130
Aminturşuların karboksil qrupunun digər vacib reaksiyasından biridə onların
aminoasiladenilata çevrilməsidir. Bu barədə zülalların biosintezində ətraflı məlu-
mat veriləcəkdir.
Aminturşularının çevrilmələrindən biri də radikal yerdəyişməsidir. Bu
zaman üzvi radikal görünüşünü dəyişir bir aminturşudan digərinə keçir, nəticədə
yeni aminturşusu sintez olunur. Məsələn fenilalanın oksidləşməsindən tirozin
alınır.
Arginin hidrolizindən ornitin və karbamid (zülal mübadiləsinin son
məhsulu) alınır. Bu reaksiya arginaza fermentinin iştirakı ilə baş verir. Su
molekulasındakı oksigen atomu karbamidin sintezinə sərf olunur.
Yenidən zülalların sintezində və digər maddələrin (hormonların, vitamin-
lərin, fermentlərin) əmələ gəlməsinə sərf olunmayan aminturşular son məhsullara:
ammonyaka, karbamidə, karbon qazına və suya parçalanır. Su orqanizmdə
müxtəlif mübadilə proseslərinə qoşulur və artıq hissəsi orqanizmdən xaric edilir.
Karbon qazın da həmçinin orqanizimdən xaric edilir. İnsan və heyvanların mərkəzi
sinir sistemi ammonyaka qarşı həssasdır. Orqanizimdə ammonyakın artıq toplan-
ması (qidanın tərkibində zülal çox olduqda) sinir oyanıqlığı və qıcolma ilə nəticə-
lənir.
Canlı orqanizmlərin əksəriyyəti biosintez prosesində ammonyakdan istifadə
edə bilir. Ammonyak qlütamatdehidrogenaza fermentinin katalizatorluğu şəraitində
α-kefoqlütar turşusu ilə birləşir:
NH
2
NH
2
│ │
C=NH CH
2
│ H
2
O; arginaza │
NH CH
2
+ H
2
N−C−NH
2
│ │ ║
(CH
2
)
3
CH
2
O
│ │
Dostları ilə paylaş: