində xaric edilir. 
Bunlara urotelik orqanizmlər deyilir. Suda yaşayan heyvanların əksəriyyəti 
(xüsusən balıqlar) amin azotunu ammonyak şəklində xaric edilir. Bunlara 
ammoniotelik orqanizimlər deyilir.
Orqanizmdə qida rasionunda zülallar çox olduqda aminturşuların 
toxumadaxili parçalanması yüksəlir. Orqanizmdən sidik vasitəsilə xaric olunur. 
Azotun 6%-ə qədərini ammonium duzları, 90%-ə yaxını isə sidik cövhəri təşkil 
edir. Ammonyakın sidik cövhərinə çevrilməsi onu orqanizm üçün zərərsiz hala 
salır və asanlıqla ifraz edilir.
Əvəllər elə güman edilirdi ki, sidik cövhəri böyrəklərdə əmələ gəlir. 
Sonralar aydınlaşdırıldı ki, normal halda qaraciyər toxumasında sidik cövhərinin 
miqdarı qandakına nisbətən çox olur.
Sidik cövhərinin əmələ gəlməsi haqqında ilk nəzəriyyəni M. V. Nenski irəli 
sürmüşdür. Bu nəzəriyyəyə görə heyvan orqanizmində sidik cövhəri karbon qazı 
və ammonyakdan əmələ gəlir. 
 
 
 
 
 
XX əsrin əvvəllərində bu nəzəryyə öz əhəmiyyətini itirdi. 1932-ci ildə 
Krebsin qaraciyərdə apardığı təcrübələrdən aydın oldu ki, arginin, ornitin və 
sitrulin sidik cövhərinin sintezini sürətləndirir. Ornitin əvvəlcə CO
2
və NH
3
ilə 
birləşərək sitrulinə çevrilir. Alınan sitrullin yenidən bir molekul ammonyakla 
reduksiyaya girib argininin əmələ gətirir. Arginin isə arginaza fermentinin təsiri ilə 
parçalanıb sidik cövhəri və ornitinə çevrilir. Ornitin karbon qazı və ammonyakla 
reaksiyaya girməklə sidik cövhərinin sintezində iştirakını davam etdirir. Beləliklə 
sikl davam edir, bu proses “ornitin dövranı” adlanır. 
Orqanizmdə müxtəlif aminturşuların aminləşməsi və ya transaminləşməsi 
məhsulları olan α ketoturşular ya oksidləşmə yolu ilə CO
2
və H
2
O-ya çevrilir ya da
müxtəlif biosintez proseslərinə sərf edilir. α-ketoturşular oksidləşdirici karboksil-
sizləşmə yolu ilə üzvi turşulara çevrilir.
α-ketoqlütar + NH
3
+ NAD ∙ H
2








aza
dehidrogen
qlütamin
qlütamin + NAD ∙ H
2

turşusu turşusu
OH ONH
4
NH
2
NH
2
2NH
3
+ C═O → C═O

 


O
H
2
C═O

 


O
H
2
C═O 
OH ONH
4
ONH
4
NH

Ammonium Ammonium Sidik
karbonat karbamid cövhəri 
R─CH
2
─C─COOH 

 


2
2
O
R─CH
2
─COOH 
║ ─CO
2

α-ketoturşu üzvi turşu 
downloaded from KitabYurdu.org


132 
Əmələ gələn üzvi turşular β oksidləşmə yolu ilə parçalanaraq sirkə turşusuna 
o da öz növbəsində CO
2
və suya parçalanır. Aminturşu molekullarının azotsuz 
hissələri karbohidrat və yağların biosintezində də iştirak edə bilir. Aclıq halı 
keçirən bəzi heyvanlar üzərində (diabet xəstəliyi olan heyvanlar) aparılan 
təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, bəzi aminturşular qlikonegenezi 
(aminturşulardan karbohidratların sintezini) sürətləndirir və qaraciyərdə qlikogenin 
miqdarını artırır. Aminturşuların digər qrupu isə orqanizmdə keton cisimlərin 
əmələ gəlməsini sürətləndirir. Bu xüsusiyyətlərinə əsaslanaraq aminturşular iki 
qrupa bölünür. Birincilər qlikonegenezi sürətləndirir-qlikoplastik, ketogenezi 
sürətləndirənlər isə-ketoplastik aminturşular adlanır. Aminturşulardan qlisin, 
alanin, serin, treonin, valin qlütamin və asparagin turşuları, histidin, arginin, 
prolin-qlikoplastik, leysin tirozin və fenilalanin isə-lipoplastik xassəyə malikdir. 
İzoleysin və hidroksiprolin zəif şəkildə hər iki xassə göstərir.
Aminturşuların qlükoplastik və ketoplastik xassələr göstərməsi, onların 
tərkibində olan funksional qruplardan və onların miqdarından asılı olaraq dəyişir. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin