66
Fransada ibtidai məktəbdə oxuyan şagirdlərə evə yapşırıq verilmir.İbtidai təhsil dövründə
sinifdə bütün fənləri bir müəllim tədris edir.
İbtidai təhsil almış bütün şagirdlər kolleclərdə oxuya bilərlər.Kollecdə təhsil, hər biri 2 il
olmaqla 2 dövrə bölünür.
• Müşahidə dövrü
• İstiqamətləndirici dövr.
Müşahidə dövrünə VI və V siniflər daxildir.( Fransada siniflərin sıralanması əks
istiqamətdə aparılır –VI, V, IV,III) Bu dövrdə təhsil prosesi orta təhsilin baza
elementlərini təqdim etməklə ibtidai təhsili tamamlayır.Bütün uşaqla kollecə daxil olur,
bərabər tədris proqramı üzrə dərs keçir və mütləa şəkildə müəvvan olunmuş xarici
dillərdən birini öyrənirlər.
İstiqamətləndirici dövrə ümumi təhsilin IV və III sinifləri, eləcə də texniki təmayüllü
kolleclərin IV və III sinifləri daxildir.Bu mərhələdə uşaqlar ikinci xarici dil öyrənməyə
başlayır və əlavə olaraq latın, yunan və digər dilləri seçə
bilirlər.III sinifin sonunda şagirdlər imtahan verir və kolleci bitirməkləri haqqda
şahadətnamə alırlar.
Dostları ilə paylaş: