67
imkanı verən karyeranın başlanğıcı hesab edilir. Peşə təhsilinin səviyyəsinin artırılması üzrə həyata keçirilən müxtəlif tədbirlər universitetlərdə
magistr dərəcəsi almaq imkanı da yaradır.
Ali təhsil
Qloballaşma Almaniyanın elmi və ali təhsili qarşısında yeni tələblər qoyur. Müvafiq islahatlar nəticəsində universitetlər ali təhsil
sistemini yeni beynəlxalq tələblərə uyğunlaşdırmağa başlayıblar. Buraya çoxpilləli təhsil sistemi (bakalavr və magistratura), ali təhsilin ödənişli
olması,
qəbul testləri, universitetlər və qeyri-universitet müəssisələri ilə strateji tərəfdaşlığın gücləndirilməsi aid edilə bilər. Bütün bunların
sayəsində ali təhsil böyük dəyişikliklərə məruz qalıb. Almaniyada verilən elmi dərəcələr digər Avropa ölkələrindən bir qədər fərqlidir. Ali
məktəblərin riyaziyyat, təbiət elmləri, iqtisadiyyat və sosiologiya fakültələrinin məzunları ali təhsil haqqında dövlət diplomu alırlar. Humanitar
fakültənin tələbələrinə təhsillərini bitirdikdən sonra, adətən, magistr (magister artium) dərəcəsi verilir. Bundan sonra aspiranturaya (promotion)
daxil olaraq doktorluq dərəcəsi (doktor) almaq mümkündür. 2010-cu ildən Almaniya universitetlərinin fakültələri əsasən bakalavr və magistr
dərəcələri (beynəlxalq nümunəli) almaq imkanı verən təhsil sisteminə keçməyə başlayıblar. Bu, Avropa dövlətlərinin qoşulduqları
Boloniya
prosesinə uyğundur.
Almaniyada ali təhsil müəssisələrinə qəbulun ümumi standartları müəyyən edilib. Belə ki, universitetə daxil olarkən gimnaziyada və ya
gimnaziya proqramı üzrə əsas və ya real məktəbdə təhsilin nəticələrinə uyğun verilən sənəd (abitur diplomu) əsas götürülür. Abitur diplomu ilə
təsdiqlənmiş təhsil standartlarına
uyğunluq, adətən, universitetə imtahansız qəbul olmaq imkanı verir. Almaniya ali təhsilinin əsas prinsipi
"akademik sərbəstlik" sistemidir. Bu sistem hər bir tələbəyə öyrənmək istədiyi fənlərin siyahısını müəyyənləşdirmək imkanı yaradır. Almaniyanın
ali təhsili təlim prosesi ilə elmi tədqiqatların birləşdirilməsini də nəzərdə tutur. Belə ki, universitetlərdə hər semestr mühazirə (14-20 həftə) və
qeyri-mühazirə dövrlərindən ibarətdir. Qeyri-mühazirə dövründə tələbələr müstəqil elmi işlə məşğul olurlar.
Ali təhsilin ilk pilləsi baza dövrüdür (grundstudium). Bu pillədə təhsil adətən dörd semestrdir (iki tədris ili) və aralıq imtahanlarının
(diplom - vorprüfung, zwischenprüfung) verilməsi ilə başa çatır. Bu imtahanları uğurla verən tələbələr ikinci pillədə (hauptstudium) təhsilini davam
etdirmək hüququ qazanırlar. Bu pillədə təhsil daha beş semestr davam edir və ixtisasın daha dərindən öyrənilməsini nəzərdə tutur. O, adətən,
buraxılış imtahanı ilə başa çatır. Bir sıra ixtisasların (pedaqogika, tibb, hüquq) məzunları buraxılış imtahanı qismində dövlət imtahanı
(staatsexamen) verirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, ikinci pillənin yekunlarına əsasən universitetlər daha çox bakalavr (bachelor) dərəcəsi verirlər. Bunun
üçün universitetdə 3-4 il ərzində təhsil almaq zəruridir. Bundan sonra
məzunlar, adətən, peşəkar fəaliyyətə başlayırlar. Magistr (Master) dərəcəsi
namizədin verdiyi magistr imtahanları əsasında təqdim olunur. Təlim kursu iki əsas ixtisası və ya bir əsas və iki əlavə ixtisası əhatə edir.
Universitetlərin əksəriyyətində magistr dərəcəsi yeni tətbiq olunmağa başlayıb. Yaxın gələcəkdə magistraturanı bitirənlərə verilən sənədin,
diplomu tamamilə əvəz edəcəyi nəzərdə tutulub.
Ali təhsilin üçüncü pilləsi aspiranturadır (promotion). Doktorluq dərəcəsinin alınması məqsədilə dissertasiya hazırlığı yalnız
universitetlər tərəfindən həyata keçirilir. Elmi tədqiqatın aparılması ilə əlaqədar dissertasiyanın hazırlanması magistr dərəcəsi alandan sonra 2-4 il
ərzində davam edir. Dissertasiyanın yazılmasının və şifahi imtahanın uğurla verilməsinin nəticələrinə əsasən doktorluq dərəcəsi verilir.
Almaniyada təhsilin ödənişli olması haqqında uzun müddət davam edən müzakirələr (Studiengebühren)
nəticəsində təhsil qismən
ödənişli olub. 2005-ci ildə Federal Konstitusiya Məhkəməsinin qərarı ilə təhsilə görə ödənişə qoyulan qadağa aradan götürülüb. Son illərə qədər
Almaniyada ali təhsil yalnız dövlət tərəfindən maliyyələşdirilirdi. 2007-ci ildən etibarən Baden-Vürtemberq, Bavariya, Hamburq, Aşağı Saksoniya
və Şimali Reyn-Vestfaliya torpaqları birinci semestrdən etibarən universitetlərdə ödənişli təhsil tətbiq etməyə başlayıblar. Məbləğ əsasən bir
semestr üçün 500 avro təşkil edir. Təhsilin maliyyələşdirilməsi məqsədilə bu torpaqlar dövlət zəmanəti ilə kredit də təklif edirlər. Berlin,
Branderburq, Meklenburq - Ön Pomeraniya və Şlezviq - Qolşteyndə isə bütün ödənişlər inzibati (50-60 avro) və ya sosial semestr ödənişləri (40
avrodan 180 avroyadək) ilə məhdudlaşdırılır. Burada əlavə təhsil (Regelstudienzeit), yəni 5 ildən artıq alınan təhsil, eləcə də könüllü dinləyicilər
(məsələn, təhsil almaq istəyən təqaüdçülər) və ikinci təhsil alanlar (əsasən iqtisadiyyat ixtisasları) üçün ödənişlər geniş yayılıb. Bütün bu təhsil
məbləğləri isə semestr üçün 800 avro təşkil edir.
Bundan əlavə, dərsliklərə çəkilən xərclər bir semestr ərzində təqribən 200 avro və tibbi sığorta haqqı isə bir semestr üçün 280 avro
məğləğində (qiymətlər tədris ilinə görə dəyişə bilər) müəyyən edilib.
Ölkənin özəl təhsil müəssisələri uzun müddətdir təhsili ödənişli əsaslarla həyata keçirirlər. Məsələn, ingilis dilində magistr proqramları
il ərzində 4-15 min avroya və daha artıq məbləğə başa gəlir.
Dostları ilə paylaş: