R-2d respiratoru dörd ölçüdə (0, 1, 2, 3) olur. Onun ölçüləri maskanın çənəaltı
hissəsində rəqəmlərlə göstərilib. Respiratorun ölçüsünü elə seçmək lazımdır ki, o, üzə
kip yatsın, yoxsa zəhərli hava maskanın altına keçib adamı zəhərləyə bilər.
Respiratorun lazımi ölçüsünü tapmaq üçün adamın üzünün uzunluğunu, yəni
burunun yuxarı hissəsinin ən çökək yerindəki nöqtə ilə çənənin ən aşağı
nöqtəsi
arasındakı məsəfəni millimetr bölgülü xətkeşlə ölçürlər. Üzün uzunluğu 80-100 mm
olduqda – birinci, 115-125 mm olduqda – ikinci, 125 mm-dən artıq olduqda – üçüncü
ölçülü respirator lazımdır.
Respiratoru geyməyə hazırlamaq və geymək üçün onu paketdən çıxarmaq (paketin
yuxarı tikişini kəsməli və onu səliqə ilə açmalı), sonra yarımmaskanı və baş
qaytanlarını nəzərdən keçirib sahmana salmaq lazımdır. Əgər respiratordan bundan
əvvəl
istifadə edilmişsə, onu geyməzdən əvvəl dezinfeksiya etmək vacibdir. Bu
məqsədlə onun daxili səthini əvvəlcə sabunlu suda isladılmış yaş tamponla, sonra isə
quru tamponla (əski ilə) silmək lazımdır. Bu zaman yarımmaskanı tərsinə çevirmək
olmaz.
Respiratoru geymək üçün onu paketdən çıxarmalı, qaytanları yuxarı tərəfdə
saxlamaqla yarımmaskanı üzə keçirməli (çənə və burun bütünlüklə maskanın
içərisində yerləşməlidir), sonra bərkidici qaytanların birini başın əmgək (təpə)
hissəsində, o birisini isə peysər hissəsindən keçirib bərkidirlər. Yarımmaskanın üzə
kip yatması üçün bərkidici hissənin qaytanlarının uzunluğunu toqqanın
köməyi ilə
tənzimləmək olar (bu zaman respiratoru çıxarmaq lazımdır). Yarımmaskanın üzə kip
yatdığına əmin olduqdan sonra burun sıxıcının uclarını buruna sıxırlar.
R-2d respiratorunun düzgün geyildiyini və üzə kip yatdığını yoxlamaq üçün sol
əlin ovucu ilə nəfəsvermə klapanını tutur və nəfəs verirlər. Əgər bu zaman hava
yarımmaskanın üzə yatan kənarlarından çölə çətinliklə çıxarsa
respirator düzgün
seçilmiş və geyilmiş hesab edilir. Respiratoru onun nəfəsvermə klapanından tutub
yarımmaskanı yavaşca aşağı və irəli çəkməklə çıxarırlar. Sonra onun daxili səthini
silib qurulayır, təmizləyir və paketə yerləşdirib paketin ağzını
xüsusi halqa ilə
bağlayırlar.
Dostları ilə paylaş: