122
Nukleozidtrifosfatlardan RNT molekullarının sintez olunması prosesini
kataliz edən ferment RNT-polimeraza (yaxud transkriptaza) adlanır.
RNT-polimerazanın təsiri ilə nukleozidtrifosfatlar polimerləşərək, monomer-
lərin arasında 3,5-fosfodiefir rabitələri olan polinukleotid zəncirləri əmələ gətirir;
bu zaman nukleozidtrifosfatlar-dan pirofosfat turşusu ayrılır.
Müxtəlif canlıların toxuma və hüceyrələrində təsir xüsusiyyətinə görə RNT
polimerazanı xatırladan bir neçə fermentə təsadüf edilmişdir. Bunlardan ən
mühümü polinukleotidfosforilaza və RNT-sintetazadır.
Polinukleotidfosforilaza (PNF-aza) Qrunberq-Monaqa
və Oçoa tərəfindən
1955-ci ildə Azotobacter vinelandii ekstaktında aşkar edilmişdir. Sonralar bu
fermentə müxtəlif bitki və heyvan hüceyrələrində də təsadüf olunmuşdur. PNF-
azaribonukleoziddifosfat molekullarından RNT-nin əmələ gəlməsi prosesini kataliz
edən fermentdir:
RNT-polimeraza matrisa ilə birlikdə-promotor adlanır. RNT-polimeraza
fermenti bir neçə zülal tənzimləyici faktor (TATA) mərkəzi olan substratdan əmələ
gəlmişdir. İnisiasiya prosesində (biosintez prosesinin başlanması) promotorun
aktivləşməsi xüsusi nukleotid düzülüşünə malik olan
TATA-faktorun köməyi ilə
baş verir.
n
1
ATF
n
2
QTF DNT, Mg
2+
yaxud Mn
2+
n
3
UTF RNT + (n
1
+n
2
+n
3
+n
4
) H
4
P
2
O
7
n
4
STF RNT – polimeraza
n
1
ATF
n
2
QTF DNT, Mg
2+
n
3
UTF RNT + (n
1
+n
2
+n
3
+n
4
) H
4
P
2
O
7
n
4
STF PNF – aza
downloaded from KitabYurdu.org
123
PNF-azanın bioloji funksyası hələ tam aydınlaşdırılmamışdır. Bu fermentin
hüceyrələrdə müxtəlif tipli RNT molekullarının sintezində iştirak etməsi haqqında
olan nəzəri mülahizə özünü doğrultmur, çünki ribonukleoziddifosfatların və fosfat
turşusunun hüceyrədaxili mühit üçün səciyyəvi hesab olunan konsentrasiyasında
bu dönər reaksiyanın tarazlığı əks tərəfə yönəlir, yəni göstərilən şəraitdə reaksiya
PNF-azanın təsiri ilə ribonukleoziddifosfatların polikondensasiyası
istiqamətində
deyil, RNT-nin fosforolizi istiqamətində gedir. Bundan əlavə, PNF-azanın iştirakı
ilə sintez edilən RNT-nin birincili quruluşu “səbəbkar” DNT-yə müvafiq gəlmir.
Bunları nəzərə alaraq, güman etmək olar ki, PNF-azanın əsas bioloji funksyası
hüceyrələrdə lazım gəlməyən RNT molekullarını fosfat turşusu iştirakı ilə ribo-
nukleoziddifosfatlara çevirməkdən ibarətdir.
RNT-sintetaza fermenti tərkibində RNT olan
faqlarla yoluxmuş mikroorqa-
nizmlərdə, həmçinin belə viruslarla yoluxmuş bitki və heyvan hüceyrələrində
tapılmışdır. Bu fermentin təsiri ilə nukleozidtrifosfatlardan RNT molekulları sintez
edilir. Lakin RNT-sintetazanın RNT-polimerazadan əsas fərqi bundan ibarətdir ki,
onun fəaliyyəti üçün mühitdə DNT molekullarının olması vacib deyil. Bu fermen-
tin təsiri ilə hüceyrələrdə, onların yoluxduğu virus və faqlar üçün xarakterik olan
RNT molekulları sintez edilir. Bu zaman virus və faqların
spesifik RNT-si yeni
sintez olunan RNT üçün matrisa vəzifəsini daşıyır.
RNT-polimerazadan ən yaxşı öyrənilən bağırsaq şöplərində rast gəlinən
molekul kütləsi 487000 Da olan, beş substratdan təşkil olunmuş fermentdir (proka-
riot). Bu fermentin “-in vivo-” köməyi ilə hüceyrə nüvəsində müxtəlif m RNT, n
RNT və r RNT-si sintez olunur.
1970-ci illərdə xərçəng hüceyrələrinin onkogen viruslarında RNT matrisa-
sında DNT-in sintezini kataliz edən ferment müəyyən olunmuşdur. Bu ferment
RNT-dən asılı olan (bağlı olan) DNT-polimeraza adlandırıldı.
Onu həmçinin
tərsinə (geridönən) transkripsiya – refertaza prosesi adlandırırlar. Refertaza gen
mühəndisliyində geniş istifadə edilir. Bu fermentin köməyi ilə m RNT-si bir sıra
gen və zülalların sintezini təşkil edir. Refertaza reaksiyaları vasitəsilə normal
sağlam hüceyrənin xərçəng hüceyrəsinə necə çevrilməsi öyrənilir.
DNT-in və RNT-in sintezi artıq sonuncu 40 ildə daha da dərindən öyrənil-
məyə başlanmışdır. Artıq bu çoxmərhələli sintez proseslərinin bir çox fermentləri
məlumdur. Bu mərhələlərin mexanizminin detallarının açılması gələcəkdə bir çox
xəstəliklərin əmələ gəlməsi səbəblərini müəyyən edəcəkdir və insanların orqa-
nizminin qocalmasının qarşısı alınacaqdır.
Dostları ilə paylaş: