Ə d ə b i y y a t
Alçalar gül açanda [Mətn]:
povest, hekayələr, pyeslər
/Q.Rəsulov.- Bakı: Yazıçı,
1991.- 295 s.
Əhmədov, T. Qeybulla
Rəsulov [Mətn] /T.Əhmədov
//XX əsr Azərbaycan yazıçı-
ları: ensiklopedik məlumat
kitabı.- Bakı, 2004.- S. 489.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
18
Dramaturq
67
Milli ədəbiyyat
140
illiyi
MƏMMƏD SƏİD ORDUBADİ
1872- 1950
MART
Məmməd Səid Hacağa oğlu Ordu-
badi 1872-ci il mart ayının 24-də Nax-
çıvan MR-in Ordubad şəhərində ana-
dan olmuşdur. İlk təhsilini mədrəsədə
almışdır. O, mədrəsədə oxuyarkən şeir
yazmağa başlamışdır. İlk şeiri 1903-cü
ildə “Şərqi-rus” qəzetində çap edilmiş-
dir. Gənc şair 1905-ci ildən başlayaraq
mətbuatda fəal çıxış etmiş, müxtəlif
mövzularda şeirlər, felyetonlar yaz-
mışdır. Onun satirik şeirlərindən ibarət
ilk kitabı 1906-cı ildə nəşr olunmuş-
dur.
M.S.Ordubadi satirik əsərləri ilə çar
hakimiyyətini tənqid etdiyi üçün 1913-
cü ildə həbs edilib, Azərbaycandan
Saritsına (indiki Volqoqrad) sürgün
olunur. Şair sürgündə olarkən bir çox
inqilabçılarla yaxından tanış olur.
O, 1918-ci ildə Saritsında ordu sı-
ralarında xidmət edir. 1920-ci ildə
Bakıya gəlir. Burada bir neçə qəzet və
jurnalın redaktoru olur.
M.S.Ordubadi 1930-cu illərdən baş-
layaraq böyük əsərlər üzərində işləyir,
bir-birinin ardınca “Dumanlı Təbriz”,
“Gizli Bakı”, “Döyüşən şəhər”, “Qı-
lınc və qələm” adlı tarixi romanlarını
yazır.
M.S.Ordubadi bir sıra librettola-
rın da müəllifidir. O, Ü.Hacıbəylinin
“Koroğlu”, Müslüm Maqomaye-
vin “Nərgiz”, Ə.Bədəlbəylinin “Ni-
zami”
operalarına,
F.Əmirovun
“Ürəkaçanlar”, S.Rüstəmovun “Beş
manatlıq gəlin” musiqili komediyala-
rına libretto yazmışdır.
O, eyni zamanda A.S.Puşkinin
“Bağçasaray fontanı”, “Boris Qodu-
nov”, Demyan Bednının “Ziynətin
andı”əsərlərini Azərbaycan dilinə
tərcümə etmişdir.
1938-ci ildə Moskvada keçirilən
Azərbaycan İncəsənəti Ongünlüyündə
iştirak etmişdir. Azərbaycan SSR Ali
Sovetinin (I-III çağırış) deputatı və Ali
Sovetin sədri (1938) seçilmişdir.
Ədəbiyyatın inkişafı yolunda
xidmətlərinə görə Lenin ordeni, Qır-
mızı Əmək Bayrağı, “Şərəf nişanı”
ordenləri və medallarla təltif edilmiş-
dir. 1938-ci ildə ona Azərbaycan SSR-
in Əməkdar incəsənət xadimi adı ve-
rilmişdir.
1950-ci il may ayının 1-də Bakı-
da vəfat etmiş, Fəxri Xiyabanda dəfn
olunmuşdur. Xatirəsini əbədiləşdirmək
üçün kitabxana, küçə, bir sıra idarə və
müəssisəyə onun adı verilmişdir. Nax-
çıvanda büstü qoyulmuş, Bakıda və
Ordubadda ev-muzeyi yaradılmışdır.
Ə d ə b i y y a t
Əsərləri [Mətn]: 8 cilddə /
Məmməd Səid Ordubadi.-
Bakı: Azərnəşr, 1964-1967.
Gizli Bakı [Mətn] /Məmməd
Səid Ordubadi.- Bakı:
Azərnəşr, 1972.- 295 s.
Qılınc və qələm [Mətn] /
Məmməd Səid Ordubadi.-
Bakı: Azərnəşr, 1983.- 664
s.
24
Yazıçı
68
Xarici ədəbiyyat
90
illiyi
FƏTHİ XOŞGİNABİ
1922-1989
MART
Həmzə Fəthi Əli oğlu Xoşgi-
nabi 1922-ci il mart ayının 22-də
Təbriz şəhərinin 100 kilometrliyində
yerləşən Xoşginab qəsəbəsində kəndli
ailəsində anadan olmuşdur. İlk təhsilini
mədrəsədə alan Həmzə Fəthi 1 il
məktəbdə təhsil aldıqdan sonra on beş
yaşında ailənin ağır vəziyyəti üzündən
doğma yurdu tərk edib, İranın müxtəlif
şəhərlərində fəhləlik etmişdir.
Ədəbi fəaliyyətinə gənc yaşlarından
başlamışdır. 1941-ci ildən etibarən şeir
və məqalələri dövri mətbuatda dərc
olunmağa başlamışdır.
1941-1946-cı illərdə Cənubi Azər-
baycanda milli hərəkat dövründə
Xoşginabi Azərbaycan Demok-
rat Partiyasının fəal üzvü kimi Gü-
ney Azərbaycanın bir sıra şəhər və
kəndlərində inqilab ideyalarını təbliğ
etmiş, yerli təşkilatların yaradılma-
sında, partiyaya yeni üzvlərin cəlb
edilməsində mühüm rol oynamışdır.
1945-1946-cı illərdəki inqilabi
hərəkat Xoşginabinin də yaradıcılı-
ğında yeni bir mərhələnin başlanğıcı
olmuşdur.
Milli hökumətin süqutundan sonra
Azərbaycana siyasi mühacirət edən
Həmzə Fəthi Bakıda “Azərbaycan”
qəzetində məsul redaktor vəzifəsində
çalışmışdır. 1956-1958-ci illərdə
Moskvada Ali Ədəbiyyat kurslarında
təhsil aldıqdan sonra Bolqarıstanda,
Tacikistanda fəaliyyət göstərmişdir.
1969-cu ildə Moskvaya qayıdaraq öm-
rünün sonunadək SSRİ Elmlər Akade-
miyası Şərqşünaslıq İnstitutunda baş
elmi işçi vəzifəsində çalışmış və ədəbi
fəaliyyətini də davam etdirmişdir.
1989-cu ildə Moskvada vəfat et-
mişdir. Bakıda dəfn olunmuşdur.
Bakıdakı küçələrdən biri onun adı-
nı daşıyır.
Ə d ə b i y y a t
Cənubi Azərbaycan Anto-
logiyası [Mətn]: 4 cilddə.-
Bakı, 1988.- C. 3
Ata; İki qardaş [Mətn] /
Həmzə Fəthi Xoşginabi.-
Bakı: Yazıçı, 1989.- 288 s.
XX əsr Cənubi Azərbaycan
ədəbiyyatında demokratik
ideyalar : (1900-1985-ci
illər) [Mətn] : məqalələr
məcmuəsi.- Bakı, 1990.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
22
Nasir
69
Xarici ədəbiyyat
130
illiyi
ÇUKOVSKİ KORNEY
İVANOVİÇ
1882-1969
MART
Korney İvanoviç Çukovski (əsil adı
və familiyası Nikolay Vasilyeviç) Kor-
neyçukov 1882-ci il mart ayının 31-də
Peterburqda anadan olmuşdur.
5-ci sinifə qədər Odessa gimnazi-
yasında təhsil alan Çukovskini aşağı
təbəqədən olduğu üçün məktəbdən
çıxardırlar. Bundan sonra o, müstəqil
yolla təhsil almışdır. 1901-ci ildən
jurnalistliyə başlamış, əsasən rus ya-
zıçıları haqqında oçerklər yazmışdır.
1916-cı ildə Maksim Qorki Çukovs-
kini “Parus” nəşriyyatına işə dəvət
etmiş, uşaqlar üçün yazmağı məsləhət
görmüşdür.
Çukovskinin 1923-cü ildə yazdı-
ğı “Moydodır”, 1924-cü ildə yazdığı
“Milçək-vizilçək”, 1925-ci ildə yazdı-
ğı “Barmaley”, 1929-cu ildə çap olu-
nan “Aybolit” və s. əsərləri rus uşaq
ədəbiyyatının qızıl fonduna daxil ol-
muşdur.
“Nekrasovun
sənətkarlığı”,
“Müasirlər”, “ Çexov haqqında” və s.
əsərləri, bir sıra tərcümələri vardır.
1957-ci ildə filologiya elmləri dok-
toru, 1962-ci ildən Oksford Univer-
sitetinin fəxri doktoru, 1962-ci ildə
Lenin mükafatı laureatı adına layiq
görülmüş, orden və medallarla təltif
edilmişdir.
Çukovski Korney İvanoviç 1969-
cu il oktyabr ayının 28-də Moskvada
vəfat etmişdir.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
31
Rus yazıçısı
70
Tarixdə bu gün
20
illiyi
AZƏRBAYCANIN BMT-yə
QƏBUL OLUNMASI
1992
MART
1991-ci il oktyabr ayının 29-da
Azərbaycan Respublikasının Ali Soveti
Azərbaycanın müstəqilliyinin tanınması
xahişi ilə BMT-yə müraciət qəbul edib.
BMT-nin Baş Assambleyası sovet res-
publikalarının təşkilata qəbulu məsələsini
dekabrda müzakirəyə çıxarsa da, həmin
vaxt yalnız üç Baltikyanı respublika
üzvlüyə qəbul edilmişdi.
Azərbaycanın və keçmiş SSRİ-nin
digər respublikalarının BMT- yə qəbulu
1992-ci il martın 2-də gerçəkləşmişdir.
1992-ci il mayın 6-da isə Azərbaycanın
BMT nəzdində Daimi Nümayəndəliyi
açılmışdır.
Azərbaycan BMT ilə əməkdaşlığın ilk
günündən başlayaraq BMT platformasın-
dan beynəlxalq ictimaiyyətin diqqətini
Ermənistan-Azərbaycan
münaqişəsinə
cəlb etməyə və BMT-nin potensial imkan-
larından yararlanaraq sülh sazişinin əldə
olunmasına çalışmışdır.
Qeyd edək ki, Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü
ildə 822, 853, 874, 884 saylı Azərbaycan
Respublikasının ərazi bütövlüyünün ta-
nınmasına və işğal olunmuş Azərbaycan
ərazilərinin qeyd-şərtsiz azad edilməsinə
dair 4 qətnamə qəbul edib. Hazırda
Azərbaycan BMT-nin bir çox xüsusi
qurum və orqanları ilə fəal və səmərəli
əməkdaşlıq edir. Bu sırada BMT-nin
İnkişaf Proqramı (BMTİP), BMT-nin
Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin
Uşaq Fondu, BMT-nin Təhsil, Elm və
Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf
Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı,
BMT-nin Qadınlar Fondu, Atom Ener-
jisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sı-
naqlarının Hərtərəfli Qadağan olunması
haqqında Müqavilə Təşkilatı və s. qeyd
etmək olar.
1992-1996-cı illər ərzində BMT-nin TŞ-
nın sədri və BMT Baş Katibi Azərbaycan
Respublikasının ərazi bütövlüyünü, suve-
renliyini təsdiqləyən və münaqişənin sülh
yolu ilə həll olunmasına yönələn ATƏT-
in Minsk Qrupunun səylərini dəstəkləyən
münaqişə üzrə bir sıra bəyanatlarla çıxış
etmişdir. 1996-cı ildən başlayaraq BMT
Baş Assambleyası “BMT və ATƏT arasın-
da əməkdaşlıq haqqında” Qətnaməsində
Azərbaycan Respublikasının ərazi bütöv-
lüyünü təsdiqləyir.
Ümummilli liderimiz Heydər Əliyevin
1994-cü ildə BMT Baş Məclisinin
49-cu sessiyasında çıxışı Azərbaycan
həqiqətlərinin BMT səviyyəsində dün-
yaya çatdırılması baxımından mühüm
hadisələrdən biri kimi yadda qalmışdır.
Bu siyasəti davam etdirən Prezident İl-
ham Əliyev də BMT tribunası vasitəsilə
Azərbaycan həqiqətlərini dünyaya çat-
dırır. Prezident İlham Əliyev BMT Baş
Məclisinin 59-cu sessiyasındakı çıxışında
sülhün qorunması və münaqişələrin ara-
dan qaldırılması istiqamətində BMT-nin
rolunun artırılmasının vacibliyini vurğu-
lamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qa-
rabağ münaqişəsi ilə əlaqədar BMT-də
sənədlərin qəbul olunması ölkəmizin
uğurlarından biridir. Lakin buna baxma-
yaraq BMT TŞ-nın Ermənistan ordusu-
nun Azərbaycan ərazilərindən çıxarılma-
sına dair qətnamələri bu günədək yerinə
yetirilmir.
Ə d ə b i y y a t
Azərbaycan BMT ailəsində
[Mətn] / Azərbaycan Res-
publikası Prezidentinin Ka-
tibliyi.- Bakı, 2000.- 342 s.
Elmanoğlu S. Azərbaycanın
milli maraqlarının etibarlı
qorunduğu tribuna [Mətn]:
Azərbaycanın BMT-yə
tamhüquqlu üzvlüyündən
15 il keçir /S.Elmanoğlu //
Azərbaycan.- 2007.- 3 mart.-
S.6.
Məlikova N. BMT struk-
turlarında Azərbaycan diplo-
matiyasının xüsusiyyətləri
[Mətn] /N.Məlikova; AMEA
İnsan Hüquqları İnstitutu.-
Bakı: Elm, 2007.- 147 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
2
71
Tarixdə bu gün
BEYNƏLXALQ QADINLAR GÜNÜ
1910
MART
8 Mart Beynəlxalq Qadınlar Günü –
iqtisadi-ictimai və siyasi bərabərlik uğ-
runda mübarizədə qadınların Beynəlxalq
Həmrəylik günüdür. Beynəlxalq qadınlar
gününün bayram edilməsi Klara Setkinin
təklifi ilə 1910-cu ildə sosialist qadınla-
rın 2-ci Beynəlxalq Konfransında qərara
alınmışdır. İlk dəfə 1911-ci ildə Alma-
niya, Avstriya, İsveç və Danimarkada
keçirilmişdir. Rusiyada 1913-cü ildən,
Azərbaycanda isə 1917-ci ildən qeyd edil-
mişdi. 1914-cü ilədək Beynəlxalq qadınlar
günü martın müxtəlif günlərində keçirilir-
di. Beynəlxalq qadınlar gününün 8 martda
keçirilməsi Avstriya, Macarıstan, Alma-
niya, Niderland, Rusiya, ABŞ, İsveçrə və
s. ölkə qadınlarının öz həmrəylik günü-
nü məhz bu tarixdə qeyd edəndən sonra
ənənə halını aldı.
Türk etnoslarında, Azərbaycanda –
Oğuz ellərində qadın, ana müqəddəs sayıl-
mış, ona böyük ehtiram göstərilmişdir. Ana
haqqı tanrı haqqına bərabər tutulmuşdur.
Uzaq səfərdən yurda dönən oğul əvvəlcə
anasına təzim edib görüşməli, sonra isə
atasına yaxınlaşmalı idi. Azərbaycan qadı-
nı qəhrəmanlıq göstərmiş, hökmranlıq et-
miş, diplomat kimi fəaliyyət göstərmişdir.
Massaget hökmdarı Tomris torpaqlarımıza
qəsbkar yürüş etmiş Əhəməni hökmdarı II
Kiri məğlub etmişdir. Eradan əvvəl 65-66-
cı illərdə Azərbaycana hücum etmiş ro-
malılar döyüşdə həlak olanların içərisində
cəngavər geyimi olan çoxlu qadın meyiti
görərək heyrətə gəlmişdilər. Ağqoyunlu
hökmdarı Uzun Həsənin anası Sara xatın
qonşu dövlətlərin hökmdarı ilə danışıqlar
aparmış, siyasət və diplomatiya meydanın-
da onlara qalib gəlmişdir. İgid Tuti Bikə
Dərbəndi hiylə ilə tutmaq istəyən qardaşı-
nın kələyinə inanmamış, şəhəri mərdliklə
müdafiə edərək əri Fətəli xana sadiq qal-
mışdır. Bu gün Azərbaycanın birinci xa-
nımı, Heydər Əliyev fondunun prezidenti,
YUNESKO-nun xoşməramlı səfiri Meh-
riban xanım Əliyeva beynəlxalq miqyaslı
ictimai-siyasi xadim, təhsil və mədəniyyət
təəssübkeşi kimi fəaliyyət göstərir.
İkinci Dünya müharibəsindən son-
ra gender hüquqları problemi (cinslərin
bərabərliyi) aktual əhəmiyyət kəsb etdi.
Qadınların kişilərlə hüquq bərabərliyi
BMT-nin nizamnaməsində təsbit olun-
maqla beynəlxalq hüquqi normaya çev-
rildi. BMT-nin Baş Məclisi 1979-cu ildə
“Qadın Konvensiyası” adlı sənədi qəbul
etdi. Azərbaycan 1995-ci ildə bu sənədi
ratifikasiya etdi.
Azərbaycan qadını azadlıq əldə
etdikdən sonra sürətlə özü də inkişaf et-
miş və cəmiyyətin də inkişaf etməsinin
səbəbkarı, fəal iştirakçısı olmuşdur. Ona
görə də bu gün müstəqil Azərbaycan qa-
dınlarının problemi ondan ibarətdir ki,
onlara daha çox qayğı göstərilsin və onla-
rın qüvvəsindən daha da səmərəli istifadə
etmək mümkün olsun.
Tarixi sınaqlardan alnıaçıq, üzüağ çı-
xan Azərbaycan qadını bu gün müstəqil
respublikamızda demokratik cəmiyyətin
aparıcı üzvü kimi çıxış edir.
Bu gün Azərbaycan qadını doğma
torpaqlarımızın bir qisminin işğal altın-
da olduğu indiki dövrdə gəncləri vətənə
sədaqət ruhunda tərbiyə edərək, onla-
rı xalqa, cəmiyyətə layiqli övlad kimi
yetişdirmək sahəsində üzərinə düşən ağır
işi şərəflə yerinə yetirir.
Ə d ə b i y y a t
Adın şərəflidir sənin ey qa-
dın [Mətn]: (8 Mart qadın-
lar bayramı münasibətilə) //
Xalq qəzeti.-2006.-8 mart.-
S.3.
Bayramova, X. Azərbaycan
qadını ağlı və zəkasıyla
xalqımızı həmişə ucaldıb
[Mətn] /X.Bayramova //
Xalq qəzeti.-2006.-8 mart
.-S.3.
Əliyev, İ. Beynəlxalq Qa-
dınlar günü münasibətilə
Azərbaycan qadınlarına
təbrik [Mətn] /İ.Əliyev //
Azərbaycan.-2006.- 8 mart.-
S.1.
Торжественная
церемония во дворце
“Республика”
посвященная
Международному
женскому дню – 8 Марта
[Текст] //Бакинский
рабочий.-2001.-10 марта
.- С.1-2.
8
72
Tarixdə bu gün
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN KİTABXANASI
1995
MART
Azərbaycan Respublikasının Parla-
ment kitabxanası Milli Məclisin qərarı
ilə 12 may 1995-ci ildə yaradılmışdır.
Milli Məclisin kitabxanası-19
mart 1997-ci ildən fəaliyyət göstərir.
Bu kitabxana Türkiyə Böyük Millət
Məclisinin Azərbaycan Respublikası
Milli Məclisinə bir hədiyyəsidir. Bü-
tün inventar və avadanlıqları, kitab
rəfləri, oxucu stolları və kompyuterləri
Türkiyə Böyük Millət Məclisi hədiyyə
etmişdir.
Kitabxananın kitab fondu 6600
nüsxə kitab və kitabçadan ibarətdir.
Bunlardan 3500 nüsxə Azərbaycan
dilində, 2200 nüsxə rus dilində olan
çap məhsullarıdır. Kitab fondu-
nun komplektləşdirilməsi məcburi
nüsxələr və yeni ədəbiyyatın alın-
ması yolu ilə aparılır. Kitabxana cari
ildə 42 adda dövri mətbuata, 77 adda
jurnala abunə olmuşdur ki, bütün bu
çap məhsulları oxucuların istifadəsinə
verilmişdir. Kitabxana fondunun 80%-
ni hüquqi ədəbiyyat, qanunvericilik
aktları, sorğu ədəbiyyatı təşkil edir.
Bundan başqa kitabxananın fondunda
bədii ədəbiyyat da öz əksini tapmışdır.
Kitab fondu elm sahələri üzrə düzül-
müşdür.
Parlament kitabxanası Milli Məc-
lisin rəhbərliyinə, millət vəkillərinə,
aparatın
əməkdaşlarına
xidmət
göstərir. Kitabxanaya daxil olan oxucu
sorğuları araşdırılır və operativ şəkildə
öz həllini tapır. Kitabxana il ərzində
1000-1200 oxucu sorğusu ödəyir.
Əlamətdar hadisələrlə əlaqədar burada
tez-tez kitab sərgiləri, stendlər təşkil
olunur.
Kitabxana İnternet şəbəkəsinə qo-
şulmuşdur. Bu məqsədlə oxucu zalın-
da kompyuterlər onların istifadəsinə
verilmişdir .
Parlament kitabxanası öz xarici
əlaqələrini daima genişləndirir. Belə ki,
MDB respublikaları parlament kitab-
xana müdirlərinin 2000-ci il may ayın-
da Sankt-Peterburq şəhərində keçirilən
konfransında MDB Parlamentlər arası
Assambleyasının rəhbərliyinə “MDB
dövlətləri parlament kitabxanaları ara-
sında informasiya kitab mübadiləsinin
təmini” üçün müraciət imzalamış-
lar. Bu məqsədlə MDB dövlətlərinin
parlament kitabxanaları arasında
rəsmi sənədlərin, kitab və digər çap
məhsullarının mübadiləsi üçün koor-
dinasiya mərkəzi yaradılmışdır.
Parlament Kitabxanası Rusiya Fe-
derasiyasının Duma kitabxanası, Uk-
rayna, Belorus, Moldova, Qazaxıstan,
Tacikistan respublikalarının parlament
kitabxanaları ilə rəsmi sənədlərin və
çap əsərlərinin mübadiləsini həyata
keçirir.
Ə d ə b i y y a t
Baxşəliyev, Z. Azərbaycan
Parlament Kitabxanası
[Mətn]: yaranma ta¬rixi
və müasir vəziyyəti /Zöhrab
Baxşəliyev //Kitabxana-
şünaslıq və Biblioqrafiya:
Elmi-nə¬zəri jurnal.- 2003.-
№ 1.- S.10-19.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.azeritest.com
19
73
Tarixdə bu gün
AZƏRBAYCANLILARIN
SOYQIRIMI GÜNÜ
1918
MART
Azərbaycanda martın 31-i Azərbaycanlıların
Soyqırımı Günü qeyd edilir. Azərbaycanlıların
soyqırımı ermənilərin əli ilə müxtəlif xalqlar
tərəfindən azərbaycanlılara qarşı aparılan bir qəddar
siyasətdir. Soyqırım siyasətini həyata keçirmək
üçün XIX-XX əsrlər ərzində öz dövlətlərinə malik
olmayan ermənilər “Böyük Ermənistan” dövlətini
yaratmaq üçün Rusiyanın imperiya siyasətindən
alət kimi istifadə etmişdilər.
Azərbaycanlılara qarşı iki əsr davam edən
soyqırım düşünülmüş şəkildə həyata keçirilmiş,
genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə
yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə
azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər.
Ermənilərin Azərbaycana qarşı uzun illər boyu
apardığı ardıcıl etnik təmizləmə, soyqırım və
təcavüzü nəticəsində minlərlə insan evindən-
obasından didərgin düşmüşdur.
Ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920,
1948-1953 və 1988-1989-cu illərdə ermənilərin
azərbaycanlılara qarşı törətdikləri soyqırımı və de-
portasiya siyasəti bu gün özünü Dağlıq Qarabağ-
la bağlı məlum hadisələrdə büruzə verir, həm də
onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi
münasibəti dəyişməyib.
Ermənilər təkcə bu gün Ermənistan adlanan
ərazi deyil, Bakı quberniyasının Bakı, Şama-
xı, Quba şəhərlərində, Göyçay qəzasında, Qa-
rabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı
xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, ter-
ror və digər zorakılıq aktları həyata keçirmişlər.
Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc
azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız
milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə ye-
tirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran
qoymuş, xalqımızın milli mədəniyyət abidələrini,
məscidləri dağıtmış və yandırmışlar.
1988-ci ildən başlayaraq yenidənqurma, aşkar-
lıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və
ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci
ildə sınaqdan çıxarılmış guya Ermənistanla Qa-
rabağın iqtisadi cəhətdən bir-birinə bağlı olma-
sı barədə əsassız iddialarla erməni millətçiləri
azərbaycanlıları Ermənistandan qovmağa, Qa-
rabağı isə Azərbaycandan ayırmağa başladılar.
1988-ci ildən başlayaraq kütləvi hədə-qorxular,
fıziki güc, ölüm, kəndlərin talan edilməsi, yandı-
rılması həyata keçirilir.
1998-ci ildən etibarən Azərbaycan Respublika-
sı 31 Martı dövlət səviyyəsində azərbaycanlıların
genosidi günü kimi qeyd edir. Azərbaycan xal-
qının ümummilli lideri Heydər Əliyev 1998-ci
ildə 31 Martı Azərbaycanlıların Soyqırımı Günü
elan etməsi ilə bağlı fərman verməklə xalqımıza
mənəvi təskinlik bəxş etdi, nahaq qanın yerdə qal-
31
74
mayacağına inamı artırdı.
XX əsrin birinci yarısında Zaqafqaziyada baş
vermiş iki qırğın zamanı (1905-1907, 1918-1920)
2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən
qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuş-
dur.
Ən ağrılısı odur ki, 1918-ci ilin martında baş
vermiş azərbaycanlıların soyqırımı məsələsini hələ
də dünyanın diqqət mərkəzinə gətirə bilməmişik.
Biz xalqımıza qarşı törədilən soyqırımı, tarixini
və şəhidləri unutmamalı, başımıza gətirilənləri
dünya ictimaiyyətinə çatdırmalıyıq. Çatdırmalıyıq
ona görə ki, qoy bütün dünya üzdəniraq qonşula-
rımızın, azğın ermənilərin kim olduğunu bilsin.
Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qır-
ğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi
Azərbaycan Respublikası bu gün onun axıra qədər
həyata keçirə bilmədiyi qərarların məntiqi davamı
olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək
borcunu tarixin hökmü kimi qəbul edir.
31 Mart faciəsi tarixə qanlı bir ləkədir. Bu qanlı
faciənin gözə çarpan obyektiv mənzərəsi sadəcə
kökündən yıxılmaq istəyən böyük bir imreratorlu-
ğun çökməsindən ibarətdir.
Hər şeydən əvvəl, hamımızın birinci vəzəfəsi
millətimizin üzərindən bu qanlı ləkəni silmək, on-
ları tarix önündə təsvir etmək və bu qanlı ləkəni bir
daha təkrar etməmək, onların murdar və maskalı
üzlərinə çırpmaqdır.
Dostları ilə paylaş: |