Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə19/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   15   16   17   18   19   20   21   22   ...   54
muhazire

 
 
MÜHAZİRƏ № 9 (2 saat) 
 
İ.F.Herbart (1776-1841) və R.Ouenin (1771-1858) pedaqoji nəzəriyyəsi. 
 
İohan Fridrix Herbartın tərbiyə haqqında fikirləri. İ.F.Herbart (4 May, 1776 – 14 
Avqust, 1841) tərbiyənin fəlsəfi və psixoloji əsaslarını işləyib hazırlayaraq elmi-nəzəri fikirlər 
irəli sürmüşdür. Onu pedaqoqlar arasında ən yaxşı filosof, filosoflar arasında ən yaxşı pedaqoq 
hesab edirlər. 
Herbartın zəngin fəlsədi və pedaqoji irsi vardır. “Tərbiyənin məqsədindən doğan ümumi 


61 
pedaqogika”, “Psixologiya dərsliyi”, “Psixologiyanın pedaqogikaya tətbiqi haqqında”, 
“Pedaqogika üzrə mühazirələr xülasəsi” və s. kimi əsərlərin müəllifidir. 
İ.F.Herbart tərbiyənin məqsədini müəyyənləşdirməyə böyük əhəmiyyət vermişdir. 
İ.F.Herbart tərbiyənin məqsədini iki yerə bölürdü: 
1. İmkan daxilində olan məqsədlər. Bu müəyyən ixtisas üzrə peşə seçməkdir
2. Zəruri məqsəd. Bu insanın bütün fəaliyyət sahələri üçün lazımdır. 
Birinci məqsəd insanda çoxtərəfli mürəkkəb maraq tərbiyəsiikinci məqsəd isə əxlaqi 
səciyyə daşımalıdır. İ.F.Herbart tərbiyə prosesini üç yerə ayırırdı: idarə etmək, təlim və əxlaq 
tərbiyəsi. İdarə dövrü uşağın gələcəyini deyil, mövcud vəziyyətini, tərbiyə prosesində 
müəyyən qayda və intizama tabe olmasını nəzərdə tutur. O, uşaqda “vəhşi şuxluğu” 
susdurmalıdır. İ.F.Herbart tərbiyənin məqsədini хeyirхah insanların yetişdirilməsində görürdü. 
Bu məqsədlə də о, mövcud əхlaqi nоrmalara və hüquqi qayda-qanunlara tabe оlan, оna hörmət 
edən, оna uyğunlaşmağı bacaran adamların tərbiyə оlunmasını nəzərdə tuturdu. 
Məhz о, təlimin tərbiyəedici funksiyasını hərtərəfli əsaslandırmış, təlimi tərbiyəedici 
edən elementləri aydın surətdə göstərmiş, оnun mahiyyətini izah etmişdir. О, deyirdi ki
tərbiyəedici təlimin sоn məqsədi хeyirхah insan yetişdirməkdir. Əхlaq tərbiyəsi verməyən 
təlim yalnız məqsədsiz vasitədir, təlimsiz əхlaq tərbiyəsi vasitəsiz məqsəddir. 
İ.F.Herbart ictimai və şəxsi əxlaq ideyasını şərh etmişdir. Onun əsaslandırdığı beş əxlaqi 
ideya “xeyirxahlıq” və “vətəndaşlıq borcu” anlayışlarının məzmununu ehtiva edir. 
İ.F.Herbartın tərbiyənin məqsəd və vəzifələri ilə bağlı fikirləri bu əxlaqi ideyalara 
əsaslanır: 
 Daxili azadlıq ideyası şəxsiyyətin əql və iradəsinin, əxlaqi mühakimə ilə iradəsinin 
harmoniyasını nəzərdə tutur; 
 Kamillik ideyası bədən və ruhun sağlamlıq qayğısına qalmağı, həm bədəni, həm də 
ruhu qiymətləndirməyi, onları mü- kəmməlləşdirmək arzusuna malik olmağı, yüksək mənəvi 
dəyərlərə yiyələnməyi nəzərdə tutur
 Məhəbbət ideyası şəxsi iradə ilə digər fərdlərin iradəsi arasında harmoniyanı, yüksək 
səviyyəli müəllim-şagird münasibətlərini nəzərdə tutur; 
 Ədalət ideyası başqasına edilən hər bir hərəkət üçün mükafat, yaxud cəza verməyi 
nəzərdə tutur; 
 Hüquq ideyası fərdin öz hüquq və vəzifələrini başqaları ilə münasibətdə dərk 


62 
etməsini, mübahisə zamanı hər iki tərəfin bərabərhüquqlu olmasını qəbul etməyi nəzərdə 
tutur. 
Düzgün pedaqoji rəhbərlik, intizam və onunla bağlı olan təlim əxlaqca güclü xarakterlərin 
formalaşmasına xidmət edir. Təlimi intizamla sıx uyğunlaşdırmaq, bilikləri şagirdlərin hiss və 
iradəsinin inkişafı ilə birləşdirmək tərbiyəedici təlimin mahiyyətini təşkil edir. İ.F.Herbarta 
görə, təlim çoxcəhətli marağa əsaslanmalıdır. O, yazırdı: “Təlimin son məqsədi-
xeyirxahlıqdan ibarətdir”. 
İ.F.Herbart tərbiyədə əqli təhsilə mühüm yer verir, təlimi tərbiyədə ən mühüm və əsas 
vasitə, şagirddə müstəqil xarakterin yaranmasında mühüm şərt kimi səciyyələndirirdi. 
Pedaqoji elmdə tərbiyəedici təlim ideyası Herbarta məxsusdur. Məhz o, təlimin tərbiyəedici 
funksiyasını hərtərəfli əsaslandırmış, təlimi tərbiyələndirici edən elementləri aydın surətdə 
göstərmiş, onun mahiyyətini şərh etmişdir. 
İ.F.Herbarta görə, tərbiyə insanın iradəsi ilə onun çoxtərəfli maraqları arasında harmoniya 
yaratmalıdır. Bu harmoniyaya isə idarəetmə, təlim və əxlaq tərbiyəsi ilə nail olmaq olar. O, 
əxlaq tərbiyəsində dini tərbiyəyə, cəzaya xüsusi yer verirdi. 
Lakin İ.F.Herbart cəzanı intiqam məqsədi ilə deyil, şagirdə xeyirxahlıq aşılamaq məqsədi 
ilə verilməsini məsləhət bilirdi. O deyirdi ki, uşağın öz hərəkətində sərbəst olmasına yol veril-
məməlidir. Onun ictimai həyatla bağlanmasında ehtiyatlı olmalıdır. Odur ki, ictimai həyatın 
təsiri tərbiyədən güclü olmamalıdır. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin