121
İnisiasiya prosesində DNT molekulu əvvəlcə DNT-birləşdirici,
sonra isə DNT-
açıcı zülallarla birləşir. DNT-açıcı zülalın təsiri altında DNT molekulunun ikiqat
spiraldan ibarət olan hörüyü müəyyən nahiyədə açılır. Sonra açılmış spirala DNT-
polimeraza və RNT-polimeraza fermentləri birləşir. RNT-polimerazanın
təsiri ilə
praymer sintez olunur. Belə güman edilir ki,
DNT molekulu məhz praymerin
sonuncu riboza qalığının 3-hidroksil qrupu ilə birləşmiş şəkildə sintez edilir. Sonra
molekul zəncirinin həmin hissəsi nukleaza fermentinin təsiri ilə yeni yaranmış
oliqodezoksiribonukleotid molekulundan ayrılır.
5. DNT-nin sintezinin elonqasiya mərhələsi: DNT sintezinin elonqasiya
mərhələsində əsas DNT molekulu replikasiyaya uğrayır və onun polinukleotid
zəncirlərinin iştirakı ilə komplementarlıq prinsipi
üzrə yaranan yeni DNT
zəncirlərinin hər biri əsas zəncirlərdən biri ilə birləşib, ikiqat spiral əmələ gətirir.
Yeni DNT zəncirləri DNT-polimeraza fermentinin iştirakı ilə sintez edilir.
Zəncirlərin bir-birinə hörülərək, spiral əmələ gətirməsi isə DNT-liqaza fermentinin
işrirakı ilə həyata keçir. Belə güman edilir ki, DNT sintezinin
terminasiyası (sona
çatması) əsas DNT molekulunun replikaiyasının sona çatması ilə əlaqədar olaraq
baş verir.
Dostları ilə paylaş: