İ n t e r n e t d ə
www.wikipedia.org
www.google.az
25
Rus rəssamı
34
FEVRAL
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
®
1 fevral
Gənclər Günü (02.1997)
•
Ümumdünya Xərçəng Günü (04.02)
•
Beynəlxalq İnternet Təhlükəsizliyi Günü
•
(09.02.2004)
Azərbaycan Hərbi Hava Qüvvələri Günü
•
(14.02.1992)
Xocavənd rayonunun Qaradağlı
•
kəndinin işğalının 20-ci ildönümü
(17.02.1992)
Bеynəlxalq Ana Dili Günü (21.02.1999)
•
Xоcalı Sоyqırımının 20-ci ildönümü
•
(26.02.1992)
Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundzadə 30 iyun 1812-ci ildə
Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. M.F.Axundzadə bədii
yaradıcılığa “Səbuhi” təxəllüsü ilə yazdığı “Zəmanədən şikayət” adlı
şeirlə başlamışdır. M.F.Axundzadə 1850-55-ci ildə yazdığı “Hekayəti-
Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat
və dərviş Məstəli şah caduküni-məşhur” (1850), “Hekayəti-xırs qul-
durbasan” (1851), “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı-Qara”) (1852) və
“Mürafiə vəkillərinin hekayəti” (1855) adlı komediyalarını yazmışdır.
Görkəmli yazıçı-dramaturq, materialist filosof, ictimai xadim
M.F.Axundzadə 1878-ci ildə vəfat edib.
1 fevral
Gün çıxır 07:17
Gü
n batır
17:58
28 fevral
Gün çıxır 07:46
Gün batır
18:32
21 yanvar-
18 fevral
Dolça Nişanı
havadır. Saturn
və Uranın
himayəsindədir.
Günəşin Dolça
bürcündən keçdiyi
dövrdə doğulanlar
xaraktercə
emosional,
təbiətcə həssas
olurlar.
200 il
1812-1878
M.F.Axundzadə
35
Milli ədəbiyyat
Əməkdаr еlm хаdimi, Dövlət Mükаfаtı lаurеаtı, ədəbiyyаtşünаs Ахundоv
Аğаmusа Ağası oğlunun (02.02.1932) аnаdаn оlmаsının 80 illiyi
Əməkdar mədəniyyət işçisi, nasir, publisist, filologiya elmləri doktoru
Rəhmanzadə Fazil Şamil oğlunun (09.02.1942) аnаdаn оlmаsının 70 illiyi
Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas
Qəhrəmanov Cahangir Vahid oğlunun (10.02.1927-29.06.1995) аnаdаn
оlmаsının 85 illiyi
Şair İsgəndərov İsgəndər Etibar oğlunun (15.02.1937) аnаdаn оlmаsının 75
illiyi
Əməkdаr incəsənət хаdimi, yаzıçı Əzimzаdə Yusif Əhmədulla oğlunun
(22.02.1917-06.03.1984) аnаdаn оlmаsının 95 illiyi
Tənqidçi, ədəbiyyatşünas Xəlilov Əmirxan Məhərrəm oğlunun (23.02.1937)
аnаdаn оlmаsının 75 illiyi
Xarici ədəbiyyat
İngilis yazıçısı Dikkens Çarlzın (07.02.1812-09.06.1870) аnаdаn оlmаsının
200 illiyi
Türk yazıçısı Səbahəddin Alinin (25.02.1907-02.04.1948) аnаdаn оlmаsının
105 illiyi
Fransız yazıçısı Hüqo Viktor Marinin (26.02.1802-22.05.1885) аnаdаn
оlmаsının 210 illiyi
Fransız maarifçi filosofu Russo Jan Jakın (28.02.1712-02.07.1778) аnаdаn
оlmаsının 300 illiyi
Tarixdə bu gün
Gənclər Günü (02.1997)
Siyəzən rayonu yaradılmışdır (02.02.1992)
Ümumdünya Xərçəng Günü (04.02)
Beynəlxalq İnternet Təhlükəsizliyi Günü (09.02.2004)
Azərbaycan Hərbi Hava Qüvvələri Günü (14.02.1992)
Xocavənd rayonunun Qaradağlı kəndinin işğalının 20-ci ildönümü
(17.02.1992)
Bеynəlxalq Ana Dili Günü (21.02.1999)
Xоcalı Sоyqırımının 20-ci ildönümü (26.02.1992)
2012
FEVRAL
36
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Əkbərov Akif Abbas oğlunun (02.02.1952-
08.10.1992) аnаdаn оlmаsının 60 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Şamoyev Firudin İsa oğlunun (07.02.1962-
13.04.1992) аnаdаn оlmаsının 50 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Rövşən Şəmil oğlunun
(22.02.1967-11.05.1992) аnаdаn оlmаsının 45 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Mahmudov Ərəstun İspəndi oğlunun
(23.02.1957-28.01.1992) аnаdаn оlmаsının 55 illiyi
Azərbaycanın Milli Qəhrəmanı İsmayılov İnqilab Ələkbər oğlunun
(24.02.1962-12.06.1992) аnаdаn оlmаsının 50 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Elman Süleyman oğlunun
(28.04.1952-22.09.1991) аnаdаn оlmаsının 60 illiyi
Siyasət. Hərbi iş
Amerika dövlət xadimi Vaşinqton Corcun (22.02.1732-14.12.1799) аnаdаn
оlmаsının 280 illiyi
Hərbçi, general-mayor Həmidov Məmmədşərif Həbibulla oğlunun
(23.02.1917-14.02.1969) аnаdаn оlmаsının 95 illiyi
Neft
SSRİ-nin fəxri neftçisi, neftçi alim Quliyev İsrafil Piri oğlunun
(13.02.1917-) аnаdаn оlmаsının 95 illiyi
Kimya. Biologiya. Tibb
Virusoloq, baytarlıq elmləri doktoru Əliyeva Nəcibə Abbas qızının
(22.02.1927) аnаdаn оlmаsının 85 illiyi
Mühəndis işi. Texnika
Əməkdar inşaatçı, memar Qasımzadə Ənvər Əli oğlunun (12.02.1912-
12.03.1969) аnаdаn оlmаsının 100 illiyi
Əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, coğrafiyaşünas Nəzərova
Balacaxanım Teymur qızının (25.02.1917) anadan оlmаsının 95 illiyi
Texnika elmləri doktoru, professor Sadıqov Kamil İsmayıl oğlunun
(27.02.1927) аnаdаn оlmаsının 85 illiyi
Riyaziyyat. Fizika.Astranomiya
Riyaziyyatçı, akademik, fizika-riyaziyyat elmləri doktoru, professor
İbrahimov İbrahim İbiş oğlunun (28.02.1912-06.11. 1994) аnаdаn оlmаsının
100 illiyi
37
Mədəniyyət. Maarif. Təhsil
“Mədəni-mааrif” jurnаlının nəşrinin (1967) 45 illiyi
Teatr. Kino.Estrada.Sirk
Xalq artisti, rejissor Haşımov Məhərrəm Kazım oğlunun (02.02.1912-
02.05.1969) аnаdаn оlmаsının 100 illiyi
Хаlq аrtisti, rеjissоr Məmmədbəyоv Lütfi Şahbaz oğlunun (06.02.1927-
01.02.2004) аnаdаn оlmаsının 85 illiyi
Xalq artisti, aktrisa Cəfərxanova Roza Heydər qızının (23.02.1927) аnаdаn
оlmаsının 85 illiyi
Musiqi.Opera.Balet
Əməkdar incəsənət xadimi, bəstəkar Mansurov Eldar Bəhram oğlunun
(28.02.1952) аnаdаn оlmаsının 60 illiyi
38
1988-ci ilin fevral ayından Ermənistanın Azər-
baycana təcavüzü, Azərbaycan torpaqlarının qəsbkar
erməni silahlı qüvvələri tərəfindən işğalına başlanıl-
mışdır. Еrmənistan Rеspublikası “Hərbi münaqişələr
zamanı mədəni sərvətlərin qоrunması haqqında” HA-
AQA Kоnvеnsiyasının və ”Mədəni sərvətlərin qеyri-
qanuni dövriyyəsi haqqında” Paris Kоnvеnsiyasının
müddəalarını kоbudcasına pоzaraq Azərbaycanın
mədəni sərvətlərini talamaqla məşğuldur.
Ermənistan Respublikasının hərbi təcavüzü
nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qara-
bağ ərazisi və onun ətrafındakı 7 inzibati rayon işğal
edilmişdir..
Beləliklə, Ermənistan Respublikasının hərbi
təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 fai-
zi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş,
50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur.
Bir milyondan artıq insan 10 ildən çoxdur ki, qaçqın
və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın
azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım
siyasətinin qurbanı olmuş, elementar insan haqlarından
məhrum edilmişdir.
İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi
talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye,
kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv
edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan
150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni
obyekt, eyni zamanda 695 tibb ocağı məhv edilmişdir.
İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su
təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və
kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Da-
ğıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dol-
larından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı
ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana,
464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə,
6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Ta-
lan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya
və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər
Tarix Diyarşünaslıq Muzeyi yerlə yeksan olunduqdan
sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və
gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalça-
lar Ermənistana daşınmışdır. Şuşadakı Tarix muzeyi-
nin, Ağdamdakı Çörək muzeyinin, Zəngilandakı Daş
Abidələr muzeyinin də taleyi belə olmuşdur. Oğur-
lanmış və məhv edilmiş bu tarixi-mədəni sərvətlərin
dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək
mümkün deyildir. Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş
822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan
Respublikasının ərazi bütövlüyünün tanınmasına və iş-
ğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad
edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respub-
likası bu gün də işğalçılıq siyasətini davam etdirir.
QAN YADDAŞIMIZ!
Vətən torpaqları
bizi gözləyir!
1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:
Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 kv.km.
(Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut)
Xankəndinin işğal tarixi- 1991-ci il 26 dekabr (sahəsi-926 kv.km, əhalisi-57000)
Xocalının işğal tarixi -1992-ci il 26 fevral (sahəsi-970 kv.km, əhalisi-11544 nəfər)
Şuşanın işğal tarixi- 1992-ci il 8 may (sahəsi-289 kv.km, əhalisi-28000)
Laçın rayonu işğal tarixi - 18 may 1992-ci il, ərazisi – 1875 kv.km
Xocavəndin işğal tarixi- 1992-ci il 2 oktyabr (sahəsi-1458 kv.km, əhalisi-11000)
Kəlbəcər rayonu işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 1936 kv.km;
Ağdərənin işğalı- 1993-cü il 7 iyul (sahəsi-1700 kv.km, əhalisi-47000)
Ağdam rayonu işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1154 kv.km
Cəbrayıl rayonu işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km
Füzuli rayonu işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1112 kv.km
Qubadlı rayonu işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 826 kv.km
Zəngilan rayonu işğal tarixi - 30 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.
39
Milli ədəbiyyat
80
illiyi
AĞAMUSA AXUNDOV
1932
FEVRAL
Ağamusa Ağası oğlu Axundov
1932-ci il fevral ayının 2-də Kürdəmir
şəhərində anadan olmuşdur. Orta
məktəbi medalla bitirdikdən sonra
1950-1955-ci illərdə ADU-nun Fi-
lologiya fakültəsində, 1959-1965-ci
illərdə isə Azərbaycan Pedaqoji Dillər
İnstitutunun Qərbi Avropa dilləri
fakültəsində təhsil almışdır. Eyni za-
manda ADU-nun aspirantı, müəllimi,
baş müəllimi, dosenti işləmişdir.
1964-cü ildə filologiya elmləri dokto-
ru elmi dərəcəsinə layiq görülmüşdür.
O, 1967-ci ildə universitetin Ümumi
dilçilik kafedrasının professoru, Fılo-
logiya fakültəsinin dekanı olmuşdur.
1981-1999-cu illərdə Ümumi dilçi-
lik kafedrasının müdiri vəzifəsində
işləmişdir.
Ədəbi fəaliyyətə 1951-ci ildə (“İn-
qilab və mədəniyyət” jurnalında)
çap olunmuş “İkinci görüş” adlı ilk
hekayəsi ilə başlamışdır. Bundan sonra
bədii yaradıcılıqla, xüsusən poeziya-
nın sənətkarlıq problemlərinin tədqiqi
ilə ciddi məşğul olmuşdur.
Ağamusa Ağası oğlu Axundov
1965-1966-cı illərdə Misir Ərəb Res-
publikasının Qahirə şəhərində, Eyn-
Şəms Universitetində Azərbaycan
dili və ədəbiyyatından dərs demişdir.
1967-cı ildə Praqada, 1972-ci ildə
Ankarada, 1984-cü ildə isə Belq-
rad və Budapeştdə, 1990-cı ildə isə
Türkiyədə, 1992-ci ildə isə İstanbu-
lun bəzi şəhərlərində beynəlxalq elmi
konfranslarda iştirak etmişdir.
Ağamusa müəllim 1987-ci ildə isə
xalqlar dostluğu sahəsində mühüm
xidmətlərinə görə ABŞ-ın “Frendşip
fors” (“Dostluq qüvvələri”) ictimai
təşkilatının fəxri fərmanına layiq gö-
rülmüş, elə həmin ildən ABŞ-ın Nyu-
Orlean şəhərinin fəxri xarici vətəndaşı,
Luiziana ştatının paytaxtı Baton Rujun
şəhər şurasının fəxri üzvüdür.
A.Axundov 1986-cı ildə Azərbay-
can EA Nəsimi adına Dilçilik İnstitu-
tunun direktoru, eyni zamanda 2001-ci
ildən AMEA-nın humanitar və ictimai
elmlər bölməsinin akademik katibi
işləyir.
Ağamusa Ağası oğlu Axundov
1986-cı il Azərbaycan Respublika-
sı Dövlət Mükafatı laureatı, 1990-cı
il Əməkdar elm xadimi, 2000-ci ildə
Azərbaycan Respublikası Prezidenti-
nin fərmanına görə “Şöhrət” ordeni ilə
təltif edilmişdir.
Ə d ə b i y y a t
Akademik A.Axundov
ABŞ-da “İlin adamı –
2009” müsaqibəsinin
qalibidir [Mətn]: [Akademik
A.Axundovun beynəlxalq
mükafata layiq görülməsi
haqqında] //Elm.- 2009.- 22
iyun.- S.3.
Xalıqov, F. Azərbaycan
dialektologiyasının böyük
uğuru [Mətn]: [professor
A.Axundovun rəhbərliyi
altında nəşr olunmuş kitab
haqqında] /F.Xalıqov //Elm.-
2009.- 31dekabr.- S.3.
Xəlilzadə, F. Yuxusuz
gecələrin ünvanı [Mətn]:
[Ağamusa Axundov haq-
qında] /F.Xəlilzadə //
Azərbaycan.- 2007.- 2 fevral.-
S.10.
İ n t e r n e t d ə
www.az.wikipedia.org,
www.google.az
2
Ədəbiyyatşünas
40
Milli ədəbiyyat
85
illiyi
CAHANGİR
QƏHRƏMANOV
1927-1995
FEVRAL
Cahangir Vahid oğlu Qəhrəmanov
1927-ci il fevral ayının 10-da Qut-
qaşen (indiki Qəbələ) şəhərində ana-
dan olmuşdur. O, Bakıdakı 132 saylı
orta məktəbi bitirmişdir. Azərbaycan
Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsində təhsil almışdır. Ali
məktəbi başa vurduqdan sonra 1951-
ci ildə M.V.Lomonosov adına Mosk-
va Dövlət Universitetinin aspiran-
turasına daxil olaraq “Azərbaycan
ədəbi dilində fəlsəfə terminləri”
mövzusunda namizədlik dissertasi-
yası üzərində işləmişdir. Cahangir
Qəhrəmanov 1955-ci ildən ömrünün
sonuna kimi Əlyazmalar Fonduna
bağlı olmuşdur. Alimin milli-mənəvi
sərvətlərin qorunduğu bu ünvanda-
kı fəaliyyəti çox səmərəli keçmişdir.
Apardığı tədqiqatların yekunu olaraq
o, filologiya elmləri doktoru olmuş,
baş elmi işçidən direktor vəzifəsinə
qədər yüksəlmişdir. Onunla bərabər,
rəhbərlik etdiyi qurumun fəaliyyəti də
genişləndirilmiş, Azərbaycan EA-nın
Əlyazmalar İnstitutuna çevrilmişdir.
Beynəlxalq konqres, simpozi-
um, konfrans, müşavirə və yubiley
yığıncaqlarının iştirakçısı Cahan-
gir Qəhrəmanov Azərbaycan elm
və mədəniyyət xadimlərinin öncül
təmsilçisi kimi xarici ölkələrdə tez-tez
olurdu.
Cahangir
Qəhrəmanov
azər-
baycanşünaslıq elmində linqvistik
mətnşünaslığın əsasını qoyan və bu
istiqamətdə aspirant və dissertantlar
yetişdirən çox fədakar alim idi. Ni-
zaminin, Nəsiminin və başqalarının
ədəbi irsi ilə məşğul olan Cahangir
Qəhrəmanov məhsuldar tədqiqatçı idi.
Hələ sovet dövründə ümummilli lide-
rimiz Heydər Əliyev Əlyazmalar Fon-
dunun işinə xüsusi diqqət yetirər, Ca-
hangir Qəhrəmanovun əməyini həmişə
yüksək dəyərləndirərdi. Bu həssas
münasibətin nəticəsi idi ki, əlyazmalar
xəzinəsində çalışanlar vətəndaşlıq
mövqeyindən çıxış edə bilirdilər.
Cəfakeş alimin böyük xidmətlərinin
sayəsində Azərbaycan mədəni-tarixi
irsi yüksək səviyyədə qorunub sax-
landı. Hətta 1995-ci ildə ümummilli
liderimiz Heydər Əliyevin göstərdiyi
diqqət və qayğı nəticəsində institutun
fəaliyyətinin genişləndirilməsi barədə
qərar qəbul edilmişdir.
Azərbaycanlı alimin hazırladığı
kataloqlar, klassiklərin əlyazma irsi-
ni əhatə edən sanballı kitabları təkcə
Azərbaycanda deyil, bütövlükdə dün-
ya şərqşünaslıq elmində böyük şöhrət
qazanmışdır.
Müxtəlif fəxri adlar alan azərbay-
canlı alimə 1982-ci ildə “Əməkdar
elm xadimi” adı verilmişdir. Elə həmin
ildə də “Şərəf nişanı” ordeni ilə təltif
olunmuşdur.
Cahangir Vahid oğlu Qəhrəmanov
1995-ci il iyunun 29-da Bakı şəhərində
vəfat etmişdir.
Ə d ə b i y y a t
Əbilova, Z. Təşəbbüskar
və qayğıkeş alim [Mətn]:
[M.Füzuli adına Əlyazmalar
İnstitutunun sabiq direktoru
filologiya elmləri doktoru
Cahangir Qəhrəmonovla
bağlı müəllifin xatirəsi] /
Zəkiyyə Əbilova //Elm.-
2007.-30 iyun.-S.14.
Əhmədoğlu, A. Elmi sessiya
[Mətn]: [Azərbaycan Milli
Elmlər Akademiyası Rəyasət
heyətinin akt zalında
görkəmli alim Cahangir
Qəhrəmanovun 80 illiyi
kecirilməsi haqqında]
/A.Əhmədoğlu //Ədəbiyyat
qəzeti.- 2007. - 2 mart.- S.6.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
10
Ədəbiyyatşünas
41
Milli ədəbiyyat
75
illiyi
İSGƏNDƏR ETİBAR
1937
FEVRAL
İsgəndər Etibar oğlu İsgəndərov
1937-ci il fevral ayının 15-də Şama-
xı şəhərində doğulmuşdur. O, 1 saylı
şəhər orta məktəbin 8-ci sinifini bitirib
Şamaxı şəhər Kənd Təsərrüfatı Tex-
nikumuna daxil olmuşdur. Sonralar
təhsilini Gəncədəki Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunda davam etdir-
mişdır.
İsgəndər Etibar ədəbi yaradıcılı-
ğına 1962-ci ildə yazdığı “Səslər”
adlı ilk şeiri ilə başlamışdır. Bu şeir
“Azərbaycan gəncləri” qəzetində dərc
olunmuşdur. Əmək fəaliyyətinə Şama-
xıda “Yeni Şirvan” qəzetinin redaksi-
yasında Kənd təsərrüfatı şöbəsinin
müdiri kimi başlamışdır. Bakıda
“Kənd həyatı” jurnalı redaksiyasında
şöbə müdiri işləmişdir. Azərbaycan
KP MK yanında mətbuat mərkəzinin
referenti olmuşdur.
Dövri mətbuatda vaxtaşırı çıxış
edir.
İsgəndər Etibar 1992-ci ildə Azər-
baycan müstəqilliyi elan edil-dikdən
sonra “Tək səbr” qəzetinin redaktoru
olmuşdur.
Ə d ə b i y y a t
Bu, mənəm, sevgi dolu ürəyim [Mətn]/ İsgəndər Etibar.-
Bakı: Azərbaycan, 2002.-166 s.
İrağa oxunan nəğmələr [Mətn] /İsgəndər Etibar.-Bakı:
Azərbaycan, 2003.- 80 s.
Pıçıltılar [Mətn] /İsgəndər Etibar.-Bakı: Azərbaycan,
2003.- 220 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
15
Şair
42
Milli ədəbiyyat
95
illiyi
YUSİF ƏZİMZADƏ
1917-1984
FEVRAL
Yusif Əhmədulla oğlu Əzimzadə
1917-ci il fevral ayıınn 22-də Bakıda
fəhlə ailəsində doğulmuşdur. Nata-
mam orta məktəbi bitirib 1930-1937-
ci illərdə N.Nərimanov adına Sənaye
texnikumunun Elektrik-mexanika şö-
bəsində təhsil almışdır.
1934-1937-ci illərdə Bakı şəhər ra-
yonlarının elektrik yarımstansiyaların-
da işləmişdir. Tələbə ikən öz şeirlərini
“Ədəbiyyat qəzeti”ndə, “Azərbaycan
gəncləri”ndə müntəzəm çap etdirmiş-
dir. Onun əsərləri müstəsna hallarda
“Ə.Yusif”, yaxud “Y.Əhədoğlu” im-
zaları ilə çap olunmuşdur. 1937-1939-
cu illərdə isə Bakı Hərbi məktəbini
leytenant rütbəsində bitirmişdir.
1944-1945-ci illərdə Azərbaycan KP
MK yanında Partiya Tarixi İnstitu-
tunun “Böyük Vətən müharibəsi”
şöbəsində baş elmi işçi, 1945-1947-
ci illərdə M.Qorki adına Bakı Gənc
Tamaşaçılar Teatrında Ədəbi hissənin
şöbə müdiri, 1948-1951-ci illərdə
“İnqilab və mədəniyyət” jurnalın-
da tənqid şöbəsinin müdiri, Azərnəşr
və uşaqgəncnəşrdə Bədii ədəbiyyat
şöbəsinin redaktoru, “İnqilab və
mədəniyyət” jurnalı, sonra “Ədəbiyyat
qəzeti” redaksiyalarında məsul katib,
“Göyərçin” jurnalının məsul redakto-
ru, “Ədəbiyyat və incəsənət” qəzetinin
baş redaktoru, “Ulduz” gənclik jurna-
lında redaktor əvəzi və Azərbaycan
Yazıçılar Birliyində bədii tərcümə üzrə
məsləhətçi, “Ədəbiyyat və incəsənət”
qəzetində baş redaktor vəzifələrində
çalışmışdır. Bakı şəhəri və 26 Bakı ko-
missarı adına rayon sovetinin deputa-
tı seçilmişdir. “Anacan” pyesinə görə
musiqili teatrların ümumittifaq festi-
valının laureatı diplomuna layiq gö-
rülmüşdür. Keçmiş SSRİ respublikala-
rının teatrlarında “Çiçəklər səltənəti”,
“Anacan”,
“Nəsrəddin”,
“Aprel
səhəri” və “Qonşular” dram əsərləri
səhnəyə qoyulmuşdur. Onun tərcümə
etdiyi pyeslər (Konstantin Simono-
vun “Rus məsələsi”, Sergey Mixal-
kovun “Qırmızı qalstuk”, Y.Soloviçin
“Qəribə dilənçi”, O.Bodıkovun “Qa-
raqum faciəsi”, Ş.Xusainovun “Anam
gəldi”) Azərbaycan teatrlarında səh-
nələşdirilmişdir.
Moldaviyada Azərbaycan mə
dəniyyəti günlərində, Bryansk,
Vo-
roşilovqrad və Qərbi Sibirin Tü-
men vilayətində Sovet ədəbiyyatı
günlərində 1970, 1973, 1974-cü
illərdə iştirak etmişdir. SSRİ medal-
ları və Azərbaycan Ali Soveti Rəyasət
Heyətinin Fəxri Fərmanları ilə təltif
olunmuşdur.
Əməkdar incəsənət xadimi, nasir,
dramaturq, publisist Yusif Əhmədulla
oğlu Əzimzadə 1984-cü il mart ayının
6-da Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: |