70
DAAD-la Azərbaycan Republikası Təhsil Nazirliyi arasında imzalanmış Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd
proqramı ilə bağlı sazişə əsasən son illər azərbaycanlı tələbə, magistr və doktorantların (aspirantların) Almaniyada təhsil alması üçün geniş
imkanlar yaranıb. Bu proqram çərçivəsində namizədin akademik səviyyəsindən asılı olaraq onlar alman universitetlərindən bakalavr, magistr və
ya PhD dərəcəsi alırlar. Proqramda muhəndislik, tibb və səhiyyə, təbiət elmləri, sosial və humanitar elmlər, biznes və iqtisadiyyat, kompüter və
informasiya elmləri, hüquq, incəsənət və musiqi, kənd təsərrüfatı, ekologiya və turizm sahələrinin tələbələri iştirak edə bilərlər.
ERP-nin (Avropa Bərpa Proqramı) illik təqaüdləri isə iqtisadiyyatçı tələbələr üçün nəzərdə tutulub. Bu təqaüdlərin sayəsində iqtisadiyyat
və müəssisə idarəçiliyi sahələri üzrə üçüncü kurs tələbələri iki semestr (10 ay) ərzində Almaniyanın dövlət universitetlərində təhsil almaq imkanı
əldə edirlər. Almaniyada müəssisələrin birində təcrübənin keçirilməsi proqramın mühüm hissəsini təşkil edir. Daxilolma şərtlərinə əsasən şəxsin
yaş həddi 32-dən yuxarı olmamalı və o, alman dilini yaxşı bilməlidir.
Almaniyanın müxtəlif siyasi partiyalarına yaxın fondların təqaüd proqramları da yetərincədir. Əsasən, Adenauer adına Fond (Konrad-
Adenauer-Stiftung) magistratura təhsili və Almaniyada elmi tədqiqatların aparılması istiqamətində təqaüdlər ayırır.
1860-cı ildə təsis olunmuş Aleksandr Humbolt adına fond əcnəbi və yerli alimlər arasında elmi əməkdaşlığın yaradılmasına yardım edir.
O, hər il 1900-dən çox əcnəbi alimin elmi məqsədlərlə Almaniyaya gəlməsinə şərait yaradır və 23 minlik keçmiş təqaüdçülərin dünya şəbəkəsini
dəstəkləyir. Onların arasında 130 ölkədən 43 Nobel mükafatı laureatı da var.
Daha bir nüfuzlu yardım proqramını Beynəlxalq Maks Plank Tədqiqat Məktəbləri (International Max Planck Research Schools - IMPRS)
təqdim edirlər. Onlar savadlı alman və əcnəbi tələbələr üçün nəzərdə tutulub. IMPRS strukturlaşdırılmış təhsil və tədqiqatlar üçün gözəl şərait
yaradır. IMPRS çərçivəsində elmi tədqiqatlarla təxminən 2100 aspirant məşğul olur. Onların əksəriyyətini xarici ölkələrdən gələnlər təşkil edir.
Bu proqramın təqaüdçüləri namizədlik dissertasiyasını Almaniya universitetlərindən birində və ya öz ölkəsindəki universitetdə müdafiə edə
bilərlər.
İstənilən təqaüdün alınması üçün adətən standart sənədlər paketi tələb olunur. Buraya müraciət anketi, qısa tərcümeyi-hal, diplomun,
orta təhsil haqqında attestatın surəti, iki və daha artıq xasiyyətnamə və dil kurslarından alman dilinin öyrənilməsi barədə arayış daxildir. Bəzi
hallarda sağlamlıq haqqında arayış, aspirantlar üçün elmi nəşrlərin siyahısı, alman professorun elmi rəhbər olmasına namizədin razılığı,
Almaniyada təhsilin zəruriliyinin ətraflı əks olunduğu əlavə məktub (Beratung) və konkret təlim proqramının seçilməsi də tələb edilə bilər.
Dostları ilə paylaş: