Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə29/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   25   26   27   28   29   30   31   32   ...   54
muhazire

Məktəbəqədər təhsil 
  
Birləşmiş Krallıqda məktəbəqədər təhsil icbari olmasa da, dövlət təhsilin bu pilləsinin ardıcıl 
inkişafını təmin edir. 3-4 yaşlı uşaqların bir qismi bağçalarda və ya ibtidai məktəblərin uşaq 
siniflərində ibtidai təhsilə hazırlıq və azyaşlıların ümumi inkişafını nəzərdə tutan tədris 
proqramları əsasında təhsil alırlar. 
Bəzi məktəbəqədər müəssisələrdə həftə ərzində uşaqlarla müəyyən saatda məşğul olurlar. 
Bundan əlavə, bir çox uşaqlar məktəbəqədər oyun qruplarına cəlb edilirlər. Belə qrupların 
əksəriyyəti valideynlər tərəfindən təşkil olunur və Məktəbəqədər Oyun Qrupları Assosiasiyasında 
birləşir. Məktəbəqədər təhsildə uşaqlar oxumağı və yazmağı, həmçinin hesabın əsaslarını 
öyrənirlər. 
  
İbtidai təhsil 
İngiltərədə, Şotlandiyada, Uelsdə ibtidai təhsil 5 və Şimali İrlandiyada 4 yaşdan başlanır və 
əsasən 6-7 il (bəzən 3-4 il) davam edir. Belə ki, İngiltərənin bəzi yerli hakimiyyət dairələrinin 
qərarı ilə 5-9 yaşlı uşaqlar ibtidai məktəblərdə və 8-14 yaşlılar isə icbari orta məktəblərdə təhsil 


72 
alırlar. İbtidai məktəblərin əksəriyyətində qızlar və oğlanlar birgə oxuyur. İngiltərə, Uels və 
Şotlandiyada şagirdlər əsasən, 11 yaşında icbari orta məktəbə gedirlər. 
Ümumi orta təhsil 
Birləşmiş Krallıqda məktəblilər icbari orta təhsili 16, tam orta təhsili isə 18 yaşda başa 
vururlar. Ümumtəhsil məktəbləri - gimnaziya, lisey, kollec və peşə liseyləri ən yüksək maddi-
texniki bazaya malikdir. Tədris prosesində kompüter texnologiyalarından geniş istifadə olunur. 
Ölkədə orta məktəb yaşlı uşaqların təxminən 90 faizi icbari təhsilə cəlb olunub. Bu 
məktəblərə şagirdlər bacarıq və hazırlıq səviyyələri yoxlanılmadan qəbul edilirlər. 
16 yaşından etibarən şagirdlər təhsillərini altıillik kollec və ya peşə məktəblərində də davam 
etdirə bilərlər. Hər iki halda spesifik peşə, yaxud tətbiqi fənlərlə yanaşı, ümumi təhsil kursu da 
keçilir. İngiltərə və Uelsdə 15 texnoloji kollec fəaliyyət göstərir. Dövlət 200-dən çox orta 
məktəbdə texnoloji ixtisaslaşmaya yardım edir. Bu məktəblər texnoloji təhsili inkişaf etdirmək 
üçün qrant alırlar. 
Orta məktəblər hər il valideynlərə övladının tədris nailiyyətləri haqqında məlumat 
verməlidir. Məktəb müfəttişi hər hansı bir tədris ocağında aşağı səviyyədə təhsil verildiyini 
müəyyən etdikdə, yerli təhsil orqanları məktəbin özünüidarəetmə qurumunun sədrini dəyişir. 
Özəl məktəblər Təhsil Nazirliyində qeydiyyatdan keçir və açıq rəqabət şəraitində fəaliyyət 
göstərirlər. Ölkədə mövcud olan 2500-ə yaxın özəl məktəbdə ümumi şagirdlərin təxminən 7 faizi 
təhsil alır. Özəl məktəblərdə təhsil pulludur. Bu təhsil müəssisələrində aztəminatlı ailələrdən olan 
şagirdlərə təqaüd verilir. Belə tədris ocaqları, adətən uşaq bağçalarını, ümumtəhsil və orta 
məktəbləri özündə birləşdirən komplekslər kimi fəaliyyət göstərir. 
Dövlət məktəblərində müəllimləri yerli təhsil orqanı və ya məktəbin özünüidarəetmə qurumu 
təyin edir. Müəllimlərin ixtisasları Təhsil Nazirliyi tərəfindən təsdiq olunmalıdır. İngiltərə və 
Uelsdə həyata keçirilən islahatlara əsasən, məktəblər müəllimlərin ilkin hazırlanmasında daha fəal 
rol oynayırlar. Belə ki, məktəblər tələbələrin praktiki hazırlığı, onların səviyyələrinin 
qiymətləndirilməsində yaxından iştirak edirlər. 
Təhsildə Standartları müəyyən edən Müstəqil Qurum (OFSTED) Təhsil Nazirliyinə məktəb 
təhsilinin keyfiyyəti, standartlar və təhsilin effektivliyi haqda vaxtaşırı xəbər verir. Hər bir məktəb 
müstəqil müfəttişlər qrupu tərəfindən yoxlanılır. Yoxlama qrupuna təhsil mütəxəssisləri ilə 
bərabər, valideynlər də daxil edilir. Yoxlamanın nəticələri haqda valideynlərə məlumat verilir. 
Yekun nəticələrə müvafiq olaraq məktəbə rəhbərlik edən qurumlar perspektiv planlarını hazırlayır 
və valideynləri gələcək fəaliyyətləri barədə məlumatlandırırlar. 
Böyük Britaniyanın Milli Kurikulumu 1992-ci ildə qəbul edilib və dövlət məktəblərində 
təhsil alan şagirdlər 16 yaşına kimi bu kurikulum əsasında dərs keçirlər. 2008-ci ildən qərara alınıb 
ki, 2013-cü ildə 17, 2015-ci ildə isə 18 yaşlı şagirdlərə Milli Kurikulum tətbiq olunsun. Özəl 
məktəblər isə Milli Kurikulumu tətbiq etməyə məcbur deyillər. 
Milli Kurikulumda ingilis dili (Uels dilində tədris aparılan məktəblərdə Uels dili), riyaziyyat, 
təbiət elmləri, dizayn və texnologiya, informasiya və kommunikasiya texnologiyası, tarix, 
coğrafiya, xarici dillər, musiqi, incəsənət və fiziki tərbiyə fənləri əsas yer tutur. Bunlarla yanaşı, 
bir sıra digər icbari fənlər də mövcuddur ki, bu sıraya da dini fənləri aid etmək olar. 
Şimali İrlandiyada da oxşar proqram tətbiq olunur. Lakin məktəblər şagirdlərin fərdi 
tələblərini, şəraiti nəzərə alaraq kurikuluma əlavə elementlər daxil edə bilərlər. 
İcbari orta təhsili başa vuran şagirdlər Orta Təhsil üzrə Ümumi Şəhadətnamə imtahanı 
verirlər. Bu imtahan hər fənn (10-a yaxın) üzrə verilir və müstəqil imtahan eksperti tərəfindən 
qiymətləndirilir. Orta Təhsil üzrə Ümumi Şəhadətnamə imtahanından uğurla keçən şagirdlər tam 
orta təhsil ala, yaxud da peşə və texniki kolleclərdə müəyyən ixtisasa yiyələnə bilərlər. 


73 
Şagirdlər tam orta məktəbdə bir il təhsil aldıqdan sonra AS səviyyəsini (Advanced 
Subsidiary Level) əldə etmək üçün yenidən imtahan verirlər. Tam orta təhsilini başa vuran 
şagirdlər isə universitetlərə qəbul olunmaq üçün ən yüksək mərhələ sayılan A-Level adlandırılan 
imtahanda iştirak edirlər. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin