Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə65/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

3. DNT-in biosintezi (replikasiya): Müasir elmi təsəvvürlərə görə, irsiyyətin 
nəsildən-nəsilə verilməsi DNT molekullarında olan nukleotidlərin yerləşmə ardıcıl-
lığı ilə əlaqədardır. Buna görə də, hüceyrələrdə DNT-nin sintezinin öyrənilməsi 
bioloji kimyanın mühüm problemlərindən biri hesab olunur. 
aminləşmə reduksiya olunma 
SMF DSMF 
İMF 
reduksiya olunma metilləşmə 
DYMF DTMF 
Uridin-5-monofosfat 

HN 



OH 
│ 
O=P─O─CH
2
│ 
OH 
H
O
OH
H
OH
H
H
downloaded from KitabYurdu.org


119 
Hüceyrələrin biokimyəvi xüsusiyyətlərini özündə cəmləşdirən genetik 
informasiyanı dəyişikliyə uğramadan valideyndən övlada verilməsindən aydın olur 
ki, bu informasiyanı daşıyan DNT molekulları dəqiq sürətdə öz-özünü yaratmaq 
xüsusiyyətinə malikdir. DNT molekulunun ikiqat polinukleotid spiralının 
quruluşunda təsadüf etdiyimiz komplementarlıq prinsipi, onun öz-özünü yaratma 
(ikiləşdirmə) funksyasının mexanizmini izah etməyə imkan verir. Hüceyrədə olan 
DNT-nin yeni DNT spirallarını sintez olunmasında rolu oynadığını əsas tutan iki 
nəzəriyyə irəli sürülmüşdür. Uotson və Krik tərəfindən irəli sürülən yarımkonser-
vativ replikasiya nəzəriyyəsində göstərilir ki, DNT molekulunun ikizəncirli spira-
lında olan hər bir plolinukleotid zənciri öz komplementini sintez edir. Bu zaman 
yeni əmələ gəlmiş iki DNT molekulunun hərəsinin polinukleotid zəncirlərindən 
biri əvvəlki spiraldan ayrılmış olur. Konservativ replikasiya adlanan ikinci 
nəzəriyyəyə görə, əvvəlcə DNT molekulunda olan polinukleotid zəncirindən biri 
ikiləşir, sonra isə yeni əmələ gəlmiş zəncir öz komplementinin sintezi üçün matrisə 
rolunu oynayır.
1958-ci ildə Mezelson və Stal E. Coli bakteriyalarını azot mənbəyi yalnız 
radioaktiv N
15
atomları ilə nişanlanmış ammonium-xloriddən 





  CI
N
4
15
ibarət olan 
qidalı mühitdə təcrübələr apararaq, sübut etdilər ki, hüceyrə daxilində DNT-nin 
sintezi yarımkonservativ replikasiya prinsipi üzrə gedir. Replikasiya edən DNT-nin 
ikili spiralında olan hər 10 cüt nukleotidin bir-birindən açılması üçün molekul öz 
oxu ətrafında bir dəfə fırlanmalıdır. Aydındır ki, əgər çoxlu miqdarda 
mononukleotidlərdən təşkil olunmuş DNT zəncirləri bir-birindən tam açıldıqdan 
sonra öz komplementlərinin sintezinə başlasaydılar, onda biosintezin normal sürə-
tini təmin etmək üçün hüceyrədə olan DNT öz oxu ətrafında çox böyük tezliklə 
fırlanmalı olardı (təxminən 10000 dövr/dəq.). Hüceyrələrin daxilində uzunluğu 1 
mm-ə qədər olan DNT molekullarının belə böyük sürətlə fırlanması mümkün 
deyil. Buna görə də, belə güman edilir ki, DNT spiralının açılması və yeni DNT 
moleku-lunun formalaşması eyni vaxtda gedən prosesdir.
DNT molekulları DNT-polimeraza fermentinin (bu fermentə DNT-nukleo-
tidiltransferaza da deyilir) iştirakı ilə sintez olunur. Dezoksinukleozidtrifosfatlar 
DNT-nin sintezi üçün ilkin mareterial vəzifəsi daşıyırlar. DNT molekullarının 
sintezi üçün mühitdə Mg
2+
və ya Mn
2+
ionlarının olması vacib şərtdir. Hüceyrədən 
xaric sistemlərdə (in vitro) DNT sintezinin bir sıra mühüm xüsusiyyətləri vardır. 
Onun əsas xüsusiyyətlərindən biri mühitdə dezoksinukleozidtrifosfatların (DATF, 
DQTF, DSTF, DTTF) bütün növlərinin olmasının vacibliyidir. Onlardan yalnız 
birinin olmaması DNT sintezinin dayanması ilə nəticələnir. Bundan əlavə, DNT-
polimerazanın fəaliyyəti üçün mühitdə mütləq “səbəbkar” DNT molekulları 
olmalıdır. Burada “səbəbkar” DNT sintez olunan DNT molekulları üçün matrisa 
downloaded from KitabYurdu.org


120 
vəzifəsini daşıyır. Sintez olunan DNT-nin xüsusiyyətləri ilk götürülmüş 
“səbəbkar” DNT molekulunda nukleotidlərin yerləşmə ardıcıllığı ilə əlaqədardır. 
DNT-nin sintezi zamanı gedən reaksiya sxematik olaraq aşağıdakı tənliklə ifadə 
edilir:
Bu reaksiya zamanı dezoksinukleozidtrifosfatlar matrisa vəzifəsini daşıyan 
DNT zənciri üzərindəki azot əsasları ilə komplementarlıq prinsipi üzrə qarşı-
qarşıya yerləşir, bir-birinin qonşuluğunda yerləşən dezoksinukleozidtrifosfatların 
tərkibində olan dezoksiriboza qalıqları arasında 3,5-fosfodiefir rabitələri əmələ 
gəlir və iki fosfat turşusu qalığı – pirofosfat turşusu şəklində ayrılır. Tənlikdən 
aydın olur ki, DNT molekullarının sintezinə sərf olunan DATF və DQTF-in 
miqdarı müvafiq olaraq, DQTF və DSTF-in miqdarına bərabərdir. Bu fakt DNT 
molekullarının kimplementar quruluşu (A – T; Q – S) haqqında Uotson və Krik 
tərəfindən irəli sürülən müddəaları bir daha təsdiq edir.
Dezoksinukleozidtrifosfatdan pirofosfat turşusunun ayrılması zamanı alınan 
enerji biosintez proseslərinə sərf olunur.
Canlı orqanizmdən xaricdə molekul zənciri nəzərdə tutulan ardıcıllıqla 
yerləşmiş nukleotid qalıqlarından ibarət olan DNT molekulunun sintez edilməsi 
çox çətin problemdir. Son vaxtlarda aslimlər alanin aminturşusunun nəqliyyat 
RNT-nin genin (Q. Xorana) və E. Coli bakteriyalarını yoluxdurmaq qabiliyyətinə 
malik olan faqların bir növünü (Kornberq) sintez etməyə müvəffəq olmuşlar. 
Hemoqlobin molekulundakı aminturşu qalıqlarının yerləşmə aedıcıllığı haqqında 
informasiyaya malik olan genin sintez edilməsi bioloji kimyanın ən yeni nailiyyət-
lərindən biridir. 
Zülalların, RNT-nin və DNT-nin biosintezini şərti olaraq, 3 mərhələyə 
bölürlər: i n i s i a s i y a (təşəbbüs, biosintez prosesinin başlanması üçün verilən 
göstəriş), e l o n q a s i y a (sintez olunan polinukleotid zəncirlərinin uzunluğunun 
artması) və t e r m i n a s i y a (biosintez prosesinin sona çatması) mərhələləri. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin