68
Almaniya universitetləri ("vahid elmi tədqiqatlar və tədris" prinsipinə əsasən) yalnız ali təhsil müəssisəsi deyil, həmçinin qabaqcıl
elmi tədqiqatlar mərkəzidir. Ölkə daxilində və xaricində alimlərlə elmi tədqiqat müəssisələri arasındakı sıx əməkdaşlıq bunun üçün geniş imkanlar
yaradır. Ali
təhsil məktəbləri dövlətdən, fondlardan və üçüncü şəxslərdən (elmi tədqiqatların sifarişçilərindən) maliyyə vəsaitləri alırlar.
Universitetlərin fakültə və kafedraları əsasən aşağıdakı ixtisaslar üzrə ixtisaslaşıblar: tibb, təbiət və texniki elmlər, incəsənət və humanitar elmlər,
hüquqşünaslıq,
ilahiyyat, iqtisadiyyat, sosial elmlər, kənd təsərrüfatı və meşəçilik.
Klassik universitetlər sırf elmə üstünlük verərək qədim dünya tarixindən iqtisadiyyata qədər bütün növ ixtisaslar təklif etdiyi halda,
texniki universitetlər daha çox mühəndislik və təbiət elmlərinin öyrənilməsinə diqqət ayırırlar. Texniki universitetlər alman
mühəndislik sənətinin
əsas mərkəzi kimi böyük nüfuza malikdirlər. Bu universitetlərə daha çox əcnəbi tələbələr maraq göstərirlər.
Ötən əsrin 60-cı illərinin sonundan ölkədə ixtisaslaşdırılmış universitetlər (İU) inkişaf etməyə başlayıb. Almaniyadakı bütün tələbələrin
demək olar ki, üçdə biri peşəkar akademiya adlanan və müəssisələrlə sıx əməkdaşlıq edən bu cür universitetlərdə təhsil alırlar. Sənətə qısa zamanda
yiyələnmək imkanı yaradan ixtisaslaşdırılmış universitetlərdə təhsil müddəti 3 ildir. Ciddi şəkildə təşkil edilmiş təlim kursları və aralıq imtahanlar
təhsilin orta müddətini qısaltmaq imkanı yaradır.
Lakin bu, elmi fəaliyyətdən imtina edilməsi kimi başa düşülməməlidir. Belə ki, ölkənin təqribən
200 ixtisaslaşdırılmış universitetində elmi tədqiqatlar aparılır. Onlar əsasən sənayenin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulduğundan tətbiqi
xarakter daşıyırlar.
Almaniyanın 167 tətbiqi elmlər universiteti (Fachhochschulen) tələbələrə peşə təhsili təklif edir. Bu universitetlərdə tədris kursunun
müddəti qısadır və elmi-tədqiqat universitetlərindən fərqli olaraq daha çox praktik yönümlüdür. Həmin universitetlərdə aspirantura yoxdur.
Almaniyanın 57 ali incəsənət və musiqi təhsili müəssisəsi yaradıcılıq peşələri (rəssamlıq, qrafika, dizayn, heykəltəraşlıq, bədii tərtibat,
fotoqrafiya, kino, musiqi) üzrə akademik təhsil təkilf edir. Bu universitetlərdəki təhsil peşəkar rəssam və musiqiçilər, eləcə də bədii-estetika fənləri
üzrə müəllim yetişdirməyə yönəlib.
Son vaxtlar hər bir konkret universitetdə təhsilin keyfiyyətinin obyektiv qiymətləndirilməsi tendensiyası geniş yayılıb. "Die Zeit" qəzeti
ilə Ali məktəbin inkişaf mərkəzinin (CHE) birgə hazırladıqları reytinq buna misal ola bilər. Ənənəvi olaraq bu reytinqdə ən yaxşı mövqeləri Baden-
Vyurtemberq, Bavariya,
Meklenburq-Şərqi Pomeraniya, Turinqiya və Saksoniya torpaqlarının universitetləri tuturlar.
Ötən əsrin 70-ci illərindən etibarən dövlət və dini universitetlərlə yanaşı, dövlət tərəfindən tanınmış bir sıra özəl universitetlər də
fəaliyyətə başlayır. Hazırda Almaniyada 130 özəl ali təhsil müəssisəsi (əsasən kiçik), o cümlədən 10 özəl universitet fəaliyyət göstərir. Bunlara
Oestrix-Vinkeldə yerləşən Avropa Biznes Məktəbini, Vitten-Herdekke Özəl
Universitetini, eləcə də 12 dini universiteti misal çəkmək olar. Lakin
bir çox digər ölkələrdən fərqli olaraq Almaniyada özəl universitetlər böyük nüfuza malik deyillər. Tələbələrin 90 faizdən çoxu dövlət
universitetlərində təhsil alır. Buna səbəb dövlət universitetlərinin dövlətin nəzarəti altında fəaliyyət göstərməsi və fəaliyyətlərinin dövlət tərəfindən
əlaqələndirilməsidir. Bundan başqa, dövlət universitetləri ali məktəbə daxil olmaq hüququ verən kamillik attestatına (və ya orta təhsil haqqında
şəhadətnaməyə bərabər tutulan hər hansı bir sənədə) malik hər bir şəxs üçün açıqdır.
Almaniyada 39 aspirant məktəbi fəaliyyət göstərir. Onlar "Əla keyfiyyət təşəbbüsü" çərçivəsində dövlət tərəfindən dəstəklənirlər. Bu
məktəblər 3-illik aspirant proqramları təklif edirlər. Aspirant məktəbləri ilə yanaşı, ölkədə ali təhsilli şəxslər üçün 226 təhsil müəssisəsi (GRK -
Almaniya elmi-tədqiqat cəmiyyətinin (DFG) dəstəklədiyi nisbətən dar tematik yönümlü) fəaliyyət göstərir. Bu universitetlərdən 59-u digər ölkədə
ali təhsil almış şəxslər (IGK) üçün nəzərdə tutulub. IGK - müxtəlif ölkələrin bir və bir neçə universitetinin alman universitetlərindən biri ilə
əməkdaşlıq etməsi deməkdir.
Son zamanlar ölkə üzrə universitetlərə daxil olmaq istəyənlərin sayının çoxluğu bir neçə ixtisas üzrə ali təhsil ocağına qəbula say
məhdudiyyəti (Numerus clausus) qoymaq zərurəti yaradıb. 2005-ci ildən etibarən bəzi ixtisaslar üçün "20-20-60" qaydası qüvvəyə minib. Qaydaya
əsasən yerlərin 20 faizi ən yüksək bal toplayan və öz istədikləri universiteti seçmək hüququ qazanan abituriyentlərə verilir. Yerlərin qalan 20 faizi
gözləmə müddətinə müvafiq olaraq təqdim edilir. Universitetlərdəki yerlərin 60 faizi isə ali məktəblər tərəfindən abituriyentin attestatdakı orta
balına və universitetin meyarlarına əsasən bölüşdürülə bilər.
Almaniya ali təhsil almaq istəyən istənilən gənc üçün cəlbedici ölkədir. O, ABŞ və Böyük Britaniyadan sonra
əcnəbi tələbələrin ən çox
axın etdiyi üçüncü dövlətdir. Bu gün alman universitetlərində 240 min əcnəbi tələbə təhsil alır. Bu, 1995-ci ilin göstəricisi ilə müqayisədə 70 faiz
çoxdur. Onların hər dörd nəfərindən biri Almaniyada müvafiq kamillik attestatı alıb. Əcnəbilər üçün universitetlərdə əcnəbi tələbələrlə iş üzrə
xüsusi şöbələr (Akademisches Auslandsamt, AAA) yaradılıb. Bundan əlavə, təxminən 25 min əcnəbi alim Almaniya universitetlərinin əməkdaşıdır.
Öz növbəsində, 85 min alman xarici ölkələrin universitetlərində təhsil alır. Almanlar Niderland, Böyük Britaniya, Avstriya və İsveçrə
ali məktəblərinə daha çox maraq göstərirlər.
Dünyada təxminən 3 milyon tələbə xaricdə təhsil alır. Onların 12,2 faizi Almaniyanın payına düşür. Ümumiyyətlə, bu gün Almaniya
universitetlərində təxminən 2 milyon gənc təhsil alır.
Almaniyada ali təhsilini yarımçıq qoyanların sayı isə tələbələrin təxminən 23 faizini təşkil edir. Bu, dünyada mövcud olan ən yaxşı
göstəricilərdən biridir.
Dostları ilə paylaş: