Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Hüseynov Rövşən
Şəmil oğlu – sıravi – Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlü-
yünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə
edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik
və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirılməsində
göstərdiyi misilsiz xidmətlərinə görə]: Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 16 sentyabr 1994-cü il [Mətn]//Azərbaycan.- 1994.- 21 sentyabr.- S.1.-
(ölümündən sonra).
Abbasoğlu, B. Ölməz qəhrəman [Mətn] //Abbasoğlu, B. Ölərkən dünyaya gələn
oğullar.- Bakı, 2004.-S.158-171.
Hüseynov Rövşən Şəmil oğlu [Mətn] //Əsgərov, V. Azərbaycanın Milli
Qəhrəmanları.-Bakı, 2005.-S. 90.
Hüseynov Rövşən Şəmil oğlu [Mətn] //Azərbaycanın Milli Qəhrəmanları: Bibli-
oqrafiya /tərt. ed. H.Həmidova; M.F.Axundov adına Azərbaycan Milli Kitabxana-
sı.- Bakı, 2008.- S.90.
22
Milli Qəhrəman
50
Milli Qəhrəmanlar
55
illiyi
ƏRƏSTUN MAHMUDOV
1957-1992
FEVRAL
Ərəstun İspəndi oğlu Mahmudov
1957-ci il fevral ayının 23-də İsmayıllı
rayonunun Pirəbilqasım kəndində dün-
yaya göz açmışdır. Ailəsi ilə birlikdə
Bakı şəhərinə köçmüş, 1974-cü ildə
Nizami rayonundakı 220 saylı orta
məktəbi bitirmişdir. 1975-ci ildə Le-
ninqrad vilayətinin Viborq şəhərində
yerləşən Mülki Aviasiya Məktəbinə
daxil olmuşdur. 1978-ci ildə təhsilini
başa vurub, Azərbaycan Hava Yolları-
nın Zabrat Aviasiya Şirkətində texnik-
mexanik kimi AN-2 təyyarəsində
əmək fəaliyyətinə başlamışdır. İdma-
nın ağır atletika növü ilə məşğul olan
Ərəstun Azərbaycanda, keçmiş SSRİ
məkanında və eləcə də bir sıra xarici
ölkələrdə keçirilən mötəbər yarışların
iştirakçısı olmuş, müxtəlif mükafatla-
ra layiq görülmüşdür.
Mahmudov 1989-cu ildə Omsk
şəhərində ixtisasartırma kursu keçmiş,
Mİ-2 vertolyotunun bort-mexaniki ol-
muşdur. O, özünü işgüzar və aviasi-
ya texnikasını yaxşı bilən mütəxəssis
kimi tanıtmış və 1990-cı ildə Ukray-
nanın Kremençuq şəhərinə növbəti
ixtisasartırma kursuna göndərilmişdir.
Bundan sonra Ərəstun Mİ-8 vertol-
yotunun bort-mexaniki təyin edilmiş-
dir. Daha sonra o, Dağlıq Qarabağ və
Ermənistanla həmsərhəd olan rayon-
larda döyüş əməliyyatı keçirən ekipa-
jın tərkibinə daxil edilmişdir.
O, Mİ-8 vertolyotunun heyəti ilə
dəfələrlə döyüş bölgələrinə ezam edil-
miş, dinc əhalinin köçürülməsində,
döyüş bölgələrinə ərzaq və müəyyən
ləvazimatın çatdırılmasında yaxından
iştirak etmişdir.
Cəbhə bölgələrinə son uçuşu 1992-
ci il yanvar ayının 28-də olmuş, Ağ-
dam və Şuşa marşrutu üzrə yerli əhalini
daşıyarkən Mİ-8 vertolyotu erməni
yaraqlıları tərəfindən raketlə vurulmuş
və o, bütün heyətlə birlikdə həlak ol-
muşdur. Ailəli idi. Üç övladı var.
Azərbaycan Respublikası Preziden-
tinin 25 noyabr 1992-ci il tarixli 337
saylı Fərmanı ilə Mahmudov Ərəstun
İspəndi oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” adı
verilmiş, Bakı şəhərinin Şəhidlər Xi-
yabanında dəfn edilmişdir. Oxuduğu
220 saylı orta məktəbə qəhrəmanın
adı verilmiş, yaşadığı binanın önünə
xatirə lövhəsi vurulmuşdur.
Ə d ə b i y y a t
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin əməkdaşlarına “Azərbaycanın
Milli Qəhrəmanı” adı verilməsi haqqında : [Mahmudov Ərəstun İspəndi oğlu –
Mİ-8 vertolyotunun mexaniki – Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində
göstərdiyi şəxsi igidlik və şücaətə görə] : Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 25 noyabr 1992-ci il [Mətn]//Azərbaycan Respublikası Ali Sovetinin
Məlumatı.- 1992.- № 22.- S. 68.- (ölümündən sonra).
Əsgərov, V. Mahmudov Ərəstun İspəndi oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı,2005.- S.127.
Mahmudov Ərəstun İspəndi oğlu [Mətn] //Azərbaycanın Milli Qəhrəmanları:
biblioqrafiya /tərt. H.Həmidova; M.F.Axundov adına Azərbaycan Milli Kitabxana-
sı.- Bakı, 2008.- S.128.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
23
Milli Qəhrəman
51
Milli Qəhrəmanlar
50
illiyi
İNQiLAB İSMAYILOV
1962-1992
FEVRAL
İnqilab Ələkbər oğlu İsmayılov
1962-ci ildə fevral ayının 24-də Xo-
calı şəhərində anadan olmuşdur. O,
1979-cu ildə burada məktəbi bitirmiş-
dir. 1981-ci ildə ordu sıralarına çağırıl-
mışdır. 1984-cü ildə Xarkov şəhərində
xidmətini başa vuraraq doğma yurdu
Xocalıya dönür. 1990-cı ildə burada
polis nəfəri kimi işə düzəlir.
1992-ci ilin fevralın 25-26-da
erməni işğalçıları Xocalı soyqırımı
törədilən zaman İnqilab döyüşə atılır.
Bir neçə erməni yaraqlısını məhv edən
döyüşçü yerli sakinləri təhlükəsiz
əraziyə çıxarır. Daha sonra İnqilab
Ağdamda Daşbaşı yüksəkliyini qorun-
masında, ermənilərin buraya dəfələrlə
hücumunun qarşısının alınmasında
yaxından iştirak etmişdir.
1992-ci il iyun ayının 12-də
ermənilər ərazimizə 6 dəfə hücum
etsələr də məğlub olub geri çəkildilər.
Azərbaycanın mərd oğulları düşmənin
6 postunu tam məhv etdi. Bu ağır
döyüşlərdə İnqilab İsmayılov da bu
qələbəni qanı ilə yazdı.
Azərbaycan Respublikası Prezi-
dentinin 8 oktyabr 1992-ci il tarixli
264 saylı Fərmanı ilə İsmayılov İn-
qilab Ələkbər oğlu ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Azərbaycanın Milli Qəhrəmanı
İnqilab İsmayılovun adını Bakının
Xətai rayonundakı küçələrdən biri da-
şıyır, həmin küçədə qəhrəmanın xatirə
lövhəsi vurulub.
Ə d ə b i y y a t
İsmayılov, İ. Ana dərdi [Mətn] : [İnqilab İsmayılova ithafən anası Ceyran xanımın söylədiyi baya-
tılardan ibarət eyni adlı kitab haqqında] /İ.İsmayılov //Bakı.-1996.-1 mart.-S.4.
Məmmədağa, C. Bir ocağın alovları [Mətn] /C.Məmmədağa, Ş.Rüstəm //Bakı.-1997.-S.95.
Hüseynov, S. İsmayılov İnqilab Ələkbər oğlu [Mətn] //Hüseynov S. Xocalıya qayıdacayıq .-Bakı,
1999.- S.11-12.
Əsgərov, V. İsmayılov İnqilab Ələkbər oğlu [Mətn] //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları
.- Bakı, 2005.- S.106-107.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
24
Milli Qəhrəman
52
Milli Qəhrəmanlar
60
illiyi
ELMAN HÜSEYNOV
1952-1993
FEVRAL
Elman
Süleyman
oğlu
Hüseynov 1952-ci il fevral ayının 28-
də Tərtər rayonunun Azadqaraqoyun-
lu kəndində anadan olmuşdur. 1958-
1968-ci illərdə Azadqaraqoyunlu kənd
orta məktəbində orta təhsil almışdır.
1968-ci ildə Azərbaycan Dövlət Poli-
texnik İnstitutunun hidro-meliorasiya
fakültəsinə qəbul olmuş, 1973-cü
ildə mühəndis ixtisası alaraq təhsilini
başa vurmuşdur. 1973-1975-ci illərdə
Gürcüstanın Axalkalaki şəhərində ley-
tenant rütbəsində zabit kimi xidmət
etmişdir. 1980-1982-ci illərdə Bakı
Ali Partiya Məktəbində təhsil almış-
dır. 1982-1985-ci illərdə Tərtər ra-
yon Xalq Nəzarəti Komitəsinin sədri,
1985-1988-ci illərdə Tərtər rayon
Xalq Deputatları İcraiyyə Komitəsi
sədrinin müavini, 1988-1990-cı illərdə
Tərtərçay hidroqovşağı İstismar
İdarəsinin rəisi, sonra isə rayon Par-
tiya Komitəsində məsul vəzifələrdə
çalışmışdır. Dəfələrlə rayon sovetinə
deputat seçilmişdir. Nazirlər Kabineti
nəzdində Xalq Təsərrüffatı İdarəetmə
İnstitutunu fərqlənmə diplomu ilə bi-
tirmişdir.
1991-ci ildə könüllü olaraq Tərtərin
müdafiəsi üçün tabor yaradılması ilə
bağlı Müdafiə Nazirliyinə müraciət
etmiş, 1991-ci ilin sentyabrında Tərtər
özünümüdafiə qərərgahının rəisi,
1991-ci ilin noyabrında Tərtər ərazi
özünümüdafiə batalyonunun koman-
diri təyin olunmuşdur. Ağdərə rayo-
nunun və ətraf yaşayış məntəqələrinin
düşməndən azad olunmasında fəal işti-
rak etmişdir. Şəxsi şücaəti və rəhbərliyi
altında keçirilmiş döyüş əməliyyatları
nəticəsində düşmənin xeyli canlı
qüvvəsi və texnikası məhv edilmiş-
dir. Döyüşlərdə iki dəfə yaralanmışdır.
1993-cü il yanvar ayının 14-də Vəng
yüksəkliyi uğrunda gedən döyüşdə
qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentin 15 yanvar 1995-ci il fərmanı
ilə ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adına layiq görül-
müşdür. Tərtər rayonunun Qaraqoyun-
lu kəndində dəfn edilib, adına Tərtər
rayonunda küçə var. Tərtər rayonunda
qəhrəmanın büstü ucaldılıb.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının bir qrup hərbi qulluqçusuna və polis işçilərinə
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında [Mətn]: [Hüseynov
Elman Süleyman oğlu – mayor – Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçıların-
dan müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi
şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunu şərəflə yerinə
yetirilməsindəki misilsiz xidmətlərinə görə]: Azərbaycan Respublikası Prezi-
dentinin Fərmanı, 15 yanvar 1995-ci il //Azərbaycan.- 1995.- 17 yanvar.- S.1.-
(ölümündən sonra).
Ölməzlik [Mətn] : [Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynov haqqında]
/Ə.Qonaq.- Bakı: Hüquq ədəbiyyatı, 2000.- 91 s.
Əsgərov, V. Hüseynov Elman Süleyman oğlu [Mətn] //V.Əsgərov Azərbaycanın
Milli Qəhrəmanları.- Bakı, 2005.- S. 86.
Seyidzadə, M. Hüseynov Elman Süleyman oğlu [Mətn] //Seyidzadə, M. Milli
qəhrəmanlar zirvəsi. - Bakı, 2010. - S. 92.
İ n t e r n e t d ə
www.az.wikipedia.org,
www.azersayt.com,
www.lent.az
28
Milli Qəhrəman
53
Siyasət.Hərbi iş
280
illiyi
CORC VAŞİNQTON
1732-1799
FEVRAL
Corc Vaşinqton 1732-ci il fevral
ayının 22-də Virciniya ştatının Briçes-
Krik şəhərində varlı plantasiya sahibi
ailəsində anadan olmuşdur. 16 yaşın-
dan yerölçən işləməyə başlamışdır.
1753-1754-cü illərdə Virciniya üsyan-
çı ordusu dairələrindən birinə koman-
dirlik etmişdir. 1759-cu ildə polkovnik
rütbəsində istefaya çıxmış, 1759-1774-
cü illərdə Virciniya qanunvericilik
məclisinin deputatı olmuşdur. 1775-ci
il iyunun 15-də üsyançı ordunun baş
komandanı seçilən Vaşinqton nizami
ordu yaratmağa nail olmuş və partizan
dəstələri ilə birlikdə İngiltərənin ni-
zami qoşunlarını məğlubiyyətə uğrat-
mışdır. 1787-ci ildə onun sədrliyi ilə
ABŞ Konstitusiyası hazırlanmışdı. O,
həm də ABŞ-da ikipartiyalı sistemin
yaradıcılarındandır. Vaşinqton Böyük
Fransa inqilabının başlanmasını alqış-
lamış, lakin onun genişlənməsinə eh-
tiyatla yanaşmışdır. Köləliyin tədricən
ləğvi tərəfdarı olmuş və şəxsən özünə
məxsus qulların azad edilməsini
vəsiyyət etmişdir.
Vaşinqton tarixə Şimali Amerika-
nın istiqlaliyyəti uğrunda mübarizədə
mütərəqqi xadim kimi daxil olmuş-
dur. Bununla belə, o, varlı siniflərin
mənafeyinin ifadəçisi olaraq qalmış
və beləliklə burjua inqilabçısına xas
olan məhdudluqdan yaxa qurtara
bilməmişdir. Vaşinqton Şeys üsyanı-
nın (1786-1787) yatırılmasına başçılıq
etmişdir.
Corc Vaşinqton Amerika Birləşmiş
Ştatlarının ilk prezidenti (1789-1797)
olmuşdur. Prezident olduğu müddətdə
Vaşinqton çalışırdı ki, bütün ştatları va-
hid hakimiyyət ətrafında sıx birləşdirsin
və əhalidə azadlığa məhəbbətlə yanaşı
qanunlara hörmət aşılasın. Bu, heç də
asan başa gəlmirdi. Bir sıra qüvvələr
Amerika ştatlarının müstəqilliyinin
genişlənməsini istəyir və Vaşinqto-
nun təmsil etdiyi mərkəzi hakimiyyətə
qarşı çıxırdılar. 1793-cü ildə ikinci
dəfə ABŞ prezidenti seçilən Vaşinq-
ton andiçmə mərasimindəki nitqində
fəxrlə dedi ki, Konstitusiya qaydaları
Amerika torpağında kök salmışdır. İlk
ABŞ prezidenti ölkəsinin istənilən xa-
rici dövlətlə hərbi və ya siyasi ittifa-
qının əleyhinə idi. O, xarici ölkələrlə
əlaqələrin yalnız iqtisadi zəmində
qurulmasının tərəfdarı idi. İkinci pre-
zidentlik müddəti başa çatarkən Corc
Vaşinqtonun nüfuzu kifayət edirdi ki,
prezidentliyini davam etdirsin. Ölkədə
qarışıqlıq yaranacağından ehtiyatla-
nan bəzi siyasətçilər ona hakimiyyətdə
qalmağı təklif edirdilər. Lakin Vaşinq-
ton istefaya çıxdı və beləliklə, ABŞ-da
prezidentlik hakimiyyətinin könüllü
təhvil verilməsi ənənəsinin əsasını
qoydu. O, 1799-cu il dekabr ayının 14-
də Maunt-Bernonda vəfat etmişdir.
Ə d ə b i y y a t
Babayev, B. Corc Vaşinq-
ton [Mətn] /B.Babayev,
R.İsmayılov.- Bakı: Yeni
Nəsil, 2001.- 14 s.
Vaşinqton Corc [Mətn] //
Azərbaycan Sovet Ensiklo-
pediyası: 10 cilddə.- Bakı,
1978.- C. 2.- S. 425.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
22
Dövlət xadimi
54
Siyasət.Hərbi iş
95
illiyi
MƏMMƏDŞƏRİF
HƏMİDOV
1917-1962
FEVRAL
Məmmədşərif Həbibulla oğlu
Həmidov 1917-ci il fevra aylının 23-
də Şəki şəhərində anadan olmuşdur.
O, 1929-cu ildən Nuxanın (Şəki)
İpəksarma müəssisələrində, 1937-
1940 illərdə Şəki komsomol və par-
tiya komitələrində işləmişdir. 1940-
cı ildən sovet ordusunda xidmət
etmişdir. Böyük Vətən müharibəsində
vzvod komandirinin köməkçisi, ba-
talyon qərargahının rəisi, diviziya
qərargah əməliyyatının bölmə rəisinin
köməkçisi olmuşdur.
M.Həmidov 1945-ci ildə Ali za-
bitlər məktəbini bitirmişdir. Hərbi
təhsilini başa verdikdən sonra, o,
1949-1956-cı illərdə Xaçmaz rayon
hərbi komissarlığında şöbə rəisi, 1956-
1960-cı illərdə Bakı şəhəri Hərbi Ko-
missarı vəzifələrində çalışmışdır.
O, 1960-cı ildə ADU-nun Tarix
fakültəsini bitirmişdir. 1960-1969-cu
illərdə Azərbaycanın Hərbi Komissarı
olmuşdur.
Məmmədşərif Həmidov 2-ci də-
rəcəli “Vətən müharibəsi” ordeni, 2
“Qırmızı Ulduz” ordeni və medallarla
təltif edilmişdir.
Hərbi xadim, general-mayor Məm-
mədşərif Həbibulla oğlu Həmidov
1962-ci ildə vəfat etmişdir. Həlak ol-
duğu yerdə – Goranboy-Gəncə avto-
mobil yolu kənarında – xatirə abidəsi
qoyulmuşdur. Bakı şəhərində adına
küçə, gəmi, Şəkidə isə məktəb var.
Ə d ə b i y y a t
Bəşarət. Nəsillərə nümunə
[Mətn] /Bəşarət //Gələrsən-
görərsən.- 2008.-№ 3.-
S.58-59.
İ n t e r n e t d ə
www.google.az
23
Hərbi xadim
55
Teatr.Kino.Estrada.Sirk
100
illiyi
MƏHƏRRƏM HAŞIMOV
1912-1969
FEVRAL
Məhərrəm Kazım oğlu Haşımov
1912-ci il fevral ayının 2-də Bakıda
anadan olmuşdur. O, Moskvada təhsil
almış ilk azərbaycanlı rejissorlar-
dan biridir. M.Haşımov 1936-cı ildə
A.V.Lunaçarski adına Moskva Dövlət
Teatr Sənəti İnstitutunu bitirmişdir.
1944-cü ildə isə Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrında rejissor və
baş rejissor işləyib. “Ayaz”, “Xasay”,
“Qaçaqlar”, “Aydın” və s. tamaşalara
quruluş vermişdi.
M.Haşımovun rejissura işinin ikin-
ci əsas mərhələsi onun fasilələrlə 20
ildən artıq işlədiyi Azərbaycan Dövlət
Rus Dram Teatrı ilə bağlıdır. Rejissor
bu teatra ilk dəfə 1948-ci ildə gəlmiş,
bir müddət burada direktor və baş re-
jissor kimi fəaliyyət göstərmişdir. Rus
Dram Teatrının səhnəsi M.Haşımovun
rejissorluq məharətinin hərtərəfli
görünməsi, onun inkişaf etməsi üçün
əsl sənət məkanına çevrildi.
1950-ci ildə Məhərrəm Haşı-
mov Rus Dram Teatrının səhnəsində
İ.Qasımovun “Xəzər üzərində şəfəq”,
1957-ci ildə C.Cabbarlının “Aydın”,
1959-cu ildə M.Y.Lermontovun “Mas-
karad”, 1960-cu ildə A.Arbuzovun “İr-
kutsk əhvalatı”, B.Şounun “Milyonçu
qadın”, V.Rozovun “Ənənəvi toplantı”
(1968), N.Hikmətin “Domokl qılıncı”
(1969) və onlarla digər tamaşalara qu-
ruluş vermişdir.
Məhərrəm Haşımov 1951-ci ildə
Azərbaycan Dövlət Rus Dram Teatrı-
nın bir qrup yaradıcı heyəti ilə birlikdə
İmran Qasımovun “Xəzər üzərində
şəfəq” tamaşasına görə SSRİ Dövlət
mükafatına layiq görülmüşdü.
M.Haşımov 1951-1956-cı illərdə
Azərbaycan Dövlət Opera və Balet
Teatrında, 1960-1965-ci illərdə isə
“Azərbaycanfilm” kinostudiyasında
direktor vəzifəsində çalışmışdır. Ki-
nostudiyadan uzaqlaşdığı vaxtlarda
Dövlət Rus Dram Teatrına qayıtmış-
dı. 1966-cı ildə o, növbəti dəfə teatra
gəldi və baş rejissor işləməyə başladı.
1969-cu ildə isə Məhərrəm Haşımov
SSRİ və dünya klassikası nümunələri
əsasında hazırladığı səhnə əsərlərinə
görə “M.F.Axundov adına Respublika
mükafatı”na layiq görülmüşdür.
Azərbaycanın Xalq artisti, rejissor
Məhərrəm Kazım oğlu Haşımov 1969-
cu il mayın 2-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Zeynalov, P. Ədəbi sənət
ücün istedadlı rejissor
[Mətn] : [Məhərrəm
Haşımovun ölümündən
40 il kecir] /P.Zeynalov //
Mədəniyyət.-2009.-13 may.-
S.6.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
2
Rejissor
56
Teatr.Kino.Estrada.Sirk
85
illiyi
LÜTFİ MƏMMƏDBƏYOV
1927 - 2004
FEVRAL
Lütfi Şahbaz oğlu Məmmədbəyov
1927-ci il fevral ayının 6-da Ağdaş
rayonunda anadan olmuşdur. O, Bakı-
dakı 29 saylı orta məktəbi bitirdikdən
sonra 1943-1947-ci illərdə Teatr texni-
kumunda təhsil almışdır.
1947-ci ildə bir müddət Musi-
qili Komediya Teatrında fəaliyyət
göstərmişdir. Bu teatr müvəqqəti ola-
raq bağlandığından Gənc Tamaşaçılar
Teatrının truppasına daxil olmuşdur.
1953-cü ildən 26-lar Mədəniyyət sa-
rayında Xalq teatrına rəhbərlik edən
L.Məmmədbəyov onlarla gənc aktyo-
ru sənətə gətirmişdir. Hələ sağlığından
bu xalq teatrı Lütfi Məmmədbəyovun
adını daşımışdır.
Lütfi Məmmədbəyov 1960-1966-
cı illərdə M.Əliyev adına Azərbaycan
Dövlət Teatr İnstitutunun Rejissor-
luq fakültəsində təhsil almışdır. O,
SSRİ Xalq artisti, professor Mehdi
Məmmədbəyovun rejissorluq kursunu
bitirmişdir.
Tələbəlik illərindən başlayaraq
Musiqili Komediya Teatrında, Gənc
Tamaşaçılar Teatrında aktyor kimi
fəaliyyət göstərmişdir. 1961-ci ildən
Akademik Milli Dram Teatrında əvvəl
aktyor, daha sonralar isə quruluşçu re-
jissor kimi ömrünün sonunadək orada
çalışmışdır.
A.Ostrovskinin “Günahsız müqəs-
sirlər” (Neznamov) Sabit Rəhmanın
“Xoşbəxtlər” (Sadiq və Mürşid) “Toy”
tamaşasında (Surxay) rollarının mahir
ifaçısı olmuşdur.
Milli Dram Teatrının səhnəsində
bir neçə tamaşanın “Çarəsiz dələduz”
(R.Viviani), “Məhəbbət yaşadır”, “Qi-
sas qiyamətə qalmaz” (N.Hacızadə),
“Əcəb işə düşdük” (Ş.Qurbanov),
“Bağ qonşuları” (H.Vahid) və s. quru-
luşçu rejissoru olmuşdur.
Eyni zamanda televiziyada altmış-
dan çox tamaşa hazırlamışdır. “Kəllə”
(N.Vinner), “Balaca şahzadə” (Ekzü-
peri), “Polkovnik Şater” (O.Balzak),
“Tufan” (A.Moravi), “Son yarpaq”
(O.Henri), “Alov” (M. Hüseynzadə),
“Göz həkimi” (İ.Səfərli), “Atayevlər
ailəsi” (İ.Əfəndiyev), “Kimdir mü-
qəssir”, “Vicdan” (B.Vahabzadə),
“Qırmızı yaylıqlı qovağım mənim”,
“Köşək gözlü”, (Ç.Aytmatov) və s.,
çoxseriyalı “Yad qızı” və 12 seriyalı
“İtkin Gəlin” telefilmlərini çəkmişdir.
L.Məmmədbəyov
həm
də
Azərbaycan Dövlət İncəsənət və
Mədəniyyət Universitetinin professo-
ru olmuşdur. Teatr və kino sahəsində
xidmətlərinə görə orden və medal-
larla təltif olunmuşdur. 1991-ci ildə
Azərbaycanın Xalq artisti adına, 1997-
ci ildə “Qızıl Dərviş” mükafatı laureatı
adına layiq görülmüşdür.
Lütfi Məmmədbəyov 1 fevral 2004-
cü ildə Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Fərəcova, Z. Sənətə
sevgi ilə [Mətn]: Sevil
Məmmədbəyova həyat
yoldaşı Lütfi Məmmədbəyov
haqqında / Z. Fərəcova // El.
- 2008. - № 6. - S. 26-35.
Mehdixanlı, T. Qayğıkeş in-
san, pedaqoq və teatr xadimi
[Mətn] /Telman Mehdixanlı
//Azərbaycan.-2011.-3 iyun.-
S.7.
6
Rejissor
57
Musiqi.Opera.Balet
60
illiyi
ELDAR MANSUROV
1952
FEVRAL
Eldar Bəhram oğlu Mansurov
1952-ci il fevral ayının 28-də Bakıda
İçərişəhərdə musiqiçi ailəsində ana-
dan olmuşdur. 1968-1972-ci illərdə
Asəf Zeynallı adına orta ixtisas musiqi
məktəbinin fortepiano sinfində, 1974-
1979-cu illərdə Üzeyir Hacıbəyov
adına Azərbaycan Dövlət Konserva-
toriyasının bəstəkarlıq fakültəsində
professor Cövdət Hacıyevin sinfində
təhsil alıb.
Eldar Mansurov “Yeddi gözəl” rok-
operası, “Kleopatra” və “Olimp” rok-
baletləri, “Bəhramnamə” – tar, simfo-
nik orkestr və rok qrupu üçün musiqi
(2004), “Simfonik rəqslər” (2010), 5
simfoniya, “Mahur-Hindi” simfonik
muğamı, skripka və simfonik orkestr
üçün konsert, bir çox simfonik, kame-
ra və xor əsərlərinin müəllifidir. O, bir
sıra filmlərə və tamaşalara musiqilər
bəstələyib, 3000-dən artıq mahnı və
instrumental musiqinin müəllifidir.
Şair Vahid Əzizin sözlərinə yazıl-
mış “Bayatılar” bu günə kimi ən se-
vimli mahnılar sırasındadır. O vaxt-
dan indiyədək bu uzunömürlü mahnı
dünyanı gəzir. “Bayatılar”ın musiqisi
Türkmənistan, Rusiya, Türkiyə, Yu-
nanıstan, Almaniya, Italiya, İspaniya,
Fransa, Rumıniya, Bosniya, Xorva-
tiya, ABŞ, İngiltərə, İsveç, Kanada,
ərəb ölkələri, hətta uzaq Braziliyada
da müxtəlif ifaçılar tərəfindən istifadə
edilib.
1983 və 1987-ci illərdə Səmərqənd
şəhərində keçirilən Beynəlxalq sim-
poziumda muğamların tarixi üzrə
məruzələrlə çıxış edib.
E.Mansurov 1981-ci ildən SSRİ,
sonralar isə Azərbaycan Bəstəkarlar
İttifaqının, 1999-cu ildən Azərbaycan
Kinematoqrafçılar İttifaqının üzvü se-
çilmişdir.
Eldar Bəhram oğlu Mansurov
2005-ci ildə “Əməkdar incəsənət xadi-
mi” fəxri adına layiq görülmüşdür. O,
2007-ci ildən Azərbaycan Bəstəkarlar
İttifaqının idarə heyətinin katibidir.
Dostları ilə paylaş: |