Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə13/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

İ n t e r n e t d ə
az.wikipedia.org
www.milliqahraman.az
www.adam.az
16
Milli Qəhrəman

97
Milli Qəhrəmanlar
50 
illiyi
RASİM İBRAHİMOV 
1962-1992
APREL
Rasim Cəlil oğlu İbrahimov 1962-
ci  il  aprel  ayının  18-də  Bakı  şəhəri 
Əzizbəyov rayonunun Çilov adasında 
neftçi ailəsində anadan olmuşdur. 1969-
cu  ildə  buradakı  131  saylı  məktəbin 
birinci  sinfinə  getmiş  və  səkkizinci 
sinifədək həmin məktəbdə təhsil almış-
dır. 1977-ci ildə C.Naxçıvanski adına 
Hərbi Məktəbə daxil olan R.İsmayılov 
1979-cu ilədək burada oxuyub. 1983-
cü  ildə  Almaniyaya  hərbi  xidmətə 
göndərilib. 1988-ci ildə Bakıya qayı-
dan  R.İsmayılov  1992-ci  ildə  Füzuli 
rayonunun  cəsur  oğulları  ilə  birlikdə 
könüllü özünümüdafiə taboru yaradıb. 
Bu tabor Füzuli rayonunun kəndlərini 
mərdliklə  qoruyurdu.  Onların  taboru 
1992-ci il 26 iyun Tuğ kəndi uğrunda 
döyüşə girir. Onlarla erməni quldurunu 
məhv edən döyüşçülər digər dəstənin 
gəlib  çatmamasından  mühasirəyə 
düşürlər. Cəsur komandir R.İbrahimov 
döyüşçü  dostlarını  mühasirədən  xilas 
edərkən  özü  düşmənin  mühasirəsinə 
düşür.  Ermənilərə  təslim  olmayan 
R.İsmayılov  “Azərbaycan  zabiti  heç 
vaxt  düşmənə  təslim  olmayacaq!”,- 
deyərək özünü qumbara ilə partladır.
Ailəli idi, iki övladı qalıb. Oğlu bu 
gün atasının yolunu davam etdirir.
Azərbaycan  Respublikası  Prezi-
dentinin 16 sentyabr 1994-cü il tarixli 
203  saylı  Fərmanı  ilə  İbrahimov  Ra-
sim  Səxavət  oğlu  ölümündən  sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” adı-
na layiq görülüb.
Bakı  şəhərinin  Şəhidlər  Xiyaba-
nında dəfn edilmişdir. Çilov adasında 
abidəsi ucaldılıb, qəhrəmanımızın adı-
na burada bağ salınıb.
Ə d ə b i y y a t
Əsgərov, V. İbrahimov 
Rasim Cəlil oğlu [Mətn] //
Əsgərov, V. Azərbaycanın 
Milli Qəhrəmanları.- Bakı, 
2005.-S.100-101.
Qurbani, A. Dənizin 
dibindən çıxarılan çörəklə 
böyüyən igid [Mətn] // 
Qurbani, A. Cilov adası 
da səngərdir.- Bakı, 1997.- 
S.54-94.
Məhərrəmli, Z. Hər oğula 
qəhrəman demirlər [Mətn] 
/Z.Məhərrəmli // Bakı.- 
1996.- 12 aprel.
İ n t e r n e t d ə
www. az.wikipedia.org
www.google.az
18
Milli Qəhrəman

98
Milli Qəhrəmanlar
60 
illiyi
MİKAYIL CƏBRAYILOV 
1952-1992
APREL
Mikayıl    Əhmədiyyə oğlu Cəbra-
yılov 1952-ci il aprel ayının 27-də Şəki 
rayonunun  Oxut  kəndində  -  Fransa 
partizan hərəkatının əfsanəvi döyüşçü-
sü Əhmədiyyə Cəbrayılovun ailəsində 
anadan  olmuşdur.  O,  səkkizinçi  sinfə 
qədər doğulduğu kənddə oxumuş, son-
ra ilk təhsilini Şəki şəhər 5 saylı fəhlə-
gənclər məktəbində davam etdirmişdir. 
Əmək fəaliyyətinə Şəki İpək İstehsa-
lat  Birliyində  başlayıb,  1971-ci  ildə 
Şəki şəhər Daxili İşlər şöbəsində milis 
nəfəri vəzifəsinə daxil edilib. 1976-cı 
ildə Milis məktəbinə göndərilib. 1978-
ci ildə məktəbi müvəffəqiyyətlə bitirən 
Mikayıl leytenant rütbəsi alıb və sahə 
müvəkkili vəzifəsinə təyin edilib.
1990-cı  il  dekabrın  12-də  baş 
leytenant  Mikayıl  Cəbrayılov  dörd 
nəfər  polis  əməkdaşı  ilə  Qarabağa 
ezam  olunur.  Onlar  Cəmilli  kəndinin 
müdafiəsində iştirak etməli idilər. Bu 
o vaxt idi ki, erməni yaraqlıları Dağlıq 
Qarabağın      azərbaycanlılar  yaşayan 
kəndlərinə, eləcə də digər Azərbaycan 
rayonlarına  tez-tez  hucum  edir,  dinc 
əhaliyə  aman  vermirdilər.  Mikayıl 
dekabrın  15-də  mühasirədə  qalmış 
Cəmilli  kəndinin  əhalisi  üçün  ayrıl-
mış 4 ton taxılı gətirmək üçün Kosalar 
kəndinə  yola  düşür.  Onunla  birlikdə 
15 nəfər gedirdi. Cəmilli-Kosalar ara-
sında ermənilər qəflətən hücuma keçir. 
Snayper gülləsi bir polis serjantını ya-
ralayır. Az  sonra  Mikayıl  Cəbrayılov 
da  çiynindən  yara  alır.  O,  maşından 
yerə  atılıb,  yoldaşlarının  həyatını  xi-
las etmək üçün düşmənlə ölüm-dirim 
mübarizəsinə  girir.  Kənd  sakinlərinə 
döyüş meydanını tərk etməyi əmr edən 
Mikayıl quldurlarla təkbətək qalır. Baş 
leytenant ermənilərin hucumunun qar-
şısını qəhrəmanlıqla alsa da, son anda 
döyüş meydanında həlak olur.
 Ailəli idi. Bir övladı var.
 Ölümündən sonra “Qırmızı Ulduz” 
ordeni ilə təltif edilmişdir.
Azərbaycan  Respublikası  Prezi-
dentinin 6 iyun 1992-ci il tarixli 831 
sayli Fərmanı ilə Cəbrayılov Mikayıl 
Əhmədiyyə  oğluna  ölümündən  sonra 
“Azərbaycanın  Milli  Qəhrəmanı”  adı 
verilmişdir.
Şəki  rayonunun  Oxut  kəndində 
dəfn edilmişdir.
Adına  Şəki  şəhərində  küçə  var. 
Həlak olduğu kənd onun adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrur əməkdaşına 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Cəbrayılov Mikayıl 
Əhmədiyyə oğlu – Şəki ŞDİŞ sahə inspektoru, milis baş leytenantı – Azərbaycan 
Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 6 iyun 1992-ci il [Mətn]//
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1992.-№13.-S.24.- (ölümündən 
sonra). 
Cəmilzadə, H. Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu [Mətn] //Cəmilzadə, H. 
Azərbaycanın ilk Milli Qəhrəmanları.- Bakı, 1993.- S. 59-66
Əsgərov, V. Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu [Mətn] // Əsgərov, V. 
Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2005.-S.37.
Zeynalov, R. Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu: (1952-1990) [Mətn] //Zeynalov, 
R. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.41.
İ n t e r n e t d ə
www.adam.az
27
Milli Qəhrəman

99
Coğrafiya. Geologiya 
95 
illiyi
ƏNVƏR ƏLİXANOV  
1917-1993
APREL
Ənvər Nəzər oğlu Əlixanov 1917-ci il 
aprel  ayının  17-də  Bakı  şəhərində  fəhlə 
ailəsində  anadan  olmuşdur.  1931-ci  ildə 
Bakı şəhəri Sabunçu qəsəbəsindəki texni-
kuma daxil olmuşdur. 
1936-1941-ci  illərdə  Ə.Əlixanov 
Azərbaycan  Sənaye  İnstitutunun  Kəş-
fiyyat-geologiya  fakültəsinin  tələbəsi  ol-
muş, 1941-ci ilin mayında institutu bitir-
mişdir.
Ə.Əlixanov neftçi olduğu üçün 1942-
ci  ilin  oktyabrında  Dövlət  Müdafiə 
Komitəsinin əmri ilə ordudan tərxis olu-
nub  Bakıya  qayıdır.  O,  1942-1945-ci 
illərdə Leninneft trestinin 7-ci mədənində 
baş geoloq kimi çalışmışdır.
1950-1951-ci  illərdə  Ə.Əlixanov 
Azərbaycan  KP  MK-nın  əvvəlcə  Ağır 
sənaye  şöbəsi  müdirinin  müavini,  sonra 
isə müdiri olmuşdur. 
Ə.Əlixanov  1950-1951-ci  illərdə 
Azərbaycan  Neft  kəşfiyyatı  birliyinin, 
1951-1952-ci  illərdə Azərdənizneft  birli-
yinin rəisi, 1953-1954-cü illərdə Azərneft 
birliyi  rəisinin  əvvəlcə  müavini,  sonra 
isə birinci müavini, 1954-1955-ci illərdə 
Azərbaycan SSR Neft Sənayesi nazirinin 
müavini, 1955-1958-ci illərdə birinci müa-
vini, 1958-1959-cu illərdə isə Azərbaycan 
SSR  Neft  Sənayesi  naziri  vəzifəsində 
işləmişdir.
1961-ci ildə bir qrup  Azərbaycan neft-
çisi, o cümlədən Ə.Əlixanov Azərbaycanda 
dənizdə  neft  yataqları  kompleksinin, 
əsasən  Xəzərin  dərinlik  akvatoriyası-
nın kəşf olunması və istismara verilməsi 
sahəsində əldə etdikləri nailiyyətlərə görə 
Lenin mükafatına layiq görülmüşdür.
Ə.Əlixanov fəaliyyət göstərdiyi dövrdə 
istər adi istehsalat, istərsə də rəhbər parti-
ya və dövlət işçisi olmasına baxmayaraq, 
həmişə elmi işlə məşğul olmuşdur. O, 1957-
ci ildə namizədlik dissertasiyası, 1965-ci 
ildə isə doktorluq dissertasiyasını müdafiə 
edərək  geologiya-mineralogiya  elmləri 
doktoru elmi dərəcəsinə yiyələnmişdir. 
Ənvər  Əlixanov  1959-1961-ci  illərdə 
Azərbaycan  KP  MK  katibi  vəzifəsinə 
irəli  çəkilmiş,  respublikanın  təsərrüfat 
və  ictimai  həyatının  qarşısında  duran 
problemlərin  həll  olunmasında  yaxından 
iştirak etmişdir.
Ə.Əlixanov  1962-1970-ci  illərdə 
Azərbaycan  SSR  Nazirlər  Sovetinin 
sədri  olmuşdur.  O,  1970-1976-cı  illərdə 
Azərbaycan  EA  Geologiya  İnstitutunun 
direktoru işləmişdir.
Ə.Əlixanov  1976-1990-cı  illərdə 
Azərbaycan  EA  Təbii  Ehtiyatların  Kos-
mik  Tədqiqi  İnstitutunda  dəniz  geologi-
yası laboratoriyasına rəhbərlik etmiş, bu-
rada da öz əsas işini – Xəzərin neft-qazlı 
sahələrinin tədqiqini davam etdirmişdir. 
O, iki dəfə Lenin ordeni, Qırmızı Əmək 
Bayrağı  ordeni  və  medallarla  mükafat-
landırılmışdır.    Azərbaycanın 
görkəmli 
dövlət  xadimi,  professor,  geologiya-
mineralogiya  elmləri  doktoru,  Lenin 
mükafatı  laureatı  Ənvər  Nəzər  oğlu 
Əlixanov 1993-cü ildə Bakı şəhərində 
vəfat etmişdir.
Ə d ə b i y y a t
Həmzəoğlu, K. Xalq üçün 
yaşanan ömür [Mətn]: 
Ənvər Əlixanov haqqında 
/K.Həmzəoğlu //525-ci 
qəzet. - 2005.- 16 aprel.- S. 
22 .
Ənvər Nəzər oğlu Əlixanov 
[Mətn] // Azərbaycan Sovet 
Ensiklopediyası: 10 cilddə.- 
Bakı, 1980.- C.IV .- S.183.
İ n t e r n e t d ə
www.proqres.com
 www.google.az
17
Geoloq

100
Teatr.Kino.Estrada.Sirk
105 
illiyi
FATMA QƏDRİ 
1907-1968
APREL
Fatma Qədir qızı Qədri 1907-cı il aprel 
ayının 14-də Rusiyanın Odessa şəhərində 
doğulmuşdur.  Rusca  təhsil  almış  və 
yeniyetmə  yaşlarında  ailəsi  ilə  Bakıya 
köçən Fatma xanım Azərbaycan Pedaqoji 
İnstitutunu bitirmişdir. 
1923-1926-cı illərdə Azərbaycan Teatr 
Texnikumunun  ilk  buraxılışında  aktyor 
diplomu almışdır. Bakı Türk İşçi Teatrı-
nın məktub-tələbnaməsinə əsasən həmin 
kollektivə təyinat almışdır.
1933-cü  ilin  yanvarında  Türk  İşçi 
Teatrı  ədalətsiz  qərarla  Gəncə  şəhərinə 
köçürülmüşdür. Fatma Qədri bir müddət 
burada  işləmiş  və  1935-ci  ilin  yayında 
onu  Milli  Dram Teatrına  dəvət  etmişlər. 
Həmin ilin payızından başlayaraq Fatma 
Qədri ömrünün sonunadək bu kollektivdə 
işləmişdir.  Klassik  və  çağdaş  milli 
dra¬maturgiya  nümunələrində  yaratdığı 
obrazlar onun yaradıcılığında necə layiqli 
yer tutmuşsa, tərcümə əsərlərində ifa et-
diyi səhnə surətləri də bir o qədər dəyərli 
olmuşdur.
Aktrisa  Səməd  Vurğunun  “Vaqif” 
(Xuraman),  “Fərhad  və  Şirin”  (Şi-
rin  və  Məryəm),  “İnsan”  (Amaliya), 
Əbdürrəhim  bəy  Haqverdiyevin  “Pəri 
Cadu”  (Hafizə),  “Köhnə  dudman”  (Baş 
hərəm),  Cəfər  Cabbarlının  “Od  gəlini” 
(Solmaz),  “Aydın”  (Gültəkin),  Mirzə 
Fətəli Axundzadənin  “Lənkəran  xanının 
vəziri”  (Şölə  xanım),  Sabit  Rəhmanın 
“Xoşbəxtlər” (Reyhan), Mirzə İbrahimo-
vun  “Kəndçi  qızı”  (Reyhan  xanım), 
“Məhəbbət”  (Məhəbbət),  Mehdi  Hüsey-
nin  “Cavanşir”  (Zibeydə  xatun), Abdul-
la Şaiqin “Nüşabə” (Nüşabə), Süleyman 
Rüstəmin  “Qaçaq  Nəbi”  (Həcər),  Vil-
yam  Şekspirin  “Otello”  (Emiliya),  “Ro-
meo və Culyetta” (Culyetta), “Kral Lir” 
(Reqana,  Fridrix  Şillerin  “Orlean  qızı” 
(İzabella), “Məkr və məhəbbət” (Luiza), 
Aleksandr  Ostrovskinin  “Tufan”  (Kate-
rina), “Cehizsiz qız” (Larisa), Aleksandr 
Puşkinin  “Dubrovski”  (Maşa),  Mixail 
Ler-montovun “İki qardaş” (Vera Liqovs-
kaya), Tsao Yuyun “Tayfun” (Lu Şi Pin), 
Lev  Şeyninin  “Gizli  döyüş”  (Osenina), 
Onore de Balzakın “Ögey ana” (Polina), 
Aleksandr Şteynin “Şəxsi iş” (Aleksand-
ra Xlebnikova), Lope de Veqanın “Rəqs 
müəllimi” (Felistiana) dramlarının quru-
luşlarında iştirak etmişdir.
Fatma xanım 1933-cü ildə Gəncədən 
Bakıya qayıtdıqdan sonra Teatr texniku-
munda, 1946-cı ildən isə Teatr institutun-
da aktyor sənətindən dərs demişdir. Peda-
qoji  fəaliyyəti  dövründə  onun  rəhbərlik 
etdiyi sinifləri onlarca istedadlı gənc bi-
tirmişdir.  Onun Azərbaycanda  aktyor  və 
rejissor  kadrlarının  yetişməsində  böyük 
xidmətləri olmuşdur.
Fatma Qədri aktyorluq nailiyyətlərinə 
görə  1  fevral  1936-cı  ildə  Azərbaycan 
Respublikasının Əməkdar artisti, 17 iyun 
1943-cü ildə Xalq artisti fəxri adlarına la-
yiq görülmüşdür. Qırmızı Əmək Bayrağı 
və “Şərəf nişanı” ordenləri ilə, həmçinin 
medallarla təltif edilmişdir.
Ömrünün sonuna qədər səhnədən ay-
rılmayan  aktrisa  29  fevral  1968-ci  ildə 
Bakıda  vəfat  etmişdir.  Fəxri  Xiyabanda 
dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Mehdixanlı, T. Zirvədən 
eşidilən soraq [Mətn]: 
Fatma Qədri - 100 
/T.Mehdixanlı //Azərbay-
can.- 2007.- 14 aprel.- S.8.
Rəhimli, İ. Fatma Qədri 
[Mətn] //İ.Rəhimli 
Azərbaycan teatr tarixi.- 
Bakı , 2005.- S.323-325.
İ n t e r n e t d ə
 www.anl.az
 www.musiqi-dunya.az 
14
Aktrisa

101
Teatr.Kino.Estrada.Sirk
95 
illiyi
MƏHLUQƏ SADIQOVA 
1917-2003
APREL
Məhluqə  Ələsgər  qızı  Sadıqova 
1917-ci  il  aprel  ayının  28-də  Şuşa 
şəhərində  anadan  olmuşdur.  1  say-
lı  qız  məktəbində  beş  il  oxumuşdur. 
1930-cu ildə ailəsi Bakı şəhərinə köç-
müş və Məhluqə xanım 6 saylı Sovet 
məktəbində  yeddinci  sinifi,  1936-cı 
ildə isə Bakı Tibb Texnikumunun Diş 
texniki  fakültəsini  bitirmişdir.  Tex-
nikumda  təhsil  alanda  eyni  zamanda 
rəqs və dram dərnəklərində də məşğul 
olmuşdur. M.Sadıqova 1936-cı il sent-
yabr  ayının  27-də  Akademik  Milli 
Dram Teatrına işə götürülmüşdür. Akt-
risa 54 il bu teatrda çalışmışdır. 1992-
ci ildə yenicə yaradılan Bakı Bələdiyyə 
Teatrında  fəaliyyət  göstərmişdir.  40 
ildən  çox  radionun  “Bulaq”  folklor-
etnoqrafik  verilişinin  əvəzsiz  ifaçıla-
rından  biri  olmuşdur.  Sadıqova  bədii 
qiraət ustası kimi də tanınmışdır. Üs-
lub  və  forma,  məzmun  və  mahiyyət, 
estetik  dəyər  və  psixoloji  tutum  ba-
xımından bütün janrlarda hazırlanmış 
tamaşalarda iştirak etmişdir. 
Aktrisa Sona, Gülüş, Yaxşı (“1905-
ci ildə”, “Sevil”, “Almas”, C.Cabbarlı), 
Tərlan  (“Həyat”,  M.İbrahimov),  İn-
tizar  (“Vəfa”,  R.Rza),  Zəhra  (“Şeyx 
Sənan”,  H.Cavid),  Sonya  (“Van-
ya  dayı”,  A.Çexov)  və  s.  rollarda 
məharətlə çıxış etmişdir.
Məhluqə Sadıqova 1949-cu il iyul 
ayının 21-də Azərbaycan Respublika-
sının Əməkdar artisti, 1978-ci il yan-
var ayının 10-da Xalq artisti fəxri ad-
larına layiq görülmüşdür.
Lirik və xarakterik obrazların mahir 
ifaçısı  M.Sadıqova  2003-cü  il  avqust 
ayının 15-də Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Məhluqə Ələsgər qızı Sadıqova [Mətn]: nekroloq //Azərbaycan.- 
2003.- 16 avqust.- 
S. 5.
Rəhimli, İ. Məhluqə Sadıqova [Mətn] //İ.Rəhimli  Azərbaycan 
teatr tarixi.- Bakı,  2005.- S. 342-343.
Sadıqova Məhluqə [Mətn] //Azərbaycan Sovet Ensiklopediyası: 
10 cilddə.- Bakı, 1984.- C.VIII .- S. 256-257.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
28
Aktrisa

102
Musiqi.Opera.Balet
115 
illiyi
ŞÖVKƏT MƏMMƏDOVA  
1897-1981
APREL
Şövkət Həsən qızı Məmmədova 1897-
ci  il  aprel  ayının  18-də  Tiflis  şəhərində 
anadan olmuşdur. 
Tiflis  musiqi  məktəbini  bitirdikdən 
sonra  təhsilini  davam  etdirmək  üçün 
1910-cu  ildə  İtaliyanın  Milan  şəhərinə 
getmiş,  burada  məşhur  müğənni,  uzun 
illər  “La  Skala”  teatrında  işləmiş  Dotti 
Ambroziodan dərs almışdır. Bu dərslərin 
tamamında Şövkət xanım XVII və XVI-
II  əsr  İtaliya  bəstəkarları  Montverdinin, 
Kovallenin,  Krassiminin,  Perqolezinin 
mürəkkəb  əsərlərini  məharətlə  ifa  edə 
bilirdi.  O,  maddi  vəsaitin  tükənməsi 
səbəbindən  təhsilini  yarımçıq  qoyaraq 
Bakıya gəlmişdir. 
1915-ci ildə müğənninin həyat yoldaşı 
Yakov İsayeviç Lyubarski Tiflisə gəlmiş, 
Ukraynanın  Kiyev  şəhərində  Politex-
nik  İnstitutunda  təhsil  almaq  üçün  yola 
düşəndə  gələcəyin  qüdrətli  opera  solisti 
də onunla getmişdi.
1917-1921-ci  illərdə  Məmmədova 
Kiyev  konservatoriyasında  oxumuş 
(A.Şperlinqin  vokal  sinifi  üzrə),  burada 
R.Qliyerlə birlikdə verdikləri konsertlərdə 
Azərbaycan musiqisini təbliğ etmişlər. 
1921-ci ildə Şövkət Məmmədova Ba-
kıya gəlmişdir. Üzeyir bəy Hacıbəyli, H. 
Sarabski, M. Maqomayev, Z. Hacıbəyov, 
M. Əliyev, Ə. Haqverdiyev, H. Cavid və 
C. Cabbarlı ilə yaradıcılıq ünsiyyəti onun 
geniş sənət yoluna çıxmasına zəmin ya-
ratmışdır. 1926-cı ildə Azərbaycan Dövlət 
Opera  və  Balet  Teatrının  səhnəsində 
Ş.Məmmədova  ilk  dəfə  Cüzeppe  Ver-
dinin  “Traviata”  operasında  Violettanın 
partiyasını ifa etmişdir. 
1927-1929-cu illərdə ikinci dəfə İtali-
yaya getmiş, burada peşəkarlıq  səviyyəsini 
təkmilləşdirmişdir. O, Azərbaycan opera 
səhnəsində rus və dünya vokal sənətinin 
ən  yaxşı  ənənələrini  milli  musiqi 
xüsusiyyətləri ilə əlaqələndirmişdir. 
Ş.Məmmədova  Bakıda  ilk  not 
nəşriyyatını  təsis  etmişdir.  1939-1945-
ci  illərdə  Mirzə  Fətəli  Axundov  adına 
Azərbaycan  Dövlət  Opera  və  Balet  Te-
atrında  direktor  vəzifəsində  işləmişdir. 
Məhz  onun  təşəbbüsü  ilə  Əfrasiyab 
Bədəlbəylinin ilk Azərbaycan baleti “Qız 
qalası”nın  ilk  tamaşası  18  aprel  1940-cı 
ildə bayram təntənəsi ilə keçmişdir.
Məmmədova  Azərbaycan  Dövlət 
Konservatoriyasında  pedaqoji  fəaliyyət 
göstərmiş,  Vokal  kafedrasının  müdi-
ri  (1946-1947)  və  dekanı  (1946-1950) 
olmuşdur.  Bir  çox  müğənnilərin,  o 
cümlədən  Müslüm  Maqomayev  və 
Firəngiz Əhmədovanın yetişməsində bö-
yük xidməti olmuşdur. Vokal təhsil siste-
minin qurulmasında müstəsna xidmətləri 
olmuş  və  2  iyul  1949-cu  ildə  professor 
adı almışdır. 2 dəfə Lenin ordeni, 2 Qır-
mızı  Əmək  Bayrağı  və  “Şərəf  nişanı” 
ordenləri, həmçinin medallarla təltif edil-
mişdir.
Musiqi yaradıcılığındakı xidmətlərinə 
görə 17 aprel 1938-ci ildə Şövkət xanım 
Məmmədova SSRİ Xalq artisti fəxri adı-
na layiq görülmüşdür.
Şövkət xanım Həsən qızı Məmmədova 
8  iyun  1981-ci  ildə  Bakıda  vəfat  etmiş-
dir. 
Ə d ə b i y y a t
Rəhimli, İ. Şövkət Məm-
mədova [Mətn] //İ.Rəhimli 
Azərbaycan Dövlət Akade-
mik Opera və Balet Teatrı.- 
Bakı: “Nağıl Evi”, 2008.- S. 
77-78.
Rəhimli, İ. Şövkət Məm-
mədova [Mətn] //İ.Rəhimli 
Azərbaycan teatr tarixi.- 
Bakı: Çaşıoğlu, 2005.- 
S.530-535.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
18
Opera müğənnisi

103
Musiqi.Opera.Balet
105 
illiyi
ƏFRASİYAB BƏDƏLBƏYLİ 
1907-1976
APREL
Əfrasiyab 
Bədəlbəy 
oğlu    
Bədəlbəyli  1907-ci  ildə  aprel  ayının 
19-da  Bakıda  anadan  olmuşdur.  O, 
1938-ci  ildə  Lenin-  qrad  konserva-
toriyası  nəzdində  musiqi  məktəbini 
bitirmişdir.  1939-cu  ildən  ömrünün 
sonunadək Azərbaycan Opera və Ba-
let  Teatrının  dirijoru  olmuşdur.  Re-
pertuarında  Qərbi Avropa,  rus,  sovet, 
eləcə  də  Azərbaycan  bəstəkarlarının 
əsərləri, o cümlədən “Aida” və “Riqo-
letto”,  “Toska”,  “Leyli  və  Məcnun”, 
“Sevil”,  “Vaqif”  operaları,  “Sonalar 
gölü” baleti və başqa əsərlər geniş yer 
tutmuşdur.
Bədəlbəyli  ilk  milli  Azərbaycan 
baleti  “Qız  qalası”nın  müəllifidir. 
Bir  çox  dram  tamaşasına  musiqi 
bəstələmişdir. Bədəlbəyli “Bahadır və 
Sona”, “Söyüdlər ağlamaz” operaları-
nın, “Qız qalası”, “Qaraca qız”, “Qızıl 
açar”  baletlərinin  librettosunu  yaz-
mışdır. Bədəlbəyli Azərbaycan musiqi 
sənətinin  fəal  təbliğçisi  və  publisist 
kimi də tanınmışdır. 
Görkəmli  sənətkar  Əfrasiyab 
Bədəlbəyli  “Qırmızı  Əmək  bayrağı” 
və “Şərəf nişanı” ordenləri, həmçinin 
bir  sıra  medallarla  təltif  edilmişdir. 
1940-cı  ildə  Əməkdar  incəsənət  xa-
dimi, 1960-cı ildə Xalq artisti adlarını 
almışdır.
Ə.Bədəlbəyli  Azərbaycan  musiqi-
sinin təkcə tədqiqatçısı deyil, həm də 
təşkilatçısı idi. O, çoxşaxəli yaradıcı-
lığa malik olan bir sənətkar idi. Yara-
dıcılığının  50  ili  ərzində  incəsənətin 
bir  çox  sahələri  haqqında  irili-xırdalı 
çoxlu  yazılar  dərc  etdirmiş,  qiymətli 
fikirlər söyləmişdir.
Azərbaycan  Respublikasının  Xalq 
artisti,  bəstəkar,  dirijor,  musiqişünas, 
librettoçu Əfrasiyab Bədəlbəylinin adı 
vətənimizdən  çox-çox  uzaqlarda  da 
tanınmışdır. Əfrasiyab Bədəlbəy oğlu 
Bədəlbəyli  1976-cı  il  yanvar  ayının 
6-da vəfat etmişdir.
 
Ə d ə b i y y a t
Əfrasiyab Bədəlbəylinin 
100 illik yubleyi haqqında: 
Azərbaycan Respublikası 
Prezidentinin Sərəncamı 
[Mətn]: 24 yanvar 2007-ci 
il //Azərbaycan .- 2007. - 25 
yanvar. - S.1.
Quliyev, İ. Əfrasiyab 
Bədəlbəylinin yaradıcı-
lığı ХХ əsr Azərbaycan 
musiqi incəsənətinin 
inkişafı kontekstində [Mətn] 
/İ.H.Quliyev; Bakı Musiqi 
Akademiyası.-Bakı, 2003.- 
148 s.
Paşayeva, Y. Əfrasiyab 
Bədəlbəyli və Azərbaycan 
xalq musiqisi [Mətn] /Yaqut 
Paşayeva; AMEA, Memarlıq 
və İncəsənət İn-tu.- Bakı, 
2004.- 189 s.
Rəhmanzadə, F. 
Bədəlbəylilər [Mətn] /Fazil 
Rəhmanzadə .-Bakı : Nur-
lan, 2006.-244 s.: şək. 
Касымов, К. Афрасияб 
Бадалбейли [Текст]: //
композиторы Азер-
байджана /К.Касымов, 
А.Исаева; сост. 
Ф.Амиров.- Бакы, 1986.- 
С.203-250.
Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin