Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə4/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   2   3   4   5   6   7   8   9   ...   43

Ə d ə b i y y a t
Səfərəliyeva Kövkəb Kamil 
qızı [Mətn] //ASE: 10 
cilddə.- Bakı, 1984.- C.8.- 
S.407. 
Səfərəliyeva Kövkəb Kamil 
qızı [Mətn] //Qadınlar 
azərbaycanın musiqi 
həyatında.-Bakı, 2004.-S.22.
Mailova, A.Musiqi ta-
riximizin öyrənilməmiş 
səhifələri-Kövkəb kamil bəy 
qızı Səfərəliyeva //Musiqi 
dünyası.-2004.-№1-2.-S197.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
 www.google.az
3
105 
illiyi
Pianoçu

26
Musiqi.Opera.Balet
HÜSNÜ QUBADOV 
1922-1991
YANV
AR
Hüsnü  Baba  oğlu  Qubadov  1922-
ci  il  yanvar  ayının  4-də  Ordubad  ra-
yonunun  Disər  kəndində  anadan  ol-
muşdur.  1938-ci  ildə  Naxçıvan  Kənd 
Təsərrüfatı Texnikumuna daxil olmuş, 
təhsil  illərində  İbrahim  Həmzəyevin 
yaratdığı  dram  dərnəyində  iştirak  et-
miş,  Səməd  Vurğunun  “Vaqif”  dra-
mında xanəndə rolunu oynamışdır. O 
vaxtdan  uşaqlıqdan  həvəs  göstərdiyi 
müğənnilik  sənətinə  bağlanmış, 
özfəaliyyət olimpiadalarında uğur qa-
zanmış,  1958-ci  ildə  isə  Respublika 
Özfəaliyyət Müsabiqəsinin laureatı ol-
muşdur. Həmin il M.F.Axundov adına 
Opera və Balet Teatrına dəvət edilmiş, 
onun səhnəsində yaddaqalan obrazlar 
yaratmışdır. Məlahətli səsi və təbii ifa 
tərzi  ilə  seçilən  müğənni  İbn  Səlam, 
Məcnunun  atası,  Kərəm  (“Leyli  və 
Məcnun,  Üzeyir  Hacıbəyli),  “Əsli  və 
Kərəm”,  Çapqınçı,  Rəmmal  (“Şah 
İsmayıl”,  Müslüm  Maqomayev)  və 
s. rolları məharətlə ifa etmişdir. Teat-
rın tərkibində Tiflisdə (indiki Tbilisi), 
Gəncə, Naxçıvan, Şəki və respublika-
nın digər şəhər və rayonlarında qastrol 
səfərlərində  olmuşdur.  Onun  ifasında 
“Şuşa yaylağı”, “Üçtelli durna”, “Bəh-
bəh”, “Dilin can incidəndir” və digər 
mahnılar, habelə Ü.Hacıbəylinin “Ley-
li  və  Məcnun”  operası  (YUNESKO-
nun xətti ilə) qrammofon valına yazıl-
mışdır. 
Müğənni  1962-ci  ildə  Naxçıvan 
Muxtar Respublikasının Əməkdar ar-
tisti fəxri adına layiq görülmüşdür. O, 
1991-ci  il  avqust  ayının  13-də  Bakı 
şəhərində  vəfat  etmiş  və  doğulduğu 
kənddə dəfn edilmişdir.
Ə d ə b i y y a t
Asiman, A. Unutsaq unudu-
larıq [Mətn]: lirik poema: 
[Hüsnü Qubadov haqqında] 
/A.Asiman.- Bakı: Adiloğlu, 
2006.- 107 s.
İlyasoğlu, R. Xatirə gecəsi 
[Mətn]: Hüsnü Qubadov-85 
/R.İlyasoğlu //Respublika.- 
2010.- 22 iyun.- S. 4.
Qubadov Hüsnü Baba oğlu 
[Mətn] //Naxçıvan ensiklo-
pediyası.- Bakı: Azərbaycan 
Milli Elmlər Akademiyası, 
2002.- S. 282-283.
Mustafa, Ç. Hüsnü Quba-
dov [Mətn] /Ç.Mustafa // 
“Leyli və Məcnun” – 100 
il səhnədə.- Bakı: “E.L.” 
NPŞ, 2008.- S. 242-245.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
4
90 
illiyi
Opera 
müğənnisi

27
Musiqi.Opera.Balet
MİRZƏ MANSUR 
MANSUROV 
1887-1967
YANV
AR
 Mirzə Mansur Məşədi Məlik oğlu 
Mansurov  1887-ci  ildə  yanvar  ayı-
nın  5-də  Bakı  şəhərində  anadan  ol-
muşdur. 11 yaşında mədrəsəyə gedən 
Mansur burada fars dilini mükəmməl 
öyrənmişdir.  Atası  Məşədi  Məlik 
bəyin  evində  keçirilən  Bakı  muğam 
məclislərindən bəhrələnmiş, tara olan 
meyli  artaraq  musiqiçi  olmağa  qərar 
vermişdi.  Görkəmli  tarzən  1920-ci 
ildən Üzeyir Hacıbəylinin təşkil etdiyi 
Dövlət Türk Musiqi məktəbində, 1926-
1946-cı illərdə isə Azərbaycan Dövlət 
Konservatoriyasında 
muğamdan 
dərs  vermişdir.  Üzeyir  Hacıbəylinin 
təşəbbüsü ilə tar sinfi üçün ilk muğam 
tədris proqramını tərtib etmişdir.
Mirzə Mansurun ifasından 1930-cu 
illərin ortalarında gənc bəstəkarlar To-
fiq Quliyev və Zakir Bağırov “Rast”, 
“Dügah”  və  “Zabul”  muğamlarını 
ilk  dəfə  nota  salmışlar.  O,  qayğıkeş 
bir  müəllim,  bacarıqlı  tar  ustası  kimi 
məşhur  idi.  Mirzə  Mansur  tarın  qu-
ruluşunda  bəzi  dəyişikliklər  etmiş, 
hətta yeni quruluşda bir tar da hazır-
lamışdı.  Onun  1934-cü  ildə  hazırla-
dığı iki tardan biri Parisdə, digəri isə 
İstanbulda incəsənət alətləri sərgisində 
müvəffəqiyyətlə nümayiş etdirilmişdi. 
Mirzə 
Mansur  Azərbaycanın 
görkəmli  tarzənlərindən  biri  ol-
muşdur.  1940-cı  ildə  Mirzə  Mansur 
Mansurova  pedaqoji  fəaliyyətinə  və 
incəsənət  sahəsindəki  xidmətlərinə 
görə  Azərbaycanın  “Əməkdar  in-
cəsənət xadimi” fəxri adı verilmişdir. 
Azərbaycanın  bir  çox  bəstəkarları  və 
musiqiçiləri  –  Səid  Rüstəmov,  Xur-
şid  xanım  Ağayeva,  Ənvər  Mansu-
rov  (Mirzə  Mansurun  oğlu),  Rəşid 
Əfəndiyev  və  b.  onun  yetirmələridir. 
Mirzə Mansur şair ürəkli sənətkar idi, 
onun  bir  çox  qəzəl  və  qoşmaları  da 
vardır. 
Görkəmli  tarzən  Mirzə  Mansur 
1967-ci ildə iyun ayının 3-də vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Şuşinski, F. Mirzə Mənsur 
[Mətn] /F.Şuşinski //
Azərbaycan xalq 
musiqiçiləri.- Bakı, 1985.- 
S.310-313.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
5
125 
illiyi
Tarzən

28
Musiqi.Opera.Balet
ELMİRA 
ABBASOVA 
1932-2009 
YANV
AR
Elmira Əbdülhəmid qızı Abbasova 
1932-ci il yanvar ayının 10-da anadan 
olmuşdur. 
O, 1955-ci ildə Azərbaycan Dövlət 
Konservatoriyasını 
musiqişünaslıq 
ixtisası  üzrə  bitirmiş,  həmin  ildən 
ömrünün  sonunadək  Bakı  Musiqi 
Akademiyasında  pedaqoji  fəaliyyət 
göstərmişdir.
E.Abbasova  1958-ci  ildən  – 
Azəbaycan  Bəstəkarlar  İttifaqının 
üzvü,  1962-ci  ildən  –  musiqi  tənqidi 
bölməsinin  sədri,  1975-1999-cu  illər 
–  Azərbaycan  Bəstəkarlar  İttifaqının 
katibi,  o  cümlədən  SSRİ  Bəstəkarlar 
İttifaqı İdarə heyətinin üzvü idi.
O,  1962-ci  ildə  Moskva  Ümu-
mittifaq  Sənətşünaslıq  İnstitutunda 
“Ü.Hacıbəyovun opera və musiqili ko-
mediyaları”  mövzusunda  namizədlik 
dissertasiyasını müdafiə etmişdir.
Musiqişünas  E.Abbasova  1967-
ci  ildə  Azərbaycan  Respublikasının 
Əməkdar  incəsənət  xadimi  adına  la-
yiq  görülmüşdür.  Elə  həmin  ildən  də 
Azərbaycan Dövlət Konservatoriyası-
nın (indiki Bakı Musiqi Akademiyası) 
dosenti,  1980-cı  ildən  isə  professoru 
idi.  1977-1991-ci  illər  ərzində  Kon-
servatoriyanın  rektoru  vəzifəsində 
işləmişdir.
O,  dünya  şöhrətli  bəstəkar  Üzeyir 
Hacıbəyov  haqqında  5  kitab  və  bro-
şür,  bir  çox  jurnal  və  toplularda  nəşr 
olunmuş onlarla məqalə və oçerklərin 
müəllifidir. 
Professor  E.Abbasovanın  Üzeyir 
Hacıbəyovun yaradıcılığına həsr etdi-
yi “Ü.Hacıbəyovun opera və musiqili 
komediyaları”,  “Üzeyir  Hacıbəyovun 
“Koroğlu”  operası”,  “Ü.Hacıbəyov: 
həyat və yaradıcılıq yolu” fundamen-
tal  monoqrafiyaları  musiqişünaslıq 
salnaməmizi  zənginləşdirən  dəyərli 
əsərlərdir.  
Elmira xanım müxtəlif nəsillərdən 
olan  görkəmli  bəstəkarlarımızın  və 
ifaçılarımızın  yaradıcılığını  araş-
dıran 
musiqişünaslarımızdandır. 
Onun  bu  sahədə  yazdığı  “Cövdət 
Hacıyev”,  “Rəşid  Behbudov”,  “Sol-
tan  Hacıbəyov”,  “Səid  Rüstəmov”, 
“Qurban  Pirimov”,  “Bəhram  Mansu-
rov”  və  s.  kitabçaları,  elmi-populyar 
məqalələri Bakıda, Moskvada, keçmiş 
SSRİ  respublikalarında  çap  olunmuş 
və oxucular tərəfindən həmişə maraqla 
qarşılanmışdır.
E.Abbasova  onlarla  məzun-musiqi 
şünas, 8 sənətşünaslıq namizədi yetiş-
dirmişdir.
Görkəmli 
musiqişünas 
alim 
E.Abbasovanın    əməyi  dövlət  tərə 
findən  həmişə  qiymətləndirilib.  O, 
Azərbaycan Respublikasının Əməkdar 
incəsənət xadimi, Qırmızı Əmək Bay-
rağı  Ordeni  ilə,  Təhsil  Nazirliyinin 
fəxri fərmanı və medallarla təltif edil-
mişdir.
Elmira Əbdülhəmid qızı Abbasova 
2009-cu il fevral ayının 12-də Bakıda 
vəfat etmişdir. 
Ə d ə b i y y a t
Şostakoviç və Azərbaycan 
simfonizmi [Mətn] 
/E.Abbasova //Musiqi dün-
yası.- 2001.- № 3-4. 
Rəhimova, N. Yaradıcı öm-
rün akkordları, elmin həddi 
üfüqə bənzər: ona yaxınlaş-
dıqca o uzaqlaşır [Mətn] 
/N.Rəhimova //Respublika.- 
2002.- 8 yanvar.- S.3.
Zöhrabov, R. Görkəmli 
musiqişünas, istedadlı pe-
daqoq [Mətn] /R.Zöhrabov 
//Azərbaycan.-2002.- 11 
yanvar.- S.4.
Вторая симфония 
Кара Караева [Текст] 
/Е.Аббасова //“Azərbaycan 
milli musiqisinin tədqiqi 
problemləri” elmi məqalələr     
toplusu.- Баку, 1999.
О новаторских 
тенденциях в творчестве 
Кара Караева [Текст] 
/Е.Аббасова.- Bakı: Yeni 
nəsil, 2000.
İ n t e r n e t d ə
www. az.wikipedia.org
www.google.az
10
80 
illiyi
Musiqişünas

29
Musiqi.Opera.Balet
85  
illiyi
BÖYÜKAĞA MƏMMƏDOV  
1927
YANV
AR
 Böyükağa (Mirməmməd) Mircəfər 
oğlu  Məmmədov  1927-ci  il  yanvar 
ayının  23-də  Bakı  şəhərində  anadan 
olmuşdur. 
O,  1955-ci  ildə  Bakı  Xoreoqra-
fiya  Məktəbini  bitirmişdir.  1946-
1966-cı  illərdə  Azərbaycan  Dövlət 
Filarmoniyası  Mahnı  və  Rəqs  An-
samblının  solisti  olmuşdur.  Onun  re-
pertuarına Azərbaycanın və dünyanın 
digər  ölkələrinin  rəqsləri  daxil  idi. 
Xüsusilə  “Naz  eləmə”,  “Qaytağı” 
və  s.  Azərbaycan  rəqslərini  yüksək 
şəviyyədə ifa etmişdir. 
1966-cı ildən Texniki və Bədii Ya-
radıcılıq Evi, eləcə də Y.Qaqarin adına 
Pionerlər  Sarayı  rəqs  kollektivlərinin 
bədii rəhbəri olmuşdur. 1971-ci ildən 
isə  Bakı  Xoreoqrafiya  Məktəbində 
dərs  deyir.  B.Məmmədov  tələbə  və 
gənclərin  (Berlin  -  qızıl  medal), Var-
şava  (1953)  və  Moskvada  (1957) 
keçirilən  Ümumdünya  festivallarının 
laureatıdır. O, bir sıra xarici ölkələrdə 
(Fransa,  İsveçrə,  İran,  Əfqanıstan, 
Polşa,  Almaniya,  Macarıstan  və  s.) 
Azərbaycan rəqslərini layiqincə təmsil 
etmişdir. 
Azərbaycan  rəqsinin  inkişafı  və 
təbliğindəki böyük roluna  görə 1965-
ci ildə Azərbaycanın Xalq artisti fəxri 
adına layiq görülmüşdür.
Ə d ə b i y y a t
Aslanova, X. Böyükağa Məmmədov [Mətn] /X.Aslanova //Mədəni-
Maarif.- 2007.- №5.- S.18.
Məmmədov Böyükağa (Mirməmməd) [Mətn] //Azərbaycan Sovet En-
siklopediyası: 10 cilddə.- Bakı, 1982.- C.6.- S. 498.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
23
Rəqqas

30
Musiqi.Opera.Balet
85  
illiyi
LEYLA VƏKILOVA  
1927-1999
YANV
AR
Leyla  Məhəd qızı Vəkilova 1927-
ci  il  yanvar  ayının  29-da  Bakıda  do-
ğulmuşdur.  O,  səkkiz    yaşında  Bakı 
Xoreoqrafiya Məktəbinə daxil olmuş, 
əvvəlcə  Ədilə  Almaszadənin,  son 
siniflərdə isə görkəmli balet ustası və 
pedaqoq Qəmər xanım Almaszadənin 
rəhbərliyi  ilə  sənətin  incəliklərinə 
yiyələnmişdir.  1943-cü  ildə  məktəbi 
uğurla  bitirən  aktrisa  Azərbaycan 
Dövlət  Opera  və  Balet  Teatrının  ba-
let  truppasına  solist  götürülmüşdür. 
1945-1946-cı illərdə ixtisas səriştəsini 
təkmilləşdirmək,  sənətkarlıq  qabiliy-
yətini formalaşdırmaq məqsədi ilə iki 
il dünya şöhrətli Moskva Xoreoqrafi-
ya Məktəbində xüsusi kurs keçmişdir. 
Bakıya qayıdaraq Opera və Balet Teat-
rının aparıcı balet aktrisası olmuşdur. 
Leyla  xanım  müxtəlif  illərdə  teat-
rın  səhnəsində  Gülyanaq  (“Qız  qala-
sı”,  Əfrasiyab  Bədəlbəyli),  Odetta-
Odilliya,  Avrora,  Mulla  (“Sonalar 
gölü”, “Yatmış gözəl” və “Şelkunçik”, 
Pyotr  Çaykovski),  Zarema  (“Bağ-
çasaray  fəvvarəsi”,  Boris  Asafyev), 
Gülşən (“Gülşən”, Soltan Hacıbəyov), 
Aişə,  Sari  (“Yeddi  gözəl”  və  “İldı-
rımlı  yollarla”,  Qara  Qarayev),  Şirin 
(“Məhəbbət əfsanəsi”, Arif Məlikov), 
Jizel  (“Jizel”,  Adolf  Adan),  Malvina 
(“Qızıl açar”, Boris Zeydman), Qara-
ca qız (“Qaraca qız”, Əşrəf Abbasov) 
partiyalarını ifa etmişdir. 
Azərbaycan  milli  balet  sənətinin 
tərəqqisində 
və 
təkamülündə, 
beynəlxalq  aləmdə  tanınmasında 
göstərdiyi  böyük  xidmətlərə  görə 
Leyla xanım Vəkilova 30 aprel 1955-
ci  ildə  Azərbaycan  Respublikasının 
Əməkdar  artisti,  26  aprel  1958-ci 
ildə  Xalq  artisti,  31  dekabr  1967-ci 
ildə  SSRİ  Xalq  artisti  fəxri  adları  ilə 
təltif  olunub.  Leyla  xanım  Vəkilova 
Polşada (1956, 1962, 1968), Suriyada 
(1960), Çexoslavakiyada (1964), Hin-
distanda (1965), Bolqarıstanda (1966), 
Fransada  (1969,  1974),  Macarıstanda 
(1973),  İtaliyada  (1976),  Türkiyədə 
(1977, 1982), Tbilisidə və Almaniya-
da (1979), Nepalda (1981) ifaçı və ba-
letmeyster kimi uzunmüddətli qastrol 
səfərlərində olub. 
Balet  ustası  1953-cü  ildən  ömrü-
nün  sonuna  kimi  Bakı  Xoreoqrafiya 
Məktəbində klassik rəqslər fənnindən 
dərs  deyib  və  1992-ci  ildən  həm  də 
bu təhsil ocağına bədii rəhbərlik edib. 
Leyla  Vəkilovanın  yetirmələri  nəinki 
Azərbaycanda,  hətta  Moskvanın  Bö-
yük Teatrında, Almaniyada milli balet 
sənətinin  çiçəklənməsində  səmərəli 
xidmətlər  göstəriblər.  O,  1996-cı  il 
sentyabr  ayının  6-dan  Bakı  Xore-
oqrafiya  Məktəbinin  professoru  idi. 
Görkəmli  balet  ustası,  milli  səhnə 
mədəniyyətimizin  nadir  incilərindən 
olan  Leyla  Məhəd  qızı  Vəkilova  20 
fevral  1999-cu  ildə  Bakıda  vəfat  et-
mişdir. 
Ə d ə b i y y a t
Çəmənli, M. Leyla Vəkilova 
[Mətn] /Ç.Mustafa // 
“Leyli və Məcnun” – 100 
il səhnədə.- Bakı, 2008.- S. 
183-184.
Rəhimli, İ. Leyla Vəkilova 
[Mətn] /İ.Rəhimli //
Azərbaycan Dövlət Akade-
mik Opera və Balet Teatrı.- 
Bakı, 2008.- S. 170-171.
Rəhimli, İ. Leyla Vəkilova 
[Mətn] /İ.Rəhimli //
Azərbaycan teatr tarixi.- 
Bakı, 2005.- S. 570-572.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
29
Balerina

31
Rəssamlıq.Heykəltəraşlıq.Arxitektura
100  
illiyi
HƏNİFƏ ƏLƏSGƏROV 
1912-1991
YANV
AR
Hənifə Əliskəndər oğlu Ələsgərov 
1912-ci il yanvar ayının 1-də müəllim 
ailəsində anadan olmuşdur. O, 1936-cı 
ildə  Azərbaycan  Sənaye  İnstitutunun 
memarlıq fakültəsini bitirərək memar 
sənətinə yiyələnmişdir.
Hənifə  Ələsgərov  1939-cu  ildə 
Dövlət Layihə İnstitutunda Şəhərlərin 
planlaşdırma  şöbəsinə  rəhbər  təyin 
olunmuşdu.
Zaqatala  rayonunun  baş  planı-
nın  layihələşdirilməsi  işində  əsas  yer 
tutmuşdur.  O,  keçmiş  Azərbaycan 
SSR  Nazirlər  Soveti  yanında  me-
marlıq  işləri  üzrə  birinci  müdir  müa-
vini  işləmişdir.  1948-1958-ci  illərdə 
Dövlət Tikinti və Memarlıq abidələri, 
şəhərsalma problemləri və mühafizəsi 
məsələlərinə rəhbərlik etmişdi.
1956-cı  ildə  Gəncədə  toxuculuq 
kombinatının  inzibati  binası,  1960-
cı  ildə  kurort  şəhəri  olan  Şuşada 
mehmanxana  və  pansionat,  1961-ci 
ildə  Bilgəhdə  müalicə  məişət  korpu-
su,  1966-cı  ildə  Bakıda  Rus  Dili  və 
Ədəbiyyatı  İnstitutunun  tədris  korpu-
sunun tikilməsində iştirak etmişdir.
1972-ci  ildən  SSRİ  və  1976-cı 
ildən  Azərbaycan  Respublikasının 
Dövlət  Mükafatları  laureatı  adına  la-
yiq  görülmüşdür.  1-ci  dərəcəli  Vətən 
müharibəsi  ordeni,  “Qırmızı  Ulduz”, 
“Şərəf nişanı” ordenləri və medallarla 
təltif edilmişdir.
Hənifə  Ələsgərovun  yaradıcılığın-
da  şəhərsalma  üzrə  maraqlı  işlərdən 
biri  də  Bakıdakı  Nizami  meydanının 
yenidən qurulması idi.
1961-ci ildə  keçmiş Lenin meydanı-
nın, (indiki Azadlıq meydanı) yenidən 
qurulması  üçün  elan  edilmiş  qapalı 
müsabiqədə  H.Ələsgərovun  başçılığı 
altında  olan  kollektivin  layihəsinimn 
3-cü  mükafat  alması  müəllifin  böyük 
yaradıcılıq nailiyyəti idi.
Kamil  memar  kimi  formalaşmış 
H.Ələsgərovun  1965-ci  ildən  Bakı 
şəhərinin  Baş  Planlaşdırma  idarəsi 
rəhbəri vəzifəsində fəaliyyəti, tezliklə 
şəhərin yeni baş planının texniki iqti-
sadi əsasları üzərində işə başlanılması 
ilə  əlamətdar  olmuşdur.  O,  1973-cü 
ilə  qədər  Bakı  şəhərinin  Baş  memarı 
vəzifəsində işləmişdir.
Hənifə  Ələsgərov  50-dən  çox 
məqalə,  kitab  və  kitabçaların  müəl-
lifidir.
  Azərbaycanın    XX  əsr  memar-
lığının  inkişafında  və  xüsusilə  də 
şəhərsalma tarixində mühüm yeri olan 
görkəmli  ustad,  memar  Ələsgərov 
Hənifə  Əliskəndər  oğlu  1991-ci  ildə 
79 yaşında dünyasını dəyişmişdir.
Ə d ə b i y y a t
Əliyev, M. Memar Hənifə 
Ələsgərov haqqında [Mətn] 
/M.Əliyev.- Qobustan.-
1977.- № 1.- S.44-46.
Əliyev, N. Ustad mema-
rın yaratdıqları [Mətn]: 
[Əməkdar inşaatçı Hənifə 
Ələsgərov haqqında] 
/N.Əliyev //Azərbaycan.-
2002.-16 fevral.-S.3.
1
Memar

32
Rəssamlıq.Heykəltəraşlıq.Arxitektura
120  
illiyi
BƏHRUZ KƏNGƏRLİ 
1892-1922 
YANV
AR
Bəhruz  Şirəlibəy  oğlu  Kəngərli 
1892-ci  il  yanvarı  ayının  22-də  Nax-
çıvanda  ziyalı  ailəsində  anadan  olub. 
Parlaq  istedada  malik  olan  Bəhruz 
Kəngərli çox qısa, lakin mənalı ömür 
yaşamışdır.  Kiçik  yaşlarından  balaca 
Bəhruzun şəkil çəkməyə böyük həvəsi 
var  idi.  Ona  görə  də  atası  onu  təhsil 
almaq  üçün  1910-cu  ildə  Zaqafqa-
ziyada  yeganə  olan  Tiflis  Rəssamlıq 
Məktəbinə  qoyur.  1915-ci  ildə 
Bəhruz  Kəngərli  Tiflisdə  rəssamlıq 
təhsilini  başa  vuraraq  Naxçıvana  qa-
yıdır  və  peşəkar  rəssamlıq  təhsili  al-
miş ilk rəssam kimi geniş yaradıcılıq 
fəaliyyətinə  başlayır.  Bir-birindən 
dəyərli  əsərlər  yaradır.  Realist  boya-
karlıq  sənətinin  əsasını  qoyur.  Bo-
yakarlıq  sənətini  yeni  forma,  janr  və 
təsvir vasitələri ilə zənginləşdirir.
Rəssam  qısa,  lakin  mənalı  ömrü-
nü  doğma  Vətəninin  gözəlliklərinin 
tərənnümünə həsr etmişdir. Onun kö-
mür, karandaş, akvarel və yağlı boya 
ilə  müxtəlif  janrlarda  yaratdığı  500-ə 
yaxın  əsəri  incəsənət  muzeyinin 
dəyərli eksponatları arasındadır.
  1914-1921-ci  illərdə  bədnam   
erməni 
daşnaklarının 
törətdiyi 
vəhşiliklər, xalqımızın başına gətirilən 
faciəli  hadisələr  gənc  rəssamı  sar-
sıtmış,  onun  yaradıcılığında  dərin 
iz  buraxmışdır.  B.Kəngərli  böyük 
uzaqgörənliklə  o  dövrdə  sadə  in-
sanların,  dinc  əhalinin  başına  gələn 
müsibətləri olduğu kimi, real boyalar-
la  təsvir  etmişdir.  Onun  “Qaçqınlar” 
silsiləsindən olan əsərlərinə həyacansız 
baxmaq  olmur.  “Tərk  edilmiş  ev”, 
“Yurdsuz  ailə”,  “  Papaqlı  oğlan”, 
“Naxçıvanda  xaraba  qalmış  evlər”,  “ 
Qaçqın  qadın”,  “Qaçqın  oğlan”  və  s. 
belə təsirli əsərlərdəndir.
B.Kəngərlinin 
yaradıcılığında 
mənzərə, portret, məişət janrlarındakı 
əsərlərə xüsusi yer verilmişdir. “Ağrı 
dağı”, “Gecə mənzərəsi”, “Qoyun sürü-
sü”, “İlan dağı” , “Atabəy məqbərəsi”, 
Kamanbəyovun,  Əsədağanın,  Şmer-
linqin  portretləri  və  s.  əsərləri  bir-
birindən maraqlı və təsirlidir.
1921-ci  ildə  Naxçıvanda  İn-
qilab  Komitəsinin  təşəbbüsü  ilə 
B.Kəngərlinin 500 əsərdən ibarət bö-
yük sərgisi təşkil olunmuşdu. Həmişə 
yoxsul və kimsəsizlərin halına acıyan 
rəssam  sərgidən  toplanan  pulun  üçdə 
birini şəhər uşaq evinə bağışlamışdır.
2002-ci  ildə  Naxçıvanda  Bəhruz 
Kəngərli  muzeyi  açılmışdır.  Azər-
baycan      Respublikasının  Prezidenti 
Heydər Əliyev açılış mərasimində çı-
xış  etmişdir.  Naxçıvan  Ölkəşünaslıq 
Muzeyi hal-hazırda Kəngərlinin adını 
daşıyır.
Parlaq istedada, yaradıcılıq qabiliy-
yətinə malik olan B.Kəngərli 1922-ci 
il fevral ayının 7-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Əliyev, Heydər. Naxçıvanda 
Bəhruz Kəngərli Muze-
yinin açılış mərasimində 
Azərbaycan Respublikasının 
Prezidenti Heydər Əliyevin 
nitqi [Mətn] //Azərbaycan.-
2002.-20 iyun.-S.3-4.
 Alıyev, N. “Nuhun türbəsi” 
Bəhruz Kəngərlinin yaradı-
cılığında [Mətn] /N.Alıyev //
AMEA Naxçıvan bölməsinin 
xəbərləri.-2006.-№ 2.-
S.204-210.
Qısa ömrün mənalı cizgiləri 
[Mətn]: [rəssam Bəhruz 
Kəngərli haqqında] //
Mədəniyyət.-2011.- 4 fevral.
 Quliyev, Ə. Bəhruz 
Kəngərli istedadının 
şöləsi [Mətn]/Ə.Quliyev 
//Respublika.-2011.-24 
fevral.-S.6.
İ n t e r n e t d ə
www. az.wikipedia.org
www.google.az
22
Rəssam

33
Rəssamlıq.Heykəltəraşlıq.Arxitektura
180 
 illiyi
ŞİŞKİN İVAN 
İVANOVİÇ 
1832-1898
YANV
AR
Şişkin İvan İvanoviç 1832-ci il yan-
var ayının 25-də Tatarıstan MSSR-də 
anadan olmuşdur. 
İ.Şişkin  1852-1856-cı  illərdə 
Moskva  Boyakarlıq,  heykəltəraşlıq 
və memarlıq məktəbində, 1856-1865-
ci  illərdə  Peterburq  Akademiyasında 
təhsil almışdır. 
Yaradıcılığının erkən dövründə Şiş-
kin 19 əsrin ortaları romantik mənzərə 
rəssamlığı  ənənələrini  davam  etdir-
mişdir.  1860-cı  illərdən  yaradıcılığı-
nın  əsas  mövzusunu  təşkil  edən  rus 
meşəsini  təsvir  etmişdir.  Təbiətin  ən 
xırda  təfərrüatını  dəqiq  fırçaya  alan 
rəssam  bədii  ümumiləşdirmələr  yolu 
ilə  dərin  obrazlığa  malik  mənzərələr 
çəkirdi.  Onun  1878-ci  ildə  çəkdiyi 
“Çovdar zəmisi”,  “Meşə ənginlikləri”, 
1884-cü ildə “Şam ağacları günəş işı-
ğında”  adlanan  əsərləri  Moskvanın 
Tretyakov qalereyasında saxlanılır. 
Şişkin  əsərlərində  rus  təbiətinin 
tipik,  şairanə  və  ifadəli  təsvirlərini 
əks  etdirir,  bəzi  mənzərələrini  nağıl 
motivləri ilə zənginləşdirirdi. O, çoxlu 
rəsm  əsəri  çəkmiş,  məzmununa  görə 
boyakarlıq əsərlərinə yaxın olan ofort-
lar yaratmışdır.
Şişkinin  mənzərələri  19-cu  əsr 
rus  incəsənətində  realizm,  xəlqilik 
prinsiplərinin  güclənməsinə  mühüm 
təsir  göstərmişdir.  Rəssamın  “Meşə 
yolu”,  “Tozağacı  meşəsi”,  (1878) 
tabloları,  “Bataqlıq”  (1873),  “Dal 
həyət” (1886) ofortları R.Mustafayev 
adına  Azərbaycan  Dövlət  İncəsənət 
Muzeyində saxlanılır.
Görkəmli rus boyakarı Şişkin İvan 
İvanoviç 1898-ci il martın 20-də Sank-
Peterburq şəhərində vəfat etmişdir.
Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin